Məhkəmə qərarları › İş №e-2(007)-134/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-134/2025

28.11.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-134/2025 28.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı ilkin və iddiaçı Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 15 saylı notariat ofisi cəlb edilməklə cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: “mənzilin naturada ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satış pulunun paylara uyğun bölünməsi, vəsiyyətnamənin etibarsız sayılması və ləyaqətsiz vərəsə kimi tanınma” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1, İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 İsgəndər oğlunun, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “mənzilin naturada ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satış pulunun paylara uyğun bölünməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 15 saylı notariat ofisi cəlb edilməklə cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “15 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin etibarsız sayılması və İddiaçı1 ilə İddiaçı2 ləyaqətsiz vərəsə kimi tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında paylı mülkiyyətdə olan 54 saylı mənzildən payların naturada ayrılaraq 4/6 hissəsini İddiaçı2, 1/6 hissəsi İddiaçı1 verilməsi, 1/6 hisəsini isə X18 adında saxlanılması və hissələrin tanıdılması haqqında, məhkəmə araşdırılması nəticəsində mənzilin konfiqurasiyasına görə payların naturada ayrılması açıq-aşkar mümkün olmadığı halda və ya məqsədəmüvafiq hesab edilmədiyi halda mənzilin açıq hərracdan satılması və satış pulunun hər birinin payına mütənasib surətdə onlara verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 və İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraicət edərək, ünvan 1 ünvanında paylı mülkiyyətdə olan 54 saylı mənzildən payların naturada ayrılaraq 4/6 hissəsini İddiaçı2, 1/6 hissəsi İddiaçı1 verilməsi, 1/6 hisəsini isə X18 adında saxlanılması və hissələrinin tanınması, qeyd olunan hallar mümkün olmadıqda və ya məqsədəmüvafiq olmadıqda, Cavabdeh 20000 manat kompensasiya verilməsi, bu da mümkün olmadıqda açıq hərracdan satılması və satış pulunun hər birinin payına mütənasib qaydada onlara verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

3. İddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, mərhum anaları X3 miras qalan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 27 ünvanında yerləşən 54 saylı mənzil 6 hissəyə bölünərək, 4/6 İddiaçı2 adına, 1/6 hissəsi İddiaçı1 adına 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatdan keçib, Cavabdeh çatmalı olan 1/6 hissəsi mərhum anasının adında açıq qalıb. Cavabdehli oğlu onun payına düşən 1/6 hissəni rəsmiləşdirməkdən boyun qaçırır. Hazırda Cavabdeh və onunla birgə nikahsız yaşayan X9 həmin mənzili bütövlükdə zəbt ediblər və onların öz mülkiyyətlərində olan hissələrə münasibətdə sahiblik və isitifadə hüquqlarına maneəçilik törədirlər. Onları mənzilə buraxmırlar. Ona görə də, ümumi paylı mülkiyyətdə olan mənzildən hər birinin payının naturada ayrılması zərurəti yaranıb. Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən verilmiş dövlət reyestr **********0- 05101-093001 №-li çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 27, 54 saylı paylı mülkiyyətdə olan mənzil 61,95 kv.metr olmaqla 4/6 hisəsi İddiaçı2, 1/6 hissəsi İddiaçı1 mülkiyyətinə verilib, 1/6 hissəsi isə mərhum (miras qoyan) X14 adında açıq saxlanılıb. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarisi tərəfindən vəkil sorğusuna əsasən verilmiş 2-21330/2- 43824/**********743824 saylı xx.xx.2023-cü il trixli məlumat məktubundan görünür ki, Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, ev 27, 54 saylı mənzilin 4/6 hissəsi Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 2V-96 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə İddiaçı2 adına, 1/6 hissəsi Bakı şəhəri 15 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 2V-95 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə İddiaçı1 adına qeydiyyata alınıb və hazırda mülkiyyətindədir. Mənzilin 1/6 hissəsi isə X5 (mərhum) adında açıq saxlanılıb. Onlar mənzildə olan paylarının razılıq yolu ilə bölünməsinə nail ola bilməyiblər. Paylarının razılaşma yolu ilə bölünməsinə cavabdeh-vərəsə Cavabdeh maneəçilik törədir. Ona ünvanlanmış pretenziya məktubunu xx.xx.2024-cü il tarixdə alsa da, bu günədək onu razılığa gətirə bilməyiblər. Səbəb kimi mənzilin konfiqurasiyasına görə bölünməsi mümükün olmadığını onlara şifahi qaydada bildirir. Mənzil 3 otaqdan, bir girişdən, 61,95 kv.m sahədən ibarətdir. Mənzil konfiqurasiyasına görə bölünə bilmədiyi səbəbindən sataraq bölüşdürulməsi təklifləri ilə cavabdeh razılaşmır. Hesab edirlər ki, birgə ümumi mülkiyyətlərində olan mənzildən payların açıq-aşkar naturada ayrılması mümkün olmadığı halda, mənzil satılaraq əldə olunan pul bölüşdürülməlidir. Mənzildən payların ayrılması barədə aralarında ixtilaf olduğuna görə cavabdeh özünün payına düşən hissəsini rəsmiləşdirməkdən boyun qaçırır. Beləliklə, mübahisəli mənzilin 4/6 hissəsi İddiaçı2, 1/6 hissəsi İddiaçı1 mülkiyyətindədir. Həmin mənzilin cavabdehə çatmalı olan 1/6 hissəsi mərhum analarının adında qalıb. Cavabdeh onlara problemlər yaratmaq məqsədi ilə həmin 1/6 hissəni özünün adına rəsmiləşdirməkdən boyun qaçırır. Ona görə də, mübahisəli mənzilin hər birisinin mülkiyyətində olan pay hissəinə uyğun naturada payları ayrılmalı və onlara təhvil verilməlidir. Mənzilin konfiqurasiyasına görə payların ayrılması açıq-aşkar mümkün olmadığı halda, mənzil hərracda satılmalı və onların payları verilməlidir.

Qarşılıqlı iddia tələbi:

4. Cavabdeh xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum valideyni X14 imzası olmayan, iradəsinə zidd 15 saylı notarius tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilərək, cavabdehlər İddiaçı1 və İddiaçı2 məhkəmə tərəfindən ləyaqətsiz vərəsə kimi tanınması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

5. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mərhum valideyni X5 imzası olmayan, iradəsinə zidd Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 09 sentyabr 2021-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi və İddiaçı2 və İddiaçı1 məhkəmə tərəfindən ləyaqətsiz vərəsə kimi tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə araşdırması zamanı Bakı şəhəri 15 saylı notariat ofisi qarşılıqlı iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar:

7. İddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, mərhum anaları X10 onunla birgə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 27 ünvanında yaşayıb və vəfat edib. Mərhum anaları bütün xəstəlik zamanında və ondan qabaq o və rəsmi arvadı baxıb, ehtiyaclarını, dərmanlarını, şəxsi baxıcı xərclərini onlar qarşılayıblar. Mərhum anasının Beyin ödəmi keçirdiyi, iflic olmasından öncə ona verdiyi baş etibarnamə ilə onun bütün işlərini və əmlakını o, idarə edirdi. Lakin anasının iflic olması, beyin ödəməsi xəstəliyinə tutulduqda fikirlərini bildirə bilməməsi, tərpənə bilməməsi xəstəlik xərclərinin artması, arvadının da işləməsi və ona maddi dəstək olması, yataq xəstəsinə baxmağı bacaran bir insanı baxıcı olaraq tutmağa məcbur edib. Bu fürsətdən istifadə edən cavabdehlər anasının şəxsiyyət vəsiqəsi və baş etibarnaməsi onda ola-ola evdə olmadıqlarından istifadə edərək dövlət orqanlarına yalan məlumat verərək guya ki, anası şəxsiyyət vəsiqəsini itirib, xəstənin uzanmış vəziyyətdə şəkilini çəkərək, yeni şəxsiyyət vəsiqəsi çıxarmağa nail olublar. Bundan sonra evə notarius çağrılıb. Əlləri, bədəni işlək olmayan, iflic xəstəsi olan mərhum anasının guya ki, pensiya kartının vaxtının keçməsi, yeni kart alınması, kart alınmadığı halda ona baxanın olmayacağını deyərək, əlindən tutub yazılanlara qol çəkdiriblər. Notariusda qanunsuz hərəkətlərə qol qoyan cavabdehlər bu yolda miras payını öz xeyirlərinə çoxaltmağa müvəffəq olublar. Bu barədə prokurorluğa müraciət edərək, bildirib və ərizəsində bu tip xəstə insan miras notarius tərəfindən açılarkən vəsiyyət edənin sözləri ilə iki şahidin yanında yazılmayıb, texniki vasitələrin istifadə olunması, video görüntülərinin olmasını bu qanunsuz hərəkətlərin ifşa olunaraq barələrində qanuni tədbir görülməsini xahiş edib. Eyni zamanda 15 saylı notariusa Mülki Məcəllənin 1191-ci maddəsində göstərildiyi kimi vərəsələrin vəsiyyatnamənin məzmunu ilə tanış olması haqqının olmasını, bu barədə müvafiq protokol tərtib olunmasını bildirsəmdə bu günə kimi vəsiyyətnamə ilə tanış olmayıb. Eyni zamanda bildirmək istəyir ki, sözügedən mənzil 45,95 kv.m olan 3 otaqlı mənzil kimi reysterdən keçsə də, 1992-ci ildə Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 27 ünvanının sakinləri tərəfindən Nizami rayon İcra hakimiyyətinə müraciəti əsasında İcra hakimiyyətinin etiraz etməməsinə görə şəxsi vəsaiti ilə evi 20 kv.m böyütməyə nail olub və əsaslı təmir etdirib. 1992-ci ildə isə cavabdeh İddiaçı2 ailəli idi və 1988-ci ildə nikaha girərək öz ailəsi ilə ayrı yaşayırdı. Digər cavabdeh isə heç bir yerdə işləmirdi. Buna baxmayaraq cavabdehlər yeni çıxarışda bu sahəni ümumi mülkiyyətə salıblar. Bu barədə vərəsəlik şəhadətnaməsində qeyd olunub. Cavabdehlər faktiki Nizami Rayon Məhkəməsinə müraciət etmələrindən qabaq cavabdehlərin pasport qeydiyyat şöbəsini aldadaraq mərhum anasının şəxsiyyət vəsiqəsinin itməsini bildirərək, gizli və aldatma yolu ilə şəxsiyyət vəsiqəsi əldə edərək, 15 saylı notarius ofisi ilə cinayət əlaqəsinə girib iflic xəstəsi, danışma fikrini izah edə bilməyən xəstə mərhum analarını heç bir şahid olmadan xüsusi vasitələrdən istifadə etməyərək, vərəsəlik almalarını, mərhumun iradəsinə zidd hərəkətlərin prokurorluq tərəfindən araşdırılaraq ifşa olunması üçün müraciət edib. Cavabdehlər mərhum anası ilə mənzil üstündə hələ xəstə olmayan vaxtlarda belə dəfələrlə mübahisələri olub. Mülki Məcəllənin 1137-ci maddəsi, miras qoyanın son iradəsini həyata keçirilməsinə qəsdən maneə törədib və bununla da özünün və yaxud özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərib, və yaxud vəsiyyatnamədə ifadə etmiş son iradəsinə qarşı qəsdən cinayət və digər əxlaqsız hərəkət törətmiş şəxs ləyaqətsiz vərəsə hesab olunur. Ləyaqətsiz vərəsə hesab edilən şəxs ləyaqətsiz vərəsənin qanunvericiliklə müəyyən edilmiş əlamətlərdən biri yetərlidir ki, şəxs ləyaqətsiz vərəsə sayılsın. Amma bütün bu əlamətlər məhkəmə tərəfindən təsdiq edilməlidir.

İş materialları:

8. 09 sentyabr 2021-ci il tarixli vəsiyyətnaməsindən görünür ki, X15 mülkiyyətində olan ölən günədək ona məxsus bütün daşınar və daşınmaz əmlakını- ünvan 3 ünvanında qeydiyyat olan qızı İddiaçı2 vəsiyyət edir. Azərbaycan Respublikası Mülki Məcələsinin 1166-1178-ci və 1193-cü maddələrinin məzmunu notarius tərəfindən ona izah edildi. Vəsiyyətnamə iki nüsxədən ibarət tərtib edildi, nüsxəsinin biri notariat ofisində saxlanıdı, digəri isə vəsiyyət edənə verildi.

9. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 982 nömrə ilə qeyd edilmişdir.

10. Bakı şəhəri 15 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi: oğlu Cavabdehdur. O, miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2006 tarixdə X6 verilmiş **********40-05101-093001 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 61,95 kv.m, yaşayış sahəsi -5.95 kv.m, olan 3 otaqlı mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023 tarixli qeydiyyat römrəsi **********İL70802 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək həmin mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İddiaçı1 miras əmlakın 1/6 hissəsinə məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı2 miras əmlakın 4/6 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

11. Bakı şəhəri 15 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi: qızı İddiaçı2dır. O, miras əmlakdan 4/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2006 tarixdə X6 verilmiş **********40-05101-093001 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 61,95 kv.m, yaşayış sahəsi -5.95 kv.m, olan 3 otaqlı mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023 tarixli qeydiyyat römrəsi **********İL70802 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək həmin mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İddiaçı1 miras əmlakın 1/6 hissəsinə məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh miras əmlakın 1/6 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəyi müəyyən edilmişdir.

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 27, 54 saylı mənzil Bakı şəhəri icra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 208/5 nömrəli sərəncamına, 58 nömrəli xx.xx.2006-cı il tarixli forma 2 arayışına, İddiaçı1, X23, Cavabdeh tərəfindən verilmiş razılıq ərizələrinə əsasən xx.xx.2006-cı il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. Sözügedən evin 4/6 hissəsi Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 2V-96 reyestr nömrəii vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə İddiaçı2 adına, 1/6 hissəsi Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 2V-95 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə İddiaçı1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. 1/6 hissə X5 adında açıq saxlanılmışdır.

13. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışının surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil X11 adına xx.xx.2023-cü il tarixdə 4/6 hissədə, İddiaçı1 adına xx.xx.2023-cü il tarixdə 1/6 hissədə xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmış, həmin mənzilin 1/6 hissəsi isə X5 adına açıq saxlanılmışdır.

14. Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində (Cavabdeh ərizə və izahatını almaq mümkün olmadığından, fakt öz təsdiqini tapmadığından, mövcud qanunvericiliyə uyğun müddət başa çatdığından) göstərilənlərə əsasən Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

15. Bakı şəhəri 15 saylı Notariat Ofisi tərəfindən Cavabdehünvanlanmış xx.xx.2023cü il tarixli 347 saylı məktubdan görünür ki, Bakı şəhəri 15 saylı Notariat Ofisinə vətəndaş İddiaçı2 müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edəb sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2022-ci il tarixdə vəfat etmiş X14 adına Vərəsəlik işi açılıb. Azərbaycan Respublikası mülki Məcələsinin 1243, 1246, 1321, 1322-ci maddələrinin uyğun olaraq mirası qəbul etmiş vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. Vərəsə Mülki Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, onun miras payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına əlavə edilir. Odur ki, vərəslik hüququnun rəsmiləşdirilməsi ilə bağlı öz iradə ifadəsini bildirmək üçün 15 (on beş) gün müddətində notariat ofisinə müraciət edilməsi xahiş olunur.

16. Məhkəmənin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 10/2067 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 27 saylı evin, 54 saylı mənzilinin tərəflərin paylarına uyğun naturada bölünməsinin AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”- nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərinin və Məhkəmə Tikinti-X16 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Tədqiq olunan mənzilin bölünməsi mümkün olmadığından ikinci sual üzrə tədqiqat aparılmamışdır. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edilir. Bu səbəbdən də qoyulmuş sual üzrə tətqiqat aparılmadı.

17. Məhkəmənin qərardadına əsasən Məhkəmə Ekspertizası Bürosu tərəfindən keçirilmiş qiymətləndirilməyə dair xx.xx.2025-ci il tarixli hesabatdan görünür ki, Mərkəzi Ekspertiza Bürosunun qiymətləndirici-mütəxəssisləri tərəfindən aparılmış hesablamalar və təhlillər nəticəsində müəyyən edilmişdir ki, ünvan 7 ünvanında yerləşən mənzilin bazar və likvid bazar dəyəri 136,200 (bir yüz otuz altı min iki yüz) manat, likvid dəyəri 122,500 (bir yüz iyirmi iki min beş yüz) manat təşkil edir.

Tərəflərin izahatları:

18. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verdi və ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etdi. Əlavə olaraq bildirdi ki, mərhum anasının tez-tez təzyiqi qalxdığında onlar təcili yardım çağırırdılar. Təcili yardım əməkdaşları da anasının şəxsiyyəti vəsiqəsini istəyirdi. Anasından şəxsiyyət vəsiqəsinin harada olduğunu soruşduqda, məlumatı olmadığını bildirirdi, onlar da da surəti yox idi. Bu səbəbdən məcbur qalaraq, Asan xidmət mərkəzinə müraciət ediblər, səhiyyə xidməti mənzilə gələrək, anası üçün şəxsiyyət vəsiqəsi tərtib edib. Vəsiyyətnamə yazılarkən Cavabdeha dəmələrinin səbəbi onun evdə olmaması idi, vəsiyyətnaməni yazmaq üçün notarius evə gəlib. Lakin qardaşına etibarnamə veriləndə, heç kimin xəbəri olmayıb, ona da xəbər verməyiblər. Anası yıxılanda, bacısı Nailə binada qalxaraq 5-ci mərtəbədən kömək istəyirdi. Qardaşı İsa özü ya da arvadı qapından keçib deyirdi ki, “sənin yerin qəbiristanlıqdır, adam nə qədər yıxılar, mənim qolum səni qaldırmaqdan yoruldu”. Anasına başqa sözlər də deyib. Mərhum anası təyziqli insan idi, stress çəkirdi. 2020-ci ildə koronavirusa yoluxub, qardaşı İsa ilə arvadı anasının evdən çıxmaması üçün bacısını pis vəziyyətə salırdı. Nə anası, nə də atası qardaşı İsanın evliliyinə xeyir-dua verməyib. Atası həmişə deyirdi ki, “Bu ev mənzil 3 qızımındır, sən əgər kişisənsə bu evdən çıx get”. Virusa yoluxan vaxt anası iflic olmayıb, 2022-ci ilin oktyabr ayında iflic keçirib. Anasının bütün xərclərini onlar qarşılayıblar, qardaşı İsa heç bir maddi kömək göstərməyib.

19. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verdi və ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etdi.

20. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 İsgəndər oğlu ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verdi və ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli mənzilin dəyəri olan 136200 manat məbləğin 1/6 hissəsi 22700 manatdır. İddiaçılar cavabdehin mənzil üzərində olan hüququna xitam verilməsi üçün 22700 manat məbləği ona verə bilirlər. Mənzil hərraca çıxarılsa, tərəflərin xərcləri artacaq.

21. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verdi və qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etdi. Əlavə olaraq bildirdi ki, ilkin iddia üzrə iddiaçıların 22700 manat məbləği verməsinə, onun hüququna xitam verilməsinə razı deyil. Mərhum anasının şəxsiyyət vəsiqəsi onda idi. Turizm şirkətinin direktoru anasına zəng edərək, evi almaq istəyini bildirib. Anası bu işi ona həvalə eləyib. Turizm şirkəti onunla əlaqə saxlayıb və evi almaq istədiklərini deyib. Onların çıxarışı köhnə olduğu üçün, yeni nəsil çıxarış almalı olduğu bildiririb. Bu səbəbdən də, anasının şəxsiyyət vəsiqəsini götürüb və bütün sənədləri düzəltdirib. Təcili yardım gələndə şəxsiyyət vəsiqəsini verməməsi halı olmayıb, ondan heç kəs şəxsiyyət vəsiqəsi istəməyib, istəsəydilər verərdi. 15 saylı notariat ofisində ona payının ayrılması barədə məlumat verilib. O isə payını qəbul etməyib, notarius ona vəsiyyətnaməni iddiaçıların yanında verə biləcəyini bildirib. O, notariusun evə gəlib-getdiyini görməyib, şahidlər də olmayıb, evə gələndə evdə heç kim yox idi, o, özü namaz qılmağa gedib.

22. Məhkəmə iclasında iİlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verdi və qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh 1/6 və 4/6 hissələrə münasibətdə İddiaçı1 22000 manat civarında, İddiaçı2 isə 88000 manatdan artıq məbləği ödəməyə razı deyil. Çünki Cavabdeh uzun müddət orada yaşayıb, yaşamağa başqa yeri yoxdur. İlkin iddia üzrə iddiaçıların başqa yerdə evləri var. Qarşılıqlı iddia üzrə cavabdehlər vərəsəlik payının artırılmasında qanunsuzluğa yol veriblər. Şəhadətnamə verilərkən tamamilə qanunsuz prosedurlar olub.

23. Qarşılıqlı iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 15 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi iş çoxluğunu nəzərə alınaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə həmin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün sayıb.

24. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, tərəflərin məhəlləsində işləyib. Sonradan gediş-gəliş olub, Cavabdeh onun işlədiyi obyektin yanında dərzidə işləyirdi. 2011-ci ildən indiyə kimi əlaqələri var. Onların evinə də gedib. İsa ilə anasının münasibəti yaxşı idi. Onun bacısı qızının toyundada iştirak edib. Əvvəl Cavabdeh bacısını küçədə, poçtda görüb, amma sonradan onun bacısı olduğunu öyrənib. X32 ilə arasındakı münasibət yaxşı idi. Mərhum yeriyə bimirdi, onun başqasına vəsiyyətnamə verməsi qeyri-mümkün idi. Mərhumla danışanda həmişə deyərdi ki, 3 qızı, 1 igid oğlu var. Halbuki, bir qızı vəfat edib. O, ailə münasibətlərinə şahidlik edib. Bəzən ayda 2 dəfə ailəyə gedib-gəlirdi, mərhumun qızı Nailə mənzildə olurdu. Mərhumu 2020-ci ildə koronavirusu yoluxub, elə həmin vaxt insult keçirdib. Cavabdeh ilə birlikdə mənzilə gedirdi, Cavabdeh qapını açarı ilə açırdı. 2021-ci ildə mərhum gəzə bilmirdi, lakin danışa bilirdi. Cavabdeh anasının dəfn mərasimini təşkil edib, ilkin iddia üzrə iddiaçılar məscidə getməyiblər. Mərhum 2020-ci ildə Cavabdeha etibarnaməni yazanda onun xəbəri olub. Vəsiyyətnamə yazılanda iştirak etməyib.

25. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, tərəfləri tanıyır. X4 onun qayınanasının bacısıdır, ona xala kimi olub. X20 8-ci kilometrdə və Lahıc qəsəbəsində yerləşən evləri qızı İddiaçı2 vəsiyyət edib. Vəsiyyətnamədəki imza ona məxsusdur. Vəsiyyətnamə tərtib olunan zaman şəxsən orada iştirak edib. Vəsiyyətnamə tərtib olunan zaman videoçəkiliş, kompüter yox idi, vəsiyyətnaməni deyəsən əl ilə yazırdılar. O, tez-tez mərhumun evinə gedib-gəlirdi. X20 özü ona zəng edərək, vəsiyyətnamə verəcəyini bildirib və onu evə dəvət edib. Vəsiyyətnamə tərtib olunan zaman X1 edirdi, cavab verirdi, onun nəyə görə gəldiyini başa düşürdü.

26. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, tərəfləri tanıyır. Onun anası ilə X20 30-40 il bacı kimi olublar, X20 onların xalası kimiolub, ona xala deyə müraciət ediblər. Həm də qonşu binalarda yaşayıblar. Vəsiyyətnamədəki imza ona məxsusdur. Bu proses öz evlərində keçirilib. Onlar indi ünvan 8 ünvanında yaşayırlar. Əvvəllər isə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 5 nömrəli binada yaşayırdılar. Həmin bina ilə 21 nömrəli bina yaxın, qonşu binalar idi. İddiaçı2 ilə tez-tez danışıb, görüşüblər. İddiaçı2 ona evə notariusun gələcəyini bildirib. O da axşam saat 17:00-dan sonra olsa, gələ biləcəyini bildirib. Əvvəlcədən X32nın qızları İddiaçı2 və İddiaçı1 ona evə gəlib şahidlik etməyini deyiblər. O da razılaşıb. Notarius orada iştirak edəndə videoçəkiliş yox idi, o, həmin gün imza çəkdiyi vaxtda görməyib. Vəsiyyətnamə tərtib olunanda orada iştirak edib və imza çəkib. X14 imzası yadında deyil. Çünki notarius və işçisi onları çıxardıb. Vəsiyyətnamə 2021-ci ilin sentyabr ayında tərtib olunub. Kompüter var idi, videoçəkiliş yox idi.

Məhkəmə baxışının hədləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1166-ci maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1180.1-ci maddəsinə əsasən bu vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1180.2-ci maddəsinə əsasən bu vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. 1182-ci maddəsinə əsasən bu əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. 1184-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. 1186-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. 1188-ci maddəsinə əsasən bu vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2-ci maddəsinə əsasən qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

30. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: 35-ci maddəsinə əsasən əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır.

31. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat:

57. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.

62. Əgər vəsiyyətnamə vəsiyyət edənin sözlərinə əsasən notarius tərəfindən tərtib olunursa, vəsiyyətnamədə vəsiyyət edəndən başqa, iki şahidin imza etməsinə yol verilir. Bu halda notarius ilk növbədə hər iki şahidin imzalarının həqiqiliyini, sonra isə vəsiyyətnaməni təsdiq etməlidir.

64. Vəsiyyətnamə, tərtib edildiyi yer və vaxt göstərilməklə, yazılı şəkildə tərtib edilməli və vəsiyyət edən tərəfindən şəxsən imzalanmalıdır. Vəsiyyətnamə təsdiq olunan tarix və saat dəqiq göstərilməlidir. Vəsiyyətnamənin mətnində qeyd-şərtə və qaralamaya yol verilməməlidir. Vəsiyyət edən fiziki çatışmazlığına, xəstəliyinə və ya başqa səbəblərə görə vəsiyyətnaməni şəxsən imzalaya bilmirsə, vəsiyyətnaməni onun xahişi və iştirakı ilə digər şəxs imzalaya bilər. Bu zaman təsdiq qeydində vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.

İşin faktiki halı:

32. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən mənzil X6 məxsus olub. O, 09 sentyabr 2021-ci il tarixli vəsiyyətnamə ilə mülkiyyətində olan ölən günədək ona məxsus bütün daşınar və daşınmaz əmlakını qızı İddiaçı2 vəsiyyət edib. X20 xx.xx.2022-ci il tarixdə ölüb. Onun ölümündən sonra vərəslik işi açılıb və İddiaçı1 miras əmlakın 1/6 hissəsinə məcburi paya vərəsəlik hüququ haqqında, İddiaçı2 miras əmlakın 4/6 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Cavabdeh miras əmlakın 1/6 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəyi müəyyən edilib. ünvan 5 ünvanında yerləşən mənzil X11 adına xx.xx.2023-cü il tarixdə 4/6 hissədə, İddiaçı1 adına xx.xx.2023-cü il tarixdə 1/6 hissədə xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmış, həmin mənzilin 1/6 hissəsi isə X5 adına açıq saxlanılıb. İlkin iddia üzrə iddiaçılar tərəfindən cavabdehə mənzilin satılması təklif edilsə də, tərəflər arasında razılıq əldə edilməyib. Cavabdeh iddiaçının bununla bağlı təklifinə cavab verməyib. Hazırda iddiaçılar məhkəmədə iddia qaldıraraq mənzildən payların naturada ayrılması, bu mümkün olmadıqda, cavabdehə 20000 manat kompensasiya ödənilməsi, buna da razı olmadıqda mənzilin hərracdan satılaraq əldə olunan pul vəsaitinin paylarına uyğun bölünməsi xahiş ediblər. Cavabdeh isə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, adıçəkilən vəsiyyətnamənin etibarsız hesab edilməsini və X11 və İddiaçı1 ləyaqətsiz vərəsə sayılmasını xahiş edib.

Məhkəmənin mövqeyi:

33. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia təmin edilməməlidir.

34. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan ünvan 5 ünavnında yerləşən mənzil mərhum X12 məxsus olub. X17 xx.xx.2022-ci il tarixdə vəfat edib. Hazırda ilkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ilə məhkəməyə müraciət etsələr də, məhkəmə hesab edir ki, ilk olaraq “Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 9 sentyabr 2021-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi və İddiaçı1 ilə İddiaçı2 ləyaqətsiz vərəsə kimi tanınması” tələbinə dair qarşılıqlı iddiaya qiymət verilməlidir.

35. Belə ki, iş materiallarına əlavə edilmiş 09 sentyabr 2021-ci il tarixli vəsiyyətnamədən görünür ki, X15 mülkiyyətində olan ölən günədək ona məxsus bütün daşınar və daşınmaz əmlakını ünvan 3 ünvanında qeydiyyat olan qızı İddiaçı2 vəsiyyət edir.

36. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəsiyyətnaməsinin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldıraraq bildirmişdir ki, anası iflic vəziyyətində olub, cavabdehlər tərəfindən anasına məxsus olan şəxsiyyət vəsiqəsinin itməsi barədə yalan məlumat verməklə, yeni şəxsiyyət vəsiqəsi alınmaqla mənzilə notarius çağrıldığını, analarının əlindən tutularaq vəsiyyətnamənin imzalandığını, mənzilin onun tərəfindən əsaslı təmir edildiyini, heç bir texniki vasitədən istifadə etmədən, şahidlərin iştirakı təmin edilmədən vəsiyyətnamə tərtib edildiyini qeyd edib.

37. Belə ki, 09 sentyabr 2021-ci il tarixli vəsiyyətnaməyə əsasən X15 mülkiyyətində olan ölən günədək ona məxsus bütün daşınar və daşınmaz əmlakını ünvan 3 ünvanında qeydiyyat olan qızı İddiaçı2 vəsiyyət edir. Azərbaycan Respublikası Mülki Məcələsinin 1166-1178-ci və 1193-cü maddələrinin məzmunu notarius tərəfindən ona izah edildi. Vəsiyyətnamə iki nüsxədən ibarət tərtib edildi, nüsxəsinin biri notariat ofisində saxlanıdı, digəri isə vəsiyyət edənə verildi. Vəsiyyətnamə şahidlər Şahid1 və Şahid2 iştirakları ilə texniki vasitlərdən istifadə edilməklə tərtib edilib. Vəsiyyətnamə Bakı şəhəri 15 saylı notariat ofisinin xüsusi notariusu A.K.Məmmədov tərəfindən təsdiq edilib və xx.xx.1937-ci il təvəllüdlü qoca, yaşlı və savadsız olması səbəbindən X8 tapşırığı ilə vəsiyyətnaməni Şahid1 və Şahid2 onun iştirakı ilə imzalayıb. Vəsiyyət edənin şəxsiyyəti müəyyən edilib, fəaliyyət qabiliyyəti yoxlanılıb. Vəsiyyətnaməni imzalayanların şəxsiyyəti müəyyən edilib.

38. Məhkəmə iclasında şahid kimi Şahid1 və Şahid2 iştirakı təmin edilib, onların ifadələri ilə vəsiyyətnamənin mərhum iradəsinə zidd olaraq tərtib edilməsi halı müəyyən edilməyib. Digər şahid X25 da, mərhumun yeriyə bilmədiyini, koronavirusa yoluxduqdan sonra iflic olduğunu, lakin 2021-ci ildə danışa bildiyini qeyd edib.

39. Məhkəmə qeyd edir ki, qanunverici tərəfindən etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə müvafiq maddələrdə qruplaşdırılmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamanı ehtiva edir. Bu baxımdan, məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir.

40. Hazırda qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbini əsaslandırdığı hallar, yəni şahidlərin iştirakının təmin edilməməsi, texniki vasitələrdən istifadə edilməməsi və s. hallar öz təsdiqini tapmamış, vəsiyyətnamənin şəxsən mərhum tərəfindən imzalanmaması səbəbləri aydınlaşdırılmışdır. Belə ki, mərhum qoca, yaşlı və savadsız olması səbəbindən X8 tapşırığı ilə vəsiyyətnaməni Şahid1 və Şahid2 onun iştirakı ilə imzalayıb. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 22-ci bəndinə əsasən şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs savadsız və kordursa, notarius ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş kar, kor və kar-lal şəxs savadsızdırsa, notariat hərəkəti aparılarkən onu başa salmağı bacaran savadlı şəxs mütləq iştirak etməli və öz imzası ilə təsdiq etməlidir ki, əqdin, ərizənin və ya digər sənədin məzmunu əqddə, ərizədə və digər sənəddə iştirak edən kar, kor və ya kar-lal şəxsin iradəsinə uyğundur.

41. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən notarial hərəkətini aparmaq istəyən şəxsin adından başqa şəxsin əməliyyat apara bilməsi üçün savadsız olması ilə eyni zamanda kar, kor, kar-lal olması da şərt deyil. Yəni şəxs cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə bu barədə səbəb qeyd edilməklə sənəd başqa şəxs tərəfindən də imzalana bilər ki, savadsızlıq da bu punkt üzrə təkbaşına əsas kimi çıxış edə bilər. Hazırki iş üzrə də mərhum X5 əvəzinə savadsız olması, xəstəliyinə görə digər şəxslər tərəfindən etibarnamənin imzalanması adı çəkilən təlimatın tələblərinə uyğun olmuşdur.

42. Mərhumə məxsus şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi isə qarşılıqlı iddia ərizəsinin əsaslı sayılması üçün mühüm hal deyil, tərəflərin izahatları ilə aydın olur ki, şəxsiyyət vəsiqəsi həmin vaxt mərhumun özündə olmadığından onun şəxsiyyət vəsiqəsi dəyişdirilib. Məhkəmə araşdırması qarşılıqlı iddia ərizəsində göstərilənlərini təkzib etmişdir.

43. Məhkəmə iddiaçının həmin dəlillərini əsassız sayaraq qeyd edir ki, X5 mülkiyyətində olan ölən günədək ona məxsus bütün daşınar və daşınmaz əmlakını İddiaçı2 vəsiyyət etməsinə dair 09 sentyabr 2021-ci il tarixli Vəsiyyətnamə onun qanunvericiliklə müəyyən edilmiş formasına uyğun olaraq tərtib edilmiş, vəsiyyət edən şəxsin şəxsiyyəti və fəaliyyət qabiliyyəti yoxlanılmış, vəsiyyətnamənin tərtibi ilə bağlı heç bir pozuntuya yol verilməmişdir. Miras qoyan öz əmlakını istədiyi şəxsə vəsiyyət etməkdə sərbəstdir.

44. Göründüyü kimi, vəsiyyətnamənin tərtib edilmə şərtləri pozulmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “vəsiyyətnaməsinin etibarsız hesab edilməsi” ilə bağlı iddia tələbi əsassızdır. Vəsiyyətnamənin etibarsız hesab edilməsinə hər hansı qanuni əsas mövcud deyildir.

45. Qeyd ediləməlidir ki, daha əvvəl məhkəmənin icraatında tərəflər arasında olan başqa bir mübahisə ilə bağlı 2(007)-1260/2025 saylı mülki iş olmuş, həmin işə əlavə edilmiş AR-İİ seriyalı № 043295 saylı xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, X15 etibarnamə üzrə harada yerləşəməsindən asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri Cavabdeh etibar etmişdir. Savadsız olma səbəbindən X5 tapşırığı ilə etibarnaməni X9 notariusun iştirakı ilə imzalayıb. Göründüyü kimi, həmin etibarnamə üzrə mərhumun savadsız olması səbəbindən etibarnaməni onun əvəzindən başqa bir şəxs imzalamışdır, eyni hal hazırda mübahisləndirilən vəsiyyətnamə tərtib edilərkən də baş vermişdir.

46. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiasının ikinci hissəsini cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunması tələbi təşkil edir.

47. Belə ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər.

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 08 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, qanunvericilik mülkiyyətçinin bağışlama qabiliyyətinin vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair norma nəzərdə tutmaqla yanaşı, miras qoyana sağlığında müvafiq şərtlər daxilində vərəsəlik hüququndan məhrum etmə imkanı da vermişdir. Belə ki, miras qoyan hər hansı vərəsəni, o cümlədən məcburi pay almaq hüququ olan vərəsəsini ləyaqətsiz vərəsə hesab etdirməklə mirasdan kənarlaşdıra bilər. Mülki Məcəllənin 1137-ci maddəsinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1203-cü maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.

49. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

50. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Yuxarıda qeyd olunduğu kimi vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır.

51. Mülki qanunvericiliyə görə, ləyaqətsiz vərəsə kimi tanınması üçün şəxsin iki alternativ hərəkətdən birini etməsini müəyyənləşdirmək lazımdır: birincisi, fiziki şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə maneə törətməsi və bununla özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına imkan yaratması; ikincisi, fiziki şəxsin vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməsi.

52. Göstərilən hallardan biri olduqda və həmin hal məhkəmə qaydasında təsdiqləndikdə, hüquq pozuntusu törədən şəxs ləyaqətsiz vərəsə kimi nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilmir, vərəsəlik hüququndan məhrum edilir.

53. Hazırkı halda müəyyən edildi ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas ola biləcək, yuxarıda göstərilən qanunvericilikdə müəyyən edilmiş hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişlər, həmin əsaslar məhkəmə iclasında da müəyyən edilməmişdir.

54. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində iddia tələbinin əsası olaraq cavabdehlərin pasport qeydiyyat şöbəsini aldadaraq mərhum anasının şəxsiyyət vəsiqəsinin itməsini bildirərək, gizli və aldatma yolu ilə şəxsiyyət vəsiqəsi əldə edərək, 15 saylı notarius ofisi ilə cinayət əlaqəsinə girib iflic xəstəsi, danışma, fikrini izah edə bilməyən xəstə mərhum analarını heç bir şahid olmadan xüsusi vasitələrdən istifadə etməyərək, vərəsəlik almaları hallarını göstərsə də, qeyd edilənlənlər hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, həmin hallara qarşılıqlı iddia tələbinin ilkin hissəsinə münasibət bildirilərkən artıq məhkəmə tərəfindən qiymət verilmişdir. Qanunvericilikdə ləyaqətsiz vərəsə hesab edilməsinin konkret şərtləri müəyyənləşdirilmiş, hazırkı halda isə qarşılıqlı iddia üzrə cavabdehlərin əməllərində həmin hallar müəyyən edilməmişdir.

55. Məhkəmə həmçinin qeyd edir ki, ləyaqətsiz adam mənəvi keyfiyyətlərdən məhrum və əxlaqi davranış qaydalarına yad bir fərd kimi, özünün qanunla uzlaşmayan şəxsi marağı naminə istənilən hüquq pozuntusunu, o cümlədən ən ağır cinayət əməlini törətməyə hazır olan bir subyektdir. Ləyaqətsiz vərəsənin qanunsuz hərəkəti bir halda miras qoyanın hələ vəsiyyətnamədə ifadə edilməmiş, son iradəsini həyata keçirməsinin əleyhinə, digər halda isə miras qoyanın artıq vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı yönəlir. Ləyaqətsiz vərəsənin miras qoyanın, ümumiyyətlə, son iradəsinin həyata keçirilməsinə qarşı hərəkəti, onun qəsdən törətdiyi maneə şəklində özünü göstərir. Ləyaqətsiz vərəsənin miras qoyanın vəsiyyətnamədə göstərilmiş son iradəsinin həyata keçirilməsinə qarşı yönəlmiş hərəkətləri onun qəsdən cinayət və digər əxlaqsız hərəkətlər törətməsində özünü göstərir.

56. Lakin, hazırkı işdə X2 iradəsinə İddiaçı2 və İddiaçı1 tərəfindən qəsdən maneə törədilməsi və şəxslərin ləyaqətsiz vərəsə sayılmasının əsasında dura biləcək faktiki hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, sözügedən məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda, iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur.

57. Oxşar mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, həmin məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.

58. Ümumiyyətlə, cavabdehlər İddiaçı2 və İddiaçı1 tərəfindən mirasqoyanın son iradəsinə qarşı hər hansı ləyaqətsizlik etməyinə dair Cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddia tələbi “cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilməsi” hissəsində rədd edilməlidir.

59. Məhkəmə ilkin iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir.

60. Mülki qanunvericiliyin mənasına görə, ümumi mülkiyyətin iştirakçısının əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ vardır. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və ya pul kompensasiyasının (dəyərinin) ödənilməsi ilə həyata keçirilə bilər.

61. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

62. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 04 аprel 2014-cü il tаrixli Qərаrındа qeyd edilir ki: ..."Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir." ..."Nəzərə аlınmаlıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz." "Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür."

63. Belə ki, paylı mülkiyyətdə olan ünvan 5 saylı mənzilin 4/6 hissəsinin mülkiyyətçisi X19, 1/6 hissəsinin mülkiyyətçisi İddiaçı1 və 1/6 hissəsinin faktiki mülkiyyətçisi olan Cavabdeh ümumi mənzilin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən paylı mülkiyyətin mülkiyyətçilərindən iddiaçılar öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmiş, mübahisəli mənzilin mülkiyyətçiləri arasında hər kəsin öz payına uyğun natura şəklində bölünməsi texniki cəhətdən mümkün olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/2067 saylı rəyi daxil olduqdan sonra iddia tələbini dəqiqləşdirilək, cavabdehə kompensasiya ödənilməsi, bu da mümkün olmaqdıqda əmlakın açıq hərracdan satılaraq bölünməsini məhkəmə qaydasında tələb edilmişdir.

64. Məhkəmə bununla bağlı qənaətə gələrkən müəyyən etmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara iddiaçılar tərəfindən əməl edilmişdir. Hansı ki, həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir.

65. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

66. Bununla da, müəyyən edildi ki, iddiaçı mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş, lakin mübahisənin məhkəmədən kənar həlli imkanı itirildikdən sonra məhkəməyə müraciət etmişdir. Habelə, mənzilin naturada bölünməsinin texniki baxımdan mümkün olmaması məhkəmə araşdırması zamanı müəyyən edilmiş, bu barədə müvafiq rəy məhkəməyə təqdim edilmişdir. Məhkəmənin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/2067 saylı rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 27 saylı evin, 54 saylı mənzilinin tərəflərin paylarına uyğun naturada bölünməsinin AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”- nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərinin və Məhkəmə Tikinti-X16 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyil.

67. Məhkəmə tərəfindən əmlakın naturada bölgüsünün mümkün olmadığı müəyyən edildiyinindən, məhkəmə tərəfindən iddiaçılara kompensasiya ödənilməsi məsələsi araşdırılmışdır.

68. Belə ki, kompensasiyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığı halda məhkəmə iddianı təmin etməklə, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olan məbləği qət etməlidir. Əks halda isə məhkəmə tələb edilən kompensasiyanın məbləğindən asılı olmayaraq, əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna razılığı olduğu halda iddia tələbinə münasibətdə iddianın tam və yaxud qismən təmin olunmasına dair qətnamə qəbul etməlidir.

69. Hazırda iddiaçılar özləri üçün konkret kompensasiya məbləği tələb etməmiş və ya cavabdeh ona hər hansı bir məbləğ təklif etməmişdir. Əksinə iddiaçılar cavabdehə 20000 manat məbləğində kompensasiya təklif etmişlər. Bu səbəbdən məhkəmə ədalətli kompensasiya məbləğinin müəyyənləşdirilməsi üçün müvafiq mütəxəssis hesabatının təqdim edilməsini təmin edilib.

70. Belə ki, İş materiallarına əlavə edilmiş məhkəmə tərəfindən təyin edilmiş əmlakın qiymətləndirilməsi zamanı Məhkəmənin qərardadına əsasən Məhkəmə Ekspertizası Bürosu tərəfindən keçirilmiş qiymətləndirilməyə dair xx.xx.2025-ci il tarixli hesabatdan görünür ki, Mərkəzi Ekspertiza Bürosunun qiymətləndirici mütəxəssisləri tərəfindən aparılmış hesablamalar və təhlillər nəticəsində müəyyən edilmişdir ki, ünvan 7 ünvanında yerləşən mənzilin bazar və likvid bazar dəyəri 136200 (bir yüz otuz altı min iki yüz) manat, likvid dəyəri 122500 (bir yüz iyirmi iki min beş yüz) manat təşkil edir.

71. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

72. Məhkəmə həmin hesabatı nəzərdən keçirərək hesab edir ki, mübahisəli mənzilin dəyəri 136200 manat kimi qəbul edilməlidir.

73. Məhkəmə araşdırması zaman cavabdeh iddiaçılara paylarına uyğun kompensasiya kimi ödənilməsinə razılıq verməmişdir.

74. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh kompensasiya ödəmək istəmədikdə və ya hər hansı səbəbdən ödəyə bilmədikdə iddiaçılarnın tələbi əsasında məhkəmə üçüncü mərhələyə keçid etməklə əşyanın birbaşa açıq hərracdan satılmasını qət etməlidir.

75. Nəticə də, məhkəmə hesab edir ki, həmin əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir.

76. Məhkəmə hesab edir ki, ünvan 10 ünvanında yerləşən mənzili hərraca çıxarıldıqda, ilkin satış qiyməti 136200 manat müəyyən edilməlidir.

77. Bununla yanaşı tərəflərə izah edilir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.

Nəticə:

78. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ilkin iddia təmin edilməli, ünvan 7 ünvanında yerləşən mənzili 136200 (yüz otuz altı min iki yüz) manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, əldə olunan pul vəsaitinin 4/6 hissəsi İddiaçı2, 1/6 hissəsi İddiaçı1 və 1/6 hissəsi Cavabdeh verilməli, iddiaçı Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 15 saylı notariat ofisi cəlb edilməklə cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “15 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin etibarsız sayılması və İddiaçı1 ilə İddiaçı2 ləyaqətsiz vərəsə kimi tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir.

79. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

80. Belə olan halda, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçılar tələb etmədiyindən iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu və iş üzrə ödənilmiş əmlakın qiymətləndirilməsinin aparılmasının dəyəri iddiaçılara aid edilməli, iddia təmin edidiyindən məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, qarşılıqlı iddia ərizəsi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir.

81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia təmin edilsin. ünvan 7 ünvanında yerləşən mənzili 136200 (yüz otuz altı min iki yüz) manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, əldə olunan pul vəsaitinin 4/6 hissəsi İddiaçı2, 1/6 hissəsi İddiaçı1 və 1/6 hissəsi Cavabdeh verilsin. Məhkəmə xərclərinə aid olan ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu və iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri iddiaçılara aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X13, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İddiaçı Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 15 saylı notariat ofisi cəlb edilməklə cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “15 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin etibarsız sayılması və İddiaçı1 ilə İddiaçı2 ləyaqətsiz vərəsə kimi tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərclərinə aid olan qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar