Məhkəmə qərarları › İş №e-2(007)-1858/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1858/2020

25.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1858/2020 25.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmayan hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmayan hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi, 22 saylı evin 19 saylı mənzilindən istifadə hüququnun olmamasının müəyyən edilməsi, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi, 22 saylı evin 19 saylı mənzilindən çıxarılması, eyni zamanda məhkəmədən həmin qətnamənin Cavabdeh mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olmasına dair qeydin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nizami Rayon Məhkəməsinin 2(007)-4054/2018 saylı 26.11.2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək iddiaçı Rizayeva Zivər Hacı qızı ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi, 22 saylı evin 19 saylı mənzilinə dair 25.07.2012-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdeh İddiaçı verilmiş reyestrdən çıxarışın ləğv olunması, cavabdeh İddiaçı Rizayeva Zivər Hacı qızının mirasından məcburi pay almaq hüququndan məhrum edilməsi qət edilmişdir. Həmin qətnamə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra olunmuş və İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilərək Rizayeva Zivər Hacı qızının adına yeni çıxarış verilmişdir. Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi, 22 saylı evin 19 saylı mənzilinə dair Rizayeva Zivər Hacı qızının adına yeni çıxarış verilməsindən istifadə edən Zivərin oğlu olan cavabdeh mübahisəli mənzilə qeydiyyata düşmüşdür. Bundan sonra, iddiaçı bundan xəbər tutmuşdur. İddiaçının ərizəsinə əsasən Nizami Rayon Məhkəməsinin 28.03.2019-cu il tarixli qərardadı ilə Nizami Rayon Məhkəməsinin 2(007)- 4054/2018 saylı 26.11.2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması üçün təyin edilmişdir. İşə mahiyyəti üzrə baxdıqdan sonra nəticədə Nizami Rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli 2(007)-1574/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Rizayeva Zivər Hacı qızının 15 saylı notariat kontorunda Bakı şəhəri, Məhsəti küçəsindəki 22 saylı evin 19 saylı mənzilini İddiaçı bağışlamasına dair 4Ə/2-443 saylı, 25.07.2012-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında çıxarışın ləğv olunmasının DƏDRX-ə həvalə edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli, 2(103)- 10073/2019 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Nizami Rayon Məhkəməsinin 2(007)-1574/2019 saylı iş üzrə qəbul etdiyi 16 may 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.Həmin qətnamədən Rizayeva Zivər Hacı qızı kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25.11.2019-cu il tarixli 2(102)-7500/2019 saylı qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Göründüyü kimi yekun nəticədə iddia tələbi rədd edilmiş və İddiaçı adına verilmiş reyestrdən çıxarış ləğv edilməmişdir. Hətta Bakı Apelyasiya Məhkəməsinin 17.02.2020-ci il tarixli qərardadı ilə icraya dönüş edilmiş və İddiaçı adına verilmiş çıxarış bərpa edilmişdir. Hazırda mübahisəli mənzil X3 mülkiyyətindədir. Cavabdeh iddiaçının qardaşıdır. MAPS arayışından da göründüyü kimi Rzayev X6 Rayon Məhkəməsinin qiyabi qətnaməsi ilə bağışlama müqaviləsi etibarsız hesab edildikdən və icraya yönəldildikdən sonra, yəni 02.03.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi, 22 saylı evin 19 saylı mənzilinə qeydiyyata düşmüşdür. Halbuki bu tam əsassızdır. Çünki qiyabi qətnamə ləğv edilmiş və yekunda Sərraf Rzayevə qarşı olan bağışlama müqaviləsinin ləğvinə dair iddia rədd edilmişdir. Bununla da Sərraf Rzayevin mübahisəli mənzilə mülkiyyət hüquqları bərpa edilmişdir. Cavabdehin mübahisəli mənzilə heç bir hüququ yoxdur. Məhkəmə iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər. Həmçinin o bildirmişdir ki cavabdeh onunla həyat yoldaçının Nəsimi rayon məhkəməsində nikahın pozulması ilə bağlı məhkəmə işinin olmasını bildirmişdir. Lakinonun tərəfindən maraqlanılmış onların belə bir məhkəmə işinin olmaması müəyyən olunmuşdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, Ermənistandan gələndə ev almışlar. Bir müddət sonra həmin evi satmış və həyat yoldaşı ilə aralarında bölmüşlər. O, Nizami rayonunda ev almış, həyat yoldaşı isə Nəsimi rayonunda ev almışdır. Sonradan, Nizamidəki ev onun tərəfindən satılmışdır. Mübahisəli evə qeydiyyata düşənədək həyat yoldaşının adına olan Nəsimi rayonu Əfəndiyev küçəsində yerləşən ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Lakin həyat yoldaşı ondan dəfələrlə polisə şikayət etmiş, ona görə də evdən çıxmaq məcburiyyətində qalmışdır. Həyat yoldaşı onunla olan nikahın pozulması barədə ərizə ilə Nəsimi Rayon Məhkəməyə müraciət etmişdir. Anasına həmişə o, baxmışdır. Hazıda iddiaçı anasını ondan gizlədir, anası ilə görüşə bilmir. Ona görə də mübahisəli mənzilə qeydiyyata düşməsi əsaslıdır. Hazırda həmin mənzildə yaşayır. Başqa yaşayış yeri yoxdur. Həmçinin o bildirdi ki, anasına o baxdığı halda mənzil iddiaçıya verilə bilməzdi. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(007)-1574/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Rizayeva Zivər Hacı qızının 15 saylı Notariat Kontorunda Bakı şəhəri, Məshəti küçəsi, 22 saylı evin 19 saylı mənzilini İddiaçı bağışlanmasına dair 4Ə/2-443 saylı, 25 iyul 2012-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı 15.08.2012-ci il tarixli çıxarışın ləğv olunması Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvələ olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2019-cu il tarixli 2(102)-7500/2019 nömrəli qərarından görünür ki, iddiaçı Rizayeva Zivər Hacı qızı cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında 25.07.2012-ci il tarixində Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış 4Ə/2-443 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehə verilmiş reyestrdən çıxarışın ləğv olunmasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilməsi və cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-1574/2019 saylı iş üzrə qəbul etdiyi 16 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.X.Mirzəyev) iddia tələbi qismən təmin edilərək, bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv olunmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli, 2(103)- 10073/2019 nömrəli qətnaməsi ilə (hakimlər X2 (sədrlik edən və məruzəçi), X7 və X1) cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-1574/2019 saylı iş üzrə qəbul etdiyi 16 may 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçı Rizayeva Zivər Hacı qızının cavabdeh İddiaçı qarşı 25.07.2012-ci il tarixində Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış 4Ə/2-443 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehə verilmiş reyestrdən çıxarışın ləğv olunmasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli, 2(103)- 10073/2019 nömrəli qətnaməsindən iddiaçı Rizayeva Zivər Hacı qızı və vəkili Raxtari Kamilə Səftər qızı kassasiya şikayəti vermişlər. İddiaçı Rizayeva Zivər Hacı qızının kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli, 2(103)- 10073/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 22, 19 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 14 may 2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2020-ci il tarixli 2(103)-4531/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Rizayeva Zivər Hacı qızı cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun itirilməsi və mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair ilkin, İddiaçı cavabdehlər Rizayeva Zivər Hacı qızı və Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(007)- 70/2020 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddiaların təmin edilməməsi qət edilmişdir. Cavabdeh İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(007)-70/2020 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2020-ci il tarixli 2(103)-4531/2020 nömrəli qərardadına əsasən, hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(007)-70/2020 saylı qətnaməsi qarşılıqlı iddianın Cavabdeh qarşı təmin edilməyən hissədə ləğv edilməsi, qarşılıqlı iddianın Cavabdeh aid hissədə qəbul edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, mübahisəli Bakı şəhəri, Məshəti küçəsi, 22 saylı evin 19 saylı mənzili ilə bağlı əvvəllər də məhkəmə çəkişməsi olmuş, Cavabdeh həmin mənzilə məhkəmə mübahisəsi olan dövrdə 02.03.2019-cu il tarixdə qeydiyyata düşmüşür. Mübahisəli mənzilə qeydiyyata düşənədək cavabdeh həyat yoldaşının adına olan Bakı şəhəri Nəsimi rayonu Əfəndiyev küçəsində qeydiyyatda olmuşdur. Hazırda onun həyat yoldaşı ilə arasında bağlanılmış nikahları pozulmamışdır. Belə ki, mübahisəli mənzillə bağlı, iddiaçı Rizayeva Zivər Hacı qızı cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında 25.07.2012-ci il tarixində Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış 4Ə/2-443 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehə verilmiş reyestrdən çıxarışın ləğv olunmasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilməsi və cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Rizayeva Zivər Hacı qızının 15 saylı Notariat Kontorunda Bakı şəhəri, Məshəti küçəsi, 22 saylı evin 19 saylı mənzilini İddiaçı bağışlanmasına dair 4Ə/2-443 saylı, 25 iyul 2012-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı 15.08.2012-ci il tarixli çıxarışın ləğv olunması Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvələ olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra olunmuş və İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilərək Rizayeva Zivər Hacı qızının adına yeni çıxarış verilmişdir. Cavabdeh yuxarıda qeyd olunan qətnamə qəbul edildikdən sonra, hazırki iddiaçının xəbəri olmadan mübahisəli mənzilə qeydiyyata düşmüşdür. Lakin, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-1574/2019 saylı iş üzrə qəbul etdiyi 16 may 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçı Rizayeva Zivər Hacı qızının cavabdeh İddiaçı qarşı 25.07.2012ci il tarixində Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış 4Ə/2-443 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehə verilmiş reyestrdən çıxarışın ləğv olunmasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli, 2(103)- 10073/2019 nömrəli qətnaməsindən iddiaçı Rizayeva Zivər Hacı qızı və vəkili Raxtari Kamilə Səftər qızı kassasiya şikayəti vermişlər. İddiaçı Rizayeva Zivər Hacı qızının kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2019-cu il tarixli, 2(103)- 10073/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Göründüyü kimi Cavabdeh, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan mənzilə, onun xəbəri olmadan, məhkəmə mübahisəsinin getdiyi dövrdə qeydiyyata düşmüşdür. Bu isə iddiaçının qanunla qorunan mənafelərinə ziddir. Bundan başqa məhkəmə qeyd edir ki, Cavabdeh mübahisəli mənzilə yaşayış sahəsinə ehtiyacı olduğu üçün deyil, formal olaraq qeydiyyata düşmüşdür. Belə ki, Cavabdeh hal hazırda evlidir. Onun ailəsinə onun da mübahisəli mənzilə qeydiyyata düşənədək qeydiyyatda olduğu Nəsimi rayonu, Əfəndiyev küçəsində yerləşən mənzilləri sökülərək əvəzində yeni mənzil verilmişdir. Lakin cavabdeh ailəsinə məxsus evi olduğu halda, hazırda faktiki olaraq qeydiyyatda olduğu mübahisəli mənzildə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, İddiaçı Bakı şəhəri, Məshəti küçəsi, 22 saylı evin 19 saylı mənzilinə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh isə iddiaçının xəbəri olmadan, məhkəmə mübahisəsinin getdiyi dövrdə özünə məxsus yaşayış yeri olduğu halda qeydiyyata düşmüşdür. Bu isə iddiaçının qanunla qorunan mənafelərinə ziddir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi, 22 saylı evin 19 saylı mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməli və o həmin mənzildən çıxarılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamə Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi, 22 saylı evin 19 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi, 22 saylı evin 19 saylı mənzilinə istifadə hüququ olmayan şəxs hesab edilməklə həmin mənzildən çıxarılsın. Qətnamə Cavabdeh, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi, 22 saylı evin 19 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar