Məhkəmə qərarları › İş №e-2(007)-110/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-110/2025

03.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-110/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 27 saylı notariat ofisi, Xocasən Bələdiyyəsi, X6 və X19 cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: etibarnamənin qüvvədən düşmüş hesab edilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili X8, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 və X9 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 27 saylı notariat ofisi, Xocasən Bələdiyyəsi, X6 və X19 cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsinə qarşı “etibarnamənin qüvvədən düşmüş hesab edilməsi” dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 27 saylı notariat ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsinə qarşı “etibarnamənin qüvvədən düşmüş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına verilmiş, 9 saylı cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş və müəssisənin 660 saylı qeydiyyat kitabında 42 sayla qeydə alınmış etibarnamə 27 noyabr 2008-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsini xahiş etmişdir.

2. Məhkəmə hazırlıq iclası zamanı Xocasən Bələdiyyəsi, X6 və X19 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin 14 oktyabr 2005-ci il tarixli, 24/36 saylı qərarı ilə Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsi qərara alınıb. Bu məqsədlə o, 16 sentyabr 2005-ci il tarixdə “Kapital Bank”da olan ********** saylı hesaba 40.000.000 (qırx milyon) manat vəsait ödəyib. (müvafiq sənədlər cəmi 07 vərəq ərizəyə əlavə olunur). Onun tərəfindən xx.xx.2008-ci il tarixində vətəndaş X10 Binəqədi rayonu ərazisində yerləşən 27 saylı DNK-da qeyd olunan 1 ha torpaq sahəsini özəlləşdirməyi, 0,12 ha torpaq sahəsində tikinti işləri aparmağı, həmin tikintini özəlləşdirmək üçün bütün dövlət orqanlarında onu təmsil etməyi, sənədləri aidiyyəti üzrə dövlət idarələrinə verməyi, reyestrdən çıxarışları almağı, alqı-satqı üçün lazım olan sənədləri topladıqdan sonra həmin torpaq sahəsindən (yəni 1 ha torpaq sahəsindən) 0,12 ha torpaq sahəsi və orada tikilmiş tikinti üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bununla əlaqədar adından ərizə verməyi, həmin torpaq sahəsindən 0,12 ha torpaq sahəsini bir addan başqa ada keçirmək üçün bələdiyyə və digər dövlət orqanlarında onun nümayəndəsi olmağı, adından imza etməyi həvalə edib. Sonradan həmin etibarnamə əsasında etibar olunan X17 xx.xx.2008-ci il tarixdə yenə də 27 saylı DNK-da təmsil etdiyi İddiaçı adından Bakı şəhəri, İnqilab küçəsi ev 1D, mənzil 63-də yaşayan, hazırki iş üzrə Cavabdeh1 adlı şəxsə etibarnamə verib və həmin etibarnamədə onun adına verilmiş, 1 ha torpaq sahəsi ilə əlaqədar yuxarıda qeyd edilən xx.xx.2008-ci il tarixli etibarnamədə sadalanan səlahiyyətləri Cavabdeh1 ötürüb. O da qeyd edilməlidir ki, xx.xx.2008-ci il tarixli etibarnamədə tikinti işləri aparmalı olan torpaq sahəsinin həcmi nədənsə 0,12 ha deyil, 900 kv.m (0,9 ha) göstərilib. Bundan sonra o, arada yaranmış narazılıqlara əsasən 27 noyabr 2008-ci il tarixdə 27 saylı DNK-na müraciət edərək, X10 xx.xx.2008-ci il tarixdə verdiyi etibarnaməni ləğv etdirib və bu barədə etibar olunanı xəbərdar edib. Bakı şəhər 27 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 17 saylı arayışla həmin fakt öz təsdiqini tapır. Belə ki, həmin arayışda qeyd edilir ki, 7e- 12/4450 nömrə ilə reyestrdə rəsmiləşdirilmiş xx.xx.2008-ci il tarixli etibarnamənin hüquqi qüvvəsinə xx.xx.2008-ci il tarixdə xitam verilib və bu barədə müvafiq qeydlər aparılıb (arayışın surətiəlavə olunur). Bütün bunlara baxmayaraq son dövrlər ona məlum olub ki, ona ayrılmış torpaq sahəsi ilə əlaqədar onun adından hansısa şəxslər tərəfindən qeyriqanuni əməliyyatlar aparılmasına cəhdlər göstərilir, maraqlandıqda məlum olub ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, hazırki iş üzrə Cavabdeh1 xx.xx.2008-ci il tarixdən hüquqi qüvvəsini itirmiş xx.xx.2008-ci il tarixli etibarnamədən qeyri-qanuni istifadə edərək həyat yoldaşı, iş üzrə Cavabdeh2 adına, cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin rəhbərinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli etibarnamə vermiş və həmin etibarnamədə onun adına verilmiş Xocəsən bələdiyyəsinin ərazisində yerləşən torpaq sahəsi ilə əlaqədar xx.xx.2008-ci il tarixli etibarnamədə sadalanan səlahiyyətləri arvadı Cavabdeh2 ötürüb. Bu fakt ona məlum olduqdan dərhal sonra o, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə AR ƏN PX-nin rəisi cənab Ceyhun Həsənova yazılı müraciət edib və ondan xx.xx.2022-ci il tarixli etibarnamənin ləğv edilməsi ilə bağlı 9 saylı CÇM-nin müdiriyyətinə göstəriş verilməsi xahiş olunub. Həmin müraciətlərə 9 saylı CÇM-nin rəisi, ədliyyə polkovnik-leytenantı Baba Gülməmmədov tərəfindən xx.xx.2023-cü il tarixdə, 3-16-17/24/2-553 saylı cavab verilib və bildirilib ki, məhkum Cavabdeh1 verilmiş etibarnamə xx.xx.2008-ci il tarixli etibarnamə ilə deyil, hazırda qüvvədə olan xx.xx.2008-ci il tarixlietibarnamə əsasında verilib (məktubun surəti əlavə olunur). Bundan sonra Cavabdeh2 9 sayl CÇM-də cəza çəkən əri Cavabdeh1 tərəfindən ona verilən xx.xx.2022-ci il tarixli qanunsuz etibarnamə əsasında Bakı şəhəri 18 saylı notariat ofisində guya istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən bələdiyyəsi ərazisində yerləşən 1 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş 35 kv.m dən ibarət olan tikiliyə sərəncam verməyi, özəlləşdirməyi, sənədləşmə işlərini aparmağı, tikinti işləri aparmağı və digər hərəkətlər etməyi barədə X4 31 may 2022-ci ildə 20 il müddətinə etibarnamə vermiş və ondan nəğd şəkildə 10000 (on min) manat pul alıb (etibarnamənin və ərizənin surəti əlavə edilir). Eyni zamanda cəza çəkən Cavabdeh1 arvadı Cavabdeh2 tərəfindən vətəndaşların aldadılması ilə bağlı şikayətlər üzrə hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Bütün bunlardan sonra o, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.

Cavabdehin etirazı:

4. Cavabdeh1 9 saylı Cəzaçəkmə Müəssisəsinin vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, o, 2008-ci ildə İddiaçı ilə Nəriman Hüseynov vasitəsi ilə tanış olub. Həmin ərəfədə Nəriman Hüseynov ona bildirib ki, İddiaçı Xocasən ərazisində 1 ha torpaq sahəsi var. Xocasən Bələdiyyəsinin qərarı ilə alıb, onu satmaq istəyir. O da İddiaçıla görüşüb və onlar danışıblar. İddiaçı ona ərazini tam satmaq istədiyini bildirib. O isə əvvəl həmin sahədən 9 sot almaq istədiyini deyib, bununla bağlı İddiaçı ona etibarnamə verib. Lakin sonra Nəriman Hüseynov ona bildirib ki, İddiaçı həmin ərazini ona nisyə də sata bilər, tam götürsün, pulunu sonra versin. Danışaraq razılaşıblar, xx.xx.2008ci ildə 27 saylı notariusda o, İddiaçıla görüşərək, 9700 kv.m torpaq sahəsini 97080 manata almaqla bağlı öhdəlik müqaviləsi imzalayıblar. Belə ki, ilkin olaraq o, Elgün Məmmmədova 7685,50 manat vəsaiti ödəyib və yerdə qalan 89394 manat vəsaiti isə aralarında olan razılaşma müddətində ona verməli idi. İddiaçı həmin torpağın sənədlərini tam hazır edə bilmədiyi üçün onun adına keçirə bilməyib. Lakin gələcəkdə həmin torpaqla bağlı yarana biləcək hər hansı mübahisənin məsuliyyətini öz üzərinə götürüb. İddiaçı onun adına olan sənədlərin notaial qaydada tikilib təsdiq olunmuş surətlərini verib və bildirib ki, sənədlərin əslini itirib. Sonradan 2009-cu ilin aprel ayında o, Nəriman Hüseynov və İddiaçıla Abşeron rayonu ərazisində görüşərək, qalan borcu bağlayıb. Lakin inandığı üçün sənəd sadəcə aralarında yazılıb və imzalanıb, bununla da onun borcu bağlanıb. Sonradan bəzi səbəblərdən bir neçə yaşayış ünvanı dəyişdiyi üçün torpaqla bağlı sənədləri itirib. 2016-cı ildən məlum səbəbdən cəza alıb. Hazırkı vaxtadək 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Onun həbsdə olduğu müddətdə arvadı Cavabdeh2 həmin sənədlərin qaraj sahəsindən tapır. O, torpağı aldığı vaxt subay olub. Arvadı ona bu barədə məlumat verib. O da, 2008-ci ildə belə bir hadisə olduğunu, sadəcə başı başqa işlərə qarışdığı üçün, ölkədən kənarda olduğu üçün həmin işlə məşğul ola bilməyib. Arvadı ondan bu məsələ ilə bağlı nə edə biləcəyini soruşub. X23 getməsini və torpaq sahəsini aldığını deməsini bildirib. X15 yaxınlaşıb və ona bildiriblər ki, həmin ərazi hələ də boş sahə olaraq qalır və onun külli miqdarında vergi borcu var. Lakin o, Cavabdeh2 etibarnamə verməlidir ki, bu işlərlə məşğul olsun. Həmin ərazi ondan çox uzaq məsafədə olduğu üçün arvadı səhhəti ilə əlaqədar ora gedib gələ bilməyəcəyini və bu işlərlə məşğul ola bilməyəcəyini bildirib. Həmin vaxt təsisçisi olduğu cəmiyyətə direktor qoyduğu X3 bu işlə məşğul olmasını məsləhət görüb. Aralarında notarial qaydada bağlanmış Öhdəlik müqaviləsinə əasən cəza çəkdiyi müəssisədən 2022-ci ildə arvadına etibarnamə verib və ona deyib ki, Qulamhüseyn Məmmədova etibarnamə versin və hətta torpağı alqı-satqı ərizəsinə əsasən formal olaraq onuna adına keçitsin ki, bu işlərin arxasınca getsin. Qulamhüseyn Məmmədovla danışaraq razılaşıblar. Hətta ona bu məsələsini həll etməsini, vergini ödədikdən sonra ona həmin torpaqdan pay verəcəyini deyib. Bununla da arvadı onun verdiyi etibarnamə əsasına Qulamhüseyn Məmmədova etibarnamə verib və torpağı onun adına formal olaraq keçirdib. Bundan sonra X16 Bələdiyyəsinə yaxınlaşır və bütün sənədləri təqdim edir, onun adına vergi ödəyicisi kodu verilir və həmin sahənin Xocasən Bələdiyyəsi tərəfindən təsdiq edilmiş geolakasiya təqdim edilir. Bundan sonra arvadı Qulamhüseyn Məmmədovun vasitəsi ilə topağa vergi ödəyir (çeklər və sənədlər əlavə olunacaq). 2021-ci ildə Şakir adlı şəxs Qulamhüseyn Məmmədova zəng edərək bildirir ki, həmin torpaq sahəsi ilə bağlı 2015-ci ildə Elgün ona etibarnamə verib, yəni ona satıb. Qulamhüseyn Məmmədov ona bu barədə deyəndə o, bildirib ki, onun əlində alqı-satqı sənədi var, notariusda o pul sayıb İddiaçı verib. İddiaçıla arasında olan alqı-satqı ləğv edilmədən necə başqasına sata bilər. Qulamhüseyn Məmmədov 27 saylı notariusa gedərək 2022-ci ildə həmin öhdəlik müqaviləsinin qüvvədə olması ilə bağlı sənədi təsdiq etdirir. Bundan sonra Şakir adlı şəxslə müəyyən mübahisələr yaranır və buna görə də, Qulamhüseyn Məmmədov İddiaçı çalışdığı Şəki rayon prokurluğuna, Təhlüksizlik Xidmətinə və polis idarəsinə müraciət edir ki, vaxti ilə onunla öhdəlik müqaviləsi əsasında torpaq satdığı halda İddiaçı başqa şəxsə etibarnamə verib. 2023-cü ildə Şakir adlı şəxs Binəqədi rayon polis idarəsinə torpağın Qulamhüseyn Məmmədovun adına qeyri-qanuni olaraq keçirilməsi ilə bağlı cinayət işinin başlanması üçün müraciət ünvanlayır. Lakin Binəqədi rayon polis idarəsi həmin müraciətə əsasən bunun mülki məsələ olduğunu bildirir və iddiasını rədd edir. 2023-cü ildə arvadı Qulamhüseyn Məmmədovdan o torpaq sahəsini satdığını bildiyi üçün ona verdiyi etibarnaməni və ərizəsini ləğv edir. Çünki onlar həmin torpaq sahəsindən 1 sot da satış etməyiblər. 2024-cü ilin mart ayında Qulamhüseyn Məmmədov notariusa ərizə verərək bildirib ki, arvadının ləğv etdiyi ərizədən və etibarnamədən xəbərdardır və onun razılığı əsasında həmin torpaq sahəsindən imtina edir və gələcəkdə onun arvadına və sözügedən torpaq sahəsinə qarşı heç bir iddiası yoxdur (ərizələr məktubla əlavə olunacaq). Bundan sonra X15 həmin ərizə və sənədlərlə müraciət edərək, artıq Qulamhüseyn Məmmədovun o torpaq sahəsnə heç bir aidiyyətinin olmadığını bildirir və vaxtı ilə Qulamhüseyn Məmmədovun adına verilmiş sənədlərin onun adına keçirilməsini xahiş edir ki, torpaq vergisini ödəyə bilsin. Xocasən Bələdiyyəsi arvadı ilə vergi ilə öhdəlik ərizəsini imzaladaraq onun adına yeni, “VVÖK” açıq və geolakasiyanı arvadının adına təsdiq edir. İddiaçı 2005-ci ildə Xocasən Bələdiyyəsinin qərarına əsasən torpağı aldığı vaxtdan 1 manat belə vergi borcu ödəməyib. Çünki o torpağı ona satıb. Bu gündə onun nümayəndəsi olduğu üçün arvadının üzərində 15000 manat vergi öhdəliyi yaranmışdır. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir.

İş materialları:

5. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 24/36 saylı qərarının surətindən görünür ki, Xocasən Bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsini təqdim olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir.

6. AR-İ seriyalı 061817 saylı xx.xx.2008-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı həmin etibarnamə ilə X10 Binəqədi rayon Xocəsən bələdiyyəsinin xx.xx.2005-cü ıl tarixli, № 24/36 saylı qərarına əsasən onun adına verilmiş Bınəqədi rayonu Xocəsən Bələdiyyəsinin ərazisində olan 1 ha torpaq sahəsini özəlləşdirməyi, 0,12 ha torpaq sahəsində tikinti işləri aparmağı, həmin tikintini özəlləşdirmək üçün bütun dövlət orqanlarında onun nümayənədəsi olmağı, özəlləşdirməyi, adından imza etməyi, sənədləri aidiyyəti üzrə dövlət idarələrinə verməyi, reyestrdən çıxarışları almağı, alqı-satqı üçun lazım olan sənədləri topladıqdan sonra həmin torpaq sahəsindən 0,12 ha torpaq sahəsi və orada tikilmiş tikinti üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bununla əlaqədar adından ərizə verməyi, həmin torpaq sahəsindən 0,12 ha torpaq sahəsini bir addan başqa ada keçirilməsi üçün bələdiyyə və digər dövlət orqanlarında onun nümayəndəsi olmağı, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə üzrə səlahiyyət başqa şəxslərə verilə bilər. Etibarnamə xx.xx.2028-ci ilədək qüvvədədir.

7. AR-İ seriyalı 067452 saylı xx.xx.2008-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı əvəzinə X2 Azad Samid oğluna Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin 24/36 saylı xx.xx.2005- ci il tarixli qərarına əsasən onun adına verilmiş Xocəsən bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsini özəlləşdirməyi, 900 kv.m torpaq sahəsində tikinti işləri aparmağı, həmin tikintini özəlləşdirmək üçün bütün dövlət orqanlarında onun nümayəndəsi olmağı özəlləşdirməyi, adından imza etməyi, sənədləri aidiyyəti üzrə dövlət idarələrinə verməyi, reyestrdən çıxarışları almağı, alqı-satqı üçün lazım olan sənədləri topladıqdan sonra 900 kv.m torpaq sahəsi və orada tikilmiş tikinti üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bununla əlaqədar olaraq adından ərizə verməyi, həmin torpaq sahəsindən 900 kv.m torpaq sahəsim bır addan başqa ada keçməsi üçün bələdiyyə və digər dövlət orqanlarında onun nümayəndəsi olmağı, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar edir Etibarnamə üzrə səlahiyyət başqa şəxslərə verilə bilər. Etibarnamə xx.xx.2028-ci ilədək qüvvədədir.

8. İddiaçı ilə Cavabdeh1 arasında bağlanaraq Bakı şəhəri 27 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2008-ci il tarixli öhdəlik müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin 24/36 saylı, xx.xx.2005-ci il tarixli qərarına əsasən onun adına verilmiş Xocəsən bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsindən 9700 kv.m torpaq sahəsini 97080 (doxsan yeddi min səksən) manata sövdələşib və həmin məbləğdən 7685,50 (yeddi min altı yüz səksən beş min əlli qəpik) əvvəlcədən alıb. Ancaq sənədlər tam hazır olmadığından həmin torpaq sahəsini onun adına sənədləşdirə bilməyib. İddiaçı həmin torpaq sahəsinin sənədlərini hazırlayıb qalan 89394,50 (səksən doqquz min üç yüz doxsan dörd manat əlli qəpik) manatı bir il müddətinə almaqla Cavabdeh1 adına sənədləşdirməyi öhdəmə götürür. İddiaçı həmin torpaq sahəsi ilə əlaqədar hər hansı bir mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür.

9. Cavabdeh1, Nəriman Hüseynov və İddiaçı tərəfindən imzalanan xx.xx.2009-cü il tarxili qəbzin məzmunundan görünür ki, Cavabdeh1 İddiaçı aldığı Xocasən ərazisində 1 hektar torpaq sahəsi üçün qalıq borcu olan 89000 məbləği X7 yanında ödəyib. Aralarında heç bir borc qalmayıb.

10. Bakı şəhəri 27 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 17 saylı məktubundan görünür ki, 13 may 2008-ci il tarixdə İddiaçı tərəfindən 7e-12/4450 saylı reyestrlə etibarnamə rəsmiləşdirilmişdir. xx.xx.2008-ci il tarixdə həmin etibarnamənin hüquqi qüvvəsinə xitam verilmişdir. Bu barədə müvafiq qeydlər aparılmışdır.

11. 9 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2023-cü il tarixli 3-16-17/24/2-553/2023 saylı məktubundna görünür ki, məhkum Cavabdeh1 verilən etibarnamə xx.xx.2008-ci il tarixli etibarnamə (reyster 7e12/4450) ilə deyil, hazırda da qüvvədə olan xx.xx.2008-ci il tarixli (reyster 7E/8611) etibarnamə əsasında verilmişdir.

12. 9 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2024-cü il tarixli 3-16-17/24/2-137/2024 saylı məktubundna görünür ki, 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Cavabdeh1 müraciəti və təqdim etdiyi xx.xx.2008-ci il tarixli 7E/8611 reystr nömrəsi ilə 27 saylı notariat kontorunda verilmiş etibarnamə əsasında ona verilmiş səlahiyyətləri yoldaşı X22ma xx.xx.2022-ci il tarixli etibarnamə ilə etibar etmişdir. Etibarnamə 3 il müddətinə verilib xx.xx.2025-ci il tarixədək etibarlıdır və hal-hazırda da qüvvədədir.

13. 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Baba Gülməməmmədov tərəfindən təsdiq edilmiş və müəssisənin 660 saylı qeydiyyat kitabında 42 sayla qeydə alınmış xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı əvəzindən X7 əvəzindən xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 27 saylı dövlət notariat kontorunda 7E/8611 reyester nömrəsi ilə rəsmiləşdirilmiş etibarnamə əsasında çıxış edən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 24/36 saylı, xx.xx.2005-ci il tarixli qərara əsasən onun adına verilmiş Xocəsən bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsini özəlləşdirməyi, 900 kv.m torpaq sahəsində tikinti işləri aparmağı, həmin tikintini özəlləşdirmək üçün bütün dövlət orqanlarında onun nümayəndəsi olmağı, özəlləşdirməyi, adından imza etməyi, sənədləri aidiyyəti üzrə dövlət idarələrinə verməyi, reyestrdən çıxarışları almağı, alqı-satqı üçün lazım olan sənədləri topladıqdan sonra 900 kv.m torpaq sahəsi və orada tikilmiş tikinti üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bununla əlaqədar olaraq adından ərizə verməyi, həmin torpaq sahesindən 900 kv.m torpaq sahəsini bir addan başqa ada keçməsi üçün bələdiyyə və digər dövlət orqanlarında onun nümayəndəsi olmağı, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi X11 etibar edir. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilər. Etibarnamə 3 il müddətinə, yəni xx.xx.2022-ci ildən xx.xx.2025-ci il tarixinədək qüvvədədir.

14. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli 3- 48-2F/2-2135/2024 saylı məktubudan görünür ki, İddiaçı barəsində Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli, 24/36 saylı qərarı və ona əlavə edilmiş cizgi sənədi Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərar Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(001)-1801/2009 saylı nömrə ilə ləğv edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-170/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2009-cu il tarixli qətnamə apellyasiya baxışında qalmış hissədə, yəni “3 saylı Neft və Qazçıxarma sexinin 312084 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində cavabdeh X25 tərəfindən inşa edilmiş qanunsuz tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə gətirilməsi və iddiaçı “X31” Şirkətinin Azərbaycan Respublikasındakı filialının istifadəsinə qaytarılması barədə tələblərin təmin edilməsi hissəsində” ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək həmin tələblər təmin edilməmişdir. Qətnamədən görünür ki, apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinin qismən, yəni “Xocasən bələdiyyəsinin İddiaçı istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 24/36 saylı, xx.xx.2007-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

16. Bakı şəhəri Binəqədi RPİ-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X9 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

17. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-11877/2025 saylı məktubundan görünür ki, İddiaçı adına Binəqədi rayonu, Xocasən bələdiyyəsinin ərazisində 1 hektar torpaq sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

Tərəflərin izahatları:

18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddianın dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh1 və Səbinə Həsənovun əməlində cinayət tərkibi vardır. Onlar həmin etibarnamədən istifadə edərək, bir çox şəxsləri aldadıblar. X6 da izahatında bildirib ki, mübahisəli torpaq sahəsi ilə bağlı 20000 manat pul vəsaiti mənimsənilib. Məhkəmədən həmçinin, Cavabdeh1 və Səbinə Həsənovun barəsində xüsusi qərardad çıxarılmasını xahiş edir.

19. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X20 iddia tələbini qəbul etməyib, iddia əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

20. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 izahat verərək bildirdi ki, 2022-ci ildə Cavabdeh2 ona müraciət edərək, Cavabdeh1 təcili pul lazım olması və 1 hektar torpaq sahəsini satmasını bildirib. O, həmin dövrdə onların şirkətlərində direktor vəzifəsində işləyirdi. Torpaq sahəsinə baxıb, sonra Cavabdeh2 ona Nəriman adlı şəxsə verilmiş bir hektardan 9 sot torpaq sahəsinə dair sənədləri, bələdiyyənin qərarının notarial qaydada təsdiq edilmiş surətini və öhdəlik müqaviləsini təqdim edib. O da notarial qaydada alqı-satqı edib. Həmin sənədlər bələdiyyədə də var. Sonradan o, torpağın sənədlərini, vergisini qaydaya salmaq üçün bələdiyyəyə gedib bələdiyyədən ona Cavabdeh1 İddiaçı cəmi 9 sot torpaq aldığını, həmin torpaq sahəsini satdığını, satılmış torpaqda fərdi yaşayış evinin inşa olunduğunu, daha sonra həmin evin satıldığını, həmin ərazidə Cavabdeh1 1 hektar torpağının olmadığını bildiriblər. O, torpaq sahəsini aldığını onlara bildirib. 2023-cü ildə sonuncu dəfə 1 hektar torpaq sahəsinə dair plan-sxemi tərtib edərək ona veriblər. Sonradan bir neçə dəfə Şakir adlı şəxs həmin torpaq sahəsinə gələrək torpaq sahəsinin ona məxsus olduğunu bildirib. O, Şakir adlı şəxslə bələdiyyədə görüşüb. Həmin vaxt bələdiyyənin verdiyi İddiaçı adına olan qərar, 1 hektar torpaq sahəsinə dair etibarnamə, torpağın alqı-satqısı ilə bağlı dövlətə ödənilmiş vergiyə dair qəbz və digər sənədlərin əsilləri Şakir adlı şəxsdə idi. Daha sonra o, Cavabdeh2 torpaq sahəsinin başqasına məxsus olduğunu, onların 9 sot torpaq sahəsi aldığını, lakin ona 1 hektar torpaq sahəsini satdığını bildirib. Ona verilmiş bütün sənədləri Cavabdeh2 qaytarıb və ödədiyi pulu ondan tələb edib. Binəqədi rayonunda yerləşən notariusdan ona bildiriblər ki, 9 sot torpaq sahəsinin 8000 manata yaxın pulu ödənilib, qalan 80000 manata yaxın məbləği İddiaçı ona sənədləri tam hazır edib verəndən sonra ödəyəcək. İddiaçı ona 9 sot torpaq sahəsini satıb, qalan məbləği ödəyəndən sonra İddiaçı torpaq sahəsini ona verəcək. Əlyazmanı Cavabdeh2 ona təqdim etməyib. Cavabdeh2 sonradan əlyazmaya dəyişiklik edib. O, sənədi notariusun arxivindən çıxartdırıb. İddiaçı səlahiyyətlərindən istifadə etmək, torpağını özəlləşdirmək və dövlət orqanlarında onun adından iştirak etmək üçün X12 etibarnamə verib. Əlyazma olmayıb, Cavabdeh2 guya həmin əlyazmanı məhkəməyə təqdim edib. Həmin sənəd heç notarial qaydada da təsdiq edilməyib. Onu və X13 Binəqədi rayon Polis İdarəsinə dəvət ediblər. Bütün sənədlərin əsli X5r və həmin sənədləri İddiaçı X12 şəxsən təqdim edib. Bələdiyyə vətəndaşlara torpaq sahəsini icarəyə verir və alğı-satqı edir. Torpaq sahəsinə çıxarış əldə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində hərraca çıxmalıdır. O, qüvvədən düşmüş etibarnamə ilə Cavabdeh2 ilə notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi bağlayıb. Cavabdeh2 bir mənzili 3 nəfər satıb, ona görə də barəsində araşdırma aparılır.

21. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 izahat verərək bildirdi ki, o, əmlakla bağlı İddiaçı etibarnamə ilə nümayəndəsidir. Hesab edir ki, ona verilmiş etibarnamə qanunidir. Başqa etibarnamələr var, lakin iddiaçı tərəfindən başqa şəxsə verilən etibarnamə bir neçə aydan sonra ləğv edilərək, ona etibarnamə verilib. Cavabdeh2 verilmiş etibarnamənin ləğv edilməsini istəyir.

22. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyib izahat verərək bildirmişdir ki, etibarnamənin ləğvi ancaq cəzaçəkən məhkum tərəfindən ərizə ilə müəssisənin rəhbərinə müraciət olunarsa, etibarnamə qüvvədən düşmüş hesab edilir. Müəssisə həmin etibarnamə ilə hər hansı bir yerdə notarial hərəkətlər aparılmaması üçün dərhal baş notariat ofisinə məlumat verir. Vəkili müraciət edərək bildirib ki, xx.xx.2008-ci il tarixdə 7E/8611 reyestr nörməsi ilə üç şəxs arasında, sonuncu Cavabdeh1 olmaqla 2008-ci ildə etibarnamə verilib. Həmin etibarnamə ilə Cavabdeh1 arvadı cavabdeh 9 saylı Cəzaçəkmə Müəssisəsinə müraciət edib. Cəzaçəkmə Müəssisələrində elektron notariat sistemi olmadığına görə heç bir etibarnamənin qüvvədə olub-olmamasını yoxlaya bilmir. Onlar həmin etibarnaməni ərazi üzrə notariusa göndəriblər və etibarnamənin qüvvədə olması barədə elektron çıxarış alıb. Vəkilə də həmin çıxarışları göndəriblər. Daha sonra Cavabdeh1 verilmiş səlahiyyətləri arvadı Cavabdeh2 ötürüb. Vəkil Şakir Ələsgərov general Ceyhun Həsənova müraciət edib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən bizə ilk dəfə sorğu daxil olub. Cavabdeh1la İddiaçı arasında öhdəlik müqaviləsi də var. 2008-ci ildə verilmiş etibarnamənin əsli onlara daxil olanda əvvəllər elektron sistem olmadığına görə dərkənar qoyulub ləğv olunması barədə notarius möhür vururdu. O möhür vurulmadığına görə 9 saylı Cəzaçəkmə Müəssisəsi etibarnaməni qüvvədə hesab edib. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 366.1-ci maddəsinə əsasən etibarnamə verib və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Məhkum Cavabdeh1 etibarnamənin qüvvədə olmasını bilib. Düzdür, 9 saylı Cəzaçəkmə Müəssisəsi məhkumun sözü ilə hərəkət etməyib, yerli notariusdan çıxarış alıb. 9 saylı Cəzaçəkmə Müəssisəsi məhkum Cavabdeh1 etibarnamə verən tarixdə yerli notariusdan aldığı çıxarışda etibarnamənin etibarlılıq müddəti 2008-ci ilə qədər göstərilib, yerli notarius etibarnamənin ləğvi barədə elektron sistemdə heç bir hərəkətin olmadığını bildirib. Vəkil Şakir Ələsgərli də 9 saylı Cəzaçəkmə Müəssisəsinə qanunsuz və ədalətsiz etibarnamə verdiyini yazıb. Lakin 9 saylı Cəzaçəkmə Müəssisəsi qanuni şəkildə etibarnamə verib. 2022-ci ildə olan müraciət hərəkətsiz saxlanıldı. Vəkil Şakir Ələsgərov onlarda olan etibarnamədən deyil, tamam fərqli etibaramədən danışırdı. 9 saylı Cəzaçəkmə Müəssisəsi 12 avqust 2008-ci il tarixli etibarnamə əsasında Cavabdeh1 verilmiş səlahiyyətləri Cavabdeh2 yönəldib. Həmin vaxtdan sonra müraciət olunmadı. Daha sonra məhkəməyə müraciət olunmasından xəbər tutublar.

23. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xocasən Bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, Cavabdeh2 etibarnamə qüvvədə olduğu vaxta qədər arayış təqdim edilib. Etibarnamə qüvvədən düşdükdən sonra həmin arayış da qüvvəsini itirir. Bələdiyyə mübahisə predmeti olan torpaq sahəsi barəsində hər hansı sənəd verməyib və verməyəcək. Hər hansı şəxsə torpaq sahəsi verilərkən həmin məsələ iclasa çıxarılmalı və müzakirə olunmalıdır. Daha sonra həmin qərar Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə göndərilməlidir. Bu halda sonuncu orqan 5 iş günü müddətində qərarın ləğv olunması barədə tövsiyyə göndərəcək. Çünki artıq bələdiyyənin belə bir səlahiyyəti yoxdur. Bələdiyyə hazırda öz torpaq sahələrini icarəyə verə bilmir. Bələdiyyə tərəfindən vətəndaşın mülkiyyətinə verilmiş torpaq sahəsini vətəndaş başqa şəxsə satmaq, rəsmiləşdirmək istəsə, bələdiyyə artıq bununla bağlı prosedurları edə bilmir. İddiaçı başqa digər şəxsə mübahisəli torpağa dair hər hansı sənəd verilməyib.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 27 saylı notariat ofisi və Xocasən Bələdiyyəsinin nümayəndələri və cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını xahiş etməmişdir.

Məhkəmə baxışının hədləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 362.3.3. azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələri notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur. 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. 365.1.3. etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. 366.4. Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın:

41. Əqd nümayəndə tərəfindən bağlandıqda, notariuslar onun səlahiyyətini yoxlayırlar. Nümayəndənin səlahiyyəti onun adına verilmiş etibarnamə ilə təsdiq edilir. Nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə barədə məlumat “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə edildiyi halda (etibarnamə üzrə səlahiyyətlər bütünlüklə digər şəxsə ötürüldüyü hal istisna olmaqla), həmin etibarnamənin nümayəndə tərəfindən təqdim edilməsi tələb olunmur.

79. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilən etibarnamə etibar edilmişi başqasına etibaretmə hüququ şərtləşdirilmiş əsas etibarnamə təqdim olunduqda və ya əsas etibarnamə üzrə nümayəndə etibarnamə verən şəxsin mənafeyinin mühafizəsi üçün buna məcbur olduğunu təsdiq edən sübutlar təqdim etdikdə notariat qaydasında təsdiq edilir. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamə əsas etibarnamə üzrə verildiyindən artıq hüquqlar etibar etməməlidir. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamədə əsas etibarnamənin təsdiq olunduğu vaxt və yer, əsas etibarnamənin verildiyi şəxsin və onun öz səlahiyyətini etibar etdiyi şəxsin soyadı, adı, atasının adı və yaşadığı yer, lazımi hallarda isə onların vəzifəsi göstərilməlidir. Etibarnamədə, onun dublikatının etibar edilən şəxs tərəfindən əldə etmək səlahiyyətinin olub-olmaması barədə qeyd yazılmalıdır. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamə üzrə səlahiyyətlər bütünlüklə digər şəxsə ötürüldükdə həmin etibarnamənin əsli, səlahiyyətlərin bir hissəsi ötürüldükdə isə bu Təlimatın 31-ci hissəsinin ikinci abzasına uyğun olaraq onun surəti notariat işinə əlavə edilir. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Etibarnaməni vermiş və ya etibarnamə verilmiş şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsi əsasında etibarnaməyə xitam verilir. Etibarnaməyə xitam verildikdə, etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Bir və ya bir neçə şəxsin adından bir və ya bir neçə şəxsə verilmiş etibarnamə onların hər hansı birinin notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən seçdiyi şəxsə qarşı etibarnamə hissəvi xitam olunur. Əgər etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, etibarnaməyə xitam verilməsi barədə ərizəni qəbul edən notarius “Elektron notariat” informasiya sistemində etibarnaməyə xitam verilməsi barədə qeyd yazmaqla, etibarnaməyə xitam verir və ərizəni dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərir. Həmin notarius isə dərhal notariat reyestrində etibarnaməyə xitam verilməsi barədə müvafiq qeyd aparır.

İşin faktiki halı:

28. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2005ci il tarixli 24/36 saylı qərarına əsasən Xocasən Bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsini təqdim olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı xx.xx.2008-ci il tarixli etibarnamə ilə X10 Binəqədi rayon Xocəsən bələdiyyəsinin xx.xx.2005-cü ıl tarixli, № 24/36 saylı qərara əsasən onun adına verilmiş Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin ərazisində olan 1 ha torpaq sahəsini özəlləşdirməyi, 0,12 ha torpaq sahəsində tikinti işləri aparmağı, həmin tikintini özəlləşdirmək üçün bütun dövlət orqanlarında onun nümayənədəsi olmağı, özəlləşdirməyi, adından imza etməyi, sənədləri aidiyyəti üzrə dövlət idarələrinə verməyi, reyestrdən çıxarışları almağı, alqı-satqı üçun lazım olan sənədləri topladıqdan sonra həmin torpaq sahəsindən 0,12 ha torpaq sahəsi və orada tikilmiş tikinti üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bununla əlaqədar adından ərizə verməyi, həmin torpaq sahəsindən 0,12 ha torpaq sahəsini bir addan başqa ada keçirilməsi üçün bələdiyyə və digər dövlət orqanlarında onun nümayəndəsi olmağı, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. Bundan sonra xx.xx.2008-ci il tarixli etibarnamə ilə X1 Elgün Akif oğlunun əvəzində Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin 24/36 saylı xx.xx.2005-ci il tarixli qərara əsasən onun adına verilmiş Xocəsən bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsini özəlləşdirməyi, 900 kv.m torpaq sahəsində tikinti işləri aparmağı və s. hərəkətləri etməyi etibar etmişdir. Lakin iddiaçı 13 may 2008-ci il tarixli etibarnamənin hüquqi qüvvəsinə xx.xx.2008-ci il tarixdə xitam verdirmişdir. Bundan sonra isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh1 xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 27 saylı dövlət notariat kontorunda 7E/8611 reyester nömrəsi ilə rəsmiləşdirilmiş etibarnamə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 24/36 saylı, xx.xx.2005-ci il tarixli qərara əsasən onun adına verilmiş Xocəsən bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsini özəlləşdirməyi, 900 kv.m torpaq sahəsində tikinti işləri aparmağı və s. hərəkətləri etməyi X11 etibar etmişdir. Hazırda isə iddiaçı həmin etibarnamənin verilməsi üçün əsas olmuş 13 may 2008-ci il tarixli etibarnamə xx.xx.2008-ci il tarixdən ləğv edildiyindin xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına verilmiş etibarnamənin xx.xx.2008-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsinə dair məhkəməyə müraciət etmişdir.

Məhkəmənin mövqeyi:

29. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

30. Belə ki, hazırda iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına verilmiş etibarnamənin xx.xx.2008-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsi halı məhkəmədə mübahisələndirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 9 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən təsdiq edilmiş İddiaçı əvəzindən X7 əvəzindən xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 27 saylı dövlət notariat kontorunda 7E/8611 reyester nömrəsi ilə rəsmiləşdirilmiş etibarnamə əsasında çıxış edən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 24/36 saylı, xx.xx.2005-ci il tarixli qərara əsasən onun adına verilmiş Xocəsən bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsini özəlləşdirməyi, 900 kv.m torpaq sahəsi ilə bağlı müəyyən hərəkətlər etməyi 3 il müddətinə, yəni xx.xx.2022-ci ildən xx.xx.2025-ci il tarixinədək Cavabdeh2 etibar etmişdir. Göründüyü kimi həmin etibarnamə xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 27 saylı dövlət notariat kontorunda 7E/8611 reyester nömrəsi ilə rəsmiləşdirilmiş etibarnamə əsasında, xx.xx.2008-ci il tarixli etibarnamə isə 13 may 2008-ci il tarixdə Bakı şəhəri 27 saylı dövlət notariat kontorunda 7e-12/4450 reyester nömrəsi ilə rəsmiləşdirilmiş etibarnamə əsasında verilmişdir.

31. Belə ki, həmin etibarnamələrin verilməsinə əsas olmuş Cavabdeh1 və Cavabdeh2 Xəqani qızına müvafiq səlahiyyətlər verilən xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 27 saylı dövlət notariat kontorunda 7e-12/4450 reyester nömrəsi ilə rəsmiləşdirilmiş etibarnamə iddiaçı tərəfindən ləğv edilmiş və həmin etibarnamə xx.xx.2008-ci il tarixdən qüvvədən düşmüşdür. Qeyd edilənlərə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 366.4-cü maddəsinə və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 79-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, 9 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli etibarnamədə xx.xx.2008-ci il tarixdə qüvvədən düşmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

32. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında Cavabdeh1 və Cavabdeh2 ilə bağlı xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.

33. MPM-in 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

34. Məhkəmə hesab edir ki, cavabdehlərin əməlində MPM-in 265.4-cü maddəsində göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından onun barəsində xüsusi qərardad çıxarılması üçün əsaslar mövcud deyil.

Nəticə:

35. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına verilmiş, 9 saylı cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş və müəssisənin 660 saylı qeydiyyat kitabında 42 sayla qeydə alınmış etibarnamə 27 noyabr 2008-ci il tarixdən qüvvədən düşmüş hesab edilməlidir.

36. Məhkəmə qeyd edir ki, Azərbaycan respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq iddiaçı tələb etmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına verilmiş, 9 saylı cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş və müəssisənin 660 saylı qeydiyyat kitabında 42 sayla qeydə alınmış etibarnamə 27 noyabr 2008-ci il tarixdən qüvvədən düşmüş hesab edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar