Məhkəmə qərarları › İş №e-2(007)-1819/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1819/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1819/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı- "xxxx" MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə- xx.xx.2022-ci il tarixli “Telekommunikasiya xidmətlərindən istifadə haqqında” müqavilə. Müqavilənin predmeti- xidmət müqaviləsi. Tələb olunan məbləğ: 37,81 manat məbləğində borc və 30 manat dövlət rüsumu. Sübutlar- “Telekommunikasiya xidmətlərindən istifadə haqqında” müqavilə, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 427.3-cü, 433.1-ci, 442-ci maddələrinə və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü, 29-cu maddələri. Məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə tərəfindən iş üzrə müəyyən edilmiş hallardan görünür ki, tərəflər arasında xidmət göstərilməsi ilə bağlı öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, tərəflər arasında telekommunikasiya xidmətlərinin göstərilməsi ilə əlaqədar müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.4.3-cü və 2.4.5-ci bəndlərində “Abunəçi”nin vəzifəsi olaraq telekommunikasiya xidmətlərindən istifadə ilə bağlı qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə əməl etmək, istifadə etdiyi telekommunikasiya xidmətlərinin ödəniş haqlarını bu müqavilənin müvafiq əlavəsində nəzərdə tumuş qaydada və müddətdə informasiya mənbələrində elan edildiyi və ya elanda göstərilən tarixdən etibarən yeni qiymətlərə uyğun ödəniş etmək vəzifələri qeyd edilmişdir. Göründüyü kimi Rabitə operatoru Abunəçiyə seçdiyi telekommunikasiya xidmətlərini göstərir, abunəçi isə isifadə etdiyi telekommunikasiya xidmətlərinin ödəniş haqlarını müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli maliyyə arayışı ilə Cavabdeh adına olan ***-***-**-** saylı telefonun üzərində xx.xx.2024-cü il tarixə şəhərlərarası və beynəlxalq danışıqlara görə 37,81 manat borc mövcud olması müəyyən edilmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə olunmuş sənədlərin məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 37,81 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar