Məhkəmə qərarları › İş №e-2(007)-1641/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1641/2023

08.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1641/2023 08.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı Cavabdehna qarşı “əmək fəaliyyətinin hüquqi fakt təsdiq olunması və əmək staj kimi hesablanması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehna qarşı “əmək fəaliyyətinin hüquqi fakt təsdiq olunması və əmək staj kimi hesablanması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən iddiaçının vəkili-nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə elektron qaydada ərizə verilərək mülki iş aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə ünvanlanmasına baxmayaraq texniki səbəbdən səhvən Nizami Rayon Məhkəməsinə ünvanlandığından texniki səhvin aradan qaldırılması üçün qeyd olunan ərizənin Nəsimi Rayon Məhkəməsinə göndərilməli olduğundan ərizənin və əlavə olunmuş sənədlərin Nəsimi Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.9-cü maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdehna qarşı “əmək fəaliyyətinin hüquqi fakt təsdiq olunması və əmək staj kimi hesablanması” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı tərəfin ərizəsi əsasında geri qaytarılmalı, məhkəmə tərəfindən iş icraata götürülmədiyindən ərizə “ərizənin və əlavə olunmuş sənədlərin Nəsimi Rayon Məhkəməsinə göndərilməsi” hissəsində təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdehna qarşı “əmək fəaliyyətinin hüquqi fakt təsdiq olunması və əmək staj kimi hesablanması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar