Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1468/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı “Azər-Türk Bank" ASC-nin nümayəndəsi X3, Cavabdeh Ələddı̇ n oğlunun iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3311,95 (üç min üç yüz on bir manat doxsan beş qəpik) manat əsas, 133,92 (bir yüz otuz üç manat doxsan iki qəpik) manat faiz, cəmi 3445,87 (üç min dörd yüz qırx beş manat səksən yeddi qəpik) manat borcun, həmçinin ödənilmiş 54,86 (əlli dörd manat səksən altı qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 şəxsi (istehlak) məqsədləri üçün 56 (əlli altı) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 4923.03 (dörd min doqquz yüz iyirmi üç manat üç qəpik) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı İddiaçı ASC ilə X5 arasında xx.xx.2021-ci il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2021-ci il tarixli 1059400/25522 saylı Zaminlik Müqaviləsinə əsasən X2 qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin 1.1.-ci bəndinə görə, Bоrcalan Bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirənədək Zaminlər, Bоrcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit Müqaviləsinin şərtlərinə əsasən X5 xx.xx.2025-ci il tarixinə əsas borcu 3311.95 (üç min üç yüz on bir manat doxsan beş qəpik) manat, faiz borcu 133.92 (bir yüz otuz üç manat doxsan iki qəpik) manat, cəmi 3445.87 (üç min dörd yüz qırx beş manat səksən yeddi qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ №471279 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq cavabdeh bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Bununlа dа cavabdeh, Krеdit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehlərin, Krеdit Müqaviləsinə əsаsən "xxxx" ASC-yə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 3445.87 (üç min dörd yüz qırx beş manat səksən yeddi qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdeh tərəfindən ödənilməsi təmin еdilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini, ona güzəşt edilməsini, faiz dərəcəsinin sıfırlanmasını istədiyini, bank borcun yarısını bağlayacağı təqdirdə, borcun qalan hissəsini, 1500-2000 manatı hər ay 40-50 manat olmaqla ödəyəcəyini, kirayədə yaşadığını, eyni zamanda 2 kredit müqaviləsi üzrə kredit borcu ödədiyini, aldığı əmək haqqının ona çatmadığını, işdən sonra da fəhləlik etdiyini bildirərək əlavə olaraq qeyd etdi ki, müqavilə üzrə əsas borclu iş yoldaşı Sadıxov Emin, o isə onun borc öhdəliyi üzrə zamin olmuş, lakin əsas borclu müəyyən problemləri, çətinlikləri olduğu üçün xx.xx.2024-cü il tarixində intihar etmişdir. İş yoldaşı borcun müəyyən hissəsini, 8000 manata yaxın pul məbləğini özü ödəmişdi. O, dünyasını dəyişməmişdən öncə və halhazırda borc məbləği eynidir. İş yoldaşı dünyasını dəyişəndən sonra da banka onun üçün güzəşt edilməsi ilə bağlı ərizə ilə müraciət etsə də bank tərəfindən on heç bir güzəşt edilmir. Bank tərəfindən ona bildirilmişdir ki, 2024-cü ilin dekabr ayının 26-dan faizin hesablanması dayandırılıb. İş yoldaşı dünyasını dəyişəndən sonra digər borclarında olan 100000 manat borc məbləği ailəsinin üzərinə qalıb. Ailəsi də o məbləği ödəyə bilmir. Həmçinin adına da heç bir əmlakı qalmamış, öz adına olan avtomobilini isə hansısa şirkətə qoyub oradan pul götürdüyü üçün avtomobili həmin şirkətə verib orada olan borcu bağlamışlar. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı krеdit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 16.5% dərəcəsi ilə 8000 manat kredit verilmişdir. X5 da öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Bu kredit müqaviləsinə əsasan yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh ilə Bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 1059400/25522 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuş, razılaşmadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün X5 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilələrə xx.xx.2023-cü il tarixdə 01 nömrəli Əlavələrə əsasən kreditin müddətinin 38 ay olması və əlavələrin xx.xx.2023-cü il tarixədək qüvvədə olması müəyyən edilmişdir. Daha sonra X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (pretenziya ilə eyni tarixdə olan), yəni 133,92 manat faiz borcunu tələb edə bilər. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə borclunun banka 3311,95 manat əsas borc, 133,92 manat faiz borc, olmaqla, ümumilikdə 3445,87 manat borcu vardır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.3-cü, 448.1-ci, 470.1-ci, 472.1 və 472.2-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Beləliklə, qeyd edilənlərlə müəyyən olundu ki, borclu X5 İddiaçı ASC ilə bağladığı müqavilə üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. X1 vəfat etdiyindən və Cavabdeh zamin olduğundan, əsas borclu ilə birlikdə öhdəlik götürdüyündən, zamin kreditor qarşısında tam məsuliyyət daşıdığından qeyd olunan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün Cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün birgə məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməli, cavabdehdən iddiaçının xeyrinə 3311,95 manat əsas borc, 133,92 manat faiz borc olmaqla, ümumilikdə 3445,87 manat məbləğində kredit borcu tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 54,86 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3311,95 manat əsas borc, 133,92 manat faiz borc olmaqla, ümumilikdə 3445,87 manat məbləğində borcun və 54,86 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1468/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1468/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver