Məhkəmə qərarları › İş №e-2(007)-1476/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1476/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1476/2025 14.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı ilkin, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: təhsil müqaviləsi, öhdəliyin icrası”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, İmanzadə Türbət Rəşad qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “təhsil haqqının ödənilməsi” tələbinə və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İlkin iddia tələbi:

1. İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “təhsil haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 4076 manat borcun, 320 manat vəkil xərcinin və 60.76 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İlkin iddia tələbinin əsaslandırıldığı hallar:

2. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 596 nömrəli “Təhsilin təşkili müqaviləsi”nə əsasən iddiaçı cavabdehin övladı-X5 ümumi təhsil almasını həyata keçirməyi, cavabdeh isə təhsilalanın valideyni olaraq müqavilə ilə müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən, İddiaçı ibtidai təhsil bölməsində tədris ili üçün təhsil haqqı 15400 manat təşkil edir. Eyni zamanda, cavabdeh təhsil haqqının 30%-ni (xx.xx.2024-cü il tarixədək ödənilmiş 1000 manat nəzərə alınmaqla) xx.xx.2024-cü il tarixinədək, qalan 70%-ni isə cari (2024- 2025) tədris ilinin sentyabr ayından mart ayınadək 7 ay ərzində aybaay bərabər hissələrlə (1540 AZN) hər təqvim ayının 7-dək İddiaçı təqdim etdiyi hesaba köçürməyi öhdəsinə götürmüşdür. Təhsilalan 4 ay məktəbdə təhsil almışdır. Buna əsasən də təhsil haqqı 6160 manat təşkil edir. Cavabdeh tərəfindən 2084 manat ödənilmiş, qalıq borcu isə 4076 manat təşkil etmişdir. Həmçinin cavabdehə pretenziya məktubu ünvanlanaraq qalıq borcun ödənilməsi tələb edilmiş, lakin cavabdeh tərəfindən müraciətə heç bir cavab təqdim olunmamış və mübahisənin danışıqlar yolu ilə həlli mümkün olmamışdır.

Cavabdehin etirazı və etirazın əsaslandırıldığı hallar :

3. Cavabdeh ilkin iddia tələbi üzrə İddiaçı iddia tələbinin dəlillərinə qarşı göstərmişdir ki, mübahisənin əsasını təşkil edən təhsil haqqında müqaviləni bağlamaqla X2 İddiaçındə təhsil almasının səbəbi özünün həmin məktəbdə müəllim olaraq işləməsi ilə bağlıdır. Belə ki, İddiaçı ilə aralarında xx.xx.2021-ci il tarixində imzalanmış “Letter of Appointment” adlı sənədə əsasən ona rəsmi qaydada iş təklif edilmiş və təklif edilən işlə bağlı şərtlər razılaşdırılmışdır. İş təklifinin qəbul edilməsi ilə xx.xx.2021-ci il tarixində 345/21 nömrəli əmək müqaviləsi əsasında həmin məktəbdə müəllim olaraq çalışmağa başlamışdır. xx.xx.2021-ci il tarixli sənədin şərtlərindən biri də övladlarının həmin məktəbdə təhsil alması halında onların təhsil haqqlarına 70% güzəşt tətbiq ediləcəyi ilə bağlı olmuşdur. Mübahisənin yarandığı dövrə qədər tərəflər razıladırılmış şərtlərə tam həcmdə əməl etmişdir. Yəni, razılaşdırılmış vəzifə, əmək haqqı, digər təminatlar məktəb tərəfindən təmin edilmişdir. Eyni zamanda övladı X10 2021-2022-ci tədris ilindən etibarən 70% güzəştli təhsil haqqı ilə həmin məktəbdə təhsil almışdır. Hal-hazırda mübahisənin əsasını təşkil edən 2024-2025-ci tədris ilinin ilk 4 ayı (2024-cü ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları) üzrə təhsil haqqları da tərəfindən 70% güzəşt nəzərə alınmaqla (1540*30%=4620/10=462 - aylıq) tam həcmdə ödənilmişdir. Ödənişlər məktəb tərəfindən təqdim edilmiş ödəniş qrafikinə uyğun olaraq həyata keçirilmişdir. İddiaçı iddia ərizəsində bu halların heç birinə toxunmadan və heç bir əsaslandırma göstərmədən tamamilə absurd bir iddia irəli sürmüşdür. Görünən odur ki, məktəb tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli sənədi və onun həmin məktəbdə müəllim olaraq işə qəbul edildiyi üçün övladlarına görə 70% güzəştli təhsil haqqı ödəmək hüququnun olduğunu məhkəmədən gizlədərək yalnız xx.xx.2024-cü il tarixli 596 nömrəli “Təhsilin təşkili haqqında müqavilə”də tərəflər aralarındakı razılaşmaya zidd olaraq müəyyən edilmiş 3.1 ci bəndə istinad edir. Lakin yazılı razılaşmanı və X5 məktəbdə təhsil aldığı bütün dövr əzində aparılmış hesablaşmaları nəzərə aldıqda aydın şəkildə görünür ki, “Təhsilin təşkili haqqında müqavilə”də təhsil haqqı tam həcmdə qeyd edilsə də, məktəb ödənişləri 70% güzəşt nəzərə alınmaqla tələb etmiş və həyata keçirilən ödənişləri qəbul etmişdir. Bununla bağlı qeyd etmək istərdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Eyni zamanda Məcəllənin 404.2-ci maddəsi bu zaman bütün müvafiq halların, o cümlədən müqaviləyə qədərki danışıqların və yazışmaların, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanın, işgüzar adətlərin, tərəflərin sonrakı hərəkətlərinin nəzərə alındığını qeyd edir. Mülki Məcəllənin 404.2-ci maddəsindən də görünür ki, məktəb müqavilədə təhsil haqqını tam həcmdə qeyd etsə də, həm müqaviləyə qədərki danışıqlarda və yazışmalarda, həm də müqavilə bağlandıqdan sonrakı hərəkətlərində kreditorun həmin məbləğin 30% hissəsində öhdəlik daşıdığını qəbul etmişdir. Mülki qanunvericilikdə bəyənmə əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Bəyənmə hərəkəti isə iddiaçının müqavilə ilə birlikdə təqdim etdiyi ödəniş cədvəlində, borc məbləği ilə bağlı valideynə göndərdiyi SMS-lərdə və s. əks olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, mülki qanunvericilikdə sonradan verilən razılıq (bəyənmə) hər hansı forma şərtinə tabe tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki: “Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir.” Eyni zamanda, məktəbin hazırki iddiası hüquqdan sui-istifadə hesab edilməlidir. Belə ki, Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir və və yolverilməzdir. İstinad olunan xx.xx.2024-cü il tarixli 596 nömrəli “Təhsilin təşkili haqqında müqavilə”nin 3.8-ci bəndinə əsasən valideyn tərəfindən yerinə yetirilməmiş öhdəlik olarsa, öhdəlik yerinə yetirildikdən sonra təhsilalanın (şagirdin) sənədləri valideynə təqdim edilir. Övladı X1 xx.xx.2024-cü il tarixində ona təqdim edilmişdir. Buradan da görünür ki, məktəb şagirdin sənədlərini valideyninə təqdim etməklə razılaşdırılmış bütün öhdəliklərin yerinə yetirildiyini etiraf etmişdir. Göstərilənlərə əsasən ilkin iddia tələblərinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

Qarşılıqlı iddia tələbi:

4. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən özünə maddi zərər qismində vurulmuş 4620 manat, özünə və övladı X6 vurulmuş mənəvi zərərə görə hər birinə münasibətdə 5000 manat olmaqla, cəmi 10.000 manat mənəzi zərər, habelə ödənilən dövlət rüsumunun əvəzi kimi 133.86 manat olmaqla, ümumilikdə 14.753.86 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar:

5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı razılaşdırılmış təhsil haqqı məbləğindən artıq məbləği qanunsuz və müqavilə şərtlərinə zidd olaraq tələb etməsi ilə əlaqədar məktəbin 4N sinifində təhsil alan övladı X10 həmin məktəblə əlaqəsini kəsmək məcbutiyyətində qalmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na uyğun olaraq övladı 2025-ci ilin yanvar ayından etibarən təhsilini “132-134 nömrəli Təhsil Kompleksi”ndə 3-cü sinifdə davam etdirir. Bununla əlaqədar olaraq övladına mənəvi, özünə və həyat yoldaşına isə maddi və mənəvi zərər vurulduğunu və qarşılıqlı iddia üzrə cavabdehin vurduğu zərərin əvəzini ödəməyə borclu olduğunu hesab edir. Belə ki, övladının məktəbdə təhsil aldığı ilk 3 tədris ili və cari tədris ilinin sentyabr və oktyabr ayları üzrə məktəb ödənişləri güzəştli qiymətlə tələb etsə də, 2024-cü ilin noyabr ayı üçün təhsil haqqı güzəştsiz olaraq hesablanaraq ona SMS-lə göndərilmişdir. Hesablamanın niyə bu formada aparıldığını dəqiqləşdirmək üçün aidiyyəti üzrə məktəbin mühasibatlığına müraciət etdikdə İddiaçı baş mühasibi Nərminə Nəcəfqulubəyova ona texniki səhv olduğunu, sistemdə düzəliş ediləcəyini, “Təhsilin təşkili haqqında müqavilə”nin cari tədris ilinin sonunadək qüvvədə olduğunu və məktəbin direktoru Ələkbər Ələkbərovun da məlumatı daxilində övladının ilin sonunadək endirimli qiymətlə tədrisi davam etdirəcəyini bildirmişdir. Növbəti və sonuncu ödəniş zamanı 2024-cü ilin dekabr ayında məktəbin baş mühasibi X3 Ələkbərovun sentyabr ayından etibarən ödənişin tam həcmdə ödənilməsi barədə göstəriş verdiyini bildirmişdir. Səbəb olaraq isə “Təhsilin təşkili haqqında müqavilə”nin endirimli qiymətin razılaşdırıldığı 1 saylı Əlavəsini tapa bilmədikləri qeyd edilmişdir. İlkin iddia barədə yuxarıda qeyd etdiyi bütün məqamları məktəbə bildirsə də, onlar 2024-cü ilin sentyabr ayından etibarən təhsil haqqı 100% həcmində ödənilməyəcəyi təqdirdə “Təhsilin təşkili haqqında müqavilə”yə əsasən övladının dərslərə buraxılmayacağını bildirmişdirlər. Nəticədə övladının təhsilinin davamlılığını təmin etmək məqsədilə məcbur qalaraq xx.xx.2024-cü il tarixindən etibarən həmin məktəblə əlaqəsi kəsilmişdir. X10 İddiaçındə 4 il təhsil almasına baxmayaraq məktəbin qanunsuz tələblərinə görə hal-hazırda yeni məktəbində 3-cü sinifdə təhsilini davam etdirməyə məcburdur. Buradan belə qənaətə gəlmək olur ki, övladının İddiaçındə 2023-2024-cü tədris ilində (3-cü sinif) aldığı təhsil heç bir mahiyyət daşımır və o, həmin müddət üçün boş-boşuna ödənişlər həyata keçirmişdir. Hesab edir ki, məktəb öz qanunsuz, habelə razılaşmaya və müqaviləyə zidd olan hərəkətləri ilə 2023-2024-cü tədris ilində ödədiyi ödənişlər həcmində ona maddi ziyan vurmuşdur. Həmin təhsil ilində tərəfindən məktəbə 4620 manat təhsil haqqı ödənilmişdir. Eyni zamanda məktəb öz qanunsuz, habelə razılaşmaya və müqaviləyə zidd olan hərəkətləri ilə övladını təhsil aldığı müəssisəni dəyişdirməyə məcbur etmiş və nəticəsində ona mənəvi zərər vurmuşdur. Belə ki, övladı hal-hazırda ciddi adaptasiya problemləri yaşamaqdadır. Şagirdlərin təhsil aldığı müəssisəni dəyişdirməsi ilə bağlı üzləşdiyi adaptasiya problemləri və keçirdiyi psixoloji travmalar barədə həm yerli, həm də beynəlxalq səviyyədə ciddi araşdırmalar aparılmış və rəylər bildirilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan müəllimi” qəzetinin xx.xx.2024-cü il tarixli məqaləsində qeyd edilir ki: “Məktəbin dəyişdirilməsi şagirdlərin həyatında ciddi dəyişikliklərindən biridir. Bir neçə dəfə məktəb dəyişmək şagirdlərdə psixoloji və emosional sarsıntılara səbəb ola bilər. Yeni bir mühitə keçid uşaqların stress və narahatlıq yaşamasına səbəb olur. Məktəb dəyişimi, eyni zamanda uşağın akademik performansına da təsir göstərə bilər. Yeni tədris mühiti və metodlar uşağın əvvəllər alışdığı üsullardan fərqli ola bilər”. Övladının bu proses nəticəsində keçirdiyi psixoloji sarsıntı və narahatlıq hansısa yazılı mətnlə ifadə edilə biləcək səviyyədə deyil. Məktəbini dəyişməklə bağlı üzləşdiyi çətinliklərlə mübarizə apardığı bir dövrdə anasına qarşı irəli sürülən iddiada da 8 yaşlı övladı özünü günahkar hesab edir. O fikirləşir ki, bu proseslər onun ucbatından baş verib. Məktəbi barədə suallar verdikdə özünə qapanır və suallara cavab vermir. O və həyat yoldaşı bu istiqamətdə onunla mütəmadi məşğul olsalar da, uşağın bu cür davranışları onlara da mənəvi iztirab verir. Hətta bu gün belə həyat yoldaşı övladının narahat olmaması və gününü pozitiv keçirməsi üçün gündəlik yolu uzatmaq bahasına övladı ilə birlikdə köhnə məktəbin qarşısından keçmir. Paralel olaraq onun və həyat yoldaşı Nümayəndə yaranmış situasiyada övladlarının psixoloji vəziyyəti və təhsili barədə ciddi qayğıları var. Hazırki məhkəmə işi üzrə ailədə yaranan gərgin vəziyyətin uşağa, günlük həyatına və psixoloji vəziyyətinə ciddi təsir etdiyini gördükcə narahatlıqları artmaqdadır. Övladılarının hüquq sistemi barədə fikirləri onların hansısa qanunsuz əməl törətdikləri üçün məhkəmə qarşısında olduqlarını düşünməsinə səbəb olur. Məsələnin mənəvi tərəfində valideyn olaraq onlara ən çox mənəvi iztirab verən də elə budur.

Cavabdehin etirazı və etirazın əsaslandırıldığı hallar :

6. Cavabdeh İddiaçı nümayəndəsi Vəkil iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi verərək göstərmişdir ki, ilk öncə, cavabdehin təhsil haqqına 70% güzəştin tətbiq edilməli olması barədə arqumentinə dair bildiriri ki, həqiqətən, 2021-ci ildə ona göndərilmiş iş təklifində məktəbdə işlədiyi halda övladının təhsil haqqına güzəştin tətbiq ediləcəyi barədə müddəa öz əksini tapmışdır. Lakin, bu qayda tərəflər arasında bağlanılan “Təhsilin təşkili haqqında” müqavilədə nəzərdə tutulmur. Belə ki, periodik olaraq bu qaydanın tətbiq edilib-edilməyəcəyi, tətbiq edildiyi halda hansı şərtlər əsasında ediləcəyi qaydalarına yenidən baxılır və bununla bağlı tərəflər arasında müqaviləyə Əlavə bağlanılır. 2024-2025-ci il tədris ili üçün müəyyən şərtlər nəzərə alınmaqla (güzəştin yalnız valideynin məktəbdə çalışdığı vaxta şamil edilməsi və s.) cavabdehə sözügedən Əlavənin bağlanılması təklif edilsə də, o, bundan imtina etmişdir. Sözügedən güzəştin də əsasını yalnız həmin əlavə təşkil edə bilərdi ki, cavabdeh onu imzalamamışdır. İstənilən halda, cavabdeh xx.xx.2024-cü il tarixdə könüllü olaraq məktəbdən işdən çıxdığına görə 2024-cü ilin noyabr və dekabr ayları üçün onun övladının təhsil haqqına dair güzəşt tətbiq edilə bilməzdi. Yəni, cavabdehin övladının məktəbdə təhsil aldığı 2024-cü ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün təhsil haqqı 6160 manat təşkil etmişdir. Tərəflər arasında güzəştlə bağlı Əlavə bağlandığı halda güzəşt yalnız sentyabr və oktyabr ayına tətbiq edilə bilərdi (hər ay üçün təhsil haqqı 1540 manat olmaqla, iki ayın təhsil haqqına dair (3080manat) 70% endirim tətbiq edildiyi halda, cavabdeh 924 manat ödəməli idi). Cavabdeh 2024-cü ilin oktyabr ayından məktəbdə işləmədiyinə görə isə istənilən halda 2024-cü ilin noyabr və sentyabr ayına görə təhsil haqqı 3080 manat təşkil edəcəkdi. Beləliklə, 2 aya görə güzəşt tətbiq edilsə idi, cavabdeh 6160 deyil, 4004 manat odəməli idi ki, bu məbləğdən də yalnız 2084 manat ödənilmişdir (yəni güzəşt tətbiq edilsə idi borc məbləği 1920 AZN təşkil edəcək idi). Odur ki, cavabdehin güzəştə istinad edərək ümumiyyətlə borcunun olmamasını bildirməsi, məsuliyyətdən yaynınmağa uğursuz bir cəhddir. Bir daha qeyd edir ki, tərəflər arasında müqaviləyə əlavə bağlanılmadığına görə, tərəflərin təhsil haqqına dair münasibətləri yalnız onlar arasında bağlanılmış “Təhsilin təşkili haqqında” müqavilə ilə tənzimlənə bilər. Qarşılıqlı iddia tələblərinə dair: Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh könüllü şəkildə övladını məktəbdən çıxarmışdır. Hətta onun borcu olduğu halda, övladı dərslərə buraxılmış (halbuki, müqavilə şərtlərinə əsasən borc olduqda buraxılmaya da bilərdi) və bütün borclu valideynlər kimi ona yalnız rəsmi qaydada xəbərdarlıqlar ünvanlamışdır. Cavabdeh öz iradəsi ilə, artıq məktəbdə işləmədiyi və təhsil haqqında güzəştlərin tətbiq olunmasının mümkünsüz olması səbəbini bildirməklə uşağını məktəbdən çıxarmışdır. Odur ki, onun uşağının oxuduğu il üçün ödədiyi məbləği geri istəməsi absurd və gülüncdür. Təhsil müddəti ərzində iddiaçı tərəfindən uşağa yüksək səviyyədə təhsil verilmiş, xərclər çəkilmişdir ki, iddiaçının ödədiyi təhsil haqqını geri istəməsinin nə hüquqi, nədə ki, mənəvi əsasları mövcud deyildir. O ki, qaldı iddianın mənəvi zərərlə bağlı hissəsinə, könüllü qaydada valideynlər tərəfindən məktəbdən çıxarılmış uşağın qarşılıqlı iddiada yazıldığı kimi dərin mənəvi sarsıntı keçirməsi inandırıcı olmasa da, belə olduğu fərz edilsə belə, bunun səbəbkarı yalnız uşağın valideynləridir. Valideyn uşağını məktəbə gətirəndə əvvəlcədən təhsil haqqı barədə məlumatlı idi və bilirdi ki, güzəşt də, o, həmin məktəbdə işlədiyi vaxt tətbiq oluna bilər. Maddi vəziyyəti imkan vermədiyi halda (özünün dediyinə görə) uşağı bahalı məktəbə daxil edən, sonra da güzəştə əsas ola biləcək hala könüllü qaydada son qoyan (öz xahişi ilə işdən çıxmışdır) və nəticədə uşağı məktəbdən özü çıxaran valideyn niyə görə öz məsuliyyətini başqasının üstünə yıxmaqla əsassız varlanmaq istəyir?! AR MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, yuxarıda göstərilənləri rəhbər tutmaqla, məhkəmədən qarşılıqlı iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları:

7. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi Vəkil ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa və qarşılıqlı iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək məhkəmədən ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin təhsil haqqına 70% güzəştin tətbiq edilməli olması barədə bildiriri ki, həqiqətən, 2021-ci ildə ona göndərilmiş iş təklifində məktəbdə işlədiyi halda övladının təhsil haqqına güzəştin tətbiq ediləcəyi barədə müddəa öz əksini tapmışdır. Lakin, bu qayda tərəflər arasında bağlanılan “Təhsilin təşkili haqqında” müqavilədə nəzərdə tutulmur. Belə ki, periodik olaraq bu qaydanın tətbiq edilibedilməyəcəyi, tətbiq edildiyi halda hansı şərtlər əsasında ediləcəyi qaydalarına yenidən baxılır və bununla bağlı tərəflər arasında müqaviləyə Əlavə bağlanılır. 2024-2025-ci il tədris ili üçün müəyyən şərtlər nəzərə alınmaqla (güzəştin yalnız valideynin məktəbdə çalışdığı vaxta şamil edilməsi və s.) cavabdehə sözügedən Əlavənin bağlanılması təklif edilsə də, o, bundan imtina etmişdir. Sözügedən güzəştin də əsasını yalnız həmin əlavə təşkil edə bilərdi ki, cavabdeh onu imzalamamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə könüllü olaraq məktəbdən işdən çıxdığına görə 2024-cü ilin noyabr və dekabr ayları üçün onun övladının təhsil haqqına dair güzəşt tətbiq edilə bilməzdi. Yəni, cavabdehin övladının məktəbdə təhsil aldığı 2024-cü ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün təhsil haqqı 6160 manat təşkil etmişdir. Tərəflər arasında güzəştlə bağlı Əlavə bağlandığı halda güzəşt yalnız sentyabr və oktyabr ayına tətbiq edilə bilərdi. Cavabdeh könüllü şəkildə övladını məktəbdən çıxarmışdır. Hətta onun borcu olduğu halda, övladı dərslərə buraxılmış və bütün borclu valideynlər kimi ona yalnız rəsmi qaydada xəbərdarlıqlar ünvanlamışdır.

8. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi Nümayəndə qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa və ilkin iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək məhkəmədən qarşılıqlı iddia tələbinin təmin olunması, ilkin iddia tələblərinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, övladının İddiaçındə 2023-2024-cü tədris ilində (3-cü sinif) aldığı təhsil heç bir mahiyyət daşımır və o, həmin müddət üçün boş-boşuna ödənişlər həyata keçirmişdir. Hesab edir ki, məktəb öz qanunsuz, habelə razılaşmaya və müqaviləyə zidd olan hərəkətləri ilə 2023-2024-cü tədris ilində ödədiyi ödənişlər həcmində ona maddi ziyan vurmuşdur. Həmin təhsil ilində tərəfindən məktəbə 4620 manat təhsil haqqı ödənilmişdir. Məktəb öz qanunsuz, habelə razılaşmaya və müqaviləyə zidd olan hərəkətləri ilə övladını təhsil aldığı müəssisəni dəyişdirməyə məcbur etmiş və nəticəsində ona mənəvi zərər vurmuşdur.

Şahid ifadələri:

9. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahatında bildirmişdir ki, onun 2 uşağı İddiaçındə təhsil alır. O, İddiaçındə müəllim işlədiyindən onun uşaqlarının təhsil haqqlarında 70% güzəşt edilmişdir. Qızına görə 460 manat, oğluna görə 500 manat ödəniş edir. İddiaçı həmişə güzəşt etmiş, onlarla müqavilə bağlamış və endirim tətbiq olunmuş ödəniş cədvəli verilmişdir. Müqavilədən başqa tərəflər arasında əlavə də imzalanır. Əlavədə güzəştlərin tədbiq olunması göstərilir.

10. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında bildirmişdir ki, oğlu İddiaçındə 7-ci sinifdə oxuyur. Onlara həmişə 70% güzəşt tətbiq olunmuşdur. İddiaçı ilə müqaviləni iyun ayında bağlayırlar və onlara endirimli ödəniş cədvəli verilir. May, iyun ayında isə məktəb özü çagırır ki, əlavəniz hazırdı, onlarda əlavəni imzalayırlar. İddiaçı təhsil haqqını tam ödəmir, bir hissəsini ödəyir, qalan hissəsini isə sonrakı aylar ödəyir.

İş materialları:

11. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 596 nömrəli “Təhsilin təşkili müqaviləsi”nin surətindən görünür ki, "ABC" TK Cavabdeh X2 ümumi təhsil almasını həyata keçirməyi, Cavabdeh isə bu müqavilə ilə müəyyən olunmuş təhsil haqqını müqavilədə qeyd olunmuş müddətdən gec olmayaraq tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən, İddiaçı ibtidai təhsil bölməsində tədris ili üçün təhsil haqqı 15400 manat təşkil edir. (bənd 3.1.) Valideyn xx.xx.2026-cü il tarixədək “ABC” TK-nin təqdim etdiyi hesaba 1000 (min) manat depozit köçürməlidir. Valideyn Təhsilalanın ''ABC” TK-də təhsil almasından imtina etdikdə ödənilmiş 1000 manat ona geri qaytarılmır. Qeyd olunan depozit məbləği xx.xx.2024-cü il tarixinədək ödənilmədikdə, bu müqaviləyə xitam verilə, yaxud təhsil alan dərslərə buraxılmaya bilər. Təhsil haqqının 30%-i (xx.xx.2024-cü il tarixədək ödənilmiş 1000 manat nəzərə alınmaqla) xx.xx.2024-cü il tarixinədək, qalan 70%-i isə cari (2024-2025) tədris ilinin sentyabr ayından mart ayınadək 7 ay ərzində aybaay bərabər hissələrlə (1540 AZN) hər təqvim ayının 7-dək “ABC" TK-nin təqdim etdiyi hesaba köçürülür. (bənd 3.3.)

12. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X10 İddiaçındə 4 ay təhsil almışdır. Təhsil haqqı 6160 manat təşkil edir. Valideyn Cavabdeh tərəfindən aşağıdakı məbləğdə təhsil haqqı ödənilmişdir. xx.xx.2024-550 manat; xx.xx.2024- 500 manat; xx.xx.2024-517 manat; xx.xx.2024-517 manat. Toplam: 2084 manat ödəniş edilmiş, qalıq borc 4076 manat təşkil edir.

13. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, onunla İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli “təhsilin Təşkili müqaviləsi”nə əsasən 4076 manat təhsil haqqı borcu olması barədə xəbərdar edilməklə, 5 iş günü müddətində ödənilməsi tələb edilmiş Əks halda borcun məcburi qaydada ödənilməsi məqsədilə məhkəmə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

14. xx.xx.2021-ci il tarixli “Təyinat haqqında məktub”un surətindən görünür ki, Cavabdeh İddiaçınə fransız dili müəllimi vəzifəsi üzrə iş təklif olunmuşdur qəbul olunmuşdur. Məktubda müxtəlif güzəştlərlə yanaşı, övladlarının Təhsil haqqına 70% güzəşt təklif edilmişdir.

15. İddiaçı tərəfindən verilmiş ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixində 1000 manat, sentyabr-518, oktyabr-517, noyabr-517, dekabr-517, yanvar-517, fevral-517, mart-517 manat olmaqla, cəmi 4620 manat ödəniş edilməlidir.

16. Cavabdeh ilə İddiaçı Baş mühasibi/Maliyyə meneceri Nərminə Nəcəfqulubəyova arasında “WhatsApp” mobil tətbiqi vasitəsilə aparılmış danışıqlardan çıxarışlar iş materiallarına əlavə edilmişdir.

17. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış SMS-lərin məzmunundan çıxarışlar iş materialllarına əlavə edilmişdir.

18. İş materiallarına 1 ədəd Disk əlavə edilmişdir.

19. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 484 nömrəli “Təhsilin təşkili müqaviləsi”nə Əlavənin surətindən görünür ki, tərəflərin qarşılıqlı razılaşmasına əsasən, xx.xx.2023 tarixli, 484 saylı “Təhsilin təşkili müqaviləsi”nin 3.1-ci maddəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilmişdir: 1. “ABC” TK-nin məktəb bölməsində təhsilalanın tədris ili üçün təhsil haqqı məbləği 4620 (dörd min altı yüz iyirmi) manat təşkil edir. 2. Bu əlavə imzalandığı tarixdən qüvvəyə minir və yuxarıda göstərilən müqavilənin ayrılmaz tərkib hissəsidir. 3.Valideynlə “ABC” TK arasında bağlanılan əmək müqaviləsinə xitam verildikdə bu əlavə öz qüvvəsini itirir.

20. İş materiallarına İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli “Təhsilin təşkili müqavilə”ləri əlavə edilmişdir.

21. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 61 manat dövlət rüsumu ödənilmişdir.

22. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən məhkəməyə müraciət etmək üçün 133.86 manat dövlət rüsumu ödənilmişdir.

Məhkəmə baxışının hədləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

İşin faktiki halları :

26. Cavabdeh 2021-ci ildən İddiaçındə müəllim vəzifəsində işləməyə başlamışdır.

27. İddiaçı tərəfindən Cavabdeh edilmiş iş təklifində Cavabdeh bir sira güzəştlər, o cümlədən onun övladının təhsil haqqı məbləğinə 70% güzəşt təklif edilmişdir.

28. İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Təhsilin təşkili” müqaviləsinə əsasən Cavabdeh övladı 2021-ci ildən 2024-cü ilin dekabr ayının 21-dək sözügedən təhsil müəssisəsində təhsil almışdır.

29. Tərəflər arasında bağlanılmış “Təhsilin təşkili” müqaviləsində təhsil haqqı məbləği 15400 manat olaraq müəyyən edilmiş, Cavabdeh sözüdedən təhsil müəssisəsində müəllim vəzifəsində işləməsi ilə əlaqədar təhsil haqqına 70% güzəşt tətbiq edilərək 4620 manat müəyyən edilmişdir.

30. Müqaviləyə əsasən təhsil haqqının 1000 manat hissəsi 15 iyun tarixədək depozit olaraq ödənilməli, təhsil haqqının 30%-i (15 iyun tarixədək ödənilmiş 1000 manat nəzərə alınmaqla) 31 iyul tarixinədək, qalan 70%-i isə cari tədris ilinin sentyabr ayından mart ayınadək 7 ay ərzində aybaay bərabər hissələrlə (1540 AZN) hər təqvim ayının 7-dək “ABC" TK-nin təqdim etdiyi hesaba köçürülməlidir.

31. Güzəşt tətbiq edilmiş 4620 manat təhsil haqqı məbləğini Cavabdeh xx.xx.2024-cü il tarixdək 1000 manat, sentyabr ayı 518, oktyabr-mart aylarında isə 517 manat olaraq ödəməlidir.

32. Cavabdeh nın ərizəsi əsasında onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024cü il tarixində xitam verilmişdir.

33. İddiaçı tərəfindən 2024-2025-ci tədris ili üçün təhsil haqqı məbləği güzəştsiz tələb ediliyindən Cavabdeh xx.xx.2024-cü il tarixində uşağı təhsil müəssisəsindən çıxarmışdır.

Məhkəmənin mövqeyi:

34. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir.

Məhkəmə ilkin iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir:

35. İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “4076 manat pul vəsaitinin tutulması” tələbini cavabdehin övladının İddiaçındə 2024-2025-ci tədris ilində aldığı 4 ay təhsilə görə təhsil haqqı ödənişini həyata keçirməməsi ilə əsaslandırmışdır.

36. İddia tələbinin faktiki əsası qismində məhkəməyə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 596 nömrəli “Təhsilin təşkili müqavilə”si təqdim edilmişdir.

37. Həmin müqaviləyə əsasən İddiaçı ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respublikasının ümumtəhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və proqramları əsasında (Britaniya milli kurikulumu) "АВС" ТК-in nizamnaməsinə uyğun şəkildə, dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək Təhsilalanın ümumi təhsil almasını həyata keçirməyi, Təhsilalanın valideyni isə bunun müqabilində “ABC" TK-ə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür.

38. Həmin müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuşdur ki, “ABC” TK-in ibtidai təhsil bölməsində Təhsilalanın tədris ili üçün təhsil haqqı məbləği 15400 manatdır. 3.2-ci bəndində nəzərdə tutulmuşdur ki, Valideyn xx.xx.2024-cü il tarixədək “ABC” TK-in təqdim etdiyi hesaba 1000 manat depozit köçürməlidir. 3.3-cü bəndində nəzərdə tutulmuşdur ki, təhsil haqqının 30%-i (xx.xx.2024-cü ilədək ödənilmiş 1000 manat nəzərə alınmaqla) xx.xx.2024-cü il tarixədək, qalan 70%-i isə cari (2024-2025) tədris ilinin sentyabr ayından mart ayınadək 7 ay ərzində aybaay bərbaər hissələrlə (1540) manat hər təqvim ayının 7dək “ABC” TK-in təqdim etdiyi hesaba köçürülür.

39. Cavabdeh ilkin iddia tələbinə münasibətdə bildirmişdir ki, 2024-2025-ci tədris ili üçün 4 aylıq təhsil haqqı məbləği onun tərəfindən 70% güzəşt tətbiq edilməklə tam şəkildə ödənilmişdir. Belə ki, o, İddiaçındə müəllim vəzifəsində işlədiyindən onun övladının təhsil haqqına 70% güzəşt tətbiq edilmişdir. Öz etirazının əsası qismində məhkəməyə “İetter of Appointment” adlı sənəd, ödəniş cədvəlini təqdim edilmişdir.

40. İşin müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, ilkin iddia İddiaçı tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixində iş təklif edilmiş, həmin təklif məktubunda cavabdehə bir sıra güzəştlər, o cümlədən onun övladının təhsil haqqına 70% endirim təklif edilmişdir. Cavabdeh 2021-ci ildən 2024-cü ilin oktyabr ayının sonunadək İddiaçındə müəllim vəzifəsində işləmiş və onun övladı təhsil haqqına 70% güzəşt tətbiq edilməklə 2021-2022ci tədris ilindən həmin məktəbdə təhsil almışdır. Cavabdehin övladı X10 2024-cü ilin dekabr ayının sonlarınadək sözügedən təhsil müəssisəsində təhsil almışdır. Cavabdeh ilə bağlanılmış əmək müqaviləsinə xitam verildikdən sonra İddiaçı 2024-2025 tədris ili üçün təhsil haqqını güzəşt tətbiq edilmədən tələb etdiyindən cavabdeh övladını məktəbdən çıxarmışdır.

41. Hazırda ilkin iddia tələbi üzrə İddiaçı cavabdehdən 4 aylıq təhsil haqqı məbləğini güzəşt tətbiq edilmədən tələb edir və iddia tələbinin faktiki halı qismində məhkəməyə bildirir ki, məktəb tərəfindən təhsil haqqı məbləğinə güzəşt “Təhsilin təşkili müqaviləsi”nə Əlavə əsasında, valideyn tərəfindən Əlavə imzalandıqdan sonra tətbiq edilir. Cavabdeh tərəfindən 2024-2025-ci tədris ili üçün “Təhsilin təşkili müqaviləsi”nə Əlavə imzalanmadığından məktəb təhsil haqqı məbləğini tam tələb etmişdir. Həmçinin qeyd edilmişdir ki, cavabdeh əlavəni indi də gəlib imzalasa məktəb sentyabr və oktyabr ayları üçün təhsil haqqı məbləğini güzəşt ilə, Cavabdeh əmək müqaviləsinə xitam verildiyi vaxtdan sonrakı ayları, yəni noyabr və dekabr aylarını isə güzəştsiz hesablayacaqdır.

42. İşin müəyyən edilmiş faktiki halı odur ki, güzəşt tətbiq edilmiş 4620 manat təhsil haqqı məbləğini Cavabdeh xx.xx.2024-cü il tarixdək 1000 manat, sentyabr ayı 518 manat, oktyabr-mart aylarında isə 517 manat olaraq ödəməli idi və onun tərəfindən 1000 manat depozit, o cümlədən xx.xx.2024-cü il tarixində 550 manat, xx.xx.2024-cü il tarixində 500 manat, xx.xx.2024-cü il tarixində 517 manat və xx.xx.2024-cü il tarixində 517 manat ödəniş edilmişdir.

43. Məhkəmə ilk növbədə ilkin iddia tələbi üzrə iddiaçının vəkil-nümayəndəsinin təhsil haqqı məbləğinə güzəştin əlavə imzalandığı halda tətbiq edilməli olmasına dair izahatına münasibətdə qeyd edir ki, işin müəyyən edilmiş faktiki halları onu göstərir ki, iddiaçı tərəfindən cavabdehə əlavənin imzalanıb-imzalanmamasından asılı olmayaraq güzəşt tətbiq edilmişdir.

44. İlk növbədə qeyd edək ki, tərəflər arasında cavabdehə iş təklif edilən zaman onu işə cəlb etmək üçün təklif edilən güzəştlərə onun övladının təhsil haqqına güzəşt daxil olmuş və həmin təklifə uyğun olaraq tərəflər arasında razılıq əldə edilərək cavabdeh 2021ci ildən İddiaçındə müəllim vəzifəsində işləməyə və övladı 2021-2022-ci tədris ilindən həmin təhsil müəssisəsində təhsil haqqı məbləğinə güzəşt tətbiq edilməklə təhsil almağa başlamışdır. İlkin iddiaçı tərəfindən məhkəməyə cavabdehlə aralarında əldə edilmiş razılığın pozulması, yəni cavabdehlə təklif edilən güzəştlərin ləğv edilməsi, qeyd edilən səbəbə görə cavabdeh tərəfindən əmək münasibətlərinə xitam verilməsinə dair sübut təqdim edilməmişdir. Əksinə müəyyən edilmişdir ki, tərəflər arasında olan əmək münasibətinə cavabdeh tərəfindən xitam verilmişdir.

45. O da qeyd edilməlidir ki, ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş ödəniş cədvəli onu göstərir ki, 2024-2025-ci tədris ili üçün təhsil haqqı məbləği güzəşt tətbiq edilməklə hesablanmış və cavabdeh tərəfindən də həmin ödəniş cədvəlinə uyğun olaraq aylıq ödənişlər həyata keçirilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, əgər ilkin iddiaçı tərəfindən təhsil haqqı məbləği güzəşt tətbiq edilmədən hesablansa idi, “Təhsilin Təşkili Müqaviləsi”nin 3.3-cü bəndinin tələbinə əsasən illik təhsil haqqı məbləğinin (15400) 30% hissəsini, yəni 4620 manat məbləğində ödəniş xx.xx.2024-cü il tarixədək cavabdehdən tələb edilərdi. Yəni işin müəyyən edilmiş qeyd edilən halları onu deməyə əsas verir ki, Əlavə imzalanmasa da, 2024-2024-tədris ili üçün təhsil haqqı məbləği ilkin iddiaçı tərəfindən güzəşt tətbiq edilməklə hesablanmışdır. Odur ki, həmin aylara dair ödənişlərin güzəşt tətbiq edilmədən hesablanaraq tələb edilməsi əsassızdır.

46. Hazırda işin mübahisəli, yəni məhkəmə tərəfindən qiymət verilməli olan halı Cavabdeh ilə ilkin İddiaçı arasında əmək münasibətlərinə xitam verildiyi vaxtdan sonrakı, yəni noyabr və dekabr ayları üçün təhsil haqqı məbləğinin güzəşt tətbiq edilməklə ödənilməli olub-olmaması ilə bağlıdır.

47. Məhkəmə tərəfindən tədqiq edilmiş cavabdeh ilə məktəbin mühasibi arasında “whatsapp” mobil tətbiqində aparılan danışıqlara (həmin danışıqlar ilkin iddiaçının vəkilnümayəndəsi tərəfindən mübahisələndirilməyib) əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən “bir xəbər var” məzmunlu mətn göndərilmiş, daha sonra isə danışıqlar 29 noyabr 2024-cü il tarixində aparılaraq cavabdeh tərəfindən “noyabr ayını endirimli qiymətlə ödədiklərinə, lakin onlara borca dair mesaj gəldiyinə dair”, həmçinin “endirimsiz qiymətlə hesablayıblar?” məzmunlu mətn göndərilmişdir. xx.xx.2024-cü il tarixində cavabdeh yenidən məlumat verilməsini istəmiş, həmin tarixdə, günün birinci yarısı cavabdehə cavab olaraq “Narahat olmayın, bu Ələkbər müəllim ilə danışılmış bir şeydir. O dəyişilməz. Əgər siz ona görə narahatsınızsa ona görə narahat olmayın. Biz necə danışdıq, elə də qalacaq. Ələkbər müəllim onu təsdiq elədi” məzmunlu səs yazısı göndərilmişdir. Həmin günün ikinci yarısı aparılan yazışmalara əsasən müəyyən edilir ki, cavabdehlə məktəb arasında bağlanılmış əlavəni tapmadıqlarını və belə olan halda güzəşt tətbiq edə bilməyəcəklərini bildirmişlər.

48. Yəni qeyd edilən yazışmalara əsasən müəyyən edilir ki, cavabdeh işdən çıxan zaman İddiaçı ilə “uşağın təhsil haqqı” məsələsini müzakirə etmiş və İddiaçı tərəfindən tərəflər arasında olan münasibətlərin eyni qaydada davam edəcəyinə, yəni təhsil haqqı məbləğinin güzəşt tətbiq edilərək hesablanacağına dair razılıq verilmişdir. Həmin razılığa uyğun olaraq da cavabdeh tərəfindən noyabr ayı üzrə aylıq ödəniş güzəşt tətbiq edilmiş məbləğ ilə ödənilmişdir. Yəni noyabr ayı üzrə tərəflər arasında müqavilə münasibətləri tərəflər arasında formalaşmış əvvəlki davranışa uyğun olaraq davam etdirilmiş, ilkin iddiaçı tərəfindən müqavilə münasibətlərinin pozulması halı aşkar edilməmişdir. Lakin müəyyən edilir ki, dekabr ayının 3-ü ilkin iddiaçı tərəf cavabdehə ilk əvvəl güzəştin qüvvədə olduğu barədə məlumat verir, daha sonra isə Müqaviləyə Əlavənin tapılmaması əsası ilə ödənişin tam ödənilməli olduğunu bildirir. Yəni ilk növbədə iddiaçı tərəfin hərəkətləri onu deməyə əsas verir ki, əgər Əlavə bağlanmış olsa idi, hansı ki, ilkin iddiaçının vəkil-nümayəndəsi tərəfindən formal sənəd olaraq qiymətləndirilmiş, belə olan halda cavabdeh ilə əmək münasibətlərinə xitam verilsə də təhsil haqqı məbləği güzəştlə hesablanacaq idi. Digər tərəfdən hesab etsək ki, iddiaçı tərəfin dediyi kimi cavabdeh ilə əmək münasibətlərinə xitam verildiyindən onun övladının təhsil haqqı məbləği güzəşt tətbiq edilmədən ödənilməli idi, belə olan halda isə aydın olur ki, noyabr ayında tərəflər arasında razılıq olmuş, dekabr ayının 3-ü isə razılığın pozulması barədə cavabdehə məlumat verilmişdir.

49. Məhkəmə işin tədqiq edilən halları ilə belə nəticəyə gəlir ki, cavabdeh ilk üç ay, yəni sentyabr, oktyabr və noyabr ayları üzrə təhsil haqqı məbləğini güzəştli məbləğ ilə ödəməkdə haqlı olmuşdur. Dekabr ayının ödənişinə münasibətdə isə məhkəmə qeyd edir ki, ilk növbədə həmin ödənişi tam olaraq ödənilməsini tələb etməkdə iddiaçı ona görə haqlı deyil ki, işdən aydın olur ki, cavabdeh iddiaçı ilə əmək münasibətlərinə xitam verən zaman təhsil haqqı məsələsini müzakirə etmiş və razılıq üzrə güzəştli məbləğlə ödənişlərə davam etmiş və uşağının həmin məktəbdə təhsilinə davam etdirmişdir. Lakin cavabdeh tərəfindən xəbərdarlıq edilmədən müqavilənin ləğv edilərək, ödənişin tam şəkildə tələb edilməsi həm vicdanlılıq prinsipinə zidd, həmçinin qanuna uyğun olmamışdır. Belə ki, öncədən razılıq verməsə idi, cavabdeh uşağın məktəbini öncədən dəyişdirə bilər və yaxud da həmin məktəblə olan əmək münasibətlərini bəlkə də davam etdirərdi. Məlumdur ki, aylıq 1540 manat və 517 manat, illik 15400 manat və 4620 manat ödənişlər arasında fərq var. Məhz qeyd edilən ödənişi ödəməyə imkanı olmadığı üçün də cavabdeh uşağı məktəbdən çıxarmalı olmuşdur. Məktəb məhz qeyd edilən ödəniş məbləğləri arasında olan fərqi nəzərə alaraq müqavilə münasibətlərinə eyni qaydada davam etməyəcəyini cavabdehə öncədən bildirməli idi. Görünən isə odur ki, ayın üçü cavabdehə bildirilir ki, güzəşt tətbiq edilməsi mümkün deyil, cavabdeh də uşağı ayın 21-i məktəbdən çıxarır. Yəni hesab etsək ki, cavavdeh tərəfindən təhsil haqqı ödənişinin güzəştli məbləğ ilə ödənilməsi nəticəsində iddiaçıya ziyan dəymişdir, belə olan halda məhkəmə Mülki Məcəllənin 458-ci maddəsinə əsasən ilkin iddiaçının özünün də təqsirli davranışını nəzərə almaqla, cavabdehin məsuliyyət həcmini azaldaraq, aylıq güzəştli məbləğ ilə məhdudlaşdıra bilər.

50. Belə ki, həmin normaya əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir.

51. Məhkəmə həmçinin onu da diqqətə çatdırmağı zəruri hesab edir ki, qeyd etdiyimiz kimi ilk öncə ilkin iddiaçı tərəfindən 2024-2025-ci tədris ili üçün təhsil haqqı məbləği güzəşt tətbiq edilməklə hesablanaraq 4620 manat müəyyən edilmişdir. Həmin məbləğin 1000 manat hissəsi müqaviləyə uyğun olaraq ilk öncə ödənilmiş, qalan məblə isə 7 aya bölünərək 517 manat olaraq müəyyən edilmişdir. Belə olan halda cavabdeh tərəfindən ödənilmiş 1000 manat vəsait də nəzərə alındıqda dekabr ayı üzrə borc hesablana bilməz.

52. Həmçinin ilkin iddiaçı tərəfindən 4 aylıq ödəniş məbləğinin hər ay 1540 manat olaraq hesablanmaqla tələb edilməsi də aydın deyildir. Belə ki, həmin ödəniş məbləği güzəşt tətbiq edilmədən, 15400 manat məbləğində illik təhsil haqqı məbləğinin 30 % hissəsi 31 iyul tarixinədək ödənildikdən sonra qalıq məbləğin 7 aya bölünməsi nəticəsində müəyyən edilmiş aylıq ödənişdir. Belə olan halda ilk 30% ödənişin güzəştlə ödənildiyi halda, aylıq 1540 manat güzəşsiz vəsaitin tələb edilməsi anlaşılan deyildir.

53. Beləliklə, məhkəmə işin tədqiq edilən halları ilə belə nəticəyə gəlir ki, ilkin iddiaçı tərəfindən irəli sürülən 4 aylıq təhsil haqqı ödənişinin güzəşt tətbiq edilmədən cavabdehdən tutulmalı olmasına dair iddia tələbi əsassızdır.

Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir:

54. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh “14620 manat məbləğində pul vəsaitinin tutulması”na dair qarşılıqlı iddia tələbi faktiki olaraq iki hissədən ibarətdir: a. Maddi ziyanın ödənilməsi. b. Mənəvi ziyanın ödənilməsi.

Qarşılıqlı iddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsi:

55. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsini onun övladının İddiaçındə 4 il təhsil almasına baxmayaraq hazırda cavabdehin təqsirli hərəkəti nəticəsində yeni məktəbdə təhsilini 3-cü sinifdə davam etdirməsi ilə əlaqədar 2023-2024-cü tədris ili üçün ödənilən vəsait həcmində ona maddi ziyan dəyməsi ilə əsaslandırmışdır.

56. Məhkəmə qeyd edir ki, işin faktiki halı odur ki, tərəflər arasında müqavilə münasibətləri olmuş, qarşılıqlı iddiaçı müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh İddiaçındə müəyyən edilmiş təhsil qaydaları ilə razılaşaraq müqavilə bağlamışdır.

57. Müəyyən edilmişdir ki, İddiaçındə mövcud olan qaydaya əsasən məktəbdə “ibtidai təhsil” adlanan ilk təhsil pilləsi 1-5-ci sinifləri əhatə edir və 5 yaşdan 11 yaşadək uşaqlar ibtidai təhsil alırlar.

58. “Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən isə Azərbaycanda ibtidai təhsil 1-4 sinifləri əhatə edir və ibtidai təhsil 6 yaşdan başlayır.

39. Məhkəmə qeyd edir ki, İddiaçındə müəyyən edilmiş qaydalar ölkənin təhsil sisteminə zidd olmayıb, faktiki olaraq məktəbin birinci təhsil ili Respublikanın ümumi təhsil sistemində məktəbəqədər təhsil olub, adlandırma baxımından birinci təhsil ili adlandırılır.

40. Qeyd edilən hal qarşılıqlı iddiaçının nümayəndəsinin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahat ilə də öz təsdiqini tapmışdır. Belə ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi bildirmişdir ki, “British College”də ilk tədris ilini məktəbəqədərki il kimi qəbul edirlər. İkinci sinif isə normal məktəbin birinci sinfidir.

41. Yəni ilk növbədə qeyd edək ki, qarşılıqlı iddiaçı onun övladının iki il 3-cü sinifdə təhsil alması nəticəsində ona həmin il üçün ödədiyi pul vəsaiti miqdarında zərər dəydiyini bildirsə də, faktiki olaraq övladının cavabdeh təhsil müəssisəsində təhsil aldığı 3-cü sinif, ökədə mövcud olan təhsil sisteminə əsasən 2-ci sinif olmuşdur. Həmçinin cavabdeh təhsil müəssisəsində müəyyən edilmiş qaydalara əsasən tam orta təhsil 12-ci sinifdə başa çatır. Yəni faktiki olaraq məktəbəqədər təhsil daxil olmaqla 12 il təhsil alır.

42. Yəni işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh İddiaçı ilə müqavilə bağlayaraq, həmin məktəbdə müəyyən edilmiş qaydalar ilə razılaşmış, övladının 4 tədris ili cavabdeh müəssisədə müəyyən edilmiş qaydalara uyğun olaraq təhsil almasını təmin etmişdir.

43. Cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülən öhdəliyin pozulması nəticəsində qarşılıqlı iddiaçıya maddi ziyan dəyməsi işin tədqiq edilən halları ilə müəyyən edilmədiyindən qarşılıqlı iddia tələbinin hazırki hissəsi əsassızdır.

Qarşılıqlı iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsi:

44. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsini cavabdeh İddiaçı qanunsuz hərəkətləri nəticəsində övladının təhsil aldığı müəssisəni dəyişdirməsi nəticəsində ona və övladına mənəvi zərər dəyməsi ilə əsaslandırmışdır.

45. İlk növbədə qeyd edək ki, işin faktiki halı odur ki, qarşılıqlı iddiaçı tərəfindən övladının təhsil müəssisəsini dəyişdirməsi güzəştsiz məbləğlə tələb edilən təhsil haqqı ödənişini həyata keçirə bilməməsi ilə bağlı olmuşdur.

46. Hansıki müqavilə bağlayan zaman qarşılıqlı iddiaçıya məlum idi ki, həmin təhsil müəssisənin təhsil haqqı məbləği çoxdur və ona təklif edilən güzəşt onun həmin təhsil müəssisəsində işləməsi ilə bağlı olmuşdur. Yəni cavabdehin dediyinə münasibətdə belə yanaşsaq ki, təhsil haqqı məbləğinə güzəşt o işdən çıxan zaman həmin tədris ilinin sonunadək tətbiq edilməli idi, belə olan halda qarşılıqlı iddiaçı öz ərizəsi ilə işdən çıxarkən ona məlum deyildimi ki, növbəti tədris ili üçün təhsil haqqı ödənişini güzəştsiz məbləğlə ödənilməlidir. Belə olan halda, cavabdehin ondan ödənişi güzəştsiz məbləğlə tələb etməsinin nə kimi mənəvi sarsıntıya səbəb olması aydın deyil.

47. Qarşılıqlı iddiaçı tərəfindən ərizənin əsaslandırılmasından aydın olur ki, sarsıntı keçirməsinin, ona mənəvi zərər dəyməsinin əsas səbəbi olaraq övladının psixioloji vəziyyətini bildirmişdir. Belə olan halda sual yaranır ki, hər bir halda növbəti tədris ili üçün ödəniş tam şəkildə tələb ediləcəyi halda övladı mənəvi sarsıntı keçirməyəcəkdimi? Bəs bu zaman təqsir kimdə olacaqdı.

47. Yəni məhkəmə onu qeyd edir ki, hazırki işin faktiki halları baxımından tərəflər müqavilə münasibətlərinə daxil olarakən qarşılıqlı iddiaçının övladının təhsil haqqı məbləğinə güzəşt şərtlə, yəni onun təhsil müəssisəsində işləməsi ilə bağlı təklif edildiyindən, güzəşt barədə razılığı pozulması riski hər bir halda olmuşdur.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

50. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

51. Məhkəmə onu da qeyd edir ki, mənəvi zərərin ödənilməsini tələb etmək hüququ fiziki şəxsin yalnız qanunla qorunan qeyri-maddi nemətlərinə edilən hüquqazidd müdaxilə nəticəsində yaranır və əsasən mülki hüquq pozuntusunun (delikt) təsirindən əmələ gəlir. Lakin mənəvi zərərin müqavilə ödəliklərinin pozulması nəticəsində əmələ gəlməsi mümkündür. Müqavilədən irəli gələn öhdəliklərin hər bir pozuntusu mənəvi təzminatın ödənilməsi tələbinin irəli sürülməsinə əsas vermir (məsələn, borc müqaviləsi üzrə borcun qaytarılmasından yayınma, alqı-satqı müqavilələri üzrə alqı-satqı predmetinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və s.), bu yalnız o halda baş verir ki, müqavilə öhdəliklərinin pozuntusu müqavilə tərəfinin qanunla qorunan qeyri-maddi nemətlərinə müdaxilə ilə, yəni deliktlə nəticələnmiş olsun (məsələn, turizm zərfi müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində səfərin baş tutmaması, istehlakçı müqaviləsi üzrə satılmış keyfiyyətsiz məhsul nəticəsində sağlamlığın pozulması və s.).

52. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbinin əsası kimi istinad etdiyi cavabdehin müqaviləyə zidd olan hərəkətləri nəticəsində ona mənəvi zərərin dəyməsinin nədə ifadə olunmasını göstərməmiş, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qarşılıqlı iddiaçı ona mənəvi zərərin vurulduğunu bildirsə də, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir.

53. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən onun əzab çəkməsinə dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdeh şəxsdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır.

54. Qarşılıqlı iddia tələbinin qarşılıqlı iddiaçının övladı “X10 üçün mənəvi ziyanın tutulması hissəsi”nə münasibətdə məhkəmə bildirir ki, qarşılıqlı iddiaçı qızı üçün öz adından iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektv hüquqa malik deyildir.

55. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən məhkəmədə yetkinlik yaşına çatmayanların hüquqları, mənafeyini onların qanuni nümayəndələri tərəfindən qorunur.

56. Hazırki mülki iş üzrə isə qarşılıqlı iddiaçı qızına dəymiş mənəvi zərərə görə öz adından ərizə ilə məhkəməyə müraciət edərək qızına dəymiş mənəvi zərərin əvəzi olaraq özü üçün pul vəsaiti tutulmasını tələb edir.

Məhkəmə xərcləri:

57. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq ilkin iddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 61 manat və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 133.86 manat dövlət rüsumu özlərinə aid edilməlidir.

Nəticə:

58. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməməli, ilkin və qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh 4076 manat borcun, 320 manat vəkil xərcinin və 60.76 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçındən özünə maddi zərər qismində vurulmuş 4620 manat, özünə və övladı X6 vurulmuş mənəvi zərərə görə hər birinə münasibətdə 5000 manat olmaqla, cəmi 10.000 manat mənəzi zərər, habelə ödənilən dövlət rüsumunun əvəzi kimi 133.86 manat olmaqla, ümumilikdə 14.753.86 manat pul vəsaitinin tutulmasına dair qarşılıqlı iddia tələbi təmin edilməsin. İlkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ilkin və qarşılıqlı iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar