Məhkəmə qərarları › İş №e-2(007)-1733/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1733/2025

14.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1733/2025 14.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı Heybətova Fı̇ ruzə Elşən qızının, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Heybətova Fı̇ ruzə Elşən qızının Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X5 və X7 cəlb edilməklə “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Heybətova Fı̇ ruzə Elşən qızı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mübahisəli Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi ünvanında yerləşən 4/41 saylı evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun atasıdır. Ata Cavabdeh və X3 2004-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, bu nikahdan xx xxxxxx 2004-cü il təvəllüdlü o, 01 mart 2008-ci il təvəllüdlü X8, 01 aprel 2009-cu il təvəllüdlü X14, 31 oktyabr 2010-cu il təvəllüdlü X6, 05 oktyabr 2012-ci il təvəllüdlü X9 anadan olmuşlar. X3 22 noyabr 2018-ci il tarixdə Skarlatina səbəbindən dünyasını dəyişmiş, atası 5 uşağa baxa bilmədiyindən məcburiyyət qarşısında onları nənəsinin himayəsinə vermiş və onlar nənə və babası ilə birlikdə yaşamağa başlamışlar. Bu səbəbdən də nənəsi X1, Zəhra, Əli, Zeynəb və Hüseynin üzərində qəyyum təyin edilmişdir. Cavabdeh notariat qaydasında təsdiq olunmuş ərizəsində övladlarının nənəsi X10 tərəfindən qəyyumluğa götürülməsinə razı olduğunu bildirmişdir. Nizami rayon İcra Hakimiyyəti Başçısının 30 yanvar 2020-ci il tarixli 1-1/14 saylı Sərəncamına əsasən X4 nəvələrinin üzəridə qəyyum təyin olunması qərara alınmışdır. O, cavabdehə məxsus ünvan 1 ünvanındakı üç otaqlı evdə anadan olmuş, 2020-ci ildən sonra isə həmişə atasının yanına gedib gəlmişdir. Sonuncu dəfə bu yaxınlarda həmin ünvana gedərkən qapının bağlı olduğunu görmüş, atasına zəng etsə də atası telefona cavab verməmişdir. Belə ki, bibiləri onun həmin ünvana gəlməyinə etiraz edir və atası tərəfindən onun mənzilə daxil olmasını əngəlləyirlər. O, X22 Energetika Kollecində təhsilini bitirmiş və hazırda Bakıxanov qəsəbəsində yerləşən marketdə işləyir. İş yerinə yaxın olduğu üçün onun ünvan 1 ünvanındakı evdə yaşamağı daha əlverişlidir. Buna baxmayaraq, o, atasının mənzilinə daxil ola bilmir. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Mübahisəli üç otaqdan ibarət fərdi yaşayış evi onun nənəsinə məxsus olmuş, o, vəfat etdikdən sonra həmin evdə atası və onlar yaşamışlar. Əlavə olunmuş Arayışdan da görünür ki, atası, bacı və qardaşları sözügedən mübahisəli ünvan 1 ünvanındakı evdə 16 aprel 2015-ci il tarixindən sonra qeydiyyatdadırlar. Məhkəmə iclasında X5 və X7 iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı Heybətova Fı̇ ruzə Elşən qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh onun atasıdır. Onlar ailədə 5 uşaq olmuş, ana nənəsi onlara qəyyum təyin edilmişdir. Nənəsinin evi Maştağa qəsəbəsindədir. Onlar faktiki olaraq nənəsinin yanında yaşayırlar. Mübahisəli evi ana babası tikib və onların bu barədə əvvəldən məlumatları olmuşdur. Onun bir bacısı və bir qardaşı İqtisad Kollecində oxuyur, X13 yerləşir, onlar da nənəsinin yanında qalır. Oradan Kollecə gedib gəlmək də çətindir. O, bir neçə dəfə şəhərdə iş tapmış, ancaq yolun uzaqlığına görə gedib-gələ bilmədiyi üçün işdən çıxmaq məcburiyyətində qalmışdır. Həm digər bacı-qardaşlarının təhsili, həm də onun işi ilə əlaqədar atasının evinə köçürülməyini istəyir. 2023-cü ilə kimi Kollecdə oxuyanda atasının evinə gedirdi. Axırıncı dəfə 2025-ci ilin martında atasının yaşadığı evə getmiş, ancaq qapını açan olmamışdır. Bibiləri atasının yaşadığı evə, yəni mübahisəli evə gəlmələrinə maneə olurlar. O, hazırda ata babasının nizami rayonunda yerləçən evində qeydiyyatdadır, o, doğulanda atası və anasının qeydiyyatı olmadığı üçün babasının evinə qeydiyyata salınmışdır. O, mübahisəli evə köçürüldükdən sonra orada yaşayacaqdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini, qızı Firuzənin onun evinə köçməyinə və onun evinə qeydiyyata düşməsinə etirazı olmadığını, qızının bu evə necə qeydiyyata düşməməsini bilmədiyini, onun olan hər şeyin övladlarının olduğunu, qızı istəyirsə Maştağada nənəsinin evində, istəyirsə də onun evində gəlib qalmasını, övladlarını qayınanasının qəyyumluğuna verdiyi üçün peşman olduğunu, övladlarının qəyyumluqlarını almaq istədiyini bildirdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 bildirdi ki, Firuzə gəlib normal qaydada mübahisəli evə köçmək istədiyini deyə bilərdi. Belə ki, o, bunu əvvəl problem etmirdi, ancaq indi onun eə köçməsinə razı deyildir. Evdə qeydiyyatda olan bacısı X7 da iddiaçının bu evə köçməsinə razı deyil. Bu ev anasına məxsus olmuş, ev çıxarışsızdır, ancaq onlar qardaşı və iki bacı orada qeydiyyatdadır. Firuzənin ana babası usta kimi evi tikib, gördüyü işə görə ödənişlər də tərəflərindən edilmişdir. Onlar 8-ci kilometrdə yerləşən evi satandan sonra buraya köçmüşlər. O, ailə qurmuş və Keşlədə yaxınlıqda başqa yerə köçmüşdür. Orada bu evə 5 dəqiqəlik yoldur. Qaz, su, işıq anasının adına olub. Anası ilə bağlı vərəsəlik işi açılmamışdır. X21 gedib ki, işləyib gəlsin, evi təmir etsin, elə evin otağının birində bacısı qalır. Orda yaşayış olmamış, yaşayış olsa idi Firuzə gəlib qalardı. Firuzənin babası Maştağada ev tikib, ora niyə qeydiyyata düşmək istəmir. Firuzə də daxil olmaqla uşaqların hamısı qardaşının həyat yoldaşı vəfat edənə kimi orada yaşayırdılar. Firuzə nişanlanıb, evlənəndən sonra gedib yoldaşının evinə qeydiyyata düşər. Firuzə özü Razində Kollecdə oxuyan zaman Maştağadan gedib gəlmiş, həmin vaxt qeydiyyata düşməyib, indi niyə qeydiyyata düşmək istəyir? Firuzə özü Maştağadan kollecə gedib gəldiyi halda bacısı gedib gələ bilmir? Bacısı gəlib Keşlədə qalacaq? Firuzə gəlib atasına qeydiyyata düşmək istədiyini desə idi, atası da, o da onu aparıb həmin evə qeydiyyata salardı. Firuzə bu evə qeydiyyata düşəndən sonra burada yaşayacaq? Hazırda Firuzə ona sübut etsin ki, mübahisəli evdə yaşayacaqdır. O da istəyərdi ki, Firuzə gəlib bu evdə qalsın və atasına baxsın. O, sənədlə rəsmi şəkildə razılıq verməsə də Firuzə gəlib orada qala bilər. Onlar vaxtilə uşaqların qəyyumluğunun nənəsinin almasına razı deyildilər. Onlar bildirirdilər ki, hər üçünün Keşlə qəsəbəsində evi var, uşaqların biri atası, ikisi onunla, 2-si də digər bacısı ilə qalsın. Həmin vaxt uşaqlar buraya öyrəşmişdilər, ev də o dərəcə təmirsiz deyildi, orada qala bilərdilər. Sonra uşaqların ana babası sənədlə uşaqları götürməyə gəlmiş və bildirmişdir ki, ev tikəcək, uşaqları aparıb, orada yaşayacaqdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, X12 və Cavabdeh birgə nikahlarından xx.xx.2004-cü il tarixli Heybətova Fı̇ ruzə Elşən qızı, 01 mart 2008-ci il təvəllüdlü X8, 01 aprel 2009-cu il təvəllüdlü X14, 31 oktyabr 2010-cu il təvəllüdlü X6, 05 oktyabr 2012-ci il təvəllüdlü X9 adlı övladları olmuşdur. X12 22 noyabr 2018-ci il tarixdə Skarlatina xəstəliyindən vəfat etmiş, bundan sonra Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddiaçının nənəsi X10 yetkinlik yaşına çatmayan nəvələri - Heybətova Fı̇ ruzə Elşən qızı üzərində himayəçi, X8, X14, X6, X9 üzərində isə qəyyum təyin edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli Arayışlardan görünür ki, X8, X14, X6, X9 xx.xx.2015-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadırlar. Həmçinin Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X5 da mübahisəli mənzildə qeydiyyatdadırlar. Bu hal Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli sorğuya cavab ilə də öz təsdiqinin tapmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəflərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlı olsa da, ölkə qanunvericiliyində özbaşına tikilidən istifadə məsələlərini birbaşa tənzimləyən maddi hüquq normasının mövcud olmadığı, bununla belə, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarının və oradan istifadə etmələrinin birbaşa qadağan edilmədiyi nəzərə alınmalıdır- həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evlər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin evlər faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bununla bağlı məhkəmə, onu da qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.3-cü maddəsinə əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikilidir və cavabdehin həmin tikili üzərində mülkiyyət hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Hazırda məhkəmə iclasında verilən izahatlar və iddia ərizəsinin əsaslandırılması ilə iddiaçının məcburi qaydada mübahisəli evdən çıxarılması müəyyən edilməmişdir. Belə ki, mənzilə köçürülmə tələbi irəli sürülmüş cavabdeh, yəni iddiaçının atası qızının həmin evə köçürülməsinə, orada yaşamasına etiraz etmədiyini, məhkəmə iclasında iştirak edən 3-cü şəxs də iddiaçının yaşayış sahəsinə qeydiyyata düşmədən köçməsinə etiraz etmədiyini bildirmiş, bunun əksi isə iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının anası rəhmətə gedəndən sonra onun ana nənəsinin himayəsinə verilərək 2020-ci il tarixdən nənəsinin evinə köçməsi, bununla da qeyd olunan evdən çıxması, həmin müddətdən sonra nənəsi ilə yaşaması, bu müddət ərzində mübahisəli evdə yaşamaması, orada qalmaması müəyyən olunmuşdur. Bundan əlavə məhkəmə araşdırması ilə iddiaçının ünvan 2 ünvanında qeydiyyatda olması, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Məştağa qəsəbəsində yerləşən evdə ana nənəsi ilə birlikdə uzun müddət ərzində yaşaması müəyyən edilmişdir ki, qeyd olunan bu hallar da iddiaçının başqa yaşayış sahəsinin olmasına, onun mübahisəli evə köçməsinə ehtiyacının olmaması qənaətinə gəlməyə əsas verir. Bütün bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Heybətova Fı̇ ruzə Elşən qızının Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X5 və X7 cəlb edilməklə “onun mübahisəli Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi ünvanında yerləşən 4/41 saylı evə köçürülməyi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri: Məhkəmə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsini nəzərə alaraq qeyd edir ki, iddia tələbi rədd edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Heybətova Fı̇ ruzə Elşən qızının Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X5 və X7 cəlb edilməklə “onun mübahisəli Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi ünvanında yerləşən 4/41 saylı evə köçürülməyi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar