Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1806/2023 27.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclas katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X44 və X45 cəlb edilməklə cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın əsassız sayılması, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzrlü sayılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X27 və X28 cavabdehlər İddiaçı və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı "mirasın qəbul edilmiş hesab edilməsi" tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X44 və X45 cəlb edilməklə cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın əsassız sayılması, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzrlü sayılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Bakı şəhəri 15 saylı notariat ofisinin imtinasının əsassız sayılması, onun ana-nənəsi miras qoyan X6 miras qalmış əmlakların qəbul edilməsi üçün müəyyən edilmiş müddəti buraxmasının üzrlü hesab edilməsi, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Bakı şəhəri 15 saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ana nənəsi X20 xx.xx.1993-cü il tarixində vəfat etmişdir. Ondan ünvan 1 ünvanda yerləşən yaşayış evi torpaq sahəsi ilə birlikdə miras qalıb. Qeyd edir ki, onun anası X29 xx.xx.1991-ci il tarixində vəfat edib. Mərhum nənəsi X11 əmlakı mirasa açıldığı dövrdə vərəsəsi olacaq anası X16 olmamış və mirası qəbul edə bilməyib. O, hesab edir ki, o, qanunveriçiliyin tələblərinə uyğun olaraq anası olmadığı üçün vərəsə hesab edilir. Bundan başqa qeyd edir ki, miras miras qoyana onun tərəfindən baxılmış, qulluq göstərilmişdir. Özü hazırda həmin evdə qeydiyyatdadır. Cavabdehlərin hüquqa zidd maneələri uçbatından hüquqarından məhrum edilib. Qeyd edir ki, vərəsəlik müddətinin bərpa edilməsilə bağlı vaxtında məhkəməyə müraciətləri olub, lakin iddia ərizəsi düzgün şəkildə verilmədiyi üçün (xüsusi icraat qaydasında verilmişdir) Ali Məhkəmə tərəfindən tələbi rədd edilərək, baxılmamış qalıb və yenidən məhkəməyə iddia icraatı qaydasında müraciət etməyi tövsiyyə olunub (qərar əlavə edilib). Yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, onun miras əmlakın qəbul edilməsi üçün müəyyən edilmiş prosessual müddəti buraxması üzrlü hesab edilməli, miras əmlaklara vərəsəlik hüququ tanınaraq, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi notariusa həvalə edilməlidir. Bildirir ki, hazırda özünə məxsus yaşayış yeri yoxdur. Qızı ilə birlikdə kirayədə qalır, vəziyyəti çox acınacaqlıdır. Xəstəlikdən əziyyət çəkir. Doğub böyüdüyü ata-ana yurdundan ona məxsus vərəsəlik payını məhkəmədən tələb etmək zərurəti yaranıb. Ana nənəsi X6 ona qalan pay hüququnu tələb edir. Uzun sürən məhkəmə proseslərinə baxmayaraq haqqı olan payını notariusun məsuliyyətsizliyi səbəbindən və vəkilinin düzgün olmayan müraciəti əsasında payını ala bilməyib. Bu səbəbdən də məhkəməyə müraciət edir və məhkəmənin ədalətinə inanır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X44 və X45 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı 15 saylı notariat ofisinə qarşı X44 və X45 iş üzrə 3-cü şəxs qismində cəlb edilməklə “cavabdehin imtinasının əsassız sayılması, İddiaçı nənəsi X6 miras qalmış əmlakların qəbul edilməsi üçün müəyyən edilmiş müddəti buraxmasının üzürlü hesab edilməsi, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Bakı şəhəri 15 saylı notariat ofisinə həvalə edilməsi barədə” iddiasının rədd edilməsi və mərhum X6 miras qalmış Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi 17 sayh fərdi yaşayış evinin müstəqil tələb irəli sürən 3-cü şəxslər X44 və X45 tərəfindən qəbul edilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X44 və X45 iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddianı əsassız hesab edir və rədd olunmasını, eyni zamanda iddiaçıya qarşı müstəqil tələblərinin təmin edilməsini zəruri hesab edirlər. İddiaçı tələbin əsası kimi mübahisə predmetini təşkil edən fərdi yaşayış evində qeydiyyatda olduğunu, hazırki iddiada göstərilmiş müddətin bərpası haqqında tələblə məhkəməyə müraciət etdiyini, lakin ərizənin düzgün şəkildə verilmədiyini bildirib. Fərdi yaşayış evində qeydiyyatda olması məsələsi ilə bağlı bildirirlər ki, iddiaçı Nəsimi Rayon Məhkəməsinin qətnaməsi əsasında verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrində çıxarış əsasında həmin evə qeydiyyata düşüb. Qeyd olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrində çıxarış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-307/2022 saylı qətnaməsi ilə etibarsız hesab edilib, həmin qətnamə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5482/2022 saylı qərarı ilə qüvvədə saxlanılıb. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-307/2022 saylı qətnaməsi icra olunub, 15 saylı notariat ofisi tərəfindən Abşeron rayonu, Görədil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinə və evinin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V-35 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə notariat ofisi tərəfindən ləğv edilib, həmin şəhadətnamə əsasında Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,07 ha torpaq sahəsinin 1/3 hissəsinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri” X54 4 saylı Abşeron ərazi idarəsi tərəfindən ləğv edilib. Qeyd etmək istəyirlər ki, iddiaçı, eyni tələblə Nəsimi Rayon Məhkəməsinə müraciət edib, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-7209/2019 saylı qətnaməsi ilə ərizəçi X8 Bakı şəhəri 15 saylı Notariat Ofisinin notariusu Afiq Məmmədov maraqlı şəxsi qismində cəlb edilməklə “buraxılmış müddətin bərpa edilməsi barədə” tələbi təmin edilib, X8 nənəsi X6 miras qalmış Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi 17 saylı evə dair mirasın qəbulu müddətinin ötürülməsi üzürlü hesab edilməsi və müddətin uzadılması qət edilib. Həmin qətnamədən tərəflərindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-5790/2021 saylı qətnaməsi ilə təmin edilməyib. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-180/2022 saylı qərarı ilə qismən təmin edilib, ərizə baxılmamış saxlanılıb. Ərizənin baxılmamış saxlanılması və iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi barədə Ali Məhkəməsinin qərarının çıxarılmasından hazırki iddia ərizəsinin verilməsinədən 1 il 4 ay müddət keçib. Onlar Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-7209/2019 saylı qətnaməsi barədə məlumatlı olmadıqlarından, həmin qətnamə icraya yönəldilib və İddiaçı Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi 17 saylı evə dair 1/3 hissədə mülkiyyət hüququ əldə edib. Bundan sonra mülkiyyət hüququna dair çıxarışa əsaslanaraq, Abşerona Rayon Məhkəməsində iddia qaldırıb, həmin evə köçürülməsini xahiş edib. X2 qarşı “Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən Abşeron rayonu, Görədil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli 2V-35 reyestr nömrəli 69/2017 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmçinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli **********51-10301 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddia tələbi ilə müraciət edib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 465/2021 saylı qətnaməsi ilə ilk iddia təmin edilib, qarşılıqlı iddia təmin edilməyib. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-465/2021 saylı qətnaməsindən onlar tərəfindən verilmiş apellyasiya şikayətləri Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(105)-307/2022 saylı qətnaməsi ilə təmin edilib, Abşeron Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(012)-465/2021 saylı qətnaməsi ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində ləğv edilib, həmin hissələrdə yeni qətnamə qəbul edilib, ilk iddia İddiaçı Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinə köçürülməsi hissəsində təmin edilib, qarşılıqlı iddia təmin edilib, Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən Abşeron rayonu, Görədil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinə və evinin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V-35 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,07 ha torpaq sahəsinin 1/3 hissəsinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat etibarsız hesab edilməsi qət edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-307/2022 saylı qətnaməsindən ilk iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5482/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılıb. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən Abşeron Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(012)-465/2021 saylı qətnaməsi yoxlanılarkən, məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-307/2022 sayh qətnaməsinin 9-cu səhifəsinin 3-cü və 4-cü abzaslarında göstərilib: “Həmçinin qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-466/2019 sayh qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı nənəsinin vəfatından sonra mirası qanunla müəyyən edilən qaydada faktiki olaraq qəbul etməmiş, qanunla müəyyən edilən müddətdə notariat orqanına da müraciət etməmişdir”. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-466/2019 saylı və xx.xx.2022-ci il tarixli 2(105)-307/2022 saylı qətnamələrində iddiaçının hazırda iddia etdiyi daşınmaz əmlaka dair mirası faktiki olaraq qəbul etmədiyi və qanunla müəyyən edilən müddətdə notariat orqanına müraciət etmədiyi barədə nəticə çıxarılıb. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnamələri, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının müvafiq olaraq xx.xx.2019-cu il tarixli, 2(102)-5036/2019 saylı və xx.xx.2022-ci il tarixli 2(102)-5482/2022 saylı qərarları ilə dəyişdirilmədən saxlanılmışlar. Beləliklə, iddiaçının hazırda iddia etdiyi daşınmaz əmlaka dair mirası faktiki olaraq qəbul etmədiyi və qanunla müəyyən edilən müddətdə notariat orqanına müraciət etmədiyi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilib. İşi hallarından göründüyü kimi, iddiaçının tələbinin əsaslı olmadığı qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq edilib və iddianın təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Göstərilənlərə əsasən, iddia tələbi təmin edilməməlidir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X44 və X28 nümayəndəsi və vəkili Vəkil2 ərizəsinə əsasən Bakı şəhəri 15 saylı Notariat Ofisi iş üzrə cavabdeh kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia ərizəsində miras əmlakı faktiki olaraq qəbul etmə yazılıb, lakin köçürmə ilə bağlı Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 465 saylı qətnaməsində yazılıb ki, Sabir Babayev öz izahatında ilkin olaraq iddianı Kəmalə Əsədullayevanın qaldırdığını, ancaq onların Kəmalə Əsədullayevanın müraciətinə etiraz etmədiklərini, razılaşdıqlarını bildirir. Bundan başqa vərəsəliyin faktiki qəbul edilməsi üçün iddia ərizəsi veriblər. Yəni ilkin ərizəni Kəmalə Əsədullayeva verib və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər buna etiraz etməyiblər. O, burada qarşılıqlı razılaşma olduğunu düşünür. Sadəcə olaraq sonradan yaranan mübahisənin səbəblərini bilmir. Lakin əvvəldən könüllülük olub, qətanamədə də razılıqlarını bildiriblər. Lakin üçüncü şəxslərin məhkəmədə iddia qaldırmadıqları, Kəmalə Əsədullayevanın iddia qaldırandan sonra ərizə verdikləri bu gün sual yaradır. Bildirmək istəyirəki, əvvəlki digər qətnamələrdə hər şey aydın qeyd olunub. X23 və X45 məhkəməyə müraciət etməyiblər, ilk dəfə Kəmalə Əsədullayeva müraciət edib, sonra Sabir Quliyev və Baba Quliyev iddia qaldırıblar. iddiaçının illər boyu əmlakla bağlı notariusa müraciət etməməsinin səbəbi iddiaçınının dayılarına güvənməsi olmuşdur. Sonradan isə iddiaçı məhkəmədə öz hüquqlarını müdafiə etsə də, vəkilinin düzgün qaydada məhkəməyə müraciət etməməsi səbəbindən iddiaçının məhkəmə mübahisəsi daha da uzanmışdır. İddiaçı öz hüquqlarını bilmədiyi üçün bu gün belə əziyyət çəkir. İddiaçı xəstədir, kirayədə yaşayır və çarəsizdir. Nəsimi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin qətnamələri onların xeyrinə olsa da, iş Ali Məhkəmə tərəfindən baxılmamış saxlanılıb. Yəni iki instansiya məhkəməsində müddət məsələsinə qiymət verilib, lakin iş iddiaçının vəkilinin səhvi ucbatından baxılmamış saxlanılıb. İddiaçının miras əmlakı üzərində payı var və o, ədaət çərçivəsində öz payın istəyir. İddiaçı mirasın qəbulu üçün notariusdan imtina məktubu 2017-ci ildə almış, bu vaxta kimi isə ona vədlər verilmişdir. 2017-ci ildən əvvəl iddiaçının müraciətinin olub-olmaması ona məlum deyil. Məhkəmə iclasında dindirilmiş şahidlər də dəfn xərclərinin X44 və X45 tərəfindən çəkildiyini desələr də, dəqiq ödəniş edildiyini görməyib və bunu təsdiq etməyiblər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edir, iddianın təmin edilməsini və X8 iddiaslnın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia tərəf qeyd edir ki, onların xeyrinə olan məhkəmə qətnamələri vardır. Lakin həmin qətnamələr qanuni qüvvəyə minməyib. Keçən iclasda şahid ifadələri dinlənilib və onlar da təsdiq ediblər ki, mərhumun dəfn xərcləri X44 və X45 tərəfindən çəkilib. İddiaçı X18 mirası qəbulu üçün müəyyən edilmiş müddəti üzrsüz səbəblərdə ötürüb və bu məhkəmə təqdim edilib, qanuni qüvvəyə minmiş qətnamələrdə təsbit edilib. Həmin qətnamələrdə göstərilib ki, X18 mərhumun vəfatından sonra miras əmlakını faktiki olaraq qəbul etməyib və qanunla müəyyən edilən müddətdə notarait orqanına müraciət etməyib. X18 mirasın qəbulu üçün heç bir hərəkət etməyib. Müddət onun tərəfindən üzrsüz səbəbdən ötürülüb. Qeyd edilən hallar sübutetmə yükündən azaddır. Mübahisəli əmlak mərhum vəfat edəndən X44 və X28 atası X46 tərəfindən idarə edib, X46 vəfat edənsən sonra isə oğlu Baba, əmisi Sabir ilə birlikdə əmlaka sahiblik edib, evin təmiri, bələdiyyə ödənişləri onlar tərəfindən həyata keçirilib. İddiaçı tərəf etiraz edir ki, şahidlər, qonşular dəfn xərclərinin məhz mərhumun oğlulları tərəfindən çəkildiyini təsdiq edə bilməz. Lakin mərhum 1993-cü ildə vəfat etmiş və həmin vaxt ofisiyant olmayıb, kənd camaatı özləri yas mərasimi yola veriblər. Bu səbəbdən kənd caamatı məclisin təşkilatçısından məlumatlı olurdular. Onlar şahid ifadələrini sübut kimi məhkəməyə təqdim ediblər. Lakin qarşı tərəf dəfn xərclərində, yas mərasiminin xərclərində iştirak etməsinə dair sübut təqdim etməyib. Həmin vaxt X18 gənc xanım olardı və onun heç işləyib-işləməməsi də məlum deyil. Artıq 30 ildir ki, miras əmlakı X44 və X45 tərəfindən idarə olunması müəyyən edilib. İddiaçı X18 2017-ci ilə kimi heç bir hərəkət etməyib və bu müddəti üzrlü hesab edəcək heç bir əsaslı sübut təqdim etməyib. Mirası faktiki qəbul bilavasitə həmin evdə yaşamaq, evi cari təmir etmək və bağa baxmaqla etmiş olur. Mirasın açılması ilə bağlı hüquq münasibətləri 1993-cü ildə yaranıb. Həmin vaxt Azərbaycan SSR Müki Məcəlləsi mövcud idi və vərəsəliklə bağlı hüquq münasibətləri həmin Məcəllə ilə tənzimlənirdi. Mirasın faktiki qəbulu ilə bağlı həmin Məcəllənin 552-ci maddəsində göstərilib ki, vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etməsi barədə ərizə ilə müraciət etdikdə mirası qəbul etmiş hesab edilir. Mirasın qəbulu ilə bağlı hazırda qüvvədə olan Mülki Məcəllədə də eyni hərəkətlər nəzərə tutulub. Mirası qəbul etmə barədə notariat orqanına müraciət etmə və mirası faktiki qəbul etmənin hər ikisinin hüquqi nəticələri eynidir. Müvəkilləri artıq 30 ildir ki, həmin mirası faktiki qəbul ediblər və həmin mirasda yaşayaraq istifadə edirlər, faktiki sahiblik ediblər. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X18 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, o, notariusa müraciət edəndə notarius ondan X44 və X28 öz vərəsəlik paylarını alması üçün ərizə aldı. X44 və X45 notariusda razılıq verdilər. 1993-cü ildə nənəsi onlarla yaşayıb, 1996-cı ilə qədər mübahisəli əmlakdan istifadə edib. Ondan sonra dayısı və dayısının arvadı ilə aralarında mübahisə yaranıb. Çünki onların qardaşının ölümündə günahları var. Sonradan dayısıgil ona evə getməyə icazə verməyiblər. Əmlak mübahisəli olduğuna görə notarius ona şəhadətnamə verməməli idi. Nənəsi ölənə qədər onlarla yaşayıb, ona baxıb. Qardaşı imkanlı olduğundan nənəsini o dəfn etmişdir. Anası da nənəsindən əvvəl öldüyünə görə mirasdan payını ala bilməyib. Anası 1991-ci ildə vəfat etmişdir. 1969-cu ildən 1991-ci ilə qədər nənəsi onlara baxıb. Dayıları bir gün olsun nənəsinə baxmayıblar. Nənəsinə anası baxıb, anasının yanında da dəfn olunub, nənəsini qardaşı dəfn edib, qardaşının yas mərasimi də Abşeron rayonun Görədil kəndində olub. O, vəkil səhvinə görə 7 ildir ki, məhkəmələrdədir, payını ala bilmir. Ali Məhkəmədə ona iş üzrə mübahisə olduğuna, ərizə xüsusi icraat qaydasında verildiyinə görə ərizəsinə baxılmayıb. O, 2017-ci ildə miras əmlakla bağlı notariat orqanına müraciət edib. 2019-cu ildə o, müraciət edərək nənəsinin adına çıxarış alıb. Bunu da notariusun köməkliyi ilə etmişdir. Ona məktub verilib, o da həmin məktubu Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim edərək çıxarış alıb. O, Şahid2 ilk dəfə idi ki, görür. Ola bilər ki, Şahid2 məni tanısın, çünki qohumdurlar və onun ifadəsində dedikləri doğrudur. Miras əmlakına X44 baxıb, evi təmir etdirib. Onlar imkan versəydilər, o da evi təmir edib, evə sahiblik edərdi. Orada nə X44, nə də X45 yaşayıb. X17 rayonunda yerləşən özünə məxsus evdə yaşayıb. Onlar evə bağ evi kimi gediblər. 1996-cı ildə X46 mübahisəli mənzilə köçəndən sonra o, həmin evə gedə bilmədi. O, mübahisəli evdə doğulmayıb, ora onların bağ evidir. Bütün qohumlar yay aylarında həmin evə gedərək orada 3 ay dincəlirdilər. 1969-cu ildə atası vəfat edəndən sonra nənəsi onlarla qalıb. 1991-ci ildə anası, 1993-cü ildə nənəsi vəfat edib. Nənəsinin dəfnində iştirak etmiş, dəfnin xərclərini qardaşı Əbdül çəkib. Qardaşı Əbdül vəfat edib. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərdi ki, o, tərəfləri tanıyır. İddiaçı əmisinin nəvəsidir. X1 vəfat edəndən sonra miras qalmış ev X30 və X3 olub. Miras evdə əvvəlcə X46 yaşayırdı. X46 işdən çıxandan sonra xəstələnmişdi, pensiyaya çıxandan sonra evə o baxırdı. X46 vəfat edəndən sonra X44 evə baxdı. Mübahisəli evi X44 təmir etdi. Sabir Quliyev və Malik Quliyev yay fəslində evə köçürdülər, qış fəslində çıxıb gedirdilər. X39 rayonunda Malik Quliyevin evində, ya da mikrorayonda Sabir Quliyevin evində qalırdı. X4r, o da mübahisəli evə köçərək əmisi Sabir Quliyevlə orada qalıb. Həmin ev ikisinin evidir. Kənd sakinləri o evin sahibi kimi Sabir Quliyev və Malik Quliyevi tanıyırlar. X46 vəfat edənədək yay fəslində köçərək orada yaşayırdı. O, Abşeron rayonu, Görədil kəndində, mübahisəli evə yaxın ərazidə yaşayır. Onun evi ilə mübahisəli ev arasında 10 dəqiqəlik yol var. Onun evi klubun yanında, mübahisəli ev isə klubun arxasında yerləşir. 5-6 il əvvəl Sabir Quliyev evi, həyəti bölərək yarısını Baba Quliyevə verdi, oraya qapı da qoydu. İddiaçı tanıyır, onu mübahisəli evdə görüb, uşaqlıqdan mübahisəli evə gedib-gəlirdi. İddiaçı mübahisəli evdə heç vaxt yaşamayıb, o evə ancaq gedib-gəlibdir. O evdə yalnız Sabir Quliyev və Malik Quliyev yaşayıb. Onlar hamısı uşaq olanda yay fəslində həmin evə gedib-gəlirdilər. İddiaçının 1991-1993-cü illərə qədər mübahisəli evə gəldiyini görüb. Kəmalə Əsədullayevanın anasını və qardaşını daha yaxşı tanıyırdı. Məryəm Quliyeva atasının əmisi oğlunun arvadıdır. O, ailənin hamısının dəfnində iştirak edib. O, dəfndə İddiaçı görməyib, kişilərin məclisində Sabir Quliyev, Malik Quliyev, Azər, Akif adlı şəxslər olub, başsağlığı verib qayıdıb. Dəfnin xərclərini kimin çəkdiyini bilmir. O ailədaxili məsələdir. Onun mübahisəli evə gediş-gəlişi olmayıb. Onun ancaq bildiyi odur ki, həmin ev Sabir Quliyev və Malik Quliyevindir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, o, İddiaçı tanımır. Sabir Quliyev və Malik Quliyevlə yaxın qonşudurlar. Bildiyi qədər tərəflər arasında torpaq mübahisəsi var. O, evdə yaşayan Sabir Quliyevi və Malik Quliyevi görüb. Məryəm Quliyeva sağ olanda da evdə Sabir Quliyevi və Malik Quliyevi görüb. Kənd sakinləri evin sahibi kimi Sabir Quliyevi tanıyırlar və İddiaçı qardaşı Əbdülü tanıyır. O, mübahisəli evdə ancaq Sabir Quliyevi görüb. Zərifə xalanı yadına sala bilmir. O, Əbdülün yas mərasimində iştirak edib, çünki qonşu olublar. O, mübahisəli evdə yaşayanları görüb, çünki qonşudurlar. X57 və Malik Quliyev yaşayıblar, oraya gedibgəliblər. O, Abşeron rayonu, Göradil kəndində anadan olub, uşaqlıqdan da orada yaşayır. Mərhumun yas mərasimində Sabir Quliyevi görüb, X57 və Malik Quliyevi tanıyıb, başqa şəxsi tanımayıb. X40 tanısa da, onun vəfat etdiyi tarixi dəqiq xatırlamır. Onun dəfnini Sabir Quliyev təşkil etmişdi. O, İddiaçı tanımır, ancaq Əbdülün bacısı olduğunu bilir. Onun atası da indi yaşadığı evdə yaşayıb. Məryəm Quliyevanın dəfni az da olsa yadına gəlir. Həmin vaxt 12-14 yaşı var idi, o vaxt yas mərasimlərinə gedən yaşı deyildi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməli və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən X14 ünvanlanmış 2019-cu il tarixli 791 saylı məktubunun surətindən görünür ki, onun xx.xx.2017-ci il tarixli ərizəsinə baxılmışdır. O, xx.xx.1993-cü il tarixdə vəfat etmiş X7 qalmış mirasın qəbul müddətinin ötürdüyündüən vərəsəliyin qəbulu müddətinin bərpası üçün məhkəməyə müraciət edə bilər. - AZ-İ № 201659 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 15 mart 1991-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 mart 1991-ci il tarixdə 459 nömrəsi ilə qeyd edilmişdir. - AZ-İ № 866989 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 25 sentyabr 1993-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 avqust 1994-cü il tarixdə 878 nömrəsi ilə qeyd edilmişdir. - AZ-İ № 267402 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X46 03 avqust 2007-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 avqust 2007-ci il tarixdə 653 nömrəsi ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış evi X12 adına mülkiyyət hüququ əsasında Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1998-ci il tarixli 08/08 saylı qərarına əsasən qeydə alınmışdır. 34562 nömrəli reyestr kitabında yazılmışdır (560 nömrəli inventar işi xx.xx.2005-ci il). - Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli DA-00421-2020 saylı arxiv arayışının surətindən görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1929-1935-ci illərə dair Bakı şəhəri Fatmayi (Goradil) kəndi üzrə doğum haqqında qeydiyyat kitablarında 18 oktyabr (sənəddə olduğu kimi) 1934-cü ildə doğulan X30 təvəllüdü qeyd olunur. Atası: X36, Anası: X15r. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-180/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(006)-7209/2019 nömrəli qətnaməsi ilə (hakim S.R.Mustafayeva) ərizə təmin edilmiş, İddiaçı nənəsi X6 miras qalmış Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı evə dair mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və həmin müddətin uzadılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)-5790/2021 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.A.Məmmədovadan və R.Ə.Eyvazovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(006)- 7209/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə maraqlı şəxslər X45 və X44 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)-5790/2021 nömrəli qətnaməsi ləğv edilsin və ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizəsi hüquq haqqında mübahisə olduğundan baxılmamış saxlanılmışdır. - Abşeron rayon ica şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının surətinən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-307/2022 saylı, xx.xx.2022-ci il icra sənədinin icraatına xitam verilmişdir (tələb tam şəkildə icra olunmuşdur). - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5036/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(012)-3976/2018, hakim C.İ.Səfiyeva) iddiaçı X8 cavabdehlər X44, X45 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı Abşeron rayonu Görədil kəndində yerləşən və mərhum nənəsi X6 miras qalmış 0,07 ha torpaq sahəsinə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması və vərəsələr arasında bərabər bölüşdürülməsinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)- 466/2019, hakimlər S.A.Qafari, L.M.Məmmədova və F.Ə.Məmmədov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 09 avqust 2018ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X8 cavabdehlər X44, X45 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı əmlak üzərində mülkiyyət hüququnun tanınması və vərəsələr arasında bərabər bölüşdürülməsinə dair iddiası rədd edilmişdir. İş üzrə kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-307/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar X27 və X28 apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(012)-465/2021 saylı qətnaməsi ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə yeni qətnamə qəbul edilmiş, ilk iddia İddiaçı Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinə köçürülməsi hissəsində təmin edilməyərək, qarşılıqlı iddia təmin edilərək, Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən Abşeron rayonu, Görədil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinə və evinin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V-35 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,07 ha torpaq sahəsinin 1/3 hissəsinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat etibarsız hesab edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonar MM): 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən yaşayış evi X13 məxsusdur. X20 iddiaçı X9 ana nənəsidir. İddiaçının anası X29 xx.xx.1991-ci ildə, nənəsi isə xx.xx.1993-cü ildə vəfat etmişdir. İddiaçı mirasın qəbulu üçün xx.xx.2017-ci ildə notariat ofisinə müraciət etmiş, mirasın qəbulu müddəti ötürüldüyündən ona məhkəməyə müraciət etməyi tövsiyə edilmiş, iddiaçı hazırda notariat ofisinin imtinasının əsassız sayılması, mirasın qəbulu üçün müəyyən edilmiş müddətinin buraxılmasını üzrlü hesab edilməsi, ona qanun üzrə vərəsəlik huquq haqqında şəhadətnamənin verilməsinin cavabdeh notariusa həvalə edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(006)-7209/2019 nömrəli qətnaməsi ilə İddiaçı nənəsi X6 miras qalmış Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı evə dair mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və həmin müddətin uzadılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)-5790/2021 nömrəli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-180/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə hüquq haqqında mübahisə olduğundan iş üzrə maraqlı şəxslər X45 və X44 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)-5790/2021 nömrəli qətnaməsi ləğv edilsin və ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizəsi hüquq haqqında mübahisə olduğundan baxılmamış saxlanılmışdır. Hazırda iddiaçı 2017-ci ildə notariat orqanına müraciət etdiyini, buna vaxta kimi isə qohumları (dayıları) tərəfindən ona miras əmlakından pay veriləcəyinin deyilməsi, onlara inanması, 2017-ci ildən sonra isə məhkəmə mübahisələri olduğundan mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürüldüyünü qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mübahisənin müəyyən olunmuş hallarına qiymət verməklə məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından da göründüyü kimi, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul edə bilərdi. Lakin, mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində iddiaçı tərəfindən notariat kontoruna müraciət edildiyi təsdiq edilmir. Bundan əlavə məhkəmə qeyd edir ki, AZ-İ № 866989 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 25 sentyabr 1993-cü il tarixdə ölmüş, onun ölümü ilə miras açılmışdır. X18 nənəsi X21 öldüyündən 6 ay müddətinə kimi mirası qəbul etməsi barədə ərizə verməmişdir. İddiaçı dayılarına güvəndiyini, 2017-ci ildə mirası qəbulu ilə bağlı notariusa müraciət etdiyini, bundan sonra isə məhkəmə mübahisələr olduğudan qanunvericiliklə məyyən edilmiş müddətin ötürüldüyünü qeyd edir. Məhkəmə hesab edir ki, X8 göstərdiyi səbəblər mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması üçün üzrlü səbəb hesab edilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında (X18, X44 və X45) arasında daha əvvəki məhkəmə mübahisələri olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində bəzi hallar var ki, tərəflər həmin hallarda sübutetmə yükündən azaddır. Bu hallara faktın etirafı (Maddə 106.3), iddia tələbinin etirafı (Maddə 52.2, 191), hamıya bəlli olan hallar (Maddə 82.1), preyudisial qərarlarla müəyyən edilmiş hallar (maddə 82.3, 82.4) və s. aid etmək olar. MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Belə ki, mülki prosessual qanunvericiliyin preyudisiallıqla bağlı normalarına əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər üçün preyudisiallıq kəsb edir (MPM-in 82.3-cü maddəsi). Normadan göründüyü kimi hər hansı şəxs bir mülki işdə iştirak edirsə, işdə iştirak edən digər şəxslərin tərkibindən asılı olmayaraq həmin iş üzrə müəyyən edilən hallar həmin şəxs üçün başqa işdə preyudisial əhəmiyyətə malik olur və yenidən mübahisələndirilə bilməz. MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 23 fevral 2016-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən həmin maddənin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, məhz araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Abşeron Rayon Məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X37 və qeyrilərinə qarşı əmlak üzərində mülkiyyət hüququnun tanınması və vərəsələr arasında bərabər bölünməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-466/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. Qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5036/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərarda göstərilmişdir ki, iddiaçı xx xxxxxx 1966-cı il təvəllüdlü olmaqla nənəsinin vəfatından sonra mirası qanunla müəyyən edilən qaydada faktiki olaraq qəbul etməməklə notariat kontoruna müraciət etməmişdir. Əksinə vərəsəlik üzrə digər birinci növbə vərəsə olan cavabdehlər X44 və X45 miras qoyanın vəfatından sonra mirası faktiki olaraq qəbul etmişlər. Məhkəmə qətnamələri ilə miras qoyanın vəfatından sonra miras əmlakında X44, X48 və onların ailəsinin yaşamaqda davam etdiyini, iddiaçının başqa ünvanda yaşadığı müəyyən edilmişdir. Hazırda iddiaçı tərəf artıq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2019cu il tarixli, 2(006)-7209/2019 nömrəli qətnaməsi ilə (hakim S.R.Mustafayeva) ərizə təmin edilmiş, İddiaçı nənəsi X6 miras qalmış Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı evə dair mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və həmin müddətin uzadılması qət edildiyini, lakin məhkəmə qətnaməsi ərizəçi tərəfindən düzgün formada, yəni xüsusi icraat qaydasın məhkəməyə müraciət edildiyi üçün baxılmamış saxlanıldığını, lakin həmin qətnamə üzrə müəyyən edilən halların iş üzrə əhəmiyyəli olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, həmin qətnamə qanuni qüvvəyə minməmişir. Bundan başqa, həmin qətnamədə miras əmlakının İddiaçı tərəfindən faktiki qəbul edilərək idarə olunduğu göstərilsə də, lakin həmin hal nə indiyə kimi aparılmış məhkəmə araşdırmaları zamanı, nədə ki, hazırkı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçı həmin iş üzrə mirası faktiki olaraq qəbul etdiyini, savadsızlığı və evin sənədləşməyə zərurətinin olmasının bilməməsi ilə əsaslandırsa da, hazırda məhkəmə iclasında iddiaçı tərəf mirasın 2017-ci ildə notariat orqanına müraciət edildini, buna kimi isə miras əmlakından ona pay veriləcələyi ilə bağlı dayılarına inandığını qeyd etmişdir. Bir daha qeyd edilir ki, məhkəmə araşdırması zamanı miras əmlakının iddiaçı tərəfindən qəbul edilməsi, onun faktiki idarə edilməsi müəyyən edilməmişdir. İddiaçı nənəsinin vəfatından sonra miras əmlakında yaşamamış, həmin əmlakı idarə etməmişdir. Göstərilənlərə əsasən məhkəmə İddiaçı iddiasını əsassız hesab edir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən dövlət notariusu vərəsəlik hüququ haqqında şəhadətnamələr verirlər. Məhkəmə qeyd edir ki, Bakı şəhəri 15 saylı notariat ofisinin xüsusi notariusu qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı xx.xx.1993-cü il tarixdə vəfat etmiş X13 miras qalmış əmlakın qəbulu müddətinin ötürdüyündən vərəsəliyinin qəbulu müddətinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Məhkəmə hesab edir ki, İddiaçı “Bakı şəhəri 15 saylı notariat ofisinin imtinasının əsassız sayılması, onun ana-nənəsi miras qoyan X6 miras qalmış əmlakların qəbul edilməsi üçün müəyyən edilmiş müddəti buraxmasının üzrlü hesab edilməsi, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Bakı şəhəri 15 saylı notariat ofisinə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən miras qalmış əmlakın qəbul edilməsi üçün müəyyən edilmiş müddəti buraxmasının üzrlü hesab edilsə idi, həmin qətnamə iddiaçıya müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsas olacaqdı və bu baxımdan qətnamənin icra edilməsi üçün notariat orqanının üzərinə ayrıca vəzifə qoyulmasının əhəmiyyəti yoxdur. Məhkəmə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X44 və X28 iddialarına münasibətdə qeyd edir ki, X44 mərhum X10 oğlu, X45 isə onun digər oğlu X26 olan nəvəsidir. Hazırda onlar mərhum X6 miras qalmış Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi 17 sayh fərdi yaşayış evinin onlar tərəfindən qəbul edilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Onlar tələblərində miras əmlakının mərhumun ölümündən sonra X44 və X46 tərəfindən qəbul edildiyini, xx.xx.2007-ci ildə Malik Quliyev vəfat etdikdən sonra X28 X44 ilə birlikdə əmlaka sahiblik edərək onu idarə etdiyini göstərmişlər. Qeyd edildiyi kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə X44 və X45 miras qoyanın vəfatından sonra mirası faktiki olaraq qəbul etdiyi müəyyən edilmişdir. Həmçinin, məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 miras əmlakının mərhum oğulları X44 və X46 tərəfindən idarə olunduğunu, onlar tərəfindən faktiki olaraq qəbul edildiyini, İddiaçı mərhumun ölümünə kimi evə gəlib-getdiyini görmüşdür. Digər Şahid1 isə İddiaçı tanımadığını, mübahisəli evdə X44 və X30 yaşadığını, mərhumun dəfnin Sabir Quliyev tərəfindən təşkil edildiyini qeyd etmişlər. MM-in 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Qanunvericiliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlər üzrə gəldiyi hüquqi nəticəyə əsaslanaraq, hesab edir ki, X10 xx.xx.1993-cü il tarixdə ölməsi ilə xüsusi mülkiyyət hüququ üzrə tam payda onun adına qeydiyyata alınmış Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evi onun birinci dərəcəli qanun üzrə vərəsəsi olan oğulları X44 və X46, həmçinin X30 ölümündən sonra oğlu X45 tərəfindən faktiki qəbul edilmişdir. Belə ki, onlar miras əmlakı faktiki idarə edərək miras əmlakını qəbul etdiyini nümayiş etdirmişlər. Qeyd edilənlərə X44 və X28 mirası faktiki qəbul edərək onu idarə etməsi qənaətinə gəlinməsi üçün real əsaslar vardır, ona görə məhkəmə belə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. MPM-in: 218.3-cü maddəsinə əsasən hakim iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X44 və X45 cəlb edilməklə cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın əsassız sayılması, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzrlü sayılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X27 və X28 iddiaları təmin edilməli, 25 sentyabr 1993-cü il tarixdə vəfat etmiş X6 miras qalmış əmlakı - Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evi X44 və X45 tərəfindən faktiki olaraq qəbul edilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hər iki iddia üzrə məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X44 və X45 cəlb edilməklə cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın əsassız sayılması, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzrlü sayılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X27 və X28 iddiaları təmin edilsin. 25 sentyabr 1993-cü il tarixdə vəfat etmiş X6 miras qalmış əmlakı - Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evi X44 və X45 tərəfindən faktiki olaraq qəbul edilmiş hesab edilsin. Məhkəmə xərclərinə aid olan, müstəqil iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu X37 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1806/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1806/2023
27.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver