Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-120/2022 02.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı,onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Bakı Şəhər Baş Səhiyyə İdarəsinə və 18 saylı Birləşmiş Şəhər Xəstaxanasına qarşı əmrin ləğvi, işə bərpa, əmək haqqının və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Bakı Şəhər Baş Səhiyyə İdarəsinə və 18 saylı Birləşmiş Şəhər Xəstaxanasına qarşı əmrin ləğvi, işə bərpa, əmək haqqının və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2008-ci ildən başlayaraq 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının konsultativ poliklinika şöbəsinin tibb qeydiyatçısı vəzifəsinə qəbul edilmişdir və xəstəxana ilə onun arasında xxxxxxx000100 nömrəli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi üzrə üzərimə düşən vəzifəni hər zaman layiqincə yerinə yetirmiş və işlədiyi müddət ərizndə əmək qanunvericiliyinin və əmək müqaviləsi üzrə öhdəliyin heç bir normasını pozmamışdır.Lakin 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi qeyri-müəyyən səbəblərdən xx.xx.2021-ci il tarixdə 108 saylı əmr imzalamış və həmin əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.Baş həkimin qəbulunda olaraq məsələni araşdırmaq və hansı səbəbdən işdən azad edildiyini öyrənmək isdədikdə ona bildirilmişdir ki, öz xahişi ilə işdən azad olma barədə ərizə yazmadığı üçün işdən azad edilmisdir.Hesab edir ki, 18 saylı Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 108 saylı əmri ləğv edilməli, o öz işinə bərpa edilməli, məcburi işburaxma hallarına görə əmək haqqı ödənilməli və vurulmuş mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməlidir.İddia ərizəsinə əlavə edilmiş 18 saylı Birləşmiş şəhər Xəstəxanasının baş həkiminin qeyri-müəyyən səbəblərdən xx.xx.2021-ci il tarixdə imzaladığı 108 saylı əmri ilə müəyyən edilir ki, onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmişdir.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsində “İşçinin işdən kənarlaşdırılması” şərtləri göstərilmişdir.Həmin Məcəllənin 72-ci maddəsində “Əmək vəzifilərinin kobud şəkildə pozulması hesab edilən hallar” göstərilmişdir.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsində İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar nəzərdə tutulmuşdur.Lakin 18 saylı Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixdə 108 saylı əmrinin əsaslandırılması hissəsində bu maddənin şərtlərinə görə işəgötürənin qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halı əsaslandırılmamışdır.Həmin məcəllənin 83-cü maddəsində Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Həmin qaydalara görə “Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.Lakin işəgötürən tərəfindən qeyd edilən maddənin tələbləri də kobud şəkildə pozulmuşdur.Həmin məcəllənin 56.2. maddəsinə əsasən “Məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir”.Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1. maddəsinə əsasən “əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar” dövlət rüsumu ödəməkdən azad olunurlar.Qeyd olunanlara əısasən 18 saylı Birləşmiş şəhər Xəstəxanasının 108 saylı xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi,onun xx.xx.2021-ci il tarixdən etibarən 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının konsultativiv poliklinika şöbəsinin tibb qeydiyatçısı vəzifəsinə işə bərpa edilməsi və həmin müddətin əmək stajına aid edilməsi, xx.xx.2021-ci il tarixdən qətnamə qanuni qüvvəsin alan günə qədər olan müddət ərzində əmək haqqında edilmiş artımlar da nəzərə alınmaqla məcburi iş buraxma hallarına görə əmək haqqının 18 saylı Birləşmiş şəhər Xəstəxanasının hesabından tutularaq ona ödənilməsi,işgüzuzar nüfuzuna və ona vurulmuş mənəvi zərərə görə 10.000 manat pulun 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının hesabından tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iiclasında ddiaçı İddiaçı iddianı müdafiə ermiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 da eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Bakı Şəhər Baş Səhiyyə İdarəsin və 18 saylı Birləşmiş Şəhər Xəstaxanası məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da öz nümayəndələrini məhkəməyə göndərmamişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: X1 Sığorta üzrə X2 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsüi 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin xx.xx.2021-ci il tarixdə 108-K saylı əmrinə əsasən 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının konsultativiv poliklinika şöbəsinin tibb qeydiyatçısı İddiaçı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə xx.xx.2921-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək funksiyasını və ya əmək müqaviiləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilmişdir. xx.xx.2021-ci il tarixli aktın məzmunundan görünür ki, İddiaçı əmək kitabçası verilməsi təklif olunsa da o,əmək kitabçasını götürmədən getmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-28/2022 saylı iş üzrə qəbul etdiyi hökmdən görünür ki, İddiaçı vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib,dövlətin qanunla qorunan mənafelərinə mühim zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və şəxsi niyyətlə informasiya resursuna və rəsmi sənədə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Həmin hökmə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 32,4,308.1 və 32.4,313 maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 32,4,308.1-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla,01 il 06 ay müddətinə işləri cəzasına,CM 32.4,313 maddəsi ilə hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla10% məbləğində pul tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla İddiaçı hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 70-Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71-ci maddənin 2-ci bəndi-bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla,etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 84.Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Göründüyü kimi işçi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”bəndinə əsasən o halda xitam verilə bilər ki,işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsin, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozsun,bunun nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. X1 Sığorta üzrə X2 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsüi 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin xx.xx.2021-ci il tarixdə 108-K saylı əmrində əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilsə də əmək müqaviləsinin ləğv edilməsinin əsasları göstərilməmişdir. Konkret olaraq İddiaçı ilə bağlanmıç əmək müqaviləsinə hansı əsaslarla xitam verildiyi öz əksini tapmamışdır. İşəgötürən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən onun cinayət xarakterli əmələ yol verməsini,bununla əlaqədar cinayət təqibinin başlanmasını nəzərdə tutmuşdursa (halbuki əmrdə bu hal göstərilməmişdir) bu da əmrin qanuni və əsaslı olmasına dəlalət etmir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndinə əsasən iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətalar və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Qanunun mənasından aydın olunur ki,işçi inzibati və ya cinayət xarakterli əmələ yol verdikdə işdən kənarlaşdırılmalı,müvafiq araşdırma aparılmalı,yalnız məhkəmənin və ya inzibati orqanın qanuni qüvvəyə minmiş qərarı olduqda və həmin qərarla onun təqsirliliyi sübuta yetirildiyi halda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə istrinad olunmaqla(iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) həmin Məcəllənin 70-ci maddəsinə əsasən onunla bağlanan əmək müqaviləsinə xitam verilə bilər. Lakin 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Azərbaycan Respublikası Konstitusiyası,Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi ilə təsbit edilmiş təqsirsizlik prezumsiyasının tələblərini kobud şəkildə pozmuş,cinayət təqibi başa çatmadan, İddiaçı təqsirliliyi sübuta yetirilmədən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən:
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Cavabdehin əvvəlki məhkəmə iclaslarında iştirak etmiş vəkili tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəl həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığnın alınması barədə sübutlar təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X1 Sığorta üzrə X2 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsüi 18 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin bir sıra müddəalarını kobud şəkildə pozulmuşdur. Ona görə 18 saylı Birləşmiş şəhər Xəstəxanasının 108 saylı xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi,onun xx.xx.2021-ci il tarixdən etibarən 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının konsultativiv poliklinika şöbəsinin tibb qeydiyatçısı vəzifəsinə işə bərpa edilməsi və həmin müddətin əmək stajına aid edilməsi, xx.xx.2021-ci il tarixdən qətnamə qanuni qüvvəsini alan günə qədər olan müddət ərzində əmək haqqında edilmiş artımlar da nəzərə alınmaqla məcburi iş buraxma hallarına görə əmək haqqının 18 saylı Birləşmiş şəhər Xəstəxanasının hesabından tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə mənəvi zərərin tələb olunması hissəsində iddianı əsaslı hesab etmir.Belə ki, iddiaçı onun işgüzar nüfuzuna və özünə mənəvi zərər dəyməsinə dəlalət edən hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də iddia qismən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin olunsun. İcbari Tibbi Sığorta üzrə X2 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsüi 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin xx.xx.2021-ci il tarixdə 108-K saylı əmri ləğv olunsun. İddiaçı 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının konsultativiv poliklinika şöbəsinin tibb qeydiyatçısı vəzifəsinə bərpa edilsin. Həmin müddət əmək stajına aid edilməklə xx.xx.2021-ci il tarixdən qətnamə qanuni qüvvəsini alan günə qədər olan müddət ərzində əmək haqqında edilmiş artımlar da nəzərə alınmaqla məcburi iş buraxma hallarına görə əmək haqqı 18 saylı Birləşmiş şəhər Xəstəxanasından hesabından tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Fikrət Mirzəyev