Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1175/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı və iddiaçı X5 cavabdehlər Cavabdeh və İddiaçı qarşı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilin boşaldılaraq təhvil verilməsi” tələb) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” və iddiaçı X5 cavabdehlər Cavabdeh və İddiaçı qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, 1-ci tələb:
1. İddiaçı cavabdehlər X9 və Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət reyestrindən adına verilmiş **********50-05101-093059 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış binasının 16 saylı mənzilinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1175/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər X9 və Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki işə cavabdeh X9 münasibətdə öldüyü üçün xitam verilmişdir.
1-ci iddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, **********50-05101-093059 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 11 sentyabr 2013-cü il tarixli çıxarışa əsasən, X6 (maraqlı şəxs) adında olan ünvan 2 ünvanında yerləşən yaşayış binasının, ümumi ərazisi 58,9 kv.metr olan 16 saylı mənzili ona satılıb və bu barədə Bakı şəhəri, 50 saylı notariat ofisində AN-İ, ******* İ№-li, 12 sentyabr 2024-cü il tarixli alğı-satqı müqaviləsi bağlanıb. Həmin 12 sentyabr 2024-cü il tarixli alğı-satqı müqaviləsi əsasında da mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində, ********** № ilə adına qeydiyyata alınıb və ona 18 sentyabr 2024-cü il tarixli çıxarış verilib. X4 arasında bağlanmış həmin 12 sentyabr 2024-cü il tarixli alğı-satqı müqaviləsinin 11-ci bəndinin tələbinə görə satıcı, yəni cavabdehlərdən X12, 12 noyabr 2024-cü il tarixinədək mənzili alıcının, yəni onun faktiki sahibliyinə verəcəyini üzərinə öhdəlik olaraq götürsə də qeyd olunan müddətdən dörd aydan artıq vaxt keçməsinə baxmayaraq həmin öhdəlik icra olunmayıb. Buna səbəb olaraq cavabdeh X12 bildirir ki, onun nə özü nədə ki, onun ailə üzvləri mənzildə yaşamırlar.Faktiki olaraq mənzili, mənzilə heç bir aidiyyəti, hüququ olmayan, digər Cavabdeh qanunsuz olaraq zəbt edərək mənzildən çıxmaq istəmir. Cavabdeh mənzildən çıxmamasını onunla əsaslandırır ki, X4 mənzilə dair, Bakı şəhəri, 50 saylı notariat ofisində, 15 mart 2024-cü il tarixdə, 3M-261 reyestr nömrəsi ilə “ilkin alğı-satqı müqaviləsi” bağlayıb. Baxmayaraq ki, həmin 15 mart 2024-cü il tarixli “İlkin müqavilə” sonradan onun da razılığı ilə ləğv olunub (səbəb mənzilin tam dəyərini ödəyə bilməməsi) və onun, X9 ödədiyi məbləğ də ona geri qaytarılıb, o, mənzil yenidən almaq istəyir (çatışmayan məbləği əldə edib) və ona görə də mənzildən çıxmaq, mənzili boşaltmaq istəmir. Cavabdeh X12, hazırda mülkiyyətində olan mənzili ona satdığına dair, 50 saylı notariat ofisində onunla bağladığı AN-İ, ******* İ№-li, xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinin 7-11-ci bəndləri ilə üzərinə öhdəliklər götürüb və həmin öhdəliklərini icra etməyib. Həmin öhdəliklərə isə aşağıdakılar aiddir: müqavilənin təsdiq edildiyi andan əmlak üzərindəki sahiblik, istifadə hüququ ona keçir. Mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alındığı tarixdən isə mənzil üzərində sərəncam vermək hüququ ona keçir. Satıcı (cavabdeh X12) daşınmaz əmlakı yardımçı vasitələri ilə 12 noyabr 2024-cü il tarixə kimi onun sahibliyinə verməlidir.
2-ci tələb:
4. İddiaçı X10 cavabdehlər Cavabdeh və İddiaçı qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, dövlət reyestrindən adına verilmiş ********** qeydiyyat nömrəli, 07 yanvar 2025-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış binasının 16 saylı mənzilinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2-ci iddia ərizəsinin əsaslandırıldığı hallar:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, **********50-05101-093059 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 18 sentyabr 2024-cü il tarixli çıxarışa əsasən, İddiaçı adında olan ünvan 2 ünvanında yerləşən yaşayış binasının, ümumi ərazisi 58,9 kv.metr olan 16 saylı mənzili ona satılıb və bu barədə Bakı şəhəri, 15 saylı notariat ofisində AN-İ, ******* №-li, 04 yanvar 2025-ci il tarixli alqı-satqı müqaviləsi bağlanıb. Həmin 04 yanvar 2025-ci il tarixli alqı-satqı müqaviləsi əsasında da mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində, ********** № ilə adına qeydiyyata alınıb və ona 07 yanvar 2025-ci il tarixli çıxarış verilib. Onunla İddiaçı arasında bağlanmış 04 yanvar 2025-ci il tarixli alqı-satqı müqaviləsinin 11ci bəndinin tələbinə görə satıcı, yəni ərizəsi üzrə cavabdeh olan İddiaçı 04 fevral 2025-ci il tarixinədək mənzili alıcının, yəni onun faktiki sahibliyinə verəcəyini üzərinə öhdəlik olaraq götürsə də qeyd olunan müddətdən üç aya yaxın vaxt keçməsinə baxmayaraq həmin öhdəlik icra olunmayıb. İddiaçı bildirir ki, mənzili heç bir hüququ olmayan Cavabdeh qanunsuz olaraq zəbt edərək mənzildən çıxmaq istəmir. O, şəxsən Cavabdeh ilə görüşmüşdür və ona mənzilin mülkiyyətçisi olduğunu bildirmişdir. O, mənzili zəbt etməsini belə əsaslandırıb ki, mənzilin vaxtı ilə mülkiyyətçisi olmuş X12 onunla mənzilə dair Bakı şəhəri 50 saylı notariat ofisində, 15 mart 2024-cü il tarixdə, 3M-261 reyestr nömrəsi ilə “ilkin alqı-satqı müqaviləsi” bağlayıb. Baxmayaraq ki, həmin 15 mart 2024-cü il tarixli “İlkin müqavilə” sonradan onun da razılığı ilə ləğv olunub (səbəb mənzilin tam dəyərini ödəyə bilməməsi) və onun, X9 ödədiyi məbləğ də ona geri qaytarılıb, o, mənzili yenidən almaq istəyir (çatışmayan məbləği əldə edib) və ona görə də mənzildən çıxmaq, mənzili boşaltmaq istəmir. Onun mənzilin mülkiyyətçisi olduğunu və mənzili boşaltmağını təkid etsə də, sonra o, ərazi üzrə sahə müvəkkilinin iştirakı ilə ona dilindən iltizam verərək bir ay ərzində, yəni 15 aprel 2025-ci il tarixə kimi, mənzili tərk edəcəyinə, açarları ona təhvil verəcəyinə söz versə də indi həmin vədinə əməl etməkdən imtina edir və ona mənzili almağa məcbur edəcəyini bildirir. Onun öz mülkiyyətinə buraxmayan, mənzilini zəbt edən bu şəxs aşkar cinayət əməllərindən belə çəkinmir, onu hədələyir. Mənzildən, eləcə də mənzildə olan, artıq onun mülkiyyəti sayılan daşınar əşyalarından da qanunsuz istifadə etməkdə davam edir. Nəticədə də onun mənzil üzərindəki, eləcə də mənzildəki daşınar əmlakları üzərindəki mülkiyyət və digər əmlak hüquqları aşkar surətdə pozulur və pozulmaqda da davam edir.
Tərəflərin izahatları:
6. İddiaçı elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh bilmişdir ki, iddianı qəbul etmir. Mənzil X6 idi. Elçin xəstə idi deyə ilkin alqı-satqı müqaviləsini xx.xx.2024-cü ildə etibarnamə əsasında Elçinin oğlu Elbeklə bağlayıblar. İlqara 60000 manat + 17000 manat cəmi 77000 manat pul ödəyir. 43000 manat isə borcu qalmışdı. Mənzil onda ola-ola başqasına yəni İradə xanıma satıblar. Faktiki olaraq mənzildə bu gün də o, yaşayır, İddiaçı heç vaxt həmin mənzildə yaşamayıb. İlkin alqı-satqı müqaviləsi xx.xx.2024-cü ildə pozulub elə həmin gün də alqı-satqı müqaviləsi İddiaçı ilə bağlanıb. Ev tikmək üçün pul lazım idi. Dostu bildirdi ki, İradə və Diana xanım deyir ki, evi İradənin adına keçirt, sələmə pul versinlər. Sonra pulu ödəyəndə evi qaytaracaqlar. Əslində borc müqaviləsi olmalı idı, amma alqı-satqı müqaviləsi rəsmiləşdi. Əvəzində ona 70000 manat verdilər. Əvvəl 60000 manat və 17000 manat Elçinə ödəmişdi. 70000 manatı alanda 43000 manat da Elçinin oğlu Elbekə verib. Borc tam ödənilməli idi. O, tam olaraq evin pulunu Elçinə ödəşmişdi. İradə və Diana xanıma Fərzəliyev Eyvaz və Bayramov Razil ayba-ay 5% verməli idilər. Lakin ilk ayı ödədilər sonra ödəmədilər. O, 27000 manatı Fərzəliyev Eyvaza və Bayramov Razilə vermişdir. Fərzəliyev Eyvaz hal-hazırda başqa işə görə həbs olunub.
8. Cavabdehlər Cavabdeh, İddiaçı və iddiaçı X7 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
10. Məhkəmə işə cavabdehlər Cavabdeh, İddiaçı və iddiaçı X5 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
11. 12 sentyabr 2024-cü il tarixli mədaxil orderindən görünür ki, İddiaçı 50 saylı Notariat Ofisinə 120000 manat ödəniş etmişdir.
12. 22.01.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.
13. 12 sentyabr 2024-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X3 Elçin Qədir oğlunun əvəzinə ünvan 1 saylı evin, 16 saylı mənzilini İddiaçı satmışdır.
14. 12 sentyabr 2024-cü il tarixli müqavilənin ləğvinə dair müqavilədən görünür ki, X12 və Cavabdeh arasında bağlanmış 15 mart 2024-cü il tarixli ilkin müqaviləyə əsasən tərəflər xx.xx.2024-cü il tarixədək ünvan 1 saylı evin, 16 saylı mənzilinin 120000 manata Cavabdeh satılması barədə razılığa gəlmişlər. Hazırki sazişlə qeyd olunan müqaviləyə xitam verilir. Cavabdehn tərəfindən ödənilmiş 60000 manat məbləğində pul vəsaitini X12 əvəzinə X13 60000 manat məbləğində pul vəsaitini notariusun hesabına geri qaytarmışdır.
15. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********50-05101-093059 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 saylı evin, 16 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına 18 sentyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.
16. 17 mart 2025-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 1 saylı evin, 16 saylı mənzilindən qeyd-şərtsiz heç bir tələb irəli sürmədən ünvanı tərk edəcəklər.
17. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********50-05101-093059 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 saylı evin, 16 saylı mənzili X5 xüsusi mülkiyyətindədir. Mənzil onun adına 07 yanvar 2025-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.
18. 04 yanvar 2025-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 saylı evin, 16 saylı mənzilini X1. Müqavilənin 11-ci bəndinə əsasən İddiaçı daşınmaz əmlakı 04 fevral 2025-ci il tarixinədək alıcının sahibliyinə verməyi öhdəsinə götürür.
19. 25.04.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, X10 məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
20. Məhkəmə iclasında müəyyən edildi ki, 12 sentyabr 2024-cü il tarixdə X12 mülkiyyətində olan ünvan 1 nömrəli evin, 16 saylı mənzilini İddiaçı satmışdır. İddiaçı isə qeyd olunan mənzili X2. Hazırda mənzil X5 mülkiyyətindədir. Mənzil onun adına 07 yanvar 2025-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Sözügedən mənzilə dair X12 və Cavabdeh arasında bağlanmış 15 mart 2024-cü il tarixli ilkin müqaviləyə xitam verilsə də faktiki olaraq mənzildə Cavabdeh yaşayır. İddiaçı dövlət reyestrindən adına verilmiş **********50-05101-093059 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış binasının 16 saylı mənzilinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsini, iddiaçı X10 dövlət reyestrindən adına verilmiş ********** qeydiyyat nömrəli, 07 yanvar 2025-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış binasının 16 saylı mənzilinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki:
“Əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır.
24. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun:
1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır”.
25. İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il il tarixli qərarı:
Qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
Məhkəmənin mövqeyi:
26. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası rədd edilməli, iddiaçı X5 cavabdehlər Cavabdeh və İddiaçı qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası qismən təmin edilməlidir.
27. Məhkəmə ilk növbədə iddia etmək hüququnun, özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva etdiyini qeyd etməyi zəruri hesab edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
28. Məhkəmə 1-ci iddia tələbinə münasibətdə qeyd edir ki, göründüyü kimi 12 sentyabr 2024-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X12 ünvan 1 saylı evin, 16 saylı mənzilini İddiaçı satmışdır. İddiaçı isə sözügedən mənzili 04 yanvar 2025-ci il tarixdə X1 və hazırda mənzilin mülkiyyətçisi X8r. Belə olan halda İddiaçı mənzilin mülkiyyətçisi olmadığından hazırki tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Bu səbəbdən 1-ci iddia tələbi rədd edilməlidir.
29. ünvan 1 saylı evin, 16 saylı mənzilin mülkiyyətçisi X10 olduğundan onun iddia tələbini irəli sürmək üçün subyektiv hüququ vardır. Göründüyü kimi mənzil 07 yanvar 2025-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır. Lakin Cavabdeh mənzili ona təhvil verməmişdir və hazırda həmin mənzildə yaşayır. 17 mart 2025-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 1 saylı evin, 16 saylı mənzilindən qeydşərtsiz heç bir tələb irəli sürmədən ünvanı tərk edəcəklər. Lakin o, verdiyi vədə əməl etməmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməli və ünvan 1 saylı evin, 16 saylı mənzili Cavabdeh tərəfindən boşaldılaraq X7 təhvil verilməlidir.
30. İddia tələbi İddiaçı tərəfindən mənzilin boşaldılması hissəsində rədd edilməlidir. Belə ki, “AZEMİS”dən çıxarışdan görünür ki, İddiaçı sözügedən mənzildə yaşamır, onun başqa yaşayış yeri vardır. Həmçinin məhkəmə iclasında Cavabdeh etiraf etdi ki, mənzildə İddiaçı heç vaxt yaşamayıb, hazırda da o, yaşayır. Bu səbəbdən iddia tələbi bu hissədə əsaslı deyil və təmin edilməməlidir.
Məhkəmə baxışının hədləri:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
32. İddiaçı iddia tələbi rədd edildiyindən, iddiaçı X5 iddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.
Nəticə:
33. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası rədd edilməli; iddiaçı X5 iddia tələbi qismən təmin edilməli, ünvan 1 saylı evin, 16 saylı mənzili Cavabdeh tərəfindən boşaldılaraq X7 təhvil verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.
34. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı X5 iddia tələbi qismən təmin edilsin. ünvan 1 saylı evin, 16 saylı mənzili Cavabdeh tərəfindən boşaldılaraq X7 təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova