Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1265/2025 04.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 92 saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli yaşayış binasının 2-ci giriş, 15-ci mərtəbəsinin mansardında, 147 saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan 147/B saylı mənzildən Cavabdeh və onun azyaşlı oğlu X2 çıxarılaraq həmin mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, vəkilə hüquqi xidmətə görə ödənilmiş 320 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 28 iyul 2022-ci il tarixli 147/B nömrəli alqı-satqı müqaviləsi ilə “X11” MMC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 92 saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli yaşayış binasının 2-ci giriş, 15-ci mərtəbəsinin mansardında,147 saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan 147/B texniki sahəni almışdır. Sözügedən mənzil İddiaçı tam pay hüququ ilə məxsusdur və onun xüsusi mülkiyyətindədir. Belə ki, xx.xx.2022-ci il tarixli müqavilənin 2.2.1-ci bəndinə əsasən Payçı yuxarıda göstərilən yaşayış binasının 15-ci mərtəbəsinin mansardı, tam sahəsi eyvanla birlikdə 62 kv. m olan texniki sahənin hər kv.m-i üçün 482 manat olmaqla cəmi 30000 manat ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2.2-ci bəndinə əsasən payçı ümumi məbləğin tam ödənişini 30000 manat ödəyir. Bildirir ki, “X11” MMC tərəfindən xx.xx.2022-ci il tarixli maliyyə arayışı tərtib olunmuş, həmin arayışda qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 92 saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli yaşayış binasının 2-ci giriş, 15-ci mərtəbəsinin mansardında,147 saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan 147/B texniki sahənin tam dəyəri İddiaçı tərəfindən ödənilmişdir. Onun “X11” MMC-yə borcu yoxdur. O, sözügedən mansard mərtəbədəki texniki sahəni mənzil kimi təmirli almış və mebellə təchiz etmişdir. İddiaçı Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 92 saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli yaşayış binasının 2-ci giriş, 15-ci mərtəbəsinin mansardında, 147 saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan 147/B texniki sahəni almamışdan əvvəl mənzilin əvvəlki sahibi MMC tərəfindən həmin mənzil Cavabdeh adlı şəxsə icarəyə verilmişdir. Həmin şəxs sözügedən mənzildə azyaşlı oğlu X4 ilə birlikdə yaşamış və mənzildə yaşamalarının müqabilində mənzil sahibinin müəyyən etdiyi miqdarda icarə haqqı ödəmişlər. İddiaçı sözügedən mənzili alarkən həmin şəxsləri mənzildən çıxarmamış və Cavabdeh icarə haqqını mənzilin yeni sahibi İddiaçı makler Sirac vasitəsilə hər ay ödəmişlər. Lakin Cavabdeh 2024-cü ilin oktyabr ayından bugünədək icarə haqqını ödəməkdən boyun qaçırmışdır. Bunun qarşılığında mənzilin sahibi Mahud-zadə Kamil İlqar oğlu həmin şəxslərin sözügedən mənzili boşaltmalarını və mənzildən çıxmalarını tələb etsə də, Cavabdeh bugünədək həmin mənzildən çıxmamış, əksinə mənzildən çıxmayacağını, həmin mənzili boşaltmayacağını bildirmiş və əsassız olaraq mənzil üzərində haqq tələb etmişdir. Beləliklə, Cavabdeh İddiaçı razılığı və xəbəri olmadan qeyri qanuni olaraq ona məxsus mənzilə soxulmuş, mənzildən qanunsuz olaraq istifadə edərək hal-hazırda da ona aid mənzildə qanunsuz olaraq yaşamağa davam edir. Hazırda həmin şəxslə iddiaçı arasında heç bir müqavilə bağlanmamışdır, iddiaçının razılığı olmadan onun mənzilində qanunsuz olaraq yaşayırlar. Cavabdeh və onun qardaşı mənzildən 2025-ci ilin yanvar ayında çıxacaqlarına söz versələr də, sonradan bundan imtina etdilər. Hal-hazırda Cavabdeh İddiaçı məxsus olan mənzildən istifadəsinin qadağan edilməsi və onun mənzildən çıxarılması zərurəti yaranmışdır. Belə ki, Cavabdeh iddiaçının ailə üzvü deyil, qohumu deyil, iddiaçı ilə onun arasında heç bir hüquq münasibəti yaranmamış, iddiaçı ilə heç bir müqavilə bağlamamışlar. Cavabdehin bu mənzildə yaşaması və ya istifadə etməsi iddiaçının iradəsinə və mənafeyinə ziddir. Cavabdehin heç bir hüququ olmadan iddiaçıya məxsus evdə yaşaması və ya istifadə etməsi, mənzilə sahiblik etməsi iddiaçının mülkiyyətçi kimi mənafelərini pozur, o, öz mənzilindən istifadə edə, ona sahiblik edə bilmir. İddiaçı dəfələrlə cavabdeh ilə danışıb onların mənzildən çıxmasını tələb etsə də, cavabdeh mənzildən çıxmaqdan imtina edir. Odur ki, hesab edir ki, mülkiyyətçi olaraq İddiaçı oğunun hüquq və mənafeləri təmin edilməli və cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 92 saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli yaşayış binasının 2-ci giriş, 15-ci mərtəbəsinin mansardında,147 saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan 147/B saylı mənzildən çıxarılmalı, mənzili iddiaçıya təhvil verməlidirlər. İş materialları :
3. “X11” MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 147/B nömrəli müqavilədən görünür ki, müqaviləyə əsasən icraçı “X11” MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 92 saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli, yaşayış evinin giriş 2, mərtəbə 15-in mansardı, 147 saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan 147/B texniki sahəni payçıya satmağı, payçı isə texniki sahənin dəyərini bu müqavilə ilə müəyyən edilmiş və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun qaydada icraçıya ödəməyi öhdəsinə götürmüşdür.
4. “X11” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 92, saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli yaşayış evinin girişi 2, mərtəbə 15-in mansardı, 147 saylı mənzilə aid olan sahəsi 62 kv.m təşkil edən 147/B nömrəli texniki sahənin tam dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir.
5. Bakı şəhəri Nizami RPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə 25-ci polis şöbəsinə müraciət etmişdir.
6. İddiaçı Nizami RPİ-nin 25-ci PŞ-də verdiyi izahatdan görünür ki, o, xx.xx.2022-ci il tarixdə M.Abbasov 92 ünvannında yerləşən “Olimpik” binasında 2-ci giriş, 15-ci mərtəbədə 147 saylı mənzili almışdır. Həmin ünvanda əvvəllər kirayədə yaşayan ana və oğul onlardan həmin şəxsləri mənzildən çıxartmamalarını xahiş etmiş və aylıq kirayə pulunu ödəyəcəyini bildirmişdir. Onlar da həmin şəxslərlə razılaşmışlar, bir müddət kirayə pulunu ödəsələr də, sonrada ödəməkdən boyun qaçırmışlar. Hal-hazırda həmin mənzildə özü yaşamaq istəyir. Mənzildə yaşayanların mənzildən çıxmasını tələb etməsinə baxmayaraq, onlar mənzildən çıxmamışlar və çıxmayacaqlarını da bildirmişlər.
7. Cavabdeh Nizami RPİ-nin 25-ci PŞ-də verdiyi izahatdan görünür ki, 2021-ci ilin fevral ayından göstərilən ünvanda yaşayır. Ev sahibi Sirac adlı şəxsə 40000 pul vermiş və 20000 manatda verdikdən sonra evi onun adına keçirəcəyinə söz vermişdir. 3-4 ay bundan qabaq yəni Sirac tutulduqdan sonra gəlib bildirmişlər ki, mənzil onlarındır. O isə bildirmişdir ki, mənzil ona məxsusdur. Bu məsələ ilə bağlı Xətai rayon prokorurloğuna və Xətai RPİ-nə müraciət etmişdir. Əvvəllər Kamil adlı şəxsi heç vaxt görməmiş və eşitməmişdir.
8. “X11” MMC tərəfindən xx.xx.2025-ci ildə verilmiş 04/25 nömrəli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən verilmiş M.Abbasov küçəsi 92 saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərətəbəli yaşayış evinin giriş 2, mərtəbə 15-in mansardı, 147 saylı mənzilə aid olan, ümumi sahəsi 62 kvm olan, 147/B texniki sahə İddiaçı məxsusdur.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Bakı 1 saylı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 92 saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli, yaşayış evinin giriş 2, 15-ci mərtəbəsi, 147 saylı mənzilin qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir.
10. Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin xx.xx.2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınmaq haqqında qərar”dan görünür ki, ********* saylı cinayət işi üzrə Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır.
11. Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin xx.xx.2024-cü il tarixli “cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında qərar”dan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır. 12 . Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərar”dan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs xx.xx.1979-cu ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi, ev 51-də qeydiyyatda olan və yaşayan X9 barəsində axtarış elan edilməsi və o tutulduğu andan Xətai Rayon Pİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır.
13. Vəkil Hüseyn qızı ilə İddiaçı arasında bağlanılmış mülki iş üzrə hüquqi yardım müqaviləsindən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıq əsasında 320 manat müəyyən edilmişdir.
14. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
15. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mülkiyyətçi olaraq iddiaçının hüquqları pozulmuşdur. Noyabr ayından etibarən kirayə haqqı ödənilmədiyi üçün maraqlandıqda məlum olmuşdur ki, caavbdeh tərəfindən evin satın alınması üçün Sirac adlı şəxsə pul vermişdir. Sirac adlı şəxs həbs olunmuşdur. Cavabdehin müqaviləsi yoxdur. İddiaçının müqaviləsi var və onlar cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmamışlar. Belə ki, iddiaçı evi MTK-dan almışdır.
16. Məhkəmə iclasında iştirak eədn Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o evi Siracdan satın almışdır. O, Siracla evin alqı-satqı qiyməti olaraq 60000 manata razılaşmış, həmin məbləğdən 40000 manat məbləğində ödəniş etmiş, qalan 20000 manat məbləğində pul vəsaitini isə evin adına rəsmiləşdirilməsindən sonra ödənilməsi barədə razılaşmışlar. Onun adına müqavilə yoxdur.
İşin faktiki halı :
17. “X11” MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 147/B nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 92 saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli, yaşayış evinin giriş 2, mərtəbə 15-in mansardı, 147 saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan 147/B texniki sahə İddiaçı məxsusdur.
18. “X11” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 92 saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli, yaşayış evinin giriş 2, mərtəbə 15-in mansardı, 147 saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan 147/B texniki sahənin tam dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir.
19. Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 92 saylı məhəllədə inşa edilən 3 girişli, 14- 15 mərtəbəli, yaşayış evinin giriş 2, mərtəbə 15-in mansardı, 147 saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan 147/B texniki sahə Cavabdeh X9 tərəfindən satılmış və həmin mənzilin dəyəri olaraq Cavabdeh tərəfindən Siraca 40000 manat məbləğində pul vəsaiti ödənilmişdir.
20. X9 barəsində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə cinayət işi başlanılmış və həmin cinayət işi üzrə Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır.
Məhkəmə baxışının hədləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
22. Azərbaycan Respublikası Konstitusiyasının :
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
25. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı.
Məhkəmənin mövqeyi :
27. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
28. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbini Cavabdeh ona məxsus olan mənzildən çıxmaqdan və mənzili təhvil verməkdən imtina etməsi ilə əsaslandırmışdır.
29. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
30. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
31. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
32. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
33. Belə ki, iddiaçının iddia tələbinin əsasını hazırki mübahisə obyekti olan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 92 saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli, yaşayış evinin giriş 2, mərtəbə 15-in mansardı, 147 saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan 147/B texniki sahənın “X11” MMC ilə bağlanılmış müqaviləyə əsasən ona məxsus olması təşkil edir. Cavabdeh isə həmin mənzili X9 adlı şəxsdən satın aldığını bildirərək həmin mənzili iddiaçıya təhvil verməkdən imtina edir.
34. Məhkəmə qeyd edir ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
35. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.
36. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddiaçı, əşyaya faktikı sahibliyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır.
37. Məhkəmə qeyd edir ki, belə olan halda hazırki iddianın qanuni əsası kimi mübahisəyə Mülki Məcəllənin 157.2-ci maddəsi tətbiq edilməlidir. Həmin normaya görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Məhkəmə qeyd edir ki, iddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır.
39. Qeyd edilən normanın dispozisiya şərtləri isə aşağıdakılardır:
1. Tələb edilən əmlak iddiaçının mülkiyyətində olmalı;
2. Həmin əmlak cavabdehin sahibliyində olmalı;
3. Cavadbehin həmin əmlaka sahibliyi qanunsuz olmalıdır.
40. Məhkəmə qeyd edir ki, hazırki mülki işin faktiki halları qeyd edilən normanın dispozisiya şərtləri ilə üst-üstə düşür.
Tələb edilən əmlak iddiaçının mülkiyyətində olması:
41. İşin müəyyən edilmiş halı odur ki, “X11” MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 147/B nömrəli müqaviləyə əsasən icraçı “X11” MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 92 saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli, yaşayış evinin giriş 2, mərtəbə 15-in mansardı, 147 saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan 147/B texniki sahəni payçıya satmağı, payçı isə texniki sahənin dəyərini bu müqavilə ilə müəyyən edilmiş və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun qaydada icraçıya ödəməyi öhdəsinə götürmüşdür.
42. “X11” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 92 saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli, yaşayış evinin giriş 2, mərtəbə 15-in mansardı, 147 saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan 147/B texniki sahənin tam dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir.
43. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilir ki, kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır.
44. Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
45. Beləliklə, işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən mübahisə obyekti olan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 92 saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli, yaşayış evinin giriş 2, mərtəbə 15-in mansardı, 147 saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan 147/B texniki sahənin dəyəri tam şəkildə ödənilmişdir. Yəni onun gələcəkdə həmin mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək hüququ vardır.
46. Onu da qeyd etmək lazımdır ki, məhkəmə icraatı zamanı İddiaçı ilə “X11” MMC aarsında bağlanılmış xx.xx.2022-ci il tarixli, 147/B nömrəli müqavilənin etibarlılığını şübhə altına alan hallar müəyyən edilməmiş, cavabdeh tərəfindən də müqavilənin etibarlılığı mübahsiələndirilməmişdir.
Əmlakın cavabdehin sahibliyində olması:
47. İşin mübahisəsiz halıdır ki, Cavabdeh mübahisə obyekti olan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 92 saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli, yaşayış evinin giriş 2, mərtəbə 15-in mansardı, 147 saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan 147/B texniki sahədə yaşayır.
48. Belə ki, qeyd edilən hal həm cavabdehin məhkəmə iclasında verdiyi izahat, həmçinin məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə öz təsdiqini tapmışdır.
49. Müəyyən edilmişdir ki, cavabdeh 2022-ci ilin fevral ayından mübahisə obyekti olan yaşayış sahəsində yaşayır.
Cavabdehin əmlaka sahibliyinin qanunsuz olması:
50. İşin araşdırılan hallarına əsasın müəyyən edilmişdir ki, cavabdehin Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 92 saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli, yaşayış evinin giriş 2, mərtəbə 15-in mansardı, 147 saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan 147/B texniki sahəyə sahiblik və istifadə hüquq yoxdur. Cavabdehin mübahisəli mənzilə dair hər hansı hüququ yoxdur, əmlakın hazırda onun sahibliyində olmasının qanuni əsası mövcud deyil.
51. Belə ki, cavabdeh mübahisə obyekti olan yaşayış sahəsinə olan sahibliyini həmin yaşayış sahəsini X1 alması, həmin mənzilin dəyəri olaraq həmin şəxslə razılaşdırılmış 60000 manat məbləğində vəsaitin 40000 manat hissəsini Sirac adlı şəxsə ödəməsi ilə əsaslandırsa da, məhkəməyə qeyd edilən halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, cavabdeh özü də məhkəmə iclasında etiraf etmişdir ki, mübahisə obyekti olan mənzilə dair onunla “X11” MMC və ya “Sirac” adlı şəxs arasında hər hansı müqavilə bağlanılmamışdır.
52. Eyni zamanda işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, X9 özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Cavabdeh etibarından sui istifadə edib sonuncuya ünvan 1 ünvanında yerləşən 53 kv.metr sahəsi olan evi satacağı adı ilə aldatmış və cavabdehə məxsus 40000 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir. X6 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır.
53. İddiaçının xx.xx.2022-ci ildən mübahisə obyekti olan mənzilin qanuni sahibi olduğu və cavabdehin hazırda da həmin evdə yaşayıb, iddiaçının tələbinə baxmayaraq, evdən çıxmadığı, habelə, cavabdehin iddiaçının ailə üzvü olmadığı və sonuncunun razılığı olmadan evdə yaşadığı işin mübahsisəsiz halı olduğu halda, cavabdehin mənzildə yaşamağa davam etmək üçün iddiaçı ilə hər hansı qaydada razılığa gəldiyi (müqavilə bağladığı) və məhz bu əsasla cavabdehin mübahisəli mənzil üzərində istifadə hüququnun olduğu müəyyən edilməmişdir.
54. Beləliklə, işin tədqiq edilən halları ilə Cavabdeh mübahisə obyekti olan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 92 saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli, yaşayış evinin giriş 2, mərtəbə 15-in mansardı, 147 saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan 147/B texniki sahəyə sahiblik və istifadə hüququ olmasını təsdiq edən qanuni əsas olmadığı halda, həmin mənzildə yaşaması mənzilin qanuni sahibi olan İddiaçı mənzilə olan hüquqlarının həyata keçirilməsinə maneçilik törədir.
55. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 92 saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli, yaşayış evinin giriş 2, mərtəbə 15-in mansardı, 147 saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan 147/B texniki sahənin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması iddiaçının mənzilə olan pozulmuş sahiblik, istifadə hüquqlarını bərpa edəcəkdir.
56. Məhkəmə həmçinin iddia tələbinin cavabdehin övladı X4 ilə birlikdə mübahisəli mənzildən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
57. Müəyyən edilmişdir (cavabdehin izahatı ilə) ki, hazırda X4 yetkinlik yaşına çatmamış və valideyni ilə birlikdə yaşayırlar. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.
58. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh X3 mənzilin dəyəri olaraq ödədiyi pul vəsaitini zərərvuran şəxsdən tələb etmək hüququna malikdir.
Məhkəmə Xərcləri:
59. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə Cavabdeh mübahisə obyekti olan yaşayış sahəsinə münasibətdə aldadıldığı müəyyən edildiyindən iddia tələbinin hüquqi yardım üçün ödənilmiş pul vəsaitinin cavabdehdən tutulmasına dair hissəsi təmin edilməməli, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə :
60. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 92 saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli, yaşayış evinin giriş 2, mərtəbə 15-in mansardı, 147 saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan 147/B texniki sahədən Cavabdeh azyaşlı övladı ilə birlikdə çıxarılaraq, mənzil iddiaçıya təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 92 saylı məhəllədə inşa edilən 3 girişli, 14-15 mərtəbəli, yaşayış evinin giriş 2, mərtəbə 15-in mansardı, 147 saylı mənzilə aid olan ümumi sahəsi 62 kv.m olan 147/B texniki sahədən Cavabdeh azyaşlı övladı ilə birlikdə çıxarılaraq, mənzil iddiaçıya təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva