Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1889/2024 09.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin qoyulması və pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin qoyulması və pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh QSC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin qoyulması və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh QSC arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsi ilə elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin Cavabdeh QSC-nin üzərinə qoyulması, xx.xx.2024-cü il tarixdən işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat pulun Cavabdeh QSC-dən tutuluraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh QSC ilə 3 aylıq müddətli əmək müqaviləsi bağlayaraq QSC-nin İnsan resursları meneceri vəzifəsində işə başlamışdır. 2024-cü ilin yanvar ayında digər iş yerlərindən ona daha münasib iş təklifləri gəldiyi üçün Cavabdeh QSC ilə əmək müqaviləsinə xitam vermək qərarına gəlmişdir. Əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi üçün xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh QSC-nin direktoru Emin Qurbanova ərizə ilə müraciət etmişdir. Lakin onunla bağlanılmış müddətli əmək müqaviləsinin müddətinin bitdiyi üçün əmək müqaviləsinin faktiki olaraq xitam olunmasına baxmayaraq işəgötürən Cavabdeh QSC əmək müqaviləsinin xitam edilməsi ilə bağlı əmək müqaviləsi bildirişini gücləndirilmiş elektron imza vasitəsi ilə elektron informasiya sisteminə daxil etməkdən imtina etmişdir. Bu barədə Cavabdeh QSC-nin direktoru Emin Qurbanova “whatsapp” proqramı vasitəsilə yazaraq, onunla bağlanmış əmək müqaviləsinin xitam edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəsini nəzərə alaraq, əmək müqaviləsinə xitam verilməsi barədə bidirişin elektron informasiya sisteminə daxil edilməsini ondan xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə müraciətlərinə cavab olaraq e-mail adresinə elektron məktub göndərilmiş və həmin məktuba QSC-nin direktoru Emin Qurbanov tərəfindən imza edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu əlavə edilmişdir. Həmin xəbərdarlıq məktubunda onun əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh QSC-yə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəyə baxıldığı, onunla son haqq-hesab aparılması üçün ona təhvil verilmiş inventarları, sənədləri, avadanlıqları qanunla nəzərədə tutulmuş formada təhvil verildikdən sonra əmək müqaviləsinə xitam veriləcəyini, əks halda onunla bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam veriləcəyi, həmçinin qanunuyğun tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi qeyd olunmuşdur. İşə qəbul olunarkən ona hər hansı bir inventar, sənəd işəgötürən tərəfindən təhvil verilməmiş və təhvil-təslim haqqında işəgötürənlə onun arasında heç bir təhvil-təslim aktı və ya digər bir sənəd imzalanmamışdır. Hesab edir ki, işəgötürən tərəfindən ona qarşı bu cür tələblərin irəli sürülməsi tamamilə əsassızdır. Bildirmək istəyir ki, QSC tərəfindən əmək müqaviləsinin xitam edilməsi ilə bağlı əmək müqaviləsi bildirişini gücləndirilmiş elektron imza vasitəsi ilə elektron informasiya sisteminə daxil etməkdən imtina etməsi onun başqa yerdə işləmək imkanını 3 aydan çox olan müddətə olaraq məhdudlaşdırmışdır. Elektron informasiya sistemində hələ dəCavabdeh QSC-nin işçisi kimi qeydiyyatda qaldığı üçün bu müddət ərzində ona gələn iş imkanlarını dəyərləndirə bilməməklə yanaşı, digər iş yerlərində iş axtarmağı da qeyri-mümkün olmuşdur. Həmçinin hesab edir ki, işəgötürən tərəfindən onun əmək kitabçası ona müddətli əmək müqaviləsinin bitdiyi gün, yəni sonuncu iş günü sayılan xx.xx.2024-cü il tarixdə verilməli olduğu halda hələ də ona təqdim edilmədiyi üçün, işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı işəgötürən tərəfindən ona ödənilməlidir.
Cavabdehin etirazı və onun əsaslandığı hallar:
3. Cavabdeh QSC elektron kabinet vasitəsilə iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi, "xxxx" QSC-də insan resursları meneceri vəzifəsində işləyirdi. Və o, tutduğu vəzifəyə uyğun olaraq işçilərlə bağlı bütün sənədləşmə işlərini aparmalı idi. Lakin, iddiaçı xx.xx.2023-cü il tarixdə məzuniyyətə gedəndə Cavabdeh QSC-də İnsan Resursları üzrə mütəxəssis vəzifəsində işləyən Şahid tərəfindən kadr sənədlərində müəyyən çatışmamazlıqlar aşkar olunmuşdur. Buna dair Qüsur aktı da tərtib olunmuşdur. İddiaçı məzuniyyətdən qayıtmadan işdənçıxma ərizəsini digər əməkdaş vasitəsilə təqdim etmiş, iddiaçıya rəsmi məlumat verilmişdir ki, o, işə gəlib çatışmayan sənədləri təhvil verməli və bundan sonra onunla son haqq-hesab aparılacaqdır. İddiaçının öz əmək kitabçası belə müəssisədə mövcud deyil. Bu o deməkdir ki, iddiaçı öz səlahiyyətlərdən istifadə edərək öz əmək kitabçasını özündə saxlamışdır. Buna görə də cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməmiş və onunla son haqq-hesab aparmamışdır. Çünki, AR Əmək Məcəlləsinin 87.3-cü maddəsinə əsasən, işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Bundan əlavə, Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Yuxarıda göstərilən maddədən də göründüyü kimi, iddiaçı işə gəlib son haqq-hesabı almalı olduğu üçün cavabdeh də buna görə onu gözləyib əmək müqaviləsinə xitam verməmişdir. İddiaçının aylarla gözləyib Cavabdeh QSC-yə son haqq-hesab aparılması üçün gəlməməsi müəyyən təəccüb və şübhələr doğurur. İddiaçı öz işində yol verdiyi nöqsanları bilərək müəssisəyə təqdim etməli olduğu sənədləri təqdim etməkdən boyun qaçırmışdır. AR Əmək Məcəlləsinin 172.6-ci maddəsi tətbiq olunmamalı və işçiyə işə düzələ bilmədiyi üçün bütün müddət üçün orta əmək haqqı ödənilməməlidir. Çünki, yaranmış vəziyyətdə əmək kitabçasının verilməməsi və son haqq-hesab aparılmaması işəgötürənin, yəni cavabdehin təqsiri üzündən ləngiməmişdir. İddiaçıdan dəfələrlə son haqq-hesab aparılması üçün işə gəlməsi xahiş olunmuş, lakin iddiaçı israrla bundan boyun qaçırmışdır. Hal-hazırda da cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə qarşı deyildir, sadəcə sənədləşmənin düzgün aparılması üçün iddiaçının işə gəlməsi şərtdir.
İş materialları :
5. xx.xx.2024-cü il tarixli “Mediasiya Prosesinin tətbiqi barədə təklif”dən görünür ki, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi barədə Cavabdeh QSC-yə təklif göndərilmişdir.
6. Bakı 10 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00200 nömrəli “X2 (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iştirak etsə də, Cavabdeh QSC-nin nümayəndəsi X2 iştirak etməmişdir. X4 50 manat İMS və 10 manat poçt xərcini nağdsız formada ödəmişdir.
7. "xxxx" QSC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, məktubda İddiaçı Cavabdeh QSC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair ərizəsinə tərəflərindən baxıldığı, onunla son-haq-hesab aparılması üçün ona təhvil verilmiş invertarları, sənədləri, avadanlıqları qanunla nəzərdə tutulmuş formada təhvil verildikdən sonra əmək müqaviləsinə xitam veriləcəyi, əks halda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən müqaviləsinə xitam veriləcəyi və qanunauyğun tədbirlərin görülməsi üçün hüquqmühafizə orqanlarına müraicət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
8. myGov.az. portalından xx.xx.2024-cü il tarixdə əldə edilmiş “vətəndaşın iş yeri haqqında arayış”dan görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixində direktor vəzifəsi üzrə əmək müqaviləsi bağlanmışdır.
9. myGov.az. portalından xx.xx.2024-cü il tarixdə əldə edilmiş “vətəndaşın iş yeri haqqında arayış”dan görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixində direktor vəzifəsi üzrə əmək müqaviləsi bağlanmışdır.
10. myGov. az. portalından xx.xx.2024-cü il tarixdə əldə edilmiş “vətəndaşın iş yeri haqqında arayış”dan görünür ki, İddiaçı ilə "xxxx" QSC arasında xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək insan resursları üzrə menecer i üzrə əmək müqaviləsi bağlanmışdır.
11. Cavabdeh QSC-yə İR üzrə mütəxəssis Şahid tərəfindən ünvanlanmış xx.xx.2023cü il tarixli məlumatdan görünür ki, Şahid xx.xx.2023-cü il tarixində İR üzrə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Həmin dövrdə İddiaçı İR üzrə menecer vəzifəsində çalışırmış. xx.xx.2023-cü ildə İddiaçı məzuniyyətə gedəndə ona heç bir sənəd təhvil verilməmişdir. Və öz araşdırmalarının nəticəsində aşağıdakı çatışmazlıqları aşkar etmişdir. Nəzərə alınmasını xahiş etmişdir: - EMAS da işçilərin qeydiyyatında səhvlər var; - İşləyən bəzi işçilərin əmək kitabçalarının (5 işçinin: 4 nəfərin iddiasına görə əmək kitabçaları təqdim edilblər hazırda yoxdur və həmçinin X3 əmək kitabçası); -1C tam işçi məlumatları yoxdur; - Baza tam deyil; -Əmək müqaviləsinə əlavələr yoxdur;
12. Cavabdeh QSC-nin baş direktoru tərəfindən təsdiq edilmişvə İR üzrə mütəxəssis Şahid tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, bu akt ondan ötrü tərtib olunur ki, xx.xx.2023-cü il tarixindən ona həvalə olunan Cavabdeh QSC şirkətinin kadrlara aid olan sənədləri təhvil verilməmişdir və yoxlama nəticəsində kadr sənədlərində aşağıdakı çatışmamazlıqlar aşkarlanmışdır. (10-cu bənddə qeyd edilən qüsurlar)
13. Cavabdeh QSC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh QSC-də İnsan resursları şöbəsində insan resursları üzrə menecer vəzifəsinə qəbul edilmişdir. Müqavilə 3 ay 1 gün müddətinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək bağlanmışdır. Əmək haqqı 1330 manat təşkil etmişdir.
14. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə dəyişiklik edilməsinə dair bildiriş sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. Həmin bildirişə əlavə edilmiş Qeyd: AR ƏM-nin 73-cü maddəsinə əsasən Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
15. Hüquqi yardımın göstərilməsi haqqında 168 nömrəli müqavilədən görünür ki, İddiaçı ilə “BHM və Partnyorıarı” vəkil bürosu arasında xx.xx.2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən Vəkil Nümayəndə tərəfindən Nizami rayon Məhkəməsində mülki işlər üzrə hüquqların müdafiəsinə dair hüquqi yardım göstərməyi öhdəsinə götürmüşdür.
16. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 168 nömrəli müqavilə üzrə BHM və Partnyorları Vəkil bürosunun hesabına 300 manat ödəniş edilmişdir.
Tərəflərin izahatları :
17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh QSC ilə 3 aylıq müddətli əmək müqaviləsi bağlayaraq QSC-nin “insan resursları meneceri” vəzifəsində işə başlamışdır. Əmək müqaviləsi hər dəfə 3 aylıq müddətə uzadılmışdır. Sonuncu dəfə müqavilənin müddəti noyabr ayında uzadılmışdır. Müqavilənin müddəti bitdikdən sonra iddiaçı müqavilənin müddətini uzatmaq istəməmişdir. O, xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmış və iddiaçı sonra işə çıxmamışdır. Həmin ərizəyə cavab olaraq cavabdeh tərəfindən 29 fevral 2024-cü il tarixli xəbərdarlıq məktubunda iddiaçı ilə son haqq-hesab aparılması üçün iddiaçıya təhvil verilmiş inventarları, sənədləri, avadanlıqları qanunla nəzərədə tutulmuş formada təhvil verildikdən sonra əmək müqaviləmə xitam veriləcəyi, əks halda iddiaçı ilə bağlanan əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam veriləcəyi, həmçinin qanunuyğun tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi qeyd olunmuşdur. Fevral ayının 4-də məzuniyyətin müddəti bitmiş, fevral ayının 5-də iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ərizə vermişdir. İddiaçıda əmək kitabçası yoxdur. AR Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinə xitam verildiyi zaman hər hansı sənədlərin təhvil verilməsi şərti qeyd edilməmişdir. Şahid öz ifadəsində də bildirmişdir ki, iddiaçı özü ilə heç bir inventar aparmamışdır, notebook iş yerində olmuşdur. Tutaq ki, əmək kitabçası təhvil verilsə belə, əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş sistemə yerləşdirilməmişdir. Buna görə də, iddiaçı yeni işə qəbul ola bilməmişdir. İşəgötürənin təqsiri üzündən iddiaçı işə düzələ bilmədiyi bütün müddət üçün orta aylıq əmək haqqı miqdarında pul ödənilməsini xahiş edir. AR Əmək Məcəlləsinin 172.6-cı maddəsinə əsasən işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. İddiaçı 05 fevral 2024-cü il tarixindən işə düzələ bilmədiyi müddətə qədər orta aylıq əmək haqqı miqdarında pul ödənilməsini tələb edir. AR Əmək Məcəlləsinin 172.6-cı maddəsində təkcə əmək kitabçası qeyd edilsə də, ümumi qanunvericiliyə baxıldıqda isə həmçinin əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş də sistemə yerləşdirilməlidir. Mediasiyada tərəflər arasında razılıq olmamışdır. Cavabdeh tərəfindən Səbinə adlı xanım etibarnaməsiz gəldiyi üçün mediasiya prosesi təxirə salınmış, növbəti prosesə cavabdeh tərəf gəlməmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, iddiaçı ilə dəfələrlə əlaqə saxlanılaraq ona işə gəlməsi və heç olmasa, əmək kitabçasını təhvil verməsi və əmək kitabçasında müvafiq qeyd aparıldıqdan sonra ona təhvil verilməsi bildirilmişdir. Lakin işçinin əmək kitabçası müəssisədə olmadığı üçün işəgötürən cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilə bilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 87.3-cü maddəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Həmçinin işçinin işdən çıxması ilə bağlı şirkətin müəyyən etdiyi öz qaydaları da var idi. İşçi ilə əmək müqaviləsinə xitam verilməsi üçün işçinin şəxsən özü ərizəni təqdim etməli idi. Həmçinin işçiyə təhvil verilmiş sənədləri, inventarların təhviltəslimi aparılmalı idi. Bu prosedurlardan iddiaçının özünün də məlumatı olmuşdur. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması niyyəti olmamışdır. Sadəcə işə gəlmədiyi üçün işəgötürən tərəfindən xəbərdarlıq məktubu yazılmışdır.
Şahid ifadəsi:
19. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid izahatından bildirmişdir ki, o, cavabdeh şirkətdə 21 noyabr 2023-cü il tarixindən işləyir. Həmin vaxt Nurlan şirkətdə insan resursları üzrə menecer vəzifəsində onunla eyni şöbədə mütəxəssis kimi işləyirmiş. İddiaçı əvvəlcə əsas məzuniyyətindən, sonra isə ödənişsiz məzuniyyətdən istifadə etmişdir. Ödənişsiz məzuniyyətə çıxmasının səbəbi uşağın xəstə olması ilə bağlı olduğunu bildirmişdir. Məzuniyyət bitdikdən sonra işə çıxmamış, işə gəlib hər hansı təhvil təslim etməmişdir. İddiaçı işə gəlmədən ərizə yazıb işdən çıxdığı üçün hazırlanmamış bir çox sənədlər qalmışdır. İddiaçı məzuniyyətə çıxmamışdan bir neçə gün öncə əmək kitabçasının ona lazım olduğunu bildirib özü ilə götürmüşdür. İddiaçı insan resursları üzrə menecer olduğu, ondan rəhbər vəzifədə olduğu üçün onun iddiaçıdan əmək kitabçasını nə üçün götürdüyünü soruşmaq və müvafiq qeyd aparılmasını tələb etmək səlahiyyəti olmamışdır. Adi işçi əmək kitabçasını götürdüyü zaman kitabçaya qeyd yazılır. Nurlan özü olduğu üçün bunu etməmişdir. Həmçinin bir neçə işçinin də hazırda əmək kitabçası tapılmır. Onlar isə Nurlana təhvil verdiklərini bildirirlər. Lakin bununla bağlı Nurlan tərəfindən qeyd edilməmişdir. Həmçinin o, həmin əmək kitabçalarının Nurlan tərəfindən özü ilə götürüldüyünün şahidi olmadığını bildirmişdir. Bir qayda olaraq işçi işdən çıxmaqla bağlı 1 ay qabaqcadan ərizə yazır. O, ərizəni rəhbərliyə təqdim etməli, bir ay sonra işçiyə işdən çıxdığı sonuncu gün, günün ikinci yarısı son haqq-hesabı, əmək kitabçası işçiyə təhvil verilməli, işçinin tabelləri maliyyə şöbəsinə verilməli, EMAS sistemində işçinin əmək müqaviləsinə xitam verilməli, bundan sonra əmək kitabçasında qeydlər aparılmalıdır. Lakin iddiaçı işə çıxmamış, ərizəni özü təqdim etməmiş, ərizəni göndərməklə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etmişdir. Otaqda olan inventarlar onlara təhvil verilir. İddiaçıya inventarın verilməsi ilə bağlı hər hansı sənədin imzaladılmasından məlumatı yoxdur. İddiaçı işdən gedərkən otaqda olan heç bir inventarı özü ilə götürməmişdir. Sadəcə şirkətin verdiyi nömrə onda olmuşdur. O, iddiaçıdan soruşduqda iddiaçı nömrəni atdığını və nömrənin onda olmadığını bildirmişdir. İddiaçı işdən çıxmaq niyyəti ilə getmədiyi, məzuniyyətə çıxdığı üçün onunla təhvil-təslim edilməmişdir. Həmçinin nömrə də Nurlandan geri qayıdacağına görə tələb edilməmişdir. Dekabr ayında 13 günlük əsas məzuniyyətindən istifadə etmiş, sonra isə öz hesabına ödənişsiz məzuniyyətdən istifadə etmişdir. Nurlan yanvar ayının 11-dən fevral ayının 4-nə kimi məzuniyyətdə olmuşdur. Çünki iddiaçı işə qəbul olunduğu zaman o, şirkətdə işləməmişdir. İddiaçı işə gəlmədiyi üçün o, özü rəhbərliklə akt əsasında təhvil-təslim etmişdir.
İşin faktiki halı :
20. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə 3 ay 1 gün müddətinə müddətli əmək müqaviləsi bağlanılmışdır.
21. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixinədək 2 dəfə uzadılmışdır.
22. İddiaçı xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsinə dair ərizə ilə Cavabdeh QSC-yə müraciət etmişdir.
23. İddiaçı onlar arasında bağlanılmış əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilməsi ilə bağlı iradə ifadəsini yazılı qaydada xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə bildirsə də, cavabdeh tərəfindən onlar arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməmişdir.
24. İddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməməsi və bununla bağlı elektron informasiya sisteminə məlumat yerləşdirilməməsi ilə əlaqədar olaraq İddiaçı faktiki olaraq əmək münasibətlərində olmasa da, formal cəhətdən o, "xxxx" MMC ilə əmək münasibətində olduğu görünür.
Məhkəmə baxışının hədləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə-iddiaçılar;
28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (xx.xx.2024-cü il tarixli qanun qəbul edilənədək qüvvədə olan müddəalar):
2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
2. 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 3.4-1. Əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; 12.1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 68.1 Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2 Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73.2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 87.2 İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə
Məhkəmənin mövqeyi :
29. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
30. İddiaçı Cavabdeh QSC-yə qarşı olan “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin qoyulması və pul” tələbini Cavabdeh QSC ilə aralarında bağlanılmış müddətli əmək müqaviləsinin müddətinin bitməsi və onun tərəfindən əmək münasibətlərinə xitam verilməsi ilə bağlı iradə ifadəsinin bildirilməsinə baxmayaraq cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməməsi və bunun onu digər işəgötürənlər ilə əmək müqaviləsi bağlamaq imkanından məhrum etməsi ilə əsaslandırmışdır.
31. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbi şərti olaraq aşağıdakı hissələrdən ibarətdir: a. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması; b. İşə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsi; c. Hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması.
İddia tələbinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı:
32. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
33. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
34. İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixdə bitməsi və onun tərəfindən xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsinə dair ərizə ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh tərəfindən qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsi ilə elektron informasiya sisteminə daxil edilməməsi ilə əsaslandırmışdır.
35. Məhkəmə qeyd edir ki, nəzərdən keçirilən halda, iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsi nəzərdən keçirilə bilər.
36. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 37 Əmək Məcəlləsinin 73-cü maddəsinin məzmunundan görünür ki, işçi və işəgötürən arasında bağlanılmış müddətli əmək müqaviləsinin müddətinin qurtardığı gündən bir həftə ərzində tərəflərdən hər hansı biri əmək müqaviləsinə xitam verilməsini tələb etmirsə, müqavilə bağlanılan müddətə uzadılmış hesab edilir.
38. Əksinə işçi və işəgötürən arasında bağlanılmış müddətli əmək müqaviləsinin müddətinin qurtardığı gündən bir həftə ərzində tərəflərdən hər hansı biri əmək müqaviləsinə xitam verilməsini tələb edirsə, o zaman müddətli əmək müqaviləsinə xitam verilməlidir.
39. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh QSC ilə xx.xx.2023-cü il tarixdə 3 ay 1 gün müddətinə əmək müqaviləsi bağlamaqla insan resusları üzrə menecer vəzifəsi üzrə işə qəbul edilmişdir. Daha sonra tərəflərdən heç biri əmək müqaviləsinə xitam verilməsini tələb etmədiyi üçün tərəflər arasında əmək münasibətləri davam etmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsinin müddəti 2 dəfə uzadılmışdır. xx.xx.2024-cü il tarixdə isə iddiaçı Cavabdeh QSC-yə ərizə ilə müraciət edərək əmək münasibətlərinə xitam verilməsi ilə bağlı iradə ifadəsini bildirmiş və əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməmişdir.
40. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından görünür ki, Cavabdeh QSCnin baş direktoru tərəfindən iddiaçının əmək müaviləsinə xitam verilməsinə dair ərizəyə münasibətdə iddiaçıya xəbərdarlıq məktubu göndərilərək, iddiaçıya verilmiş inventarları, sənədləri, avadanlıqları qanunda nəzərdə tutulmuş formada təhvil verildikdən sonra əmək müqaviləsinə xitam veriləcəyini, əks halda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir.
41. Cavabdeh QSC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında işçi ilə əmək müqaviləsinə xitam verilməməsinin səbəbi olaraq 2 əsas göstərmişdir : iddiaçının əmək kitabçasını özü ilə aparması ilə əlqədar əmək kitabçasının müəssisədə olmaması, iddiaçının müəssisəyə gəlib cavabdeh ilə təhvil-təslim aparmaması.
42. Cavabdehin nümayəndəsi yuxarıda qeyd edilən xəbərdarlıq məktubuna münasibətdə isə qeyd etmişdir ki, işəgötürənin iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarmaq niyyəti olmamışdır. Sadəcə iddiaçının işə çıxmaması ilə əlaqədar onun işə gəlməsi üçün yazılmışdır.
43. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə əsasən əmək müqaviləsi işəgötürən ilə işçi arasında fərdi qaydada, sərbəst surətdə bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquqlarını və vəzifələrini müəyyən edən yazılı müqavilədir.
44. Əmək qanunvericiliyində əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmasının mümkünlüyü müəyyən edilmişdir.
45. Əmək qanunvericiliyində müddətli əmək müqaviləsinin bağlanılması imkanının müəyyən edilməsi məşğulluğa kömək, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət etməklə yanaşı, işəgötürənlərin müvəqqəti xarakterli ehtiyaclarının qarşılanmasına da imkan verir.
46. Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən həmin normada nəzərdə tutulan hallarda əmək müqaviləsi müddətli bağlana bilər. Həmin normada nəzərdə tutulmuş hallardan biri də “f” bəndinə əsasən “tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə” müddətli əmək müqaviləsinin bağlanması mümkünlüyüdür.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva edir.
48. Konstitusiyanın əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
49. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir.
50. Əməyin azadlığı əmək hüququnun əsas prinsiplərindən olmaqla, Əmək Məcəlləsinin məcburi əməyin qadağan edilməsi adlı 17-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır.
51. Beləliklə, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır.
52. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir və işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır.
53. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir.
54. Əmək qanunvericiliyində müəyyən edilmiş imperativ normalardan biri olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilmə əsasları öz əksini tapmışdır. Onlardan biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır.
55. Yuxarıda qeyd etdiyimiz kimi Əmək Məcəlləsinin 73-cü maddəsində isə müddətli əmək müqaviləsinə əsasən yaranan əmək münasibətlərinin davam etməsi proseduru tənzimlənmişdir.
56. İşin məhkəmə tərəfindən təqdiq edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq müddətli əmək müqaviləsinin müddətinin qurtardığı vaxtdan 1 həftə ərzində əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verilməsinə baxmayaraq Cavabdeh QSC əmək qanunvericiliyinin imperativ tələblərini pozmaqla, iddiaçı ilə əmək müqaviləsinə xitam verməmiş və bu barədə əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil eməmişdir.
57. Cavabdeh QSC-nin əmək müqaviləsinə xitam verilməməsinin əsası kimi istinad etdiyi hallara münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
58. İlk öncə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 48-ci maddəsində əmək müqaviləsi bağlanılarkən işçinin təqdim etdiyi sənədlər qeyd edilmişdir. Həmin sənədlərdən biri də əmək kitabçasıdır.
59. Odur ki, belə qəbul edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanılan zaman iddiaçı tərəfindən əmək kitabçası işəgötürən cavabdehə təqdim edilmişdir.
60. Bu baxımdan həmin əmək kitabçasının işçi tərəfindən özü ilə götürülməsini sübut etmək vəzifəsi də işəgötürənin üzərindədir. Lakin işəgötürən tərəfindən qeyd edilən hal sübuta yetirilə bilməmişdir, məhkəməyə qeyd edilən halı təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir.
61. Cavabdeh qeyd edilən halı təsdiq etmək üçün şahid ifadəsinə istinad etsə də, başqa sübutlarla öz təsdiqini tapmayan, hazırda həmin müəssisədə işləyən şahid tərəfindən verilən ifadə məhkəmə tərəfindən qeyd edilən halı təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
62. Məhkəmə həmçinin qeyd edir ki, əmək kitabçasının cavabdeh müəssisədə olmaması işəgötürənə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə mane deyildir.
63. Cavabdeh QSC etiraz ərizəsində qeyd etmişdir ki, ƏM-nin 87.3-cü maddəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün verilməli olduğundan, habelə ƏM-nin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanaraq və müəssisənin möhürü ilə təsdiqlənərək işçinin əmək kitabçası və son haqq-hesab ilə birlikdə sonuncu iş günü işçiyə verilməli olduğundan və işçinin əmək kitabçası müəssisədə olmadığından hazırda əmək müqaviləsinə xitam verilməsi üçün işçi işə gəlməli və həmçinin əmək kitabçası müəssisəyə təqdim edilməlidir.
64. Məhkəmə etiraz ilə bağlı qeyd edir ki, qanunvericiliyin qeyd edilən müddəalarının tələbindən göründüyü kimi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsi üçün əmək kitabçasının zəruriliyi deyil, əmək müqaviləsinə xitam verildikdən sonrakı prosesdə artıq əmək kitabçasının işçiyə təqdim edilməsinin zəruriliyi müəyyən edilmişdir.
65. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinin məzmunundan görünür ki, əmək müqaviləsinin ləğv edilməsi Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq işəgötürnənin əmri ilə rəsmiləşdirilməlidir. Yəni qeyd edilən normalarda müəyyən edilmiş əsaslar olduqda, həmin normalarda müəyyən edilmiş qaydalara uyğun olaraq əmək müqaviləsinə xitam verilməlidir.
66. Cavabdehin nümayəndəsi həmçinin qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməməsinin əsaslarından biri işçinin müəssisəyə gəlib təhvil-təslim etməməsidir.
67. Məhkəmə araşdırılması nəticəsində isə müəyyən edilmişdir ki, Cavabdeh QSC tərəfindən iddiaçıya xəbərdarlıq məktubunda qeyd edildiyi kimi hər hansı avadanlıq, inventar verilməmişdir.
68. İş materiallarında iddiaçıya cavabdeh tərəfindən avadanlıq, inventar verilməsinə dair sənəd yoxdur. Həmçinin məhkəmə iclasında dindirilmiş şahid öz ifadəsində qeyd etmişdir ki, iddiaçı müəssisədən gedərkən özü ilə hər hansı bir avadanlıq, inventar aparmamaışdır. Sadəcə müəssisəyə məxsus olan nömrə onda olmuşdur. Məzuniyyətə getdiyi üçün həmin nömrə iddiaçıdan tələb edilməmişdir.
69. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməməsi əsasları qismində etiraz ərizəsində və cavabdehin nümayəndəsinin izahatında həmçinin qeyd edilmişdir ki, iddiaçı sənədləşmə işlərini tam, düzgün aparmamış, öz əmək funksiyasını lazımi qaydada yerinə yetirməmiş, bu halı təsdiq edən qüsur aktı tərtib edilmiş, işçilər əmək kitabçalarını iddiaçıya verildiyini bildirmələrinə baxmayaraq bəzi işçilərin də əmək kitabçası müəssisədə aşkar edilməmişdir.
70. Məhkəmə qeyd edir ki, qeyd edilən halları işçinin əmək vəzifələrinin kobud pozuntuları kimi qəbul etsək belə, bu hal işçi ilə əmək müqaviləsinə xitam verilməməsi üçün deyil, əksinə əmək müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verilməsi üçün əsasdır.
71. Məhkəmə cavabdeh tərəfindən İddiaçı öz əmək funksiyalarını lazımi qaydada yerinə yetirməməsi, pozuntulara yol verməsi, o cümlədən iddiaçının əmək kitabçasının müəssisədə olmaması faktını təsdiq etmək üçün iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli məlumat və qüsur aktına münasibətdə isə məhkəmə qeyd edir ki, həmin sənədlər qeyd edilən halları təsdiq edən mötəbər sübut qismində qiymətləndirilə bilməz.
72. Məhkəmə həmin sənədləri işəgötürən tərəfindən öz etirazının dəlillərini təsdiq etmək üçün sonradan tərtib edilmiş sənədlər olaraq qiymətləndirmişdir.
73. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə əmək məzuniyyətinə çıxmışdır. Müvafiq akt isə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid (həmçinin həmin qüsur aktını tərtib etmiş şəxs) öz izahatında bildirmişdir ki, iddiaçı işdən çıxmaq niyyəti ilə getmədiyi, məzuniyyətə çıxdığı üçün onunla təhvil-təslim edilməmişdir.
74. Belə olan halda məhkəmədə sual yaranır ki, xx.xx.2023-cü il tarixdə məzuniyyətə çıxmış işçi barəsində nə üçün xx.xx.2023-cü il tarixdə yoxlama aparılaraq təhvil-təslim etməməsi barədə məlumat verillərək qüsur aktı tərtib edilir. Bu onu, deməyə əsas verir ki, həmin akt sonradan tərtib edilmişdir.
75. Həmçinin həmin akt bir işçi (məhkəməyə şahid qismində dəvət edilmiş) tərəfindən tərtib edilərək işəgötürən tərəfindən təsdiq edilmiş, qüsur aktında qeyd edilən halları təsdiq edən əlavə sənədlər məhkəməyə təqdim edilməmişdir
76. Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında qeyd olunur ki, əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə daxil olmaq imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Qeyd edilməlidir ki, əməyin azadlığı, eləcə də əmək müqaviləsi azadlığı təkcə əmək münasibətlərinə daxil olmada iradə azadlığını deyil, həm də tərəflərin qarşılıqlı razılığı, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tərəflərdən birinin təşəbbüsü ilə ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur.
77. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir.
78. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir.
79. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
80. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia tələbinin faktiki halları onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığından iddia tələbi hazırki hissədə təmin edilərək cavabdeh “”Electro İndustries” QSC-nin üzərinə İddiaçı ilə Cavabdeh QSC arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi qoyulmalıdır.
İddia tələbinin iddiaçının işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsi hissəsi ilə bağlı:
81. İddiaçı iddia tələbinin bu hissəsini cavabdeh tərəfindən onun əmək müqaviləsinə xitam verilərək əmək kitabçası xx.xx.2024-cü il tarixdə verilməli olduğu halda, hələ də əmək müqaviləsinə xitam verilməyərək təqdim edilmədiyindən işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının tutuluraq ona ödənilməli olması ilə əsaslandırmışdır.
82. Məhkəmə qeyd edir ki, iddia tələbi hazırki hissədə qismən təmin edilməlidir.
83. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, cavabdeh Electro İndustries” QSC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq İddiaçı ilə əmək müqaviləsinə xitam verilməməsi nəticəsində iddiaçı elektron informasiya sitemində Cavabdeh QSC-də işçi kimi qeydiyyatda qalmışdır.
84. Bu səbəbdən iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Belə ki, o, uzun müddətdir ki, başqa işə düzəlmək və qanunla müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlamaq imkanından məhrum olunmuşdur. Bütün bu halları nəzərə alıb, iddiaçı son çarə olaraq məhkəməyə müraciət etməklə, pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir.
85. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.6-cı maddəsinə əsasən işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir (MPM-nin 217.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixədək qüvvədə olan məzmun).
86. Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.
87. Məhkəmə qeyd edir ki, hazırki işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş və iddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir.
87. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, əmək müqaviləsinin müddəti qurtardığı tarixdə iddiaçı məzuniyyətdə olmuş və onun məzuniyyət müddəti xx.xx.2024-cü il tarixdə (həftənin bazar günü) bitmişdir. Əmək müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı ilk iş günü isə iddiaçı ərizə ilə cavabdehə müraciət etmişdir.
89. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
90. Əmək Məcəlləsinin 73.2-ci maddəsinin məqsədi həmin maddənin 1-ci bəndində göstərilən əmək müqaviləsinin müddətinin bitməsindən sonra 1 həftə ərzində tərəflərin əmək münasibətlərini davam etdirib-etdirməməsi ilə bağlı öz iradə ifadələrini bildirmək imkanını onlara tanımaqdır.
91. İşin faktiki hallarından isə görünür ki, iddiaçı cavabdeh ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iradə ifadəsini xx.xx.2024-cü il tarixdə bildirdiyindən, ƏM 87-ci maddənin 3-cü hissəsinin məqsədləri baxımından işəgötürən cavabdeh tərəfindən əmək müqaviləsinə həmin tarixdə xitam verilərək əmək kitabçası həmin tarixdə iddiaçıya təqdim edilməli idi.
92. Belə olan halda məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 6cı hissəsinin məqsədləri üçün iddiaçının hüquqlarının pozulduğu tarix olaraq (işə düzələ bilmədiyi müddətin başlanğıcı) xx.xx.2024-cü il tarix qəbul edilməlidir.
93. Məhkəmə qeyd edir ki, hazırki işin faktiki halları baxımından həmin normada nəzərdə tutulan “işə düzələ bilmədiyi bütün müddət” olaraq isə, İddiaçı ilə Cavabdeh QSC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sisteminə daxil edildiyi tarixədək olan müddət müəyyən edilməlidir.
94. Belə ki, iddiaçının iddia tələbinin faktiki əsasını cavabdeh tərəfindən hüquqlarının pozularaq əmək müqaviləsinə xitam verilməməsi, bu barədə bildirişin gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sisteminə daxil edilməməsi və nəticədə sistemdə aktiv əmək müqaviləsi bildirişi olduğu üçün işə düzələ bilməməsi təşkil edir .
95. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının işə düzələ bilmədiyi müddət üçün orta əmək haqqının hesablanması cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsinə dair ərizəsi nəzərə alınmayaraq onun hüquqularının pozulduğu xx.xx.2024-cü il tarixdən başalayaraq əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sisteminə daxil edildiyi tarixədək müəyyən edilməlidir.
96. Əmək Məcəlləsinin 177-ci maddəsinin 1-ci hissəsinə əsasən orta əmək haqqıişçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.
97. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının konstitusion hüququ olan əmək hüququnu həyata keçirə bilməməsində işəgötürənin təqsiri olduğundan xx.xx.2024-cü il tarixdən İddiaçı ilə Cavabdeh QSC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sisteminə daxil edildiyi tarixədək hesablanaraq İddiaçı işə düzələ bilmədiyi müddət üçün orta əmək haqqı ödənilməlidir.
İddia tələbinin hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı:
98. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi yardıma görə ödinilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına dair tələbi əsaslı olduğundan təmin edilməlidir.
99. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
100. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaiti ağlabatan olduğundan, iddia tələbi təmin edildiyindən və iddaçı tərəfindən müvafiq tələb irəli sürüldüyündən vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri :
101. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
102. Belə olan halda məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqları üçün İddiaçı ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.
Nəticə :
103. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçının Cavabdeh QSC-yə qarşı olan iddia tələbi qismən təmin təmin edilməli, İddiaçı ilə Cavabdeh QSC arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi Cavabdeh QSC-nin üzərinə qoyulmalı, xx.xx.2024-cü il tarixdən İddiaçı ilə Cavabdeh QSC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sisteminə daxil edildiyi tarixədək hesablanaraq İddiaçı işə düzələ bilmədiyi müddət üçün orta əmək haqqı və iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz manat) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
104. İddiaçı ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.
105. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh QSC arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi Cavabdeh QSC-nin üzərinə qoyulsun. xx.xx.2024-cü il tarixdən İddiaçı ilə Cavabdeh QSC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sisteminə daxil edildiyi tarixədək hesablanaraq İddiaçı işə düzələ bilmədiyi müddət üçün orta əmək haqqı və iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz manat) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddiaçı ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva