Məhkəmə qərarları › İş №e-2(007)-1586/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1586/2024

07.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1586/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı “əvəzində yeni əmlak verilməklə köhnə əmlakın sökülməsi” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı "xxxx" MMC cavabdehlər X1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh8 Zəkəriyyə oğlu qarşı “əvəzində yeni əmlak verilməklə köhnə əmlakın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı qanuni sahibliyində olan Bakı şəhəri, Nizami rayonu, 2527-ci məhəllə, R.Rüstəmov, K.Balakişiyev və M.Gəncəvi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,2055 ha. torpaq sahəsində mövcud söküləcək yaşayış binasında cavabdehlərdən: X1 məxsus 32 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 50 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən bina 7, giriş 1, mərtəbə 14-də yerləşən, sahəsi 62 kv.m. olan, 2 otaqlı 14 saylı mənzil təmirli şəkildə verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməklə; Cavabdeh2 məxsus 35 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 50 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən bina 7, giriş 1, mərtəbə 10-da yerləşən, sahəsi 62 kv.m. olan, 2 otaqlı 10 saylı mənzil təmirli şəkildə verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməklə; Cavabdeh6 məxsus 09 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 50 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən bina 12, giriş10, mərtəbə 4-də yerləşən, sahəsi 62 kv.m. olan, 2 otaqlı 576 saylı mənzil təmirli şəkildə verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməklə; Cavabdeh5 məxsus 11 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 31 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən bina 7, giriş 2, mərtəbə 11-də yerləşən, sahəsi 42 kv.m. olan, 1 otaqlı 96 saylı mənzil təmirli şəkildə verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 350 manat kirayə haqqı ödənilməklə; Cavabdeh4 məxsus 48 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 50 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən bina 12, giriş 10, mərtəbə 6-da yerləşən, sahəsi 62 kv.m. olan, 2 otaqlı 584 saylı mənzil təmirli şəkildə verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməklə; Cavabdeh1 məxsus 53 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 50 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən bina 12, giriş10, mərtəbə 3-də yerləşən, sahəsi 62 kv.m. olan, 2 otaqlı 571 saylı mənzil təmirli şəkildə verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməklə; Cavabdeh3 məxsus 54 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 50 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən bina 12, giriş 10, mərtəbə 4-də yerləşən, sahəsi 62 kv.m. olan, 2 otaqlı 569 saylı mənzil təmirli şəkildə verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməklə; Cavabdeh8 Zəkəriyyə oğluna məxsus 62 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 50 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən bina 12, giriş10, mərtəbə 4-də yerləşən, sahəsi 62 kv.m. olan, 2 otaqlı 574 saylı mənzil təmirli şəkildə verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməklə əvəzləşdirilməsi, köhnə binanın sökülüb, ərazinin təmizlənməsi İddiaçınə həvalə edilməsi, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 26 saylı binadan cavabdehlər X2, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh8 Zəkəriyyə oğlunu çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı "xxxx" MMC Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri, Nizami rayonu, 2527-ci məhəllə, R.Rüstəmov, K.Balakişiyev və M.Gəncəvi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,2055 ha. torpaq sahəsində mövcud söküləcək yaşayış binasında cavabdehlərdən: Cavabdeh5 məxsus 11 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 31 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən bina 7, giriş 2, mərtəbə 11-də yerləşən, sahəsi 42 kv.m. olan, 1 otaqlı 96 saylı mənzil təmirli şəkildə verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 350 manat kirayə haqqı ödənilməklə; Cavabdeh4 məxsus 48 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 50 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən bina 12, giriş 10, mərtəbə 6-da yerləşən, sahəsi 62 kv.m. olan, 2 otaqlı 584 saylı mənzil təmirli şəkildə verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməklə; Cavabdeh3 məxsus 54 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 50 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən bina 12, giriş 10, mərtəbə 4-də yerləşən, sahəsi 62 kv.m. olan, 2 otaqlı 569 saylı mənzil təmirli şəkildə verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməklə əvəzləşdirilməsi, köhnə bina boşaldılaraq, binanın sökülüb, ərazinin təmizlənməsi İddiaçınə həvalə edilməsi, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 26 saylı binadan cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və iş üzrə hazırlıq iclası təyin edilmişdir.

İşdə iştirak edən şəxslər:

4. İddiaçı "xxxx" MMC-nin vəkil və nümayəndəsi Nümayəndə1 elektron kabinet vasitəsilə ərizə verərək bildirmişdir ki, idiaçı "xxxx" MMC-nin cavabdehlər X1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh8 Zəkəriyyə oğluna qarşı “əvəzində yeni əmlak verilməklə köhnə əmlakın sökülməsi” tələbinə dair iddia tələbi icraatdadır. Məhkəmənin nəzərinə çatdırır ki, iş üzrə tərəflər məhkəmədən kənar razılığa gəliblər. Ona görə də iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

5. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.

6. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254-cü, 255-ci, 161.0.1-261.0.3-cü və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinin tələbinə görə 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.

8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.

9. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarı: “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklik edilərək, qərarın 5.1.2ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Məhkəmənin mövqeyi:

10. Məhkəmə hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə ərizə təmin edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.

11. Beləliklə məhkəmə hesab edir ki, işin məhkəmə baxışına hazırlanması mərhələsi olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə geri qaytarılmalıdır.

12. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.

13. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli mədaxil qəbzindən ("xxxx" ASC, VÖEN: **********, büdcə təsnifat kodu: 142213, büdcə səviyyə kodu: 1, xidmət kodu: 14221301; xəzinə hesabı: AZ17CTRE********************, tarix: xx.xx.2024 saat: 20:03:44) görünür ki, iddiaçı "xxxx" MMC hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Nəticə:

14. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı “əvəzində yeni əmlak verilməklə köhnə əmlakın sökülməsi” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.

15. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci, 263-264-cü və 267-ci maddələrini rəhbər tutaraq, Qərara aldı:

İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı “əvəzində yeni əmlak verilməklə köhnə əmlakın sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 100 manat ("xxxx" ASC, VÖEN: **********, büdcə təsnifat kodu: 142213, büdcə səviyyə kodu: 1, xidmət kodu: 14221301; xəzinə hesabı: AZ17CTRE********************, tarix: xx.xx.2024 saat: 20:03:44) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar