Məhkəmə qərarları › İş №e-2(007)-1903/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1903/2025

11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1903/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kommunal xidmət haqqının ödənilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilə göstərilmiş xidmətə görə ödənilməmiş 798 (yeddi yüz doxsan səkkiz) AZN məbləğində pulun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun və çəkilmiş 3 AZN poçt xərcinin, ümumlikdə 831 (səkkiz yüz otuz bir) AZN məbləğində pulun cavabdehdən tutulub İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, 2021-ci ilin dekabr ayından 2023-cü ilin iyun ayına kimi, 18 aylıq saxlanılma xərləcini tələb edir. Sorğuya ƏMDX-dən gələb cavabdehdən sonra əmlakın 2023-cü ilin may ayında satılmasını nəzərə alaraq tələbi azaldır. Belə ki, Cavabdeh 756 manat saxlanılma xərci, 30 manat dövlət rüsumu və 320 manat vəkil xidmət haqqını, ümumilikdə 1106 manat pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

İddia tələbinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa etdirdiyi çox mərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 504 nömrəli və xx.xx.2017-ci il tarixli, 448 nömrəli “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” Sərəncamları ilə istismara qəbul edildikdən sonra hər 2 binanın “Sahə Mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsərrüfat subyekti olmaqla İddiaçı” (İddiaçı MMMC) adlı qeyri-kommersiya təşkilatı yaradılıb və yaradılmış Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli, 1120-MM7-0180 saylı Qərarı ilə ”Nizami-11” MMMC adı altında dövlət qeydiyyatına alınıb və bu qərar ilə ünvan 2 ünvanda yerləşən hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri yaşayış sahələri İddiaçı MMMC-nin idarəçiliyinə keçib. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.1.3-ci maddəsinə əsasən Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək hüququ vardır. İddiaçı MMMC qeyd olunan bu qanunun tələbinə əsasən binanın əmlakının saxlanması üçün ödəniş haqları müəyyən edilməsi haqqında qərar qəbul edib. Belə ki, İddiaçı MMMC “Ümumi Yığıncağı”nın həmin qərarına əsasən binaların saxlanması ilə bağlıçəkilən xərclərin (işçilərin əmək haqqı – 2910 manat, DSMF-na köçürmələr- 778 manat, İşsizlik fonduna köçürmə– 32 manat, su vurma motorlarının sərf etdiyi Elektrik enerjisi xərcləri – orta aylıq xərci - 1300 manat, liftlərin servis xidməti haqqı-800 manat, Zibilin daşınması - 450 manat, telefon və ASAN imzanın saxlanması xərci 20 manat, bank xərcləri 20 manat, təsərrüfat (süpürgə, təmizlik bezləri, dəftərxana ləvazimatı və s.) 130 manat, su pulu və qrunt sulara dair xərc- 30 manat, vergi və sair hesabatların verilməsi -100 manat, sair gözlənilməz xərclər ( zirzəmiyə dolan suların çəkilməsi, liftlərin xarab olmuş hissələrinin yenisi ilə əvəzlənməsi və s) -197, cəmi 6797 manat, binalarda mülkiyyəti olan hər bir mülkiyyətçinin mülkiyyətində olan əmlakın hər bir kv.metrinə görə 0,22 (iyirmi iki qəpik) manat, binanın təmiri və sair xərclər üçün isə 0,08 (səkkiz qəpik) manat, cəmi isə hər 1 (bir) kv.m sahəyə görə 0,30 (otuz qəpik) manat müəyyən edilib. Məlumat üçün qeyd etmək lazımdır ki, İddiaçı MMMC ilə Cavabdeh arasında “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair” xx.xx.2020-ci il tarixli, 288 nömrəli müqavilə bağlanıb. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən “İdarəedici təşkilat ” ünvan 3 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsini, çoxmənzilli binanın bu müqavilənin 1 nömrəli əlavəsində göstərilən ümumi əmlakın saxlanması və təmiri üzrə bu Müqavilənin 2 nömrəli əlavəsində qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürüb. “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair” xx.xx.2020-ci il tarixli, 288 nömrəli müqavilənin Əlavə 2 ilə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 143,9 kv.m olan 264 saylı mənzilin (sahə) mülkiyyətçisi Cavabdeh aşağıdakı tariflə yaşayışın/qeyri yaşayışın sahəsi 143,9 kv.m, məbləği 43 manat kommunal haqqını hər ay ödəməyi öhdəsinə götürüb. Yuxarıda qeyd olunana görə, ünvan 4 ünvanda yerləşən 264 saylı mənzilin (sahə) mülkiyyətçisi Cavabdeh binanın saxlanması üçün müəyyən olunan ödənişləri vaxtında ödəməməsi (ödənişlər 19 aydır ki, edilmir) nəticəsində, hazırda onun bu xərclərdən dolayı İddiaçı MMMC-yə 798 (yeddi yüz doxsan səkkiz) AZN məbləğində borcu yaranıb. Eyni zamanda, iddia ərizəsində göstərilən cavabdehə qeyd olunan borc məbləğlərinin ödənilməsi barədə pretenziyanın göndərilməsi üçün tərəflərindən poçt xərcləri çəkilib. Belə ki, cavabdehin hər iki ünvanına (həmin pretenziyalar həm cavabdehlərin faktiki yaşadığı ünvanlara, həm də, onların MAPS arayışları üzrə rəsmi qeydiyyatda olduğu ünvanlara göndərilib) pretenziyalar göndərilərkən 3 AZN məbləğində poçt xərcləri çəkilib.

İş materialları:

4. İdarəedici təşkilat İddiaçı ilə mülkiyyətçi Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 288 saylı müqavilənin surətindən görünür ki, bu müqaviləyə əsasən idarəedici təşkilat Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsini, çoxmənzilli binanın bu müqavilənin 1 nömrəli əlavəsində göstərilən ümumi əmlakın saxlnaılması və təmiri üzrə müqavilənin 2 nömrəli əlavəsində qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürmüşdür.

5. “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair müqaviləyə 2 saylı Əlavənin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81 ünvanında yerləşən, ümumi sahəsi 143,9 kv.m olan 264 saylı mənzilin mülkyyətçisi Cavabdeh 43 manat kommunal haqqını hər ay ödəməyə razılaşıb.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil iddiaçı Cavabdeh mülkiyyətindədir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil iddiaçı X1 mülkiyyətindədir.

8. Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir.

9. Ödəniş tapşırığından görünür ki, hüquqi yardım göstərilməsi üçün İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə 320 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları:

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

11. Məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, iddia tələbini qəbul edir. 756 manat məbləği İddiaçınə ödəməyə razıdır. Etirafın nəticələri ona aydındır.

Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.

İşin faktiki halı:

14. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMMC ilə Cavabdeh arasında “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair” xx.xx.2020-ci il tarixli, 288 nömrəli müqavilə bağlanıb. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən “İdarəedici təşkilat” ünvan 3 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsini, çoxmənzilli binanın bu müqavilənin 1 nömrəli əlavəsində göstərilən ümumi əmlakın saxlanması və təmiri üzrə bu Müqavilənin 2 nömrəli əlavəsində qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürüb. xx.xx.2020-ci il tarixli, 288 nömrəli müqaviləyə 2 saylı Əlavə ilə ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 143,9 kv.m olan 264 saylı mənzilin (sahə) mülkiyyətçisi Cavabdeh 43 manat kommunal haqqını hər ay ödəməyi öhdəsinə götürüb. Lakin cavabdeh həmin öhdəliyə əməl etməyib. Hazırda iddiaçı 2021-ci ilin dekabr ayında 2023-cü ilin iyun ayınadək, 18 ay üzrə, hər ay 42 manat hesablanmaqla, 756 manat xidmət haqqını cavabdehdən tələb edir. Cavabdeh tərəf isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

16. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdehnın iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır.

Nəticə:

17. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 756 manat kommunal xidmət haqqı borcu tutularaq İddiaçı MMMC-yə ödənilməlidir.

Məhkəmə xərcləri:

18. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və hüquqi yardım üçün 320 manat pul ödənilmişdir.

20. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 320 manatın əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 756 manat kommunal xidmət haqqı borcu, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 320 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat tutularaq İddiaçı MMMC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar