Məhkəmə qərarları › İş №e-2(007)-1887/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1887/2024

08.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1887/2024 08.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2, İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüquqlarının pozulmasına yönəlmiş qanunsuz müdaxilənin aradan qaldırılması” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə “mənzillərin sökülməsi, yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi, mənzillərdən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüquqlarının pozulmasına yönəlmiş qanunsuz müdaxilənin aradan qaldırılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 39, 16 və 18 saylı mənzillərinə, İddiaçı3 ünvan 2, 7 saylı mənzilinə, İddiaçı4 ünvan 2, 10 saylı mənzilinə və İddiaçı2 ünvan 2, 11 saylı mənzilinə Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən mülkiyyət hüquqlarının pozulmasına yönəlmiş qanunsuz müdaxilənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Mənzil Tikinti Kooperativi onlara bildiriş təqdim etmiş və həmin bildirişdə göstərilmişdir k, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 338 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllə ünvanında yerləşən 47/13, 43, 41 və 39 nömrəli binaların istismar müddəti bitdiyinə görə və yaşayışa yararsız vəziyyətdə olduğu üçün sakinlərin müqavilə əsasında köçürülməsi, binaların söküntüsü nəzərdə tutulmuşdur. Bu məqsədlə 47/13 saylı binanın 1-ci mərtəbəsində, 10 saylı mənzildə yerləşən ofisə yaxınlaşmaları xahiş olunmuşdur. Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 39 nömrəli binanın müvafiq olaraq 7, 10, 11, 16 və 18 nömrəli mənzilləri onların mülkiyyətindədir. Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən yuxarıda qeyd olunan bildirişlər təqdim edildikdən sonra mülkiyyətçi olaraq onlarla hər hansı razılıq əldə edilmədən Nizami rayonu, K.Balakişiyev küçəsi 39 nömrəli binada söküntü işlərinə başlanılmışdır, eləcə də mülkiyyətlərində olan mənzillərdən sərbəst istifadə və sahiblik etmələrinə süni maneələr yaradılır. Belə ki, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən Nizami rayonu, K.Balakişiyev küçəsi 39 nömrəli binada yerləşən bütün mənzillərin sahibləri ilə razılaşdırılmadan binanın bir hissəsində söküntü işlərinə başlanılmış, binanın ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrindən sərbəst hərəkət etməyi məhdudlaşdırmışlar. Eyni zamanda binada yerləşən mənzillərdən istifadə edən sakinlər tam köçürülmədən binada yaşayış olduğu halda söküntü işlərinə başlanılması, mülkiyyətlərində olan mənzillərin yararsız vəziyyətinə düşməsi ilə yanaşı, mənzildə yaşayan sakinlərin həyatı və sağlamlığı üçün ciddi təhlükə yaranmışdır. Cavabdeh Mənzil Tikinti Kooperativinin qeyd olunan hərəkətlərə yol verməsi mülkiyyətlərində olan mənzillərdən sərbəst istifadə və sahiblik hüquqlarının pozulması ilə yanaşı, mənzillərin yararsız və ya tam məhv olması ilə mülkiyyətlərindən məhrum olmaları ilə nəticələnir. Bu səbəbdən də Cavabdeh Mənzil Tikinti Kooperativinin mülkiyyət hüquqlarının pozulmasına yönəlmiş qeyd olunan qanunsuz müdaxilənin aradan qaldırılmasına dair hazırkı iddi tələbi ilə məhkəməyə müraciət edirlər. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 qarşı “mənzillərin sökülməsi, yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi, mənzillərdən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı2 məxsus olan ünvan 2 ünvanında yerləşən 11 saylı mənzilinin əvəzinə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək Cavabdeh MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi, cavabdeh İddiaçı3 məxsus olan ünvan 2 ünvanında yerləşən 7 saylı mənzilinin əvəzinə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək Cavabdeh MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi, cavabdeh İddiaçı1 məxsus olan ünvan 2 ünvanında yerləşən 16 və 18 saylı mənzillərinin əvəzinə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzillərin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək Cavabdeh MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzillərdən çıxarılması və mənzillərin sökülməsi, cavabdeh İddiaçı4 məxsus olan ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilinin əvəzinə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək Cavabdeh MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtlarının daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə ötən əsrin əvvəllərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 338 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh MTK tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün Cavabdeh Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi Cavabdeh MTK-ya həvalə edilmişdir. Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsi ünvanında yerləşən evlər köhnə və istifadəyə yararsızdır, evlərin istismar müddəti bitmiş, qəzalı vəziyyətdədir, həmin evlərdə yaşamaq həyat və səhhət üçün təhlükəlidir və həmin evlərdə istifadə olunan komunikasiya xətləri də təmirə yararsızdılar, o, hər an uça və bədbəxt hadisələr baş verə bilər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2021-ci il tarixli, “Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə” Rəydən görünür ki, “binaların yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulun tökülməsi, döşəmələrin ağac elementlərində müxtəlif deformasiyalar, bioloji zədələmələr, yaranmış, pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcud olduğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmış, dam örtükləri yararsız vəziyyətdədir. Şiferlər sınmış, köhnəlmiş, müəyyən sahələrdə yerdəyişmələr, çardağın ağac elementlərində çatlar, əyintilər, yumşaq örtüklü damlarda çoxsaylı zədələr yaranmışdır. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlılığı yolverilməzdir. Tikililərin mövcud texniki vəziyyəti bu günki qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir”. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı ilə qərara alınmışdır ki, müvafiq icra hakimiyyətləri aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1) qəzalı vəziyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi; 1.2) mənzil fondunu yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3) qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Bu və binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzilin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaltmışlar. Cavabdehlər ilə dəfələrlə danışıqlar aparılmış, evlərinin qəzalı vəziyyətdə olması halı nəzərə alınaraq sökülməsinə icazənin verilməsi, yeni tikiləcək çoxmənzilli binada əmlak ilə əvəz edilməsi təklif edilmişdir. Lakin cavabdehlər əmlaklarını söküntüyə təhvil verməmişdir. Bunun nəticəsində Cavabdeh MTK ilə mənzillərini təhvil vermiş mülkiyyətçilər arasında bağlanmış müqavilənin şərtləri ondan asılı olmayan səbəblərdən kooperativ tərəfindən icra edilməsinə cavabdehlər tərəfindən məhdudiyyətlər yaradılır. Qeyd olunan ünvanda yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə Cavabdeh MTK arasında müqavilə bağlanaraq xüsusi mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinmiş və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçmüşlər. Cavabdehlərin hərəkətləri nəticəsində tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi Cavabdeh MTK-nın vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda, Cavabdeh MTK köçürülmüş sakinlərə kirayə haqqlarını ödəməyə başlamış, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Bundan başqa, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaq. Bu da haqlı narazılıqlar yaradacaqdır. Cavabdehlərin mülkiyyətdə olan mənzillərinin əvəzinə Cavabdeh MTK həmin ünvanda insa edəcək binada mülkiyyətlərində olan mənzillərinin ümumi sahəsindən 20 kvadrat metr sahəsi artıq olan təmirli yeni mənzil verir, mənzilindən köçən şəxslərə digər yaşayış yeri ilə təmin etmək üçün Cavabdeh MTK hər ay mülkiyyətçilərə kirayə haqqı ödəyəcəkdir. Sərəncamın icra edilməsi üçün həmin ünvanda yerləşən cavabdehlərin mülkiyyətində olan mənzillər də sökülməli, cavabdehlər oradan müvəqqəti çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Məhkəmə hazırlıq iclasında Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, qarşı tərəf olan MTK yeni binalar tikir, həmin binalar üçün müddət qoyur? Nəzərə almaq lazımdır ki, onların yaşadıqları binada yaşıllıq, uşaqların futbol oynamağa meydançası və besetkalar vardır. Bakı şəhərində onların məhəlləsinə kim gələrsə heyran qalır, tək-tük onların məhəllə kimi hər bir şəraiti olan məhəllə olar. MTK-nın layihəsi təsdiq olunmuşdur, lakin onların layihələri yaşadıqları binadakı kimi olmayacaq, onların binasının 20 giriş-çıxışı var, lakin Binanın 3 giriş-çıxışı qalacaqdır. Təzə tikiləcək binanın layihəsi onları qane etmir, yataqxana sistemi kimi 8 nəfər qonşu bir mərtəbədə olacaq, havalanması da yoxdur. Onun yaşadığı mənzilində isə iki tərəfdən balkonu və pəncərəsi vardır. Onun yaşadığı mənzil onu qane edir. Mənzillərin hündür tavanı var. Mənzilini sənədlə və ya çöldən-çölə ölçməsinlər, gəlib içəridən də ölçsünlər. Onun mənzilinin sahəsi sənəddə 73 kv.m olsa da, bəlkə də içdən-içə ölçüləndə sahəsi 90 kv.m, əlavə də olsa 110 kv.m olacaqdır. Qarşı tərəf isə 3 otaqlı mənzilə maksimum 82 kv.m sahə təklif edir. Bina sakinindən müsahibə alan zaman şəxs müsahibəsində balkonunun titrədiyini bildirmişdir. Hamı da bilir ki, o adam pulunu almamış mənzilindən köçən deyildir. Yaşadıqları binanın 10 bal zəlzələyə davamlılığı vardır. Təzə tikilən bina isə 7 bal zəlzələyə dözməz. Onda birinci mərtəbədə 16 saylı mənzil, ikinci mərtəbədə 18 saylı mənzil olmaqla alt-üst 2 ədəd təmirli mənzillərdir. Layihə təsdiq edilmişdir. Cənab Prezidentin göstərişi var, yəqin ki, illər keçdikcə köhnə binalar söküləcək, yeni binalar tikiləcəkdir. MTK-nın nümayəndələri onun mənzilində də olmuş, mənzilin şəklini də çəkmişlər. O, qızının birini evləndirib mübahisəli binada olan mənzillərdən birinə köçürmüş, digər mənzildə isə o biri qızı ilə özü yaşayır. Səhər işə gedir, axşam evə gəlir, dincələr, nəvələri ilə oynayır. Bütün şəraiti var və şəraiti də onu qane edir. O, iki dəfə şirkətdə olmuşdur. O, qarşı tərəf tərəfindən edilən təkliflər ilə razı deyildir. Ona Neftçilər və Qara Qarayev metrosu arasında bir binada iki ədəd üçotaqlı təmirli, havalanması olan mənzil verilməsini istəyir. Ya da gözləyə bilər ki, mənzilinin birinin yerinə 2-3 il müddətinə əlavə 20 faiz vermək şərtilə yeni mənzil, birinci mərtəbədə olan 16 saylı mənzili üçün isə minmum 350000 manat pul versinlər. Ona kirayə haqqı kimi hər mənzilə 600 manat deyil, 1000 manat da versələr də gedib kirayə qalası deyildir. Ona kirayə pulu versələr, 3 ilə minimum 30000 manat kirayə pulu edir. O, nə həmin pulu, nə də veriləsi olan 43000 manat kirayə haqqını istəmir. O, ehtiyyatda olan polkovnikdir, birinci Qarabağ müharibəsinin veteranıdır və hal-hazırda Səhiyyə Nazirliyində çalışır, Qarşı tərəf qarantiya verirmi ki, şirkətdə heç bir hadisə baş verməyəcək, 2-3 ilə də mənzil ona veriləcək? Köhnə Nizami rayonu Dövlət Təhlükəsizlik xidmətinin binasında camaat 6 ildir ki, binaya köçə bilmir. Niyə 2-3 il gözləməlidir? Evi nə vaxt tikəcəklər? Elə hazır ev versinlər. Deyirlər ki, evi tikəndən sonra bahalaşacaqdır. Onda həmin evləri baha qiymətə satsınlar. İki binanın arasında bina tikə-tikə gedirlər, sabahkı gün fövqəladə hadisə, güclü zəlzələ baş versə, maşınlar çıxa bilməyəcək, sakinlərin necə çıxacağı isə maraqlıdır. Onun qonşusu qarşı tərəf ilə razılaşıbsa, bu o demək deyil ki, o da həmin təkliflə razılaşmalıdır. Ailədə neçə nəfər yaşayır, evin şəraitinə, təmirinə baxmaq lazımdır. Qarşı tərəfin vəkili deyir ki, mənzillərdən daşınanda əşyaların daşınmasında kömək edəcək, kirayə haqqını verəcək, 2 ilə onlara gözəl mənzillər verəcəkdir. Tutaq ki, o, mebelləri sökdü, sökdüyü mebelləri kirayə evinə apardı. Kirayəçi sonra gəlib oğlunu evləndirdiyini, mənzili boşaltmasını bildirmişdir. Əgər, o, təzədən onları sökürsə onda aldığım mebelləri zibilliyə atmalıdır. Onun mənzilinin üç otağında və mətbəxində kondisioneri vardır. O, 4 kondisioneri hara aparacaqdır? Şirkətin nümayəndələri bəlkə də onunla 5 dəfə danışmış, hər dəfə də onun fikrini müdiriyyətə çatdıracaqlarını bildirmiş, lakin heç bir mənasıolmamışdır. Bəlkə verilən mənzildə o, orada yaşayandan 1-2 il sonra oboy, pol, divar uçub dağılacaqdır. Mübahisəli binanın birinci blokunda 9 sakin yaşayır, yeddisi gedib, 2-si qalıb. Binada əhali yaşayırsa, gəlib işığı kəsirlər. Həyətdən evə qorxa qorxa girirlər ki, birdən blokda narkoman, bandit olar. Mənzili söküblər, pəncərəni söküblər, işığı kəsiblər. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, qarşı tərəflər aralarında mərhələ-mərhələ danışıqlar gedir, lakin hələ ki, razılıq əldə edilməmişdir. Yeni tikililərin tikilməsinə etirazları yoxdur, lakin bunları vətəndaşıların təhlükəsizliyini təmin etməklə etsinlər. Razılaşma əldə olunmamasına, binada sakinlərin yaşamasına baxmayaraq qonşu girişlərdən kiminləsə razılaşmalar əldə ediləndən sonra həmin mənzilləri qəzalı vəziyyətə salmaları qanunaziddir. İşıq, qaz xətlərinin aktiv olduğu, sakinlər, ailələr uşaqlar orada yaşadığı halda mənzillərin içində söküntü işləri aparılır. Onlarda mərkəzləşmiş isitmə sistemidir. Hələ 10-12 il bundan əvvəl ustalar qonşunun evində işləyəndə radiotarları çıxarıb, xətləri də yadlarından çıxarıb bağlamayıblar, katelnikləri sınaq keçirəndə, su verəndə üç mərtəbəni də su basmışdır. Həmin radiatorları çıxarıblar, katelnidən suyu kimsə açsa bütün binanı su basacaqdır. Son sakin binanı tərk etməmiş, hamı ilə razılıq əldə etməmiş binaya əl vurmasınlar. Hal-hazırda çox acınacaqlı vəziyyət yaranmışdır. Lakin müvəqqəti təmiant tədbiri ilə hal-hazırda söküntü işləri dayanmışdır. Binanı nəzarətsiz vəziyyətə salmaq düzgün deyildir. Onlar bütün sakinlərlə razılıq əldə edilmədən binaya əl vurmamalarını istəyirlər. Onun mənzili bağlı planları olmuş, mənzili birinci mərtəbədə olduğu üçün oranı qeyri-yaşayış sahəsi edib obyekt açmaq istəmişdir. Bu məsələ ilə bağlı qarşı tərəfin direktoru Elnur müəllim onlarımı gözlədiklərini, nə istəyirlərsə əvvəldən niyə etməmələrini bildirmişdir. O da Elnur müəllimə mənzilinə 2008-ci ildə köçdüyünü, söküntü üçün nə üçün 2007-ci ildə gəlmələrini bildirmişdir. MTK ilə razılıq əldə edib mənzillərini tərk edən sakinlər ev tikilən vaxtdan olan, yəni 1957-ci ildən olan təmiri ilə yaşayan şəxslərdir. Onlar öz mənzillərini təmir etməmişlər. Onun mənzilində isə palıd parketdən tutmuş kafellərə qədər təmir edilmişdir. Mənzilinin təmirinin 1 kvadrat metri bugünki qiymətlə 700 manata başa gəlmişdir. O və ailə üzvləri komfortlu mənzildə yaşayırlar. Onun mənzili kimi komfortlu mənzili kirayə götürmək üçün ***-**** manat arası icarə haqqı istəyirlər. Faiq müəllim adına iki mənzildir, o da mənzilini təzəlikcə təmir etdirmişdir. Burada həm mənzilə, həm şəxsə, həm ailəyə individual yanaşma olmalıdır. Mənzilinin sahəsi çıxarışda 71 kv.m, faktiki olaraq isə 80 kv.m-dir. Faktiki 80 kv.m sahə ona görə əmələ gəlmişdir ki, mənzilini təmir edib. Sovet vaxtı vurulan suvağın qalınlığı 10 sm gəlib çatırdı, suvağın hamısı daşa qədər söküləndən sonra onlarda 1 sm olan suvaq getmiş və bundan sonra mənzilin kv.m sahəsi genişlənmişdir. Onların binasında 1-ci mərtəbədə iki ədəd 3 otaqlı mənzil vardır, hansı ki, obyekt etmək üçün daha yararlıdır. Bu mənzillərin biri Faiq müəllimdə, biri də ondadır. Əgər o, həmin mənzili obyekt etsə idi, hər ay icarədən 2000-3000 manat xeyir-mənfəət götürərdi. Lakin qarşı tərəf onun mənzilini istəyir ki, özləri obyekt etsinlər. Əlavə 20 kvadrat metr sahə lazım olsa özü pulunu verib üzərinə qoyub alar. Qarşı tərəfin etdiyi təmirin kvadrat metri özlərinin rəsmi olaraq elan etdiyi 200 manatdır. O hesab edir ki, ona mənfəət baxımından elə bir təklif edilməlidir ki, onun planlarına uyğun gəlsin. O, MTK onu özünə şərik görməlidir. Şəriklikdən danışılırsa, burada məqsəd 98 faiz pul qazanmaqdır. Düzdür, o, həmin komplekslə, onlarla şərik ola bilməz. Lakin xırda olsa belə şəriklik təklif olunmalıdır. Yoxsa binanın qəzalı vəziyyətində olmasını əsas götürb onu xilas edəcəklərini düşünürlər. Bina qəzalı olsaydı onun damını dövlət 100-150 min manat verib dəyişməzdi. Qarşı tərəfin vəkili deyir ki, Layihə İntitutu binanın istismar müddətinin bitdiyini qeyd edir. Rəydə də qeyd edilir ki, binanın istismar müddəti başa çatıb. O istismar müddətini kim müəyyən edir? Birinci müəyyən edilməlidir ki, binanın müddəti nə qədərdir. Tikilən binanın istismar müddəti müəyyənləşdirilmir, elə bir şey yoxdur. Zəlzələ ola bilər, hansısa bina qəzalı vəziyyətə düşə bilər, hansısa binaya heç nə olmaz. Layihə institutunun rəyi Fövqəladə Hallar Nazirlyinin İnstitutunun mütəxəssisləri tərəfindən yerində baxış keçirilmədən iş otağında tərtib edilmişdir. Onlar Layihə İnstitutunun bir nümayəndəsinin orada binaya baxış keçirməsini görməmişlər. Lazım olarsa onlar tələb qoyarlar ki, yenidən gəlib binaya baxış keçirsinlər. O əmindir ki, binaları davamlı binadır, qəzalı vəziyyətdə deyildir. Onların binanın podvalı belə yoxdur ki, oraya su yığılsın. Onların binası balacadır, binada 30 mənzili vardır. MTK tərəfindən hər kəsin marağı nəzərə alınmalıdır. Azərbaycanda tikilən binaların 80 faizi qəzalıdır. Onlar il ərzində 27 manat kommunal üçün ödəniş edir, isitmə sezonunda noyabr ayının 15-dən aprel ayının 15-nə kimi isitmə sistemi üçün 43 manat pul ödəyirlər. Onun mənzilinin pəncərəsinin qabağında ailəsinin iki maşını üçün yer vardır. Bunların əvəzində qarşı tərəf ona nə təklif edir? Mənzilinin yerində kommersiya obyekti olacaq? 2023-cü ilin noyabr ayında MTK onların qapısinı döyəndə layihə gətirdilər, layihədə 3 otaqlı mənzilin sahəsi çöldən ölçülərək maksimal 128 kvadrat metr, daxildən isə 116 kv.m olmuşdur. MTK-nın rəhbəri Elnur müəllim şəxsən gəlmiş, aralarında 128 kv.m mənzil ilə avtomobil saxlamaq üçün qaraj verilməsi ilə bağlı razılaşmışlar. O, müqavilənin tərtib edilməsini bildirmiş, onlar da çıxıb getmişlər. Üstündən iki ay keçəndən sonra layihəni dəyişdiklərini bildirmişlər. Artıq şübhələnməyə başlamışdır, çünki layihəni təsdiqləmək üçün bir çox təşkilatlar iştirak edir. Dəyişdikləri layihədə 3 otaqlı mənzil üçün maksimum kvadrat 82 kv.m olmuşdur. İki ayın içində layihəni dıyişdiklərini dediklərinə görə o, MTK-nın fəaliyyətinə şübhə ilə yanaşmışdır. Birinci layihədə binanın bir mərtəbəsində 6 mənzil, dəyişdirdikləri layihədə isə bir mərtəbədə 8 mənzil yerləşirdi. Elə bil ki, yataqxana tikirlər. Mətbəxə isə 10 kv.m sahə yer verirlər. Onun mənzilində yerləşən mətbəxinin sahəsi 12 kv.m, yataq otağının sahəsi isə 18-19 kv.m-dir. Qarşı tərəfin verdiyi mənzildə isə yataq otaqlarının sahəsi 14-15 kv.m sahədən ibarətdir. O, keçən dəfə MTK-ya kiçik sahə verdiklərini bildirmiş, o isə onların mənzillərə uyğun layihə tərtib edildiyini, onların mənzillərin də xırda olduğunu, tikdikləri evlərin də xırda olacağını bildirmişdir. Ona 20 faiz artıq necə sahə verə bilirlər, çünki onların layihəsində 82 kv.m sahə maksimumdur, amma onun mənzili 80 kv.m-dir. Onların binalarının davamlılığı Cavabdeh MTK-nın tikdiyi binadan daha çoxdur, daha davamlıdır. Ona 3-4 il kirayə yaşamalarını bildirirlər. Belə yanaşma olmaz. Onun ödədiyi kommunal xərcinin isitmə sisteminə görə xərcinin üstünə daha böyük məbləğdə gəlməyi doğru deyildir. Aldığı pensiyanı kommunal xərclərinə ödəyəcəksə bu daha nə oldu? O, həmçinin bildirdi ki, o, rəhmətlik atası və dörd qardaşı da zabitdir. Onlar vətənə xidmət etmişlər. Onun atası hərbi cərrah, hərbi qospitalın rəisi, böyük qardaşı hərbi cərrah, digər iki qardaşı MN zabiti olmuşdur və onlar döyüşlərdə yaralanıblar. O, özü də Dövlət Təhlükəsizliyi Xidmətində çalışmış, dövlətin qurulucuğunda iştirakı olmuşdır. Halhazırda pensiyadadır. Həyat yoldaşının atası artilerriya zabiti 3 qardaşı da zabit olmuşdur. Həyat yoldaşının qardaşları Xüsusi təyinatlıda xidmət ediblər. Faiq müəllim də Müdafiə Nazirliyinin 30 ilə yaxın zabiti olmuşdur. Onlar sahibkarlıqla məşğul olmamış, vətənə xidmət etmişlər. Onlar xidmət etdikləri vaxtda MTK-ların rəhbərləri sahibkarlıqla məşğul olub pul qazanıblar. Bir ailənin üzvləri vətənə xidmət edir, özlərini qurban verirlər, lakin bunları heç kəs nəzərə almır. Məsələnin digər tərəfi də vardır ki, onun Aslan və Fidan adında 25 yaşında əkiz iki övladı var və onlar subaydır. Qız ailə quranda, xeyir işi olanda qızını haradan gəlin köçürsün? O, heç nə istəmir, qarşı tərəfdən normal təklif gözləyir, çünki ona heç nə təklif edilməmişdir. O, Ceyhun müəllimin çıxışına dair münasibət bildirdi ki, vətəndaşlar oradan köçürülmüşdür və mənzil gözləyirlər. Həmin şəxslərdən müsahibə almışlar. İki otaqlı mənzil verdikləri sakin orada çıxış edib deyir ki, onlar mənzillərinin sökülməsinə razıdırlar, hansı ki, onlar hazırda sökülən mənzildə on iki nəfər yaşayır və onlara MTK-dan mənzil verilməsi sərf edər. Çünki həmin şəxslərin şəraiti onlardakı kimi deyildir. MTK belə müsahibə almaqla fikir formalaşdırmağa çalışır. Bu onlar üçün həm mənəvi, həm fiziki əziyyətdir. İndi boş mənzil tapmaq çox çətindir, əşyalar hara aparılacaq, mebellər də yenidən sökülməli, sonra yenidən yığılmalıdır. Onlar stress yaşayır, o, 6 il əvvəl açıq ürək əməliyyatı olmuşdur, bunlar hamısı xidmətimin nəticəsidir. O stresslər, atılan güllələr elə belə deyildir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, tərəflər arasında danışıq olmuş, lakin barışıq olmamışdır. Cavabdeh MTK tərəfindən bina sakinlərinə bildiriş təqdim edilmiş, sərəncam əsasında binanın yararsız vəziyyətdə olması və sökülməsi barədə bina sakinləri MTK-nın ofisinə dəvət edilmişdir. Dəvət edilən zaman da bina sakinlərinə qarşılıqlı iddia ərizəsində qeyd edilən vədlər verilmişdir. Həmin vədlər qismində 600 manat kirayə haqqının verilməsi, öz sahəsindən 20 faiz artıq sahənin verilməsi, 3 il müddətinə binanın tikilib təhvil verilməsi deyilmişdir. Bəzi mülkiyyəçilər ilə razılıq əldə edilmiş və söküntü işlərinə başlanmışdır. Qapı bir qonşunun evi sökülür, söküntü zamanı kommunalların verilməsində fasilə yaranır, bu isə vətəndaşın mülkiyyət hüququna müdaxilədir. Qarşı tərəf tərəfindən Sərəncama istinad edilir, o, sərəncama baxmış, lakin sərəncamda 20 faiz əlavə sahənin verilməsi qeyd edilməmişdir. Sərəncamda mülkiyyətçilər ilə razılışdırılmaqla sökülmə işlərinin aparılması qeyd edilmişdir. Hər bir şəxsin mülkiyyət hüququ var, hər bir şəxsin mülkiyyəti dəyərləndirilməlidir, elə şəxs var ki, 20 faizi yox, 30 faiz əlavə verilməsini istəyir. Sərəncamdan irəli gələrək, üstün mövqe tələblər irəli sürür, qarşılıqlı iddia verməsi ilə sanki tələblərinə istinad edərək mülkiyyətçilərin mülkiyyətinin sökülməli və məhv olunmalı olmasını bildirmişdir. Bu halı isə mülkiyyətçilərin mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirirlər. Qarşılıqlı iddia ərizəsində binanın köhnə, qəzalı vəziyyətdə olması qeyd edilir. Bunu hansı akta əsasən dedikləri maraqlıdır. Sırf elə işlər var ki, Fövqəladə Hallar Nazirliyinin rəyi olur ki, bina yaşamağa yararsızdır. O, qarşılıqlı iddianın tələb hissəsində göstərilənlərə münasibət bildirərək qeyd etdi ki, bu hallar yol verilməzdir, heç kəs vətəndaşa deyə bilməz ki, öz sahəndən 20 faiz əlavə sahə və 600 manat kirayə haqqı verdikləri üçün buradan çıxılmalıdır. Sərəncamda da mülkiyyətçi ilə razılaşdırılmaqla onun mənzildən çıxarılması qeyd edilmişdir. Binanın Bəzi mülkiyyətçiləri mənzillərinin əvəzinə onlara MTK tərəfindən edilən təkliflər qane etsə də, onun hüquqlarını müdafiə etdiyi şəxsləri həmin təkliflər qane etmir. Onlar ola bilsin ki, öz sahələrindən 20 faiz yox, 30-35 faiz əlavə sahə verilməsinə razı olsunlar. İddiaçı2 mənzilinin 71 kv.m sahəsi, 2 otağı vardır. Başqasının mənzilini sökərkən işıq, su və qaz xətləri ilə bağlı problem yaranır, onların verilməsi dayanır. Vətəndaş ola bilər ki, mənzili üçün 500000 manat istəyir, MTK isə 120000 manatl dəyəri olan mənzilə 200000 manat verir. Onlar mülkiyyətlərində olan yaşayış sahələrinə ədalətli qiymət verilməsini istəyirlər. Bəzi şəxslər öz sahələrindən 30 faiz əlavə sahəni, bəziləri isə öz sahələrindən 40 faiz əlavə sahənin verilməsini qəbul edə bilər. Mənzil Tikinti Kooperativinin səlahiyyətli şəxsi vətəndaşları qəbul etməli, onların şərtlərini dinləməlidir. Burada dövlət ehtiyacı deyil, kommersiya niyyəti hiss olunur. Mülkiyyətçinin hüquqları hər zaman üstündür. Onun tərəflərin mənzillərində artırmaların olması ilə bağlı məlumatı yoxdur, lakin binanın fotoşəkillərində görünür ki, əlavə artımlar olmamışdır. Qarşılıqlı iddia ərizəsində öz sahəsindən 20 faiz əlavə sahənin verilməsi nəzərdə tutulmuş, lakin heç bir yerdə şirkətə verilən hüquq müəyyənedici sənədlərdə 20 faiz əlavə sahənin verilməsi yazılmamışdır. Sərəncamda mülkiyyətçilərlə razılaşmaqla ifadəsi qeyd edilmişdir, şirkət 20 faiz əlavə sahənin verilməsini özündən çıxarır, keçmiş Sovetski ərazisinin sökülməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında yaşayış sahəsinə 20 faiz əlavə sahənin verilməsi göstərilmişdir. Çünki bununla bağlı çox mübahisələr olmuşdur. Həmin layihə ictimai bir layihə olmuş, ictimai ehtiyaclardan irəli gəlirdi, çünki onun ərazisi sökülməli olmuşdur. 600 manat kirayə haqqı məsələsinə gəldikdə isə, ilkin iddia üzrə iddiaçılardan iki nəfər də öz arqumentlərini irəli sürdülər, hansı ki bildirdilər ki, 600 manat kirayə haqqı ilə öz mənzillərində olan komfortu tapa biləcəklərmi? Burada hər kəsə subyektiv yanaşmaq lazımdır. O, müdafiə etdiyi şəxslərin məhkəmədə verdikləri izahatlarında qeyd etdikləri təkliflərinin MTK-nın rəhbərliyinə onun məhkəmədə iştirak edən nümayəndəsi Ceyhun müəllim tərəfindən çatdırılması və bununla bağlı tərəflər arasında razılıq əldə edilməsi məqsədi ilə məhkəmə iclasının 10-14 gün təxirə salınmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddia tələbinin rədd edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, binanın qəzalı vəziyyətdə olmasına dair rəydə bütün binalar əks edilmişdir. Həmin ünvanda MTK sərəncam əsasında fəaliyyət göstərir. Mübahisəli mənzillərin yerləşdiyi evlər köhnə istifadəyə yararsız Sovetin dövründə tikilən beşmərtəbəli evlərdir. Kiçik bir fəsad olarsa həmin binaların aşma təhlükəsi vardır. Həmin evlərin betonlarİ dağılmışdır. Seysmik olaraq kiçik bir zəlzələ köhnə binalarla bağlı fəlakətə səbəb ola bilər, çünki hamısının istismar müddəti bitmişdir. Fövqəladə Hallar Nazirliyinin binayla bağlı rəyində qeyd edilmişdir ki, binalara vizual texniki baxış zamanı binaların yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülməsi müşahidə edilir. Döşəmələrin ağac elementlərində müxtəlif deformasiyalar və bioloji zədələnmələr yaranmışdır. Pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcuddur, dəmir beton elementlərinin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmışdır. Beton qatı töküləndə su metala və dəmirə təsir edir, oksidləşmə gedir və çürüyür, şəhərdə ani titrəyiş binənin çökməsi deməkdir, bu isə fəlakətdir. Gərək bir faciə baş versin ki, ondan sonra hərəkətə keçək. Dam örtükləri yararsız vəziyyətdədir, şiferlər sınmış və köhnəlmişdir, müəyyən sahələrdə yerdəyişmələr olmuş, çardağın ağac elementlərində çatlar, əyintilər, yumşaq örtüklü damlarda çoxsaylı zədələr əmələ gəlmişdir. Atmosfer sularını təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunmuşdur, sakinlər tərəfindən yaşayış binalarına bitişik və söykənmiş primitiv tikililər inşa edilmişdir. Hansı ki, həmin tikililər balkonların üstündə və fasadın konstruktiv elementlərinə bağlandığından binalar əlavə yüklənmişdir. Betonla balkonu artırırlar, sonra ona betonları əsas birləşən nöqtələrinə dayaq verirlər, həmin yerə əlavə armaturla qaynaq edirlər, bu isə yüklənmə yaradır. Bu binalar köhnə və yaşlı binalardır. 3 ildən çoxdur ki, ərazidə binaların fundametinə qədər axtarış və kəşfiyyat işləri dövlət orqanları tərəfindən aparılır. Onlar bu binaları söküb yenidən bina tikməlidirlər. Tərəflərindən ilkin iddiaçıların mülkiyyətinə qarşı hər hansı qanunsuz müdaxilə edilməmişdir. Qanunsuz müdaxilə etmələrini təsdiqləyən sübutlar da yoxdur. İlkin iddiaçılar öz evlərində yaşayırlar, həmin mənzillərin yerləşdiyi ümumi məhəllədə sərəncama əsasən köhnə binaların sökülüb yerində yeni binaların tikilməsi nəzərdə tutulur. Onlar heç kəsi zorla, qarşılıqlı razılıq olmadan yaşadıqları mnəzildən köçürmür, hətta bir adamın icazəsiz qapısını belə döymürlər. Heç kəsin mülkiyyətinə qəsd etməmiş, məsələni barışıq yolu ilə, danışıqlar ilə həll etməyə çalışırlar. Hər binada təxminən 42 mənzil vardır və onların hər birinə öz sahələrindən 20 faiz artıq sahə ilə təmirli mənzil verməklə onların evini sökürlər və yeni binalarda təmirli mənzil verirlər. Onlar başqa yaşamağa yerlərinin olmadığını bildirirlər, lakin tərəflərindən həmin şəxslərə 400-600 manat kirayə haqqı verilir və kirayə haqqı verilərkən mənzillərdə yerləşən otaq sayı nəzərə alınır. Binada olan 40-dan çox ailədən 35-dən çox ailəni köçürmüş, köçürdükləri həmin şəxslərə də kirayə haqqı vermişlər. Ümumi olaraq məhəllədə 90-dan çox ailəni köçürmüşlər. Hər binada 4 ya 5 nəfər çətin razılığa gələn sakin olur. Onlar iclas keçirən zaman 90 ailəyə ayda 45000-50000 manat kirayə haqqı ödədiklərini müəyyən etmişlər. Hazırda təkcə Cavabdeh MTK-nın deyil, köçən camaatın da hüquqları pozulur. İddiaçı2 71 kv.m sahəsi olan mənzilinə uyğun olaraq 98-100 kv.m sahə, ən azı 95 k.m sahə verə bilərlər. Bütün hallarda öz sahəsindən 20 faiz əlavə sahənin verilməsi minimumdur, tərəflərindən vətəndaşa bir az artıq kv.m sahə verilsə onun söhbətini aparılmayacaqdır. İddiaçı1 67 kv.m sahəsi varsa, ona ən azı heç bir problem olmadan 83 kv.m sahə verəcəklər, Sakinlərlə müqavilə bağlayaraq öz sahələrindən 20 faiz əlavə sahə, iki mənzili olan şəxsə iki mənzil, hər mənzilə görə ayrılıqda kirayə haqqı veriləcəkdir. Faiqin iki mənzili varsa, o hər bir halda birində yaşayır. Bu adam tək yaşayırsa, və ya heç həmin mənzildə yaşamırsa bunlar nəzərə alınır, bütün hallarda kirayə pulu verilir. Onlar 600 manat kirayə haqqını Faiqin hər iki mənzilə ayrı-ayrılıqda verəcəklər. Elə ailələr var ki, onlara 300, 400 manat kirayə haqqı verilir, lakin ilkin iddiaçılara 600 manat kirayə haqqı verirlər. Kirayə haqqını da aprel ayından ödəməyə başlamışlar, hal-hazırda bir qəpik belə olsun gecikmə yoxdur. Onların bankda zəmanəti və bankda vəsaiti var. Belə qəzalı vəziyyətdə olan evlərdə yaşamaqdansa, müasir evlərdə yaşamaq daha yaxşıdır, Bakı şəhərində hər rayonun özünün mənzillər üzrə bazar qiyməti var, bu internet saytlarından da görülür. Qara Qarayev və Neftçilər metrosunun yaxınlığında köhnə evlərin kvadratı 1700-1800, maksimum 2000 manatdır. 60 kvadrat sahəsi olan 2 otaqlı evin qiyməti maksimum 120 min manatdır. Vətəndaşlar kirayə haqqı da almaqla öz sahələrinin ¼ hissəsində artım əldə edəcəklər. Kirayə haqqı olaraq da 36 ay üzrə 22000-23000 manat əldə edəcəklər. Əgər o vəsaitə ehtiyac yoxdursa, vəsait bank hesabında yığılar, istəsə o pulu saxlayıb 3 ilin sonunda evinin müasir əşyalarla təchiz edilməsi üçün istifadə edər, lap bir torpaq sahəsi alar. Bu əmlak bəhər verir, ziyan vermir. Onlar sürətlə bu məsələni həll etməlidir, çünki 80 ailə də da halhazırda binanın tikintisini gözləyir. Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və hüquqi tənzimlənməsi haqqında” qərarına uyğun olaraq 2012-ci il 29 iyun 392 nömrəli qanunun tətbiqi bağlı Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli, 695 saylı fərmanı var. Prezidentin fərmanının 1.8-ci bəndində qara hərflərlə qeyd edilmişdir ki, Bakı şəhərinin Suraxanı, Nəsimi, Səbayıl, Xətai, Nərimanov, Nizami, Yasamal, Pirallahı və Xəzər rayonlarında abadlıq və quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Fərmanda məhz Bakı şəhərində olan rayonların adı çəkilmişdir. Bu fərman sərəncamın verilməsində hüquqi bazadır. Eyni zamanda hüquqi baza qismində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi və yeni qanunlar vardır. “COP 29” tədbirinin noyabr ayında Azərbaycanda keçirilməsi gözlənilir. Hər bir ölkə bu tədbirin öz ölkəsində keçirilməsini istəyər, çünki bu tədbirdə dünyanın və bəşəriyyərin problemi həll edilir, problemin həllinin müzakirəsinin Bakıda keçirilməsi isə hər bir azərbaycanlı üçün qürur hissi yaşadır, çünki dünyanın diqqəti burada olacaqdır. Bakı şəhəri, Xətai rayonunda “COP 29” tədbiri ilə əlaqədar əsaslı təmir işləri aparılır, onun uzun ömürlülüyü qismən təmin ediləcək, binanın müddəti 10-15 ildir, o da kosmetik, bəzi yerlərdə ciddi işlər, beton bərkitmə aparılır. İş gedir, bərkitmə işləri aparılır, dayaq yerində briqadalar və memarlar işləyir. Yeni tikilən binalar hündürmərtəbəli olmayacaq, hamısı 12-13 mərtəbədən ibarət olacaqdır. Əraziyə görə parklanma problemi olacaqdır. Onlar binaları eyni yerdə tikirlər. 2015-ci il, 2016-cı il, 2018-ci illərdə tikilən binaların problemi olacaq, çünki onlar binaları 25 mərtəbə olaraq tikirlər, parklanma problemi də yaranır. Müəyən bir sahə verilir, 3000 kvadrat metr sahə 11 mərtəbəli binanın əhalisinə uyğundur, parklanma və uşaq əyləncə mərkəzləri də olur. 2018-ci ildən bu tətbiq edilir. Hal-hazırda əhali o torpağa, o yerə uyğun yerləşdirilməmişdir. Bu qəbildən olan məsələlər ilə bağlı ümumiləşmiş məhkəmə mövqeyi vardır. Onlar sökülən mənzilin əvəzinə mənzil verirlər, bununla bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarı da vardır. Tikinti qanunvericiliyi də qeyd edir ki, şəhər üçün gözəlləşmək zərurəti vardır, onlar sakinlərin sökülən mənzillərinə qarşılıq olaraq təmirli mənzil verir, habelə kirayə haqqı da verir, gələcəkdə əşyaları daşımaq lazım olarsa, əşyaların daşınma xərci və işçi xərcini də verir. O, həmçinin qeyd etdi ki, hal-hazırda 3 uşaqdan çox uşağı olan ailəyə 2 otaq kifayət etmir. O, 20 ildir ki, MTK-lar üzrə vəkildir. Onun sözünü dinləyən memar olsa idi, o, 4 otaqlı mənzillər çox olmasını təklif edərdi. Çünki ailədə bir qız, bir oğlan övladı olarsa onların hərəsinin öz otaqları olsun. Hal-hazırda 4 otaqlı mənzil fondu ümumi mənzil fondunun heç 10 faizini təşkil etmir. Alatavada 4 otaqlı mənzilin ümumi sahəsi onların layihəsi üzrə 105 kv.m-dir. O, 180 kv.m sahəsi olan mənzil almışdır. Mənzil o qədər böyükdür ki, təmir edib bitirə bilmir. Hal-hazırda vətəndaşlar otaq sayını artırır, balkon ilə mətbəxin yerini dəyişirlər, belə tikinti aparmaq olmaz. Bəzi vətəndaşlar var ki, pul istəyir, 100000 manatlıq evinə 500000 manat pul istəyir, o vətəndaşa evinin qiymətinin o qədər olmadığını, maksimum 200000 manat verəcəkərini, lakin vətəndaş 500000 manatdan aşağı qiymətə razılaşmayacağını bildirir. Onlar vətəndaşın xeyrinə ədaləli yanaşırlar. Onlar köhnə ev alıb, yeni ev verirlər. Onlar mənzillərin ümumi sahəsindən 20 faiz sahəsi qədər əlavə sahəsi olan mənzil verir, əgər daha çox sahə istəyirlərsə, kirayə pulunu istəmirsə, 36 ayın kirayə haqqını hesablayıb, onu ödəyirlər, qarşı tərəf də əlavə pul ödəyir, lakin onlar sanki 2 otağın deyil, 4 otağın təmirini edirlər. Vətəndaşın iki otaq mənzili var, 4 otaq istəyirsə, ümumi sahənin kvadratının 20 faizini 4 otağın sahəsindən çıxır, qalan hissənin dəyərini ödəyəcək, lakin mənzili təmirli verəcəklər. İlqar müəllim bildirir ki, tikintini 2007-ci ildə edərdilər. Lakin həmin vaxt qanunvericilikdə bununla bağlı qərar qəbul edilməmişdir. Binanın damını dövlət dam camaatın başına töküldüyü üçün təmir etdirir. İstismar müddətini dövlət müəyyənləşdirir və bu müddət binanın vəziyyətinə görə müəyyən edilir. Kirayə haqqları tərəflərindən 400 manat verilir, onlar isə məhkəmədə qaldırılan iddialar ilə bağlı 600 manat kirayə haqqı verirlər. Mənzillər isə tam təmirli, sahəsi də artıq verilir. Evin daşınmasında, nəqliyyat, işçi əvəzsiz və pulsuz olacaqdır. Sakinlər özləri evin içindən əşyalarını götürə bilərlər. İlqar müəllim istəməz ki, onun nəvələri 10 ildən sonra təzə mənzildə daha abad yerdə yaşasınlar? Mənzilin yerində daha abad mənzil vermək dövlətin mövqeyidir. Konstitusiya Məhkəməsi bununla bağlı mübahisə olan zaman fikir bildirdi ki, bu mülkiyyətə qəsd deyil, bu mülkiyyətin yenisi ilə əvəz etməkdir. Onun öz yaşadığı mənzildə 50 manat kommunal xərci çəkir, isitmə də öz hesabınadır. Əgər sökülən mənzilin qiyməti 350000 manatdırsa, yeni verilən ev müasir olduğu üçün ondan baha olacaqdır. MTK tikinti işinə başlayırsa dövlətin nəzarəti altında başlayır. Təminat məsələsinə gəldikdə isə bildirir ki, həyatda heç nəyə, banklara, sığorta şirkətinə də təminat yoxdur. Bu gün dövlət üçün yeni tikilən binadan çox köhnə binalar riskli görünür. Bu il və keçən il dünyada zəlzələlər baş vermişdir. Faiq müəllim binada podvalların olmasını deyir, indi də yeni binalarda podvallar vardır. O, şirkətin təklifləri ilə gəlmişdir, bu təkliflər onların qəti fikridir. İş başqa vaxta təxirə salınsa da yeni fərqli bir təklifin müzakirəsi gözlənilmir. Həmçinin, tək ilkin iddia üzrə iddiaçılar deyil, digər sakinlərin köçürülməsini təmin etmiş, onlarla müqavilələr bağlamış, ödənişlər həyata keçirimişlər və həmin şəxslər onlardan mənzil gözləyir. Belə olanda mənzil ilə bağlı təmiantda problem yarana bilər. Binada çoxsaylı sakinlər var ki, məhkəməyə ehtiyac olmadan razılaşıblar. Binaların söküntüsünə Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti nəzarəti həyata keçirir. Sakinlərin tərəflərindən bina onlara təhvil verilənədək ödəməli olduqları kirayə haqqı ilə bağlı şikayətləri olmamışdir, çünki kirayə haqları onlara vaxtında ödənilir. Şirkətin qaznmaq istəyindən dah çox dövlətin köhnə tikililəri yeniləri ilə əvəz etmək proqramına uyğun olacaqdır. Əlbəttə ki, MTK sahibkardır nəsə qazancaq, lakin sakinlər nəticə etibarilə heç nə itirməyəcəklər. Belə ki, tutaq ki, başqasının iki otaqlı evi varsa onun bazar dəyəri 100000 manat, ilkin iddia üzrə iddiaçıların mənzilinin qiyməti isə 150000 manatdır, lakin onlara verilən təmirli mənzilin qiyməti ən azı 50000-60000 manat baha olacaqdır. Ola bilsin ki, iki otaqlı evin kirayə haqqı 300-400 manatdır. Qarşı tərəfin vəkili də qeyd etdi ki, Bakının Sovetski deyilən ərazisinin sökülməsi ictimai ehtiyacdan irəli gəlir, Lakin 20 faiz əlavə sahənin verilməsi hər yerdə var. Hüquqi əsasına gəldikdə isə "xxxx" MTK ilə bağlı Konstitusiya məhkəməsi qərarı var. Bu plenum qərarında şərh edilib. Faiq müəllimə 3 ilə 43000 manat kirayə haqqı veriləcəkdir. Onlar sakinlər köçməyənə qədər heç nə etməyəcəklər. Faiq müəllimin iki mənzili var, bəlkə Faiq müəllim onun birində yaşayır, digərində yaşamır, kirayəyə verib. Mənzildə yaşamasından asılı olmayaraq iki mənzil üçün hərəsinə hər ay 600 manat, ümumilikdə iki mənzil üçün 1200 manat kirayə haqqı verirlər. Əgər yeni tiklən bina 10 il sonra istismara yararsız olarsa bina sökülə bilər. Onlar kompensasiya olaraq pul yox mənzil verirlər. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə xx.xx.2021-ci il tarixli rəydən görünür ki, ərazidə (Q.Qarayev prospekti, İmaməddin Nəsimi, Kamil Balakişiyev və Şirin Mirzəyev küçələrinin kəsişməsindəki məhəllə) 36a, 38, 42, 44,46, Qara Qarayev prospektinə paralel, 19/48, 15, 35, 54, 56 nömrəli 5 mərtəbəli yaşayış binaları, 39, 41, 43, 45, 47/13 nömrəli 3 mərtəbəli yaşayış binaları, 2 mərtəbəli uşaq bağçası, 2 mərtəbəli qeyri-yaşayış, 1 mərtəbəli qazanxana və kiçik daş tikililər mövcuddur. Tikililər 1960-cı illərdə inşa edilmişdir. Vizual texniki baxış zamanı binaların yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi müşahidə olunmuş, döşəmələrin ağac elementlərində müxtəlif deformasiyalar, bioloji zədələnmələr yaranmışdır. Pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcud olduğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmışdır. Dam örtükləri yararsız vəziyyətdədir. Şiferlər sınmış, köhnəlmiş, müəyyən sahələrdə yerdəyişmələr, çardağın ağac elementlərində çatlar, əyintilər, yumşaq örtüklü damlarda çoxsaylı zədələr yaranmışdır. Atmosfer sualarının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunmuşdur. Sakinlər tərəfindən yaşayış binalarına bitişik və söykənmiş primitiv tikililər inşa edilmiş, tikililər əsasən balkonların üstündəvə baş fasadın konstruktiv elementlərinə bağlandığından binalar əlavə yüklənmişdir. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlılığı yolverilməzdir. Tikililərin mövcud texniki vəziyyəti bu günki qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək vəziyyətdədir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı Sərəncamının surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 11-13/468 nömrəli Cavabdeh MTK-nın xx.xx.2021-ci il tarixli, 1/14 nömrəli müraciətlərini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-07818 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********06 nömrəli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun xx.xx.2021ci il tarixli, xx/xx-01239 nömrəli razılıq məktublar nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələbləri rəhbər tutularaq Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazisində qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh MTK tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün Cavabdeh MTK-nın icarə əsasında istifadəsinə verilmişdir. - xx.xx.2022-ci il tarixli, 1704 saylı torpaq icarə müqaviləsinin surətindən görünür ki, icarəverən Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllə ünvanında yerləşən sahəsi 64600 kv.m olan torpaq sahəsini 49 il müddətinə çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün icarəçi Cavabdeh MTK-ya icarəyə vermişdir. Həmin müqavilənin 7.4-cü bəndinə görə icarəçi hər il həmin torpaq sahəsinə görə 146729,86 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 247915 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2, mənzil 16 xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2005-ci il tarixdə İddiaçı1 adına qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 73.5 kv.metr olan ünvan 2, mənzil 18 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 49 kv.metr olan ünvan 2, mənzil 10 tam mülkiyyət hüququ üzrə İddiaçı4 adına qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 71.0 kv.metr olan ünvan 2, mənzil 11 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 48.4 kv.metr olan ünvan 2, mənzil 7 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 adına qeydə alınmışdır. - Cavabdeh MTK tərəfindən tərtib edilmiş bildirişdən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 338 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllə ünvanında yerləşən 47/13, 43, 41 və 39 nömrəli binaların istismar müddəti bitdiyinə görə və yaşayışa yararsız vəziyyətdə olduğu üçün, sakinlərin müqavilə əsasında köçürülməsi, binaların söküntüsü nəzərdə tutulmuş və bu məqsədlə 47/13 saylı binanın 1-ci mərtəbəsində, 10 saylı mənzildə yerləşən ofisə yaxınlaşmaları xahiş olunmuşdur Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəflərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci, 29.1-ci, 29.4-cü, 43.1-ci, 71-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü, 16.1-ci, 152.6-cı, 560.1-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı maddəsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci, 4.2.1-ci, 4.3-cü, 17-ci maddələrinə əsasən hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır; Maddə 29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətlərindən biri bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınmasıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Maddə 4.2.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; Maddə 17.1. Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. Maddə 17.2. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Maddə 17.3. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıqquruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh MTK Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh MTK tərəfindən yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi ilə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına uyğun olaraq həyata keçirilir. Bu məqsəd ilə MTK söküləcək binanın əksər sakinləri ilə razılığa gəlsə də, hazırkı iş üzrə ilkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlərlə razılıq əldə olunmadığından məhkəməyə müraciət etmiş, ilkin iddia üzrə iddiaçılar isə bu tədbirlərin onların mülkiyyət hüquqlarını pozmasına yönəldildiyini bildirərək mülkiyyətlərinə qanunsuz müdaxilələrin aradan qaldırılmasını tələb edirlər. Halbuki, ilkin iddia üzrə iddiaçılar ilkin iddia ərizələrində qeyd olunan hallar ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında ilkin iddiaçılar onların mənzillərinin yerləşdiyi binada olan digər sakinlərin mənzillərinin sökülməsi, söküntü zamanı kommunalların verilməsində fasilə yaranmasını mülkiyyət hüquqlarının pozulmasına yönəlmiş qanunsuz müdaxilə kimi qiymətləndirmişdir. Qarşı tərəfin vəkili və nümayəndəsi də öz izahatında sakinlərin özləri evin içindən əşyalarını götürə biləcəklərini, gələcəkdə əşyaları daşımaq lazım olarsa, əşyaların daşınma xərci və işçi xərcini də verdiyini bildirmişdir. Göründüyü kimi, MTK ilə razılıq əldə edən sakinlərin öz əşyalarını aparması, kommunal xətlərini ümumi xətlərdən ayırması onların hüquqları olduğu üçün bu hərəkətlər tərəflərin mülkiyyət hüquqlarının pozulmasına yönəlmiş qanunsuz müdaxilə kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehlərin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə orada yaşayanlar üçün həyati vacib məsələdir. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında onlara mənzillərinin sahəsinə 20 faiz əlavə sahə olmaqla yeni mənzillər verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün 600 manat məbləğində kirayə haqqı ödənilməsi öhdəliyini Cavabdeh MTK öz üzərinə götürür. Bu öhdəliklərin icrasına isə yerli icra hakimiyyət orqanı nəzarət edir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.3-cü maddəsində şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin müvafiq icra hakimiyyəti orqanları, yəni səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsi müəyyən olunmuşdur. Həmçinin, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli, xx.xx.2012-ci il tarixli Fərmanının 3.11.1-ci və 3.11.2-ci bəndlərində qeyd edilmişdir ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir. Göründüyü kimi, köhnə binaların sökülüb yerinə yeni binaların tikilməsinə müvafiq icra hakimiyyət orqanları nəzarət edir və buna görə də mübahisəli binanın yerləşdiyi ərazi üzrə Bakı şəhər nizami Rayon icra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə araşdırılması ilə müəyyən olunur ki, tikinti işlərini aparan qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ilkin iddia üzrə iddiaçılara edilən həmin təkliflər, Cavabdeh MTK-nın üzərinə müvafiq sərəncamla qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MTK bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, ilkin və qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, ilkin iddia üzrə iddiaçılara əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmusdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmusdur, Dövlətlərin, digər məsələlərlə yanası, mülkiyyətdən ictimai maraga uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə baglıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (bax: Kozacıoglu Türkiyəyə qarsı [BP], 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistinš və Perepjolkins Latviyaya qarsı [BP], 71243/01, § 93, 25 oktyabr 2012-ci il). Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə xx.xx.2021-ci il tarixli rəy ilə ünvan 2 ünvanında yerləşən yaşayış evinin texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, şəhərsalma və tikinti normalarına cavab verməməsi barədə rəy verilmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz onlar üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Məhkəmə bildirir ki, Cavabdeh MTK-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərinə uyğundur, kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə müvafiq sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MTK tərəfindən hər hansı maneə yoxdur. Qarşılıqlı iddiaçı tərəfindən vaxtında bu sərəncamla üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi, yəni köhnə binaların sökülərək yerində yeni binaların tikilməsinin gecikdirilməsi onun əlavə maliyyə itkilərinə məruz qalması ilə nəticələnə və həmin binada yaşayan digər sakinlərin də yeni mənzilə dair gözlənti hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması zamanı Cavabdeh MTK tərəfindən müvafiq sərəncamın icrası ilə bağlı qarşılıqlı iddia üzrə cavabdehlərin mülkiyyət hüququnun pozulması hallarına yol verilməmiş, onlara mülkiyyətlərində olan əmlakın müqabilində onlara ədalətli təkliflər edilmişdir. Belə olan halda MTK-nın üzərinə düşən öhdəlikləri icra etməsi və sakinlərə ədalətli mənzil sahələri və kompensasiya təklifləri onların öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia tələbi qüzrə qeyd edilən mübahisəli mənzillərin 20 faiz artıq sahəsi olan təmirli mənzil verməklə, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə kirayə haqqı ödənilməklə, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi məqsədilə ilkin iddia üzrə iddiaçıların mülkiyyətlərində mənzillərindən çıxarılmasını mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi nəzərdə tutulmamalıdır. Belə ki, ilkin iddia üzrə cavabdeh MTK ilkin iddia üzrə iddiaçılarn mülkiyyətində olan mənzillərini satın almaq deyil, sadəcə həmin mənzillərin yerləşdiyi yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə onlara müvafiq yeni, tam təmirli mənzil vermək, mənzillər tikilib təhvil verilənədək onlara müvəqqəti yaşamaq üçün yaşayış yerlərinə görə aylıq kirayə haqqı ödəmək niyyətindədir. Bundan əlavə məhkəmə bildirir ki, Cavabdeh MTK tərəfindən iş materiallarına əlavə edilmiş mübahisəli binada yerləşən mənzillərdə yaşayan digər sakinlərlə aralarında bağlanmış müqavilələr ilə həmin sakinlər öz mənzillərini MTK-ya verməyi, MTK isə bu mənzillərin əvəzinə yeni tikilən binada ümumi sahəyə 20 faiz əlavə etməklə təmirli mənzillər verilməsini və müvəqqəti yaşayış üçün 600-650 manat arası kirayə haqqı ödəmələrini öz öhdələrinə götürmüşlər. Mübahisəli binanın digər sakinləri ilkin iddiaçıların mənzilləri ilə bağlı onlara edilən təkliflərə oxşar təkliflərlə öz mənzillərinin sökülməsinə və yeni tikilən binalarda onlara yeni mənzillərin verilməsinə öz razıllıqlarını vermişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir, bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə uyğun olaraq bildirir ki, Cavabdeh MTK-nın məhkəmə iclasında verdikləri izahatlarında razılıq üçün qeyd etdikləri tələblər ilə sərəncamını icra edən MTK tərəfindən ilkin iddia üzrə iddiaçıların, qarşılıqlı iddia üzrə cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, onlara mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təkliflər edilir. Lakin mübahisəli mənzillərin mülkiyyətçiləri olan qarşı tərəflərin kifayət qədər əlverişli şərtlərlə və ağlabatan təklifləri ilə razılaşmamaları onların hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirilməlidir. İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh MTK tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən Sərəncamı icra edən qarşılıqlı iddiaçıya ziyan vuran şəkildə suiistifadə edirlər ki, onların bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Belə ki, onlar tərəfindən də məhkəmə prosesi zamanı mənzilinin sökülərək əvəzinə yeni tikiləcək müasir binada tam təmirli yeni mənzilin verilməsinə etiraz edilməmiş, lakin veriləcək mənzilin sahəsində, onlara 20 faizdən də əlavə sahə verilməsində, verilən kirayə haqqının məbləğində və yaxud onların mənzillərinin yerinə pul kompensasiyasının verilməsində mübahisələrinin olması bildirilmişdir. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). Məhkəmə ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı idddia üzrə cavabdehlərin vəkili və nümayəndəsinin məhkəmənin sonuncu iclasında verdiyi izahatında müdafiə etdiyi şəxslərin məhkəmədə verdikləri izahatlarında qeyd etdikləri təkliflərinin MTK-nın rəhbərliyinə onun məhkəmədə iştirak edən nümayəndəsi Ceyhun müəllim tərəfindən çatdırılması və bununla bağlı tərəflər arasında razılıq əldə edilməsi məqsədi ilə məhkəmə iclasının 10-14 gün təxirə salınmasına münasibətdə bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında verdikləri təklifin son olduğunu, təklifin dəyişməyəcəyini bildirdiyindən, tərəflər arasında bu vaxtadək edilən təkliflərə baxmayaraq barışıq əldə edilmədiyindən, iş üzrə məhkəmə baxış iclasının təxirə salınması işin lüzumsuz uzanmasına və digər tərəfin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxaracağından, mülki iş məhkəmə baxış iclasında olduğundan mülki işə baxılıb iş üzrə yekun məhkəmə qərarı qəbul edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, İddiaçı2 məxsus olan ünvan 2 ünvanında yerləşən 11 saylı mənzilinin əvəzinə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa ediləcək çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzil verilməli, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılmalı və mənzil sökülməli, İddiaçı3 məxsus olan ünvan 2 ünvanında yerləşən 7 saylı mənzilinin əvəzinə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa ediləcək çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzil verilməsi, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılmalı və mənzil sökülməli, İddiaçı1 məxsus olan ünvan 2 ünvanında yerləşən 16 və 18 saylı mənzillərinin əvəzinə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa ediləcək çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzillər verilməli, yeni mənzillər ilə təmin edilənədək ona hər ay hər mənzilə görə 600 manat kirayə haqqı ödənilməklə həmin mənzillərdən çıxarılmalı və mənzillər sökülməli, İddiaçı4 məxsus olan ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilinin əvəzinə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa ediləcək çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzil verilməli, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılmalı və mənzil sökülməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri qismində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da ona aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı “İddiaçı1 Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 39, 16 və 18 saylı mənzillərinə, İddiaçı3 ünvan 2, 7 saylı mənzilinə, İddiaçı4 ünvan 2, 10 saylı mənzilinə və İddiaçı2 ünvan 2, 11 saylı mənzilinə Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən mülkiyyət hüquqlarının pozulmasına yönəlmiş qanunsuz müdaxilənin aradan qaldırılması” barədə ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı2 məxsus olan ünvan 2 ünvanında yerləşən 11 saylı mənzilinin əvəzinə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa ediləcək çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzil verilsin, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılsın və mənzil sökülsün. İddiaçı3 məxsus olan ünvan 2 ünvanında yerləşən 7 saylı mənzilinin əvəzinə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa ediləcək çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzil verilsin, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılsın və mənzil sökülsün. İddiaçı1 məxsus olan ünvan 2 ünvanında yerləşən 16 və 18 saylı mənzillərinin əvəzinə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa ediləcək çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzillər verilsin, yeni mənzillər ilə təmin edilənədək ona hər ay hər mənzilə görə 600 manat kirayə haqqı ödənilməklə həmin mənzillərdən çıxarılsın və mənzillər sökülsün. İddiaçı4 məxsus olan ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilinin əvəzinə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa ediləcək çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzil verilsin, yeni mənzil ilə təmin edilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılsın və mənzil sökülsün. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. İlkin iddia üzrə İddiaçı1 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK tərəfindən ayrıayrılıqda ödənilmiş 100 manat dövlət rüsumu onlara aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar