Məhkəmə qərarları › İş №e-2(007)-1094/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1094/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1094/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli 1107/A saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə kredit üzrə borcu cəmi 64604.29 (altmış dörd min altı yüz dörd manat, 29 qəpik) manat - bundan 43599.03 (qırx üç min beş yüz doxsan doqquz manat, 03 qəpik) manat əsas borc, 17260.73 (on yeddi min iki yüz altmış manat, 73 qəpik) manat faiz, 84.29 (səksən dörd manat, 29 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 3660.24 (üç min altı yüz altmış manat, 24 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 283.81 (iki yüz səksən üç manat, 81 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın həmin kreditin ipoteka predmeti olan “Lexus LX 570” minik markalı (Buraxılış ili-2012, Ban-JTJHY00W4C4087735), rəngi qara, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, Cavabdeh xx.xx.2018-ci il tarixli 1162/A saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə kredit üzrə borcu cəmi 25100.73 (iyirmi beş min yüz manat, 73 qəpik) manat - bundan 15158.49 (on beş min yüz əlli səkkiz manat, 49 qəpik) manat əsas borc, 8631.93 (səkkiz min altı yüz otuz bir manat, 93 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 1310.31 (bir min üç yüz on manat, 31 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 165.30 (yüz altmış beş manat, 30 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın həmin kreditin ipoteka predmeti olan “Lexus NX 300H” minik markalı (Buraxılış ili-2017, Ban-JTJBJRBZ4********), rəngi ağ mirvari, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, Cavabdeh xx.xx.2018-ci il tarixli 1141/A saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə kredit üzrə borcu cəmi 99882.92 (doxsan doqquz min səkkiz yüz səksən iki manat, 92 qəpik) manat - bundan 60300.40 (altmış min üç yüz manat, 40 qəpik) manat əsas, 35115.98 (otuz beş min yüz on beş manat, 98 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 4466.54 (dörd min dörd yüz altmış altı manat, 54 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 389.65 (üç yüz səksən doqquz manat, 65 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın həmin kreditin ipoteka predmeti olan “X5 W12” minik markalı (Buraxılış ili-2015, Ban- SCBEA53W3EC096828), rəngi ağ, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobillərin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borclarına yönəldilməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait kredit borclarının tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğlərinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli 1107/A saylı Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə kredit üzrə borcu cəmi 64604.29 (altmış dörd min altı yüz dörd manat, 29 qəpik) manat - bundan 43599.03 (qırx üç min beş yüz doxsan doqquz manat, 03 qəpik) manat əsas borc, 17260.73 (on yeddi min iki yüz altmış manat, 73 qəpik) manat faiz, 84.29 (səksən dörd manat, 29 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 3660.24 (üç min altı yüz altmış manat, 24 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 283.81 (iki yüz səksən üç manat, 81 qəpik) manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın həmin kreditin ipoteka predmeti olan “Lexus LX 570” minik markalı (Buraxılış ili-2012, Ban-JTJHY00W4C4087735), rəngi qara, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borclarına yönəldilməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait kredit borclarının tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğlərinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı (bundan sonra “Bank” adlanacaq) ilə Cavabdeh arasında bağlanmış 19 mart 2018-ci il tarixli 1107/A nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 66000 (altmış altı min) manat məbləğində, 31 may 2018ci il tarixli 1141/A saylı kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 151500 (bir yüz əlli bir min beş yüz) manat məbləğində və 03 avqust 2018-ci il tarixli 1162/A saylı kredit müqaviləsinə əsasən 31 (otuz bir) ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 38143 (otuz səkkiz min yüz qırx üç) manat məbləğində kreditlər verilmişdir. 19 mart 2018-ci il tarixli 1107/A saylı Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “Lexus LX 570” minik markalı (Buraxılış ili-2012, Ban- JTJHY00W4C4087735), rəngi qara, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə xx.xx.2018-ci il tarixli 1107/ağ saylı İpoteka müqaviləsi, 31 may 2018-ci il tarixli 1141/A saylı Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “X5 W12” minik markalı (Buraxılış ili-2015, Ban- SCBEA53W3EC096828), rəngi ağ, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə xx.xx.2018-ci il tarixli 1141/ağ saylı İpoteka müqaviləsi və 03 avqust 2018-ci il tarixli 1162/A saylı Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “Lexus NX 300H” minik markalı (Buraxılış ili-2017, Ban- JTJBJRBZ4********), rəngi ağ mirvari, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə xx.xx.2018-ci il tarixli 1162/ağ saylı İpoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqavilələrinin 2-ci bəndinə əsasən 19 mart 2018-ci il tarixli 1107/A saylı kreditin təminatı kimi “Lexus LX 570” minik markalı (Buraxılış ili-2012, Ban-JTJHY00W4C4087735), rəngi qara, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil, 31 may 2018-ci il tarixli 1141/A saylı kreditin təminatı kimi “X5 W12” minik markalı (Buraxılış ili-2015, Ban-SCBEA53W3EC096828), rəngi ağ, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobil və 03 avqust 2018-ci il tarixli 1162/A saylı kreditin təminatı kimi “Lexus NX 300H” minik markalı (Buraxılış ili-2017, Ban-JTJBJRBZ4********), rəngi ağ mirvari, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022 tarixli **********101, **********099 və **********100 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli 1107/A saylı Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə kredit üzrə borcu cəmi 64604.29 (altmış dörd min altı yüz dörd manat, 29 qəpik) manat təşkil edir. Bundan 43599.03 (qırx üç min beş yüz doxsan doqquz manat, 03 qəpik) manat əsas borc, 17260.73 (on yeddi min iki yüz altmış manat, 73 qəpik) manat faiz, 84.29 (səksən dörd manat, 29 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 3660.24 (üç min altı yüz altmış manat, 24 qəpik) manat faiz borcu təşkil edir. Cavabdeh xx.xx.2018-ci il tarixli 1162/A saylı Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə kredit üzrə borcu cəmi 25100.73 (iyirmi beş min yüz manat, 73 qəpik) manat təşkil edir. Bundan 15158.49 (on beş min yüz əlli səkkiz manat, 49 qəpik) manat əsas borc, 8631.93 (səkkiz min altı yüz otuz bir manat, 93 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 1310.31 (bir min üç yüz on manat, 31 qəpik) manat faiz borcu təşkil edir. Cavabdeh xx.xx.2018-ci il tarixli 1141/A saylı Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə kredit üzrə borcu cəmi 99882.92 (doxsan doqquz min səkkiz yüz səksən iki manat, 92 qəpik) manat təşkil edir. Bundan 60300.40 (altmış min üç yüz manat, 40 qəpik) manat əsas, 35115.98 (otuz beş min yüz on beş manat, 98 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 4466.54 (dörd min dörd yüz altmış altı manat, 54 qəpik) manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də sonuncu dəfə xx.xx.2018-ci il tarixli 1107/A saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixində 6000 manat məbləğində, xx.xx.2018-ci il tarixli 1141/A saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixində 25000 manat məbləğində, xx.xx.2018-ci il tarixli 1162/A saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixində 18000 manat məbləğində ödənişlər etmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən müqavilə pozulduğu halda Bankın kredit üzrə borcun qaytarılmasını və hesablanacaq faizlərin, cərimələrin və müqavilədə göstərilmiş digər xərclərin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia tələbini dəqiqləşdirilmiş həcmdə müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən onun təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, LPO İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 838.76 manat dövlət rüsumu ödənilmişdir. - 09 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 19 mart 2018-ci il tarixli, 1107/A saylı kredit müqaviləsinə əsasən 23 noyabr 2022-ci il tarixinə banka 43599.03 manat əsas, 17260.73 manat faiz, 84.29 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3660.24 manat faiz borcu vardır. - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış 19 mart 2018-ci il tarixli 1107/A nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh istehlak məqsədilə 36 ay müddətinə illik 22% dərəcəsi ilə 66000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış 19 mart 2018-ci il tarixli 1107/ag nömrəli ipoteka müqaviləsindən görünür ki, 19 mart 2018ci il tarixli 1107/A saylı kredit müqaviləsinin təminatı olmaqla Cavabdeh məxsus 110000 manat dəyərində olan “Lexus LX 570” minik markalı (Buraxılış ili-2012, Ban- JTJHY00W4C4087735), rəngi qara, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış 19 mart 2018-ci il tarixli 1107/A kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 21-dən gec olmayaraq 36 ay müddətinə 2522.33 manat, sonuncu ay 2497.13 manat ödəniş etməlidir. - Hesabdan çıxarışdan görünür ki, Cavabdeh 19 mart 2018-ci il tarixli 1107/A nömrəli kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2019-cu i tarixdə 6000 manat ödəniş etmişdir. - xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 66000 manat kredit verilmişdir. - AD seriyalı 163210 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Lexus LX 570” minik markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. - xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh 19 mart 2018-ci il tarixli 1107/A nömrəli kredit müqaviləsi əsasında yaranmış 48679.69 manat borcun ödənilməsinə dair xəbərdarlıq edilərək pretenziya göndərilmiş, borc alanın öhdəliklərinin “Lexus LX 570” minik markalı (Buraxılış ili-2012, Ban-JTJHY00W4C4087735), rəngi qara, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi proseduruna başlanılacağı və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 9/3017 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh 19 mart 2018-ci il tarixli 1107/A nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 43775.87 manat, faiz borcu üzrə 16693.20 manat, faiz borcu üzrə illik 5% ilə 3672.31 manat borcu vardır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış 19 mart 2018-ci il tarixli 1107/A nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh istehlak məqsədilə 36 ay müddətinə illik 22% dərəcəsi ilə 66000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən “Lexus LX 570” minik markalı (Buraxılış ili-2012, Ban-JTJHY00W4C4087735), rəngi qara, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Nəticədə onun 23 noyabr 2022-ci il tarixinə banka 43599.03 manat əsas, 17260.73 manat faiz, 84.29 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3660.24 manat faiz borcu yaranmışdır. Tərəflər arasında 03 avqust 2018-ci il tarixli 1162/A nömrəli və 31 may 2018-ci il tarixli 1141/A nömrəli kredit müqavilələri barədə razılığa gəlinmişdir. İddiaçı hazırda yalnız 19 mart 2018-ci il tarixli 1107/A nömrəli kredit müqaviləsi üzrə yaranmış borcu tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2018ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin əsas və faiz borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehdən tutulmalı olan əsas borcun məbləği 43599.03 manat, faiz borcunun məbləği isə 17260.73 manat kimi göstərilmişdir. Məhkəmənin qərardadına əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 19 iyun 2023-cü il tarixli rəyindən isə görünür ki, cavabdehin müqavilənin bitmə tarixinə yəni xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 43775.87 manat, faiz borcu üzrə 16693.20 manat təşkil edir. Məhkəmə belə qənaətə gəlir ki, tutulmalı əsas borcun məbləği iddia ərizəsində qeyd edilən 43599.03 manat əsas, faiz borcunun məbləği məhkəmənin qərardadına əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 19 iyun 2023-cü saylı rəyində göstərilmiş 16693.20 manat faiz müəyyən edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi 19 mart 2018-ci il tarixli 1107/A nömrəli kredit müqaviləsi üzrə 43599.03 manat əsas borca münasibətdə 84.29 manat dəbbə pulu hissəsində əsaslıdır və iddia tələbi bu hissədə təmin edilməli, 84.29 manat dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, tələbin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3660.24 manat faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 19 iyun 2023-cü il tarixli rəyindən görünür ki, illik 5% dərəcəsi ilə faiz borcu 3672.31 manat müəyyən edilir. Belə olan halda Plenum qərarına əsasən hesablanmış illik 5% dərəcəsi ilə faiz borcu iddia ərizəsində göstərilmiş 3660.24 manat müəyyən edilməli, iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Məhkəmə, tələbin Cavabdeh məxsus olan “Lexus LX 570” minik markalı (Buraxılış ili- 2012, Ban-JTJHY00W4C4087735), rəngi qara, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, əldə olunan vəsait hesabına LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonda olan borcun ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci və 34.1.3-cü maddələrinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınar əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş daşınar əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınar əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, tərəflər müqavilə ilə ipoteka predmetinin ilkin satış qiyməti barədə razılığa gəldiklərindən, ipoteka predmetinin ilkin satış qiyməti 110000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınar əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satışından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 283.81 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərclərinə aid olan ödənilmiş 283.81 manat dövlət rüsumunun 281.05 manatı Cavabdeh, 2.76 manatı iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 198 manatı cavabdehdən, 2 manatı iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli 1107/A saylı Kredit müqaviləsinə əsasən 43599.03 manat əsas borc, 16693.20 manat faiz, 84.29 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 3660.24 manat faiz borcu LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmalı, tutma Cavabdeh məxsus olan və banka ipoteka qoyulmuş “Lexus LX 570” minik markalı (Buraxılış ili-2012, Ban-JTJHY00W4C4087735), rəngi qara, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobil açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilməli, avtomobilin hərracda ilkin satış qiyməti 110000 manat məbləğində müəyyən edilməli, hərrac yolu ilə əldə edilən pul vəsaitindən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənildikdən sonra, artıq pul vəsaiti qaldığı halda Cavabdeh verilməli, ipoteka predmetinin satışından əldə olunan vəsait kredit borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərclərinə aid olan ödənilmiş 283.81 manat dövlət rüsumunun 281.05 manatı Cavabdeh, 2.76 manatı iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilməli, məhkəmə- mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 198 manatı cavabdehdən, 2 manatı iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 1107/A saylı Kredit müqaviləsinə əsasən 43599.03 manat əsas borc, 16693.20 manat faiz, 84.29 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 3660.24 manat faiz borcu LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. Tutma Cavabdeh məxsus olan və banka ipoteka qoyulmuş “Lexus LX 570” minik markalı (Buraxılış ili-2012, Ban-JTJHY00W4C4087735), rəngi qara, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, avtomobil açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilsin. Avtomobilin hərracda ilkin satış qiyməti 110000 manat məbləğində müəyyən edilsin, hərrac yolu ilə əldə edilən pul vəsaitindən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənildikdən sonra artıq pul vəsaiti qaldığı halda Cavabdeh verilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait kredit borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 283.81 manat dövlət rüsumunun 281.05 manatı Cavabdeh, 2.76 manatı iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 198 manatı cavabdehdən, 2 manatı iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar