Məhkəmə qərarları › İş №e-2(006)-977/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-977/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-977/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı "pul tələbinə dair" iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı "pul tələbinə dair" ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanmaya görə 386.42 AZN məbləğində əsas borc, 528.79 məbləğində faiz borcu, cəmi 915.21 manat məbləğində pul vəsatinin, həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli “MasterCard Unembossed” müqaviləsinə əsasən sonuncuya AZN valyutasında debet kartı verilmişdir. Cavabdeh “Kompleks bank xidməti” müqaviləsi əsasında yaradılmış 523599***1246 saylı kartı hesabına həmin müqavilə şərtlərinə uyğun olaraq müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. Lakin, xx.xx.2021-c i il tarixində yaranan texniki xəta səbəbindən həmin vaxt hesabında yetərli pul vəsaiti omadığı təqdirdə o, 386.42 AZN məbləğində pul vəsaitinı istifadə etmişdir. Bununla da Cavabdeh tərəfindən banka məxsus 386.42 AZN məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq qanunsuz istifadə edilmiş vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, lakin banka məxsus qeyd olunan 386.42 AZN məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsaitinin X1 tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda onun banka 386.42 AZN məbləğində əsas,528.79 AZN məbləğində faiz olmaqla, cəmi 915.21 AZN məbləğində borcu yaranmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı Açıq Səhmdar Cəmı̇ yyəti məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasını nümayəndələrinin iştirakı olmadan keçirlənməsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri (sübutları) nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Belə ki, mülki işin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-ci il tarixli, 733599 saylı kompleks bank xidməti müqaviləsi və ödəniş kartlarının hazırlanması və verilməsinə dair ərizədən görünür ki, Cavabdeh “X3” ödəniş kartı təqdim edilmiş və o, yaranmış “Texniki overdraft”a görə pul vəsaitlərini bankın tələbi olarsa hesablanmış faizləri ilə birlikdə (illik 42% olmaqla) geri qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh tərəfindən yol verilmiş texniki overdraft nəticəsində İddiaçı ASC-yə 386.42 manat əsas və 528.79 manat faiz borcu olmaqla, ümumilikdə 915.21 manat məbləğində borcu vardır Mülki işin materiallarında olan İddiaçı ASC tərəfindən pretenziyaya əsasən cavabdehə iddiaçı tərəfindən öhdəliklərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan İddiaçı ASC tərəfindən verilən 26 sentyabr 2024-cü il tarixli pretenziya məktubuna əsasən, cavabdehin 523599***1246 kart müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Banka olan borcun məbləği əsas borc üzrə 386.42 AZN, cərimə üzrə 508,54 AZN, cəmi 894,96 AZN təşkil edir. Mülki işin materiallarında olan ödəniş qəbzindən (№**********56) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-ci il tarixli, 733599 saylı kompleks bank xidməti müqaviləsinə əsasən Cavabdeh AZN valyutasında debet “X3” ödəniş kartı təqdim edilsə də, cavabdeh ödəməli olduğu məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun İddiaçı ASC-yə əsas borc üzrə 386,42 manat, faiz borcu üzrə 528,79 manat, cəmi 915,21 manat borcu yaranmışdır. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 439. Pul öhdəliklərinin icrası. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh iddiaçı bank tərəfindən ona müqavilə əsasında verilmiş kart vasitəsilə özünə aid olmayan 386.42 manat məbləğində vəsaitdən istifadə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Bankın hesabına əsassız varlanmışdır. Belə ki, o, heç bir qanuni əsas və ya müqavilə əsası olmadan Banka məxsus 386.42 manat məbləğində vəsaitdən istifadə etmişdir. Odur ki, iddiaçı Bank cavabdehi əsassız varlandıran həmin pulu cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Həmçinin cavabdeh onu əsassız varlandıran vəsaiti Banka qaytarmadığından iddiaçı Bank cavabdehdən müqavilədə nəzərdə tutulmuş qaydada faiz ödənilməsini tələb etməkdə də haqlı olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.4.5-ci maddəsində yaranmış “texniki overdraft”a görə pul vəsaitlərinin bankın tələbi olarsa, hesablanmış faizləri ilə birlikdə (illik 42 % olmaqla) geri qaytarılması nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, 386.42 manat əsas borc və 528.79 manat faiz borcu olmaqla, cəmi 915.21 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci bəndinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 386.42 manat əsas, 528.79 manat faiz, cəmi 915.21 (doqquz yüz on beş manat, iyirmi bir qəpik) manat borc və 30 (otuz manat) manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar