Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1345/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh4 və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh6 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və əmlakın mülkiyyətçinin qanuni sahibliyinə qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X6, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və əmlakın mülkiyyətçinin qanuni sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdehlər qanunla müəyyən edilmiş qaydada onların mülkiyyətlərində olan ünvan 1 ünvanda yerləşən, ümumilikdə 426,30 kv.m qeyri-yaşayış sahəsindən qanunsuz olaraq istifadə edirlər. Həmin qeyriyaşayış sahəsinin xüsusi mülkiyyətlərində olması Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X26 tərəfindən onlara verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlarla təsdiq olunur. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1, X11, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 Əsgər oğlunun iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən, ümumilikdə 426,30 kv.m qeyri-yaşayış sahəsindən çıxarılmaları və əmlakın mülkiyyətçilərinin qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh1 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ona qarşı irəli sürülən iddia əsasızdır və rədd olunmalıdır. Belə ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102, qapı 14, 15 ünvanda yerləşən ümumi sahə 283 kv.m olan qeyriyaşayış sahəsini 30 noyabr 2016-cı il tarixli, AN-İ№ ******* saylı daşınmaz əmlakin alqısatqı müqaviləsi əsasında 600000 manata X7 almışdır. Sonra həmin 283 kv.m olan qeyriyaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 30 noyabr 2018-ci il tarixli, ********* qeydiyyat nömrəsi ilə çıxarış almışdır. 2022-ci ildə isə mülkiyyətimdə olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin bir hissəsini, yəni 161 kv.m olan qeyri-yaşayış sahəsini X1. Hazırda Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102, Yeni qaydalarla: AZ 1096, Bakı şəhəri. Nizami rayonu, Qara Qarayev prospekti, 478A ünvanda yerləşən ümumi sahə 119,90 kv.m olan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 12 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarışı əsasında onun xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102, Yeni qaydalarla: AZ 1096, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 478A ünvanda yerləşən qeyri-yaşayış sahəsini 2016-cı ildən obyekt kimi istifadə etmişdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Qeyd edilənlərə əsasən İddiaçı1 və İddiaçı2 iddiasını rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ona qarşı irəli sürülən iddia əsasızdır və rədd olunmalıdır. Belə ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102, yeni qaydalarla: AZ 1096, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 478D ünvanda yerləşən ümumi sahə 77,40 kv.m olan qeyri-yaşayış sahəsini 15 iyul 2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakin alqı-satqı müqaviləsi əsasında 220000 manata X3 almışdır. Sonra həmin 77,40 kv.m olan qeyriyaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 26 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Sonra isə eyni yerdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102, yeni qaydalarla: AZ 1096, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 478D ünvanda yerləşən ümumi sahə 82,30 kv.m olan qeyri-yaşayış sahəsini 12 avqust 2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakin alqı-satqı müqaviləsi əsasında 195000 manata X12 almışdır. Sonra həmin 82,30 kv.m olan qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 17 avqust 2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102, yeni qaydalarla: AZ 1096, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 478D ünvanda yerləşən ümumi sahə 82,30 kv.m və 77.40 kv.m olan olan qeyri-yaşayış sahəsini bu günə gədər obyekt kimi istifadə edir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Qeyd edilənlərə əsasən İddiaçı1 və İddiaçı2 iddiasını rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin ərizəsinə əsasən Cavabdeh6 iş üzrə cavabdeh kimi işə cəlb olunmuşdur. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 tərəfindən verilmiş **********, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışın etibarsız hesab olunaraq hüquqi nəticələrinin ləğv olunanaraq, iddia tələbini rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisələndirilən əmlak əvvəldən mərhum X15 adına olmuşdur. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə müraciət etmişlər ki, bu sahəyə kimlər daxil olub obyekt kimi işlədir. Polis idarəsindən ona rəsmi məlumat verilmişdir. X19 1994-cü ildən Bakı şəhəri Qara Qarayev prospekti 102 ünvanda yerləşən 70 saylı mağazada direktor vəzifəsində çalışmışdır. Həmin mağaza 1998-ci ildə özəlləşdirilmişdir. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 87,27 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Texniki pasporta əsasən 87,27 kv.m sahə hal-hazırda digər texniki pasporta əsasən 426,3 kv.m sahənin daxilində yerləşmir. Məhkəmə iclasında Cavabdeh1 etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, alqı-satqı müqaviləsinə əsasən mübahisələndirlən ərazidə yerləşən qeyri-yaşayış sahələrinə çıxarışlar əldə olunmuşdur. Cavabdehin mülkiyyətində olan əmlak qanuni əsaslarla istifadəsindədir. Məhkəmə iclasında Cavabdeh4 etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh6 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X11 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 8 ünvanda yerləşən sahəsi 426,3 kv.m olan qeyri-yaşayış sahəsinə dair X14 adına 002950 qeydiyyat nömrəli, xx.xx.2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Sözügedən əmlak (Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospketi, 102 saylı, **********89-05101-083008 reyestr nömrəli) X17 yekunları barədə xx.xx.2011-ci il tarixli 75/02 nömrəli protokoluna (Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin A-0050/07 saylı, xx.xx.2009-cu il tarixli icra vərəqəsinə və Səba il rayon İcra Şöbəsinin 17/64-33/09-1 saylı xx.xx.2011-ci il tarixli sifariş məktubunun icrasına əsasən), Hərracların yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən xx.xx.2011-ci il tarixdə X9 adına qeydiyyatdan keçmişdir. Sözügedən qeyri-yaşayış sahəsinin 143,3 kv.m hissəsi (Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102, qapı 7, 8, **********89- 05101-083016 reyestr nömrəli) 2 saylı Bakı “ ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 4Ə-2686 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və bölgü sxeminə əsasən xx.xx.2014-cü il tarixdə Cavabdeh6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospketi, 102 saylı, qeyri-yaşayış sahəsinin yerdə qalan 283 kv.m hissəsi (Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102, qapı 14,15, **********89-05101- 083015 reyestr nömrəli) xx.xx.2014-cü il tarixdə X9 adına qeydiyyatdan keçmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 4Ə-1443 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Sözügedən qeyriyaşayış sahəsinin Cavabdeh1 məxsus olan hissəsindən bir hissə (ünvan 1: Yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 478D, ümumi sahəsi 82,3 kv.m, **********89-05101-083023 reyestr nömrəli) Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-319 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 3M-372 reyestr nömrəli alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi barədə sazişə əsasən xx.xx.2022-ci il tarixdə X16 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-1100 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən qeyriyaşayış sahəsinin Cavabdeh1 məxsus olan hissəsindən bir hissə (Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102:Yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 478C, ümumi sahəsi 77.4 kv.m, **********89-05101-083022 reyestr nömrəli) Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-320 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 3M-371 reyestr nömrəli alqısatqı müqaviləsinə dəyişiklik edilməsi barədə sazişə, bölgü sxeminə əsasən xx.xx.2022-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-1007 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən qeyri-yaşayış sahəsinin qalan hissəsi (Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102, ümumi sahəsi 119,9 kv.m, **********89- 05101-083021 reyestr nömrəli) xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin bildirirlər ki, ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair X14 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmadığından, həmçinin qeyri-yaşayış sahəsinin ilkin reyestr nömrəsi, mülkiyyətçiləri və sahəsi dəyişildiyi üçün sözügedən qeyri- yaşayış sahəsinin dövlət reyestrindən qeydiyyatdan keçməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən sözügedən əmlaka dair səhv olaraq xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayış verilmiş və ünvan 21lmiş xx.xx.2023-cü il tarixli 2V-1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən qeyri-yaşayış sahəsinin 1/2 hissəsi İddiaçı1 və 1/2 hissəsi İddiaçı2 adlarına səhvən qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 10 ünvanda yerləşən qeyriyaşayış sahəsi ünvan 11.S.Zeynalov tərəfindən təsdiq edilmiş 4Ə-1224 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 426,30 kv.m olan qeyriyaşayış sahəsi İddiaçı1 ½ hissədə və İddiaçı2 adına ½ hissədə xüsusi mülkiyyətlərindədir. Əmlak dövlət qeydiyyatına ********** qeydiyyat nömrəsi ilə İddiaçı1 adına və ********** qeydiyyat nömrəsi ilə İddiaçı2 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1, Yeni qaydalarla: AZ1096, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 478A ünvanında yerləşən ümumi sahəsi 119,90 kv.m olan qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1, Yeni qaydalarla: AZ1096, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 478C ünvanında yerləşən ümumi sahəsi 77,40 kv.m olan qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1, Yeni qaydalarla: AZ1096, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 478D ünvanında yerləşən ümumi sahəsi 82,30 kv.m olan qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 87,27 kv.m olan qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh5 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən 87,27 kv.m olan qeyri-yaşayış sahəsinin 426,30 kv.m olan qeyriyaşayış sahəsinin daxilində yerləşib-yerləşməməsinin araşdırılması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli müraciətinə tərəflərindən baxılmışdır. Bildirirlər ki, tərəflərindən təqdim edilən texniki pasporta əsasən 87,27 kv.m sahə hal-hazırda digər texniki pasporta əsasən 426,3 kv.m sahənin daxilində yerləşmir. Belə ki, arxiv sənədlərinə əsasən 70 saylı mağaza 644,7 kv.m-dan 109.2 kv.m bir payçının, 109,2 kv.m o biri payçının və 426,3 kv.m isə digər payçının mülkiyyətinə verilmişdir. Bununla əlaqədar olaraq idarənin mütəxəssisi tərəfindən izah verilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 22,5 kv.m olan qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 Yeni qaydalarla: AZ1096, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 480B ünvanında yerləşən ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46 kv.m olan qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri Səbail rayon İcra şöbəsi tərəfindən Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2011-ci il tarixli 17/64 № 33/09-01 saylı məktubun surətindən görünür ki, X18 və qeyrilərinin Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 120.2.4 və sair maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı əsasında Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsi tərəfindən verilmiş A-0050/07 nömrəli xx.xx.2009-cu il tarixli icra vərəqəsinə əsasən bir sıra daşınar və daşınmaz əmlaklarla yanaşı, X14 adına rəsmiləşdirilmiş, Bakı şəhəri Q.Qarayev prospekti ev 102-də yerləşən sahəsi 426,3 kv.m olan qeyri-yaşayış sahəsi də ilk növbədə bilavasitə cinayət əməlləri ilə vurulmuş ziyanın məbləğinə uyğun olaraq zərərçəkmiş şəxslərə və mülki iddiaçılara dəymiş olan ziyan hesabına ödənilməklə, qalan əmlak, əşya və vəsait dövlət nəfinə müsadirə edilməlidir. Qeyd edilən icra sənədinin icrası ilə bağlı Əliyev Eldar ƏJi Rza oğluna məxsus Bakı şəhəri Q.Qarayev prospekti ev 102-də yerləşən sahəsi 426,3 kv.m olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli qiymətləndirmə rəyinə əsasən 502000 manat dəyərində qiymətləndirilmişdir. Bununla yanaşı qeyri-yaşayış sahəsi "xxxx" MMC tərəfindən xx.xx.2011-ci il tarixdə keçirilmiş açıq hərrac zamanı mülki iddiaçı, eyni zamanda qalib alıcı X2 və bu barədə hərracın nəticələri haqqında 72/02 saylı protokol imzalanmışdır. - Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-52-2/2-Q-3754 saylı məlumatından görünür ki, hal-hazırda Qara Qarayev prospekti 102 üvanında yerləşən İddiaçı2 məxsus 426,3 kvadrat metr qeyri yaşayış sahəsini işlədən şəxslər aşağıdakılardır: 1. Q.Qarayev prospekti 102 ünvanında yerləşən “Tort” şirniyyat evi, “Refereş Osman” kişi salonu, “Jasmin” aptek, “Fito” klub obyektləri mülkiyyətçi xx.xx.1985-ci ildə Bakı səhərində anadan olmuş, ünvan 16 ünvanında qeydiyyatda olan Cavabdeh4dır. (Ortağı xx.xx.1958-ci ildə Sabirabad rayonunda anadan olmuş, ünvan 17 ünvanında qeydiyyatda olan X11); 2. Q.Qarayev prospekti 102 ünvanında yerləşən qabqacaq mağazası və dərzi sexi, istifadə edən şəxs xx.xx.1975-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, ünvan 18 ünvanında qeydiyyatda olan Cavabdeh5, 3. Q.Qarayev prospekti 102 ünvanında yerləşən “Nara” gözəllik salonu və digər iki adsız obyekt; mülkiyyətçisi xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 19 ünvanında qeydiyyatda olan Cavabdeh2, 2. Q.Qarayev prospekti 102 ünvanında yerləşən “Stop Şaurma” və bir boş obyekt; mülkiyyətçi xx.xx.1976-cı ildə Füzuli rayonunda anadan olmuş, ünvan 20 ünvanında qeydiyyatda olan Cavabdeh1. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 426,30 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı1 ½ hissədə və İddiaçı2 adına ½ hissədə xüsusi mülkiyyətlərindədir. Əmlak dövlət qeydiyyatına ********** qeydiyyat nömrəsi ilə İddiaçı1 adına və ********** qeydiyyat nömrəsi ilə İddiaçı2 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçılar cavabdehlər tərəfindən onların mülkyyətlərində olan əmlak qanunsuz istifadə edilməsi əsası ilə hazırkı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onların mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən, ümumilikdə 426,30 kv.m qeyri-yaşayış sahəsindən çıxarılmaları və əmlakın mülkiyyətçilərinin qanuni sahibliyinə qaytarılmasını xahiş etmişlər. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 8 ünvanda yerləşən sahəsi 426,3 kv.m olan qeyri-yaşayış sahəsinə dair X14 adına 002950 qeydiyyat nömrəli, xx.xx.2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. X18 və qeyrilərinin Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.2, 120.2.4 və sair maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı əsasında Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsi tərəfindən verilmiş A-0050/07 saylı xx.xx.2009-cu il tarixli icra vərəqəsinə əsasən bir sıra daşınar və daşınmaz əmlaklarla yanaşı, X14 adına rəsmiləşdirilmiş, Bakı şəhəri Q.Qarayev prospekti ev 102-də yerləşən sahəsi 426,3 kv.m olan qeyri-yaşayış sahəsi də ilk növbədə bilavasitə cinayət əməlləri ilə vurulmuş ziyanın məbləğinə uyğun olaraq zərərçəkmiş şəxslərə və mülki iddiaçılara dəymiş olan ziyan hesabına ödənilməklə, qalan əmlak, əşya və vəsait dövlət nəfinə müsadirə edilməlidir. Qeyd edilən icra sənədinin icrası ilə bağlı Əliyev Eldar ƏJi Rza oğluna məxsus Bakı şəhəri Q.Qarayev prospekti ev 102-də yerləşən sahəsi 426,3 kv.m olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli qiymətləndirmə rəyinə əsasən 502000 manat dəyərində qiymətləndirilmişdir. Bununla yanaşı qeyri-yaşayış sahəsi "xxxx" MMC tərəfindən xx.xx.2011-ci il tarixdə keçirilmiş açıq hərrac zamanı mülki iddiaçı, eyni zamanda qalib alıcı X2 və bu barədə hərracın nəticələri haqqında 72/02 saylı protokol imzalanmış və xx.xx.2011-ci il tarixdə X10 adına qeydiyyat alınmışdır. Daha sonra isə həmin əmlakın ayrı-ayrı hissələri başqa şəxslərə satılmışdır. Hazırda isə sözügedən qeyri-yaşayış sahəsinin 143,3 kv.m hissəsi (Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102, qapı 7, 8, **********89-05101- 083016 reyestr nömrəli) 2 saylı Bakı “ ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 4Ə-2686 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və bölgü sxeminə əsasən xx.xx.2014-cü il tarixdə Cavabdeh6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospketi, 102 saylı, qeyri-yaşayış sahəsinin yerdə qalan 283 kv.m hissəsi xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Sözügedən qeyriyaşayış sahəsinin Cavabdeh1 məxsus olan hissəsindən bir hissə xx.xx.2022-ci il tarixdə X16 adına, sonradan isə xx.xx.2022-ci il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən qeyri-yaşayış sahəsinin Cavabdeh1 məxsus olan hissəsindən bir hissə (Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102:Yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 478C, ümumi sahəsi 77.4 kv.m, **********89-05101-083022 reyestr nömrəli) xx.xx.2022-ci il tarixdə X4 adına, sonradan xx.xx.2022-ci il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən qeyri-yaşayış sahəsinin qalan hissəsi (Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102, ümumi sahəsi 119,9 kv.m, **********89-05101- 083021 reyestr nömrəli) xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 87,27 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə Cavabdeh5 adına qeydiyyata alınmışdır. Lakin həmin əmlak 426,3 kv.m sahənin daxilində yerləşmir. ünvan 1 ünvanında yerləşən ə ədəd qeyri-yaşayış sahələri də (ümumi sahəsi 22,5 kv.m, 40 kv.m və 46 kv.m olan) Cavabdeh2 mülkiyyətindədir. Belə ki, arxiv sənədlərinə əsasən 70 saylı mağaza 644,7 kv.m-dan 109.2 kv.m bir payçının, 109,2 kv.m o biri payçının və 426,3 kv.m isə digər payçının mülkiyyətinə verilmişdir. Həmçinin bildirirlər ki, ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair X14 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmadığından, həmçinin qeyri-yaşayış sahəsinin ilkin reyestr nömrəsi, mülkiyyətçiləri və sahəsi dəyişildiyi üçün sözügedən qeyri-yaşayış sahəsinin dövlət reyestrindən qeydiyyatdan keçməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən sözügedən əmlaka dair səhv olaraq xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayış verilmiş və ünvan 21lmiş xx.xx.2023-cü il tarixli 2V-1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən qeyri-yaşayış sahəsinin 1/2 hissəsi İddiaçı1 və 1/2 hissəsi İddiaçı2 adlarına səhvən qeydiyyata alınmışdır. Qeyd edilənlər işin mübahisəsiz hallarıdır. İş üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 məhkəmə etirazla müraciət edərək, əmlakların onların qanuni mülkiyyətlərində olduğunu və iddiaçıların hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olmadığını qeyd edərək iddianın təmin edilməməsini xahiş etmişlər. Göstərilənlərə əsasən məkkəmə iddia ilə bağlı qeyd edir ki, ilk öncə iddiaçıların hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququnun olub-olmaması məsələri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Hazırda müəyyən edildi ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 426,30 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il tarixdən iddiaçıların paylı mülkiyyətlərindədir. Qeyd edilən çıxarış hazırda da qüvvədə olduğundan (əksi sübut edilməyib) iddiaçıların hazırlı iddia ilə məhkəməyə müraciət etmək subyektiv hüquqları vardır. Məhkəmə iddiaya münasibətdə hesab edir ki, hazırkı iddia əsassızdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi cavabdehlərin hər biri ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahələrinin mülkiyyətçiləridir. Həmçinin, məlum olmuşdur ki, ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair X14 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmadığından, həmçinin qeyri-yaşayış sahəsinin ilkin reyestr nömrəsi, mülkiyyətçiləri və sahəsi dəyişildiyi üçün sözügedən qeyri-yaşayış sahəsinin dövlət reyestrindən qeydiyyatdan keçməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən sözügedən əmlaka dair səhv olaraq xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayış verilmiş və ünvan 21lmiş xx.xx.2023-cü il tarixli 2V-1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən qeyri-yaşayış sahəsinin 1/2 hissəsi İddiaçı1 və 1/2 hissəsi İddiaçı2 adlarına səhvən qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmə həmçinin qeyd edir ki, vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgənin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Vindikasiya iddiasının təyinatı və məqsədi mülkiyyətçinin əşya üzərində itirilmiş sahibliyini bərpa etməkdən ibarətdir; o, əşyanın mülkiyyətçiyə qaytarılmasına nail olmaq məqsədinə xidmət edir. Sahiblik çox vaxt əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətləri ilə bağlı olduğuna görə vindikasiya iddiası eyni zamanda həmin səlahiyyətləri də müdafiə edir. Deməli, vindikasiya iddiası ilə mülkiyyətçinin üçlük (sərəncam, sahiblik, istifadə) səlahiyyətinin hamısı, başqa sözlə desək, onun əşya üzərində mülkiyyət hüququ bütovlükdə müdafiə olunur. Vindikasiyanın məzmununu şeyi eyni cinsli, eyni keyfiyyətli başqa şeylə əvəz etmə deyil, şeyə sahibliyin bərpası tələbi təşkil etdiyindən vindikasiya əlaməti yalnız cinsi əlaməti ilə müəyyən edilən, yaxud natura şəklində qalmamış şeylər (məsələn, mübahisəli tikili yeni sahibi tərəfindən sadəcə təmir edilməyib əsaslı şəkildə yenidən inşa olunubsa) haqqında qaldırıla bilməz. Vindikasiya predmeti olmadıqda yalnız vurulmuş zərərin ödənilməsi haqqında öhdəlik-hüququ tələbi qaldırıla bilər. Məhkəmə araşdırması zamanı ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ünvan 21lmiş xx.xx.2023-cü il tarixli 2V-1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən qeyri-yaşayış sahəsinin 1/2 hissəsi İddiaçı1 və 1/2 hissəsi İddiaçı2 adlarına səhvən qeydiyyata alındığı, cavabdehlərin ünvan 9 ünvanda yerləşən əmlaklarını qanunla müəyyən edilmiş qaydada onlara məxsus olan hüquqmüəyyənedici sənədlərə əsasən mülkiyyət hüquqlarını həyata keçirmələri müəyyən edilmişdir. Yəni hazırda iddia üzrə cavabdehlərin iddiaçıların mülkiyyətində olan əmlakı qanunsuz olaraq istifadə etmələri halı öz təsdiqini tapmamış, buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. MPM-in: 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Belə olan halda, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri, mübahisə predmeti olan əmlakın cavabdehlərin qanunsuz sahibliyində olmasını sübut edə bilməmiş, buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Ümumiyyətlə, göstərilənlər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə cavabdeh X5 ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən istifadə etməsi halı müəyyən edilməmişdir. Belə ki, 24 saylı Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda onun digər Cavabdeh4 ortağı olduğu göstərilmişdir. Lakin onun ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən istifadə edib-etməməsi, istifadə etdiyi təqdirdə bunun qanunsuz olduğu müəyyən edilməmişdir. Qeyd edillənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və əmlakın mülkiyyətçinin qanuni sahibliyinə qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və əmlakın mülkiyyətçinin qanuni sahibliyinə qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1345/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1345/2023
19.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver