Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1038/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hаkim Yusifova Ülkər Bayram qzının sədrliyi, Məhkəmə iclas katibi X1 kаtibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış 03 dekabr 2018-ci il tarixli müqavilə öhdəliklərin cavabdeh tərəfindən təmin olunması ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 14-cü mərtəbədə yerləşən ümumi sahəsi 143,84 kv.m olan, 3 otaqlı, 65 saylı mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Belə olan halda, məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə baxış iclasına gəlmədiklərindən, İddiaçınun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, onların məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, ərizənin baxılmamış saxlanılması barədə qərardadın ləğv oluna bilməsi tərəflərə izah edilməlidir. Həmçinin iddia ərizəsi baxılmamış saxlanıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş 22851 nömrəli mədaxil qəbzindən ("xxxx" ASC, VÖEN: **********, Əməliyyat İD: 118160121, Terminal nömrəsi: K0142012, büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2022, saat: 10:31) görünür ki, İddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, İddiaçınun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanıldığından, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi bахılmаmış sахlаnılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənillmiş 100 manat ("xxxx" ASC, VÖEN: **********, Əməliyyat İD: 118160121, Terminal nömrəsi: K0142012, büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2022, saat: 10:31) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərаrdаddаn 10 (оn) gün müddətində Bаkı Şəhəri Nizаmi Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-1038/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1038/2023
15.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver