Məhkəmə qərarları › İş №e-2(007)-1379/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1379/2022

22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1379/2022 22.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov ramil Firudin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx"QSC-nin Cavabdeh qarşı pul tələbinə dair dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "YapıKredi Bank Azərbaycan” QSC arasında xx.xx.2019 -cü il tarixli Bank hesabı, debet karti, kredit karti və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır.Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir.Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-tarixli E- 2(007)-3592/2021 -saylı Məhkəmə qətnaməsi çıxmışdır.Nəticədə iddiaçı "xxxx" QSC“X1” MMC ilə bağlanmış xx.xx.2016 -ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X1” MMC-yə sifariş etmişdir.“X1 MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir.Cavabdeh tərəfindən xx.xx.2022 tarixində ödənilən 2652 manat məbləğində vəsait “X1” MMC -nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X2 Azərbaycan» QSC tərəfindən “X1” MMC-yə 663 manat məbləğində xidmət haqqı ödənilmişdir.Yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X1” MMC-yə cavabdeh tərəfindən"xxxx" QSC-yə ödənilmiş məbləğin 15% həcmində yəni ümumilikdə 663 manat məbləğində xidmət haqqı ödənilmişdir.«X2 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019 -cü il tarixli müqavilənin 5 və 6-cı bəndində borcalanın hüquq və vəzifələri(öhdəlikləri)ndə qeyd edilmişdir ki : «Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəliklər lazımınca yerinə yetirilmədikdə kredit və ona hesablanmış faiz borcunu, o cümlədən kredit üzrə geciкdirilmiş və,və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hesablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hesablanan cərimə məbləğlərini, kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və,və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmətl ilə bağlı çəkdiyi (çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb etmək (tutmaq/almaq);Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə kreditin geri qaytarılması ilə bağlı “Borcverənin" çəkdiyi və,və ya çəkməli olduğu bütün xərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi/çəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin" əldən çıxmış faydasını ödənilməlidir.Qeyd olunanlara əsasən Cavabdeh 663 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun "YapıKredi Bank Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edəsiniz Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və öz izahatında qeyd etdi ki,o kredit müqaviləsi üzrə borcu tam ödəyib, banka kimsə hüquqi xidmət göstərib deyə o ödəniş etməməlidir.Xahiş edir ki iddia təmin olunmasın. İddiaçı "xxxx" QSC məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da öz nümayəndəsini məhkəməyə göndərməmişdir.İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddiaçının iştirakı olmadan işə baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" QSCnin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası təmin olunmuş, Cavabdeh 3082.24 manat borcun və 30 manat dövlət rüsumunun "YapıKredi Bank Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir. "xxxx" QSC ilə “X1” MMC arasında bağlanmış xx.xx.2016 -ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləyə əsasən iddiaçının məhkəmə qərarları üzrə borcun tələb edilməsi “X1” MMC-yə sifariş edilmişdir. Xidmət haqqı təmin edilmiş məbləğin 15% miqdarında müəyyən olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2022 tarixində ödənilən 2652 manat məbləğində vəsait “X1” MMC -nin vasitəsi ilə təmin edilmişdir. Ödəniş qəbzindən görünür ki,iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 663 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu "YapıKredi Bank Azərbaycan” QSC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh 663 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu "YapıKredi Bank Azərbaycan” QSC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar