Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-930/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin ləğvi, portalda və əmək kitabçasında düzəlişin edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin ləğvi, portalda və əmək kitabçasında düzəlişin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin (direktoru Şahid) onunla bağlanmış xx.xx.2022-ci il tarixli 84-K-A saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, onun Əmək Məcəlləsinin 68ci maddəsinin «a» bəndi ilə işdən azad edilməsinə dair portalda və əmək kitabçasında düzəliş edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi Cavabdeh MMC-də müxtəlif vəzifələrdə çalışmışdır. Son olaraq onu xx.xx.2022-ci il tarixinə formal olaraq anbardar vəzifəsinə təyin etmişlər. Formal olaraq ona görə ki, MMC-nin anbarı olmadığı halda o, anbardar təyin edilmişdir. Təyin edilən zaman ona heç bir anbar və ya mallar təhvil verilməmişdir. MMC-nin rəsmi anbarı yox idi. Gələn mallar birbaşa satış mağazalarına verilirdi. Malların siyahısı isə ona verilirdi ki, elektron sistemə yükləsin. O, heç bir mal görmürdü, sadəcə olaraq siyahını sistemə yığırdı. Mallar gələn zaman hər bir mağazanın işçisi gələrək mallarını götürərək gedirdi. Sonda isə ona gömrükdən keçən malların siyahısı verilirdi. Bu vəzifəyə müvəqqəti olaraq təyin edildiyini bildirmişlər. Bir müddətdən sonra o, əvvəlki işinə qayıtmalı idi. Lakin, təxminən 2022-ci ilin avqust ayının əvvəllərində MMC-yə təzə direktor təyin edilən Şahid MMC-nin satış mağazalarında sayım aparmış və guya bir sıra malların çatışmadığı aşkar edilmişdir. Lakin, bu sayımlarda o, iştirak etməmişdir. Ümumiyyətlə onu dəvət etmədən bu sayım işi aparılmış və anbardar kimi guya bu mallara onun cavabdeh olmasını əsas gətirərək onun barəsində Nəsimi rayon Polis İdarəsinə şikayət edilmişdir. Bu müddət ərzində ona işdən çıxarılması barədə heç bir məlumat verilməmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Nəsimi rayon Polis İdarəsində araşdırmalar aparılmağa başlanılmış və xx.xx.2023-cü il tarixdə «cinayət işinin başlanılmasının rədd edilməsinə dair» qərar çıxarılmışdır. Bu qərardan narazı olan MMC Nəsimi rayon Polis İdaərsinin xx.xx.2023-cü il tarixli qərarından Nəsimi Rayon Məhkəməsinə şikayət vermişdir. Həmin qərar məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilərək istintaqın yenidən aparılması qərara alınmışdır. Həmin qərardan verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılmış və məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişiklik edilmədən saxlanılmışdır. Bundan sonra iş materialları yenidən Nəsimi rayon Polis İdarəsində araşdırılmağa başlanılmışdır. Onun tərəfindən verilən vəsatətlərlə MMC-dən əlində olan sənədlərin istintaqa təhvil verilməsi təklif edilsə də, MMC oğurlandığını iddia etdiyi malların varlığını belə sübut edən heç bir sənədi istintaqa təhvil verə bilməmişdir. Çünki, heç bir oğurluq hadisəsi olmamışdır. MMCnin yeni direktorunun onunla olan şəxsi ədavəti məsələnin bu həddə çatmasına səbəb olmuşdur. Nəsimi rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli qərarla təkrarən cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh MMC onu aparılan araşdırmalar zamanı işdən çıxarmağı barədə heç bir məlumat verməmişdir, sonradan ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad etmişdir. Belə ki, o, iş üzrə araşdırmalar başa çatdıqdan sonra "xxxx" MMC-də «müştəri məmnuniyyətinin artırılması üzrə metodoloq» vəzifəsində işə başlamışdır. İşə qəbul edilən zaman elektron portalda onun işdən çıxarılma səbəbi görünmürdü. Həmçinin təzə iş yerində ondan əmək kitabçası belə istənilməmişdir. Odur ki, heç bir problem olmadan o, işə qəbul edilmişdir və düşünürdü ki, bu məsələ artıq başa çatıb və təqsirsizliyi sübut olunub. Sonradan "xxxx" MMC-nin bağlı olduğu Holdinqin təhlükəsizlik departamenti tərəfindən aparılan yoxlamalar zamanı onun Cavabdeh MMC-dən Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndi ilə işdən azad edilməsi müəyyən edilmişdir. Bu barədə ona bildirildikdə, bundan xəbəri olmadığını demişdir. Ona qısa müddətdə bu işin həll edilməli olduğu barədə şifahi xəbərdarlıq edilmişdir. Bununla bağlı olaraq vəkillə müqavilə bağlanmış və vəkil tərəfindən Cavabdeh MMC-yə sorğu verilərək sənədlər tələb edilmişdir. xx.xx.2024-cü il tarixdə sorğunu qəbul edən Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə əmri və əmək kitabçasını vəkilə təhvil vermişdir. Vəkil tərəfindən mübahisənin barışıq yolu ilə həll edilməsi təklifi rədd edildikdən sonra həmin gün məsələnin mediasiya vasitəsi ilə barışıqla həll edilməsi üçün təklif cavabdeh təşkilata təqdim edilmişdir. Lakin, mediasiya proseslərində də barışıq əldə edilməsi mümkün olmamışdır. Bu müddət ərzində isə mübahisənin həlli uzandığı üçün "xxxx" MMC ona öz ərizəsi ilə işdən çıxmasını təkid etmişdir. O, çıxılmaz vəziyyətdə qaldığı üçün Cavabdeh MMC-nin qanunsuz hərəkətinə görə yeni işindən çıxmalı olmuşdur. Heç bir günahı olmadığı halda onu Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad etmələri onun əmək hüququnun pozulmasına səbəb olur. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli əmri ilə işdən azad edilmişdir. Hazırda da başqa işə götürənlər onun əmək kitabçasında və elektron portalda olan işdən çıxarılma səbəbinə görə onu işə qəbul etmirlər. İşəgötürən Cavabdeh MMC qanunsuz olaraq onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam vermişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 84-K-A saylı əmrində deyilir: «Baş ofis» bölməsində «Anbardar» vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» bəndinə əsasən xx.xx.2022-ci tarixdə xitam verilsin». Vəzifə səlahiyyətindən heç vaxt sui-istifadə etməmişdir. Əmrdə göstərilən əmək funksyalarını heç vaxt pozmamışdır. MMC-nin anbarı olmadığı halda onun anbardan nəsə oğurladığını iddia etmək absurddur. Çünki gələn mallar birbaşa mağazalara verilirdi. Əmək qanunvericiliyinin göstərilən tələblərinin heç birini pozmamışdır. İşəgötürənin öz əmrində istinad etdiyi hal isə şər və böhtandır. Təqdim edilən sənədlərdən də göründüyü kimi Nəsimi rayon Polis İdarəsində araşdırmalar xx.xx.2023-cü il tarixinə kimi davam etmişdir. İşəgötürən Cavabdeh MMC isə bu araşdırmaların sona çatmasını gözləmədən və ona heç bir xəbər vermədən onu qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad etmişdir. Halbuki, Nəsimi rayon Polis İdarəsinin son qərarında da onun heç bir təqsirinin olmadığı müəyyən edilir. İşəgötürən Cavabdeh MMC onu Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad etsə də, bu barədə əmri ona təqdim etməmişdir. Qanunvericiliyin tələbi bu halda da pozulmuşdur. Göründüyü kimi cavabdeh təşkilatın əmri qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilməmiş, əmrdə onun hansı səbəbdən 70-ci maddənin «ç» bəndi ilə işdən azad edilməsi, hansı qanunsuz əməllər törətməsi, əmək müqaviləsinin ləğv edilməsinin əsasları, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin dövrdə işəgötürən onu Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən müvəqqəti olaraq işdən kənarlaşdırmalı idi. Əgər onu hansısa qanunsuz əməllərdə ittiham edirdisə və bu barədə Polis orqanlarında araşdırma aparılırdısa, nəyə görə birbaşa təsdiqini tapmamış əsasla onu işdən azad edirdi? Nəyə görə müvafiq icra hakimiyyəti orqanının araşdırmalarının son nəticəsi gözlənilmirdi? Burada yeni təyin edilən direktor Şahid şəxsi intriqaları əsas götürülürdü. Odur ki, onu qanunsuz olaraq işdən azad etmişlər və ona bu barədə heç bir məlumat verilməmişdir. Yuxarıda da qeyd etdiyi kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad edilməsi xx.xx.2024-cü il tarixdə ona məlum olmuşdur. Cavabdeh MMC onu Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad edən zaman əmrdə konket olaraq hansı qanunsuz əməllər törətməsini, bu qanunsuzluqları təsdiq edən qərarı göstərməli idi. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində «əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini icra etməmək» göstərilir. İşçinin 70ci maddənin «ç» bəndinə istinad edib işdən çıxaran zaman göstərilən iki hal yoxdursa, 72ci maddədə sadalanan hallara istinad edilməlidir. Əmrdə isə 72-ci maddənin heç bir bəndinə istinad edilməmişdir. Çünki o, bu maddədə göstərilən heç bir əməli törətməmişdir. İşəgötürənə maddi zərər vurmamış, hansısa kommersiya və ya dövlət sirrini yaymamış, nə də işəgötürənin qanuni mənafeyinə xələl gətirməmişdir. Həmçinin bildirir ki, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün 18 saylı Mediasiya Təşkilatına 50 manat pul vəsaiti ödəmişdir. İddia ərizəsinin verilməsi üçün isə 50 manat dövlət rüsumu ödəmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilməsinə cavabdehin heç bir əsası olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və bildirdi ki, iddia ərizəsi tamamilə əsassızdır və təmin edilməməlidir. İddiaçı xx.xx.2022-ci il tarixində cavabdeh MMC-də anbardar vəzifəsinə təyin olunmuşdur. Şahid MMC-yə direktor təyin edildikdən sonra MMC-nin satış mağazalarında malların sayımının aparılmasına başlamışdır. 31 may 2022- ci il tarixli inventarizasiya aktında əksikiklik müəyyən edilmədiyi təqdirdə 18 avqust 2022-ci il tarixli inventarizasiya aktında 35 adda elektron avadanlıq əskik gəlmişdir. Bundan sonra, əskik gəlmənin səbəbləri müzakirə olunmuş və təqdim olunmuş sənədlər və izahatlara əsasən əskik gələn mallar üçün məsul şəxsin anbardar vəzifəsində çalışan İddiaçı olduğu məlum olmuşdur. Bununla bağlı, iddiaçının izahatı alınmış və o, öz izahatında əskik gələn mallardan 21 ədədini mənimsəyib pulunu götürdüyünü etiraf etmiş və xx.xx.2022-ci il tarixində 10.000 manat məbləğində zərərin bir hissəsini nağd olaraq geri qaytarmışdır. İddiaçının əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Həmin maddəyə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Məcəllənin 71-ci maddəsinə əsasən, Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi Məcəllənin 72-ci maddəsinin müvafiq olaraq “c” və “f’ bəndlərinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. İddiaçı ümumi dəyəri 93.157 manat olan malları mənimsəməklə mülkiyyətçiyə maddi ziyan vurmuş və bununla da, bilavasitə iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əməl törədilməsinə yol vermişdir. Ona görə də, cavabdeh iddiaçının əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla xitam verməkdə haqlıdır. İddiaçı ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən tərtib olunmuş əmrdə onun hansı səbəbdən işdən azad edildiyi göstərilməmişdir. Halbuki, xx.xx.2022-ci il tarixli, 84-K-A saylı Əmrə iddiaçının külli miqdarda elektron avadanlığın oğurluq və mənimsəmə əməllərini törətdiyini əks etdirən akt əlavə olunmuşdur. İddiaçı ərizəsində qeyd etmişdir ki, onun əmək müqaviləsinə xitam verilməməli, o, Məcəllənin 62-ci maddəsinə əsasən işdən müvəqqəti olaraq kənarlaşdırılmalı idi. Həmin maddənin “c” bəndinə əsasən, iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 12 yanvar 2022-ci il tarixli qərarına əsasən, həmin maddədə səlahiyyətli orqanın qərarı dedikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt başa düşülür. Həmin iş üzrə də 19 avqust 2022-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Halbuki, Konstitusiya Məhkəməsi onu da qeyd edir ki, Məcəllənin 62-ci maddəsi üzrə işçinin işdən kənarlaşdırılması işəgötürənin hüququnu təşkil edir. Qeyd edilməlidir ki, 62-ci maddənin “c” bəndindən fərqli olaraq, 70-ci maddə ilə işçinin əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi hər hansı orqanın və ya məhkəmənin qərarı ilə şərtləndirilməmişdir. Məcəllənin 71.3-cü maddəsinə əsasən, 70-ci maddədə qeyd olunan əsaslarla müqaviləyə xitam verilməsi üçün yeganə tələb onun zəruriliyinin əsaslandırılmasıdır. Belə ki, qeyd olunan hallar üçün kifayət qədər əsaslar olduqda, işçinin əmək müqaviləsinə xitam verilməsi işəgötürənin səlahiyyətindədir. İddiaçının öz izahatında əməlini etiraf etməsi və bunun digər sənədlər və izahatlarla öz təsdiqini tapması, eləcə də 10.000 manat məbləğində zərərin bir hissəsini cavabdehə qaytarması Məcəllənin 72-ci maddəsinə əsasən, onun əmək vəzifələrini kobud şəkildə pozduğunu göstərir və bu hal işəgötürən tərəfindən onun əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsi üçün əsas hesab edilə bilər. İşin hərtərəfli və müstəqil qaydada araşdırılması məqsədilə kənar audit cəlb edilmiş və fakt barədə "HLB Azərbaycan MMC" şirkətinin tərtib etdiyi auditor rəyi tərtib edilmişdir. Qeyd olunan rəy mənimsəmə faktını təsdiq edir. Bundan başqa, iddiaçı iddia ərizəsində MMC-nin oğurlandığını iddia etdiyi malların varlığını sübut edən sənədlərin istintaqa təhvil verilmədiyini qeyd etmişdir. Halbuki, 5 iyun 2023-cü il tarixdə cinayət əməlini ifşa edən audit rəyinin surəti və işlə bağlı aşağıdakı sənədlər qeyd olunmuş tarixlərdə Nəsimi rayon Polis İdarəsinə təqdim olunmuşdur: 21 iyul 2023-cü il tarixdə - cinayət əməlləri barədə İddiaçı Cavabdehə təqdim etdiyi şifahi ifadələr - səs yazısı formatında; 29 sentyabr 2023cü il tarixdə izahatların və aşağıdakı sənədlərin təqdim edilməsi ilə bağlı: a. Gömrük bəyannamələrin surətləri - 95 vərəq; b. malların müəssisədə hərəkətinə dair hesabatların təsdiq edilmiş surətləri - 5 vərəq; c. malların əskikliyi və həmin malların məhz İddiaçı olmasına dair cavabdehin əməkdaşlarından əldə edilən izahatların və İddiaçı izahatının təsdiq edilmiş surətləri - 6 vərəq; d. İddiaçıla əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin təsdiq edilmiş surəti - 1 vərəq; e. inventarizasiya aktların surətləri - 2 vərəq. İddiaçı Nəsimi rayon Polis İdarəsində işə xx.xx.2023-cü il tarixində xitam verildiyini qeyd etmişdir. Halbuki bununla bağlı cavabdehə heç bir yazılı məlumat verilməmişdir. Yalnız 2023-cü ilin dekabr ayının axırında şifahi olaraq bildirmişdir ki, hələ 2023-cü ilin noyabr ayında işə xitam verilmişdir. Bununla belə, cavabdehə bu barədə qərar təqdim edilməmişdir. Bu isə cavabdehə qarşı qərəzli mövqenin olduğunu, işin araşdırılması ilə bağlı heç bir tədbir görülmədiyini, təqdim edilmiş sübutların və audit rəyinin nəzərə alınmadığını, bilərəkdən işin gedişatı haqqında cavabdehə məlumat verilmədiyini göstərir. Onu da qeyd etmişdir ki, cinayət işinə istintaq zamanı xitam verilməsi faktı hər hansı preyudisiya qüvvəsinə malik deyil. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Ayazla aralarında rəhbər işçi münasibəti olmuşdur. O işə yeni, yəni iyul ayında başlamışdı. Direktor vəzifəsində deyildi, sadəcə işi öyrənirdi. Direktor vəzifəsində Belarusiya vətəndaşı olan Yaqılov idi. Təxminən avqustun 16-sı ya 17-si direktor vəzifəsinə təyin olunub. O günlərdə əməkdaş gələrək ikon bölməsindən telefon götürmək istədiyini, lakin telefonların orda olmadığını bildirib. Şirkətdə elektron kabinet sistemidir, onlayn satış və korporativ satış mövcuddur. Korporativ satış zamanı telefonların onlayn satış anbarında olduğu görünüb. Gedib götürmək istəyəndə telefonların olmadıqlarını görüblər. Ona məruzə ediblər, araşdırılmasını tapşırıb. Araşdırılma aparıldıqdan sonra Ayazın götürdüyünü bildiriblər. Ayazla danışıqlar aparılıb və Ayaz telefonu satdığını, pulunu gətirəcəyini söyləyib, lakin sonra yoxa çıxıb. İnsan resurslarından Ayazın valideyni ilə əlaqə saxlanmasını istəyib. Onun anası ilə əlaqə yaradılıb və anası həll edəcəklərini söyləyib. Bir müddət sonra Ayaz gəlib və pul tapa bilmədiyini bildirib. Ayın 16-sı ya 17-si bütün anbarların invertarizasiya olunmasını tələb edib. İnvertarizasiya zamanı məlum olub ki, 32 telefon və bir neçə “Airpods” markalı qulaqcıq yoxdur. Əməkdaşlar Ayazla əlaqə saxlamağa çalışıblar. Növbəti gün Ayaz gəlib və məbləği tapa bilmədiyini bildirib. Valideynləri ilə əlaqə yaratmaq təklif edilsə də, valideynlərinin ondan imtina etdiyini söyləyib. Polisə zəng edib hadisə barədə məlumat verib. Ayaz izahatı yazmış, əməlini etiraf etmiş və polislər onu aparmışlar. İstintaq başlayıb, ifadələr verilib. Müstəntiq onlara müəyyən məbləği ödəyib və məbləğ kassaya daxil olub. 62.000 zərər təyin olunub. Bu malların öz qiyməti idi, satış qiyməti daha yüksəkdir. Vəzifədə yeni olduğu üçün hüquqşünaslarla məsləhətləşirdi. Barışığa gediblər, Ayazın atası ilə danışıblar, o mənzili satmaq istədiklərini, hətta alınırsa, mənzili onların adına da keçirə biləcəyini söyləyib. Lakin razılıq olmadı. Sonradan məlum olub ki, evdə yaşayış mövcuddur və hətta evdə başqa pay sahibi də var. Müstəntiq zərəri 50.000 məbləğdən aşağı endirməyi təklif edib. Xarici şirkət olduğu üçün razılaşmayıblar. Məhkəməyə müraciət olundu, qərar çıxdı, sonra ləğv oldu. Müstəntiq deyirdi ki, hər şey yaxşı olacaq, araşdıracaqlar, lakin sonra işə xitam verilib. İstintaq dövründə müstəntiq audit istəyib və audit rəyi alıblar. Ayaz özü izahat yazaraq necə etdiyini də yazıb. Boşluq olduğunu və boşluqdan istifadə edərək telefonları götürdüyünü bildirib. Buna may ayında başladığını söyləyib. Bu məsələ aşkar olmamışdan əvvəl Ayaz işdən çıxmaq istədiyini söyləyib. Ona satıcı kimi qalmağı təklif edib. İnsan Resurslarına onunla danışmasını söyləyib. İstintaq aparıldı, qurumun sənədlərini, gömrük bəyannamələrini təqdim etdilər. Problem orda idi ki, bütün telefonların siyahısı var idi, lakin sistem minlərlə telefonun içindən itən telefonların seçilməsnə imkan vermirdi. İstintaqa bütün sənədlərin siyahısı verilib. O bildirdi ki, boşluqlar var idi. Belə ki, broker məhsulları gətirirdi və Ayaz təhvil alırdı. Fiziki olaraq Ayazın təhvil aldığına dair sənəd yox idi. Lakin, faktiki olaraq belə idi. Məhsullar “Port Baku”-dakı mağazaya gəlirdi və oradakı otağa yığılırdı. Fiziki olaraq anbar yox idi. Ayaz məhsulları invoysla yoxlayırdı və təhvil alırdı. İnvoysdan əlavə olaraq əməkdaş siyahı verirdi, onunla da yoxlayırdı. Həmin gün və ya ertəsi gün məhsullar 5 yerə bölünür və mağazalara göndərilirdi. Göndərildikdən sonra belə mağazalar arası yerdəyişmə olurdu. Bu yerdəyişməni Ayaz həyata keçirirdi. Belə ki, məhsulu mağazadan götürür, digərinə təhvil vermirdi. İnvertarizasiya zamanı sistemdən silmədiyini söyləyirdi. Kamera görüntüləri 3 ayı göstərdiyi üçün qeydlər artıq mövcud deyil. Ayazın izahatı, atası ilə danışıqlar mövcud idi. Onlar düşünüblər ki, məhkəmə prosesi 2 ay ərzində yekunlaşacaq. Artıq sistem yaxşı qurulduğu üçün oğurluq halları dərhal məlum olur, lakin əvvəllər sistem qurulmamışdı. Ayaz özü 32 olmasa da, 27 malı götürdüyünü etiraf edib. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında dindirilmiş şahid X13 ifadəsində göstərmişdir ki, menecer işlədiyi vaxtlarda Ayaz satıcı olub, hal-hazırda Ayaz ilə münasibəti yoxdur, aralarında heç vaxt konflikt olmayıb. Hadisə baş verdiyi vaxtda o, onlayn mağazada şöbə müdiri idi. Ayaz isə anbarda işləyirdi. Ayaz onlayn satıcı kimi işləyirdi, sonra Ayaz ona dedi ki, anbardar işləmək istəyirəm. O, isə dedi ki, yox ora sənə uyğun deyil. Bu məsələ ilə bağlı o vaxtki rəhbərə yaxınlaşd, Yaqilov dedi ki, Ayaz çoxdan işləyir, onun xətrinə dəyməmək üçün anbara qəbul edək. Qəbul etdikdən sonra Ayaz məhsulların qəbulu, məhsulların mağazalara paylanması və inventarizasiya ilə məşğul idi. 2022-ci ilin avqust ayında o, məzuniyyətdə idi. Məzuniyyətin bitməsinə 1 gün qalmış ona zəng edib dedilər ki, anbarda 13 telefon olmalıdır amma 7-si yoxdur. Bu məsələ ilə bağlı şirkətin Ayazın da olduğu vatsap qrupuna yazmış və telefonların harada olduğunu soruşmuşdur. Bir saat sonra Ayaz cavab yazdı. Sonra mənimlə əlaqə saxladı ki, məhsullar ondadır, başqa bir şəxsə girov qoyduğunu bildirmişdir. Şirkətin İnsan Resursları şöbəsində işləyən Elnarə xanımla əlaqə saxlamış və hadisə haqqında məlumat vermişdir. Elnarə xanım müdirə - Şahid zəng etdi, sonra Ayaz gəlib etiraf etdi ki, məhsulları qəbul edəndə 33 telefonu mənimsəmişdir. İş materialları: 24 dekabr 2018-ci il tarixdə İddiaçı adına açılmış ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə 65/K-Y nömrəli əmr ilə Cavabdeh MMC-də satıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə 38/K-D nömrəli əmr ilə anbardar vəzifəsinə keçirilmiş və xx.xx.2022-ci il tarixdə 84/K-A nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 84-K-A saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Nəsimi RPİ İŞ-nin müstəntiqi, polis kapitanı X3 08 fevral 2023-cü il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 6(006)-34/2023 saylı qərarından görünür ki, Şahid şikayəti təmin edilmiş, Nəsimi RPİ İŞ-nin müstəntiqi, polis kapitanı X3 08 fevral 2023-cü il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 6(103)- 261/2023 saylı qərarından görünür ki, şikayətçi İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 6(006)-34/2023 saylı qərarı dəyişiklik edilmədən saxlanılmışdır. Nəsimi RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru X4 02 oktyabr 2023-cü il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh MMC-nin rəhbərliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, nümayəndəsi və vəkili olduğu İddiaçı əmək kitabçası və işdən azad edilməsinə dair əmrin surətinin rəsmi şəkildə iddiaçıya təqdim edilməsini xahiş etmişdir. İddiaçı xxxxxxx000311 nömrəli əmək müqaviləsinin bildirişinin “Əmək və məşğulluq” altsistemindən çıxarışından görünür ki, xx.xx.2019-cu il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 621/2024K saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, "xxxx" MMC-də Müştəri məmnuniyyət departamentinin müştəri məmnuniyyətinin artırılması üzrə metodoloqu vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə 07 oktyabr 2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (işçinin təşəbbüsü ilə) əsasən xitam verilmişdir. Mediasiya prosesinin tətbiq edilməsi barədə təklifdən görünür ki, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyası üçün ərizədən və Bakı 18 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01167 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə saat 10.00-da keçirilən mediasiya sessiyasına gəlsə də, cavabdehin nümayəndəsi gəlməmişdir. 50 manat mediasiya xərci və 10 manat poçt xərci iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli ********** və **********2 nömrəli ödəniş qəbzlərinin surətindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 49,60 manat dövlət rüsumu və Bakı 18 saylı Mediasiya təşkilatına 50 manat mediasiya xərci və 10 manat poçt xərci ödənilmişdir. Cavabdeh MMC-nin balansında olan Dəniz Mall-da yerləşən “Alma Store” X12 rəhbəri X7 xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, Cəmiyyətin mühasibat uçotuna əsasən (həmçinin elektron uçot sisteminə əsasən) anbardar İddiaçı tərəfindən Cəmiyyətin anbarından xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan aralıqda işlədiyi Alma Store online mağazaya 172 ədəd müxtəlif seriya kodu ilə 217.669,90 manat dəyərində telefon cihazı məxaric olunmasına baxmayaraq, faktiki olaraq o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix aralığında onun işlədiyi Alma Store online mağazaya 147 ədəd eyni seriya kodu ilə telefon cihazı 166.843,14 manat dəyərində telefon cihazlarını İddiaçı qəbul etmişdir. Əskik gələn 25 ədəd (6 (altı) ədəd ZKMLL63RMA, 3 (üç) ədəd ZKMLL93RMA, 1 (bir) ədəd ZKMLLP3RKA, 4 (dörd) ədəd ZKMLLU3RKA, 1 (bir) ədəd ZKMLMJ3RKA, 1 (bir) ədəd ZKMLMR3RKA, 1 (bir) ədəd ZKMLVD3RMA, 3 (üç) ədəd ZKMND33RKA, 2 (iki) ədəd ZKMND43RKA, 1 (bir) ədəd ZKMNE23RMA, 1 (bir) ədəd ZKMV7N2RUA, 1 (bir) ədəd ZKMLWK3RUA seriya kodları ilə) telefon və qulaqlıq cihazları 49843.14 (qırx doqquz min səkkiz yüz qırx üç manat, 14 qəpik) manat dəyərində telefon cihazlarını İddiaçı mənimsəmişdir. Cavabdeh MMC-nin balansında olan Dəniz Mall-da yerləşən “Alma Store” Online Mağazasının X1 xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, Cəmiyyətin mühasibat uçotuna əsasən (həmçinin elektron uçot sisteminə əsasən) anbardar İddiaçı tərəfindən Cəmiyyətin anbarından xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix aralığında işlədiyi X22 Store mağazaya 21 ədəd müxtəlif seriya kodu ilə 49.841,79 manat dəyərində telefon cihazı məxaric olunmasına baxmayaraq, faktiki olaraq o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix aralığında işlədiyi X22 Store mağazaya 17 ədəd eyni seriya kodu ilə telefon cihazı 40.379,85 manat dəyərində telefon cihazlarını İddiaçı qəbul etmişdir. Əskik gələn 4 ədəd (1 (bir) ədəd ZKMLL63RMA, 1 (bir) ədəd ZKMLLA3RMA, 1 (bir) ədəd ZKMLLE3RMA, 1 (bir) ədəd ZKMLMA3RKA seriya kodları ilə) telefon cihazlan 9049.14 (doqquz min qırx doqquz manat, 14 qəpik) manat dəyərində telefon cihazlarını İddiaçı mənimsəmişdir. Cavabdeh MMC-nin balansında olan Dəniz Mall-da yerləşən “Alma Store” Online Mağazasının X2 xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, Cəmiyyətin mühasibat uçotuna əsasən (həmçinin elektron uçot sisteminə əsasən) anbardar İddiaçı tərəfindən Cəmiyyətin anbarından xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix aralığında işlədiyi X23 Alma Store mağazaya 5 (beş) ədəd ZKMLLA3RMA seriya kodu ilə telefon cihazı 12.201,75 manat dəyərində telefon cihazı məxaric olunmasına baxmayaraq, faktiki olaraq o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix aralığında işlədiyi X23 Alma Store mağazaya 4 (dörd) ədəd ZKMLLA3RMA seriya kodu ilə telefon cihazı 9.761,40 manat dəyərində telefon cihazlarını İddiaçı qəbul etmişdir. Əskik gələn 1 ədəd ZKMLLA3RMA seriya kodu ilə telefon cihazı 2.238,53 manat dəyərində telefon cihazlarını İddiaçı mənimsəmişdir. Cavabdeh MMC-nin maddi məsul şəxsi anbardarı İddiaçı Cəmiyyətin balansında olan “Alma Store” mağazasının Port Baku filialında yerləşən anbarında fəaliyyət göstərdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində anbara mədaxil olan malların və anbardan Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olan malların hərəkətini əks etdirən hesabatdan görünür ki, xx.xx.2022-ci il tarixə İddiaçı öhdəliyində qalan mal qalığı 53.738,65 manat dəyərində 93 məhsul, mədaxil olunan mallar 245.200,46 manat dəyərində 192 məhsul, Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olunan mallar 252.263,318 manat dəyərində 207 məhsul, xx.xx.2022-ci il tarixə İddiaçı öhdəliyində qalan mal qalığı 48.063,66 manat dəyərində 78 məhsul müəyyən edilmişdir. Cavabdeh MMC-nin maddi məsul şəxsi anbardarı İddiaçı Cəmiyyətin balansında olan “Alma Store” mağazasının Dəniz Mall filialında yerləşən anbarında fəaliyyət göstərdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində anbara mədaxil olan malların və anbardan Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olan malların hərəkətini əks etdirən hesabatdan görünür ki, xx.xx.2022-ci il tarixə İddiaçı öhdəliyində qalan mal qalığı 66.317,63 manat dəyərində 101 məhsul, mədaxil olunan mallar 192.577,67 manat dəyərində 158 məhsul, Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olunan mallar 211.476,001 manat dəyərində 175 məhsul, xx.xx.2022-ci il tarixə İddiaçı öhdəliyində qalan mal qalığı 47.944,80 manat dəyərində 84 məhsul müəyyən edilmişdir. Cavabdeh MMC-nin maddi məsul şəxsi anbardarı İddiaçı Cəmiyyətin balansında olan “Alma Store” mağazasının onlayn satış üçün nəzərdə tutulmuş anbarında fəaliyyət göstərdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində anbara mədaxil olan malların və anbardan Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olan malların hərəkətini əks etdirən hesabatdan görünür ki, xx.xx.2022-ci il tarixə İddiaçı öhdəliyində qalan mal qalığı 31.995,26 manat dəyərində 48 məhsul, mədaxil olunan mallar 241.145 manat dəyərində 177 məhsul, Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olunan mallar 190.706,80 manat dəyərində 157 məhsul, xx.xx.2022-ci il tarixə İddiaçı öhdəliyində qalan mal qalığı 82.266,46 manat dəyərində 68 məhsul müəyyən edilmişdir. Cavabdeh MMC-nin maddi məsul şəxsi anbardarı İddiaçı Cəmiyyətin balansında olan “Alma Store” mağazasının Park Bulvar filialında yerləşən anbarında fəaliyyət göstərdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində anbara mədaxil olan malların və anbardan Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olan malların hərəkətini əks etdirən hesabatdan görünür ki, xx.xx.2022-ci il tarixə İddiaçı öhdəliyində qalan mal qalığı 51.131,95 manat dəyərində 81 məhsul, mədaxil olunan mallar 197.482,93 manat dəyərində 163 məhsul, Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olunan mallar 219.826,545 manat dəyərində 171 məhsul, xx.xx.2022-ci il tarixə İddiaçı öhdəliyində qalan mal qalığı 31.195,39 manat dəyərində 73 məhsul müəyyən edilmişdir. Cavabdeh MMC-nin maddi məsul şəxsi anbardarı İddiaçı Cəmiyyətin balansında olan “Alma Store” mağazasının 28 Mall filialında yerləşən anbarında fəaliyyət göstərdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində anbara mədaxil olan malların və anbardan Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olan malların hərəkətini əks etdirən hesabatdan görünür ki, xx.xx.2022-ci il tarixə İddiaçı öhdəliyində qalan mal qalığı 51.603,65 manat dəyərində 81 məhsul, mədaxil olunan mallar 298.869,43 manat dəyərində 220 məhsul, Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olunan mallar 328.326,978 manat dəyərində 240 məhsul, xx.xx.2022-ci il tarixə İddiaçı öhdəliyində qalan mal qalığı 25.789,63 manat dəyərində 61 məhsul müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş əskikgəlmə barədə siyahıdan görünür ki, 35 məhsul əskik gəlmişdir və onların dəyəri 93.855 manat təşkil edir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, o, Cavabdeh şirkətinə məxsus “Alma Store” dükanlarından və anbarından 21 ədəd “iPhone 13 Pro Max” model telefonları götürmüş və pulunu mənimsəmişdir. Cavabdeh MMC-nin maddi məsul şəxsi anbardarı İddiaçı Cəmiyyətin anbarında fəaliyyət göstərdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix aralığında olan dövrün anbar əməliyyatlarını yoxlayaraq Cəmiyyətin balansında olan 5 mağazaya elektron cihazların göndərilməsinin xx.xx.2022-ci il tarixi vəziyyətinə inventarizasiyasının keçirilməsi barədə 80/K-İ nömrəli əmrdən görünür ki, inventarizasiya komissiyasının yaradılması və inventarizasiya prosesinin xx.xx.2022-ci il tarixdə başlanılaraq xx.xx.2022-ci il tarixdə yekunlaşdırılması əmr edilmişdir. Cavabdeh MMC-nin işçiləri – Şahid, X10, X11 və X13 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, 17 avqust 2022-ci il tarixində keçirilmiş inventarizasiya zamanı Cavabdeh MMC-də anbardar vəzifəsində çalışan İddiaçı tərəfindən külli miqdarda elektron avadanlığın oğurluq və mənimsəmə əməllərinin törədilməsi aşkar edilmişdir, faktı imzaları ilə təsdiq etmişlər ki, ümumi dəyəri 93.855 manata bərabər olan 35 adda elektron avadanlıq əskik gəlir. Cavabdeh MMC tərəfindən tərtib edilmiş inventarizasiya aktından görünür ki, inventarizasiya prosesinin nəticəsində Cavabdeh MMC-nin maddi məsul şəxsi anbardarı İddiaçı Cəmiyyətin anbarında fəaliyyət göstərdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix aralığında olan dövrün anbar əməliyyatlarını yoxlayaraq Cəmiyyətin balansında olan 5 mağazaya 31 ədəd olmaqla 63.352,98 manat dəyərində malları təhvil verməyərək mənimsədiyi aşkar olunmuşdur. GDĞ/1 seriyalı 087601 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə 10.000 manat ödəmişdir. Cavabdeh MMC-nin işçiləri – X10, X13 və X8 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində inventarizasiya keçirilmiş və heç bir elektron avadanlıq əskik gəlməmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş razılaşdırılmış prosedurlarla bağlı auditor xidmətlərinin göstərilməsinə dair rəydən görünür ki, sayım prosesində xx.xx.2023-cü il tarixinə sifarişçi ASBC” MMC-nin təqdim etdiyi anbar qalıqlarının mühasibat uçotu məlumatları ilə faktiki olaraq anbarda mövcud olan fiziki malların üzləşdirilməsi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixinə sifarişçinin dörd anbarında ümumi pərakəndə satış dəyəri 78.699 manat olmaqla 31 sayda mal üzrə əskikgəlmə müəyyən olunmuşdur. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış teleqram adlı sənəddən görünür ki, “ASBC" MMC-də anbardar vəzifəsində işlədiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində apardığı anbar əməliyyatlarının inventarizasiyasının keçirilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə saat 22.00-da Cəmiyyətin mağazalarına dəvət olunmuşdur. (forma və məzmun şirkət tərəfindən tərtib edilmiş, sənəd üzərində poçtun xx.xx.2022-ci il tarixli ştampı var.) Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 25-ci maddəsinin İ hisəssinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71.2-ci maddəsinə əsasən, məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 84-cü maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası,həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il,əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki halların araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilmək barədə qətnamə və ya bu maddənin ikinci hisəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, şəxsin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi, digər sözlə ifadə etdikdə onunla bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 1) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallar mövcud olmalıdır. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslardan hansına görə işdən azad edilməsi barədə əmrin verilməsinədək işəgötürən tərəfindən zəruri tədbirlər görülməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Belə ki, işəgötürən tərəfindən işçinin ehtimal edilən pozuntuya yol verməsi ilə bağlı hüquq mühafizə orqanına müraciət edilsə də, həmin araşdırma çərçivəsində şəxsin təqsirliliyi sübuta yetməmişdir. Bundan əlavə hazırki iş üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd edilən halların mövcudluğunu, habelə işçi tərəfindən işəgötürənə maddi ziyan vurulması ilə nəticələnən faktları obyektiv surətdə müəyyən etmək mümkün deyildir. Belə ki, həmin sənədlər işəgötürən tərəfindən birtərəfli qaydada aparılmış araşdırma gedişatında tərtib edilmişdir. Həmçinin elə işin cinayət təqibi orqanında araşdırması zamanı da işəgötürən tərəfindən mötəbər sübutların təqdim edilməməsi də aydın olur. İşəgötürən yalnız 17 avqustda özünün başlamış olduğu araşdırma ilə bir gün ərzində müəyyən etdiyi hallara əsasən 2019-cu il tarixdən həmin işəgötürənən işçisi olan şəxsi Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən azad etmişdir. Eyni zamanda işəgötürən işçinin əməlində cinayətin əlamətlərinin olması ehtimalı ilə də cinayət təqibi orqanına müraciət etmişdir. Göründüyü kimi işəgötürən xx.xx.2022-ci il tarixli əmri tərtib edən zaman işçi barəsində əmək müqaviləsini 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilməsinə əsas verən kifayət qədər sübutlara malik olmamışdır. Mübahisəli əmrin mətnindən də görünür ki, əmrin verilməsinə əsas olan bənd əmrin məzmununda öz əksini tapmamışdır. Beləliklə istər işəgötürən tərəfindən tərtib edilmiş müvafiq əmrdə işçinin məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə əsas olan hallar göstərilməmiş, istərsə də işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsini zəruri edən əsaslara dair sübutlar təqdim edilməmişdir. Məhkəmə işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinin zəruriliyini məhz işəgötürən əsaslandırılmalıdır işdən azad edilməsinin zəruriliyinin məhz işəgötürən tərəfindən əsaslandırılmalı olması baxımından hazırki məhkəmə araşdırması zamanı işəgötürən tərəfindən tərtib edilmiş aktları, işəgötürənin digər işçilərinin izahatlarını, habelə işçinin işdən azad edilməsindən sonra keçirilmiş və məhz 2022-ci ilin may və avqust ayları ərzində işçi tərəfindən işəgötürənə hansı məbləğdə zərər vurulması faktını deyil, ümumilikdə keçirildiyi xx.xx.2023-cü il tarixədən işəgötürənin maliyyə fəaliyyətinin audit rəyini və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini işçinin həqiqətən də Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən əsaslara görə işdən azad edilməsini əsaslı edən mötəbər sübutlar kimi qəbul etmir. İddiaçının irəli sürdüyü dəlilləri cavabdeh tərəfindən təqdim edilən mötəbər sübutlarla təkzib edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-nin (direktoru Şahid) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli 84-K-A saylı əmri ləğv edilməli, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən işdən azad edilməsi barədə müvafiq portalda və əmək kitabçasında düzəliş edilməli, qeyd edilən dəyişikliklərin edilməsi Cavabdeh MMC-yə həvalə olunmalıdır. Ödənilmiş məhkəmə xərclərinə görə 100 (yüz) manat məbləğində pul Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-nin (direktoru Şahid) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli 84-K-A saylı əmri ləğv edilsin. İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən işdən azad edilməsi barədə müvafiq portalda və əmək kitabçasında düzəlişlərin edilməsi Cavabdeh MMC-yə həvalə olunsun. Ödənilmiş məhkəmə xərclərinə görə 100 (bir yüz) manat məbləğində pul Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-930/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-930/2025
10.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver