Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1477/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Accessbank" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Accessbank" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 66a saylı evin 117 nömrəli mənzilindən Cavabdeh çıxarılması, mənzilin boşaldılması və mənzilin mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi, tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə AccessBank QSC arasında xx.xx.2020-ci il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır (Bakı şəhərinin 53 saylı xüsusi notariusu Ə.A.Hüseynov tərəfindən təsdiq edilib). Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı AccessBank QSC mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 135,3 kv.m olan mənzili alıcı Cavabdeh 102000 manat qiymətinə satılması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən Alıcı Cavabdeh ilkin olaraq 10000 manat məbləği Satıcı AccessBank QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Qalan 92000 manat məbləği isə hər 6 aydan bir 20000 və sonuncu 6 ayda isə 32000 manat olmaqla xx.xx.2022-ci il tarixənədək ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən yalnız ilkin ödəniş olmuşdur. Qalan məbləğlər ödənilməmişdir. Mülki qanunvericiliyin hazırkı tələbini rəhbər tutaraq tərəflər arasında yuxarıda qeyd olunan şərtlər razılaşdırılmışdır. Həmin şərtlər əsasında tərəflər arasında Bakı şəhər 53 saylı notariat kontorunda razılıq əldə olunmuşdur. Lakin Cavabdeh nisyə alqı satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2021-ci il tarixində xəbərdarlıq məktubu göndərilmişdir. Məktubda qeyd edilmişdir ki, tərəflər arasında razılaşdırılmış xx.xx.2021-ci il tarixinədək 20000 manat məbləğində pulun ödənilməsi barədə xəbərdar edilmiş, öhdəliyi icra etmədiyi təqdirdə nisyə alqı-satqı müqaviləsinin ləğvi və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili 24 yanvar 2019-cu il tarixdə xüsusi mülkiyyət kimi tam payda "xxxx" QSC-nin adına qeydiyyata alınmışdır; - "xxxx" QSC ilə Cavabdeh oğlu arasında 14 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-1476 nömrəsi ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilədən görünür ki, "xxxx" ASC ünvan 1 ünvanında yerləşən mənzilini Cavabdeh 102000 manata satmışdır. Alıcı əvəlcə 10000 manat ödəmiş, qalan 92000 manatı isə hər ay aydan bir 20000 manat və sonuncu ayda isə 32000 manat olmaqla xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür; Müqavilənin 6-cı bəndinə əsasən müqavilənin predmeti olan əmlan üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyat tarixindən əmələ gəlir; Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2022-ci il tarixdən alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. - "xxxx" QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli 25099 saylı bildirişindən görünür ki, Cavabdeh mübahisələndirilən əmlakın xx.xx.2021-ci il tarixədək boşaldılaraq Banka təhvil vermədiyi təqdirdə bankın hüquqularının təmin edilməsinin məhkəmə qaydasında tələb edəcəkləri barədə xəbərdar edilmişdir; -“COURİER SERVİCE”-nin xx.xx.2021-ci il tarixli məlumatından görünür ki, xx.xx.2021-ci il tarixində 620791 saylı qaimə ilə Cavabdeh göndərilən məktub ünvanda yaşayan şəxs ilə heç bir əlaqə yaratmaq mümkün olmadığı üçün məktub geri qaytarılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixdə iddiaçı "xxxx" QSC-nin adına qeydiyyata alınmışdır. İddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında 14 oktyabr 2020-ci il tarixli AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 135,3 kv.m olan mənzili alıcı Cavabdeh 102000 manat qiymətinə satılması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən Alıcı Cavabdeh ilkin olaraq 10000 manat məbləği Satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Qalan 92000 manat məbləği isə hər 6 aydan bir 20000 və sonuncu 6 ayda isə 32000 manat olmaqla xx.xx.2022-ci il tarixənədək ödəməyi öhdəsinə götürür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş, qalan məbləği satıcıya ödəməmişdir. Hazırda iddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 66a saylı evin 117 nömrəli mənzilindən Cavabdeh çıxarılması, mənzilin boşaldılması və mənzilin mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi, tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 4 oktyabr 2020-ci il tarixli AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında iddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 135.3 kv.m olan mənzili cavabdehə satmış, cavabdeh mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni 102000 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilkin olaraq 10000 manat məbləği İddiaçı QSC-yə ödəmişdir. Qalan 92000 manat məbləği isə hər 6 aydan bir 20000 və sonuncu 6 ayda isə 32000 manat olmaqla xx.xx.2022-ci il tarixənədək ödəməyi öhdəsinə götürmüşdür. MM-in: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinin tələbinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; İddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 4 oktyabr 2020-ci il tarixli AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən müqaviləyə dəyişiliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin razılı əsasında, razılıq olmaqdıqsa isə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödənişləri həyata keçirməmiş, bununla bağlı vəzifəsini icra etmədiyi üçün iddiaçının cavabdehin təqsirindən şərtləri pozulmuş həmin alqı-satqı müqaviləsinin ləğv edilməsini və dəyəri tam ödənilməmiş mənzilinin təhvil verilməsini tələb etmək hüququ yaranmışdır. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılmalı, ünvan 1 ünvanında yerləşən mənzil boşaldılaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılmalı, ünvan 1 ünvanında yerləşən mənzil boşaldılaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməli, iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılsın. ünvan 1 ünvanında yerləşən mənzil boşaldılaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1477/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1477/2022
16.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver