Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1197/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov ramil firusin oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh,onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbini onunla əsaslandırdı ki, “Bank VTB (Azərbaycan) ASC” ilə Cavabdeh arasında bağlanan xx.xx.2013-cü il tarixli, 115162 1-7769 №li “Baş kredit razılaşması”na əsasən Bank tərəfindən cavabdehə 17 iyul 2013-cü il tarixdən 17 iyul 2023-cü il tarixədək 500.000 ABŞ dolları məbləğində kredit xətti açılıb.Bank ilə Cavabdeh arasında bağlanan xx.xx.2013-cü il tarixli, 115162-1-7769 №li “Baş kredit razılaşması”na dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 001 saylı Əlavə Razılaşma imzalanıb. Həmin razılaşmaya görə müəyyən olunan şərtlər əsasında Bank Cavabdeh 1.000.000 ABŞ dolları və ya AZN/RUB/AVRO ekvivalenti məbləğində kredit xətti açıb.Bank ilə Cavabdeh arasında bağlanan xx.xx.2013-cü il tarixli, 115162-1- 7769 №li “Baş kredit razılaşması”na və onun tərkib hissəsi olan xx.xx.2014-cü il tarixli 01 saylı Razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 02 saylı Razılaşmay görə müəyyən olunan şərtlər əsasında Bank, Cavabdeh 1.609.100 manat məbləğində kredit xətti açıb.Tərəflər arasında bağlanan “Baş kredit razılaşması”-nın şərtlərinə uyğun olaraq kredit müqavilələri bağlanıb.Bank ilə Cavabdeh arasında bağlanan xx.xx.2014-cü il tarixli 115162-1-7769/2 №li “Kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh investisiya məqsədləri üçün illik 17 faiz hesablanması şərti ilə 48 ay müddətinə 318.000 ABŞ dolları məbləğində kredit verilib.Bank ilə Cavabdeh arasında bağlanan xx.xx.2014-cü il tarixli 115162-1-7769/2 №li “Kommersiya krediti müqaviləsi”-nə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 01 saylı Razılaşmaya əsasən Cavabdeh xx.xx.2016-cı il tarixə banka mövcud olan borcu 270.658,32 ABŞ dolları məbləğində müəyyən edilib və həmin borc məbləği Mərkəzi Bankın 21 oktyabr 2016-cı il tarixə mövcud olan məzənnə ilə konvertasiya edilərək 437.681,57 manat kredit məbləği müəyyən edilib, Cavabdeh isə həmin kredit məbləğini illik 17 faiz hesablanması şərti ilə 36 ay müddətinə, yəni 21 oktyabr 2019-cu il tarixədək qaytarmağı öhdəsin götürüb.Bank tərəfindən verilən “Baş kredit razılaşması”na əsasən kredit müqavilələrinin təminatı kimi aşağıdakı müqavilələr bağlanıb.Bank ilə İddiaçı arasında bağlanan 29 oktyabr 2014-cü il tarixli, 136351-NEDVİJ-3296 № li “Daşınmaz Əmlakın İpoteka Müqaviləsi”nə əsasən “Baş kredit razılaşması” və onun ayrılmaz hissələri olan kredit müqavilələri üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 45 ünvanında, 1-ci mərtəbədə yerləşən 94.8 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi Bank qarşısında ipoteka ilə yüklü edilib.Daha sonra, xx.xx.2013-cü il tarixli, 115162-1-7769 №li “Baş kredit razılaşması” və onun tərkib hissəsi olan 29 oktyabr 2014-cü il tarixli 01 saylı Razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə 21 oktyabr 2016-cı il tarixli 02 saylı Razılaşmaya uyğun olaraq, bank ilə İddiaçı arasında bağlanan 29 oktyabr 2014-cü il tarixli 136351- NEDVİJ-3296 saylı “İpoteka Müqaviləsi"nə dəyişiklik edilməsi barədə 21 oktyabr 2016-cı il tarixli 01 saylı Razılaşma.Eyni zamanda, “Baş kredit razılaşması” üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə X15 17 iyul 2013-cü il tarixli, 115176-ZPOR- 48 №li “Zaminlik müqaviləsi” əsasında Cavabdeh Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürüb.Daha sonra xx.xx.2013-cü il tarixli 115162-1 7769 № li “Baş kredit razılaşması” və onun tərkib hissəsi olan 29 oktyabr 2014-cü il tarixli 01 saylı Razılaşmaya dəyişiklik və əlavələ edilməsi barədə 21 oktyabr 2016-cı il tarixli 02 saylı Razılaşmaya uyğun olaraq Bank ilə X15 arasında bağlanan 17 iyul 2013-cü il tarixli 115176-ZPOR-48 №li “Zaminlik müqaviləsi” və onun tərkib hissəsi olan 29 oktyabr 2014-cü il tarixli 01 saylı Razılaşmaya, dəyişiklik edilməsi barədə 21 oktyabr 2016-cı il tarixli 02 saylı Əlavə Razılaşma bağlanılıb.Şahid3 17 iyul 2013-cü il tarixli, 115178-ZPOR-49 №li “Zaminlik müqaviləsi” əsasında Cavabdeh bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürüb. Daha sonra xx.xx.2013-cü il tarixli, 115162-1-7769 № li “Baş kredit razılaşması” və onun tərkib hissəsi olan 29 oktyabr 2014-cü il tarixli 01 saylı Razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə 21 oktyabr 2016-cı il tarixli 02 saylı Razılaşmaya uyğun olaraq Bank ilə Şahid3 arasında bağlanan 17 iyul 2013-cü il tarixli 115178-ZPOR- 49 №li “Zaminlik müqaviləsi” və ona əlavə edilən tərkib hissəsi olan 29 oktyabr 2014-cü il tarixli 01 saylı Razılaşmaya dəyişiklik edilməsi barədə 21 oktyabr 2016-cı il tarixli 02 saylı Əlavə Razılaşma bağlanılıb.İddiaçı 21 oktyabr 2016-cı il tarixli 136351-7-10611 №li “Zaminlik müqaviləsi” əsasında Cavabdeh bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürüb.Cavabdeh xx.xx.2014-cü il tarixli, 115162-1-7769/2 №li “Kommersiya krediti müqaviləsi”nə əsasən, üzərinə götürdüy öhdəliyi icra etməkdən yayınıb, bank ilə İddiaçı arasında bağlanan 29 oktyabr 2014-cü il tarixli, 136351-NEDVİJ-3296 N “Daşınmaz Əmlakın İpoteka Müqaviləsi”nə və 29 oktyabr 2014-cü il tarixli 136351-NEDVİJ-3296 saylı “İpoteka Müqaviləsi"nə dəyişiklik edilməsi barədə 21 oktyabr 2016-cı il tarixli 01 saylı Razılaşmaya əsasən “Baş kredit razılaşması” və onun ayrılmaz hissələri olan kredit müqavilələri üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 45 ünvanında, 1-ci mərtəbədə yerləşən 94.8 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi Bank qarşısında ipoteka ilə yüklü edilib. Həmçinin, iddiaçı 21 oktyabr 2016-cı il tarixli 136351-7- 10611 №li “Zaminlik müqaviləsi” əsasında Cavabdeh bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürüb.Bank ilə Cavabdeh arasında bağlanan xx.xx.2014-cü il tarixli, 115162-1-7769/2 №li “Kommersiya krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 01 saylı Razılaşmaya əsasən Cavabdeh xx.xx.2016-cı il tarixə banka mövcud olan borcu 270.658,32 ABŞ dolları məbləği Mərkəzi Bankın 21 oktyabr 2016-cı il tarixə mövcud olan məzənnəsi ilə konvertasiya edilərək 437.681,57 manat məbləğində kredit məbləği müəyyən edilib.Lakin bunlara baxmayaraq Cavabdeh üzərinə götürdüyü öhdəliklərini xx.xx.2017-ci il tarixdən lazımınca icra etməyib və nəticədə onun xx.xx.2020-ci il tarixə banka 186.246,83 manat məbləğində əsas borcu, 32.185, 96 manat məbləğində faiz borcu, 14.130 manat məbləğində cərimə borcu yaranıb.Borclu Cavabdeh, onun tərəfindən ödəməli olduğu aylıq ödənişləri idiaçı İddiaçı ilə birlikdə xx.xx.2014-cü il tarixdən xx.xx.2017- il tarixədək birlikdə ödəyib, lakin ödəniş qəbzlərində ödəyən şəxs kimi yalnız Cavabdeh adı qeyd olunub.Həmin ödənişlər xx.xx.2014-cü il tarixdə 4.615 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 4.615 ABŞ dolları, xx.xx.2015-ci tarixdə 4.615 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 4.615 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 4.615 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 4.615 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 4.615 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 4.615 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 4.615 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 4.615 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 4.615 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 3.135 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 2941 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 21.500 manat, cəmi isə 86.139,15 manat məbləğində ödənişlər edib. xx.xx.2015-ci il tarixdə 9.230 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 4.655,49 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 7.840 manat, xx.xx.2016-cı il tarixdə 7.840 manat, xx.xx.2017-ci il tarixdə 7.835 manat, xx.xx.2017-ci il tarixdə 2.000 manat, xx.xx.2017-ci il tarixdə 2.000 manat, xx.xx.2017-ci tarixdə 3.250 manat, xx.xx.2018-ci il tarixdə 3.250 manat, xx.xx.2018-ci il tarixdə 3.250 manat, xx.xx.2018-ci il tarixdə 3.250 manat olmaqla ümumilikdə 60.620,80 manat məbləğində ödənişlər İddiaçı tərəfindən ödənilib, qəbzlər də İddiaçı adına tərtib edilib.Bundan sonra, “Bank VTB (Azərbaycan)” ASC, Cavabdeh, Şahid3, İddiaçı və Tahir Əliyevə qarşı “kredit müqaviləsi üzrə yaranan borcun ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib və ümumilikdə 232.562,79 manat məbləğində borcun müştərək qaydada Cavabdeh, Şahid3, İddiaçı və Tahir Əliyevdən tutulması, tutmanın İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.Onu da qeyd etməyi vacib hesab edir ki, borclu olan Cavabdeh da öz öhdəliklərinin təminatı kimi özünə məxsus daşınmaz əmlakı Bankın xeyrinə ipoteka ilə yüklü edib. Lakin o, Bankdan götürdüyü pulun qaytarılmasında gecikmələrə yol verməyə başladığı vaxt, bankla razılıq əldə edərək, həmin daşınmaz əmlakı ipotekadan azad etdirib. Göründüyü kimi, borclu Cavabdeh, banka olan borcunun özünə məxsus əmlaka yönəldilməməsi üçün məqsədyönlü şəkildə həmin əmlakı qabaqcadan ipoteka yüklülüyündən azad edib.Borclu Cavabdeh borcunu ödəməkdən yayındığına və əmlakını əvvəlcədən ipotekadan azad etdirdiyinə görə, zamin İddiaçı ipotekaya qoyulan öz əmlakının satılmaması, borcun əmlaka yönəldilməməsi üçün məcbur olub iddiaçı ilə barışıq sazişi imzalayıb.Məhkəmə baxışı zamanı İddiaçı kredit borcunun ona məxsus qeyri-yaşayış sahəsinə yönəldilməməsi üçün “Bank VTB (Azərbaycan)” ASC və cavabdehlər Cavabdeh, Şahid3, İddiaçı və Tahir Əliyev arasında aşağıdakı şərtlərlə xx.xx.2022-ci il tarixdə Barışıq sazişi imzalanıb. xx.xx.2014-cü il tarixli 115162-1-7769/2 №li “Kommersiya krediti müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 01 saylı Razılaşma üzrə borcluların müştərək qaydada banka olan cəmi borc məbləğinə, yəni 232.562,79 manat məbləğinə hər hansı bir faiz və digər əlavə ödəniş hesablanmır. Borclular həmin borc məbləğinin 203.000,00 manat məbləğində olan hissəsini barışıq sazişinin 3.2-ci bəndində nəzərdə tutulan ödəniş cədvəlinə uyğun olaraq müştərək qaydada 2022-ci ilin mart ayından başlayaraq hər ayın 30-dan gec olmamaqla 39 ay ərzində hər ay 2.500,00 manata bölünən hissələrlə, sonuncu, yəni 40-cı ay isə qalan 105.000,00 mana məbləğində pulu banka ödəyir, sazişin 3.1-ci bəndi ilə müəyyən edilən qaydada pul öhdəliyi borclular tərəfindən lazımi qaydada icra edildikdən sonra sazişin 2-ci bəndi ilə müəyyən edilən kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə razılaşma üzrə borcluların müştərək qaydada banka olan cəmi 232.562,79 manat məbləğindən 29.562,79 manat qalıq hissəsi bank tərəfindən silinib. Bununla da, borcluların banka qarşısında xx.xx.2014-cü il tarixli 115162-1-7769/2 №li “Kommersiya krediti müqaviləsi” və həmin müqaviləy dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 01 saylı Razılaşma üzrə öhdəliyi tam icra olunmuş hesab olunur, bank tərəfindən borclulara bu barədə arayış təqdim edilir və Bank qarşısında ipoteka ilə yüklü edilən ipoteka predmeti yüklülükdən azad olunur. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 gündən artıq olmamalıdır.Borclular bu Saziş ilə müəyyən edilən qaydada öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz bildirmədən və hər hansı mübahisə qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər.Borclulardan müştərək qaydada banka olan 232.562,79 manat məbləğindəki borcun həmin günə olan qalıq məbləği bankın xeyrin tutulur.Borclulardan müştərək qaydada bankın xeyrinə tutulmalı olan borc bank qarşısında ipoteka ilə yüklü edilən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 45 ünvanında, 1-ci mərtəbədə yerləşən 94.8 kv. ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinə yönəldilir, daşınmaz əmlak açıq hərracdan satılır, satışdan əldə olunan vəsait isə banka ödənilir.Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 45 ünvanında, 1-ci mərtəbədə yerləşən 94.8 kv.m ümumi sahədən ibarət olan qeyri yaşayış sahəsinə tutma yönəldildikdən sonra ipoteka qoyan İddiaçı tərəfindən məcburi qaydada boşaldılır.İpoteka predmetinin satışından əladə olunan vəsait sazişin 4.1-ci bəndində qeyd olunan borcluların müştərək qaydada banka olan borcunun qalığının bağlanmasına, qalan hissə isə müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılır. İpoteka predmetinin satışından əldə olunan vəsaitin məbləği sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, həmin çatışmayan məbləğ borclulara məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq açıq hərracdan satılır və əldə olunan vəsait borcluların müştərək qaydada banka olan borcunun qalığının ödənilməsinə yönəldilir.Borclular sazişin 3.1-ci bəndi ilə müəyyən edilən qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların sazişin 2-ci bəndində qeyd edilən kredit müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələ edilməsi barədə razılaşma üzrə bank qarşısında heç bir öhdəliyi qalmır, sazişin 4.2-ci bəndində qeyd olunan daşınmaz əmlak bank tərəfindən ipoteka ilə yüklülükdən azad edilir və ipoteka müqaviləsin xitam verilir. Tərəflər öz öhdəliklərini sazişə uyğun icra etmədikdə saziş üzrə qəbul olunan məhkəmə qərardadı əsasında verilən icra sənədi icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir.Tərəflər arasında bağlanan və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-520/2022 №li qərardadı ilə təsdiq edilən xx.xx.2022-ci il tarixli barışıq sazişi üzrə “Bank VTB (Azərbaycan)” ASC-yə 2022-ci ilin mart ayından başlayaraq hər ayın 30-dan gec olmamaqla 39 ay ərzində hər ay 2.500 manat, 40-cı ay isə qalan 105.500 manat məbləğində pulu ödəməyi cavabdehlər öhdələrinə götürüblər.Tərəflər arasında barışıq sazişi bağlandıqdan sonra İddiaçı cədvələ uyğun olaraq xx.xx.2022-ci il tarixdə 2.500 manat, xx.xx.2022-ci il tarixdə 2.500 manat, xx.xx.2022-ci il tarixdə 2.500 manat, xx.xx.2022-ci il tarixdə 2.500 manat, xx.xx.2022-ci il tarixdə 2.500 manat, xx.xx.2022-ci il tarixdə 2.500 manat, xx.xx.2022-ci il tarixdə 2.500 manat, xx.xx.2022-ci il tarixdə 2.500 manat, xx.xx.2022-ci il tarixd 2.500 manat, xx.xx.2022-ci il tarixdə 2.500 manat, xx.xx.2023-cü il tarixdə 2.500 manat olmaqla, ümumilikdə 27.500 manat məbləğind ödənişlər edib.Göryündüyü kimi, İddiaçı 2022-ci ilin mart ayına kimi ümumilikdə 124.646,49 ABŞ dolları və 244.015 manat məbləğində ödəniş edib. Barışıq sazişi təsdiq edildikdən sonra isə İddiaçı tərəfindən 25.000 manat məbləğində ödənişlər olunub.Öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün nəzərdə tutulan təminat üsullarından biri zaminlikdir. Mülki Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Öhdəliyi qismən icra edən zamin İddiaçı xx.xx.2022-ci il tarixli Barışıq saziş imzalanmadan öncə ödəmiş olduğu 124.646,4 ABŞ dolları və 244.015 manat məbləğində vəsaitin və xx.xx.2022-ci il tarixli Barışıq sazişi imzalandıqdan sonra ödəmiş olduğu 25.000 man məbləğində vəsaitin əsas borclu Cavabdeh reqres qaydada alınaraq geri qaytarılması hüquna malikdir.Qeyd olunanlara əsasən xx.xx.2014-cü il tarixli 115162-1-7769/2 №li “Kommersiya krediti müqaviləsi”üzrə zamin İddiaçı əvəzinə Bank VTB (Azərbaycan)” ASC-yə 2018-ci ilin fevral ayı da daxil olmaqla ödədiyi 144.259.98 manat,xx.xx.2022-ci il tarixli barışıq sazişi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək ödədiyi 27.500 manat,habelə həmin barışıq sazişi üzrə 2023-cü ilin fevral ayından ödəyəcəyi 178.000 manat,cəmi 349.759.95 manat məbləğində pulun borcalan Cavabdeh onun oğlunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh nümayənndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,İddiaçı ilə cavabdoh Cavabdeh 2013-cü ildə şərikli biznesə başlayıblar.Həmin vaxt İddiaçı biznesə investisiya olaraq 112000 manat pul yatırıb, 01 iyul 2013-dən 01 İyul 2014-dək 29155 manat gəlir əldə edib, daha sonra həmin məbləğdən 37000 manat götürüb, 01 noyabr 2014-də yenidən 10000 manat götürüb. Bu dövr ərzində isə 13145 manat xeyir eldə edib. 29 oktyabr 2014-cü ildə kredit müqaviləsi bağlanılıb.Şərikli biznes olduğuna görə bank tərəfindən faizlər çıxıldıqdan sonra əldə olunan pulun yarısını Elşad,yarısını isə İsmixan ödəməli idi. Yəni 314827 dollar üzrə ödənişin 157413 dolları İsmixanın payına qalan 157413 dolları Elşadın payına düşürdü. Kredit götürülən gün İddiaçı öz payından 32000 dolları götürdü, geridə 125413 dollar pulu qaldı. Həmin dövrdə dolların məzənnəsi 0,7835 idi və 125413 dollar 98261 manat idi.Beləliklə İddiaçı kredit götürülən vaxta 205561 manat pulu var idi. Mağazanın 2015-2016-cı illərdə 217403 manat gəliri olub. Həmin vaxtlarda dolların məzənnəsi qalxdığına görə, eyni zamanda bir neçə dəfə malların alışında, qəbulunda bəzi problemlər olduğuna görə ziyanlar yaşanıb. Hətta 30000 dollar borc da götürülmüşdü, gəlirləri 217403-19328 manat, ziyanları isə 11699 manat olmuşdur.Ziyanın 6981 manat, 217402 manat, hər şərikə 89697 manat gəlir düşmüşdür.Bundan başqa 2015-2016-cı illərdə İddiaçı üzərinə düşən xərclər (mağazanın saxlanılması, anbar, təmir və s.) 24981 manat idi. Yəni (89697 manat-24981 manat=64716 manat) İddiaçı həmin dövrdə tam mayası 205561 manat+64716 manat=270277 manat idi. xx.xx.2015-ci ildən xx.xx.2016-ci ilədək İddiaçı öz pulundan 136689 manat götürüb. Bundan sonra onun xalis gəliri 133588 manat təşkil edib. Bunu o,. imzası ilə təşdiq edib. 2016-cı ilin fevral, mart və aprel aylarında mağazanın gəliri 33976 manat olub və həmin pulun yarısı 16988 manat İddiaçı idi. (133588 manat+16988 manat=150576 manat).2016-cı ilin may ayında İddiaçı və İsmixan Yusubov işbirliyindən ayrıldılar və İddiaçı 103996 manatlıq malı təhvil aldı. Qeyd edilən təhvil-təslim aktı anbardarlar X8 ilə (təhvil alan) X10 arasında olub.Bundan sonra İddiaçı mağazada 46580 manat pulu qalıb. Həmin vaxtlardan İddiaçı öz pulundan 23510 manat pul götürüb, 4265 manat və 1124 manat onun üzərinə düşən xərclər olub. 2016-cı ilin may ayında anbar üçün 670 manat, anbardar üçün isə 70 manat onun üzərinə düşən pay olub.Mallar onun mağazasında satıldığından İsmixan ona aylıq 2312 manat icarə pulu verirdi. Ümumilikdə 4 aylıq icarə haqqı verilib. Bundan başqa 190 manat İddiaçı yeni anbardan pul verib. Həmin vaxtlarda mağazaya kondisioner quraşdırılıb. Həmin kondisioneri İsmixan alıb və bu səbəbdən İddiaçı onun pulunu alıb. Kondisionerin qiyməti 1900 manat idi, xx.xx.2016-da Elşad Hümbetov 5050 manat pul götürüb və anbardara 70 manat pul verib. Daha sonra onun 8058 manatlıq malı İsmixan tərəfindən satılıb, o, da eyni zamanda İsmixanın 679 manatlıq və 1504 manatlıq malını satıb. 2014-cü ildə Hümbətov X1 vasitəsi ilə “AccessBank”-dan 50000 dollar kredit götürüb. 2016-cı ildə banka 18980 manat borcu qaldığından borcu ödəmək üçün pul mağaza tərəfindən ödənilib. Gerida qalan pulu ilə bağlı qeyd etmək istərdi ki, İddiaçı xx.xx.2016-da 415 manatlıq, xx.xx.2016-da 450 manatlıq, xx.xx.2016-da 414 manatlıq, xx.xx.2016-da 542 manatlıq, 05.08,2016-da 2463 manatlıq, xx.xx.2016-da 298 manatlıq, xx.xx.2016-da 143 manatlıq, xx.xx.2016-da 54 manatlıq, xx.xx.2016-da 417 manatlıq, xx.xx.2016-da 260 manatlıq, xx.xx.2016-da 264 manatlıq və 07.10,2016-da 295 manatlıq malı satılıb. İsmixan tərəfindən sonuncu dəfə 30 iyun 2020-ci ildə 6500 manat ödəniş edilib və bankla razılığa gəlinərək İsmixanın əmlakı girovdan azad olunub.İddiaçının İsmixandan pul istəməyə heç bir haqqı yoxdur. Bu əsassız varlanmaya bərabərdir. Belə ki, iddiaçının tələb etdiyi məbləğ artıq ona qaytarılıb və bu hal yuxarıdakı rəqəmlərlə öz təsdiqini tapır. Bundan başqa iddiaçının pul tələbinin də bu günkü gündə heç bir hüquqi əsası yoxdur.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.Yəni hazırda iddiaçının pul tələbi ilə bağlı heç bir subyektiv hüququ yoxdur.İddiaçı ilə cavabdeh arasında olmuş şəriklik iddiaçının öz imzası ilə təsdiq etdiyi sənəddə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid1, biznes fəaliyyəti zamanı malların saxlandığı yerdə çalışmış anbardarlar X6 və X3, satıcılar X2, X4 və X5 izahatlarında öz əksini tapacaqdır.Bu səbəbdən şahidlərin dindirilməsi barədə vəsatəti, eləcə də sübutların iş materiallarına daxil olması barədə vəsatət təqdim etmişdir. Odur ki, qeyd olunanları nəzərə alıb,iddianın rədd olunması barədə qətnamə çıxarımasını xahiş edir. Cavabdeh da eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan: “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 115162-1-7769/2 №li kommersiya krediti müqaviləsindən görünür ki, Cavabdeh investisiya məqsədləri üçün illik 17 faiz hesablanması şərti ilə 48 ay müddətinə 318.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə tərəflər arasında razılıq əldə olunub. “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli,136351-NEDVİJ-3296 №li ipoteka müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 115162-1-7769/2 №li kommersiya krediti müqaviləsin təminatı kimi özünə məxsus olan Bakı şəhəri,Nərimanov rayonu,Xətai prospekti 45 ünvanında 1-ci mərtəbədə yerləşən 94.8 kv.m ümumi sahədən olan yaşayış sahəsini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-520/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla iddiaçı “Bank VTB (Azərbaycan)” ASC ilə cavabdehlər İddiaçı,Cavabdeh,Şahid3 və X12 arasında bağlanmış barışıq sazişi təsdiq olunmuşdur. Həmin barışıq sazişinin şərtlərinə görə xx.xx.2014-cü il tarixli 115162-1-7769/2 №li “Kommersiya krediti müqaviləsi” və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 01 saylı Razılaşma üzrə borcluların müştərək qaydada banka olan cəmi borc məbləğinə, yəni 232.562,79 manat məbləğinə hər hansı bir faiz və digər əlavə ödəniş hesablanmır. Borclular həmin borc məbləğinin 203.000,00 manat məbləğində olan hissəsini barışıq sazişinin 3.2-ci bəndində nəzərdə tutulan ödəniş cədvəlinə uyğun olaraq müştərək qaydada 2022-ci ilin mart ayından başlayaraq hər ayın 30-dan gec olmamaqla 39 ay ərzində hər ay 2.500,00 manata bölünən hissələrlə, sonuncu, yəni 40-cı ay isə qalan 105.000,00 manat məbləğində pulu banka ödəyir.Barışıq sazişi icra edilmədikdə qanunla müəyyən olunan qaydada icraya yönəlir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahat verərək göstərdi ki,borc hər iki tərəfindir, yarı-yarıya.Onlar şərik idilər. Elşad gəldi dedi ki,ayrılıram.Ona dedi pul lazımdır, getdilər Accecbankdan götürdülər.18000 borc qaldı,gəlib dedi ki, faizi ödəmişdir, qalan borcu sən ödə, o da ödədi. O, daim Accecbankla işləmişdir, İsmixan da əvvəllər həmin bankla işləyib, buna görə də, ona aşağı faizlə pul ayırdılar.Bankdan kredit bir nəfərə verildiyi üçün,digərlərinin adına kredit müqaviləsi bağlanmayıb. Onlar hamısı kəndçi, eloğludurlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verərək göstərdi ki, o, keramikada mühasib işləyir.Qara mühasibatlığı o, aparmışdır.Elşadın 112 min pulu var idi.Bankın kreditini yarı-yarıya ödəyirdilər.Bankdan pulu gətirəndə o,bölmüşdür.Belə ki,bankdan kassadan pulu götürüb gəldilər,o da şərik oluqdarı üçün həmin pulu böldü. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahat verərək göstərdi ki, 314 min ABŞ dollarını Elşad və İsmixan iş üçün götürüblər.Pulu götürüblər ki, mal- material gətirsinlər. İşin hallarından görünür ki,iddiaçı “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 115162-1-7769/2 №li kommersiya krediti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı məqsədi ilə özünün “Bank VTB (Azərbaycan)” ASC ilə bağladığı zaminlik müqaviləsinə əsasən 2018-ci ilin fevral ayı da daxil olmaqla ödədiyi 144.259.98 manat,xx.xx.2022-ci il tarixli barışıq sazişi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək ödədiyi 27.500 manat,habelə həmin barışıq sazişi üzrə 2023-cü ilin fevral ayından başlayaraq ödəyəcəyi 178.000 manat,cəmi 349.759.95 manat məbləğində pulun borcalan Cavabdeh onun xeyrinə tutulmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada barışıq sazişi bağlanmış və həmin barışıq sazişi məhkəmənin qanuni qüvvəsini almış qərardadı ilə təsdiq olunmuşdur. Barışıq sazişi 10 fevral 2022-ci il tarixində 36 ay müddətinə bağlanmışdır. Göründüyü kimi barışıq sazişi ilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin icra edilməsinin son günü 10 fevral 2025-ci il tarixdə bitir. İşin bu halı onu deməyə əsas verir ki,zamin öz müqavilə öhdəliklərini tam olaraq icra etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1.və 475.2-ci maddələrinin tələblərinə görə zamin öhdəliyi icra etdikdən sonra kreditorun borcluya qarşı tələb irəli sürmək hüuqunu əldə edir və bu hüquq kreditorun həmin hüquqları zaminə verdiyi andan yaranır. Hazırkı halda iddiaçı kreditor tərəfindən belə bir hüququn ona verildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa,iddiaçının tələblərindən biri də onun gələcəkdə icra edəcəyi öhdəliyin əvəzinin ödənilməsi ilə əlaqədardır,yəni 2023-cü ilin fevral ayından 10 fevral 2025-ci il tarixədək i ödəyəcəyi pulu əvvəlcədən cavabdehdən tələb edir. Bu isə mülki qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.Onun təqdim etdiyi sübutlar iddianın tam və ya qismən təmin olunması üçn kifayət etmir. Ona görə də iddia təmin olunmamalıdır. İddia təmin olunmadığı üçün dövlət rüsumu da iddiaçıya aid olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-1197/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1197/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver