Məhkəmə qərarları › İş №e-2(007)-1546/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1546/2024

03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1546/2024 03.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Bakı 15 saylı Mediasiya Təşkilatının Cavabdeh MMC –yə qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- Bakı 15 saylı Mediasiya Təşkilatı. Cavabdeh- Cavabdeh MMC. Tərəflər arasında bağlanmış müqavilələr:

1. xx.xx.2023-cü il tarixli, MŞB/MT015/2023-00077/02 nömrəli və xx.xx.2023-cü il tarixli, MŞB/MT015/2023-00057/02 nömrəli müqavilələr.

2. Müqavilələrin predmeti-mediasiya xidmətlərinin göstərilməsi barədə. Tələb olunan məbləğ:

1. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 400 manat əsas borc, 20 manat faiz. Ümumilikdə tələb olunan məbləğ: 420 manat borc və 30 manat dövlət rüsumu. Sübutlar: qətnamə, məktub, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş, qaimə-faktura, müqavilələr, dövlət rüsumunun ödənilməsi barədə qəbz.

Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. İddianı əsaslı hesab edirəm. Qeyd edilənlərlə müəyyən olundu ki, mediasiya xidmətlərinin göstərilməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/MT015/2023-00077/02 nömrəli və xx.xx.2023-cü il tarixli, MŞB/MT015/2023-00057/02 nömrəli müqavilələrdən görünür ki, kommerisya mübahisəsi ilə bağlı "xxxx" MMC mediasiyaya müraciət etmişdir. "xxxx" MMC mediasiya xərcini 100% ödəsə də Cavabdeh MMC mediasiya xərcini ödəməmişdir. Qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edirəm ki, müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, cavabdeh müqavilələr üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 400 manat əsas borc, 20 manat faiz borcu olmaqla ümumilikdə 420 manat vəsait və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar