Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1325/2024 20.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 və X9 cəlb edilməklə cavabdeh Bakı şəhəri 15 saylı Notariat ofisinə qarşı “ərizənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 cəlb edilməklə cavabdeh Bakı şəhəri 15 saylı Notariat ofisinə qarşı “ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla X13 nikahda olduğu dövrdə o, 2000-ci il tarixdə Bakı şəhəri, Xutor qəsəbəsi, Karl Marks (indiki Ziya Bünyadov) 1-ci keçiddə yerləşən 4 A nömrəli fərdi yaşayış evini alıb və o, həmin evə 17 dekabr 2003-cü il tarixdə qeydiyyata alınıb. Həmin evdə xx.xx.2000-ci il təvəllüdlü X10 və xx.xx.2003-cü il təvəllüdlü X16 anadan olub. Ata, ana və iki uşaqdan ibarət ailə üzvləri fərdi evin yerləşdiyi ərazidə mühüm dövlət obyekti tikilənə və əvəzinə dövlət tərəfindən yeni tikili mənzil verilənə qədər bir yerdə Bakı şəhəri Xutor qəsəbəsi, Karl Marks (indiki Ziya Bünyadov) 1ci keçiddə yerləşən 4 A nömrəli fərdi yaşayış evində yaşayıblar. Onun razılıq ərizəsi əsasında qardaşı X17 xx.xx.2005-ci il tarixində, bacısı X9 isə xx.xx.2008-ci il tarixində Bakı şəhəri, Xutor qəsəbəsi, Karl Marks (indiki Ziya Bünyadov) 1-ci keçiddə yerləşən 4 A nömrəli fərdi yaşayış evinə qeydiyyata düşüblər. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 53 saylı MKİS-nin Ev-Mənzil Vərəqəsinə əsasən mülk sahibi odur. Bakı şəhəri, Xutor qəsəbəsi, Karl Marks (indiki Ziya Bünyadov) 1-ci keçiddə yerləşən 4 A nömrəli fərdi yaşayış evinə qeydiyyata düşənə qədər onun qardaşı X17 2002-2005-ci il tarixlərində Gədəbəy rayonunda, bacısı X9 2005-2008-ci il tarixlərində Gədəbəy rayonunda qeydiyyatda olub. Mühüm Dövlət obyektinin tikintisi altına düşdüyü üçün Bakı şəhəri, Xutor qəsəbəsi, Karl Marks (indiki Ziya Bünyadov) 1-ci keçiddə yerləşən 4 A nömrəli fərdi evin əvəzinə ona və onun ailə üzvlərinə Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 395 nömrəli Sərəncamına əsasən yenidən qurulmuş Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 1969-cu məhəllədə boş sahədə müasir tələblərə cavab verən 2 və 3 mərtəbəli yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahəsində tikilmiş 14 nömrəli evin 12 nömrəli mənzili verilib. Mənzil verilən anda Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, Order mülk sahibinin adına olacaqdır. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti onun və X7 nikah dövründə əldə etdikləri və sahiblik etdikləri mülk əvəzinə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 1969-cu məhəllədə yerləşən 14 nömrəli evin 12 nömrəli mənzilinə dair X4 adına xx.xx.2009-cu il tarixində qeyri-qanuni şəkildə order verib. 29 sentyabr 2009-cu il tarixli 007018 nömrəli order, ailə tərkibi 5 nəfərdən; X9 (xx.xx.1971), o (xx.xx.1969), X18 (xx.xx.1978), X10 (xx.xx.2000), X16 (xx.xx.2003) olmaqla X4 adına verilib. Oder onun tək adından hazırlanmış ərizə əsasında verilib, hansı ki, ərizədə atılan imza ona məxsus deyil. Bundan başqa, ərizədə konkret olaraq hansı mənzilin sənədləşdirilməsi məlum deyil və bu da həmin ərizənin saxta olmasını bir daha sübut edir. Ərizədə qeyd edilib ki; “Yazıb Sizdən xahiş edirəm ki, bizə veriləcək yeni mənzilin bacım X4 adına sənədləşdirilməsinə etiraz etmirəm. Buna görə imza edirəm”. Ərizənin məzmunundan da göründüyü kimi, qeyrimüəyyənlik vardır. Bildirir ki, onun bacısı X5 yalnız mənzilə qeydiyyata düşməsinə dair razılıq verib. X4 adına xx.xx.2009-cu il tarixində order verilməsindən nə X7, nə də onun məlumatı və razılığı olmayıb. Nərimanov Rayon İcra Hakimiyyəti ona aid olmayan imza ilə verilmiş ərizəni əsas tutub, bununla yanaşı onun nikahda olduğu X7 həmin evdə yaşayan uşaqların qanuni nümayəndəsi kimi razılığı alınmayəb. Əgər razılıq tələb olunsa idi, hazırki mübahisə yaranmazdı. Bakı şəhəri, Xutor qəsəbəsi, Karl Marks (indiki Ziya Bünyadov) 1-ci keçiddə yerləşən 4 A nömrəli fərdi yaşayış evinə qeydiyyata düşənə qədər - onun qardaşı X17 2002-2005-ci il tarixlərində Gədəbəy rayonunda, bacısı X9 2005-2008-ci il tarixlərində Gədəbəy rayonunda qeydiyyatda olub. Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 1969-cu məhəllədə yerləşən 14 nömrəli evin 12 nömrəli mənzili X2 ərizə əsasında Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətindən həmin mənzilə dair order almasına nail olub. Göründüyü kimi, Bakı şəhəri 15 saylı Notariat ofisinin notariusu X14 tərəfindən təsdiq edilmiş 31 2008-ci il tarixli ərizə etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən Bakı şəhəri 15 saylı Notariat ofisinin notariusu X14 tərəfindən təsdiq edilmiş və İddiaçı adından hazırlanmış 31 oktyabr 2008-ci il tarixli ərizənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, mübahisələndirilən ərizə xx.xx.2008-ci il tarixdə imzalanmışdır, lakin iddiaçı ərizənin eitbarsız hesab edilməsi tələbi ilə məhkəməyə 15 il sonra (qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürməklə) müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinə iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə müvafiq məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hesab edirlər ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Bununla bağlı aşağıdakı əsasları məhkəmənin diqqətinə çatdırılmasını zəruri hesab edirlər: 1. İlk olaraq onu qeyd etmək istəyirlər ki, X9 Bakı şəhəri, Nərimanov rayonu, X28 küçəsi, məhəllə 1969, ev 14, mənzil 12 ünvanında qeydiyyatda olmaqla həmin əmlakın mülkiyyətçisi olmaqla 2009-cu ildə həmin mənzilə köçdükdən sonra həmin mənzildə tək yaşamaqdadır. 2. İddiaçı 2021-ci il tarixdə “orderin etibarsız hesab edilməsi və mənzilin sənədlərinin ailənin mənzilə köçürülmə anına olan vəziyyətə gətirilməsi" tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5268/2022 saylı xx.xx.2022-ci il tarixli qərardad qəbul edilərək, iddia mümkün sayılmayıb. Həmin qərardadda qeyd edilmişdir: “İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov rayon icra Hakimiyyətinə ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizənin surətindən müəyyən olunur ki, o, müraciətində onlara veriləcək yeni mənzilin bacısı X4 adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir”. 3. İddiaçı Bakı İnzibati Məhkəməsinin e- 2-1(112)-5268/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından apellyasiya və kassasiya şikayətləri vermiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan iş üzrə Ali Məhkəmənin 2-1(102)- 1643/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında isə qeyd edilmişdir: “Bununla bağlı nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən mübahisələndirilən order verilərkən, həmin orderdə adları qeyd olunan şəxslər, o cümlədən iddiaçıların müvafiq olaraq əri və ataları və hazırkı iş üzrə üçüncü səxs olan İddiaçı mənzilə aid orderin X4 adına tərtib olunmasına notarial qaydada təsdiq olunmuş ərizə ilə razılıq vermişdir. Notarial qaydada təsdiq olunmuş həmin ərizənin mötəbərliyini sübhə altına alan hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır”. 4. Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2051/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir ki “İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov rayon icra Hakimiyyətinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən müəyyən edilmişdir ki, o, veriləcək yeni mənzilin bacısı X4 adına sənədləşdirilməsinə etiraz etmir.” Həmin qətnamə ilə X13, İddiaçı, X10, X11 X5 qarşı mənzilə köçürülmə” tələbinə dair ilk iddiası təmin edilməmiş, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı və onun iki övladı xx.xx.2000-ci il təvəllüdlü X12, xx.xx.2003-cü il təvəllüdlü X11 Bakı şəhəri, Nərimanov rayonu, A.M. Cümə küçəsi, məh.1969-da yerləşən 14 saylı evin 12 saylı mənzildən istifadə hüquqlarına xitam verilmişdir. 5. Məhkəmənin diqqətinə çatdırırlar ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətlərini də ötürmüşdür. Belə ki, qanunvericiliyə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. Bununla bağlı iddia müddətinin tətbiq edilməsi barədə ərizə tərəflərindən təqdim edilmişdir. Bu məqamda qeyd edilməlidir ki, prosessual müddətlər işdə iştirak dən şəxslər arasında müəyyənlik və sabitlik yaratmaq, onları intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Prosessual müddət məhdudiyyətlərinin olması mülki mübahisə tərəflərini əsassız çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Hüquqi müəyyənlik prinsipinin əsas meyarlarından biri də qanuni qüvvəsini almış məhkəmə qərarının sabitliyidir. Əks halda məhkəmədə işlərin baxılması əsassız uzana və ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə həll edilmiş mübahisəyə istənilən zaman yenidən baxılması insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər. Bu məsələ ilə bağlı belə bir mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə bağlı təcrübəsi ilə də üstüstə düşür. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Hüquqi qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməli və hüquq sistemində məhkəmə qərarlarına müddətsiz nəzarət institutunun mövcud olması məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il, Volkova Rusiyaya qarşı iş üzrə 2005-ci il, Kutepov və Anikeyenko Rusiyaya qarşı iş üzrə 2005-ci il tarixli Qərarlar). Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 yazılı izahatla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, 1999-cu ildə İddiaçı ilə nikahda olub, birgə nikah dövründə, yəni 2000-ci il tarixdə Bakı şəhəri Xutor qəsəbəsi, Karl Marks (indiki Ziya Bünyadov) 1-ci keçiddə yerləşən 4 A nömrəli fərdiyaşayış evini alıblar. Birgə nikahlarından həmin evdə xx.xx.2000-ci il təvəllüdlü X10 və xx.xx.2003-cü il təvəllüdlü X16 anadan olub. Həyat yoldaşı İddiaçı razılıq ərizəsi əsasında qardaşı X17 xx.xx.2005-ci il tarixində, bacısı X9 isə xx.xx.2008-ci il tarixində Bakı şəhəri, Xutor qəsəbəsi, Karl Marks (indiki Ziya Bünyadov) 1-ci keçiddə yerləşən 4 A nömrəli fərdi yaşayış evinə qeydiyyata düşüblər. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 53 saylı MKİS-nin Ev-Mənzil Vərəqəsindən göründüyü kimi mülk sahibi İddiaçı Qabl oğludur. Bakı şəhəri, Xutor qəsəbəsi, Karl Marks (indiki Ziya Bünyadov) 1-ci keçiddə yerləşən 4 A nömrəli fərdi yaşayış evinə qeydiyyata alınana qədər İddiaçı qardaşı X17 2002-2005-ci il tarixlərində Gədəbəy rayonunda, bacısı X9 2005- 2008-ci il tarixlərində Gədəbəy rayonunda qeydiyyatda olub. Mühüm Dövlət obyektinin tikintisi altına düşdüyü üçün istifadələrində və sahibliklərində olan Bakı şəhəri, Xutor qəsəbəsi, Karl Marks (indiki Ziya Bünyadov) 1-ci keçiddə yerləşən 4 A nömrəli fərdi evin əvəzinə Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 1969-cu məhəllədə boş sahədə müasir tələblərə cavab verən 2 və 3 mərtəbəli yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahəsində tikilmiş 14 nömrəli evin 12 nömrəli mənzili verilib. Mənzil veriləndə sənədləşmə işləri aparılmayıb və Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, mənzil mülk sahibi İddiaçı adına olacaq. Mənzilin sahəsi kiçik olduğundan onlar 4 nəfər ailə üzvü yaxın qohumun boş olan geniş sahəli fərdi evinə köçüblər. Nərimanov Rayon İcra Hakimiyyətindən mənzilin açarı İddiaçı verilib. İddiaçı isə açarı bacısı X5 verib və sonradan mənzillərinə köçmək istəyəndə məlum olub ki, açar X9 tərəfindən dəyişdirilib. Nərimanov Rayon İcra Hakimiyyətindən onlara mənzili verəndə bildirilib ki, mənzil İddiaçı və onun ailə üzvlərinə verilib. Sonradan İddiaçı mənzili özəlləşdirmək istəyəndə məlum olub ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti onların nikah dövründə əldə etdikləri və sahiblik etdikləri mülk əvəzinə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 1969-cu məhəllədə yerləşən 14 nömrəli evin 12 nömrəli mənzilinə dair X4 adına xx.xx.2009-cu il tarixində order verib. Sonradan Nərimanov Rayon İcra Hakimiyyətindən İddiaçı əldə etdiyi ərizədən məlum olub ki, guya o Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 1969-cu məhəllədə yerləşən 14 nömrəli evin 12 nömrəli mənzilinin X4 adına sənədləşdirilməsinə ərizə verib. Ərizədən nə onun və İddiaçı xəbəri olmayıb. Ərizə ilə tanış olublar və ərizədə yazılıb ki, "Yazıb Sizdən xahiş edirəm ki, bizə veriləcək yeni mənzilin bacım X4 adına sənədləşdirilməinə etiraz etmirəm. Buna görə imza edirəm” Bu ərizəni İddiaçı yazmayıb, əgər o birgə nikah dövründə əldə edilən əmlaka dair sərəncam vermiş olardısa, onun razılığı olmalı idi. Bundan başqa, ərizənin mətni və xətt yazısı İddiaçı aid deyil və o imzalamayıb, imza onun imzası deyil. Ərizənin məzmunundan göründüyü kimi, söhbət nədən gedir bilinmir. Ərizədə “biz” deyəndə kimlər nəzərdə tutulur, əgər o, nəzərdə tutulursa, onun xəbəri yoxdur, “yeni mənzil” deyəndə hansı mənzil nəzərdə tutulur. Bundan başqa, ərizədə tarix göstərilməyib, ərizə nə vaxt verilib, bilinmir. Ərizədə yazılan hərflərə baxanda tam açıq görsənir ki, hərflərin üzərində düzəlişlər edilib, təkrar yazı aparılıb. Bütün bu faktlar ərizənin saxta olmasını sübut etmirmi. Eyni zamanda ərizə guya 31 oktyabr 2008-ci il tarixdə təsdiq edilib və 11 aydan sonra xx.xx.2009-cu il tarixində X5 Order alınır. Bildikləri kimi ərizənin qüvvədə olduğu müddət var, əgər ərizə Nərimanov Rayon İcra Hakimiyyətinə yazılıbdırsa, ərizə İddiaçı adından daxil olmalı idi, qeydiyyata alınmalı idi və xx.xx.2005-ci ildən qüvvəyə minən “İnzibati icraat haqqında” AR Qanunun 31-ci maddəsinə uyğun İcra Hakimiyyətində müvafiq tədbirlər görülməli, inzibati icraat aparılmalı idi. Bu hərəkətlərin heç biri olmayıb. Belə olduğu təqdirdə, orderin verilməsindən 11 ay əvvəl saxta üsulla hazırlanmış, saxta imza atılmış, mətni aydın olmayan, tarixi göstərilməyən ərizə necə qanuni hesab edilə bilər? əlbəttə yox, etibarsız hesab olunmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, notariat orqanında 31 oktyabr 2008-ci il tarixində təsdiq edilən və 11 aydan sonra xx.xx.2009-cu il tarixində X5 orderin verilməsinə əsas olan, kimlərdən söhbət getməsi bilinməyən, mətni aydın olmayan, tarixi qoyulmayan, imza saxla olan ərizənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddianın dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddianın əsaslığına dair sübutları məhkəməyə təqdim edilib, ekspert rəyi ilə razı deyil. Cavabdeh isə iddiaya münasibət, etiraz, izahat bildirməyib. Cavabdehin öz mövqeyini bildirməməsi iddianın əsaslığına əsas verir. İş materiallarına MKİS-nin müvafiq sənədi var və iddiaçı mülk sahibi kimi göstərilib. X9 xx.xx.2008-ci ildə mənzilə qeydiyyat düşüb, halbuki həmin ev 2003-dən iddiaçının mülkiyyəti olub. İddiaçı tərəfindən tərtib edilən ərizə qeyri-müəyyəndir, “biz” deyəndə kim nəzərdə tutulur, mənzil dəqiq göstərilməyib. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti bu prosesi apararkən “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun tələbinə əməl etməmişdir. Qeyri-müəyyən ərizə əsasında mənzil X5 verilib. İddiaçı öz mənzilinə köçə bilmir. Ərizə birtərəfli əqddir, ərizə bir tərəfli əqddirsə, dəqiq olmalı, əmlakla bağlı hüquqları olan şəxslərin də münasibəti də alınmalıdır. Ərizədə bir yazının üstündən iki dəfə gedilib. Mübahisələndirilən ərizə bir sənəd kimi etibarsızdır, onun etibarsılığına dair kifayət qədər sübut verilib. Ekspert rəyi məhkəmə tərəfindən sübut növlərində biri kimi qiymətləndirilməlidir. Mübahisə predmeti iş üzrə cavabdeh Bakı şəhəri 15 saylı Notariat ofisinin notariusu X14 tərəfindən xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş edilmiş ərizədir. İddiaçı iddia tələbinə dair cavabdeh Bakı şəhəri 15 saylı Notariat ofisinin etirazı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmayıb. Eyni zamanda iddiaçının iddia tələbinin əksini sübut edə biləcək hər hansı bir dəlillərini və sənədləri məhkəməyə təqdim etməyib. Belə ki, iddiaçı iddia ərizəsində xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş edilmiş ərizəni mübahisələndirir və bildirir ki, ərizə onun tərəfindən yazılmayıb, xətt ona məxsus deyildir, imzanı o atmayıb. Bakı şəhəri 15 saylı Notariat ofisi bu tələbə qarşı etirazı olmadığından və xx.xx.2008-ci il tarixində ərizənin təsdiq edilməsini sübut edən, həmin günə aid aparılmış notariat əməliyyatı jurnalından çıxarışı məhkəməyə təqdim etməyib. Belə ki, əgər notariat əməliyyatı aparılmışdırsa ərizənin surəti saxlanılmalı və imza jurnalda çəkilməli idi. Bir daha qeyd etmək istəyirlər ki, cavabdeh notariat əməliyyatını təsdiq edən sənədləri məhkəməyə verməyib və bununla bağlı izahatını məhkəməyə təqdim etməyib. Cavabdeh ona qarşı qaldırılan iddia tələbinə dair heç bir izahat verməyib, məhkəmə prosesində iştirak ilə bağlı göndərilən məhkəmə bildirişlərinə xx.xx.2023- cü il tarixdə, 975 saylı, xx.xx.2023-cü il tarixdə 1060 saylı, xx.xx.2023-cü il tarixdə 1156 saylı, xx.xx.2024-cü il tarixdə 297 saylı, xx.xx.2024-cü il tarixdə 787 saylı məktublarla cavab olaraq bildirib ki, iş yükləri çoxdur, məhkəmə prosesinin onların iştirakı olmadan baxılmasını xahiş edirlər. Göründüyü kimi, cavabdehin bu hərəkəti və ya hərəkətsizliyi ona qarşı qaldırılan iddia tələbi ilə razılaşdığını təsdiq edir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, işin mübahisəsiz halları aşağıdakılardan ibarətdir: iddiaçı, üçüncü şəxs və iki uşaqdan ibarət ailə üzvləri fərdi evin yerləşdiyi ərazidə mühüm dövlət obyekti tikilənə və əvəzinə dövlət tərəfindən yeni tikili mənzil verilənə qədər bir yerdə Bakı şəhəri Xutor qəsəbəsi, Karl Marks (indiki Ziya Bünyadov) 1-ci keçiddə yerləşən 4 A nömrəli fərdi yaşayış evində yaşamışlar; İddiaçı razılıq ərizəsi əsasında qardaşı X17 xx.xx.2005-ci il tarixində, bacısı X9 isə xx.xx.2008-ci il tarixində Bakı şəhəri, Xutor qəsəbəsi, Karl Marks (indiki Ziya Bünyadov) 1ci keçiddə yerləşən 4 A nömrəli fərdi yaşayış evinə qeydiyyata düşmüşlər; Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 53 saylı MKİS-nin Ev-Mənzil Vərəqəsinə əsasən 17 dekabr 2003-cü il tarixindən mülk sahibi İddiaçıdur; Bakı şəhəri, Xutor qəsəbəsi, Kar! Marks (indiki Ziya Bünyadov) 1-ci keçiddə yerləşən 4 A nöınrəli fərdi yaşayış evinə qeydiyyata düşənə qədər- İddiaçı qardaşı X17 2002-2005-ci il tarixlərində Gədəbəy rayonunda, bacısı X9 2005-2008-ci il tarixlərində Gədəbəy rayonunda qeydiyyatda olmuşdur. Belə bir sual doğurur ki, iddiaçı ailəsi ilə birlikdə yaşadığı evin əvəzinə verilən mənzili niyə sonradan qeydiyyata saldığı bacısına versin, bu sualın açıqlaması olmalıdır. Bundan başqa, əgər mənzil başqa şəxsə verilirsə niyə iddiaçının arvadının razılığı alınmır. Çünki sökülən ev onların birgə nikah dövrünə təsadüf edir. Ərizə birtərəfli əqd hesab olunursa, hətta əmlak üzərində sərəncam verilirsə bu əmlaka payı olan üçüncü şəxsin razılığı alınmalı idi. Əgər belə bir razılıq yoxdursa, ərizə təsdiq edildiyi andan etibarsızdır. Bununla yanaşı qeyd etmək istəyirik ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti bu prosesi apararkən “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun tələbinə əməl etməmişdir. Söküntüyə düşən evin əvəzinə verilən mənzilə dair saxtə ərizəni alsa da, həmin evə aidiyyəti olan şəxsləri və onların hüquqlarını gözləməmişdir. İcra Hakimiyyəti saxta ərizəni qəbul etmiş və həmin ərizədə “bizə veriləcək” deyəndə kimlərin nəzərdə tutulduğunu, “yeni mənzil” deyəndə harada yerləşən mənzilin yazılmamasını, “bacım X4 adına sənədləşdirilməsinə" deyəndə əmlaka adiyyəti şəxslərin razılığının alınıbalınmamasını, ərizədə onun verilmə tarixinin olmamasını, ərizədə yazıların üzərindən təkrarən yazılmasını diqqətə almayıb. Məhkəmə Ekspertiza Mərkəzinin rəylərini qəbul etmirlər. Ekspertlər düzgün formada tədqiqat aparmayıblar, nəticəyə gəlmələrinə əsas verən tədqiqatın aparılması qaydasına istinad etsələr də, rəydə əks etdirməyiblər. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Hesab edirlər ki, məhkəmə həqiqətə nail olmaq üçün digər sübutları nəzərə alacaqdır. İşin mübahisəsiz hallarını təşkil edən sübutlar məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 izahat verərək bildirdi ki, o, mənzil söküntüyə düşməzdən əvvəl orada yaşayıb, həmin mənzilə gəlin köçüb, mənzili əri hissə-hissə ödəniş etməklə alıb, mənzildə əri və uşaqları ilə birlikdə yaşayıb. Münahisələndirlən ərizənin tərtibindən ərinin, onun və uşaqlarının xəbəri olmayıb, əri nəsə sənəd tərtib etsə idi, bunu ona deyərdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, baxış iclasının iştirak olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh Bakı şəhəri 15 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2009-cu il tarixli 18/03- 8/1042 №-li məktubunda qeyd olunmuşdur ki, onların xx.xx.2008-ci il tarixli, 502 razılıq məktubunu nəzərə alaraq, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 1070-11 1073-1076 saylı məhəllələrdə yaşayan sakinlərin köçürülməsinin təmin edilməsi məqsədilə, A.M.Cümə küçəsi, 1969-cu məhəllədə yaşayış evlərinin tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırması işinə baxıb, (NLSB-nin işi, memar E.Soltanov) razılaşdırırlar. Sahənin ayrılması və tikintinin aparılması ilə əlaqədar sənədləşdirmə mövcud qanunvericiliyə uyğun müvafiq qaydada aparılmalıdır. - Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 129 sərəncamının surətindən görünür ki, Xan Şuşinski küçəsi, 1070-1072-1073-1076 saylı məhəllələrdə mühüm Dövlət obyektinin tikintisi ilə bağlı həmin ərazidəki evlərdə yaşayan sakinlərin köçürülməsinin təmin edilməsi məqsədilə, A.M.Cümə küçəsi, 1969-cu məhəllədə yaşayış evlərinin tikintisinə dair "xxxx" X15 tərəfindən təqdim olunmuş memarlıq-planlaşdırmasının eskiz layihəsi (NLSB-nun memar E.Soltanov) Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2009-cu tarixli, 18/03-8/1042 №li məktubu ilə razılaşdırılmışdır. Göstərilənləri nəzərə alaraq yuxarıda qeyd olunan məsələ ilə bağlı müvafiq sənədləşdirmənin başa çatdırılması məqsədilə Xan Şuşinski küçəsi 1070-1072- 1073-1076 saylı məhəllələrdə yaşayan sakinlərin köçürülməsinin təmin edilməsi məqsədilə Bakı Şəhər Memarlıq və Şəhərsal Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun, "xxxx" MMC tərəfindən A.M.Cümə küçəsi 1969-cu məhəllədə şəhərciyin salınmasına (yaşayış evlərinin tikintisini icazə verilməsi qərara alınmışdır. - Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 007018 saylı orderin surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 129 nömrəli sərəncamına əsasən ünvan 4 X5 5 nəfər ailə tərkibi İddiaçı (qardaşı), X.Q.Alıyev (qardaşı); S.İddiaçı (qardaşı qızı); A.İddiaçı (qardaşı oğlu) ilə yaşamaq hüququ verilmişdir. - İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, o, müraciətində onlara veriləcək yeni mənzilin bacısı X4 adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2051/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsinin surətindən görünür ki, X13, İddiaçı, X12, X11 X5 qarşı “mənzilə köçürülmə” tələbinə dair ilk iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı və onun iki övladı xx.xx.2000-ci il təvəllüdlü X12, xx.xx.2003-cü il təvəllüdlü X11 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, məh. 1969-da yerləşən 14 saylı evin 12 saylı mənzildən istifadə hüquqlarına xitam verilmişdir. - Bakı İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, e-2-1(112)-5268/2022 nömrəli qərardadından görünür ki, X9, İddiaçı və X18 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla orderin etibarsız hesab edilməsi barədə iddia mümkün sayılmamışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il ixli, 2- 1(103)-1961/2022 nömrəli qərardadından görünür ki, Bakı İnzibati Məhkəməsinin 7 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyaının 2-1(102)-1643/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçılar X8, X6 və X1 şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il ixli, 2-1(103)-1961/2022 nömrəli qəardadı dəyişdirilmədən saxlanılmışdır. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/562 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 31 oktyabr 2008-ci il tarixdə təsdiq olunmuş ərizədəki əlyazma və imza - İddiaçı tərəfindən icra olunmuşdur. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş təkrar məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 4/1309 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 95-ci vərəqəsində olan 31 oktyabr 2008-ci il tarixdə təsdiq olunmuş ərizədəki yazılar və “İddiaçıQ” yazıları önündəki imza- İddiaçı tərəfindən icra olunmuşdur. Mülki iş materialları ilə müəyyən edildi ki, Bakı şəhəri Nərimanov rayon icra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 129 nömrəli sərəncamı ilə Xan Şuşinski küçəsi, 1070-1072-1073-1076 saylı məhəllələrdə mühüm dövlət obyektinin tikintisi ilə bağlı həmin ərazidəki evlərdə yaşayan sakinlərin köçürülməsinin təmin edilməsi məqsədilə, A.M.Cümə küçəsi, 1969-cu məhəllədə yaşayış evlərinin tikintisinə dair "xxxx" X15yyəti tərəfindən təqdim olunmuş memarlıq-planlaşdırmasının eskiz layihəsi (NLSB-nun işi, memar E.Soltanov) Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2009-cu il tarixli, 18/03-8/1042 nömrəli məktubu ilə razılaşdırılmışdır. Göstərilənləri nəzərə alaraq Xan Şuşinski küçəsi, 1070-1072-1073-1076 saylı məhəllələrdə yaşayan sakinlərin köçürülməsinin təmin edilməsi məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun, "xxxx" MMC tərəfindən A.M.Cümə küçəsi 1969-cu məhəllədə şəhərciyin salınmasına (yaşayış evlərinin tikintisinə) icazə verilməsi qərara alınmışdır. Bakı şəhəri icra Hakimiyyəti başçısının özəlləşdirilmiş sahələrdə idman-sağlamlıq kompleksi, kinoteatr-ofis, yaşayış binaları, ticarət mərkəzi, yeraltı avtomobil dayanacağı, kotec tipli evlər, delfinariya və planetariya mərkəzinin layihələndirilməsinə icazə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 104 nömrəli sərəncamına əsasən "xxxx" MMC-nin xx.xx.2004-cü il tarixli, 04 saylı müraciəti nəzərə alınaraq, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 1070-1072-1073-1076 saylı məhəllələrdə, kotec tipli evlərin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi icarə əsasında həmin MMC-nin istifadəsinə ayrılmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 007018 saylı orderə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 129 nömrəli sərəncamına əsasən ünvan 4 ünvanında X5 5 nəfər ailə tərkibi-İddiaçı (qardaşı), X.Q.Alıyev (qardaşı), S.İddiaçıa (qardaşı qızı), A.İddiaçı (qardaşı oğlu) ilə birlikdə yaşamaq hüququ verilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov rayon icra Hakimiyyətinə ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizəyə əsasən müəyyən edilmişdir ki, o, veriləcək yeni mənzilin bacısı X4 adına sənədləşdirilməsinə etiraz etmir. Hazırda isə iddiaçı həmin ərizənin etibarsızlığına dair məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 hazırkı tələb üzrə iddia müddətinin ötürüldüyünü qeyd edib, bu barədə ərizə təqdim edərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Həmin qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən ərizə xx.xx.2008-ci ildə tərtib edilmiş və Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən təsdiq edilmişdir. İddiaçı hazırkı iddia ilə xx.xx.2023-cü ildə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyaının 2-1(102)-1643/2022 saylı xx.xx.2022-ci il tarixli qərarın göstərilmişdir ki, mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli mənzil üzərində hər hansı hüququn qeydiyyata alınmadığı özbaşına tikilinin onun yerləşdiyi ərazidə dövlət əhəmiyyətli obyektlərin tikintisi məqsədi ilə söküntüyə məruz qalması səbəbi ilə əvəzsiz qaydada Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 129 nömrəli sərəncamına əsasən ayrılmışdır. Həmin sərəncam əsasında Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən X4 adına tərtib olunmuş xx.xx.2009-cu il tarixli, 007018 saylı orderdə mənzilin ona 5 (beş) nəfər ailə üzvündən ibarət tərkibdə-o cümlədən İddiaçı (qardaşı), X.Q. Alıyev (qardaşı), S. İddiaçıa (qardaşı qızı) və A.İddiaçı (qardaşı oğlu) ibarət olmaqla birlikdə yaşamaq hüququ ilə verildiyi qeyd edilmişdir. Eləcə də söküntüyə məruz qalmış evdə qeydiyyatda olaraq yaşayan şəxslərin adları yeni mənzilə dair orderdə ailə üzvləri kimi qeyd olunmuşdur. Bununla bağlı nəzərə almaq lazımdır ki, cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən order verilərkən, həmin orderdə adları qeyd olunan şəxslər, o cümlədən iddiaçıların müvafiq olaraq əri və ataları və hazırkı iş üzrə üçüncü şəxs olan İddiaçı mənzilə aid orderin X4 adına tərtib olunmasına notarial qaydada təsdiq olunmuş ərizə ilə razılıq vermişdir. Notarial qaydada təsdiq olunmuş həmin ərizənin mötəbərliyini şübhə altına alan hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Həmin dövrdə, yəni 2009-cu ildə iddiaçılardan Alıyeva Səbinənin 9 yaşının, Aliyev Amilin 6 yaşının olduğu və bu baxımdan ataları İddiaçı onların qanuni nümayəndəsi qismində çıxış etməyə haqlı olduğu da diqqətə alınmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, iddiaçı Alıyeva Zəminə söküntüyə məruz qalmış evdə qeydiyyatda olmamış, eləcə də mübahisələndirilən orderdə də onun adı nəzərdə tutulmamışdır. Həmçinin, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2051/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının könüllü olaraq mənzili tərk etdiyi və həmin tarixdən etibarən mənzildə yaşamadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 10 illik iddia müddətini ötürmüşdür. İddiaçı tələbində mübahisələndirilən ərizədən məlumatsız olduğunu, ərizənin onun tərəfindən tərtib edilmədiyini qeyd etsə də, məhkəmə tərəfindən həmin hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməməklə iddia müddətini ötürmüdür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrindən görünür ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İş materiallarında olan İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, o, müraciətində onlara veriləcək yeni mənzilin bacısı X4 adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı isə belə bir ərizədən məlumatsız olduğunu, tərəfindən belə bir ərizənin tərtib edilmədiyinə istinad edərək, həmin ərizəni mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, qanunverici tərəfindən etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə müvafiq maddələrdə qruplaşdırılmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamanı ehtiva edir. Bu baxımdan, məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. Yuxarıda vurğulandığı kimi, hazırkı işdə iddiaçı ərizənin etibarsızlığını irəli sürərkən həmin əqdin onun tərəfindən tərtib edilmədiyini iddia etmişdir. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsi və vəkilinin vəsatətinə əsasən məhkəmə-xətşünaslıq və təkrar məhkəmə-xətşünaslıq ekspertizaları təyin edilmiş və hər iki ekspert rəyləri ilə ekspertizaya təqdim edilmiş, mülki işin 95-ci vərəqəsində olan 31 oktyabr 2008-ci il tarixdə təsdiq olunmuş ərizədəki yazılar və “İddiaçıQ” yazıları önündəki imza- İddiaçı tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən ərizənin iddiaçı tərəfindən tərtib edilməsi tam təsdiq olunur və sübuta yetirilir, ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirlən ərizədən məlumatsız olması, həmin ərizənin onun tərəfindən tərtib edilməməsi halı öz təsdini tapmadığından, iddia üzrə iddia müddəti ötürüldüyündən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 və X9 cəlb edilməklə cavabdeh Bakı şəhəri 15 saylı Notariat ofisinə qarşı “ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün ididaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/562 saylı və xx.xx.2024cü il tarixli 4/1309 saylı ekspert rəylərindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatarının dəyəri ümumilikdı 237 (127+110) manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmədiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 və X9 cəlb edilməklə cavabdeh Bakı şəhəri 15 saylı Notariat ofisinə qarşı “ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan 237 manat məbləğində pul ididaçı İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1325/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1325/2024
20.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver