Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1330/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanılıb və o, “Satış və Marketinq Departamenti”ndə satış nümayəndəsi vəzifəsinə təyin edilib. Bundan əlavə, həmin tarixdə onunla “Tam maddi məsuliyyət haqqında” müqavilə və “Kommersiya sirrinin açıqlanmamasına dair müqavilə”l bağlanılıb.Cavabdeh Mehman Əbdürrəhmanov 2019-cu ildə "xxxx" MMC-yə ərizə ilə müraciət edərək, məzuniyyət müddəti başa çatdıqdan sonra xx.xx.2019-cu il tarixindən işdən azad edilməsini xahiş edib. M.Əbdürrəhmanovun müraciətinə qanunla nəzərdə tutulmuş müddətdə baxılaraq, onun müəssisədə rəhbər vəzifə tutmasına, onunla müəssisə arasında tam maddi məsuliyyət və kommersiya sirrinin açıqlanmamasına dair müqavilələr bağlanmasına, həmçinin müəssisədə aparılan audit yoxlamalarının nəticələrinə görə onun fəaliyyətində əhəmiyyətli zərərlərə səbəb olan nöqsanlar olmasına əsaslı şübhələr olmasına görə "xxxx" MMC-nin icraçı direktorunun xx.xx.2019-cu il tarixli, AZT İR/047 saylı əmrinə əsasən X2 fəaliyyətinin yoxlanılması məqsədi ilə komissiya təşkil olunub.Yoxlama komissiyası təşkil edildiyi Cavabdeh bildirilib və komissiyanın iclaslarında iştirak etməsi üçün ona rəsmi bildiriş verilib.Yoxlama komissiya tərəfindən aparılan araşdırma nəticəsində qəbul edilən xx.xx.2019-cu il tarixli rəyə əsasən müəyyən edilib ki, M.Əbdürrəhmanov tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb və həmin cəmiyyət xx.xx.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Araşdırma materiallarında olan "xxxx" MMC-nin təsis sənədlərinin surətlərindən də görünür ki, X3 həmin Cəmiyyətin təsisçilərindən biridir və onun nizamnamə kapitalındakı payı 50% təşkil edir.Daha sonra M.Əbdürrəhmanov təsisçisi olduğu "xxxx" şirkətinin "xxxx" MMC ilə kontragent münasibətə daxil olmasına nail olub və həmin əlaqələrdən öz mənafeyinə uyğun və birbaşa olaraq "xxxx" MMC-nin maraqlarına zidd olaraq istifadə edib.Araşdırma zamanı komissiyanın iclasında M.Əbdürrəhmanovun belə bir əlaqəni inkar etməsinə baxmayaraq, bu əlaqə rəsmi sənədlərlə öz təsdiqini tapır.Hətta araşdırma zamanı M.Əbdürrəhmanovun fəaliyyəti dövründə "xxxx" MMC-nə məxsus nəqliyyat vasitələrindən belə qanunsuz olaraq öz məqsədləri üçün istifadə etdiyi müəyyən edilib. Belə ki, M.Əbdürrəhamnov "xxxx" MMC adından “Volvo” markalı **-JA-***/**-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün etbarnamə verib, lakin araşdırma zamanı həmin “Volvo” markalı **-JA- ***/**-ZX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin "xxxx" MMC-nə məxsus olması müəyyən edilib. Bundan əlavə, həmin sənədin M.Əbdürrəhmanov tərəfindən tərtib edilməsi həm də onunla öz təsdiqini tapır ki, etibarnamə tərtib olunarkən mexaniki səhvə yol verilib. Belə ki, etibarnamənin yuxarı hissəsində, ingilis dili versiyasında «Aztexnika» ltd yazılıb.Bundan əlavə, “Azərsun” şirkətindən "xxxx" MMC-nə daxil olan rəsmi e-mail yazışmasından açıq-aydın görünür ki, M.Əbdürrəhmanov “intechauto.az” domenində email ünvanına sahibdir və "xxxx" MMC-də göstərdiyi fəaliyyət ilə eyni fəaliyyəti həmin şirkət vasitəsi ilə də həyata keçirib.Araşdırma materiallarında olan "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanılan xx.xx.2018-ci il tarixli müqavilədən də görünür ki, M.Əbdürrəhmanovun təsisçisi olduğu "xxxx" MMC "xxxx" MMC-nin distrubyutoru olduğu "xxxx" şirkəti ilə əlaqəyə girərək onun distrubyutoru olub, "xxxx" MMC ilə eyni bazarda rəqabət təşkil edərək eyni müştərilərə eyni məhsulların satışını təşkil edib. Bununla da "xxxx" MMC-nə əhəmiyyətli miqdarda ziyan vurub.Bundan əlavə, komissiyanın fəaliyyəti zamanı satış departamentinin texniki satış şöbəsinin sənaye avadanlıqlarının satış bölməsinin rəisi X4 və satış departamentinin məhsul satışı şöbəsinin koordinatoru X5 təqdim etdikləri rəsmi sənədlərdən bəlli olmuşdur ki, şirkətdən kontragentlərə edilən satışlara dair sənədlərdə məhsulun qiymətləri artırılaraq kontragentlərə fərqli qiymətlərlə sənəd təqdim edilib və həmin sənədlər əsasında satılan mallar kontragentlərə təhvil verilib.Sənədlərin tədqiqi zamanı komissiya üzvləri yekdilliklə bu qənaətə gəliblər ki, məhsulların satış qiymətləri müvafiq rəhbərliyin xəbəri olmadan, şirkətin proseduruna uyğun olmayan sənəd tərtib etmə yolu ilə süni şəkildə artırılıb və kontragentlərə satış qiymətindən artıq olmaqla fərqli qiymətlə təqdim edilib.Prosedura uyğun olmayan sənədlərdə Şirkət tərəfindən imzanı satış departamentinin məhsul satışı şöbəsinin koordinatoru X7 icra etdiyindən bu barədə komissiyaya izahat verməsi təklif olunub və sonuncu öz izahatında bu prosedurun M.Əbdürrəhmanov tərəfindən müəyyən edildiyini, işin belə aparılmalı olduğu barədə göstəriş aldığını və M.Əbdürrəhmanov onun birbaşa rəhbəri olduğuna görə onun göstərişini yerinə yetirdiyini bəyan edib.Göstərilən xüsusatlar bir daha onu təsdiq edir ki, M.Əbdürrəhmanov fəaliyət dövrü ərzində şirkət qarşısında götürdüyü öhdəliklərini, o cümlədən əmək müqaviləsindəki öhdəliklərini kobud şəkildə pozub, bununla da şirkətə əhəmiyyətli zərər vurub. Bu səbəbdən yoxlama komissiyasının gəldiyi nəticəyə uyğun olaraq, M.Əbdürrəhmanovun öz xahişi ilə deyil, əmək müqaviləsinin şərtlərini və götürdüyü digər rəsmi öhdəlikləri kobud şəkildə pozduğuna görə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70 və 72-ci maddələrinin tələblərinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədə uyğun hesab edilib. Bununla yanaşı, yoxlama komissiyanın gəldiyi qənaətə uyğun olaraq M.Əbdürrəhmanovun fəaliyyəti dövründə kontragentlərlə apardığı alqı-satqı və maliyyə əməliyyatları, həmçinin kommersiya sirrinin açıqlanmamasına dair müqavilənin şərtlərini pozulması nəticəsində şirkətə nə qədər zərər vurmasının müəyyən edilməsi məqsədi ilə müstəqil auditin cəlb edilməsi qərara alınıb.Cavabdeh X1 cəmiyyətdə fəaliyyət göstərdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan dövrdə "xxxx" MMC-nin işgüzar fəaliyyətinə vurmuş olduğu zərərin müəyyən olunması məqsədi ilə audit yoxlaması aparılıb. Təqdim edilən audit rəyinə əsasən "xxxx" MMC-nin məhsul satışı şöbəsinin müdiri, maddi-məsul şəxs X1 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan dövrdə "xxxx" MMC-nə 563.588 manat məbləğində ziyan vurduğu hesablanıb.İddia ərizəsinə əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli məktuba əsasən müəyyən edilir ki, X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnamə kapitalında 50% təsis payına malikdir. İddiaçı "xxxx" ilə cavabdeh X3 arasında bağlanan xx.xx.2014cü il tarixli “kommersiya sirrinin açıqlanmamasına dair” müqavilənin 1.1-ci maddəsinə əsasən işçi işəgötürənin kommersiya sirrini təşkil edən informasiyanın açıqlanmaması və tərəflər arasında bağlanan əmək müqaviləsini icra edərkən işçi tərəfindən əldə olunan işəgötürənin kontragent və müştərilərinin adlarının açıqlanmaması öhdəliyini, eləcə də müqavilənin icrası müddətində, o cümlədən onun dayandırılmasından sonra 5 il ərzində kommersiya sirrini təşkil edən informasiyanın digər məqsədlər üçün istifadə edilməməsi öhdəliyini öz üzərinə götürür.Həmin müqavilənin 1.3-cü bəndinə əsasən tərəflər razılaşma və müqavilənin məqsədləri üçün «İşəgötürənin kontragentləri və müştəriləri» termini altında işəgötürənin münasibətdə olduğu və gələcəkdə münasibət yaratdığı istənilən kontragent və müştərilər nəzərdə tutulur.Qeyd edilən müqavilənin 2.1-ci maddəsinə əsasən işçi ona etibar edilən və ya müqavilənin icrası ilə əlaqədar ona məlum olacaq kommersiya sirrini təşkil edən İnformasiyanı yaymamaq, və bu informasiyanın digər şəxslər tərəfindən əldə və istifadə olunmasına köməklik göstərməmək öhdəliyini öz üzərinə götürür.İddiaçı "xxxx" ilə cavabdeh X3 arasında bağlanan “Tam madi məsuliyyət haqqında” müqavilənin 1-ci bəndinə əsasən işçi ona işəgötürən tərəfindən etibar edilən maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürüb. İddia ərizəsinə əlavə edilən, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən göndərilən xx.xx.2021-ci il tarixli məktuba əsasən müəyyən edilir ki, cavabdeh X1 qanunazidd hərəkətləri barədə edilən müraciətə baxılıb və məhkəməyə müraciət etmək hüququnun olması izah edilib. İddia ərizəsinə əlavə edilən audit rəyindən görünür ki, həmin rəy xx.xx.2021-ci il tarixdə tərtib edilib və cavabdeh M.Əbdürrəhmanovun "xxxx" MMC-nə vurduğu ziyanın məbləği müəyən edilib. Beləliklə, məhkəməyə müraciət üçün müddətin axımı audit rəyinin alındığı andan hesablanır. Göstərilənlərə əsasən, məhkəmədən xahiş edir ki, "xxxx" MMC-də fəaliyyət göstərdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan dövrdə onunla bağlanan “Kommersiya sirrinin açıqlanmamasına dair” və “Tam maddi məsuliyyət” haqqında müqavilələrin tələblərini kobud şəkildə pozaraq, cəmiyyətə vurduğu və audit rəyinə əsasən təsdiq edilən 563.588,46 manat məbləğində ziyanın və 1781 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Mehman Əbdürrəhmanovdan alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılsın Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmənin 24 may 2022-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməmiş və izahat verərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs 2019-cu ildə işdən azad olunması ilə bağlı ərizə təqdim edib, lakin onun ərizəsinə hər hansı bir münasibət bildirilməyib.Ərizəsində qeyd edir ki, “mən hal-hazırda məzuniyyətdəyəm və məzuniyyətimin son gününü işdən azad olunması günü kimi əmr verilsin”.Səhərsi gün o, işə gedən zaman onu binanın daxilinə buraxmayıblar və işdən azad edilmə ilə bağlı hər hansı bir sənəd verməyiblər.Bundan sonra cavabdeh bir neçə teleqram göndərərək işdən azad olunmasını tələb etsə də, bunun müsbət bir nəticəsi olmamışdır. Cavabdeh dərhal əmək müfəttişliyinə bununla bağlı şikayət ərizəsi vermişdir. Həmin şikayət əsasında şirkət cərimələnmişdir.Bundan sonra şirkətə ünvanlanan ərizəyə cavab verilmişdir.Həmin cavabda qeyd edilmişdir ki, “vəzifəli şəxs olduğun üçün işdən azad oluna bilməzsən”. Bundan bir müddət sonra işdən kənarlaşdırılması ilə bağlı bir neçə sənəd cavabdehə təqdim olunub. “Total Vostoka”-la bağlı qeyd etmək istəyir ki, Mehman iddiaçı şirkətdə çalışan zaman onların məsul şəxsləri ilə 25 mart 2019-cu il tarixdə yazışmalar aparıb.Həmin yazışmalardan da,görünür ki, "xxxx" iddiaçı şirkətlə müqaviləni uzatmaq fikrində deyil, Mehman isə ondan xahiş edir ki, müqaviləyə xitam verilməsin və onlar Moskva şəhərinə gedib, müqaviləni müzakirə etmələri üçün onlara vaxt verilməsini xahiş edir.Bu da, onu sübut edir ki, Mehman işlədiyi şikrətin mənafeyinə uyğun olaraq danışıqlar aparıb hər hansı bir ziddiyətə yol verməyib. Bununla da, şikrətlər arasında olan münasibətlərin pozulmamasına cəhd göstərib. Obyektiv həqiqətin üzə çıxarılması üçün hesab edir ki, iş üzrə mühasibatlıq ekspertizası təyin olunmalıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2014-cü il tarixli müqavilədən görünür ki, “hazırkı razılaşma ilə işçi işəgötürənin kommersiya sirrini təşkil edən informasiyanın açıqlanmaması və(və yaxud) tərəflər arasında bağlanmış əmək müqaviləsini icra edərkən işçi tərəfindən əldə olunan işəgötürənin kontragent və müştərilərinin açıqlanmaması öhdəliyini,eləcə də müqavilənin icrası müddətində,o cümlədən onun dayandırılmasından sonra 5 il ərzində kommersiya sirrini təşkil edən informasiyanın digər məqsədlər üçün istifadə edilməməsi öhdəliyini(İşəgötürənin xidməti tapşırıqları istisna olunmaqla)öz üzərinə götürür” Həmin müqaviləyə 1 nömrəli əlavədə işəgötürənin kommersiya sirrini təşkil edən məlumatların siyahisı təsdiq olunmuşdur. "xxxx" MMC-nin 2018-ci ilin dekabr ayında dövlət qeydiyyatından keçmiş inizamnaməsindən görünür ki,həmin cəmiyyətin təsisçiləri X10 və Cavabdehdur, hüquqi üvanı Abşeron rayonu, Məmmədli kəndi,Yeni massiv küçəsi ev 13,mənzil 15-dir. Moskva şəhərində yerləşən “TOTAL VOSTOK MMC (tədarükçü) ilə "xxxx" MMC (alıcı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki,1-ci tərəf 2-ci tərəfə 5000000(beş milyon)EVRO dəyərində mal tədarük etməyi,2-ci tərəf isə həmin malı qəbul edib dəyərini ödəməyi öhtəsinə götürmüşdür. “TOTAL VOSTOK MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 25 mart 2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki,tərəflər arasında bağlanmış razılaşmaya onlar tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X8 18 saylı,xx.xx.2022-ci il tarixli auditor rəyindən görünür ki,o, “Cavabdeh "xxxx" MMC-də ifəaliyyət göstərdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək dövrü əhatə edən audit yoxlaması aparmışdır.Audit yoxlaması xx.xx.2021-ci il tarixdə başlamış və fasilələrlə davam etdirilərək xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır.Auditə təqdim olunan sənədlərin düzgünlüyünə sifarişçi məsuliyyət daşıyır.Onun vəzifəsi apardığı audit əsasında auditə təqdim olunmuş mühasibət sənədləri üzrə rəy ifadə etməkdir.O,auditi beynəlxalq audit standartlarına uyğun aparmışdır.Bu standartlar ondan etik normalara riayət etməy və auditin planlaşdırılmasını və aparılmasını maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir. "xxxx" MMCnin satış şöbəsinin müdiri Cavabdeh mühərrik və sürtkü yağlarının satış dövriyyəsi terminalıının məlumatlarına(mühasibat sənədlərinə) və sistemdən çıxarışlara əsasən”aşağıdakılar müəyyən olundu:Audit olunan xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixinə kimi olan dövrdə "xxxx" MMC ilə alqı-satqı aparmış alıcıların sayı 182 olmaqla orta aylıq satış 183.381.62 manat-15 ayda cəmi satış 2.750.724.37 manat olmuşdur. Cavabdeh 50% paya sahib olduğu "xxxx" MMC fəaliyyətə başladığı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə kimi olan dövrdə isə "xxxx" MMC ilə alqı-satqı aparmış alıcıların sayı 99 olmaqla orta aylıq satış 33.091.37 manat-15 ayda cəmi satış 496.370.52 manat olmuşdur.Göründüyü kimi,müqayisə olunan ilk 15 ayla sonrakı 15 ay arasında "xxxx" MMC-nin alıcılarının sayı 189-99=83 alıcı azalmışdır.Qeyd olunan dövrdə cəmiyyətin mühərrik və sürtkü yağlarının satışından əldə olunmuş ümumi gəliri isə 2.750.724.37-496.370.52=2.254.353.85 manat azalmışdır.Qeyd olunan məhsulların satışından cəmiyyətin 25% ümumi mənfəət əldə edəcəyi nəzərə alınsa son 15 ayda "xxxx" MMC-yə 2.254.353.85 x 25%= 563.588.46 manat zərər vurulmuşdur.Beləliklə Cavabdeh təsisçisi olduğu "xxxx" MMC-nin fəaliyyət göstərdiyi 15 ay ərzində "xxxx" MMC mühərrik və sürtkü yağlarının satışından 563.588.46 manat az gəlir əldə etmişdir.Onun fikrincə "xxxx" MMC-nin məhsul satışı şöbəsinin müdiri,maddi-məsul şəxs Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə kimi olan dövrdə 563.588.46 manat cəmiyyətə vurduğu ziyan-zərər ilkin sənədlərə uyğun olaraq onda ədalətli təsəvvür yaradır.Sərbəst auditin rəyi xx.xx.2021-ci il tarixd eyni qüvvəyə malik üç nüsxədə tərtib olunmuşdur.Bunlardan bir nüsxəsi "xxxx" MMC-nin rəhbərliyində,bir nüsxəsi isə sərbəst auditdə saxlanılır” Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş,ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur.Həmin mərkəzin eksperti Rövşən Cəlilov 22 iyun 2022-ci il tarxli məktubla rəy verməkdən imtina etmişdir.Bunu onunla əsaslandırmışdır ki, “məhkəmə mühasibatlıq ekspertizası yoxlama materialları(mühasibat sənədləri)əsasında aparılan tədqiqatdır.Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2.3-cü bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. Məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X11 izahat verərək göstərdi ki, ona verilmiş xüsusi lisenziya əsasında audit fəaliyyəti ilə məşğul olur. "xxxx" MMC ona müraciət edərək şirkətə vurulan zərərlə bağlı audit aparmağını xahiş etmişdir. Bunun əsasında tərəfindən sənədlər tələb olunmuş, hesabtlar aparılmış və yekunda müvafiq rəy tərtib olunmuşdur. Həmin rəy məhkəməyə təqdim olunub, hesabatla bağlı sənədləri də hazırda məhkəməyə təqdim edir, həmin sənədlərin üzərində zəruri qeydlər də aparılıb. Rəydə göstərilənləri müdafiə edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İşin hallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanılıb və o, “Satış və Marketinq Departamenti”ndə satış nümayəndəsi vəzifəsinə təyin edilib. Həmin tarixdə onunla “Tam maddi məsuliyyət haqqında” müqavilə və “Kommersiya sirrinin açıqlanmamasına dair müqavilə” bağlanılıb.X1 cəmiyyətdə fəaliyyət göstərdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan dövrdə "xxxx" MMC-nin işgüzar fəaliyyətinə vurmuş olduğu zərərin müəyyən olunması məqsədi ilə audit yoxlaması aparılıb. Təqdim edilən audit rəyinə əsasən "xxxx" MMC-nin məhsul satışı şöbəsinin müdiri, maddi-məsul şəxs X1 xx.xx.2018ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan dövrdə "xxxx" MMC-nə 563.588 manat məbləğində ziyan vurduğu müəyyən olunub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının nümayəndəsi iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etsə də,məhkəmənin 24 may 2022-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi həmin iclasda iddianı qəbul etməmiş,lakin məhkəməyə iddia tələbinin əsaslandırıldığı halları təkzib edən hər hansı bir sübutu təqdim etməmişdir.Digər məhkəmə iclaslarında isə iştirak etməmişdir. Ona görə də məhkəmə yalnız keçirilmiş məhkəmə iclaslarında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki,iddia əsaslıdır. Ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəməyə müraciət edərkən 1781 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia təmin olunmalı, Cavabdeh 563.588,46 manat məbləğində vurulmuş ziyan və 1781 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 563.588,46 manat məbləğində vurulmuş ziyan və 1781 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-1330/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1330/2022
29.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver