Məhkəmə qərarları › İş №e-2(007)-1718/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1718/2022

28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1718/2022 28.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov ramil Firudin oğlunun katibliyi ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı pul tələbinə dair kredit borcunun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx"QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcunun tutulması ilə əlaqədar məhkəmə qərarı mövcud olmuşdur.Həmin borcun tutulması ilə bağlı "xxxx" QSC ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır.Bu məqsədlə banka 95.51 manat xidmət haqqı ödəmişdir."xxxx" MMC müqavilə öhdəliklərinə əməl edərək borcun ödənilməsini təmin etmişdir.Qeyd olunanlara əsasən Cavabdeh 95.51 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun"xxxx"QSC-nin xeyrinə tutulması qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx"QSC məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da öz nümayəndəsini məhkəməyə göndərməmişdir.İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddiaçının iştirakı olmadan işə baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 01 iyul 2022-ci il tarixdə iştirak etmiş cavabdeh iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə cavabdehin iddianı qəbul etdiyini nəzərə alaraq hesab edir ki,iddia təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh 95.51 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun "xxxx"QSCnin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar