Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1036/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Sultanov Zahı̇ d Hamlet oğlu cavabdeh "X1 Xidmətləri" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri (direktor) Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı Sultanov Zahı̇ d Hamlet oğlunun cavabdeh "X1 Xidmətləri" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı Sultanov Zahı̇ d Hamlet oğlu cavabdeh "X1 Xidmətləri" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X1 Xidmətləri" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü tarixli İR073 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini, onun tərəfindən hüquqi yardımla bağlı vəkilə ödənilmiş 321 manat, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 50 manat və vurulmuş mənəvi ziyana görə 5000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2002-ci il tarixdə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini və 2019-cu il tarixdə Kiyev Milli İnşaat və arxitektura Universitetini, İnşaat fakultəsinin, işin təşkili və idarə etmə ixtisası üzlə fərqlənmə ilə bitirib. xx.xx.1997-ci ildən iş fəaliyyətimə başlayıb, müxtəlif yerlərdə və sahələrdə işləyib. İşlədiyi bütün müddət ərzində heç vaxt intizam məsuliyyətinə cəlb edilməyib, həmişə rəhbərliyin verdiyi tapşırıq və göstərişlərə vaxtında və keyfiyyətlə yerinə yetirib. xx.xx.2020-ci il tarixdə Cavabdehndə Mexanika və Keyfiyyətə Z/N üzrə aparıcı nəzarətçi vəzifəsinə təyin edilib. Həmin vaxt onunla 1 illik müddət ərzində əmək müqaviləsi bağlanılıb və bundan sonra həmin əmək müqaviləsi hər il tərəflərin, yəni işə götürən və onun razılığı ilə hər il uzadılırdı. Sozügedən şirkətdə o, xx.xx.2024-cü il tarixədək işləyib, lakin onun əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitməsinə baxmayaraq, onun razılığı olmadan elektron formada, yəni DSMF-nin "ƏMAS" adlanan portalında dəyişdirilmiş saxta əmək müqaviləsini əsas gətirərək "əmək müqaviləsinin müddətinin qurtarması"nı rəhbər tutub onun əmək müqaviləsinə qanunsuz olaraq xitam verilib. Nəzərə çatdırmaq istəyir ki, saxta yolla quraşdırılmış həmin o, əmək müqaviləsinin də müddəti xx.xx.2024-cü il taridə bitməsi müəyyən edilib. Lakin buna baxmayaraq onun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 68.2 "b" bəndinə əsasən qanunsuz olaraq xitam verilib. Təkrarən bildirmək istəyir ki, həmin əmək müqaviləsindən onun xəbəri olub, lakin dəfələrlə sözlü etirazını nəzərə almadıqlarına görə o, elektron poçt vasitəsilə öz rəsmi etirazını bir daha bildirib. Həmin yazışmaları məhkəməyə təqdim edəcəkdir. Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinə əsasdır. Lakin göründüyü kimi, onunla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-ci ildə deyil, xx.xx.2025-ci il tarixdə bitir. Ona xəbərdarlıq xx.xx.2025-ci il tarixdə, saat 18:07-də elektron poçt vasitəsilə bildiriş verilib. Bu hal da öz növbəsində yuxarıda göstərilən maddi normanın pozulmasıdır.
İş materialları:
3. Bakı 16 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/16/2024-001941 nömrəli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər, razılıq əldə olunmayıb, iddiaçı tərəfindən 50 manat İMS xərci və 10 manat poçt xərci ödənilmişdir.
4. "X1 Xidmətləri" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ və Sultanov Zahı̇ d Hamlet oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli SFWPMC-062 saylı əmək müqaviləsindən görünür ki, Sultanov Zahı̇ d Hamlet oğlu şirkətin ofisində işləmək üçün Mexanika və KZ/KN üzrə aparıcı nəzarətçi vəzifəsinə təyin edilib, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək 1 (bir) il müddətinə bağlanmışdır. İşəgötürən tərəfindən bu əmək müqaviləsi ləğv edilərkən içmi qanunvericiliklə nəzərdə tutulan hallarda xəbərdar edilir (10.2.).
5. xx.xx.2020-ci il tarixli, SFWPMC-062 nömrəli əmək müqaviləsinə 3 saylı əlavədən görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə həmin əmək müqaviləsinin 2.1-ci bəndinin 1-ci cümləsi xx.xx.2024-cü il tarixindən dəyişdirilərək aşağıdakı redaksiyada verilir: “Bu Əmək müqaviləsi imzalandığı və bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir və 29 noyabr 2024-cü il tarixədək qüvvədə qalır”.
6. xx.xx.2020-ci il tarixli, SFWPMC-062 nömrəli əmək müqaviləsinə 4 saylı əlavədən görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə həmin əmək müqaviləsinin 2.1-ci bəndinin 1-ci cümləsi xx.xx.2024-cü il tarixindən dəyişdirilərək aşağıdakı redaksiyada verilir: “Bu Əmək müqaviləsi imzalandığı və bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir və 30 dekabr 2024-cü il tarixədək qüvvədə qalır”.
7. "X1 Xidmətləri" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ tərəfindən Sultanov Zahı̇ d Hamlet oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi haqqında” bildirişdən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci Maddəsinin (b) bəndinə (“əmək müqaviləsinin müddətinin qurtarması”) əsasən Cavabdeh MMC ilə Sizin aranızda bağlanmış 1 iyul 2020-ci il tarixli, SFWPMC-062 nömrəli Əmək Müqaviləsinə 29 noyabr 2024-ci il tarixində xitam veriləcəkdir. Son haqq-hesab və istifadə olunmamış əsas məzuniyyətə görə pul əvəzi tətbiq olunan qanunvericiliyə və şirkətin daxili prosedurlarına müvafiq olaraq, 29 noyabr 2024-ci il tarixədək olan dövr üzrə ödəniləcəkdir. Cavabdeh MMC əməkdaşlığını qiymətləndirir və gələcək fəaliyyətində ona müvəffəqiyyətlər arzu edir.
8. "X1 Xidmətləri" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İR 003 saylı əmrdən görünür ki, MMC-də Mexanika və KZ/KN üzrə aparıcı nəzarətçi vəzifəsində çalışan İddiaçı 29 noyabr 2024-cü il tarixli İR 073 nömrəli xitam əmrini nəzərə alaraq, əmr etmişdir: İddiaçı 01 iyul 2020-ci il tarixli xxxxxxx000400 nömrəli əmək müqaviləsinin qüvvədən düşməsi ücün verilmiş İR 073 nömrəli xitam əmrinin ləğv edilsin. Əmrin icrası ilə bağlı bütün zəruri tədbirlərin görülməsi Baş Mühasibə və İnsan Resursları üzrə Böyük Menecerə tapşırılsın. Əsas: X2 Xidməti tərəfindən daxil olan 09 yanvar 2025-ci il tarixli MN № ******* nömrəli qərar.
9. "X1 Xidmətləri" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İR 073 saylı əmrdən görünür ki, MMC-nin bölməsində “Mexanika və KN/KZ üzrə nəzarətçi” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış 1SZ95QR000400 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2. “b”-əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17- 5/2-S-6834/2025 saylı məktubdab görünür ki, müraciəti ilə əlaqədar “Socar X4 Xidmətləri” MMC-nin ünvanına (ünvan 2y Zərdabi PR., ev 88A) xx.xx.2024-cü il tarixli, 3-17-5/2- 89977/2024 nömrəli məktubla müraciət olunaraq Sizə aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur, lakin sənədlər təqdim edilməmişdir. Nəzərə çatdırırlar ki, qeyd edilən müvafiq sənədlər təqdim olunduğu təqdirdə müraciətinə yenidən baxılaraq cavab veriləcəkdir. Araşdırma zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə tərəfimizdən baxış keçirilərkən, onunla “Socar X4 Xidmətləri” MMC arasında xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixədək bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi məlum olmuşdur. Əmək müqavilənizə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin (müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.) tələblərinin pozulduğu və eyni zamanda təqdim etdiyi əmək haqqı bank hesabı çıxarışınızdan son haqq-hesabın gecikdirilərək ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bununla bağlı “Socar X4 Xidmətləri” MMC-nin işəgötürəni barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4cü və 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş və müvafiq olaraq xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq onun əmək müqavilənizə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, İR073 nömrəli əmrin ləğv edərək tərədilmiş inzibati xəta pozuntusunun aradan qaldırılması üçün tərəfimizdən müəssisə rəhbərliyinə məktub ünvanlanmışdir. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır.
11. "X1 Xidmətləri" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İR 004 saylı əmrdən görünür ki, SOCAR Serices Engineering” MMC ilə Heydər Əliyev adına X5 (NEZ) rekonstruksiyası və genişləndirilməsi ilə əlaqədar layihənin idarə edilməsi haqqında NEZ arasında imzalanmış xx.xx.2019-cu il tarixli, HS- 124/2-19 nömrəli konsolidə edilmiş müqavilənin müddətinin bitməsi və nəticədə Layihələrin idarəedilməsi departamentinin bağlanması əlaqədar, aşağıda qeyd olunan, hazırki tarixə qalan vəzifələrin 23 yanvar 2025-ci il tarixindən ləğv edilməsi üçün əmr edilmişdir: 1. Layihələrin İdarəedilməsi departamentinin bağlanması ilə əlaqədar müvafiq tədbirlər görülsün. 2. Qoşma 1-də qeyd olunmuş ştat vahidləri ləğv edilsin. 3. Əmrin icrası ilə bağlı bütün zəruri tədbirlərin görülməsi Baş mühasibə və İnsan Resursları üzrə böyük menecerə tapşırılsın (18. Mexanika işləri üzrə böyük mühəndis).
Tərəflərin izahatları:
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı əmək fəaliyyətinə başladığı müddətdən 05 dekabr 2024-cü il tarixədək əmək fəaliyyətində yüksəlişlər olub, heç vaxt intizam məsuliyyətinə cəlb olunmayıb. Bu iddiaçıya məxsus əmək kitabçası və digər sənədlərdən də görünür. İddiaçı 01 iyul 2020-ci il tarixdə cavabdehə məxsus şirkətdə işə qəbul olunub, bundan sonra hər il, 2024-cü ilin dekabr ayınadək bir il müddətində əmək müqaviləsi uzadılıb. Birdən-birə əmək müqaviləsinin müddətinin bitməsinə 6 ay qalmış, yəni 05 dekabr 2024-cü il tarixdə iddiaçıya artıq 29 noyabr 2024-cü il tarixdə işdən azad olunduğunu bildiriblər. Bununla bağlı iddiaçı ilə şirkət arasında yazışmalar var. İddiaçının əmək müqaviləsinə 29 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsini əsas gətirərək xitam veriblər. İddiaçıya 5 gün əlavə müddət verməyiblər. Nəzərinizə çatdırır ki, iddiaçının əmək müqaviləsinin müddəti 01 iyul 2025-ci il tarixdə başa çatacaq, yəni müqavilənin müddətinin bitməsinə hələ 6 ay var idi. Bununla bağlı ilkin mediasiya sessisiyasında iddiaçı tərəfindən bildirilməsinə baxmayaraq tərəflər arasında hər hansı barışıq əldə olunmayıb. Bununla bağlı Əmək Müfəttişliyi Xidmətinə də müraciət olunub. Əmək Müfəttişliyi Xidmətininin 24 yanvar 2025ci il tarixli məktubundan da görünür ki, cavabdehin barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən cərimə tətbiq olunub və cərimə şərti hesab edilib. Buna əsas kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulduğu müəyyən edilib. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “ƏMAS” adlanan sistemində müqavilənin uzadılması ilə bağlı müqavilə yerləşdirilib, lakin həmin müqavilədən iddiaçının heç bir məlumatı olmayıb. İddiaçı əmək müqaviləsinin 6 ay müddətinə deyil, 01 iyul 2024cü il tarixdən 01 iyul 2025-ci il tarixədək bir il müddətinə uzadılmasını bilib. Cavabdehin nümayəndəsinin də bildirdiyi kimi əgər iddiaçı 2024-cü ilin may ayında cavabdeh şirkətdə işləmək istəmirdisə, cavabdeh hansı səbəbdən iddiaçının əmək müqaviləsini altı ay müddətinə uzadıb. 2024-cü ilin iyul ayından iddiaçının əmək müqaviləsinin müddəti avtomatik olaraq 1 il müddətinə uzadılmış olub. İddiaçı əmək müqaviləsinin xitam verilməsi ilə bağlı məlumatlandırılmayıb. 05 dekabr 2024-cü il tarixdə iddiaçıya artıq 29 noyabr 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verildiyi bildirilib. İddiaçı isə necə olur ki, həmin vaxt 3 gün işə gedib-gəldiyini bildirib. İddiaçının əmək müqaviləsinə 4 saylı əlavədən məlumatı olmayıb. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (direktoru) Nümayəndə1 iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, 2024-cü ilin may ayında əmək müqaviləsinin müddətinin bitməsinə iki ay qalmış iddiaçıya əmək müqaviləsinin 6 ay müddətinə uzadılması, müqaviləyə əlavəyə imza çəkməsi bildirilib. 30 nəfər işçidən 29 nəfər işçi müqaviləyə əlavəyə imza çəkib. İddiaçı isə imza çəkməyib və bu barədə onlara məlumat verməyib. İddiaçı bu barədə onlaa məlumat versəydi, özü bilirdi ki, müqaviləyə əlavəyə 2 ay sonra onu sistemdən çıxarmalıdırlar. Onlar iddiaçının əmək müqaviləsinin müddətini 6 ay da uzadıblar. İddiaçının əmək müqaviləsinin müddəti 29 noyabr 2024-cü il tarixdə bitəndə əlavə olaraq bir ay müddətinə uzatmalı idilər. Həmin vaxt iddiaçı 4000 manat əmək haqqının az olmasını bildirib, 6000 manat əmək haqqı tələb edib. İddiaçı əmək müqaviləsinin bir ay müddətinə uzadılması barədə əlavəyə də imza çəkməyib. Onlar məcbur olub 5 gün də iddiaçını gözləyiblər və 5 günün əmək haqqısını da iddiaçıya veriblər. 5-ci günündə iddaçını işdən çıxardıblar. 4 saylı əlavədə iddiaçının əmək müqaviləsini 6 ay müddətinə uzadıblar və həmin əlavəyə imza çəkməsini bildiriblər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, iddiaçının əmək müqaviləsinin müddəti 29 noyabr 2024-cü il tarixdə bitəndə əlavə olaraq bir ay müddətinə uzatmalı idilər. Problem ondadır ki, onlar iddiaçını 29 noyabr 2024-cü il tarixdə işdən çıxarmamalı idilər, uzatma ilə dekabr ayına kimi digər işçilər kimi yeni işəgötürənlərlə əmək müqaviləsi bağlayacaqdı. İddiaçının əmək müqaviləsinin müddəti 29 noyabr 2024-cü il tarixdə bitdiyi halda, 04 dekabr 2024-cü il tarixdə işdən çıxarmağının səbəbi odur ki, onlar iddiaçıya əlavə 5 günü müqaviləyə əlavəyə imza çəkməsi və işini davam etdirməsi üçün veriblər. İddiaçı əmək müqaviləsinin 6 ay müddətinə uzadılmasına narazılıq bildirməyib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi.
Məhkəmə baxışının hədləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 45. Əmək müqaviləsinin müddəti:
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 46-cı maddəsinin 6-cı bəndinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması Əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası:
1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. 74-cü maddəsinən 2-ci bəndinə əssaən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.
İşin faktiki halı:
17. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki İddiaçı xx.xx.2020-ci ildə "X1 Xidmətləri" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ndə Mexanika və KZ/KN üzrə aparıcı nəzarətçi vəzifəsinə təyin edilib, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək 1 (bir) il müddətinə bağlanmışdır. Bundan sonra tərəflərin qarşılılqılı razılığı ilə əmək müqaviləsi hər il bir il müddətinə uzadılmış, müqaviləyə edilmiş 3 saylı əlavə ilə əmək müqaviləsinin 2.1-ci bəndinin 1-ci cümləsi xx.xx.2024-cü il tarixdən dəyişdirilərək, müqavilənin xx.xx.2024-cü il tarixədək qüvvədə qalmasını müəyyən edilmişdir. Bundan sonra cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmrlə MMC-nin bölməsində “Mexanika və KN/KZ üzrə nəzarətçi” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış 1SZ95QR000400 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı həmin əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini, onun tərəfindən hüquqi yardımla bağlı vəkilə ödənilmiş 321 manat, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 50 manat və vurulmuş mənəvi ziyana görə 5000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir.
20. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətlərin dairəsi başa düşülür.
21. Məhkəmə hesab edir ki, iddia tələbinin hər bir hissəsinə ayrı-ayrılıqda münasibət bildirilməsi məqsədəmüvafiqdir.
22. Məhkəmə iddia tələbinin “əmrinin ləğv edilməsinə münasibətdə qeyd edir ki, İddiaçı xx.xx.2020-ci ildə "X1 Xidmətləri" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ndə Mexanika və KZ/KN üzrə aparıcı nəzarətçi vəzifəsinə təyin edilib, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək 1 (bir) il müddətinə bağlanmışdır. Yəni əmək müqaviləsi müddətli bağlanmışdır. Bundan sonra hər il iddiaçının əmək müqaviləsi bir il müddətinə uzadılıb, sonuncu dəfə sə iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 3 saylı əlavə edilərək, tərəflərin qarşılıqlı razılığı ilə həmin əmək müqaviləsinin 2.1-ci bəndinin 1-ci cümləsi xx.xx.2024-cü il tarixindən dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: “Bu Əmək müqaviləsi imzalandığı və bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir və 29 noyabr 2024-cü il tarixədək qüvvədə qalır”. Yəni iddiaçının əmək müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2024-cü il tarixinədək müəyyən edilmişdir.
23. Belə ki, qeyd edilən normalardan, həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı bəndinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 3 saylı əlavə tətqiq edilərkən onun ancaq iddiaçı tərəfindən imzalanaraq, cəmiyyətin möhürü ilə təsdiqləndiyi, əlavənin iddiaçı tərəfindən imzalanması ilə bağlı müvafiq qrafa olsa da, onun imzalanmadığı müəyyən edilmişdir. Həmçinin, iddiaçının həmin əlavə ilə tanış edilib-edilməməsi və ya tanış olmadığı halda bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat, sübut təqdim edilməmişdir. Deməli, cavabdeh tərəfindən əmək müqaviləsinin müvafiq bəndinə dəyişdişiklik edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 6cı bəndinə əməl edilməmişdir.
24. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir.
25. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı).
26. Bundan başqa, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi haqqında” bidirişdən görünür ki, cavabdeh iddiaçını əmək müqaviəsinin xx.xx.2024-cü il tarixdən xitam veriləcəyi barədə məlumatlandırmışdır. Məhkəmə tərəfindən həmin bişdirişin iddiaçıya çatdırılmasına dair cavabdehdən müvafiq sübutlar (qaimə, qəbz və s.) tələb edilsə də, cavabdeh həmin sübutlar məhkəməyə təqdim etməmişdir. Göründürü kimi, cavabdeh bununla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əməl etməməsinə baxmayaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair əmr tərtib etmişdir.
27. Qeyd edilməlidir ki, iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış və cavabdeh tərəfindən əmək müqavilənizə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinin pozulduğu və eyni zamanda təqdim etdiyi əmək haqqı bank hesabı çıxarışınızdan son haqq-hesabın gecikdirilərək ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bununla bağlı “Socar X4 Xidmətləri” MMC-nin işəgötürəni barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş və müvafiq olaraq xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir.
28. İş materiallarına əlavə edilmiş “mail.ru” proqramından olan yazışmalar nəzərdən keçirilərkən, həmin yazışmaların əmrin tərtibindən, yəni xx.xx.2024-cü il tarixində sonra aparıldığı müəyyən edilmişdir.
29. Bundan başqa, məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, SFWPMC-062 nömrəli əmək müqaviləsinə 4 saylı əlavədən görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə həmin əmək müqaviləsinin 2.1-ci bəndinin 1-ci cümləsi xx.xx.2024-cü il tarixindən dəyişdirilərək aşağıdakı redaksiyada verilir: “Bu Əmək müqaviləsi imzalandığı və bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir və 30 dekabr 2024-cü il tarixədək qüvvədə qalır”. Məhkəməyə həmin əmrin qəbul edilməsi səbəbi aydın olmamış, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri də 4 saylı əlavənin edilməsi zərurətini açıqlamamışlar. Həmçinin, mübahisələndirilən əmr nəzərdən keçirilərkən müəyyən edilir ki, həmin əmr xx.xx.2024-cü il tarixdə qəbul edilməsinə baxmayaraq, tərəf arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Halbuki, cavabdeh tərəfindən edilmiş 3 saylı əlavə ilə müqavilənin xx.xx.2024-cü il tarixinədək (4 saylı əlavə ilə xx.xx.2024-cü il tarixinədək) qüvvədə qalması müəyyən edilmişdir, belə olan halda əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsi səbəbi aydın deyil.
30. Göründüyü kimi "X1 Xidmətləri" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ tərəfindən həmin müəssisədə Mexanika və KZ/KN üzrə aparıcı nəzarətçi vəzifəsində işləyən İddiaçı bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bir çox normalarının pozulması halı öz təsdiqini tapmışdır.
31. Məhkəmə qeyd edilənləri, yəni cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması nəzərə alaraq hesab edir ki, əmr əsassızdır və ləğv edilməlidir.
32. Məhkəmə iddia tələbinin “iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi”hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının əmək müqabiləsi xitam verilməsi barədə əmrlə qanunvericiliyin tələblərini pozmuş, əmrdə göstərilən bir çox hal öz təqdiqini tapmamış, müəyyən edilən hallara münasibətdə isə işçi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məlumata və müvafiq sənədlərə əsasən hazırda cəmiyyətdə “mexaniki işlər üzrə böyük mühəndis” vəzifəsi xx.xx.2025-ci ildən ləğv edilmişdir. Bununla belə iddiaçı işdən azad edildiyi vaxt həmin vəzifə mövcud idi. Məhkəmə hesab edir ki, iddia mübahisələndirlən hissədə ləğv edildiyindən iddiaçı əvvəlki vəzinəsinə bərpa edilməlidir.
33. Məhkəmə iddia tələbinin işdən çıxarılma ilə əlaqədar “məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir.
34. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
35. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi hissəsi əsaslıdır və təmin edilməlidir. Belə ki, "X1 Xidmətləri" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ tərəfindən əmək müqaviləsinin xitam verilməsi qaydalarına əməl olunmadığına görə işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödəməlidir.
36. Məhkəmə iddia tələbinin “vurulmuş mənəvi ziyana görə 5000 (beş min) AZN məbləğində pul vəsaitinin ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.
37. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
38. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
39. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir.
40. Belə ki, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır.
41. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
42. Belə ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “vurulmuş mənəvi ziyana görə 5000 (beş min) AZN məbləğində pul vəsaitinin ödənilməsi” hissəsində təmin edilməməlidir.
Nəticə:
43. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdeh "X1 Xidmətləri" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin xx.xx.2024-cü il tarixli, İR073 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə - "X1 Xidmətləri" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin Mexanika və KZ/KN üzrə aparıcı nəzarətçi vəzifəsinə bərpa olunmalı, qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə İddiaçı əmək haqqı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
44. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
45. Qeyd olunduğu kimi, iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. Belə olan halda, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan və iddia üzrə 100 manat dövlət rüsumu ödənilməli olmasına baxmayaraq, iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 50 manat dövlət rüsumu tutulub dövlət nəfinə ödənilməlidir.
46. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Hazırda iddiaçı vəkilə hüququ yardım üçün ödənilmiş 321 manatın cavabdehdən tutulmasına xahiş etsə də, vəkilə ödənilmiş pul və onunla bağlanmış müqaviləyə dair müvafiq sübutlarını məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, həmin xərclər özünə aid edilməlidir.
48. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
49. Məhkəmə hesab edir ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etdiyindən iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə ödənilmiş 50 manat məbləğində pulun yarısı cavabdehdən tutularaq ona ödənilməlidir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh "X1 Xidmətləri" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin xx.xx.2024-cü il tarixli, İR073 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ləğv edilsin. İddiaçı əvvəlki iş yerinə - "X1 Xidmətləri" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin Mexanika və KZ/KN üzrə aparıcı nəzarətçi vəzifəsinə bərpa olunsun, qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə İddiaçı əmək haqqı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumu cavabdeh X1 Xidmətləri" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə aid edilsin və cavabdeh X1 Xidmətləri" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ndən 50 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 25 manat məbləğində pul cavabdeh X1 Xidmətləri" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Qumru Əliyeva