Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1042/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İdrak” Liseyi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2755 manat məbləğində təhsil haqqı borcu, gecikdirilən hər gün üçün 10097 manat həcmində dəbbə pulu və iddia ərizəsi üçün verilmiş 128,56 manat məbləğində dövlət rüsumunu, cəmi 12980,56 manat məbləğin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 24 yanvar 2020-ci ildə İddiaçı Bakı filialı və Cavabdeh arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanıb. Həmin müqaviləyə əsasən İddiaçı Bakı filialı şagird X3 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür. Tərəflərindən daha əvvəl, xx.xx.2023-cü il tarixində Nizami Rayon Məhkəməsinə müraciət edilib, müvafiq dövlət rüsumu ödənilib. Lakin məhkəmə tərəfindən baxılmamış saxlanma haqqıbda qərardad çıxarılıb. Cavabdehlə aralarında bağlanmış müqavilənin 5.1-ci maddəsinə əsasən 1 (bir) tədris ili üçün təhsil haqqı 7500 azn təşkil edir. Həmin müqavilənin 4.1.1-ci maddəsinə əsasən valideyn təhsil haqqını tam və vaxtında ödəməlidir. Həmin Dövlət rüsumunun ödənilməsi haqqında məlumat müqavilə üzrə üzərinə düşən bütün öhdəliklər tam yerinə yetirilsə də, Cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək, 2019/2020 tədris ili üzrə 2755 manat məbləğində təhsil haqqı ödənişini həyata keçirməyib. İddiaçı tərəfindən valideynə dəfələrlə müraciət edilərək, təhsil haqqını və ona uyğun hesablanmış dəbbə pulunu ödənilməsi xahiş edilib. Bu səbəbdən lisey tərəfindən valideynə poçt vasitəsi ilə təhsil haqqının ödənilməsi tələbinə dair 01 iyul 2022-ci il tarixli xəbərdarlıq ünvanlanıb. Lakin bu xəbərdarlığa baxmayaraq təhsil haqqı və hesablanmış dəbbə pulu ödənilməyib. Bu isə müqavilə üzrə valideynin üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarıb. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.5-ci maddəsinə əsasən Lisey göstərilən təhsil xidmətlərinə görə təhsil haqqını tam və vaxtında ödənilməsini tələb edə bilər. Əlavə olaraq, həmin müqavilənin 7.2-ci maddəsinə görə təhsil haqqının ödənilməsinin gecikdirilən günlərinə görə valdeyn dəbbə pulu ödəməyi öz öhdəsinə götürür. Cavabdeh 2019/2020-ci tədris ili üzrə təhsil haqqını tam ödəməyib və 2755 manat borc qalıb. Bundan başqa, cavabdehə 2019/2020-ci tədris ili bitənədək borcu ödəməyə vaxt verilib və heç bir dəbbə pulu hesablanmayıb. Lakin cavabdeh borcu ödəmədiyi üçün 2019/2020-ci tədris ili bittiyi tarixdən, yəni 17 iyun 2020-ci ildən dəbbə pulu hesablanıb. Nəticədə, cavabdehin 2755 manat təhsil haqqı borcu və 10097 manat dəbbə pulu borcu hesablanıb. Lisey pandemiya dövründə öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq təşkil edir. Müqaviləyə əsasən yaranmış vəziyyətdə tərəf (valideyn) üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə borcludur. Müqavilənin 6.4-cü bəndinə əsasən hər hansı səbəbdən müqaviləyə xitam verilməsi sonradan vəzifələri icra etmək vəzifəsindən azad etmir. Müqavilənin 9-cu maddəsinə əsasən, mübahisələrin həlli qaydasına əsasən tərəflər arasında razılıq mümkün olmadıqda mübahisə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun müvafiq məhkəmə orqanı tərəfindən baxılır. İddiaçının nümayəndəsi iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 28345 manat dəbbə pulu borcu, 5848 manat əsas borc, ümumilikdə 34193 manat borcun tutulmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə və iddianı həcminin artırılması barədə ərizəyə etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, hesab edir ki, İddiaçı iddiası və iddia həcminin artırılması ərizəsinə əsassızdır və aşağıdakı göstərilən səbəblərə görə rədd edilməlidir. Belə ki, məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülüb. Belə ki, iddiaçı tərəfindən müqavilə tələbləri üzrə verilmiş 3 illik iddia müddətini buraxılıb. İş materiallarından görünür ki, tərəflər arasında olan münasibətlər 2020-ci ildə olub və müqavilə 24 yanvar 2020-ci il tarixdə bağlanıb. Artıq həmin müddətdən 4 ildən artıq vaxt keçib. Belə olan halda, iddia müddəti keçdiyi ücün iddia təmin edilə bilməz və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin dövrdə COVİD-19 pandemıyası ilə əlaqədar dərslər keçirilmirdi. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əsassızdır və bu səbəbdən iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alıb, ona qarşı iddia tələblərinin iddia müddətinin tətbiq edilməsi üçün ərizənin qəbul edilməsi və müqavilə tələbləri üzrə iddia müddətinin keçməsinə görə rədd edilməsini xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, etirazda göstərilən qeyd edilən iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alıb, iddianın təəbinlərinin tamamilə rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (direktoru) Natəvan Alışova xx.xx.2024-ci il tarixdə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh tərəfindən iddia tələbinə etiraz və iddia müddətinin tətbiq olunmasına dair ərizə ilə məhkəməyə müraciət olunub. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəsində iddiaçı tərəfindən iddia tələbinin qanunla göstərilmiş iddia müddəti keçdikdən sonra verildiyini qeyd edib. O bunu, tapşırıq müqaviləsinin 24 yanvar 2020-ci ildə bağlanması ilə əsaslandırıb və bildirib ki, iddia müddətinin axımı müqavilə bağlandığı tarixdən etibarən hesablanmalıdır. Hesab edirlər ki, cavabdehin etiraz və ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Cavabdeh ilə İddiaçı Bakı filialı arasında 24 yanvar 2020-ci il üzrə müqavilə bağlanıb. Müqavilə bağlandıqdan sonra şagird X5 2019-2020-ci və 2020-2021-ci illər üzrə İddiaçındə təhsil alıb. Liseydə hər iki mövsüm üzrə təhsil müddəti 2020-ci və 2021-ci ilin 14 iyun tarixində yekunlaşıb. Aralarında bağlanmış müqavilə mahiyyəti etibarilə tapşırıq müqaviləsidir və həmin müqavilənin müvafiq maddələrinə əsasən İddiaçı şagird X3 hər ilin 14 iyun tarixinə qədər təhsil xidmətləri göstərməyi öhdəlik olaraq üzərinə götürür. Buradan aydındır ki, müqavilə bağlandıqdan sonra Lisey 2020-ci və 2021-ci ilin 14 iyun tarixinə qədər şagirdə yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, bu öhdəliyin icrasını öz üzərinə götürmüşdür. Müqavilənin mahiyyətindən və münasibətlərin xarakterindən müəyyən olur ki, öhdəliyin icra müddəti konkretdir və bu öhdəliklər icra müddəti müəyyənləşdirilmiş öhdəlik hesab olunmalıdır. Mülki Məcəllənin yuxarıdakı tələblərindən aydındır ki, icra müddəti müəyyənləşirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanmalıdır. Məhz bu səbəbdən cavabdehin iddia müddətinin axımını 24 yanvar 2020-ci il tarixindən başlanmalı olması ilə əlaqədar mövqeyi tamamilə əsassızdır. Habelə, Məcəllənin 377.1-ci maddəsinin tələbinə əsasən aydın olur ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi gündən başlayır. Cavabdeh tərəfdən Liseyə müqaviləyə xitam verildiyi tarix etibarilə ərizə ilə müraciət olunub, borcun son müddət xx.xx.2021-ci il tarixi olmaqla ödənilməsi ilə bağlı möhlət tələb edilib. Lisey tərəfindən borcluya güzəşt müddəti ərizədə göstərilən son tarixə qədər verilib, lakin qarşı tərəf borcun ödənişini həyata keçirməyib. Cavabdeh yazmış olduğu və möhlətin tələb edildiyi ərizə hesab edirlər ki, kifayət qədər əsaslı yazılı sübut hesab olunmalıdır. Məhz bundan sonra tərəflərindən Cavabdeh xx.xx.2021-ci il tarixli xəbərdarlıq ünvanlanıb, xəbərdarlıq hər hansı nəticə vermədikdən sonra tərəflərindən hüquqlarının pozulduğu aşkar edilib. Aydındır ki, borclunun şifahi vədi, sözü və ya zəmanəti yalnız o halda hüquqi qüvvəyə malik olur ki, bu barədə məlumat məhkəməyə yazılı sübut qismində təqdim olunsun. Yazılı formada öz əksini tapmadığı halda şifahi vədlər hər hansı bir hüquqi əhəmiyyətə malik deyildir. Liseyə hüququnun pozulması məhz xx.xx.2021-ci il tarixindən sonra məlum olub və bu tarixdən etibarən iddia müddətinin axımı başlanmalıdır. Beləliklə, hazırkı iş üzrə Lisey tərəfindən xx.xx.2022, xx.xx.2023, xx.xx.2024-cü il tarixlərində hüququn müdafiəsi ilə bağlı məhkəməyə müraciət olunduğu nəzərə alındıqda aydın olur ki, iddia müddəti ötürülməyib. Odur ki, qarşı tərəfin iddia müddətinin 24 yanvar 2020-ci il tarixindən hesablanması ilə bağlı ərizəsinin hər hansı hüquqi əsası mövcud deyildir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, cavabdeh onun oğludur, COVİD-19 pandemiyası zamanı dərslər keçirilmədiyindən təhsil haqqı ödənişləri edilməyib. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, lisey şagirdə Azərbaycan, Rus və İngilis bölmələrində (lazım olanın altından xətt çəkmək) yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Lisey tərəfindən bu müqavilə üzrə göstərilən xidmətlərə görə təhsil haqqıbir tədris ili üçün 7500 manat təşkil edir. Valideyn göstərilən təhsil haqqını nağd şəkildə və ya köçürmə yolu ilə ödəyə bilər. İlkin ödəniş 3655 manat, qalan məbləğ isə cədvəl üzrə ödəniləcəkdir. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli son xəbərdarlığın surətindən görünür ki, 2019/2020 tədris ili üzrə ödənilməmiş 2755 manat təhsil haqqı borcunun və gecikdirilən hər gün üçün 0,1 % olmaqla 606,1 manat dəbbə pulunun 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyəti üzə məhkəməyə mürariət ediləcəyi barədə onu xəbərdar etmişdir. - Cavabdeh tərəfindən İddiaçınə ünvanlanmış ərizənin surətindən görünür ki, qardaşı oğlu X5 ilə bağlı 2019-cu ildə bağladığı müqaviləyə əsasən təhsil haqqı ödənişlərini gecikdirir. Ödənişləri həyata keçirə bilmədiyi üçün Tenatı məktəbdən çıxartmaq qərarına gəlib. Bu günə qədər olan borcu 2019-2020 tədris ili üzrə 2755 manat, 2020-2021 tədris ili üçün 1930 manat məbləğin bir hissəsini xx.xx.2021, digər hissəsini isə xx.xx.2021-ci il tarixinə qədər ödəməyə möhlət verilməsini xahiş etmişdir. - İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli xx/xx-1210 saylı maliyyə arayışından görünür ki, Cavabdeh ilə "İdrak” Liseyinin Bakı filialı arasında X2 təhsil xidmətlərinin göstərilməsinə dair 24 yanvar 2020-cı il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 5.1-ci maddəsinə əsasən, bir təhsil ili üzrə təhsil haqqı 7500 manat təşkil edir. Valideyn 2019-2020-ci tədris ili üçün 900 manat ödəniş həyata keçirmiş, 2755 manat vəsait ödənməmiş qalmışdır. Həmin il üzrə dəbbə pulu borcu 10097 manatdan ibarətdir. 2020-2021-ci təhsil ili üzrə Valideynə 10% həcmində güzəşt olunmuşdur, həmin güzəştdən sonra Valideynin müqaviləyə xitam verildiyi xx.xx.2021-ci il etibarilə əsas təhsil haqqı borcu 3093 manat, ona uyğun dəbbə pulu borcu 18248 manat olmuşdur. Beləliklə, X1 göstərilən təhsil xidmətlərinə görə Liseyə olan borcu aşağıdakı qrafıkdə olduğu kimidir. 2019-2020 tədris ili üzrə 2755 manat borc, 2020-2021 tədris ili üzrə 3093 manat qalıq borc var. Valideynin Cavabdeh görə hesablanmış dəbbə pulu üzrə borcu 28345 manat təşkil edir. Yekun borc: 34193 AZN. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən lisey şagirdə yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh 2019-2020 tədris ili üzrə 3655 manat, 2020-2021 tədris ili üzrə 3093 manat (10 faiz güzəşt olunub) ödəməli olmasına baxmayaraq, cəmi 900 manat ödəniş edib. Hazırda iddiaçı ödənilməmiş 5848 manat təhsil haqqı borcunun və 28345 manat dəbbə pulunun ödənilməsini tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Cavabdeh isə etirazla məhkəməyə müraciət etsə də, iddiaçıya münasibət bildirməmiş, iddia üzrə iddia müddətinin ötürüldüyünü qeyd edərək, iddia müddətinin təqbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə tərəflər arasında münasibətlər tapşırıq müqaviləsi xarakterli münasibət olduğu üçün qeyd edilən tələbə üç illik iddia müddəti şamil edilməlidir. Məhkəmə xüsusilə qeyd edir ki, müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, tərəflər arasında X2 təhsil xidmətlərinin göstərilməsinə dair 24 yanvar 2020cı il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən lisey şagirdə yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 2019-2020 və 2020-2021 tədris illəri üzrə bağlanmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş və iddiaçıya ünvanlanmış ərizədən də görünür ki, o, 2019-2020 tədris ili üzrə 2755 manat, 2020-2021 tədris ili üçün 1930 manat borcu olduğu etiraf etmiş, borcun ödənilməsi üçün xx.xx.2021-ci il tarixinə kimi möhlət verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.3-cü bəndinə əsasən ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Belə ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixdə son xəbərdarlıq ünvanlanaraq, borcun ödənilməsi tələb edilmişdir. Həmçinin, cavabdeh məktəbə müraciət edərək, xx.xx.2021-ci il tarixinədək ona möhlət verilməsini xahiş edib. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia müddətinin axımı xx.xx.2021-ci ildən başlanılmış, iddiaçı isə hazırkı iddia ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, iddiaçı təhsil haqqının ödənilməsi tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra– MPM): 259.0.6cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırda iddia üzrə iddia müddəti ötürülməmişdir. İş materialları ilə müəyyən edilir edilir ki, müqaviləyə əsasən təhsil haqqı 7500 manat müəyyən edilib, iddiaçı müqavilə üzrə cəmi 900 manat ödəniş edildiyini qeyd edərək, qalan 5848 manat təhsil haqqı borcunun (10 faiz güzəşt olunub) və həmçinin müqavilənin 7.2-ci maddəsinə əsasən 28345 manat dəbbə pulunun ödənilməsini xahiş edib, cavabdeh isə müqavilə üzrə edilmiş ödənişlərə dair məhkəməyə heç bir sübut təqdim etməyib. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 14.8-ci bəndinə əsasən təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil (hərbi, dövlət təhlükəsizliyi və digər) müvafiq təhsil müəssisələrində, bu Qanunun tələbləri nəzərə alınmaqla, dövlət hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliklər tam və vaxtında icra etmədiyindən iddia tələbi 5848 manat təhsil haqqı borcunun cavabdehdən tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsinə münasibtədə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən xidmət haqqı valideyn tərəfindən liseyə bu müqavilədə nəzərdə tutulmuş müddətdə və məbləğdə ödənilməzsə, valideyn hər gecikdirilən gün üçün müqavilənin 7.2-ci bəndinə müvafiq olaraq cərimə ödəyir. 7.2-ci bəndinə əsasən valideyn xidmət haqlarının ödənilməsini gecikdirdikdə liseyə ödənişin gecikdirildiyi hər gün üçün ödənilməli olan məbləğin 0,5 faizi həcmində cərimə tətbiq edir. Cərimə hər təhsil ayı üçün xidmət haqqının ödənilməsinin son günündən sonrakı gündən hesablanır. Qeyd edilənlərə əsasən iddia dəbbə pulunun ödənilməsi hissəsində də əsaslıdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 28345 manat cərimə borcu əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 250 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5848 manat təhsil haqqı borcu və 250 manat dəbbə pulu, cəmi 6098 manat pul və ödənilmiş 34,34 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən edilir ki, hazırkı iddia üzrə iddiaçı tərəfindən xx.xx.2022-ci ildə 128,56 manat və xx.xx.2024-cü ildə 65 manat olmaqla, cəmi 193,56 manat dövlət rüsumu ödənilmişdir (hazırkı tələbə münasibətdə 192,58 manat dövlət rüsumu ödənilməlidir). Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 34,34 manatı cavabdehə, 159,22 manatı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5848 manat təhsil haqqı borcu və 250 manat dəbbə pulu, cəmi 6098 manat pul və ödənilmiş 34,34 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 159,22 manatı İddiaçınə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1042/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1042/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver