Məhkəmə qərarları › İş №e-2(007)-1519/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1519/2025

30.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1519/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil Fariz qızının, X1 iştirakıiştirakları ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1nə qarşı “hüquqi faktın müəyyən edilməsi” haqqında ərizə və ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X17 ilə X6 arasında ünvan 1 ünvanında 1 otaqlı, 16.59 kv.m sahədən ibarət 123 saylı mənzilin və Bakı şəhəri, P. Morozov k., 8-ci km, 7A saylı evin 75 saylı mənzilin (həmin mənzildə 1 otaq 16,43 kv.m-yaşayış sahəsinin) dəyişdirilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1908-ci ildə doğulmuş X9 anasının nənəsidir. Anasının nənəsi (bundan sonra nənəsi) X13 xx.xx.1978-ci il tarixdə Bakı şəhəri XDS İcraiyyə Komitəsi tərəfindən ünvan 1 ünvanında 1 otaqlı, 16.59 kv ibarət 123 saylı mənzil (yaşayış sahəsi) ayrılmasına dair 178220 saylı order verilmiş və nənəsi həmin mənzilə köçüb yaşamışdır. Başqa bir vətəndaş- X3 xx.xx.1978-ci il tarixdə Bakı şəhəri, P.Morozov küçəs, 8-ci km, 7A saylı evin 75 saylı mənziliN (1 otaq 16,43 kv.m) ayrılmasına dair 175482 saylı order verilmişdir. Bakı şəhəri, P.Morozov küçəsi, 8-ci km, 7A saylı evin 75 saylı mənzilin 2 otağına isə onun anası X20 xx.xx.1978-ci il tarixdə Bakı şəhəri XDS İcraiyyə Komitəsi tərəfindən Bakı şəhəri, P.Morozov küçəsi, 8-ci km, 7A saylı evin 75 saylı mənzili (30,30 kv.m təşkil edən 2 otaq) ayrılmasına dair 175483 saylı order verilmişdir. xx.xx.1979-cu il tarixdə X17 ilə vətəndaş X6 arasında yaşayış sahələrinin dəyişikliyi olmuşdur. Qeyd olunan mənzillərin (yaşayış sahəsi) dəyişikliyindən sonra X6 A.Zikovanın ünvan 1 ünvanında 1 otaqlı, 16.59 kv ibarət 123 saylı mənzilinə köçmüş və hal-hazırda orada yaşayır. X17 isə M.Moisirapişvilinin Bakı şəhəri, P.Morozov k., 8-ci km, 7A saylı evin 75 saylı mənzilinə (1 otaq 16, 43 kv.m yaşayış sahəsinə) köçmüş və vəfat edən tarixədək həmin ünvanda onlarla birgə bir ailə olaraq yaşamışdır. (Qeyd: ərizənin 3-cü bəndində də qeyd olunduğu kimi həmin mənzilin 2 otağı onun anası X20 xx.xx.1978-ci il tarixdə Bakı şəhəri XDS İcraiyyə komitəsi tərəfindən ayrılmışdır və onlar həmin mənzildə hamısı bir ailə olaraq yaşamışlar. Yəni nənəsi A.Zıkova Əhmədlidəki evini onların mənzilinin 1 otağında (yaşayış sahəsində) yaşayan M.Moisirapişvili ilə dəyişərək onların yanlarına köçmüşdür.) Qeyd olunan dəyişikliklə əlaqədar xx.xx.1979-cu il tarixdə X3 X11 mənzilinə - ünvan 1 ünvanında 1 otaqlı, 16.59 kv ibarət 123 saylı mənzilə köçməsinə dair 049506 saylı order verilmişdir. İddia ərizəsinə əlavə edilmiş arxiv arayışı, Bakı şəhər 90 saylı, 28 saylı MKİSlərin məlumatından da göründüyü kimi həqiqətən də X13 xx.xx.1978-ci il tarixdə Bakı şəhəri XDS İcraiyyə Komitəsi tərəfindən ünvan 1 ünvanında 1 otaqlı, 16.59 kv ibarət 123 saylı mənzil (yaşayış sahəsi) ayrılmasına dair 178220 saylı order verilmiş və A.Zıkova həmin mənzilə köçüb yaşamışdır. xx.xx.1979-cu il tarixdə X17 ilə vətəndaş X6 arasında yaşayış sahəsinin dəyişikliyi olmuş və M.Maisiramişvili ünvan 1 ünvanında 1 otaqlı, 16.59 kv ibarət 123 saylı mənzilə köçmüş və hazırda həmin mənzilin mülkiyyətçi olmaqla orada yaşayır. Bakı şəhər 28 saylı MKİS-in məlumatına əsasən həqiqətən də X6 mənzil dəyişikliyi ilə əlaqədar yaşadığı Bakı şəhəri, P. Morozov k., 8-ci km, 7A saylı evin 75 saylı mənzildən ( 1 otaq 16, 43 kv.m yaşayış sahəsindən) qeydiyyatdan çıxmaqla Bakı şəhəri, Əhmədli qəsəbəsi 2319-cu kvartal,ev 161, blok 8 ünvanında 1 otaqlı, 16.59 kv ibarət 123 saylı mənzilə köçmüşdür. Ərizəçi X13 məxsus olmuş mənzilin (yaşayış sahəsinin) özəlləşdirilməsi ilə bağlı Maraqlı şəxs1nə müraciət etmişdir. Maraqlı şəxs1ndən bildirmişlər ki, A.Zıkova ilə X6 arasında mənzil dəyişikliyinə dair qərar təqdim olunmalıdır. Qeyd olunan Qərarın əldə edilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 3-52/2-1097/2024 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin (Bakı şəhər XDS İK) 1979-cu ilə dair qərar və sərəncamları Bakı şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Bundan sonra Xətai rayon İcra Hakimiyyətinə, reyestr xidmətinin 1 saylı Bakı Ərazı idarəsinə müraciət olunsa da həmin təşkilatlarda tələb olunan Qərarın olmadığı və onlara aidiyyəti üzrə müraciət etməli olduqları bildirilmişdir. Məlum məsələdir ki, A.Zıkova ilə M. Moisirapişvili məhz səlahiyyətli dövlət orqanın mənzil dəyişikliyi barədə Qərarı əsasında, rəsmi şəkildə mənzillərini dəyişmişlər. Onlardan X7 dəyişiklikliyə əsasən köçdüyü mənzilə dair order, sonradan isə 2013-cü ildə mülkiyyət haqda Çıxarış əldə etmişdir. Məlumdur ki, mənzil dəyişikliyi haqda səlahiyyətli orqanın qərarı olmasay idi nə belə bir dəyişiklik baş verərdi, nə də X7 mənzilini özəlləşdirə bilərdi. Göründüyü kimi qeyd olunan yaşayış sahələrinin dəyişdirilməsi haqda hüquqmüəyyənedici sənədləri başqa cür əldə edə bilmədiyindən dəyişdirmə əsasında nənəsi X13 məxsus olmuş yaşayış sahəsinin sənədləşdirə bilmir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mülki iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Vəkil Fariz qızı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, 1977-1978-ci illərdə X15 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində birotaqlı mənzil ayrılmışdır. Eyni zamanda xx.xx.1978-ci il tarixdə Makvala xanıma Bakı şəhəri, Nizami rayonunda 3 otaqlı mənzilin 1 otağı verilmişdir. Həmin 3 otaqlı mənzilin 1 otağı Makvalaya, iki otağı isə Zıkovanın nəvəsi Nina xanıma verilmişdir. Nina isə ərizəçinin anasıdır. Bundan sonra Zıkova ilə Makvala öz aralarında mənzilləri dəyişdirirlər ki, Zıkova öz nəvəsi Ninanın yanına gələ bilsin. Makvalanın adına order də verilib. 1979-cu ildə Zıkova və Makvala qərara gəlirlər ki, Zıkova Makvalaya verilən 1 otağa, Makvala isə Zıkovanın Əhmədli qəsəbəsində yerləşən evinə köçsün. Zıkova öz nəvəsi Ninanın yanına köçür. Zıkova və Makvala arasında mənzil dəyişikliyi olur. 2 otaqda Nina, 1 otaqda isə Zıkova yaşayır. Zıkova və Nina fərqli otaqda yaşasalar da, bir evdə yaşayırlar. Makvalanın qızı olub, qızı isə Gürcüstanda yaşayır. Zıkovanın Əhmədli qəsəbəsində olan mənzildən Nizami rayonunda olan mənzilə köçməsinə dair dəyişmə orderi əldə edə bilmirlər. Əslində burada iki order olmalıdır, bir order Zıkovanın, digər order isə Makvalanın adına olmalıdır. Onların bütün yanakı sübutları var, ancaq düzünə sübutları yoxdur. Xətai rayon İcra Hakimiyyəti və Maraqlı şəxs1nə zəng edərək şifahi qaydada məlumat almış, ancaq oradan ona orderin onlarda olmadığını bildirmişdirlər. Bakı şəhər İcra Hakimiyyətindən imtina məktubu alınmış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi isə Makvala xanımın mənzili dəyişdiyini, çıxarış da verildiyini bildirib. Amma Zıkovaya dair sənəd yoxdur. Kristina xanım artıq 2 otağa çıxarış alıb, ancaq mənzilin 1 otağı qalıb. Məhkəmə iclasında X10 şahid qismində ifadə verərək göstərdi ki, ona Bakı şəhəri XDS İcraiyyə Komitəsi tərəfindən Alekseyevnaya xx.xx.1978-ci il tarixdə Bakı şəhəri, P.Morozov küçəs, 8-ci km, 7A saylı evin 1 otaq 75 saylı mənzili verilmişdir. Ərizəçinin anasının nənəsi ailə üzvləri ilə birlikdə yaşamaq istədiyi üçün 1979-cu ildə onlar mənzillərini dəyişmişlər. O, qeyd olunan 1 otaqlı mənzilə order və çıxarış almışdır. O, 1979-cu ildən dəyişiklik edilən mənzilə köçüb orada yaşayır. O ehtimal edirdi ki, Aleksandra xanım da dəyişiklik edilən mənzilə dair orderi olmalı idi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olanda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin nümayəndəsnin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 26 saylı Bakı Komissarı rayon xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 21/1645 saylı, xx.xx.1977-ci il tarixli qərarının surətindən görünür ki, X11 Bakı şəhəri, Əhmədli qəsəbəsi 2319/17 kvartal ev 161, 123 saylı mənzilinə köçürülməsi qərara alınmışdır. - Bakı şəhəri X18 İcraiyyə Komitəsi yaşayış yerinin müəyyənləşdirilməsi və uçotu tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli, 178220 saylı orderin surətindən görünür ki, X13 Bakı şəhəri XDS İcraiyyə komitəsi tərəfindən ünvan 4 ünvanında 1 otaqlı, 16.59 kv ibarət 123 saylı mənzil ayrılmışdır. Həmin order üzərindən qırmızı xətt çəkilərək qüvvədən düşməsi qeyd edilmişdir. - Bakı şəhəri X18 İcraiyyə Komitəsi yaşayış yerinin müəyyənləşdirilməsi və uçotu idarəsi tərəfindən verilmiş tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli, 175482 saylı orderin surətindən görünür ki, X3 Bakı şəhəri, P.Morozov küçəs, 8-ci km, 1 otaqlı, 16,43 kv.m sahəsi olan 7A saylı ev, 75 saylı mənzil ayrılmışdır. Həmin order üzərindən qırmızı xətt çəkilərək qüvvədən düşməsi qeyd edilmişdir. - Bakı şəhəri X18 İcraiyyə Komitəsi yaşayış yerinin müəyyənləşdirilməsi və uçotu idarəsinin yaşayış sahələrinin dəyişdirilməsi bürosu tərəfindən verilmiş xx.xx.1979-cu il tarixli, 049506 saylı orderin surətindən görünür ki, X6 ilə X17 arasında mənzillərin (yaşayış sahələrinin) dəyişikliyi ilə əlaqədar Bakı şəhəri, Əhmədli qəsəbəsi 2319-71 kvartal, ev 161, 123 saylı mənzilə dair X3 order verilmişdir. - Bakı şəhəri X18 İcraiyyə Komitəsi yaşayış yerinin müəyyənləşdirilməsi və uçotu idarəsi tərəfindən verilmiş tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli, 175483 saylı orderin surətindən görünür ki, X20 xx.xx.1978-ci il tarixdə Bakı şəhəri, P.Morozov küçəsi, 8-ci km, 7A saylı evin 75 saylı mənzil (30,30 kv.m təşkil edən 2 otaq) ayrılmışdır. - Bakı Komissarı rayon xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 24 nömrəli protokolunun surətindən görünür ki, X20 xx.xx.1978-ci il tarixdə Bakı şəhəri, P.Morozov küçəsi, 8-ci km, 7A saylı evin 75 saylı mənzil (30, 30 kv.m təşkil edən 2 otaq) verilmişdir. - Qeydiyyat kartasının surətindən görünür ki, X6 xx.xx.1979-cu il tarixdə ünvan 5 ünvanından ünvan 6, 75 saylı mənzilə qeydiyyata düşmüşdür. - Qeydiyyat kartasının surətindən görünür ki, X17 xx.xx.1979-cu il tarixdə Bakı şəhəri, Əhmədli qəsəbəsi 2319/71 kvartal, ev 161, 123 saylı mənzilindən ünvan 6, 75 saylı mənzilə qeydiyyata düşmüşdür. - 28 saylı MKİS tərəfindən verilmiş 81 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, keçmiş P.Morozov, hazırki Ə.Vəliyev küçəsi 7a saylı evin 75 saylı mənzili (1 otaq 16,43 kv.m) xx.xx.1978-ci il tarixli 175482 saylı orderə əsasən X4 verilmişdir. O, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə kimi bu ünvanda qeydiyyatda olmuş və yaşamışdır. xx.xx.1979-cu il tarixdə mənzil dəyişikliyi ilə əlaqədar qeyd olunan ünvandan qeydiyyatdan çıxmış və ünvan 7 ünvanına getmişdir. X17 isə xx.xx.1979-cu ildə ünvan 8 ünvanından çıxmış, xx.xx.1979-cu ildən Bakı şəhəri, Nizami rayonu, keçmiş P.Morozov hazırki Ə.Vəliyev küçəsi 7a saylı evin 75 saylı mənzilinə qeydiyyata düşmüş və vəfat etdiyi xx.xx.1982-ci il tarixədək həmin ünvanda yaşamışdır. xx.xx.1982-ci il tarixdə vəfatı ilə əlaqədar bu ünvandan qeydiyyatdan çıxarılmışdır. X11 hansı əsaslarla Bakı şəhəri, Nizami rayonu, keçmiş P.Morozov, hazırki Ə.Vəliyev küçəsi 7a saylı evin 75 saylı (1 otaq 16,43 kv.m) mənzilinə köçməsi və qeydiyyata düşməsi barədə məlumat aşkarlanmamışdır. - Bakı şəhəri Xətai rayon 90 saylı MKİS tərəfindən verilmiş 447 nömrəli, xx.xx.2023cü il tarixli məktubdan görünür ki, X13 xx.xx.1978-ci il tarixdə Bakı şəhəri XDS İcraiyyə Komitəsi tərəfindən ünvan 4 ünvanında 1 otaqlı, 16.59 kv.m ibarət 123 saylı mənzil (yaşayış sahəsi) ayrılmasına dair 178220 saylı order verilmişdir. A.N.Zıkova göstərilən ünvana xx.xx.1978-ci ildə qeydiyyata düşmüş və həmin ünvanda yaşamışdır. X17 ilə vətəndaş X8 arasında mənzillərin (yaşayış sahələrinin) dəyişikliyi ilə əlaqədar X2 adına xx.xx.1979-cu il tarixli, 049506 saylı order verilmişdir. Qeyd olunan mənzillərin (yaşayış sahələrinin) dəyişikliyi ilə əlaqədar X8 xx.xx.1979-cu ildə ünvan 10 ünvanından Bakı şəhəri, Əhmədli qəsəbəsi 2319-71 kvartal, ev 161, 123 saylı mənzilə köçmüş və xx.xx.1979-cu ildən bu mənzilə qeydiyyata düşməklə hal-hazırda həmin mənzildə yaşayır. Qeyd olunan mənzillərin (yaşayış sahələrinin) dəyişikliyi ilə əlaqədar X17 xx.xx.1979-cu il tarixdə Bakı şəhəri, Əhmədli qəsəbəsi 2319-71 kvartal, ev 161, 123 saylı mənzildən qeydiyyatdan çıxmaqla köçmüşdür. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 51, 123 saylı mənzil (1 otaqlı, ümumi sahəsi 31,89 kv.m, yaşayış sahəsi 16,59 kv.m) keçmiş Bakı Şəhəri X18 İcraiyyə Komitəsi yaşayış sahəsinin dəyişdirilməsi bürosu tərəfindən verilmiş 049506 nömrəli orderə (orderdə ünvan 2319-71ci kvartal, ev 161, mənziln 123 kimi qeyd edilmişdir), 679 nömrəli xx.xx.1996-cı il tarixli forma 2 arayışına, Lakobaşvili Nanuli Losebovna tərəfinden razılıq ərizəsinə əsasən ilkin olaraq xx.xx.1996-cı il tarixdə Moisirapİşvilli Maklava Alekseyenanın adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının 5-11/2-896/2024 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, son 5 ilədək Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş Sərəncamlar və ona əlavə edilmiş sənədlər AR Dövlət Arxivinin Bakı şəhər Filialına təhvil verildiyindən müraciətinə mahiyyəti üzrə baxılması imkanları xaricindədir. - Bakı şəhəri Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhərində mənzillərin dəyişdirilməsi ilə bağlı Bakı şəhəri X18 İcraiyyə Komitəsinin Yaşayış sahələrinin bölgüsü və qeydiyyatı İdarəsinin yaşayış sahələrinin dəyişdirilməsi bürosu tərəfindən həyata keçirildiyindən qeyd edilən sənədlər Rayon İcra Hakimiyyətində mövcud deyildir. - 21 saylı doğum aktının surətindən görünür ki, X27 xx.xx.1928-ci il tarixdə doğulmuş, anası X17, atası X25. - İİ -ЖГ Seriyalı 346145 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1982-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 230 nömrə ilə qeyd edilmişdir. - AZ-İİ Seriyalı 045218 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 85 nömrə ilə qeyd edilmişdir. - V-ЖГ Seriyalı 345567 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1999-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 221 nömrə ilə qeyd edilmişdir. - Vİİ-ЖГ Seriyalı 417530 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə doğulmuşdur. X28 Nikolaeviç, anası X19. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1948-ci il tarixdə doğulmuşdur. X26, anası X16. - 93 saylı MKİS tərəfindən verilmiş 679 nömrəli, xx.xx.1996-cı il tarixli arayışdan görünür ki, X6 ünvan 12 ünvanında ailə üzvləri ilə birlikdə 1979-cu ildən qeydiyyatdadır və yaşayır - Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 28 saylı MKİS tərəfindən verilmiş 86 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Ə.Vəliyev küçəsi, 7A saylı ev, 75 saylı mənzildə qeydiyyatdadır və ailə üzvləri ilə bilrikdə bu ünvanda yaşayır, xx.xx.2025-ci il tarixə kimi məişət tullantılarına və istismar xərcinə borcu yoxdur. - Sakinlər tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Ərizəçi həqiqətən onların qonşusu olmaqla Bakı şəhəri, Ə.Vəliyev küçəsi, 7A saylı ev, 75 saylı mənzildə ailə üzvləri ilə birgə yaşayır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, keçmiş Bakı şəhər ZDS İK-nin (BŞİH) arxiv fondu üzrə xx.xx.1979-cu il tarixli qərarı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Əlavə olaraq Yaşayış sahələrinin bölgüsü və qeydiyyatı İdarəsinin yaşayış sahələrinin dəyişdirilməsi bürosunun arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında saxlanılmır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 12 X5 adına xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, ev 7a, ümumi sahəsi 32,50 kv.m olan mənzil 75 Ərizəçi adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. - Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2025-ci il tarixli mənzilkommunal xidməti üçün mədaxil qəbzindən görünür ki, Ərizəçi 25 manat xidmət haqqı borcu mövcuddur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, ərizəçi tərəfin izahatını və şahidin ifadələrini dinləyərək qeyd edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının: 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri XDS İcraiyyə Komitəsi tərəfindən ərizəçinin anasının nənəsi X13 xx.xx.1978-ci il tarixdə ünvan 1 ünvanında 1 otaqlı, 16.59 kv.m ibarət 123 saylı mənzil (yaşayış sahəsi) ayrılmasına dair 178220 saylı order, X3 xx.xx.1978-ci il tarixdə Bakı şəhəri, P.Morozov küçəsi, 8-ci km, 7A saylı evin 75 saylı mənzilinin (1 otaq 16,43 kv.m) ayrılmasına dair 175482 saylı order, ərizəçinin anası X20 xx.xx.1978-ci il tarixdə Bakı şəhəri, P.Morozov küçəsi, 8-ci km, 7A saylı evin 75 saylı mənzilinin (30,30 kv.m təşkil edən 2 otaq) ayrılmasına dair 175483 saylı order verilmişdir. xx.xx.1979-cu il tarixdə X17 ilə X6 arasında yaşayış sahələrinin dəyişdirilməsi baş vermişdir. Qeyd olunan mənzillərin (yaşayış sahəsi) dəyişikliyindən sonra X6 X11 ünvan 1 ünvanında 1 otaqlı, 16.59 kv.m sahədən ibarət 123 saylı mənzilinə, X17 isə Bakı şəhəri, P.Morozov k., 8-ci km, 7A saylı evin 75 saylı mənzilinə (həmin mənzildə 1 otaq 16,43 kv.m olan yaşayış sahəsinə) köçmüşdür. Bununla da, X10 ünvan 1 ünvanında 1 otaqlı, 16.59 kv.m-dən ibarət 123 saylı mənzildə yaşamağa başlamış, mənzilə dair order və çıxarış əldə etmişdir. X17 da Bakı şəhəri, P.Morozov küçəsi, 8-ci km, 7A saylı evin 75 saylı mənzilinə (1 otaq 16,43 kv.m yaşayış sahəsinə) köçmüş və həmin ünvanda vəfat etdiyi tarixədək qeydiyyatda olaraq yaşamışdır. Həmçinin məhkəmə bildirir ki, ərizəçinin anası və ərizəçi də qeyd olunan mənzildə yaşamağa başlamışdır. Hal-hazırda ərizəçinin mübahisəli mənzildə yaşaması iş materiallarına əlavə edilmiş arayış və sakinlər tərəfindən tərtib edilmiş akt ilə öz təsdiqini tapmışdır. Mənzil dəyişdirilən X6 dəyişdiyi mənzilə dair order və çıxarış əldə etməsinə, ərizəçi digər 2 otaqlı mənzilə çıxarış almasına baxmayaraq, ərizəçi hazırda yaşayış sahələrinin dəyişdirilməsi barədə hüquqmüəyyənedici sənədləri əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi bununla bağlı aidiyyəti orqanlara müraciət etməsinə baxmayaraq onun ərizəsinin icrası imkan xaricində olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədləri başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sənədlərlə isə ərizənin əsaslı olması tam təsdiq olunur. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X17 ilə X10 arasında ünvan 1 ünvanında 1 otaqlı, 16.59 kv.m sahədən ibarət 123 saylı mənzilinin və Bakı şəhəri, P.Morozov küçəsi, 8-ci km, 7A saylı evin 75 saylı mənzilinin (həmin mənzildə 1 otaq 16,43 kv.m olan yaşayış sahəsinin) dəyişdirilməsi faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X17 ilə X10 arasında ünvan 1 ünvanında 1 otaqlı, 16.59 kv.m sahədən ibarət 123 saylı mənzilinin və Bakı şəhəri, P.Morozov küçəsi, 8-ci km, 7A saylı evin 75 saylı mənzilinin (həmin mənzildə 1 otaq 16,43 kv.m olan yaşayış sahəsinin) dəyişdirilməsi dəyişdirilməsi faktı müəyyən edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar