Məhkəmə qərarları › İş №e-2(007)-18/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-18/2025

03.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-18/2025 03.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “cavabdehin ailə üzvləri ilə birlikdə evdən çıxarılması və iddiaçıların evə köçürülmələri” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehin ailə üzvləri ilə birlikdə evdən çıxarılması və iddiaçıların evə köçürülmələri” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehin ailə üzvləri ilə birlikdə evdən çıxarılması və iddiaçıların evə köçürülmələri” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanından Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılması, onların (İddiaçı1 və İddiaçı2) ünvan 2 ünvanına köçürülmələri, məhkəmə məsrəfləri olan 100,40 manat dövlət rüsumu, 1326 manat vəkilə ödənilən xidmət haqqı, cəmi 1426,40 (bir min dörd yüz iyirmi altı) manat pulun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ünvan 2 ünvanını 12 sentyabr 1998-ci il tarixdə Şahid 6200 (altı min iki yüz) ABŞ dollarına alıb. Şahid da evi əvvəlki sahibi X1 etibarnamə əsasında alıb. İddiaçı2 da evi alarkən Nəzakət Salmanova da İddiaçı2 etibarnamə verib. Həmin ev alınan zaman evin sənədləri tam qaydasında olmadığından notarial qaydada alqı-satqı etmək mümkün olmayıb. Ev alınan vaxtdan sonra iddiaçılar evi təmir etdirib, evin dizaynında müxdəlif dəyişikliklər edib. 2006-cı ildə İddiaçı2 İddiaçı1 ilə ailə həyatı qurub və İddiaçı1 həmin evə gəlin köçüb. Elə məhz həmin evdə İddiaçı1 ilə İddiaçı2 birgə nikahından üç övladları, xx.xx.2009-cu il təvəllüdlü X32, xx.xx.2012-ci il təvəllüdlü X38 və X39 dünyaya gəlib. Uşaqlar son vaxtlara qədər Keşlə qəsəbəsində yerləşən Bakı şəhər 221 saylı orta məktəbdə təhsil alıbar. Hazırkı iş üzrə iddiaçıların nikahı pozulduqdan sonra ailə münaqişəsi zəminində İddiaçı1 2-3 ay qədər həmin evdə yaşamayıb. İddiaçı2 da evdə tək yaşamamaq üçün müvəqqəti olaraq valideyinləri ilə birlikdə yaşayıb. 2022-ci ilin noyabr ayında nikahları pozulan hazırkı iddiaçılar razılığa gəliblər ki, İddiaçı1 övladları ilə birlikdə hazırkı mübahisəli evə köçsünlər. Lakin 2022-ci ilin noyabr ayında gəlib evə baxanda görüblər ki, Cavabdeh qapını sındırıb, evə daxil olub. Evdə olan ev əşyaları da onun cehiz əşyalarıdır. İş üzrə iddia ərizəsinə əlavə etdiyi vəsatədə qeyd edilən şahidlər də bunu təsdiq edəcəklər. Bununla bağlı Nizami rayon Polis şöbəsinə müraciət etsələr də, heç bir tədbir görülməyib. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəliblər. Hesab edirlər ki, iş üzrə məhkəmə xərcləri də cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçılar vəkil xərci olaraq 1326 manat, dövlət rüsumu olaraq da 100 manat pul ödəyiblər. Cəmi 1426 manat pul da cavabdehdən alınaraq iddiaçılara ödənilməlidir. Cavabdehlər tərəfindən onların mülkiyyət hüquqlarına qanunsuz müdaxilə olunub, mülkiyyət hüququ pozulub. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində məhkəmənin heç bir qərarı olmadan mülkiyyətindən mərhum olub. Cavabdehlər onun mülkiyətini zəbt etməklə bərabər mülkiyyətlərinə fiziki zərər də vururlar.

İş materialları:

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1721/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin olunaraq, iddiaçı X14 ilə cavabdeh İddiaçı2 arasında xx.xx.2006-cı il tarixdə Masallı rayon İcra Hakimiyyəti Başçısının Bambaşı ərazi nümayəndəliyində bağlanmış və 13 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahlarından anadan olan xx.xx.2009-cu il təvəllüdlü X19, xx.xx.2012-ci il təvəllüdlü X25 və X26 anaları X4 himayəsində saxlanılması müəyyən edilməsi qət edilmişdir.

4. Şahid tərəfindən tərtib edilmiş xx.xx.1998-ci il tarixli etibarnamənin tərcümə olunmuş surətindən görünür ki, Şahid, 14 saylı BŞNK tərəfindən xx.xx.1998-ci il tarixində verilmiş etibarnamə əsasında X5 adından imza çəkərək, bu etibarnamə ilə İddiaçı2 aşağıdakı səlahiyyətləri vermişdir: Həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mənim bütün əmlakımı idarə etməyi və onun üzərində sərəncam verməyi, adıma olan daşınmaz əmlakı özəlləşdirməyi, bununla bağlı bütün dövlət orqanlarında, idarə və təşkilatlarda sənədləşdirmə işləri aparmağı, , buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağışlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkiplatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə mənə çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də, sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində kooperativ və ictimai təşkilatlarda, xüsusi notariat kontorlarında mənim adımdan ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında mənə aid olan mülki işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi etibar edirəm, əmlak və pul vəsaitlərinin alınması hüquqi ilə. Etibarnamə xx.xx.2001-ci ilədək qüvvədədir.

3. Şahid tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, o, xx.xx.1998-ci ildə Keşlə qəsəbəsi, Türkmən küçəsi, ev 4-də olan 2 otaqlı mənzilini X.Məmməfov ev 27, mənzil 21də yaşayan İddiaçı2 6 min 200 yüz ABŞ dollarına satmışdır. Şahidlər: Rzayev Rza, Babayev Məhəmməd.

4. Məhkəməyə İddiaçı2 və Şəfa Yusifovanın adına olan kommunal borclarla bağlı bildirişlərlər təqdim edilmişdir.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 68,60 kv.m olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 3 yaşayış otaqğından bir hissəsi X27, 3 yaşayış otaqğından bir hissəsi X6, 3 yaşayış otaqğından bir hissəsi X10, 3 yaşayış otaqğından bir hissəsi X11, 3 yaşayış otaqğından bir hissəsi X12, “B” tikilisindən 1 otaq X7 və 3 yaşayış otağından bir hissəsi Cavabdeh adına qeydiyyata alınmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-234/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, İddiaçı2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 08 dekabr 2020-ci il tarixdən hesablanması, İddiaçı2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, İddiaçı2 ərazi narkoloji dispanserində qeydiyyata alınması və s. hökm edilmişdir.

7. Azərbaycan Respublikası Nizami rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 03/385 saylı məktubundan görünür ki, Keşlə qəsəbəsinin Türkmən küçəsi 4 saylı ünvanına aid nümayəndəlikdə heç bir hüquq müəyyyənedici sənəd yoxdur.

8. Azərbaycan Respublikası Nizami rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 03/102 saylı məktubundan görünür ki, “Milli arxiv fondu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən sənədlərin İcra Hakimiyyətinin müvafiq şöbəsində saxlanma müddəti 5 ildir, həmin müddət bitdiyindən 2018-ci ilədək olan bütün sərəncam və onlara aid olan sənədlər daimi saxlanılmaq üçün Dövlət Arxivinə təhvil verilmişdir. Əlavə olaraq nəzərə çatdırlar ki, qəsəbənin Türkmən küçəsi 4 saylı ünvanına aid nümayəndəlikdə heç bir hüquq müəyyənedici sənəd yoxdur.

9. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli 3- 48-2F/2-03579/2023 saylı məktubundan görünür ki, Dövlət Arxivinin Bakı Filialında sənədlər müvafiq icra strukturlarının qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara görə Dğvlət Arxivinin Bakı filialında hər ahnsı bir sənəd əldə etmək imkan xaricindədir. Əlavə olaraq nəzərə çatdırırlar ki, Nizami rayon Keşlə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında saxlanılmır.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 5 saylı fərdi yaşayış evi (köhnə Türkmən küçəsi, ev 2-4) ilkin olaraq Cabbar Hacqafar oğlunun adına, xx.xx.1947-ci il tarixdə Nurcahan Camal qızını adına qeydiyyatdan keçmişdir. xx.xx.1947ci il tarixli 65755 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evinin 2/3 hissəsi X13 (Türkmən küçəsi, ev 2),1/3 hissəsi Rza İsmayıl oğlunun adlarına (Türkmən küçəsi, ev 4) xx.xx.1948-ci il tarixdə qeydiyyatdan keçmişdir (sənəd əsasları arxiv qovluğunda saxlanılmamışdır). Sözügedən fərdi yaşayış evinin Rza İsmayıl oğluna məxsus olan 1/3 hissəsi (ünvan 3) Bakı şəhəri 15 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2001-ci il tarixli 2V-208 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2001-ci il tarixdə X15, X20, X41, X21, X22 və X12 adlarına qeydiyyatdan keçmişdir. ünvan 5 saylı fərdi yaşayış evinin X15, X20, X41, X21, X22 və X16 məxsus olan hissəsindən bir hissə (B tikilisindən 1 otaq) Bakı şəhəri 15 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2002-ci il tarixli 4”Ə”-5-772 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2002-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X8 məxsus olan hissəsi Bakı şəhəri 15 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 4”Ə”-5-829 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2004-cü il tarixdə X29 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X31 məxsus olan hissəsi Bakı şəhəri 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə-749 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. Hazırda ünvan 5 saylı fərdiyaşayış evinin 3 yaşayış otağından bir hissəsi X27, 3 yaşayış otağından bir hissəsi X6, 3 yaşayış otağından bir hissəsi X10, 3 yaşayış otağından bir hissəsi X11, 3 yaşayış otağından bir hissəsi X12, “B” tikilisindən 1 otaq X7 və 3 yaşayış otağından bir hissəsi Cavabdeh mülkiyyətlərindədir.

11. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1385 nömrəli rəyindən görünür ki, Mərkəzə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: qeyd olunan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak 0,01435 ha torpaq sahəsinin üzərində yerləşən “A” (1 otaqlı ümumi sahə 24.8 kv.m) və “B” (3 otaqlı ümumi sahə 43.8 kv.m) literli yaşayış evindən ibarət olmaqla paylı mülkdür (reyestr nömrəsi **********75-10301). Reyestrdən çıxarışa əsasən Rzayeva (Kazımova) Aynurə İsmayıl qızının mülkiyyətində olan hissə “B” literli yaşayış evinin 3 (üç) otağından bir hissədir. Rzayeva (Kazımova) Aynurə İsmayıl qızının faktiki yaşadığı hissə texniki pasportda göstərilən “B” literli yaşayış evinin 3 və 4 saylı otaqlarıdır (texniki pasporta qeyd olunan ölçülərlə faktiki ölçülər arasında fərqlər mövcuddur). Rzayeva (Kazımova) Aynurə İsmayıl qızının faktiki istfadə etdiyi otaqların yerləşdiyi sahənin koordinatları əlavə olundu. X: 1.406.37.639, 2. 406046.038, 3. 406046.642, 4. 406038.179; Y: 1. 4471977.033, 2. 4471978.257, 3. 4471974.050, 4. 4471972.835. ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə və üzərində olan tikililərə tam baxış keçirilməsinə şərait yaradılmadığından koordinatların müəyyən edilməsi mümkün olmadı. ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə və üzərində olan tikililərə tam baxış keçirilməsinə şərait yaradılmadığından qeyd olunan sualın cavablandırılması mümkün olmadı.

12. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/2588/2025 nömrəli rəyindən görünür ki, mülki iş materiallarında olan (2-ci cild. Vərəq 30-32 )Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 27.11.24-cü il tarixli 3- 21-3-30/2- 47646/2024 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində mövcud olan arxiv texniki pasporta əsasən fərdi yaşayış evi paylı mülk üzrə “A” (1 otaqlı ümumi sahə 24.8 kv.m) və “B” (3 otaqlı ümumi sahə 43.8 kv.m) literli yaşayış evindən ibarətdir (reyestr nömrəsi **********75-10301). Reyestrdən çıxarışa əsasən Rzayeva (Kazımova) Aynurə İsmayıl qızının mülkiyyətində olan hissə “B” literli yaşayış evinin 3 (üç) otağından bir hissədir. Rzayeva (Kazımova) Aynurə İsmayıl qızının faktiki yaşadığı hissə texniki pasportda göstərilən “B” literli yaşayış evinin 3 və 4 saylı otaqlarıdır (texniki pasportda qeyd olunan ölçülərlə faktiki ölçülər arasında fərqlər mövcuddur). Qeyd olunan 3 saylı otağa faktiki olaraq əlavə köməkçi sahələr artırılmışdır (16.1 kv.m). Sonradan inşa olunan sahələr arxiv texniki pasportda göstərilən torpaq sahəsindən kənarda inşa edilmişdir. Hazırda həmin sahələr Rzayeva (Kazımova) Aynurə İsmayıl qızının istifadəsindədir (dövlət reyestrində qeydiyyata alınmayıb). Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş sahə digər fiziki şəxsin müraciət etdiyi ərazinin hüdudları daxilindədir (qeydiyyata alınmayıb). Həmçinin sahənin yerləşdiyi 162 kv.m hissəyə müraciət olunub və **********59- 10301 reyestr nömrəsi ilə qeydiyyata alınıb (əmlak faktiki göstərilən sahədən cənub qonşuya aiddir). Bundan əlavə qeyd olunan **********59-10301 reyestr nömrəli daşınmaz əmlaka aid müraciət faktiki göstərilən sahəyə aid deyil (şimal qonşuya aiddir). Arxiv texniki pasportuna əsasən “B” literli tikilinin koordinatları aşağıdakı kimi müəyyən olunmuşdur: X: 5. 406037.639, 6. 406046.038, 7. 406046.642, 8. 406038.179; Y: 4471977.033, 4471978.257, 4471974.050, 4471972.835. Rzayeva (Kazımova) Aynurə İsmayıl qızının faktiki istifadəsində sahələri 13.65 kv.metr (3.5x3.9m), 11.2 kv.metr (3.2x3.5m), 4.8 kv.metr (2.0x2.4m), 2.64 kv.metr (1.1x2.4m) və 6.96 kv.metr (2.3x1.5x2.7x1,3m) olan 5 ədəd tikilinin olduğu müəyyən edilmişdir. Rzayeva (Kazımova) Aynurə İsmayıl qızının faktiki istifadəsində olan tikililərin ümumi sahəsinin 39.25 kv.metr (13.65+11.2+4.8+2.64+6.96) təşkil etdiyi müəyyən edilmişdir.

13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Arxiv texniki pasporta əsasən fərdi yaşayış evi paylı mülkiyyət üzrə “A" və B" liter tikilisindən ibarətdir. Texniki pasportla göstərilən “A",”B" tikilisi və torpaq sahəsi ilə faktiki torpaq sahəsi fərqlidir. Məhkəmə tərəfindən verilmiş suala əsasən bildirirlər ki, Cavabdeh istifadəsində olan 16.1 kv.m köməkçi sahələr sonradan tikilmiş sahələrdir (hal-hazırda qeydiyyatdan keçməmişdir). Həmin sahələrə giriş “B” literli tikilisinin qeydiyyatdan keçmiş 2 və 3 saylı sahələrindəndir (arxiv texniki pasporta əsasən). Faktiki olaraq “B" literli tikilisinin 3 saylı otağından Türkmən küçəsinə qapı açılmış, həmin sahələrə giriş Türkmən küçəsındəndir. Qeyd olunan sahələr ilə bağlı sxem rəyə əlavə olunur. Əlavə tikilmiş köməkçi sahələrin yerləşdiyi sahənin koordinatları əlavə olunur. X: 406034.9345, 406035.2890, 406037.8225, 406038.3692, 406038.4219, 406034.2046, 406033.2493, 406034.9325 ; Y: 4471979.6778, 4471977.0015, 4471977.3379, 471973.2240, 4471972.8275, 4471972.2660, 4471979.4538, 4471979.6775.

14. Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi İddiaçı1 tərəfindən xx.xx.2022-ci il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir.

15. Mədaxil qəbzindən görünür ki, hüquqi yardım göstərilməsi üçün İddiaçı1 tərəfindən 5 saylı Vəkil Bürosunun hesabına xx.xx.2022-ci il tarixdə ümumilikdə manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları:

5. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, onun üç uşağı acınacaqlı vəziyyətdə kirayədə qalır. O, özü də Bakı istintaq təcridxanasında saxlanılır. Cavabdeh evinə girib, çıxmaq istəmir. İşıq, qaz, su və digər kommunal xidmətlər onun adına qeydiyyata alınıb, ödənişlərini də özü edib. Əgər o bu evdə kirayə qalırdısa, kommunal xidmətlər onun adına necə qeydiyyatdan keçə bilərdi. Cavabdeh yalan danışır. Qonşular da hamısı evi illər əvvəl onun aldığını bilirlər. Onun kiçik bacısı da həmin evdə yaşayıb, məktəbi Keşlə qəsəbəsində bitirib. Onun evi 3 otaqdan ibarət idi. Evi bir qadına satmışdılar, o da evi adını dəqiq bilmədiyi həmin qadından alıb. Evin çıxarışı yox idi. O qadın da evi bir kişidən alıb, əmiləri olub. Sonra da ona satıblar. Evi 1998-ci ildə alıb.

6. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli evi Məhəbbət adlı qadın Nəzakət adlı qadına, Nəzakət adlı qadın isə İddiaçı2 satıb. Sənədlər də tərəflərindən məhkəməyə təqdim olunub. Ekspert düzgün nəticəyə gəlib. Rəydə zəbtin olduğu göstərilib və zəbt də 16.1 kv.metr iddiaçıların sahəsinə düşür. Cavabdehin qanuni mülkiyyətində və istifadəsində olan sahə 3 yaşayış otağından biridir, amma 5 otaqdan istifadə edir. Ekspert müəyyənləşdirib ki, cavabdehin istifadəsində olan sahəsi 16,1 kv.m olan sahəsi sonradan inşa edilmiş qanunsuz tikilidir. Faktiki olaraq “B" literli tikilisinin 3 saylı otağından Türkmən küçəsinə qapı açılmış, həmin sahələrə giriş Türkmən küçəsindəndir. Qeyd olunan sahələr ilə bağlı sxem rəyə əlavə olunub. Cavabdeh Kristina Babayevanın evinə düşən sahəni ondan tələb edə bilər. X18 hər hansı bir tələbi yoxdur. Onlar cavabdehin istifadəsində olan torpaqla bağlı iddia qaldırıblar. İddiaçı 20 ilə yaxındır ki, həmin ünvanda yaşayıb.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində onun da payı var. Ekspert rəy tərtib edərkən Kristina Babayeva otağın qapısını açmadığından həmin otağın şəklini çəkməyib. Şahid orada olanda uşaq olub, məlumatı yoxdur. Onun əvvəldən bildirdikləri mütəxəssis rəyində əksini tapıb. Ekspert rəyi ilə razıl deyil, ölçülər düzgün müəyyən edilməyib.

8. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mütəxəssis evə baxış keçirən gün X17 yaşadığı evin qapısını açmayıb. X3 yaşadığı evi görmədən və şəkilini çəkmədən necə rəy verə bilər. Onun yaşadığı evdə artıq sahə yoxdur. Orada da mütəxəssisə başa salıb ki, bu evin yarısı Kristina Babayevanın yaşadığı ev tərəfə düşüb. X46 evin qapısını açmayıb. Mütəxəssis necə artıq sahə hesablaya bilər. Evin koordinatları var, orada beş otaq da ola bilər, çıxarışdakı sahədən əlavə sahə artırıla bilər. Evin koordinatları götürülməli, çıxarışla oraya düşüb-düşmədiyi müəyyən olunmalıdır. Onun evinin sənədi var, Şahid evi ona deyil, iddiaçılara satıb. İddiaçılar evi Şahid tələb etsinlər. Şahid əmisinin rəsmi olaraq arvadı olmayıb, əmisi tüfeyli həyat keçirib, Şahid da evə daxil olub, sonra da evi satıb. O, evi Şahid satmayıb. Mütəxəssis onun evinə daxil olub, amma onun evinin yarısı Kristina Babayevadadır. Eyni çıxarışdır, bir otağı Kristina Babayevadadır, onların otaqları ortadan bölünüb, yarısı Kristina Babayevaya düşüb. Onların çıxarışlarında Kristina Babayevanın adı keçir. Şahid İddiaçı2 evi necə satdığını bilmir. Onun sənədli evidir və o, evin qapısını açıb oraya daxil ola bilir. O, İcra Hakimiyyətində ev növbəsinə durub. Orada artıq sahə yoxdur. Ekspert evi tam çəkməyib, orada necə artıq sahə çəkə bilər. Eskpert ondan texniki pasport istəməyib, onun evinin şəkilini tam çəkməyib, beş otaq olması barədə necə qərar verə bilər. Orada beş otaq yoxdur. O, ekspert rəyi ilə razı deyil. İddiaçılar orada yaşayıblar, əşyaları çölə çıxardıb, gəlib aparmayıblar. Bir küçə idi, qonşular da bilirdilər. İddiaçı1 İddiaçı2 ayrılıb getmişdi, əşyalarını aparıb, evdə zibillər qalmışdı, o da hamısını küçəyə atıb. O, evin mebellərini yeni alıb. Orada kiçik otaqlar idi. Evin iki otağı var idi, kiçik qapısı var idi. X24 əvvəl başqa şəxsə satıblar. O, əvvəldən orada yaşayıb. İddiaçı2 orada yaşadığını görüb. İddiaçı2 narkotik istifadəçisi olub. Bir gün polis onu tutub. Bilirdilər ki, Şahid evi İddiaçı2 satıb. O ev indiki qaldığı evdir. O, bir-iki dəfə evə daxil olmaq istəyib, İddiaçı2 narkotik aludəçisi olduğuna görə ehtiyat edib. Ev boş idi, o da evə daxil olub.

Şahid ifadələri:

9. xx.xx.2024-cü il tarixli yerli baxış zamanı şahid kimi dindirilmiş X17 ifadəsində göstərimişdir ki, o, tərəflərə qonşudur. Onlar 2012-ci ildə Sabir adlı şəxsdən hazırda yaşadıqları evi alıblar. Evə dair Sabir adlı şəxsin adına çıxarış var idi. O, ailəsi iləbirlikdə 2012-ci ildən bu evdə yaşayır, evə dair çıxarışı var. İddiaçılar cavabdehi evdən çıxarmaq üçün məhkəməyə müraciət etdiklərinə görə cavabdeh də onu evindən çıxaracağı ilə hədələyir. Bu evlər cavabdehin ata-babalarının olubsa, 2000-ci illərdən bu evlərin satılması davam edib. 12 ildir ki, hazırki iş üzrə cavabdeh onu və anasını narahat edir, evin ona məxsus olduğunu bildirir və onları evlərindən çıxaracağı ilə təhdid edir. 2 il əvvəl cavabdeh iddiaçılara məxsus evi zəbt etdikdən sonra onunla işi olmadığını, çünki onun evə dair sənədlərinin olduğunu, qardaşı isə cavabdehə iddiaçıları evdən çıxardığı kimi onu da evdən çıxarmasını bildirib. O, cavabdehdən polisə də şikayət edib. O, 2012-ci ildə hazırda yaşadığı evə köçərkən İddiaçı1 3 körpə uşağı var idi. 12 ildir ki, o, İddiaçı1 görüb. Bir neçə il iddiaçıların aralarında problem olub, cavabdeh gələndən sonra İddiaçı1 mübahisəli evdə yaşamır. 2 il əvvəl noyabr ayının 27-də cavabdeh və ailəsi gecə vaxtı qapını qırıblar. 6-7 nəfər polis gəlsə də, heç nə edə bilməyib.

10. xx.xx.2024-cü il tarixli yerli baxış zamanı şahid kimi dindirilmiş X42 ifadəsində göstərimişdir ki, o, tərəflərlə qonşudur. 35 ildir ki, burada yaşayır və qeydiyyatı da buradadır. Yaşadığı evin sənədləri də onun adına qeydiyyata alınıb. 2000-ci ildə mübahisəli evdə İddiaçı1 qayınanası uşaqları ilə birlikdə yaşayıb, sonra İddiaçı1 həmin evə gəlin köçüb və 10 il bu evdə yaşayıb. İddiaçı1 evə köçdükdən sonra qayınanası evi tərk edərək bacısıgildə yaşayıb. Daha sonra Cavabdeh evin qapısını qırıb. Cavabdeh əvvəllər yaxınlıqda başqa evdə yaşayırdı.

11. xx.xx.2024-cü il tarixli yerli baxış zamanı şahid kimi dindirilmiş X33 ifadəsində göstərimişdir ki, o, tərəflərlə qonşudur. İddiaçı1 mübahisəli evə gəlin gəlib, uşaqları həmin evdə olub, təxminən 10 il həmin evdə yaşayıb. İddiaçı1 qayınanası da bu evdə yaşayıb.

12. xx.xx.2024-cü il tarixli yerli baxış zamanı şahid kimi dindirilmiş X34 ifadəsində göstərimişdir ki, o, tərəflərlə qonşudur. O, 1981-ci ildən Keşlə qəsəbəsində yaşayır. İddiaçı1 mübahisəli evə gəlin gəlib, qayınanası da 2000-ci illərin əvvəllərində həmin evdə yaşayıb. Sovetski adlanan ərazidə evlər söküldükdən sonra İddiaçı1 qayınanasının əldə etdiyi pulla sözügedən evi alıb və uzun müddət də bu evdə yaşayıb. Bir gecə cavabdeh və ailəsi pəncərəni sındırıblar, qapını içəridən açıblar və evə daxil olublar. Bunu da hamı görüb. Cavabdehin atasının evi də yaxınlıqda yerləşir.

Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

162. Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

İşin faktiki halı:

15. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, ünvan 5 saylı fərdi yaşayış evinin 3 yaşayış otağından bir hissəsi X27, 3 yaşayış otağından bir hissəsi X6, 3 yaşayış otağından bir hissəsi X10, 3 yaşayış otağından bir hissəsi X11, 3 yaşayış otağından bir hissəsi X12, “B” tikilisindən 1 otaq X7 və 3 yaşayış otağından bir hissəsi Cavabdeh mülkiyyətlərindədir. İddiaçıların mübahisələndirdikləri ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi isə dövlət qeydiyyatına alınmamışdır.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

17. İddiaçılar onlara məxsus olan ev üzərindəki sahibliyinin özbaşınalıqdan qorunması üçün iddia qaldırmışlar. Bu tələbi irəli sürən iddiaçılar əşya üzərində qanuna və ya müqaviləyə əsasən hüquqa malik olduğunu sübuta yetirməyə borclu deyil.

18. Belə ki, əşyanın geri qaytarılması və ya pozuntuya son qoyulması barədə iddialar aşağıdakı növlərdə ola bilər: a) hüquq haqqında mübahisələr – vindikasiya iddiası (MM, m.157.2), neqator iddia (MM, m.157.4) və sair; b) sahibliyin özbaşınalıqdan müdafiəsinə dair iddialar – geriqaytarma tələbi (MM, m.164.2) və pozuntuya son qoyulması tələbi (MM, m. 165.1).

19. Bu iddia növləri mahiyyəti və təyinatı etibarilə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər.

20. Hüquq haqqında mübahisələrdə iddiaçı mübahisənin obyektinə münasibətdə özünün mülki hüquqlarını - mülkiyyət haqqını, qanundan və ya müqavilədən irəli gələn əmlak hüquqlarını sübuta yetirməyə borcludur. Bu səbəbdən vindikasiya iddiasını irəli sürən şəxs MM-in 157.2-ci maddəsinə əsasən ilk növbədə özünün mülkiyyətçi olduğunu, yaxud MM-in 288.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanı özgəsinin qanunsuz sahibliyindən, o cümlədən girov qoyanın sahibliyindən tələb edən girov saxlayan özünün girov hüququnu sübut etməlidir. Əks halda həmin normalara söykənən tələblər təmin edilə bilməz.

21. Göründüyü kimi, hüquq haqqında mübahisələrdə tələb edilən əşya üzərində tərəflərin hüquq sahibi olub-olmaması önəm kəsb edir və iddianın həllinə təsir göstərir.

22. Bununla belə, sahibliyin müdafiəsi məqsədilə qaldırılan iddialar mülki qanunvericiliyimizdə hüquq haqqında mübahisə kimi yox, özbaşınalığın qarşısının alınmasını təmin edən tələblər kimi nəzərdə tutulmuşdur.

23. Sahiblik (possessio) hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.

24. Sahiblik, bir şəxsin əşya üzərində faktiki hakimiyyəti özünün iradəsi ilə ilkin olaraq qazanması (məsələn, sahibsiz daşınar əşyanın mənimsənilməsi - MM, m.184), yaxud başqası tərəfindən sahibliyin ona verilməsi (MM,m.181.1) və ya vərəsəlik yolu ilə əldə edilə bilər (MM,m.1255).

25. Sahiblik institutu mülki hüquq münasibətlərində bir neçə əhəmiyyətli funksiyanı yerinə yetirir. Onlar aşağıdakılardır: əşya üzərindəki hüquqları üçüncü şəxslərə göstərən açıqlığı təmin edən funksiya (MM, m.166); əşya hüquqlarının bir şəxsdən digərinə verilməsini və ya qazanılmasını təmin edən funksiya (MM, m.181.1); cəmiyyətdəki nizamı və sosial sülhü qoruma funksiyası (MM,m.164,165). Hazırkı işin halları baxımından sonuncu funksiya xüsusi önəm kəsb edir.

26. Heç kəsə icazə verilmir ki, (hətta əşya üzərində hüquq sahibi olsa belə) cəmiyyətdəki hüquq qaydasını və nizamı pozaraq, başqasının hakimiyyəti altında olan bir əşyanı özbaşına qəsb etsin, yaxud sahibliyə maneə törətsin. Başqa sözlə, heç kəs əşyanı sahibliyində saxlayan şəxsin əslində buna haqqı olmadığını irəli sürərək, özbaşına şəkildə onun əlindən ala və ya sahibliyini poza bilməz. Əks halda cəmiyyətdə qarşısıalınmaz bir özbaşınalıq vəziyyəti meydana gələr.

27. Bu səbəbdən MM-in 164.1-ci maddəsində sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

28. Normanın mahiyyətini və məqsədini nəzərə alınaraq qeyd etmək olar ki, özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür.

29. Məhrumetmə və pozulma özbaşınalığın iki ayrı formasını təşkil edir. Birincisində sahib əşya üzərindəki faktiki hakimiyyətini itirirərək ondan məhrum olur. İkinci halda isə şəxs əşya üzərindəki sahibliyini itirməsə də, özbaşınalıq nəticəsində əşyadan sərbəst və təyinatı üzrə istifadə edə bilmir, onun sahibliyinə əngəl törədilir.

30. Özbaşınalığın əsas əlamətlərindən biri müdaxilənin qanunazidd olmasıdır. Diqqət edilməlidir ki, müdaxilənin qanuniliyi və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür. Məsələn, mülkiyyətçisi özünün saatını başqa bir şəxsin qolunda gördükdə (hətta sonuncunun əşyaya hüquqi əsas olmadan sahiblik etdiyi aşkar olduqda) “mənimdir” düşüncəsi ilə onu qəsb edərsə, yaxud qeyri-yaşayış sahəsini kirayəyə vermiş mülkiyyətçi “bura onsuz da mənim mülkiyyətimdədir” deyib, kirayəçinin oraya daxil olmasını əngəlləyərsə, hər iki halda mülkiyyətçi özbaşınalıq etmiş sayılar. Ona görə ki, özbaşınalıq hərəkətinin meyarı əşya üzərindəki hüquq deyil, sahibə qarşı edilmiş hərəkətin (sahiblik vəziyyətinə müdaxilə aktının) hüquqa uyğun olub-olmamasıdır. Halbuki, misalda göstərilən eyni hərəkətləri bir müstəntiq götürmə və ya digər istintaq hərəkəti çərçivəsində etmiş olsa, belə müdaxilə özbaşınalıq sayılmayacaq.

31. Beləliklə, qanunverici, cəmiyyətdəki nizam və sosial sülhü qorumaq məqsədilə, əşya üzərində hüquq sahibi olsun və ya olmasın, hər bir şəxsə özbaşınalıqdan operativ şəkildə müdafiə olunmaq imkanı tanıyır. Hətta qanunsuz sahibin əşya üzərindəki sahibliyi özbaşınalıqdan qorunur. Bu baxımdan, qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək hüququnun kimlərə aid olduğunu göstərən MM-in 164.2-ci maddəsində “hər bir sahib” ifadəsindən istifadə edilməsi təsadüfi deyil.

32. Odur ki, belə iddialara baxılarkən əşya üzərindəki mübahisəli subyektiv hüquqlar (mənfəətlər) araşdırılmadan və onlara hüquqi qiymət verilmədən özbaşınalığa məruz qalmış sahibin tələbi əsasında öncəki faktiki vəziyyət (status-kvo) sürətli şəkildə bərpa edilir. Bununla da özbaşınalığın, yəni üçüncü şəxslərin başqasının sahibliyinə qanunsuz müdaxilə etməsinin qarşısı alınır və cəmiyyətdəki sosial nizam təmin olunur.

33. Sahibliyin müdafiəsi ilə bağlı iddianın dərhal, uzağı məhrumetmə və ya pozuntu anından başlayaraq bir il ərzində qaldırılması ilə bağlı qayda (MM,m.165.2) da özbaşınalığın qarşısının təxirəsalınmadan alınmasına yönəlmişdir. Göstərilən müddətlər keçdikdən sonra yaranan sahiblik vəziyyəti yeni bir status-kvo kimi qəbul edilir və bu səbəbdən sahibliyin müdafiəsi iddiaları istisna olunur.

34. Sahiblik iddialarının təyinatı özbaşınalığın qarşısını almaq olduğu üçün belə tələblərə baxılarkən hüquq haqqında mübahisəli halların, o cümlədən əşyaya sahiblik hüququ verən əsasların sübut edilməsinə, yaxud cavabdehin əşyaya daha üstün bir hüquqa malik olması barədə etirazların dinlənilməsinə və bu dəlillərin araşdırılmasına gərək yoxdur. Çünki, əşya üzərindəki mülki hüquqlar sahiblik iddiasının predmeti xaricində qalmaqla mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Yəni, sahiblik iddiasını həll etmiş məhkəmə aktı mübahisənin obyekti üzərində tərəflərdən hansınınsa hüququnu tanımış və ya təkzib etmiş olmur. Bu qərar yalnız özbaşınalıqla pozulmuş sahiblik vəziyyətini bərpa edir, onu ilkin vəziyyətə qaytarır.

35. Ona görə də, sahibliyin müdafiəsinə dair iddianın həllindən (nəticəsindən) asılı olmayaraq, hər bir tərəfin həmin əşya barəsində ayrıca icraatda hüquq haqqında mübahisə açmaq imkanı var. Məsələn, MM-in 164.2-ci maddəsində nəzərdə tutulan geriqaytarma tələbi rədd edilən şəxs, sonradan mülkiyyətçi kimi əşyanın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi barədə vindikasiya iddiası qaldıra bilər (MM, m.157.2). Yaxud, əksinə - şəxs özbaşınalıqla qəsb etdiyi əşyanı MM-in 164.2-ci maddəsi çərçivəsində qaytardıqdan sonra mülkiyyət hüququna söykənərək eyni əşyanı vindikasiya qaydasında geri istəyə bilər (MM, m.157.2).

36. Məhkəmə xüsusilə vurğulayır ki, sahibliyin müdafiəsi haqqında tələbin həllinə dair məhkəmə qərarı eyni əşyaya münasibətdə qaldırılan hüquq haqqında mübahisəyə dair işdə preyudisial əhəmiyyət kəsb etmir.

37. Mülki qanunvericiliyimizə görə sahibin özbaşınalıqdan müdafiə oluna bilməsi üçün aşağıdakı imkanlar nəzərdə tutulmuşdur: sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı (MM,m.164.1, ikinci cümlə, §20); sahibliyin müdafiəsinə dair iddialar qaldırmaq hüququ.

38. MM-in 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Bu norma məhrumetmə halında özbaşınalıqdan müdafiəni təmin edir.

39. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Bu norma isə sahibliyin pozulması halında özbaşınalıqdan müdafiəni təmin edir.

40. Göstərilən normalarla hər növ əşya üzərindəki sahibliyə, hər kəs tərəfindən edilən müdaxilə aradan qaldırılır.

41. Yəni, sahibliyin müdafiəsi çərçivəsində özbaşınalıqdan qorunma iddiaları həm daşınar əşyalar, həm rəsmi və ya dövlət reyestrində qeydiyyatdan keçmiş daşınar və daşınmaz əşyalar, həm də reyestrdə qeydə alınmamış daşınmaz əşyalar baxımından keçərlidir. Bu qayda MM-in 166.3-cü maddəsində aşağıdakı məzmunda ifadə edilmişdir: “Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər”, § 24).

42. Özbaşınalıq edən tərəfin əşya üzərində hüququnun olması və ya təqsirin dərəcəsi iddianın həlli üçün əhəmiyyət kəsb etmir. Hətta əşyanın mülkiyyətçisi müdaxiləni ehtiyyatsızlıqdan etsə belə, yuxarıda göstərilən məqsədlər naminə özbaşınalığa məruz qalan tərəf müdafiə olunur.

43. Baxılan işdə iddiaçılar ərizələrində bildirmişdilər ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı2 xx.xx.1998-ci ildə Şahid 6200 ABŞ dollarına alıb, daha sonra İddiaçı1 2006-cı ildə İddiaçı2la evləndikdən sonra həmin ünvanda onunla birlikdə yaşamağa başlayıb. Həmin ünvanda üç övladları dünyaya gəlib. İddiaçı2 məhkəmə hökmü ilə azadlıqdan məhrum edildikdən sonra İddiaçı1 bir müddət valideynləri ilə yaşayıb və 2022-ci ildə evlərində cavabdehin yaşadığını öyrəniblər. Məhkəmə araşdırması zamanı dindirilmiş şahidlər də cavabdehin 2022-ci ildə evə daxil olmasını təsdiq ediblər. Belə olan halda iddiaçıların özbaşınalıqdan müdafiə olunmaq üçün sahiblik iddiasını irəli sürməyə subyektiv hüquqları olmuşdur və sahibliyin müdafiəsi üçün 1 illik müddət iddiaçılar tərəfindən ötürülməmişdir.

44. Məhkəmə tərəfindən iddianın bu normalar əsasında təmin edilməsi üçün aşağıdakı şərtlər müəyyən edilməlidir: 1) İddiaçılar əvvəlki və ya mövcud sahib olmalıdır. Hansı şəxsin sahib hesab olunacağına bu qərarın 42-44-cü bənlərində aydınlıq gətirilmişdir. Əvvəlki sahib dedikdə, əşya üzərindəki faktiki hakimiyyətdən tamamilə məhrum edilmiş, mövcud sahib dedikdə isə sahibliyini itirməsə də, əşyadan istifadəsinə maneçilik törədilən şəxs nəzərdə tutlur. 2) İddiaçılara qarşı qadağan edilmiş özbaşınalıq törədilməlidir. Özbaşınalıq əməli, sahibin iradəsi xaricində,qanunvericiliyə zidd şəkildə,insan tərəfindən edilən bir davranışdır. Başqa sözlə, sahiblikdən məhrum olmaq və ya sahibliyin pozulması sahibin iradəsi daxilində, qanuna uyğun şəkildə, yaxud bir təbiət hadisəsi və ya heyvanın gücü nəticəsinə baş verdikdə özbaşınalıqdan söhbət gedə bilməz. 3) Cavabdehin hazırkı sahibliyi və ya təcavüzü qanunsuz olmalıdır. Əgər cavabdehin əşya üzərindəki sahibliyi qazanması və ya ona müdaxiləsi keçərli bir hüquqi əsasa söykənmirsə, özbaşınalıq onun tərəfindən edilmişdirsə, qanunsuz sayılır. Keçərli hüquqi əsaslara zəruri müdafiə (MM,m.563), son zərurət (MM,m.564), özünəyardım (MM,m.564), qanuni səlahiyyətin həyata keçirilməsi və digər bu kimi halları misal göstərmək olar. 4) Sahiblik iddiasının təmin edilməsini istisna edən hallar olmamalıdır. Bu şərt MM-in 164.2-ci və 165.1-ci maddələrinin ikinci cümləsində və 165.2-ci maddəsindəki qaydaları özündə ehtiva edir. Belə ki, sahibliyinin pozulmasına istinad edən iddiaçının özü cavabdehə münasibətdə qüsurlu sahibdirsə (məsələn, iddiaçı həmin əşyanı daha əvvəl cavabdehdən özbaşına şəkildə qəsb etmişsə və bu hərəkətin törədilməsindən bir il müddət keçməyibsə) və ya iddiaçıya qarşı pozuntunun üzərindən bir ildən artıq müddət ötmüşsə, sahibiyin müdafiəsinə dair iddianın təmin edilməsi istisna olunur.

45. Sahibliyin müdafiəsi barədə iddialar yuxarıda göstərilən şərtlər əsasında və ardıcılıqla yoxlanılmaqla həll edilir. Bu şərtlərin hər biri aşkar edildikdə iddia əsaslı sayılaraq təmin olunur. Onlardan hər hansı birinin müəyyən edilməməsi sahibliyin müdafiəsi çərçivəsində iddianın rədd edilməsinə əsas verir və sonrakı şərt(lər)in yoxlanılmasına gərək qalmır.

46. Belə ki, ünvan 5 saylı fərdiyaşayış evinin 3 yaşayış otağından bir hissəsi X27, 3 yaşayış otağından bir hissəsi X6, 3 yaşayış otağından bir hissəsi X10, 3 yaşayış otağından bir hissəsi X11, 3 yaşayış otağından bir hissəsi X12, “B” tikilisindən 1 otaq X7 və 3 yaşayış otağından bir hissəsi Cavabdeh mülkiyyətlərindədir. İddiaçıların yaşadığı eyni ünvanda yerləşən fərdi yaşayış evi isə İddiaçı2 Şahid tərəfindən satılmışdır, həmin ünvanda iddiaçılar abonent kimi qeydiyyatda alınmış və kommunal ödənişlər onlar tərəfindən həyata keçirilmişdir.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

48. İş materiallarından göründüyü kimi, mübahisələndirilən tikili özbaşına tikili sayılır və iddiaçılar həmin tikililərə mülkiyyət hüququ əldə etməmişlər.

49. Məhkəmə tərəfindən xx.xx.2024-cü ildə həmin ünvana baxış keçirilmiş, baxış zamanı həmin ünvanda yaşayan başqa şəxslər şahid kimi dindirilmişdir. Onların hər biri mübahisəli ünvanda iddiaçıların uşaqları ilə birlikdə yaşadığını, iki il əvvəl cavabdehin onların evinin şüşəsini sındıraraq, qapını qıraraq evə daxil olduğunu bildirmişlər.

50. Məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında evi iddiaçılara Şahid satdığını, ona görə də evin həmin şəxsdən tələb edilməli olduğunu, Şahid əmisinin rəsmi olaraq arvadı olmadığını, əmisi tüfeyli həyat keçirdiyindən Şahid da evə daxil olduğunu, sonra da evi iddiaçılara satdığını, iddiaçılar həmin ünvanda yaşadıqlarını, onların əşyaları küçəyə çıxarmasına baxmayaraq, gəlib aparmadıqlarını, İddiaçı1 İddiaçı2 ayrılıb getdiyini, əşyalarını apardığını, evdə zibillər qaldığını, həmin evin onun indiki qaldığı ev olduğunu, bir-iki dəfə evə daxil olmaq istədiyini, İddiaçı2 narkotik aludəçisi olduğuna görə ehtiyat etdiyini, ev boş olanda evə daxil olduğunu bildirmişdir.

51. Göründüyü kimi, cavabdeh və şahid ifadələri ilə iddiaçıların uzun illər mübahisəli ünvanda yaşadıqları və cavabdehin evə heç bir əsas olmadan, sahiblərinin iradələrinə zidd şəkildə daxil olduğu müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır.

52. Məhkəmə tərəfindən iddiaçılara məxsus tikilinin dəqiq ünvanının müəyyənləşdirilməsi üçün ekspertizalar təyin edilmiş və ekspert və mütəxəssis rəylərinin təqdim edilməsi təmin edilmişdir.

53. Belə ki, məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/2588/2025 nömrəli rəyinə əsasən 1 saylı Bakı Ərazi İdarəsində mövcud olan arxiv texniki pasporta əsasən fərdi yaşayış evi paylı mülk üzrə “A” (1 otaqlı ümumi sahə 24.8 kv.m) və “B” (3 otaqlı ümumi sahə 43.8 kv.m) literli yaşayış evindən ibarətdir (reyestr nömrəsi **********75-10301). Reyestrdən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan hissə “B” literli yaşayış evinin 3 (üç) otağından bir hissədir. Cavabdeh faktiki yaşadığı hissə texniki pasportda göstərilən “B” literli yaşayış evinin 3 və 4 saylı otaqlarıdır (texniki pasportda qeyd olunan ölçülərlə faktiki ölçülər arasında fərqlər mövcuddur). Qeyd olunan 3 saylı otağa faktiki olaraq əlavə köməkçi sahələr artırılmışdır (16.1 kv.m). Sonradan inşa olunan sahələr arxiv texniki pasportda göstərilən torpaq sahəsindən kənarda inşa edilmişdir. Hazırda həmin sahələr Rzayeva (Kazımova) Aynurə İsmayıl qızının istifadəsindədir (dövlət reyestrində qeydiyyata alınmayıb). Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş sahə digər fiziki şəxsin müraciət etdiyi ərazinin hüdudları daxilindədir (qeydiyyata alınmayıb). Həmçinin sahənin yerləşdiyi 162 kv.m hissəyə müraciət olunub və **********59-10301 reyestr nömrəsi ilə qeydiyyata alınıb (əmlak faktiki göstərilən sahədən cənub qonşuya aiddir). Bundan əlavə qeyd olunan **********59-10301 reyestr nömrəli daşınmaz əmlaka aid müraciət faktiki göstərilən sahəyə aid deyil (şimal qonşuya aiddir). Cavabdeh faktiki istifadəsində sahələri 13.65 kv.metr (3.5x3.9m), 11.2 kv.metr (3.2x3.5m), 4.8 kv.metr (2.0x2.4m), 2.64 kv.metr (1.1x2.4m) və 6.96 kv.metr (2.3x1.5x2.7x1,3m) olan 5 ədəd tikilinin olduğu müəyyən edilmişdir. Rzayeva (Kazımova) Aynurə İsmayıl qızının faktiki istifadəsində olan tikililərin ümumi sahəsinin 39.25 kv.metr (13.65+11.2+4.8+2.64+6.96) təşkil etdiyi müəyyən edilmişdir.

54. Həçminin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən arxiv texniki pasporta əsasən fərdi yaşayış evi paylı mülkiyyət üzrə “A" və B" liter tikilisindən ibarətdir. Texniki pasportla göstərilən “A", “B" tikilisi və torpaq sahəsi ilə faktiki torpaq sahəsi fərqlidir. Məhkəmə tərəfindən verilmiş suala əsasən bildirirlər ki, Cavabdeh istifadəsində olan 16.1 kv.m köməkçi sahələr sonradan tikilmiş sahələrdir (hal-hazırda qeydiyyatdan keçməmişdir). Həmin sahələrə giriş “B” literli tikilisinin qeydiyyatdan keçmiş 2 və 3 saylı sahələrindəndir (arxiv texniki pasporta əsasən). Faktiki olaraq “B" literli tikilisinin 3 saylı otağından Türkmən küçəsinə qapı açılmış, həmin sahələrə giriş Türkmən küçəsındəndir.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

56. Göründüyü kimi, reyestrdən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan hissə “B” literli yaşayış evinin 3 (üç) otağından bir hissə olmasına baxmayaraq, onun faktiki yaşadığı hissə texniki pasportda göstərilən “B” literli yaşayış evinin 3 və 4 saylı otaqlarıdır. Qeyd olunan 3 saylı otağa faktiki olaraq əlavə köməkçi sahələr artırılmışdır (16.1 kv.m). Onun faktiki istifadəsində olan tikililərin ümumi sahəsinin 39,25 kv.metr (13.65+11.2+4.8+2.64+6.96) təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh istifadəsində olan 16.1 kv.m köməkçi sahələr sonradan tikilmiş sahələrdir. Məhkəməyə təqdim edilmiş sxemlərlə də müəyyən edilir ki, sahəsi 3.2 kv.m, 8.8 kv.m və 4.1 kv.m, cəmi 16,1 kv.m olan 3 ədəd tikili əlavə tikililərdir. Həmin sahələri giriş cavabdehin mülkiyyətdində olan “B" literli tikilisinin 3 saylı otağındandır.

57. Qeyd edilənlərə əsasən məhkəmə araşdırması zamanı ümumi sahəsi 16,1 kv.m olan tikilinin əlavə tikili olduğu, heç kəsin adına dövlət qeydiyyata alınmadığını, hazırda cavabdehin faktiki istifadəsində olduğunu, həmçinin cavabdeh tərəfindən iddiaçılara məxsus olan dövlət qeydiyyatına alınmamış tikiliyə qanunsuz müdaxilə olduğu məlum olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh ünvan 3 ünvanında yerləşən, dövlət reyestrində qeydiyyatdan keçməmiş, ümumi sahəsi 16,1 kv.m (3.2 kv.metr, 4.1 kv.m və 8.8 kv.m) olan tikililərdən çıxarılmalıdır.

58. Həmçinin, iddiaçıların qeyd olunan evə köçüb yaşamaları ilə qanuni mənafeləri olduğu, onlara maneə olanların isə, qadağan edilmiş özbaşınalıq etmələrini müəyyən edilmişdir.

59. Belə ki, Azərbaycan Respublikasinin Konstitusiyasinin 43-cü maddəsi ümumi norma olmaqla, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülmə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?.

60. Məhkəmə müəyyən etmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikili olsa da, yaşayış sahəsi kimi istifadə olunur və iddiaçılar həmin evdə uzun illər yaşamış, ailə təsərrüatını idarə etmişlər. Cavabdehin isə buna maneə olunması üçün hər hansı hüquqi əsaslarının olması iş materialları ilə müəyyən olunmur.

61. Belə ki, məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın.

62. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “iddiaçıların evə köçürülmələri” hissəsində də təmin edilməlidir.

63. Ümumiyyətlə mübahisəli ünvanında iddiaçılara məxsus olması onların həmin ünvana istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir, onlar isə bu hüququn onlara tanıdığı imkanlardan istifadə edərək, həmin ünvana köçürülmələrini və cavabdehin ünvandan çıxarılmasını tələb etməkdə haqlıdırlar.

64. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıların cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli ünvandan çıxarılmasını xahiş etsələr də, elektron məhkəmə sistemindən əldə edilmiş çıxarışa əsasən cavabdehin ailə üzvləri (əri və 4 nəfər uşaq) yetkinlik yaşına çatmış şəxslərdir və onalara qarşı iddia qaldırılmamışdır. Bu səbəbdən məhkəmə iddianı ancaq cavabdehə aid olan hissədə əsaslı hesab edir.

Nəticə:

65. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ünvan 3 ünvanında yerləşən, dövlət reyestrində qeydiyyatdan keçməmiş, ümumi sahəsi 16,1 kv.metr olan əlavə tikililərdən çıxarılmalı və iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin ünvana köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

66. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

67. İş materiallarında olan müqavilədən görünür ki, İddiaçı1 iddia qaldırılması üçün xx.xx.2022-ci ildə 100 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı və hüquqi yardım göstərilməsi üçün xx.xx.2022-ci ildə ümumilikdə 1323 manat haqq ödəmişdir.

68. Bundan əlavə, işdə olan xx.xx.2024-cü il tarixli 10/1385 saylı və xx.xx.2025-ci il tarixli 10/2588 ekspert rəylərindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 150 manat təşkil etmişdir (1 saylı Bakı Ərazi İdarəsinin hesabına 257 manat məbləğində vəsaiti iddiaçı ödəmişdir).

69. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və xidmət haqqı cavabdehə aid edilməli, vəkilə ödənilmiş 1323 hüquqi xidmət haqqının 973 manatı iddiaçılara, 350 manatı cavabdehə aid edilməli, keçirilmiş məhkəmə ekspertizaların dəyəri olan 150 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən, dövlət reyestrində qeydiyyatdan keçməmiş, ümumi sahəsi 16,1 kv.metr olan əlavə tikililərdən çıxarılsın və iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin ünvana köçürülsünlər. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 350 manat məbləğində pul, ödənilmiş 100 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi Cavabdeh tutulub, İddiaçı1 ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan 150 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X9, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar