Məhkəmə qərarları › İş №e-2(007)-1052/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1052/2023

07.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1052/2023 07.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdeh Raxmanı̇ na Marı̇ na Tı̇ mofeyevnanın, Tərcüməçi X1 iştirakları ilə, İddiaçı Nı̇ kolayeviçin cavabdehlər Raxmanı̇ na Marı̇ na Tı̇ mofeyevnaya və 26 saylı Mənzil İstismar Sahəsinə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nı̇ kolayeviç cavabdehlər Raxmanı̇ na Marı̇ na Tı̇ mofeyevnaya və 26 saylı Mənzil İstismar Sahəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanındakı mənzilin 1/3 hissəsinin dəyərinin cavabdehlər Cavabdeh və Bakı şəhəri Nizami rayonu 26 saylı MİS-dən 40000 manat zərərin əvəzi, tərəfindən ödənilmiş 210 manat dövlət rüsumunun, cəmi 40210 manat pulun müştərək qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə onu cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX və 3-cü şəxs Raxmanı̇ na Marina Timofeyevnaya qarşı ünvan 1 ünvanındakı 2 otaqlı mənzilin atası X7 adına xüsusi mülkiyyəti kimi dövlət reystrindəki qeydiyyatın etibarsız hesab olunması və verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2019-ci il tarixli qətnaməsi ilə onun cavabdeh Raxmanı̇ na Marina Timofeyevnaya qarşı ünvan 1 ünvandakı yaşayış sahəsinin “özəlləşdirilməsinin ləğvi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmadan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhəmənin MK-nın xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdrilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir. Ali Məhəmənin MK-nın xx.xx.2020-ci il tarixli qərarında ünvan 1 ünvandakı yaşayış sahəsinin “özəlləşdirilməsinin ləğvi” tələbinə dair iddianın inzibati məhkəməyə verilməsi izah edilmişdir. O, Nizami Rayon Məhkəməsində iddia qaldıraraq göstərmişdir ki, o, lal-kar olmaqla sərbəst yazıb oxuya bilmir. Vəkili Sadıqov İbrahim Miri oğlunun adından yazdığı iddia ərizələrinin mahiyyətini başa düşməmişdir. O, mənzilin özəlləşdirlməsini bilməmiş, bu mənzilin özəlləşdirilməsinə rəsmi razılıq verməmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli sorğusuna əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktub ilə göndərilmiş, ünvan 1 ünvanındakı 2 otaqlı mənzilə dair ilkin sənədlər alınan zaman ona məlum olmuşdur ki, guya o, xx.xx.2001-ci ildə Bakı Texniki İnvertarlaşma İdarəsinin rəisi A.Qaraşovun adına ünvan 1 ünvanındakı 2 otaqlı mənzilin atası X7 adına özəlləşdirilməsinə rəsmi razılıq ərizəsi vermişdir. O, adından yazılmış həmin ərizəyə məhkəmə iclasında baxmışdır və dərhal məhkəmə iclasına sədrlik edən hakimə bu ərizənin onun tərəfindən yazılmadığını və orada olan imzanın tərəfindən icra edilmədiyini göstərmişdir. Vəkili-nümayəndəsinə rəsmi vəsatət yazıdıraraq onun adından xx.xx.2001-ci ildə Bakı Texniki İnvertarlaşma İdarəsnin rəisi A.Qaraşovun adına ünvan 1 ünvanındakı 2 otaqlı mənzilin atası X7 adına özəlləşdirilməsinə rəsmi razılıq ərizəsinin yazısının və bu ərizədə olan xəttin onun tərəfindən icra edilmədiyini təsdiq edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Lakin Nizami Rayon Məhkəməsi ona qarşı qərəzli olduğundan bu vəsatəti qəbul etməmiş və heç bir müzakirə belə etmədən özünə qaytarmışdır. Onun adından xx.xx.2001-ci ildə guya mən Bakı Texniki İnvertarlaşma İdarəsnin rəisi A.Ə.Qaraşovun adına ünvan 1 ünvanındakı 2 otaqlı mənzilin atası X7 adına özəlləşdirilməsinə rəsmi razılıq ərizəsinin yazılması tarixi xx.xx.2001-ci il göstərilmiş, lakin bu saxta imzanı təsdiq edən 26 saylı təsərrüfat hesablı MK-nın 96 saylı X/R JKU-nun vəzifəsi göstərilməyən N.A.Abdulov tərəfindən xx.xx.2001-ci ildə təsdiq edilmişdir. Birinci, əgər həmin ərizədəki imza onun olsaydı, bu imza notariat hərəkəti olamaqla notariusda təsdiq edilməli idi. İkincisi, həmin ərizədəki imzanıın həqiqətən onun olmasını təsdiq edilməsi üçün o, bu imzanı təsdiq edən vəzifəli şəxsin yanında olmalı idi. Həmin “vəzifəli şəxs” onun iştirakı ilə imzanın onun tərəfindən icra olunmasını yoxladıqdan sonra onu təsdiq etməi idi. İmzanın təsdiqi zamanı bu fakt göstərilməli idi ki, o, bu imzanı onu təsdiq edən vəzifəli şəxsin yanında şəxsən imza etmişdir. İmza təsdiqi notariat hərəkəti olmaqla bu notariat hərəkətini yerinə yetirən şəxs onun iştirakını şəxsən yoxladıqdan sonra onu təsdiq etməli idi. Lakin xx.xx.2001-ci ildə yazılmış bu saxta ərizə və bu saxta imzanı təsdiq edən 26 saylı təsərrüfat hesablı MK-nın 26 saylı X/R JKU-nun vəzifəsi göstərilməyən N.A.Abdulov tərəfindən xx.xx.2001-ci ildə təsdiq etmişdir. Göründüyü kimi, saxta ərizə və bu ərizəyə qoyulmuş imza ərizənin yazılmasından 7 gün sonra onu yazanın iştirakı olmadan, imza sahibinin iştirakı olmadan təsdiq edilmişdir. Belə olan halda, iş üçün əhəmiyyətli olan bu sübutun həqiqiliyi yoxlanılmadan, yəni ekspert rəyi almadan ona istinad edilərək iddia tələbinin rədd edilməsi tam qanunsuzdur. Bakı Apellyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qərardadı ilə vəsatəti təmin edildi. Məhkəməxətşünaslıq ekspertizası təyin edildi və ondan yazı xətt nümunələri götürüldü. Bundan sonra mülki iş 10 ay Bakı Apellyasiya Məhkəməsində heç bir əsas olmadan hakim R.Eyvazovun icraatında saxlanıldı. Məhkəmə-xətşünaslıq ekspertizasının 19 iyun 2019-cu il tarixli 10135 saylı rəyi ilə müəyyən edildi ki, İddiaçı, yəni onun adından olan 22 iyun 2001-ci il tarixli ərizədə “Tumanov C.H” yazısı önündəki imza-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında mənim vəkili Sadıqov İbrahim Miri oğlu izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanındakı 2 otaqlı mənzildə valideynləri, atası Tumanov Nikolay və anası Tumanova Vera ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. 11 avqust 2001-ci il tarixdə yaşadıqları mənzili özəlləşdirmək məqsədilə sənədlər toplanan zaman iddiaçı da həmin mənzilin atası Nikolay Tumanovun adına şəxsi mülkiyyət kimi qeydiyyata alınmasına və onun adına reyestrdən çıxarış verilməsinə, eyni zamanda həmin mənzildən istifadə hüququnun saxlanması şərtilə razılıq verməmişdir. Mənzil özəlləşdirilməsindən xəbəri olmamışdır. Bütün bunlar barəsində ən çox gec məlumatı olmuşdur. Bir il sonra atası Nikolay Tumanov Cavabdeh tərəfindən aldadılaraq öz adına etibarnamə verilməsinə nail olmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinə atası Nikolay Tumanovun adından ərizə verərək, onun həmin yaşayış sahəsinə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasına nail olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli 2(007)-2679/2012 saylı qətnaməsinə əsasən, ünvan 1 ünvanındakı 2-otaqlı mənzilin özəlləşdirilməsi zamanı vermiş olduğu razılığa əsasən mənzilin özəlləşməsini həyata keçirən və bu barədə mülkiyyət haqqında sənəd əldə edən atası Nikolay Tumanovun adından etibarnamə ilə çıxış edən Cavabdeh hüquqdan sui-istifadə edərək mənim digər yaşayış sahəsi olmadığı halda, istifadə hüququnun itirilməsi və pasport qeydiyyatından çıxarılması barədə qətnamə əldə etməyə nail olmuşdur ki, bu da Dövlət və ictimai mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinin kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Vəkili Sadıqov İbrahim Miri oğlu Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qeyd etmişdir ki, hazırkı mübahisədə İddiaçı illər boyu valideynləri ilə bir ailə üzvü kimi qeydiyyatda olmaqla yaşadığı mənzilin iddiaçının xəbəri və razılığı olmadan iddiaçının imzasını saxtalaşdırmaq yolu ilə yeganə yaşayış yerinin özəlləşdirilməsini “təşkil edən” Cavabdeh valideynlərini aldadaraq onları iddiaçıya qarşı qoymuş, iddiaçının adından öz adına etibarnamə alaraq iddiaçının ünvan 1 ünvanındakı ikiotaqlı mənzilə istifadə hüququnun itirilmiş hesab olunmasına məhkəmə yolu ilə nail olmuş, bununla da, iddiaçının Konstitutsiya ilə təsbit olunmuş mənzil hüququnu pozan məhkəmə qətnaməsi əldə etmişdir. İddia tələbinin təmin olunacağı təqdirdə iddiaçının mübahisələndirdiyi yaşayış sahəsinin sahibi olmuş atasının yeganə vərəsəsi ailə üzvü kimi pozulmuş hüquqlarının müdafiəsinə və bu hüququn məhkəmə qaydasında təmin olunmasına yönələn subyektiv hüququ mövcuddur. Deməli, hazırki məhkəmə mübahisəsində iddiaçının iddia ərizəsi verməklə bu hal iddiaçını özünü müdafiəyə sövq edir və o da iddiaya dəqiqləşdirmə verməklə subyektiv hüququnu reallaşdırır. 2001-ci ilin yanvar ayının əvvəllərində İddiaçı Moskva şəhərində müvəqqəti işləmək üçün olduğu zaman yaşadıqları mənzilin icarə müqaviləsinin babası X13 adından atası X7 adına keçirilməsi üçün mənim yazılı razılıq yazıb göndərməyim barədə evimizdən xəbər gəlmiş,mən babasının adına olan mənzilin icarə müqaviləsini babam öldükdən sonra atasının adına keçirilməsini qanuni hal hesab edərək bu barədə razılıq ərizəsi yazdıraraq (mən belə bir ərizə yazmamışam,belə bir ərizəyə imza etməmışam) ünvan 1 ünvanına göndərmişdir. Sonralar mənzillərinin xalası qızı Cavabdeh bağışlanması barədə məlumat almış və Bakı şəhərinə gəlib, qeyd edilən Bakı şəhəri, Nizami rayonunun B.Nuriyev küçəsindəki 33 saylı evin 2 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması barədə məhkəmə qətnaməsinin mövcudluğunu dəqiqləşdirmiş və çox çətinliklə də olsa, həmin qətnaməni əldə edib hüququnun itirilməsinə əsas olan Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qətnaməsinin məhkəmə mübahisəsini açmışdır. Sonrakı məhkəmə araşdırmaları zamanı qəbul edilmiş qərarlar və qətnamələr çıxarılan zaman iddiaçı hələ mənzilin X7 adına özəlləşdirilməsi barədə yazılı razılığının olub-olmamadığını bilmirdi. Bu yaxınlarda ünvan 1 ünvanındakı mənziin atası X7 adına özəlləşdirilməsini əsassız hesab edərək, həmin özəlləşmənin ləğvi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Eyni zamanda özəlləşmənin ilkin sənədlərinin DƏDRX-dən tələb olunması barədə məhkəmə sorğusuna əsasən alınmış cavabdan göründü ki, guya o, 15 iyun 2001-ci il tarixdə ünvan 1 ünvanındakı mənzilin atası X7 adına özəlləşdirilməsinə razılığa dair ərizə ilə müraciət etmişdir. Lakin iddiaçı həmin ərizənin mətni ilə tanış olan zaman yəqin etmişdir ki, həmin ərizəni o yazmamış və ərizənin sonunda edilən imza onun tərəfindən icra edilməmişdir. Beləliklə, 15 iyun 2001-ci il tarixli ərizə ilə ünvan 1 ünvanındakı mənzilin atası X7 adına özəlləşməsi barədə vermiş olduğu ərizədəki iddiaçının imzasına oxşayan imzanı kimsə etmişdir. İddiaçı qəti olaraq bildirmişdir ki, 2001-ci ilin iyun ayında və ümumiyyətlə, həmin ərəfədə o Bakı şəhərində olmamış, müvəqqəti olaraq işləmək üçün Moskva şəhərinə getmişdir. Onun adından saxta razılıq ərizəsi tərtib olunduğunu, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sorğusuna uyğun olaraq DƏDRX-nin Bakı ərazi idarəsinin tərəfindən verilmiş 09 aprel 2018-ci il tarixli cavabı ilə tanış olan zaman bilmiş və iddia müddətinin axımı da 09 aprel 2018-ci il tarixdən başlamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, ünvan 2 ünvanındakı mənzilin atası X7 adına özəlləşdirilməsinə dair guya onun adımdan vermiş olduğu, əslində isə saxtalaşdırılmış ərizəyə dair xətşünaslıq ekspertizasının təyin olunması, müvafiq rəy alındıqdan sonra bu ərizəyə əsasən həyata keçirilmiş özəlləşmənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, anadan olandanuşaqlıqdan lal və kar olmuşdur. Valideynlərinin yeganə övladıdır. Atası ağır xəstə olmuşdur. Anası uzun illər ruhi xəstəlikdən əziyyət çəkmiş, ruhi əsəb xəstəxanasında mütəmadi stasionar müalicə olunmuşdur. Xalası qızı 3-cü şəxs olan Cavabdeh ailəsinin bu vəziyyətindən istifadə edərək mənzilini ələ keçirmişdir. Həmin mənzil özəlləşdirilən zaman mənzilin təqdim edilən orderində 3 nəfərin: atasının, anasının və onun adı olmuşdur. Mənzilin mülkiyyətçisi 3 nəfər olmalı idi. O, saxta sənədləşmə nəticəsində mənzilin 1/3 hissəsindən məhrum olunmuşdur. Mənzlinin bu hissəsinin, yəni 1/3 dəyərini 50000 manat qiymətləndirir. Bu məbləğ cavabdehlərdən alınaraq ona verilməlidir. Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi T.A.Qasımovun xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Bakı şəhəri Nizami rayon prokurorunun müavini G.Məmmədlinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi T.A.Qasımovun xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, material araşdırmanın davam etdirilməsi üçün Nizami RPİ-nin İŞ-nə ğöndərilmişdir. Həmin qərar ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanındakı mənzilin atası X7 adına özəlləşdirilməsinə dair onun adından vermiş ərizə Bakı şəhəri 26 saylı MKİS-in vəzifəli şəxsi olmuş X2 və qeyriləri tərəfindən saxtalaşdırılmışdır. Cavabdeh Raxmanı̇ na Marı̇ na Tı̇ mofeyevna etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı tərəf iddia ərizəsində istinad etdiyi məhkəmə qətnamələrindən də göründüyü kimi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(007)- 2679/2012 saylı qətnasməsindən başlayaraq sonuncu Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-973/2022 saylı qətnaməsinə qədər İddiaçı bütün məhkəmə instansiyalarında iddia tələbləri təmin olunmamışdır. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli 2(007)-289/2026 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya məhkəməsi Mülki Kollegiyasının 13 may 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli 2(007)-289/2026 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya məhkəməsi Mülki Kollegiyasının 13 may 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2016-cı il tarixli 2(007)-289/2026 sayh qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2(007)- 289/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2017-ci il tarixli, 2(102)-5102/2017 sayh qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli 2(007)-2697/2012 saylı qətnaməsi ilə iddiaçı "Cavabdeh Tı̇ mofeyevna cavabdeh İddiaçı "yaşayış sahəsindən istifadə hüququnun itirilməsi" barədə iddiası təmin edilərək, cavabdeh İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 33 saylı evin 2-ci mənzilindən istifadə hüququnu itirməklə pasport qediyyatından çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 dekabr 2016-cı il tarixli 2(,103)-8881/2016 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli 2(007)-2697/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2017-ci il tarixli, 2(102)-2549/2017 sayh qərarı ilə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 dekabr 2016-cı il tarixli 2(103)-8881/2026 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli 2(103)-5896/2017 sayh qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli 2(007)-2697/2012 sayh qətnaməsi ləğv edilmiş, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmaqla iddia ərizəsi təmin edilmiş, cavabdeh İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 33 saylə evin 2-ci mənzilindən istifadə hüququnu itirmiş hesab edilmiş və qətnamə cavabdehin mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsas edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 noyabr 2017ci il tarixli 2(102)-7290/2017 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli 2(007)- 1729/2018 sayh qətnaməsi ilə İddiaçı Cavabdeh özəlləşdirmənin ləğvi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2019-cu il tarixli 2(103)-274/2019 sayh qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli 2(007)-1729/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2020-ci il tarixli, 2(102)-922/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İK-nın xx.xx.2022-ci il tarixli qərarı Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan kassasiya şikayəti verilməmişdir. Belə olan halda, İddiaçı mənə qarşı hazırki iddia tələbinin irəli sürməsi təəccüblüdür. Ümumiyyətlə, iddia ərizəsinidə tələbin ona nə dərəcədə aid olması əsaslandırılmamışdır. İddiaçı iddia ərizəsinin ona münasibətdə hissəsində əsassız olmaqla öz etirazını bildirir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddianın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X12 iddia tələbini müdafiə edib, izahat verərək bildirdi ki, bu mübahisə 2012-ci ildən davam edir. O, 2018-ci ildə Nizami Rayon Məhkəməsində qətnamə qəbul ediləndən sonra işə qoşulmuşdur. Diqqətə çatdırmaq istəyir ki, müvəkkili doğulduğu andan lal və kardır, o cümlədən atası da fiziki qüsurludur. Anası da həkim rəyinə əsasən kənardan saxlanmağa, idarə olunmağa, qəyyumluğa xas olan xüsusiyyətlərə malik insandır. İddiaçı mübahisəli evdə, yəni ünvan 3 evin, 2 saylı ünvanında iki otaqlı mənzildə anadan olub və orda da böyüyüb. Yaşının müəyyən mərhələlərində, 1998-ci ildə müvəqqəti olaraq işləmək üçün Moskva şəhərinə gedib. İddiaçı 1998-ci ildə Moskva şəhərinə gedəndən sonra Azərbaycana qayıtmamışdır. O, Moskva şəhərinə gedəndən sonra 2001-ci ildə mənzili özəlləşdirmək qərarına gəlirlər. İddiaçı xaricdə indiki cavabdeh olan xalası qızına, yəni Raxmanı̇ na Marı̇ na Tı̇ mofeyevnaya valideynləri üçün mütəmadi olaraq pul göndərib. Həmin mənzildə iddiaçının atası, anası və iddiaçı qeydiyyatda olub, iddiaçının 1/3 hissədə payı olub. 15 iyun 2001-ci il tarixdə tərcüməçinin iştirakı olmadan iddiaçının xalası qızı olan cavabdeh və 26 saylı Mənzil İstismar Sahəsinin rəisi tərəfindən birgə saxtakarlıq edilərək iddiaçının “mənzilin atasının adına özəlləşdirilməsinə razıdır” ərizəsi təsdiq olunmuş və bununla da mənzili xalası qızına bağışlamışlar. Mənzil özəlləşdirildikdən sonra onlar niyyətlərinə çatmışlar. Halhazırda iddiaçının atasının adına özəlləşdirilmiş mənzil bağışlama müqaviləsi ilə cavabdeh Raxmanı̇ na Marı̇ na Tı̇ mofeyevnanın adındadır. Bu prosesləri heç vaxt iddiaçının atası həyata keçirə bilməzdi, cavabdeh Raxmanı̇ na Marı̇ na Tı̇ mofeyevna həyata keçirmişdi. Mülki qaydada işlərin araşdırılması davam edərkən, saxtakarlıqla bağlı Bakı şəhəri Nizami Rayon Prokurorluğuna müraciət etmişlər. Baxmayaraq ki məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmalı idi. Nizami Rayon Prokurorluğu tərəfindən bir neç dəfə cinayət işinin başlanması haqqında qərar çıxarıldı və həmin qərardan Prokurorluğa şikayət vermişlər. Prokurorluq tərəfindən çıxarılmış 17 avqust 2020-ci il tarixli qərar ilə material ləğv olundu və yenidən araşdırılması üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərildi. 2 dekabr 2020-ci il tarixdə sonuncu qərar çıxarıldı. Vaxtı ilə 26 saylı Mənzil İstismar Sahəsinin rəisi ərizəni özünün təsdiqlədiyini, İddiaçı Nı̇ kolayeviçin orada olduğunu bildirmişdir. Lakin İddiaçı Nı̇ kolayeviçin sərhəd keçməsi barədə heç bir məlumat olmamışdır. Həmçinin məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş və məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən imzanın İddiaçı Nı̇ kolayeviçə məxsus olmadığı müəyyən olunmuş, kim tərəfindən icra olunması isə müəyyən olunmamışdır. Bu səbəbdən də 26 saylı Mənzil İstismar Sahəsinin rəisi dolayısı ilə etiraf etmişdir və cinayət işinin başlanması rədd olunmuşdur. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciə etmişlər. Mənzilin ümumi dəyəri həmin ərazidə 100-120 min manatdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Raxmanı̇ na Marı̇ na Tı̇ mofeyevna iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, iddiaçı birinci dəfə məhkəməyə müraciət edərkən özəlləşdirmənin ləğv edilməsini deyil, bağışlama müqavilənin ləğv edilməsini xahiş etmişdir. Bütün illər ərzində məhkəmələrdə deyidi ki, özəlləşdirmə üçün razılıq vermişdir. Sonradan onu başa salandan sonra razılığın onun tərəfindən verilmədiyini, vəkilinin onu düzgün başa düşmədiyini deməyə başlamışdır. İddiaçı mənzilin özəlləşdirməsinə özü razılıq vermişdir və buna dair onun ərizəsi vardır. Həmin ərizəni 2001-ci ildə vermişdir. Həmin vaxt iddiaçı Moskva şəhəri, Kosmonavt küçəsi, 22, 35 ünvanında qeydiyyata alınmış və özü valideynlərinə demişdir ki, mənzili Marinaya versin. Faktiki olaraq onun razılığı lazım deyildi, çünki iddiaçı Moskva şəhərində qeydiyyatda idi. O, özü Moskva şəhərində qeydiyyatda olması barədə arayış vermişdir. O, həmin arayışı götürürək MKİS-ə getmiş, lakin orada həmin ərizə əsasında onu qeydiyyatdan çıxartmayacaqlarını demişlər. Ona görə də, məhkəməyə müraciət etmiş və məhkəmə qərarı ilə iddiaçını mənzildən qeydiyyatdan çıxartmışlar. Burada heç bir ziddiyyətli məqam yoxdur. Şahidlər özləri də təsdiq etmişlər ki, iddiaçı mənzilin özəlləşdirilməsinə və mənzilin ona verilməsinə razılıq vermişdir. Saxtakarlıq olmuşdursa, onda cinayət işi başlanardı. O, mənzili əldə etməklə əsassız varlanmamışdır. İddiaçının anası məhkəməyə gələndə iddiaçı ona heç salam da verməmişdi. Heç anasına baxmadı. Anasının 80 yaşı var. 13 ildir ki, anasına o, baxır. Anası oğlu ilə görüşmək istəmir. Oğlunun davranışlarından sonra onun adı gələn kimi, təzyiqi qalxır. O, iddiaçıya heç bir maneəçilik yaratmır, anası özü iddiaçı ilə görüşmək istəmir. İddiaçı ona maddi köməklik etməmişdir, cəmi 3 dəfə pul göndərmişdir. Artıq 8 il keçmişdir, hər dəfə eyni söhbətlər edilir. O, iddiaçıya 40000 manat verə bilməz. İddiaçıya anası yox, ev lazımdır. İddiaçı kef çəkir, o, isə anasına baxır. Anası sağ olarkən mənzili satmaq fikri yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh 26 saylı Mənzil İstismar Sahəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 1 saylı Bakı Ərazi İdarəsinin **********02 saylı xx.xx.2020-ci il tarixli məlumatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, 2 nömrəli mənzil ilkin olaraq X7 adına qeydiyyatdan keçmişdir. 23 saylı DNK-nın xx.xx.2013-cü il tarixli 4Ə-01- 194 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məlumat üçün bildirirk ki, sözügedən mənzilin X7 adına qeydiyyatdan keçməsinə əsas olan sənədlərin arasında X3 razılıq ərizəsinin əsli müvafiq akta əsasən Bakı Apellyasiya məhkəməsinə təhvil verilmişdir(İdarənin arxivində surəti mövcuddur). - 1 saylı Bakı Ərazi İdarəsinin **********05 saylı xx.xx.2021-ci il tarixli məlumatından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6997/2021 saylı, 01.06 2021-ci il tarixli sərəncamının icrası ilə əlaqədar bildiririk ki, İddiaçı ünvan 4 ünvanındakı 2 otaqlı mənzilin atası X7 adına xüsusi mülkiyyəti kimi dövlət reyestrindəkı qeydiyyatının və verilmiş çıxarışın ləğv edilməsinə dair iddiası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən etirazla qarşılanır. İdarə tərəfindən İddiaçı ünvanlanan **********37 qeydiyyat nömrəli 17 05 2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Belə ki, Bakı şəhəri, Nizami rayonu. В Nuriyev küçəsi, ev 33, 2 nömrəli mənzil ilkin olaraq Nizami Rayon icra Hakimiyyəti başçısının 22 yanvar 2001-ci il tarixli 40 nömrəli sərəncamına əsasən və mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin ərizələri nəzərə alınmaqla X7 adına qeydiyyatdan keçmişdir. 23 saylı DNK-nın xx.xx.2013-cü il tarixli 4Ə-01-194 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məlumat üçün bildirirlər ki, qeyd olunan mənzil üzərinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5896/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. - Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, X4 müraciəti əsasında toplanmış material üzrə 26 saylı MKİS-nin vəzifəli şəxsi olmuş X2 tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi sübuta yetirilmədiyindən Azərbaycan Respubikası CPM-nin 39.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. - Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, X4 şikayət ərizəsi əsasında toplanmış material Nizami RPİ-nin İŞnin müstəntiqi, polis mayoru Tural Qasımov tərəfindən qıbul edilmiş xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı ləğv edilmişdir. Material araşdırmanın davam etdirilməsi üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. - Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2679/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında olan istifadə hüquqları itirilməklə pasport qeydiyyatından çıxarılması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5896/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı ünvan 1 ünvanına istifadə hüququ itirilmiş hesab edilmişdir. Qətnamə İddiaçı həmin mənzildən qeydiyyatdan çıxaması üçün əsasdır. - Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-7290/2017 saylı qərarının surətindən görünür ki, cavabdeh İddiaçı və vəkili Sadıqov İbrahim Miri oğlunun kassasiya şikayəti təmin edilərək, iş üzrəBakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5896/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-289/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1562/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, hazırkı iş üzrə - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-5192/2017 saylı qərarının surətindən görünür ki, İddiaçı kassasiya şiayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxıanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-274/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “özəlləşdirmənin ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-1729/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-1729/2018 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-922/2020 saylı qərarının surətindən görünür ki, - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6997/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Cavabdeh üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Mülki iş materialları ilə müəyyən edildi ki, ünvan 5 ünvanındakı 2 otaqlı mənzil xx.xx.1968-ci il tarixli 56377 saylı orderlə X14 4 nəfər ailə üzvü ilə verilmişdir. Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 46 saylı sərəncamı ilə icarədarın ölümü ilə əlaqədar mənzilin kirayə müqaviləsi X8 3 nəfər (özü, arvadı və oğlu) adına dəyişdirilmiş, mənzil özəlləşdirməyə təqdim olunan vaxt İddiaçı və valideynləri, atası Tumanov Nikolay və anası Tumanova Vera ilə birlikdə qeydiyyatda olmuşlar. 11 avqust 2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, B.Nuriyev küçəsində yerləşən, 33 saylı evin, 2-ci mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X8 adına qeydə alınmışdır. 12 mart 2013-cü il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Nikolay Tumanov mənzili baldızının qızı Cavabdeh bağışlamış və 30 mart 2013-cü tarixli "hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmışdır. 28 dekabr 2014-cü il tarixdə Nikolay Tumanov ölmüşdür. Hazırda iddiaçı mənzilin atasının adına qeydiyyatda alınması üçün xx.xx.2001-ci il tarixdə heç bir razılıq vermədiyini, onun imzasının saxtalaşdırıldığını, mənzilin Cavabdeh tərəfindən ələ keçirildiyini qeyd edərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, daha əvvəl iddiaçı “özəlləşdirmənin ləğv”, “bağışlama müqaviləsinin ləğv edilməsi”, “mənzilin atasının adına xüsusi mülkiyyət kimi dövlət reyestrindəki qeydiyyatının etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləvğ edilməsi” tələblərinə dair məhkəmələrdə iddia qaldırmış, həmin iddialar təmin edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində bəzi hallar var ki, tərəflər həmin hallarda sübutetmə yükündən azaddır. Bu hallara faktın etirafı (Maddə 106.3), iddia tələbinin etirafı (Maddə 52.2, 191), hamıya bəlli olan hallar (Maddə 82.1), preyudisial qərarlarla müəyyən edilmiş hallar (maddə 82.3, 82.4) və s. aid etmək olar. MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-274/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsində (özəlləşdirmənin ləğvi ilə bağlı) göstərilmişdir ki, mənzilin 2001-ci ilin avqust ayında iddiaçının mərhum atasının adına özəlləşdirilməsi iddiaçıya məlum idi. İddiaçının özü də bu halı istər əvvəlki iddia tələblərində, istərsə də hazırda inkar etməmiş, hətta həmin özəlləşdirməyə razılıq verməsini iddia ərizəsində birbaşa göstərmişdir (məsələn, iddiaçı hazırki iddia ərizəsində göstərmişdir ki, “11 avqust 2001-ci il tarixdə yaşadıqları mənzili özəlləşdirmək məqsədilə o da mənzilin atası Nikolay Tumanovun adına şəxsi mülkiyyət kimi qeydiyyata alınmasına və onun adına reyestrdən çıxarış verilməsinə razılıq vermişdir”). İddiaçı sonradan (DƏDRX tərəfindən özəlləşməyə dair sənədlər məhkəməyə təqdim olunduqdan sonra) iddia tələbinin əsasını dəyişdirərək, ümumiyyətlə özəlləşdirmədən məlumatının olmamasını, özəlləşdirməyə razılıq verməməsini göstərmişdir. Eyni zamanda, əgər həqiqətən iddiaçının özəlləşdirmədən məlumatı yox idisə və ya mərhum atasının adına özəlləşdiirlməsinə iradə ifadəsi olmamışdırsa, o zaman əvvəlki məhkəmə mübahisələri zamanı bu istiqamətdə fikrini (dəlillərini) göstərər, özəlləşdirməni mübahisələndirmiş olardı. İddaçı hətta, bağışlama müqaviləsinin etibarsızlığ ilə bağlı tələb irəli sürən zamanı da bu halı bildirməmişdir. Halbu ki, ona qədər olan əvvəlki məhkəmə mübahisələrindən artıq mənzilin atasının adına özəlləşdirilməsindən tam məlumatlı idi. İddiaçı artıq özəlləşdirmədən əvvəl Rusiya Federasiyasının vətəndaşlığını (qətnamədə Rusiya Federasiyasının vətəndaşı kimi adına 02 iyun 2011-ci il tarixdə Rusiya Federasiyasının pasportu verilməsi qeyd edilmişdir) qəbul etmişdir. Beləliklə, aydın olur ki, özəlləşdirmənin həyata keçirilməsi iddiaçının razılığından asılı olmamışdır. Bu səbəbdən də razılıq ərizəsində olan imzanın iddiaçıya məxsus olubolmaması (ekspertiza rəyinə əsasən ərizədə olan imza iddiaçı tərəfindən icra olunmamışdır) iddianın qanuni həlli baxımından əhəmiyyət daşımır. Həmçinin, Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-7290/2017 saylı qərarı ilə müəyyn edilir ki, İddiaçı daimi yaşayış yeri Rusiya Federasiyası, Moskva şəhəri, Kosmonavtlar küçəsi, 22 saylı evin 35-ci mənzili hesab olunur və sonuncu mübahisəli mənzillə bütün əlaqələrini kəsmiş, ötən müddət ərzində mənzilin kirayə müqaviləsindən irəli gələn hər hansı vəzifələrini yerinə yetirməmişdir. Bundan əlavə, hazırki mübahisənin yarandığı dövrdə o artıq Rusiya Federasiyasının vətəndaşı olmuşdur, bu da onun Azərbaycan vətəndaşlığını itirməsini təsdiq edir. Bununla da cavabdehin hüquqi statusu xarici vətəndaş kimi müəyyən olunur və bu halda onun mübahisəli ünvan üzrə qeydiyyatı Azərbaycan Respublikasının miqrasiya qanunvericliyinə uyğun olaraq müəyyən edilir ki, bu da, ildə 90 gündür və müvəqqəti xarakter daşıyır. Bu isə onun üçün mübahisəli mənzilə münasibətdə heç bir hüquqi nəticələr (onun taleyini müəyyən etmək, hansısa əqdin yerinə yetirilməsinə razılıq vermək və sair) yaratmır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6997/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə müəyyən edilir ki, üçünçü şəxsin hüquqları qeydiyyata alınarkən, qanunvericiliyin tələblərinə əməl olunmuş və bu zaman iddiaçının hər harsı hüquqlarının pozulmasına səbəb olacaq heç bir hərəkətə (və ya hərəkətsizliyə) yol verilməmişdir. Mənzil özəlləşdirilərkən iddiaçının mübahisəli mənzildə faktiki yaşamaması müəyyən edildiyinə görə məhkəmə hesab edir ki, onun mübahisəli mənzilin özələşdirilməsi ilə bağlı razılığına zərurət olmamışdır. Qeyd edilənlərlə müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının atası X7 adına qeydiyyata alınarkən qanunvericiliyin tələblərinə əməl edilmiş, bundan sonra isə sonuncu xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsi ilə həmin mənzili hazırkı iş üzrə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Daha əvvəl yuxarda qeyd edildiyi kimi iddiaçı müxtəlif tələblərlə məhkəmədə iddia qaldırmış, lakin həmin iddialar təmin edilməməklə iddia tələbində göstərilənlər öz təsdiqini tapmamışdır. Hazırda iddiaçı özəlləşdirmənin ləğvi ilə bağlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsində 2(103)-274/2019 iş üzrə araşdırma aparılarkən məhkəmə-xətşünaslıq eskpertizanın təyin edildiyini və onun adından olan xx.xx.2001-ci il tarixli ərizədə olan imzanın onun tərəfindən icra edilmədiyini qeyd edərək, onun adından mənzilin özəlləşdirilməsinə dair verilmiş ərizənin cavabdehlər tərəfindən saxtalaşdırılması əsası ilə hazırkı iddia tələbini əsaslandırmışdır. Lakin aparılmış məhkəmə araşdırmaları ilə həmin imzanın iddiaçıya məxsus olubolmaması əhəmiyyət kəsb etməmişdir. Belə ki, özəlləşdirmənin həyata keçirilməsi iddiaçının razılığından asılı olmamışdır. Həmçinin, həmin ekspert rəyi ilə müəyyən edilən hal digər sübutlarla təkzib edilmişdir. Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-922/2020 saylı qərarında qeyd edilir ki, mübahisəli mənzilin iddiaçının atasının adına, yəni mülkiyyətinə verilməklə özəlləşdirməyə razılıq vermişdir. Həmçinin, iddiaçı həmin mənzildə faktiki olaraq yaşamadadığından özəlləşdirməyə razılıq verilməsinə də zərurət olmamışdır. Hazırda iddiaçı mənzilinin 1/3 hissəsinin ona məxsus olduğunu və mənzilindən məhrum olması əsası ilə onun dəyərinin 1/3 hissəsinin, yəni 40000 manatın cavabdehlərdən tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı cavabdehlərin əməlləri nəticəsində iddiaçıya zərər dəyməsi, onun hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Mənzilin cavabdehin adına qeydiyyata alınması və ondan əvvəlki proseslərinin qanuna uyğunluğu məhkəmə araşdırmaları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. 1113.2-ci maddəsinə əsasən zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı mənzilin atasının adına özəlləşdirməsinə dair onun adından verilmiş ərizədəki imzanın onun tərəfindən icra olunmadığını, onun imzasının 26 saylı MKİS-in vəzifəli şəxsi olmuş X2 və qeyriləri tərəfindən saxtalaşdırıldığını, nəticədə isə hüquqla və ya qanunla müdafiə edilən iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlin, yəni ona maddi ziyanın cavabdehlər tərəfindən vurulduğunu qeyd etsə də, qanunla sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, bunu təsdiq edən dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Aparılmış məhkəmə araşdırmaları, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə və hazırkı məhkəmə araşdırması zamanı iddiaçının mənzilindən məhrum olması, mübahisəli mənzilin Cavabdeh mülkiyyətinə keçməsi zamanı, cavabdehlər və ya üçüncü şəxslər tərəfindən hər hansı qanun pozuntuna yol verilməsi və bunlada iddiaçının hüquqlarının pozulması, ona maddi ziyan vurulması halı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Nı̇ kolayeviçin cavabdehlər Raxmanı̇ na Marı̇ na Tı̇ mofeyevnaya və 26 saylı Mənzil İstismar Sahəsinə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 210 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Nı̇ kolayeviçin cavabdehlər Raxmanı̇ na Marı̇ na Tı̇ mofeyevnaya və 26 saylı Mənzil İstismar Sahəsinə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar