Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-14/2025 21.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs cəlb edilməklə Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, icarə haqqının, pul, maddi və mənəvi zərərin ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, onun vəkilləri və nümayəndələri Vəkil4, Vəkil5, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs cəlb edilməklə Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, icarə haqqının, pul, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, icarə haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 13200 manat icarə haqqının, 5000 manat maddi zərər və 1000 manat mənəvi zərərin, ödədiyi 147 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, xx.xx.2018-ci il tarixli müqavilədə və aktda, eskiz layihədə qeyd olunmuş Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən A- B-C-D və 17, 18, 19-da yerləşən 250 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi və yekun təhvil-təslim aktının da müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdehndən 13200 manat icarə haqqının, 5000 manat maddi zərər və 1000 manat mənəvi zərərin, ödədiyi 147 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, xx.xx.2018-ci il tarixli müqavilədə və aktda, eskiz layihədə qeyd olunmuş Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində, A-B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən, sahəsi 250 kv.m-dən ibarət olması müqavilədə qeyd olunmuş və cavabdehin təqsiri səbəbindən itkiyə məruz qalıb hazırda sahəsi 200 kv.m olan sahənin ona bitişik olan 50 kv.m-lik sahə ilə birlikdə təmir edilərək ona təhvil verilməsi və yekun təhvil-təslim aktının da müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Daha sonra İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdehndən 33000 manat icarə haqqının, 5000 manat maddi zərər və 1000 manat mənəvi zərərin, ödədiyi 147 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində, A- B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən faktiki sahəsi 176.1 kv.m olan qeyri-yaşayış sahəsinin və həmin sahəsinin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən faktiki sahəsi 65.9 kv.m olan qeyri-yaşayış sahəsinin təmir edilərək ona təhvil verilməsi və yekun təhvil-təslim aktının da müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə ona təhvil verilməli olan qeyriyaşayış sahəsinin cavabdehin təqsirli hərəkətləri nəticəsində itkiyə getmiş 8 kv.m-lik hissəsinin (250-242) maddi dəyəri olan 80880 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında xx.xx.2018-ci il tarixli notarial müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən faktiki sahələri 300 kv.m-dən artıq olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 207 nömrəli binanın, 1-ci mərtəbəsində yerləşən iki ədəd qeyri-yaşayış sahəsini cavabdeh ondan təhvil almışdır. Əvəzində isə həmin müqaviləyə əsasən tərtib olunmuş akta əsasən Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən A-B-C-D və 17, 18, 19-da yerləşən 250 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini 24 ay müddətində ona tam təmirli formada təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmçinin müqaviləyə əsasən aylıq 2200 manat da icarə haqqının ona ödənilməsi öhdəliyi müəyyən edilmişdir. Nəzərə çatdırır ki, müqavilənin bağlanmasından 4 ilə yaxın müddət keçsə də bugünkü günə kimi həmin qeyri-yaşayış sahəsi ona təhvil verilməməkdədir. Yaxın vaxtlarda isə faktla bağlı haqlı iradını bildirdikdə ona artıq həmin sahənin başqa şəxslərə satıldığı və ona sökülən əmlakının qarşılığında heç bir əmlak verilməyəcəyi deyildi. Bundan əlavə bağlanmış müqaviləyə əsasən Cavabdeh MTK ona aylıq 2200 manatlıq icarə haqqı da ödəməli idi. Lakin ilk başlarda kart hesabına bu pul köçürülsə də son iki rüb, yəni 6 aylıq icarə haqqı ona ödənilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən onun konstitusion hüquqları kobud surətdə pozulmaqdadır. Cavabdehlə aralarında bağlanmış müqavilənin 2.2.1-ci maddəsinə əsasən cavabdehin tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq mülkiyyətçiyə təhvil verilməsi öhdəliyi müəyyən edilmişdir. Bundan əlavə müqavilənin 2.2.2-ci maddəsində də ona ödənilməli olan icarə xərcinin məcburiliyi qeyd olunmuşdur. Həmçinin hazırki müqavilənin 1.1-ci maddəsində ona təhvil verilməli olan əks olunduğu akt və eskiz layihəni də qoşma vasitəsi ilə təqdim edir. Həmin akt və eskizdə verilməli olan qeyri-yaşayış sahəsinin harada yerləşməsi açıq formada qeyd olunmuşdur. Lakin cavabdeh aldığı məlumata əsasən həmin sahəni artıq başqa şəxslər üçün satışa çıxarmışdır. Hazırda elə onu narahat edən əsas məsələ də bununla bağlıdır. Belə ki, cavabdeh tikinti şirkəti həmin sahəni istədiyi kənar bir şəxsə pul qarşılığında satacaqdır. Bu zaman isə artıq qanuni mülkiyyəti kənar şəxslər tərəfindən qəsb edilmiş olacaqdır. Hazırki iddianı qaldırmaqda əsas məqsədi həm cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb etmək, həm də qanuni mülkiyyətinin mühafizəsini həyata keçirməkdir. Nəzərə çatdırır ki, həmin ünvanda yerləşən və cavabdeh tərəfindən sökülmüş qeyri-yaşayış sahələri onun yeganə gəlir və qazanc mənbəyi idi. Həmin sahələri ictimai iaşə məntəqəsi kimi işlədir və ailəsinin gəlirlərini qarşılayırdı. Hazırda isə 4 il müddət keçməsinə baxmayaraq nə əmlakı ona təhvil verilir, nə də aylıq icarə haqqı ödənilir. Halbuki cavabdehin hər zaman istinad etdiyi Nəsimi rayon icra hakimiyyəti başçısının 263 və 264 saylı 16 oktyabr 2017-ci il tarixli sərəncamı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarı tamamilə vətəndaşların mənzil və yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün qəbul edilmişdir. Qəbul edilmiş qərar və sərancamlarda sakinlərin mülkiyyət hüquqlarına dair mənafeləri üstün tutmaqla yaşadıqları istismara yararsız binaların sökülərək inşa ediləcək müasir tələblərə cavab verən yeni yaşayış binalarında onlara tam təmirli və sahəsinə uyğun olaraq əvvəlkindən daha geniş yeni mənzillərin verilməsi və mənzillərin təhvil veriləcəyi müddətədək müvəqqəti yaşayış sahəsi ilə təmin edilmələri nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəf həmin bu qərar və sərəncamın hüquqi təbiətini dərk etməmiş və onu belə çıxılmaz bir vəziyyətə salmışdır. Bildirir ki, cavabdeh qurum tərəfindən sakinlərlə ilkin danışıq və razılaşma qaydaları da yuxarıda qeyd olunan hüquqi aktlara tamamilə zidd formada olmuşdur. Belə ki, təqdim olunan şərtlərlə razı olmayan sakinlərin işıq, su və qaz təminatları dayandırılır, əraziyə giriş-çıxışlarına maneçilik törədilirdi. O, da bu tip qanunsuz hərəkətlərə görə məcbur qalıb cavabdehin təqdim etdiyi şərtlərlə məcburi olaraq razılaşdı. Elə məhz həmin vaxt faktiki sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsi 125.1 ə 39.9 kv.m olaraq nəzərə alındı. Hazırda isə bu qədər əziyyətlərdən sonra da qanuni mülkiyyətləri cavabdeh tərəfindən onlara verilmir və satışa çıxarılır. Yuxarıda da qeyd etdiyi kimi həmin obyektlər onun yeganə gəlir mənbəyi idi. Cavabdeh qurum isə məcburi şəkildə onunla razılaşdıqdan sonra o, həmin qazancından da məhrum oldu. Uzun illərdir ki, mülkiyyətinin ona təhvil veriləcəyi günü ümidlə gözləyirdi. Lakin bir neçə gün əvvəl artıq həmin sahənin satışa çıxarıldığı məlumatını aldıqda bütün ümidləri puç oldu. Halbuki müqavilə 2 il bundan əvvəl tam icra olunmalı və sahə ona təhvil verilməli idi. Bu müddət ərzində o, obyektinin istifadəsi nəticəsində kifayət qədər gəlir əldə edə bilərdi. Bu maddi zərəri əldən çıxmış fayda qismində 5000 manat dəyərində qiymətləndirir. Bildirir ki, müqavilə bağlandığı gündən uzun illərdir ki, ona davamlı bir süründürməçilik kompaniyası aparılır. Hər müraciət etdikdə tikinti şirkətinin nümayəndələri müxtəlif bəhanələr gətirir, onunla mübahisə edir və özlərinin haqlı olduqlarını təkidlə müdafiə edirlər. O, isə 66 yaşında bir qadındır və bu mübahisələrə tab gətirə bilmir. Uzun müddətli bu mübahisələr onun ağır əsəb, stres keçirməyinə səbəb olur. Bunun nəticəsində isə ona ağır mənəvi zərər vurulmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərin də əvəzi ona ödənilməlidir. Əks halda pozulmuş hüquqlarının bərpasından söhbət belə gedə bilməz. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi ona ağır mənəvi zərər vurulması öz təsdiqini tapır. Bu mənəvi zərəri isə 1000 manat dəyərində qiymətləndirir. Həmçinin bildirir ki, qeyri-yaşayış sahəsinin ona faktiki olaraq təhvil verilməsindən əlavə gələcəkdə əmlakına rəsmi çıxarış almağında hər hansı bir problem yaranmaması səbəbi ilə yekun təhvil-təslim aktının da müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyi müəyyən edilməlidir.
Tərəflərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh MTK kirayə haqqını əlbəəl verirdi və heç bir qəbz vermirdi. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, cavabdeh tikinti şirkətinin əməlləri artıq mülki hüquq pozuntusu olmaqdan çıxmış və ictimai təhlükəli əməllərə, cinayət xarakterli hüquq pozuntularına çevrilmişdir. Uzun illərdir ki, Cavabdeh MMC tərəfindən iddiaçının mülkiyyət hüquqları pozulmaqdadır. Hazırda isə tikinti şirkəti ona verilməli olan və üzərlərinə həbs qoyulmuş obyekti başqa şəxslərə satmaqla, həmin şəxsləri obyektə buraxıb təmirə başlamaqlarına şərait yaratmaqla və qərardadla üzərinə həbs qoyulmuş obyektin bütünlüyünü pozmaqla məşğuldur. Belə ki, xx.xx.2023-cü il tarixində obyektinin yaxınlığında olarkən təsadüfən obyektin içərisində tanımadığı bir neçə nəfər şəxsin olduğunu gördü. Məsələni daha yaxşı öyrənmək üçün obyektinə yaxınlaşdı. Daha sonra həmin şəxslərin Qızbəs, onun yaxını Elman adlı şəxsin və onların ustalarının olduğunu öyrəndi. Məsələ ilə bağlı onlarla söhbət etdikdən sonra məlum oldu ki, ona müqavilə əsasında verilən bu yer həmin tikinti şirkəti tərəfindən həm Qızbəs, həm də Kənan adlı şəxslərə qanunsuz olaraq satılmışdır. Həmin vaxt obyektə qanunsuz olaraq girmiş X2 ilə arasında mübahisə yarandı. Həmin mübahisənin gedişində Qızbəs Bayramova təkidlə obyekti ona tikinti şirkətinin verdiyini, onların icazəsi ilə obyektə girdiyini bildirirdi. Ərazinin foto-şəkillərindən və videolardan da görünür ki, obyektə ən azı bir neçə həftəlik təmir prosesi getmişdir. Hətta tikinti şirkəti faktiki sahəsi 65.9 kv.m olan obyekti arakəsmə ilə bölərək obyektin bütünlüyünü də pozmuşdur. Bununla da görünür ki, tikinti şirkəti açıq-aşkar cinayət əməli törətməkdən, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdən və dələduzluq törətməkdən çəkinmir. Göründüyü kimi tikinti şirkətinin hərəkətlərində birbaşa olaraq dələduzluq cinayətinin əlamətləri mövcuddur. Bir çox tikinti şirkətində rastlanan bir evin və ya obyektin bir neçə şəxsə satılması əməli təəssüf ki, burada da müşahidə olunur. Cavabdeh MTK-nın əməllərində cinayət əlamətləri olduğuna görə bu barədə xüsusi qərardad çıxarıb prokurora xəbər verilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil5 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
8. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 bildirmişdir ki, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Azadlıq prospekti ilə Süleyman Rəhimov və Ş.Əzizbəyov küçələrin kəsişməsində inşa edilmiş 16 mərtəbəli yaşayış binasında “D” blokunu qeyri-yaşayış sahəsinin yarımzirzəmi sahəsində yerləşən yer səviyyəsi ilə bərabər Süleyman Rəhimov küçəsinə baxan tərəfdə 65 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi Maraqlı şəxs verilib. Belə ki, ilkin layıhə təsdiq olunmadı, daha sonra təsdiq olunmuş layihədə isə şaxta əlavə olunduğundan iddiaçıya verilmiş sahə azaldı. MTK Fəridə xanıma başqa yerdən qeyri-yaşayış sahəsi təklif edir, lakin iddiaçı, razılaşmır.
9. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs bildirdi ki, o da keçmiş sakindir. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında “D” blokunun qeyri-yaşayış sahəsinin yarımzirzəmi sahəsində yerləşən yer səviyyəsi ilə bərabər Süleyman Rəhimov küçəsinə baxan tərəfdə 65 kv.m olan qeyri-yaşayış sahəsi ona verilmişdir.
10. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil3 bildirmişdir ki, iddia ərizəsində qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında “D” blokunun qeyri-yaşayış sahəsinin yarımzirzəmi sahəsində yerləşən yer səviyyəsi ilə bərabər Süleyman Rəhimov küçəsinə baxan tərəfdə 65 kv.m olan qeyri-yaşayış sahəsi Maraqlı şəxs verilmişdir. İddiaçının ümumiyyətlə 65 kv.m olan qeyri-yaşayış sahəsinə dair iddia qaldırmağa subyektiv hüququ yoxdur.
11. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
13. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
14. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 207 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39.9 kv.m olan qeyri-yaşayış sahəsini və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 207 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 125.1 kv.m olan qeyri-yaşayış sahəsini sökülmək üçün təhvil alıb “Tikinti şirkəti” tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası başa çatdıqdan sonra hər iki qeyri-yaşayış sahələrinin əvəzi olaraq Cavabdeh MMC və İddiaçı arasında tərtib edilmiş akta əsasən eskizdə göstərilən Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən A-B-C-D və 17, 18, 19da yerləşən 250 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil verilməsini öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin imzalandığı tarixdən etibarən 10 gün ərzində ona məxsus mənzili söküntü üçün “Tikinti şirkəti”nə təhvil verəcək, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş binada yerləşən qeyriyaşayış sahəsini işə qəbul edəcəklər. “Tikinti şirkəti” həmçinin öhdəsinə götürür ki, qeyriyaşayış sahəsi söküntü üçün təhvil verildikdən sonra növbəti aydan başlayaraq 2200 manat məbləğində icarə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 dəfə mülkiyyətçiyə ödəyəcəkdir. İcarə haqqı yeni qeyri-yaşayış sahəsi mülkiyyətçiyə təhvil verilənədək ödəniləcəkdir. Müqavilənin 1.4-cü bəndinə əsasən “Tikinti şirkəti” inşa ediləcək çoxmənzilli binanın yarımzirzəmi hissəsində yerləşən 250 kv.m qeyri-yaşayış sahəsini (yarımzirzəmi) mülkiyyətçiyə təmirsiz şəkildə təhvil verməyi öhdəsinə götürür.
15. Cavabdeh MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 110.5, yaşayış sahəsi 80 kv.m olan 5 otaqlı, 5 saylı mənzili paylı mülkiyyət hüququ əsasında Maraqlı şəxs məxsus olan 6/7 hissəsinin sökülməsi üçün təhvil alıb, həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 125.92 kv.m-dən ibarət 3 otaqlı təmirli mənzili və 65 kv.m (yarımzirzəmi) qeyri-yaşayış sahəsini mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür.
16. xx.xx.2018-ci il tarixli Aktdan görünür ki, İddiaçı həmin binanın yarımzirzəmisində A-B-C-D və 17, 18, 19-da yerləşən ticarət sahəsinin eskiz layihəsi ilə tanış oldu. Öz razılığı ilə həmin yerin ona məxsus olmasına razılıq verir. Ümumi ölçü 250 kv.m təşkil edir.
17. Eskiz layihədən görünür ki, A-B-C-D və 17, 18, 19-da yerləşən 200 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi qeyd olunub. 16, 17 oxlar aralığında yerləşən 72.70 kv.m olan qeyri-yaşayış sahəsinin Maraqlı şəxs verilməsi qeyd olunub.
18. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/630 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C- D 17-18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 176,1 kv.metr, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B- C-D 17-18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin sol cinahında yerləşən A-B-C 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 65,9 kv.metr təşkil etdiyi müəyyən olunur. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D 17-18- 19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən ******* manat (176,1 x 10110) məbləğində, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsinin isə hazırki orta bazar qiymətlərinə. uyğun ümumi dəyərinin təqribən 666000 manat (65,9 x 10110) məbləğində olduğu müəyyən edilmişdir.
19. Arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında “D” blokunun qeyri-yaşayış sahəsinin yarımzirzəmi sahəsində yerləşən yer səviyyəsi ilə bərabər Süleyman Rəhimov küçəsinə baxan tərəfdə 65 kv.m olan qeyri-yaşayış sahəsinə görə Maraqlı şəxs heç bir borcu yoxdur.
20. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********77-05101-083004 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 207 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 125.1 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Qeyri-yaşayış sahəsi iddiaçının adına xx.xx.2018-ci il tarixli, 11171049 52 qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.
21. ÖM seriyalı 128531 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2002-ci ildə Maraqlı şəxs adına qeydiyyata alınmışdır.
22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/33 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 171-ci vərəqində olan Maraqlı şəxs oğlunun adına tərtib olunmuş 25 noyabr 2021-ci il tarixli 244 № li arayışda Cavabdeh MTK-nin sədri:” qrafasındakı imza - HACİYEV ZİYA ELŞAD oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 171-ci vərəqində olan Maraqlı şəxs adına tərtib olunmuş 25 noyabr 2021-ci il tarixli 244 № li arayışda Cavabdeh MTK-nin sədri:” qrafasındakı imza ilə mülki işin 22-ci vərəqində Vəkil2 oğlunun adına olan 01 sentyabr 2022-ci il tarixli 25/22 № li etibarnamədə Cavabdeh MTKnin sədri:“ qrafasındakı imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur.
23. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/8606 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən və həmin sahənin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyriyaşayış sahələrinin faktiki sahəsi təqdim olunan “işçi layihə” ilə eynilik təşkil etmədiyi, belə ki, mülki iş materiallarına əlavə edilmiş işçi layihəsinə əsasən, A-B-C-D hərf oxları ilə 17- 18-19 rəqəm oxları arasında yerləşən qeyri yaşayış sahəsinin ümumi sahəsi 200,0 kv.metr, A-B-C hərf oxları ilə 16-17 rəqəm arasında yerləşən qeyri yaşayış sahəsinin ümumi sahəsi 72,70 kv.metr olduğu, A-B-C-D 17-18-19 oxları aralığında yerləşən qeyriyaşayış sahəsinin faktiki sahəsinin 176,1 kv.metr, A-B-C-D 17- 18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin sol cinahında yerləşən A-B-C 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 65,9 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D və 17,18,19 oxlar aralığında yerləşən və həmin sahənin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahələrinin faktiki sahəsinin təqdim olunan “işçi layihə” ilə eynilik təşkil etmədiyi, fərqliliyin daxili ölçülərə münasibətdə A-B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində 23,9 kv. metr, A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində isə 6,8 kv. metr olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D və 17, 18,19 oxlar aralığında yerləşən və həmin sahənin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahələrinin faktiki sahəsinin təqdim olunan “işçi layihə” ilə eynilik təşkil etmədiyi, fərqliliyin xarici ölçülərə (çöldən-çölə) münasibətdə A-B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində 16,8 kv. metr, A-B-C və 16- 17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində isə 4,9 kv. metr olduğu müəyyən edilmişdir.
24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/15-5/19 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş 25 noyabr 2021-ci il tarixli, 244 N-li arayışın məzmunundakı yazıların şriftləri ilə arayışdakı Cavabdeh MTK-nin sədri: Z.E.Hacıyev yazıların şriftləri eynilik təşkil etmirlər.
25. 25 oktyabr 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MTK tərəfindən İddiaçı 2450 manat məbləğində pul köçürülmüşdür.
26. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10-5244-5/1183-5/1189 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş 25 noyabr 2021-ci il tarixli 244 N-li arayışın üzərində olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiq olunan möhür əksi təqdim edilmiş “25 oktyabr 2021-ci il tarixli 01 nömrəli Ödəniş tapşırığı”nın, “17 may 2023-cü il tarixli 37 nömrəli Müqavilə”nin, “15 mart 2021-ci il tarixli 245 nömrəli müqavilə”nin, “26 fevral 2023cü il tarixli 349 nömrəli müqavilə”nin, “23 fevral 2023-cü il tarixli 285 nömrəli arayış”ın, “21 noyabr 2022-ci il tarixli 331 nömrəli müqavilə”nin üzərində olan “Azərbaycan Respublikası YENİ AİLƏ” eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. Tədqiqat zamanı tədqiq olunan və nümunə möhür əkslərində vurulduğu möhürün aşınmasını xarakterizə edən sabit əlamətlər müəyyən etmədi. Bu səbəbdən 25 noyabr 2021-ci il tarixli 244 nömrəli arayışdakı möhür əksinin və Cavabdeh MTK-nın MTK-nın müvafiq dövrlərə (2021-ci ilə və 2023-cü ilə) aid sənədlərdəki möhür əkslərinin aşınma dərəcəsi eyni və ya müxtəlif olan möhür (klişe) ilə vurulub-vurulmamasını müəyyən etmək mümkün olmadı. Tədqiq edilmiş 25 noyabr 2021-ci il tarixli 244 N-li arayışın blankı Cavabdeh MTK-nın sərbəst nümunə qismində təqdim etdiyi “23 fevral 2023-cü il tarixli 285 nömrəli arayış”ın blankı ilə eynilik təşkil etmir. Tədqiq edilmiş 25 noyabr 2021-ci il tarixli 244 N-li arayışın yuxarı hissəsində olan “№ 244 25 Noyabr 2021-ci il ARAYİŞ Verilir vətəndaş” sözü ilə başlayıb “borcu yoxdu” sözü ilə bitən mətnindəki şriftlər sərbəst nümunə qismində təqdim edilmiş “25 oktyabr 2021-ci il tarixli 01 nömrəli Ödəniş tapşırığı”nın, 17 may 2023-cü il tarixli 37 nömrəli Müqavilə”nin, “15 mart 2021-ci il tarixli 245 nömrəli müqavilə”nin, 26 fevral 2023-cü il tarixli 349 nömrəli müqavilə”nin, 21 noyabr 2022-ci il tarixli 331 nömrəli müqavilə”nin mətnlərinin şriftləri ilə eynilik təşkil etmirlər. Tədqiq edilmiş 25 noyabr 2021-ci il tarixli 244 №-li arayışın aşağı hissəsində olan Cavabdeh MTK-nin sədri: Z.E.Hacıyev” sözlərini təşkil edən şriftlər sərbəst nümunə qismində təqdim edilmiş “25 oktyabr 2021-ci il tarixli 01 nömrəli Ödəniş tapşırığı”nın, 17 may 2023-cü il tarixli 37 nömrəli Müqavilə”nin, “15 mart 2021-ci il tarixli 245 nömrəli müqavilə”nin, 26 fevral 2023-cü il tarixli 349 nömrəli müqavilə”nin, 21 noyabr 2022-ci il tarixli 331 nömrəli müqavilə”nin mətnlərinin şriftləri ilə eynilik təşkil edirlər. Tədqiq edilmiş 25 noyabr 2021-ci il tarixli 244 №-li arayışın yuxarı hissəsində olan “№ 244 25 Noyabr 2021-ci il ARAYİŞ Verilir vətəndaş” sözü ilə başlayıb “borcu yoxdu” sözü qurtaran mətnlərin şriftləri sərbəst nümunə qismində təqdim edilmiş 23 fevral 2023-cü il tarixli arayış”da “№ 285 23 Fevral 2021-ci il ARAYİŞ Verilir Vətəndaş”, “ona görə ki, həqiqətən də”, “inşa olunan yaşayış binasında E blok, yaşayış mərtəbələrin 8-ci mərtəbəsi, 155.29 kv.m, olan 3 otaqlı 345 saylı mənzilin dəyərini bütünlükdə ödəmişdir, borc yoxdur. Mənzilə quraşdırılan sayğacların dəyəri, quraşdırma və qeydiyyat xərcləri mülkiyyətçinin özü tərəfindən ödəniləcəkdir” mətnlərin şriftləri ilə eynilik təşkil edirlər. Tədqiq edilmiş 25 noyabr 2021-ci il tarixli 244 №-li arayışın yuxarı hissəsində olan “№ 244 25 Noyabr 2021ci il ARAYİŞ Verilir vətəndaş” sözü ilə başlayıb “borcu yoxdu” sözü ilə qurtaran mətnin şriftləri sərbəst nümunə qismində təqdim edilmiş 23 fevral 2023-cü il tarixli 285 N-li arayışdakı “X1 (AZE ********)”, Cavabdeh MTK-nın Bakı şəhəri, Azadlıq prosspekti ilə S.Rəhimov, M.Qaşqay, Ş.Əzizbəyov küçələrinin kəsişməsində” sözlərdə olan şriftlər ilə eynilik təşkil etmir. Təqdim edilmiş 25 noyabr 2021-ci il tarixli 244 №-li arayışın və sərbəst nümunə qismində təqdim edilmiş 23 fevral 2023-cü il tarixli 285 №-li arayışın aşağı hissələrində olan Cavabdeh MTK-nin sədri: Z.E.Hacıyev” sözlərin şriftləri öz aralarında eynilik təşkil edirlər. Tədqiq edilmiş 25 noyabr 2021 -ci il tarixli 244 №-li arayışın və sərbəst nümunə qismində təqdim edilmiş “25 oktyabr 2021-ci il tarixli 01 nömrəli Ödəniş tapşırığı”nın, 17 may 2023-cü il tarixli 37 nömrəli Müqavilə”nin, “15 mart 2021-ci il tarixli 245 nömrəli müqavilə”nin, 26 fevral 2023-cü il tarixli 349 nömrəli müqavilə”nin, “23 fevral 2023-cü il tarixli arayış”ın, 21 noyabr 2022-ci il tarixli 331 nömrəli müqavilə”nin mətnləri lazer printerdə çap edilmişdirlər. Azərbaycan Respublikası Cavabdeh məzmunlu möhür əksinin, “25 oktyabr 2021-ci il tarixli 01 nömrəli Ödəniş tapşırığı”nın, “17 may 2023-cü il tarixli 37 nömrəli Müqavilə”nin, “15 mart 2021-ci il tarixli 245 nömrəli müqavilə”nin 26 fevral 2023-cü il tarixli 349 nömrəli müqavilə”nin, “23 fevral 2023-cü il tarixli 285 nömrəli arayışın üzərlərində olan eyni məzmunlu möhürlərin rəngləyiciləri kimyəvi tərkibinə görə eynidirlər. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D və 17, 18,19 oxlar aralığında yerləşən və həmin sahənin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyriyaşayış sahələrində pilləkən və lift şaxtaları müəyyən edilməmişdir.
İşin faktiki halları:
27. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 207 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39.9 kv.m olan qeyri-yaşayış sahəsini və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 207 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 125.1 kv.m olan qeyri-yaşayış sahəsini sökülmək üçün təhvil alıb “Tikinti şirkəti” tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası başa çatdıqdan sonra hər iki qeyri-yaşayış sahələrinin əvəzi olaraq Cavabdeh MMC və İddiaçı arasında tərtib edilmiş akta əsasən eskizdə göstərilən Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən A-B-C-D və 17, 18, 19-da yerləşən 250 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil verilməsini öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin imzalandığı tarixdən etibarən 10 gün ərzində ona məxsus mənzili söküntü üçün “Tikinti şirkəti”nə təhvil verəcək, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş binada yerləşən qeyri-yaşayış sahəsini işə qəbul edəcəklər. “Tikinti şirkəti” həmçinin öhdəsinə götürür ki, qeyri-yaşayış sahəsi söküntü üçün təhvil verildikdən sonra növbəti aydan başlayaraq 2200 manat məbləğində icarə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 dəfə mülkiyyətçiyə ödəyəcəkdir. İcarə haqqı yeni qeyriyaşayış sahəsi mülkiyyətçiyə təhvil verilənədək ödəniləcəkdir. Cavabdeh ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 110.5, yaşayış sahəsi 80 kv.m olan 5 otaqlı, 5 saylı mənzili paylı mülkiyyət hüququ əsasında Maraqlı şəxs məxsus olan 6/7 hissəsinin sökülməsi üçün təhvil alıb, həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 125.92 kv.mdən ibarət 3 otaqlı təmirli mənzili və 65 kv.m (yarımzirzəmi) qeyri-yaşayış sahəsini mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Müqavilədə Maraqlı şəxs məxsus sahənin konkret olaraq yeri göstərilməmişdir. Hazırda iddiaçı Cavabdehndən 33000 manat icarə haqqının, 5000 manat maddi zərər və 1000 manat mənəvi zərərin, ödədiyi 147 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində, A-B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən faktiki sahəsi 176.1 kv.m olan qeyri-yaşayış sahəsinin və həmin sahəsinin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən faktiki sahəsi 65.9 kv.m olan qeyri-yaşayış sahəsinin təmir edilərək ona təhvil verilməsi və yekun təhvil-təslim aktının da müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə ona təhvil verilməli olan qeyri-yaşayış sahəsinin cavabdehin təqsirli hərəkətləri nəticəsində itkiyə getmiş 8 kv.m-lik hissəsinin (250-242) maddi dəyəri olan 80880 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
30. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar:
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı:
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
32. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı:
Qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının:
8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
Məhkəmənin mövqeyi:
34. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
35. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində, A-B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən faktiki sahəsi 176.1 kv.m olan qeyri-yaşayış sahəsinin və həmin sahəsinin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən faktiki sahəsi 65.9 kv.m olan qeyri-yaşayış sahəsinin təmir edilərək ona təhvil verilməsi və yekun təhvil-təslim aktının da müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə ona təhvil verilməli olan qeyri-yaşayış sahəsinin cavabdehin təqsirli hərəkətləri nəticəsində itkiyə getmiş 8 kv.m-lik hissəsinin (250-242) maddi dəyəri olan 80880 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir.
36. Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, “Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən və həmin sahənin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyriyaşayış sahələrinin faktiki sahəsi təqdim olunan “işçi layihə” ilə eynilik təşkil etmədiyi, belə ki, mülki iş materiallarına əlavə edilmiş işçi layihəsinə əsasən, A-B-C-D hərf oxları ilə 17- 18-19 rəqəm oxları arasında yerləşən qeyri yaşayış sahəsinin ümumi sahəsi 200,0 kv.metr, A-B-C hərf oxları ilə 16-17 rəqəm arasında yerləşən qeyri yaşayış sahəsinin ümumi sahəsi 72,70 kv.metr olduğu, A-B-C-D 17-18-19 oxları aralığında yerləşən qeyriyaşayış sahəsinin faktiki sahəsinin 176,1 kv.metr, A-B-C-D 17- 18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin sol cinahında yerləşən A-B-C 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 65,9 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D və 17,18,19 oxlar aralığında yerləşən və həmin sahənin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahələrinin faktiki sahəsinin təqdim olunan “işçi layihə” ilə eynilik təşkil etmədiyi, fərqliliyin daxili ölçülərə münasibətdə A-B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində 23,9 kv. metr, A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində isə 6,8 kv. metr olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D və 17, 18,19 oxlar aralığında yerləşən və həmin sahənin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahələrinin faktiki sahəsinin təqdim olunan “işçi layihə” ilə eynilik təşkil etmədiyi, fərqliliyin xarici ölçülərə (çöldən-çölə) münasibətdə A-B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində 16,8 kv. metr, A-B-C və 16- 17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində isə 4,9 kv. metr olduğu müəyyən edilmişdir.”
37. Göründüyü kimi İddiaçı xx.xx.2018-ci il tarixli müqavilə üzrə verilən A-B-C-D 17- 18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin faktiki sahəsi 176,1 kv.metr təşkil edir.
38. Mülki işin 125-ci səhifəsində olan eskiz layihədə Maraqlı şəxs verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin ölçüsü 72.70 kv.m qeyd edilmişdir. Maraqlı şəxs ilə bağlanan müqavilədə ona veriləcək qeyri-yaşayış sahəsinin ölçüsü 65 kv.m göstərilmişdir. Ekspert rəyi ilə A-B-C 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsinin faktiki sahəsi isə 65.9 kv.m müəyyən edilmişdir.
39. Göründüyü kimi müqavilədə, eskiz layihədə və maliyyə arayışı arasında ziddiyyətlər vardır. Cavabdeh ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 110.5, yaşayış sahəsi 80 kv.m olan 5 otaqlı, 5 saylı mənzili paylı mülkiyyət hüququ əsasında Maraqlı şəxs məxsus olan 6/7 hissəsinin sökülməsi üçün təhvil alıb, həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 125.92 kv.m-dən ibarət 3 otaqlı təmirli mənzili və 65 kv.m (yarımzirzəmi) qeyri-yaşayış sahəsini mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi Maraqlı şəxs məxsus sahənin konkret olaraq ünvanı göstərilməmişdir. Maliyyə arayışında isə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında “D” blokunun qeyriyaşayış sahəsinin yarımzirzəmi sahəsində yerləşən yer səviyyəsi ilə bərabər Süleyman Rəhimov küçəsinə baxan tərəfdə 65 kv.m olan qeyri-yaşayış sahəsinə dair Maraqlı şəxs borcu olmadığı qeyd edilmişdir. Beləliklə, xx.xx.2018-ci il tarixli müqavilədə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında “D” blokunun qeyri-yaşayış sahəsinin yarımzirzəmi sahəsində yerləşən yer səviyyəsi ilə bərabər Süleyman Rəhimov küçəsinə baxan tərəfdə 65 kv.m olan qeyri-yaşayış sahəsi qeyd edilməmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən rəydən də göründüyü kimi A-B-C-D 17- 18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin sol cinahında yerləşən A-B-C 16-17 oxları aralığında olan qeyriyaşayış sahəsinin ümumi sahəsi 65,9 kv.metr təşkil edir.
40. Mülki işin 124-cü səhifəsində olan eskiz layihədə isə A-B-C 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsinin üzərinə Kənan yerinə ümumiyyətlə Qızbəs adı qeyd edilmişdir.
41. Qeyd olunanlardan açıq-aydın görünür ki, Cavabdeh ilə Maraqlı şəxs arasında bağlanmış müqavilədə nəzərdə tutulan yer, A-B-C 16-17 oxları aralığında olan qeyriyaşayış sahəsi deyil.
42. Həmçinin yerində müayinə zamanı məhkəmə müəyyən etdi ki, A-B-C 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsi, A-B-C-D 17-18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinə bitişikdir və həmin sahənin davamıdır. Ona görə A-B-C 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsi də İddiaçı verilməlidir.
43. Bundan başqa Cavabdeh ilə İddiaçı arasında müqavilə xx.xx.2018-ci il tarixdə, Cavabdeh ilə Maraqlı şəxs arasında isə müqavilə xx.xx.2018-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi iddiaçı ilə müqavilə daha öncə bağlanmışdır.
44. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh ilk növbədə İddiaçı ilə bağlanmış müqavilə üzrə öhdəlikləri tam icra etməlidir.
45. Cavabdeh tərəfindən Maraqlı şəxs verilməli olan qeyri-yaşayış sahəsinin ölçüsü müqaviləyə əsasən 65 kv.m-dir və ünvan dəqiq göstərilməmişdir. Belə olan halda Maraqlı şəxs verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin harada yerləşməsini müəyyən etmək cavabdehin üzərinə düşən öhdəlikdir.
46. Həmçinin Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 207 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39.9 kv.m olan qeyriyaşayış sahəsini və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 207 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 125.1 kv.m olan qeyriyaşayış sahəsini sökülmək üçün təhvil alıb “Tikinti şirkəti” tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası başa çatdıqdan sonra hər iki qeyri-yaşayış sahələrinin əvəzi olaraq Cavabdeh MMC və İddiaçı arasında tərtib edilmiş akta əsasən eskizdə göstərilən Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən A-B-C-D və 17, 18, 19da yerləşən 250 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil verilməsini öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən “Tikinti şirkəti” inşa ediləcək çoxmənzilli binanın yarımzirzəmi hissəsində yerləşən 250 kv.m qeyri-yaşayış sahəsini (yarımzirzəmi) mülkiyyətçiyə təmirsiz şəkildə təhvil verməyi öhdəsinə götürür.
47. Göründüyü kimi Cavabdeh İddiaçı sahəsi 250 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini təmirsiz verməyi öhdəsinə götürmüşdür.
48. Beləliklə, cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilməmişdir və müqavilədə nəzərdə tutulan ölçüdə qeyri-yaşayış sahəsi iddiaçıya verilməmişdir. İddiaçıya A-B-C-D 17-18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsi və A-B-C 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsi verilsə belə, müqavilədə qeyd olunmuş 250 kv.m sahə tamamlanmır. Qeyri-yaşayış sahələrinin ümumi ölçüsü 176.1+65.9=242 kv.m-dir. Müqavilədə isə 250 kv.m qeyri-yaşayış sahəsi verilməsi nəzərdə tutulmuşdur.
49. İddiaçı həmçinin müqavilə üzrə ona təhvil verilməli olan qeyri-yaşayış sahəsinin cavabdehin təqsirli hərəkətləri nəticəsində itkiyə getmiş 8 kv.m-lik hissəsinin (250-242) maddi dəyəri olan 80880 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, tələb bu hissədə də təmin edilməlidir.
50. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D 17-18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən ******* manat (176,1 x 10110) məbləğində, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsinin isə hazırki orta bazar qiymətlərinə. uyğun ümumi dəyərinin təqribən 666000 manat (65,9 x 10110) məbləğində olduğu müəyyən edilmişdir.
51. Belə olan halda iddiaçıya verilməli olan qeyri-yaşayış sahəsinin 8 kv.m əskik hissəsi ekspert rəyi ilə müəyyən olunmuş orta bazar qiymətlərinə uyğun olaraq hesablanmış 8x10110=80880 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
52. Beləliklə, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində, A-B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən faktiki sahəsi 176.1 kv.m olan qeyri-yaşayış sahəsi və həmin sahəsinin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən faktiki sahəsi 65.9 kv.m olan qeyri-yaşayış sahəsi təmirsiz vəziyyətdə və qeyri-yaşayış sahəsinin 8 kv.m əskik hissəsinin əvəzi olaraq 80880 manat məbləğində pul İddiaçı təhvil verilməli və yekun təhvil-təslim aktının müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
53. Məhkəmə iddia tələbinin “Cavabdehndən 33000 manat icarə haqqının tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, kirayə haqqının ödənilməməsi ilə bağlı iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
54. Məhkəmə iddia tələbinin “5000 manat maddi zərərin və 1000 manat mənəvi zərərin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu hissədə tələbini əsaslı edəcək sübut təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Göründüyü kimi, mənəvi zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir. Lakin iddiaçı onun fiziki və mənəvi sarsıntılar keçirməsini və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir.
Məhkəmə baxışının hədləri:
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
56. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən ödənilmiş 147 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Nəticə:
57. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində, A- B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən faktiki sahəsi 176.1 kv.m olan qeyri-yaşayış sahəsi və həmin sahəsinin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən faktiki sahəsi 65.9 kv.m olan qeyri-yaşayış sahəsi təmirsiz vəziyyətdə İddiaçı təhvil verilməli və yekun təhvil-təslim aktının müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, Cavabdehndən qeyri-yaşayış sahəsinin 8 kv.m əskik hissəsinin əvəzi olaraq 80880 manat məbləğində pul və 147 manat dövlət rüsumu tututularaq İddiaçı ödənilməlidir.
58. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində, A-B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən faktiki sahəsi 176.1 kv.m olan qeyri-yaşayış sahəsi və həmin sahəsinin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən faktiki sahəsi 65.9 kv.m olan qeyri-yaşayış sahəsi təmirsiz vəziyyətdə İddiaçı təhvil verilsin və yekun təhvil-təslim aktının müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Cavabdehndən qeyri-yaşayış sahəsinin 8 kv.m əskik hissəsinin əvəzi olaraq 80880 manat məbləğində pul və 147 manat dövlət rüsumu tututularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova