Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1894/2025 13.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kommunal xidmətə görə haqqın ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kommunal xidmətə görə haqqın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “kommunal xidmətə görə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilə göstərilmiş xidmətə görə ödənilməmiş 299 manat məbləğində pulun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun və çəkilmiş 3 manat poçt xərcinin, ümumlikdə 332 manat məbləğində pulun cavabdehdən tutulub İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının Bakı İH Başçısının xx.xx.2012-ci il tarixli, 504 nömrəli və xx.xx.2017-ci il tarixli, 448 nömrəli “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” Sərəncamları ilə istismara qəbul edildikdən sonra hər 2 binanın “Sahə Mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci il və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsərrüfat subyekti olmaqla İddiaçı (İddiaçı MMMC) adlı qeyri-kommersiya təşkilatı yaradılmış və yaradılmış Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli, 1120- MM7-0180 saylı Qərarı ilə ”Nizami-11” MMMC adı altında dövlət qeydiyyatına alınmış və bu Qərar ilə ünvan 2 ünvanda yerləşən hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri ”Nizami-11” MMMC-nin idarəçiliyinə keçmişdir. İddiaçı MMMC qeyd olunan bu qanunun tələbinə əsasən binanın əmlakının saxlanması üçün ödəniş haqları müəyyən edilməsi haqqında qərar qəbul etmişdir. Belə ki, İddiaçı MMMC “Ümumi Yığıncağı”nın həmin qərarına əsasən binaların saxlanması ilə bağlı çəkilən xərclərin (işçilərin əmək haqqı – 2910 manat, DSMF-na köçürmələr-778 manat, işsizlik fonduna köçürmə–32 manat, su vurma motorlarının sərf etdiyi elektrik enerjisi xərcləri – orta aylıq xərci - 1300 manat, liftlərin servis xidməti haqqı-800 manat, zibilin daşınması - 450 manat, telefon və ASAN imzanın saxlanması xərci 20 manat, bank xərcləri 20 manat, təsərrüfat (süpürgə, təmizlik bezləri, dəftərxana ləvazimatı və s.) 130 manat, su pulu və qrunt sulara dair xərc-30 manat, vergi və sair hesabatların verilməsi-100 manat, sair gözlənilməz xərclər (zirzəmiyə dolan suların çəkilməsi, liftlərin xarab olmuş hissələrinin yenisi ilə əvəzlənməsi və s) -197, cəmi 6797 manat), binalarda mülkiyyəti olan hər bir mülkiyyətçinin mülkiyyətində olan əmlakın hər bir kv.m-nə görə 0, 22 (iyirmi iki qəpik) manat, binanın təmiri və sair xərclər üçün isə 0,08 (səkkiz qəpik) manat, cəmi isə hər 1 (bir) kv.m sahəyə görə 0,30 (otuz qəpik) manat müəyyən edilmişdir. Məlumat üçün qeyd etmək lazımdır ki, İddiaçı MMMC ilə Cavabdeh arasında Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair” xx.xx.2020-ci il tarixli, 244 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən “İdarəedici təşkilat” ünvan 3 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsini, çoxmənzilli binanın bu müqavilənin 1 nömrəli əlavəsində göstərilən ümumi əmlakın saxlanması və təmiri üzrə bu Müqavilənin 2 nömrəli əlavəsində qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürmüşdür. Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin arasında çoxmənzilli binanın idarə edilməsinə dair” xx.xx.2020-ci il tarixli, 244 nömrəli müqavilənin Əlavə 2-i ilə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 78,03 kv.m olan 353 saylı mənzilin (sahə) mülkiyyətçisi Cavabdeh aşağıdakı tariflə yaşayışın/qeyri-yaşayışın sahəsi 78,03 kv.m, məbləği 23 manat kommunal haqqını hər ay ödəməyi öhdəsinə götürmüşdür. Yuxarıda qeyd olunanlardan dolayı, ünvan 4 ünvanda yerləşən 353 saylı mənzilin (sahə) mülkiyyətçisi Cavabdeh binanın saxlanması üçün müəyyən olunan ödənişləri vaxtında ödəməməsi (ödənişlər 13 aydır ki, edilmir) nəticəsində, hazırda onun bu xərclərdən dolayı İddiaçı MMMC-yə 299 (iki yüz doxsan doqquz) AZN məbləğində borcu yaranmışdır. Eyni zamanda, iddia ərizəmizdə göstərilən cavabdehə qeyd olunan borc məbləğlərinin ödənilməsi barədə pretenziyanın göndərilməsi üçün tərəfimizdən poçt xərcləri çəkilmişdir. Belə ki, cavabdehin hər iki ünvanına (həmin pretenziyalar həm cavabdehlərin faktiki yaşadığı ünvanlara, həm də, onların MAPS arayışları üzrə rəsmi qeydiyyatda olduğu ünvanlara göndərilmişdir) pretenziyalar göndərilərkən 3 AZN məbləğində poçt xərcləri çəkilmişdir.
Tərəflərin izahatları:
3. İddiaçı nümayəndəsi elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
7. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2013-cü il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi haqqında 27 nömrəli müqaviləyə əsasən, sifarişçinin Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən podratçı ünvan 5 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 8 mərtəbəsində, 2 otaqlı, 353 nömrəli mənzlini tikib sifarişçiyə təhvil verilməsini, sifarişçi isə öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürürlər.
8. “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair” xx.xx.2020-ci il tarixli, 244 nömrəli müqavilənin Əlavə 2-dən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 78,03 kv.m olan 353 saylı mənzilin (sahə) mülkiyyətçisi Cavabdeh aşağıdakı tariflə yaşayışın/qeyri-yaşayışın sahəsi 78,03 kv.m, məbləği 23 manat kommunal haqqını hər ay ödəməyi öhdəsinə götürmüşdür.
9. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 244 nömrəli “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair” müqavilədən görünür ki, bu müqaviləyə görə idarəedici təşkilat ünvan 7 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsini, çoxmənzilli binanın bu müqavilənin 1 nömrəli əlavəsində göstərilən ümumi əmlakının saxlanması və təmiri üzrə bu müqavilənin 2 nömrəli əlavəsində qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Dövlət Qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
11. İddiaçı İdarə Heyətinin 01 sentyabr 2020-ci il tarixli ilk iclas protokolundan görünür ki, mülkiyyətçinin mülkiyyətində olan sahənin hər kvadrat metri üçün 0,30 manat olmaqla kommunal xərcin hesablanması qərara alınmışdır. Komunal haqqı kimi "xxxx" ASC-yə 08/3115 koduna ödənilən 6772.00 (altı min yeddi yüz yetmi iki) manat, nağd şəkildə toplanan vəsait 10718 (on min yeddi yüz on səkkiz) və xərclər 16707.00 (on altı min yeddi yüz yeddi) manat, kassa qalığı 783.00 (yeddi yüz səksən üç) və 08/3115 kodunda 1001.91 (bir min bir manat 91 qəpik) manat depozit qalığı təsdiqlənmişdir.
12. İddiaçı MMMC “Ümumi Yığıncağı”nın həmin qərarına əsasən binaların saxlanması ilə bağlı çəkilən xərclərin (işçilərin əmək haqqı – 2910 manat, DSMF-yə köçürmələr-778 manat, işsizlik fonduna köçürmə–32 manat, su vurma motorlarının sərf etdiyi elektrik enerjisi xərcləri – orta aylıq xərci - 1300 manat, liftlərin servis xidməti haqqı- 800 manat, zibilin daşınması - 450 manat, telefon və ASAN imzanın saxlanması xərci 20 manat, bank xərcləri 20 manat, təsərrüfat (süpürgə, təmizlik bezləri, dəftərxana ləvazimatı və s.) 130 manat, su pulu və qrunt sulara dair xərc- 30 manat, vergi və sair hesabatların verilməsi-100 manat, sair gözlənilməz xərclər (zirzəmiyə dolan suların çəkilməsi, liftlərin xarab olmuş hissələrinin yenisi ilə əvəzlənməsi və s) -197, cəmi 6797 manat), binalarda mülkiyyəti olan hər bir mülkiyyətçinin mülkiyyətində olan əmlakın hər bir kv.m-nə görə 0,22 (iyirmi iki qəpik) manat, binanın təmiri və sair xərclər üçün isə 0,08 (səkkiz qəpik) manat, cəmi isə hər 1 (bir) kv.m sahəyə görə 0,30 (otuz qəpik) manat müəyyən edilmişdir.
13. İddiaçı Cavabdeh ünvanladığı 07 mart 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının Bakı İH Başçısının xx.xx.2012-ci il tarixli, 504 nömrəli və xx.xx.2017-ci il tarixli, 448 nömrəli “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” Sərəncamları ilə istismara qəbul edildikdən sonra hər 2 binanın “Sahə Mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsərrüfat subyekti olmaqla İddiaçı” (İddiaçı MMMC) adlı qeyri-kommersiya təşkilatı yaradılmış və yaradılmış Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli, 1120-MM7-0180 saylı Qərarı ilə ”Nizami-11” MMMC adı altında dövlət qeydiyyatına alınmış və bu Qərar ilə ünvan 2 ünvanda yerləşən hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri ’’Nizami-11” MMMC-nin idarəçiliyinə keçmişdir. İddiaçı MMMC “Ümumi Yığıncağı”nın Qərarına əsasən binaların saxlanması ilə bağlı çəkilən xərclərin (işçilərin əmək haqqı - 2910 manat, DSMF-na köçürmələr - 778 manat, işsizlik fonduna köçürmə - 32 manat, su vurma motorlarının sərf etdiyi elektrik enerjisi xərcləri - orta aylıq xərci - 1300 manat, liftlərin servis xidməti haqqı - 800 manat, zibilin daşınması - 450 manat, telefon və ASAN imzanın saxlanması xərci 20 manat, bank xərcləri 20 manat, təsərrüfat (süpürgə, təmizlik bezləri, dəftərxana ləvazimatı və s.) 130 manat, su pulu və qrunt sulara dair xərc - 30 manat, vergi və sair hesabatların verilməsi -100 manat, sair gözlənilməz xərclər (zirzəmiyə dolan suların çəkilməsi, liftlərin xarab olmuş hissələrinin yenisi ilə əvəzlənməsi və s) -197, cəmi 6797 manat), binalarda mülkiyyəti olan hər bir mülkiyyətçinin mülkiyyətində olan əmlakın hər bir kv.m-nə görə 0, 22 (iyirmi iki qəpik) manat, binanın təmiri və sair xərclər üçün isə 0,08 (səkkiz qəpik) manat, cəmi isə hər 1 (bir) kv.m sahəyə görə 0,30 (otuz qəpik) manat müəyyən edilmişdir. İddiaçı MMMC-nin idarəçiliyində olan ünvan 2 ünvanda yerləşən ev 81, 353 nömrəli mənzildə yaşayan bina sakini Cavabdeh xx.xx.2025-ci il tarixədək binanın ümumi idarəçiliyi üçün ödəməli olduğu ümümi xərclərdən 299 manat məbləğində borcu yaranmışdır. Sizdən bir daha xahiş olunur və bildirilir ki, üç gün ərzində yuxarıda qeyd edilən kommunal haqqını Nizami-11 MMMC-nin bank hesabına və ya kassasına ödənişi təmin etməsəniz, borcun alınması məhkəmə qaydasında tələb olunacaq və bütün bu proses üzrə çəkilən (kuryer xidmət haqqı, məhkəmə rüsumu və əgər vəkil cəlb olunarsa vəkil xidmət haqqı) xərclər məhkəmə qaydasında Sizdən tələb olunacaq.
İşin faktiki halları:
14. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 244 nömrəli “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair” müqavilədən görünür ki, bu müqaviləyə görə «İdarəedici təşkilat ünvan 7 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsini, çoxmənzilli binanın bu müqavilənin 1 nömrəli əlavəsində göstərilən ümumi əmlakının saxlanması və təmiri üzrə bu müqavilənin Əlavə 2-də qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair” xx.xx.2020-ci il tarixli, 244 nömrəli müqavilənin Əlavə 2-dən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 78,03 kv.m olan 353 saylı mənzilin (sahə) mülkiyyətçisi Cavabdeh aşağıdakı tariflə yaşayışın/qeyri-yaşayışın sahəsi 78,03 kv.m, məbləği 23 manat kommunal haqqını hər ay ödəməyi öhdəsinə götürmüşdür. Kommunal xidmət haqqı mənzilin hər kv.m-nə görə 0,30 manat müəyyən edilmişdir. Hazırda İddiaçı MMMC Cavabdeh mənzilə göstərilmiş xidmətə görə ödənilməmiş 299 manat məbləğində pulun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun və çəkilmiş 3 manat poçt xərcinin, ümumlikdə 332 manat məbləğində pulun cavabdehdən tutulub İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:
29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 120.5-ci maddəsinə əsasən tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyriyaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. 122.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır:-qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək;... 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 125.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aşağıdakılardır: cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək;... 132.1-ci maddəsinə əsasən nizamnamə ilə nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsərrüfat fəaliyyəti ilə məşğul ola bilər. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, kommunal xidmətlərə görə haqq. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.
16. Azərbaycan Respublikası Mülki Məcəllənin:
373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarı:
Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir.
19. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin (yaşayış və ya qeyri-yaşayış sahəsi olmasından asılı olmayaraq) hesabına ödənilir. Çoxmənzilli binanın ümumi əmlakına həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq, habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuşhəmin torpaq sahəsində yerləşən obyektlər daxildir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları tərəfindən müəyyən edilmiş mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.
20. "xxxx" MTK-nin ünvan 9 ünvanında inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binası istismara qəbul edildikdən sonra hər 2 binanın sahə mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci il tarixli və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsərrüfat subyekti olmaqla İddiaçı Mənzil Mülkiyytçilərinin Müştərək Cəmiyyəti adlı qeyri-kommersiya təşkilatı yaradılmış və Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli, 1120-MM7-0180 saylı Qərarı ilə İddiaçı MMMC adı altında dövlət qeydiyyatına alınmış və bu Qərar ilə ünvan 9 ünvanında yerləşən və hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahiblik, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ "xxxx" MMMC-yə verilmişdir.
21. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, cavabdehin MMMC-yə borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli ünvan 9 də yerləşən çoxmənzilli yaşayış binasının mülkiyyətçiləri tərəfindən, Cəmiyyət yaradılaraq idarə olunmasına dair razılıqda mülkiyyətçilərin böyük əksəriyyəti öz imzaları ilə təsdiq etmişlər ki, binanın idarəçiliyi "xxxx" MTK-a tərəfindən düzgün idarə olunmadığından və çoxlu sayda nöqsanlar mövcud olduğundan binanın idarə edilməsi qanunvericilik çərçivəsində mülkiyyətçilər tərəfindən həyata keçirilsin. Bu səbəbdən də xx.xx.2020-ci il tarixdə mənzil mülkiyyətçilərinin çoxluğu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 Dövlət Qeydiyyatı haqqında şəhadətnamə ilə dövlət qeydiyyatına alınaraq İddiaçı yaratmışlar. Göstərilən xidmətlərə görə İddiaçı MMMC-nin İdarə Heyətinin 01 sentyabr 2020-ci il tarixli ilk iclas protokolu ilə mülkiyyətçinin mülkiyyətində olan sahənin hər m2 üçün 0,30 manat olmaqla kommunal xərcin hesablanması qərara alınmışdır.
22. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 244 nömrəli “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair” müqavilədən görünür ki, bu müqaviləyə görə İdarəedici təşkilat ünvan 7 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsini, çoxmənzilli binanın bu müqavilənin 1 nömrəli əlavəsində göstərilən ümumi əmlakının saxlanması və təmiri üzrə bu müqavilənin 2 nömrəli əlavəsində qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair” xx.xx.2020-ci il tarixli, 244 nömrəli müqavilənin Əlavə 2-dən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 78,03 kv.m olan 353 saylı mənzilin (sahə) mülkiyyətçisi Cavabdeh aşağıdakı tariflə yaşayışın/qeyri-yaşayışın sahəsi 78,03 kv.m, məbləği 23 manat kommunal haqqını hər ay ödəməyi öhdəsinə götürmüşdür.
23. Hazırki halda xx.xx.2020-ci il tarixli müqaviləyə Əlavə 2-dən görünür ki, Cavabdeh müqaviləni imzalamaqla iddiaçı tərəfindən xidmətlərin göstərilməsi ilə razılaşmışdır. Cavabdeh öz növbəsində mülkiyyət hüququ əldə etdiyi 78,03 kv.m mənzilin sahəsinin hər kvadrat metrinə görə 0,30 manat olmaqla aylıq 23,40 manat binanın saxlanma haqqını 13 ay ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 13 ay üzrə ödənilməli olan xidmət haqqı 304,20 manat təşkil edir. Odur ki, iddia tələbi təmin edilərək Cavabdeh 299 manat məbləğində pul tutulmalıdır.
Məhkəmə baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
25. İddia təmin edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumu və 3 manat poçt xərci Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.
Nəticə:
26. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh kommunal xidmətlərə görə yaranmış 299 manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumu və 3 manat poçt xərci tutularaq İddiaçınə ödənilməlidir.
27. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh kommunal xidmətlərə görə yaranmış 299 manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumu və 3 manat poçt xərci tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova