Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1545/2022 24.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki,iddiaçı xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olub. Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsindəki 74 saylı evin 16 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Belə ki,həmin mənzili Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən ona bağışlanmışdır. Cavabdehin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.Qeyd edilənlərə əsasən xahiş edir ki, Cavabdeh yetkinlik yaşına çatmayan övladı X3 ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsindəki 74 saylı evin 16 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Cavabdeh iddianı qəbul etdi və izahat verərək göstərdi ki, bəli mənzili iddiaçıya bağışlamışdır.Onun yaşadığı yer üzrə qeydiyyata düşməsi üçün evin sənədləri olmadığından iddiaçının mənzilindən qeydiyyatdan çıxa bilmir. Məhkəmə tərəfindən qətnamə qəbul olunduğu halda yaşayış yerim üzrə Polis İdarəsinin İnzibati binasına qeydiyyata düşəcək. Ona görə də, xahiş edir iddia təmin olunsun. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: ƏMDK yanında DƏDRX-dən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsindəki 74 saylı evin 16 saylı mənzili xx.xx.2019-cu il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu,Rüstəmov küçəsindəki 74 saylı evin 16 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına xx.xx.2019-cu il qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.Cavabdeh həmin mənzili iddiaçıya bağışlasa da qeydiyyatdan çıxmamışdır.Cavabdeh iddianı qəbul edir. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu,Rüstəmov küçəsindəki 74 saylı evin 16 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-1545/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1545/2022
24.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver