Məhkəmə qərarları › İş №e-2(007)-1017/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1017/2024

20.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1017/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsi İddiaçı X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı (Açar sözlər: “mənzilin təhvil verilməsi, mənzilə köçürülmə və maneənin cavabdehə qadağan edilməsi”tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi, mənzilə köçürülmə və maneənin cavabdehə qadağan edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi, mənzilə köçürülmə və maneənin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138.9 kv.m olan 45 nömrəli mənzili İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC üzərinə qoyulması və İddiaçı həmin mənzilə köçürülməsi, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138.9 kv.m olan 45 nömrəli mənzilin İddiaçı tərəfindən təmir edilməsi üçün "xxxx" MMC tərəfindən yaradılan maneənin cavabdehə qadağan edilməsi, hüquqi yardıma görə ödənilmiş 500 manat və dövlət rüsumuna görə ödənilmiş 100 manat pulun cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-dən 24 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138.9 kv.m olan 45 nömrəli mənzili almışdır. Bir müddət sonra ona məlum olmuşdur ki, şirkət tərəfindən həmin ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasında eyni mənzillər birdən çox şəxslərə satılmışdır. Onun aldığı mənzilin də təkrarən Quliyev Əlövsət adlı şəxsə satıldığı bildirilmiş, buna əsasən MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi üzrə ifadə vermişdir. Cinayət işi üzrə ibtidai istintaq yekunlaşarkən məlum olmuşdur ki, qeyd olunan mənzil ondan sonra başqa şəxsin adına rəsmiləşdirilmiş və buna əsasən cinayət işi üzrə o, zərərçəkmiş şəxs qismində tanınmamışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2-2- 02/3/2-232026306/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparılaraq 12 oktyabr 2023-cü il tarixdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə həmin cinayət işindən ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmaqla istintaq davam etdirilir. Cinayət işinin materiallarından görünür ki, "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 1 ünvanında inşa olunan binanın 1-ci giriş, 10-cu mərtəbəsində yerləşən sahəsi 138.9 m2 olan 45 nömrəli mənzil 24 oktyabr 2019-cu il tarixdə İddiaçı ilə MMC-nin direktoru X4 arasında bağlanmış həmin tarixli alqı-satqı haqqında müqavilə əsasında sonuncuya satıldıqdan sonra həmin mənzil 05 mart 2020-ci il tarixdə X1 adına rəsmiləşdirilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli müqavilənin 8.2-ci bəndinə əsasən təhviltəslim hər iki tərəfin imzası ilə təsdiqləndiyi akt əsasında rəsmiləşdirilir. Mənzil bugünədək iddiaçıya təhvil verilməmiş, iddiaçının mənzilə daxil olmasına maneələr yaradılmışdır. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.

3. Məhkəmə baxışı zamanı X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddiaçının hazırda Cəmiyyətə 33540 manat borcu vardır. İddiaçı borcunu tam bağlamağa hazırdır. Sadəcə "xxxx" MMC-nin nümayəndələri borcu qəbul etmirdi daha sonra isə vəzifəli şəxsləri barədə cinayət işi başlandı. İbtidai araşdırma gedən zaman borcun Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin depozit hesabına qoyulmasını təklif etdik, lakin İddiaçı iş üzrə zərərçəkmiş şəxs kimi tanınmadığı üçün depozitə qoya bilmədik. Məhkəmədən iddianın tam təmin edilməsini xahiş etdi.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 bildirmişdir ki, "xxxx" MMC tərəfindən ona satılan mənzil 44 nömrəli mənzildir, 45 nömrəli mənzilin ona aidiyyəti yoxdur. Məhkəməyə MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləni təqdim etdi və onun mənzilində artıq problem olmadığını, anlaşılmazlığın aradan qalxdığını bildirdi.

6. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

9. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138.9 kv.m olan 45 nömrəli mənzil pay kimi verilir. Payçı tərəfindən mənzilin dəyəri tam ödənilmədiyi müddət ərzində icraçının xəbəri və razılığı olmadan mənzilin ikinci əldən satışı qadağandır.

10. 21 noyabr 2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138.9 kv.m olan 45 nömrəli mənzilin dəyərindən 930 manat ödəniş edilmişdir; 21 dekabr 2019-cu il tarixli arayışdan görünür ki, 930 manat ödəniş edilmişdir; 23 yanvar 2020-ci il tarixli arayışdan görünür ki, 930 manat ödəniş edilmişdir; 25 fevral 2020-ci il tarixli arayışdan görünür ki, 1860 manat ödəniş edilmişdir; 03 iyun 2020-ci il tarixli arayışdan görünür ki, 1860 manat ödəniş edilmişdir; 17 iyul 2020ci il tarixli arayışdan görünür ki, 1860 manat ödəniş edilmişdir; 22 sentyabr 2020-ci il tarixli arayışdan görünür ki, 1860 manat ödəniş edilmişdir; 07 dekabr 2020-ci il tarixli arayışdan görünür ki, 930 manat ödəniş edilmişdir.

11. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 20 dekabr 2023-cü il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparılaraq 12 oktyabr 2023-cü il tarixdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə həmin cinayət işindən ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmaqla istintaq davam etdirilir. Cinayət işinin materiallarından görünür ki, "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 1 ünvanında inşa olunan binanın 1-ci giriş, 10-cu mərtəbəsində yerləşən sahəsi 138.9 m2 olan 45 nömrəli mənzil 24 oktyabr 2019-cu il tarixdə İddiaçı ilə MMC-nin direktoru X4 arasında bağlanmış həmin tarixli alqı-satqı haqqında müqavilə əsasında sonuncuya satıldıqdan sonra həmin mənzil 05 mart 2020-ci il tarixdə X1 adına rəsmiləşdirilmişdir. Hazırda iş üzrə istintaq davam etdirilməkdə qeyd olunan xüsusatlar cinayət işinin istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılaraq qanuna müvafiq qərar qəbul ediləcəkdir.

12. 26 yanvar 2024-cü il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı hüquqi yardım üçün 500 manat ödəniş edilmişdir.

13. "xxxx" MMC ilə X5 arasında bağlanmış 044003 nömrəli, 05 mart 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 140.9 kv.m olan 44 nömrəli mənzil pay kimi verilir. Payçı tərəfindən mənzilin dəyəri tam ödənilmədiyi müddət ərzində icraçının xəbəri və razılığı olmadan mənzilin ikinci əldən satışı qadağandır.

14. 06 iyun 2024-cü il tarixli yerində müayinə zamanı tərtib olunmuş aktdan görünür ki, "xxxx" MMC tərəfindən inşa olunan bina tam tikilmişdir, sakinlər tərəfindən bir çox mənzillərdə artıq təmir işləri başlamışdır, mənzillərdə arakəsmələr mövcuddur. Blokda pilləkən və lift quraşdırılmışdır. Sakinə öz mənzilini təmir etdirmək üçün mövcud vəziyyət imkan verir. İddiaçı tərəfindən mənzilə dəmir giriş qapısı qoyulmuşdur. Lakin həmin dəmir qapı cavabdeh "xxxx" MMC tərəfindən iddiaçının xəbəri olmadan sökülmüşdür. Mənzilin içərisi tullantılarla doldurulmuşdur.

İşin faktiki halları:

15. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli, müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138.9 kv.m olan 45 nömrəli mənzil İddiaçı pay kimi verilmişdir. İddiaçı tərəfindən ödənişlər edilmiş, qalıq borc 33540 manatdır. Qalıq borcu iddiaçı tam ödəməyə hazırdır. Sözügedən mənzil cavabdeh Cəmiyyət tərəfindən iddiaçıya təhvil verilmir və təmir edilməsinə maneələr yaradılır. Həmin ünvanda yerləşən 44 nömrəli mənzilə dair 05 mart 2020-ci il tarixli, 044003 nömrəli müqavilə isə X1 adına rəsmiləşdirilmişdir. Hazırda İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138.9 kv.m olan 45 nömrəli mənzili İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC üzərinə qoyulması və İddiaçı həmin mənzilə köçürülməsi, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138.9 kv.m olan 45 nömrəli mənzilin İddiaçı tərəfindən təmir edilməsi üçün "xxxx" MMC tərəfindən yaradılan maneənin cavabdehə qadağan edilməsi, hüquqi yardıma görə ödənilmiş 500 manat və dövlət rüsumuna görə ödənilmiş 100 manat pulun cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsini xahiş edir.

Tətbiq edilməli hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023cü il tarixli qərarı:

Mülki Məcəllənin öhdəliklərin icrası zamanı vicdanlılığı müəyyən edən 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

Məhkəmə baxışının hədləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.

20. Məhkəmə 24 oktyabr 2019-cu il tarixli müqavilədə göstərilən öhdəliklərin "xxxx" MMC tərəfindən pozulduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

21. Məhkəmə tələbin “mənzilin təhvil verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı ilə "xxxx" MMC arasında 24 oktyabr 2019-cu il tarixli müqavilə bağlanmşdır. Həmin müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138.9 m2 olan 45 nömrəli mənzil İddiaçı pay kimi verilir. Göründüyü kimi iddiaçı tərəfindən mənzilin dəyəri qismən ödənilərək sonuncu dəfə verilən arayışa əsasən 33540 manat borcu olduğu qeyd edilmişdir. İddia ərizəsində və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 20 dekabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 1 ünvanında inşa olunan binanın 1-ci giriş, 10-cu mərtəbəsində yerləşən sahəsi 138.9 m2 olan 45 nömrəli mənzil 24 oktyabr 2019-cu il tarixdə İddiaçı ilə MMC-nin direktoru X4 arasında bağlanmış eyni tarixli müqavilə əsasında sonuncuya satıldıqdan sonra həmin mənzil 05 mart 2020-ci il tarixdə X1 adına rəsmiləşdirilmişdir. Bu səbəbdən məhkəmə X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə X5 arasında bağlanmış 044003 nömrəli, 05 mart 2020-ci il tarixli müqavilə ilə ünvan 1 ünvanında inşa olunan binanın 1-ci blok, 10-cu mərtəbəsində yerləşən sahəsi 140.9 m2 olan 44 nömrəli mənzil X3 verilmişdir. Beləliklə, ünvan 1 ünvanında inşa olunan binanın 1-ci giriş, 10-cu mərtəbəsində yerləşən sahəsi 138.9 m2 olan 45 nömrəli mənzilə dair İddiaçı ilə müqavilə bağlanmışdır və məhkəmə iclasında tədqiq olunmuş arayışlara əsasən ödənişlər etmişdir. Lakin sözügedən mənzil indiyədək iddiaçıya təhvil verilməmişdir və MMC tərəfindən iddiaçının mənzili təmir etməsinə süni maneələr yaradılır. Odur ki, iddia tələbi bu hissədə təmin edilməli və həmin mənzil ona təhvil verilməlidir.

22. Məhkəmə iddia tələbinin İddiaçı ünvan 1 ünvanında inşa olunan binanın 1-ci giriş, 10-cu mərtəbəsində yerləşən sahəsi 138.9 m2 olan 45 nömrəli mənzilə köçürülməsi hissəsinə münasibətdə də qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər pozulmuşdur. Cavabdeh mənzili iddiaçıya təhvil verməmiş və mənzili iddiaçıya təhvil verməkdən yayınmışdır. Hazırda "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinin məhkəmə araşdırması gedir. Göründüyü kimi cavabdeh "xxxx" MMC tərəfindən nəinki iddiaçı, həmçinin digər şəxslərin də hüquqları pozulmuşdur. Odur ki, sözügedən mənzil iddiaçıya təhvil verilməli və o, həmin mənzilə köçürülməlidir.

23. Məhkəmə iddia tələbinin sözügedən mənzildə təmir işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin qadağan edilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən həyata keçirilən 06 iyun 2024-cü il tarixli yerində müayinə zamanı məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən inşa olunan bina tam tikilmişdir, sakinlər tərəfindən bir çox mənzillərdə artıq təmir işləri başlamışdır, mənzillərdə arakəsmələr mövcuddur. Blokda pilləkən və lift quraşdırılmışdır. Sakinə öz mənzilini təmir etdirmək üçün mövcud vəziyyət imkan verir. İddiaçı tərəfindən mənzilə dəmir giriş qapısı qoyulmuşdur. Lakin həmin dəmir qapı cavabdeh "xxxx" MMC tərəfindən iddiaçının xəbəri olmadan sökülmüşdür. Mənzilin içərisi tullantılarla doldurulmuşdur. Beləliklə, iddiaçının mənzilini təmir etdirməsi üçün tam şərait olsa da cavabdehin süni maneələri və özbaşnalığı nəticəsində təmir etdirə bilmir.

24. Göründüyü kimi artıq bina tam şəkildə tikilmiş və sakinlər tərəfindən bir çox mənzillərdə artıq təmir işləri başlamışdır. Odur ki, iddiaçı tərəfindən əldə edilən mənzildə təmir işləri aparılmasına cavabdeh tərəfindən maneələr yaradılması qadağan edilməlidir.

25. İddiaçı tərəfindən hüquqi yardım üçün 500 manat məbləğində pul vəsaiti ödənilməsi ilə bağlı sübut təqdim edildiyindən iddia bu hissədə də təmin edilməlidir.

Məhkəmə xərcləri:

26. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə:

27. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138.9 kv.m olan 45 nömrəli mənzil İddiaçı təhvil verilməli, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138.9 kv.m olan 45 nömrəli mənzilə köçürülməli, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138.9 kv.m olan 45 nömrəli mənzilin İddiaçı tərəfindən təmir edilməsinə "xxxx" MMC tərəfindən maneə yaradılması qadağan edilməli, "xxxx" MMC-dən hüquqi yardıma görə ödənilmiş 500 manat və ödənilmiş 100 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir.

28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia tələbi təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138.9 kv.m olan 45 nömrəli mənzil İddiaçı təhvil verilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138.9 kv.m olan 45 nömrəli mənzilə köçürülsün. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138.9 kv.m olan 45 nömrəli mənzilin İddiaçı tərəfindən təmir edilməsinə "xxxx" MMC tərəfindən maneə yaradılması qadağan edilsin. "xxxx" MMC-dən hüquqi yardıma görə ödənilmiş 500 manat və ödənilmiş 100 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar