Məhkəmə qərarları › İş №e-2(007)-1949/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1949/2024

09.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1949/2024 09.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndələri X4 və X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin iddiaçıya münasibətdə ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi, çəkilmiş xərclərin və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin iddiaçıya münasibətdə ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi, çəkilmiş xərclərin və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra “İddiaçı”) 12 mart 2020-ci il tarixdə Cavabdehnə (bundan sonra “Cavabdeh”) Cavabdehin İstismar xidmətləri üzrə böyük mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Sonradan, 01 aprel 2022-ci il tarixdə İddiaçı Cavabdehin İstismar xidmətləri üzrə qrup rəhbəri, 01 sentyabr 2022-ci il tarixdə Təchizat üzrə qrup rəhbəri, 01 mart 2023-cü il tarixdə Təchizat üzrə menecer vəzifələrinə keçirilmişdir. Cavabdehin 28 mart 2024-cü il tarixli T0639-24 nömrəli əmri (bundan sonra “Əmr”) ilə 28 mart 2024-cü il tarixdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra “ƏM”) 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Əmrdə Cavabdeh ƏM-nin 72-ci maddəsinin “c” bəndinə istinad etmişdir. Qeyd etmək lazımdır ki, Cavabdeh İddiaçı ilə əmək müqaviləsinə xitam verməmişdən əvvəl, 06 mart 2024-cü il tarixdə hər hansı rəsmiləşdirmə aparmadan guya ki xidməti araşdırma ilə bağlı İddiaçının işdən kənarlaşdırılmasını bildirmişdir. Sonradan isə, 18 mart 2024-cü il tarixdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək istəmişdir. Lakin, İddiaçı həmin müddətdə xəstə olduğundan və işə gəlmədiyindən, Cavabdeh əmək müqaviləsinə həmin tarixdə xitam verməmişdir. Onu da bildirmək lazımdır ki, İddiaçı xəstə olduğu müddətdə Cavabdehin işçiləri İddiaçının qeydiyyatı üzrə poliklinikaya zəng etmiş, həkimə hədə-qorxu etmiş, İddiaçını az qala cinayətkar kimi qələmə vermişlər. Buna baxmayaraq, həkim əyani olaraq İddiaçı ilə görüşmüş və onun həqiqətən xəstə olduğunu müşahidə edərək, müvafiq xəstəlik vərəqəsini vermişdir. Digər tərəfdən, ehtimal edirik ki, Cavabdeh ƏM-nin 72-ci maddəsinin “c” bəndinə istinad edilməsini və ona maddi ziyanın vurulmasını əsaslandırmaq məqsədilə Əmrdə qeyd edilmiş 15 mart 2024-cü il tarixli akt tərtib etmişdir. Lakin, sözügedən akt İddiaçıya təqdim edilməmiş, İddiaçı aktla tanış olmamış və nəticədə, İddiaçı özünü müdafiə etmək hüququndan məhrum edilmişdir. Əmrin surətini aldıqda, İddiaçı aktın ona təqdim edilməməsi barədə öz qeydini Əmrin surətində etmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsinə dair 15 aprel 2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, mediator tərəfindən08 may 2024-cü il tarixdə ilkin mediasiya sessiyası təyin edilmişdir. Barışıq sazişinin şərtlərinin müzakirəsi məqsədilə, sessiya 10 may 2024cü il tarixə təyin edilmiş, lakin barışıq əldə olunmamışdır. Nəticədə, mediator tərəfindən İddiçıya 10 may 2024-cü il tarixli MŞB/MT15/2024-0134/02 nömrəli arayış (bundan sonra “Arayış”) verilmişdir. Əmrin ƏM-nin 72-ci maddəsinin “c” bəndinə əsasən verilməsi üçün Cavabdeh ƏM-nin 191.2.-ci maddəsində qeyd olunan halları və aşağıdakıları müəyyən etməli idi: İddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyini; maddi ziyanın vurulmasını və bu ziyanın məbləğini; hərəkət və ya hərəkətsizliklə maddi ziyan arasında olan səbəbli əlaqəni. Hesab edir ki, Cavabdeh tərəfindən bu üç hal müəyyən edilməmişdirsə (müəyyən edilməsini əmrdən və onun verilməsinə əsas olan sənədlərdən müəyyən etmək mümkün deyil), Cavabdehin Əmri qanunsuz hesab olunmalı və ləğv edilməlidir. Nəzərə alınmalıdır ki, Cavabdeh Əmrində akta (ehtimal edirik ki, araşdırma sənədidir) istinad etsə də, ƏM-nin tələblərinə zidd olaraq, İddiaçını həmin aktla tanış etməmiş, onu müdafiə hüququndan məhrum etmişdir. Yuxarıda qeyd edildiyi kimi, İddiaçı xəstə olduğu müddətdə qeydiyyatda olduğu poliklinikada onun adını ləkələyən məlumatlar yaymışdır. Bununla da, Cavabdeh İddiaçıya mənəvi ziyan vurmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 28 mart 2024-cü il tarixli T0639-24 nömrəli əmrinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilməsi; İddiaçı Cavabdeh Təchizat üzrə menecer vəzifəsinə bərpa edilməsi; İddiaçı 28 mart 2024-cü il tarixdən bərpa olunmasına dair müvafiq əmr verildiyi tarixədək məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq verilməsi; mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pulun və 10000 (on min) manat məbləğində mənəvi ziyanın Cavabdehndən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin X8 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılması haqqında Bakı Şəhər Nizami Rayon Məhkəməsinə verilmiş iddiasını aşağıdakılara görə əsassız hesab edirlər: İddia ərizəsinin 1-ci bəndinə münasibətdə: İddiaçı 12 mart 2020-ci il tarixində ASL885 nömrəli əmək müqaviləsi (bundan sonra “Müqavilə”) əsasında Cəmiyyətdə istismar xidmətləri üzrə böyük mütəxəssis vəzifəsinə qəbul edilmiş, 01 mart 2023-cü il tarixdə isə təchizat üzrə menecer vəzifəsinə keçirilmişdir. İddia ərizəsinin 2-ci bəndinə münasibətdə: İddiaçı ilə bağlanmış Müqavilənin 3.2-ci bəndində İşçinin biznes fəaliyyətinin həyata keçirilməsi, təhlükəsizliyi və məxfiliyi üzrə İşəgötürənin standartlarına riayət etməli olduğu müəyyənləşdirilmişdir. O cümlədən, İddiaçının sonuncu vəzifə dəyişikliyi ilə bağlı vəzifə öhdəliklərinə əsasən, o: Zəruri malların və xidmətlərin sifarişini təsdiqləmək; Sifarişlərin və tədarükün satınalma detallarını yekunlaşdırmaq; Xərcləri azaltmaq və effektivliyi artırmaq üçün əsas funksional ölçülərə baxıb hesabat vermək; Şirkətin spesifikasiyası və gözləntilərinin dəqiqliyini təmin etmək üçün əsas şəxslərlə əməkdaşlıq etmək və digər bu kimi öhdəliklər daşımışdır. Müqavilə və vəzifə öhdəliklərindən göründüyü kimi, İddiaçı Cəmiyyətin təhlükəsizlik standartlarına riayət etməli, Cəmiyyətin maraqlarından çıxış edərək minimum xərclərlə maksimum effektivliyə nail olmağa çalışmalı, bununla bağlı dövri hesabatlar təqdim etməli, o cümlədən Cəmiyyətin gözləntilərinin dəqiqliyini təmin edərək müvafiq şöbələrlə əməkdaşlıq əsasında yalnız tələb olunan zəruri malların və xidmətlərin sifarişini təsdiqləməli idi. İddia ərizəsinin 3-cü bəndinə münasibətdə: 28 mart 2024-cü il tarixdə Cəmiyyətlə İddiaçı arasında bağlanılmış ASL885 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi (işçi özünün əmək funksiyasım və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xitam verilmişdir. İddia ərizəsinin 4-cü bəndinə münasibətdə: İşdən kənarlaşdırılmanın rəsmiləşdirilməsi: Bildirir ki, Cəmiyyətdə Daxili nəzarət və araşdırma, Audit komandaları tərəfindən Cəmiyyətin maraqlarının və mənafeyinin müdafiəsi məqsədilə ofis daxilində və mağazalarda (“Bravo” marketlərdə) mütəmadi olaraq araşdırma (yoxlanış) keçirilərək bu araşdırmaların nəticəsində aşkar olunmuş uyğunsuzluq və pozuntular müvafiq aktla rəsmiləşdirilir. 2024cü ilin mart ayında da sözügedən komandalar tərəfindən ofısdaxili araşdırma aparılmış və nəticədə təchizat komandasının əməkdaşları - təchizat üzrə menecer vəzifəsində çalışan İddiaçı və təchizat üzrə baş mütəxəssis X5 fəaliyyətləri dövründə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Cəmiyyətin maraqlarından kənara çıxdıqları, o cümlədən müxtəlif üsullarla Cəmiyyətə maddi ziyan vurduqları aşkar olunmuşdur. Araşdırmanın gedişatında sözügedən şəxslərin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Cəmiyyətə ziyan vurduqları məlum olduğundan 06 mart 2024-cü il tarixində Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən həmin şəxslər barəsində 003-24/K nömrəli əmr tərtib edilərək bu şəxslər əmək haqqı saxlanılmaqla araşdırma yekunlaşanadək işdən kənarlaşdırılmışdır. Daha sonra 15 mart 2024-cü il tarixində İddiaçı və Həsənov Cavidan Cəmiyyətin ofisinə çağırılmış, onlar Əmək Məcəlləsinin 203-cü maddəsinə uyğun olaraq yoxlama nəticələri ilə tanış edilmiş və sözügedən şəxslərin izahatı alınmışdır. Bununla bağlı tərtib olunmuş 15 mart 2024-cü il tarixli “Təchizat şöbəsinin meneceri İddiaçı və həmin şöbənin böyük mütəxəssisi Cavidan Həsənov tərəfindən törədilən uyğunsuzluq və saxtakarlıq halları haqqında” akt da etiraza əlavə edilir. İddiaçının qeydiyyatı üzrə poliklinikaya zəng edilməsi: Bununla əlaqədar olaraq bildirirlər ki, İddiaçı üzrlü səbəbləri barədə Cəmiyyətə məlumat vermədən öz iradəsi ilə 18 mart 2024-cü il tarixdən etibarən 20 mart 2024-cü il tarixinədək işə gəlməmişdir. Bu səbəbdən həmin tarixdə ona Cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq məktubu göndərilmiş və heç bir üzrlü səbəb olmadan işə gəlmədiyi üçün barəsində Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin tələblərinə əsasən müvafiq tədbirlərin görüləcəyi barədə məlumatlandırılmışdır. İddiaçı xəstə olduğundan xəstəxanada yatdığını və bu səbəbdən işə gəlmədiyini bildirmişdir. Xəstəlik faktının təsdiqlənməsi məqsədilə Cəmiyyət tərəfindən İddiaçının qeydiyyatı üzrə poliklinikayla əlaqə saxlanılaraq İddiaçının hər hansı xəstəliyinin mövcudluğu və bu səbəbdən qeyd edilən tarixdə xəstəxanada yatması barədə müvafiq həkimdən məlumat alınmışdır. Daha sonra İddiaçı Cəmiyyətə sağlamlıq vəziyyəti haqqında arayış təqdim etmişdir. İddia ərizəsinin 5 və 22-ci bəndlərinə münasibətdə: İddiaçı 15 mart 2024-cü il tarixdə araşdırma materialları ilə tanış edilmiş və buna müvafiq suallar verilərək izahatı alınmışdır. O, öz izahatında bəzi hallarda məhsulların təcili tələb olunduğunu, bu zaman marka dəyişikliyi edilə bildiyini qeyd etmişdir. Lakin cari vəziyyətdə müvafiq məhsulun təcili tələb olunması, markanın dəyişdirilməsinin zəruriliyi, gecikmə yaşanacağı təqdirdə hansı risklərin olması və s. İddiaçı tərəfindən araşdırılmamış, ofısdaxili şöbələrlə kommunikasiya qurulmamış və hər hansı əsaslandırılma edilmədən Cəmiyyət tərəfindən sorğulanan məhsul heç bir əsas olmadan öz qərarı ilə birbaşa dəyişdirilmişdir. Belə ki, Cəmiyyət tərəfindən alınması üçün "Kale" markalı qapı kilidinin sorğulanmasma baxmayaraq, İddiaçı təchizatçıdan birabaşa "Assa Abloy" markalı məhsulu sifariş edərək həmin məhsul üçün yüksək qiymət təklifi almışdır. Daha sonra isə bazar qiyməti dəfələrlə ucuz olan “Omni” markalı məhsulun alışını həyata keçirmiş və Cəmiyyətə yüksək məbləğdə maddi ziyan vurulmasına səbəb olmuşdur. İddiaçının baha qiymətlə ucuz məhsulu almasından xəbərdar olduğu və bu əməli bilərəkdən, təqsirli şəkildə törətdiyi Təchizatçı tərəfindən sifarişə müvafiq göndərilən qiymət təklifində “Assa Abloy” markalı məhsulun qiymətinin, marka adı hissəsində isə “Omni” markasının qeyd edilməsindən açıq-aşkar məlum olur. İddia ərizəsinin 9 və 18-ci bəndlərinə münasibətdə: İddiaçı ərizəsində əmək müqaviləsinə ləğv olunmasının zəruriliyinin əmrdə əsaslandırılmalı olduğunu qeyd etmişdir. Bununla əlaqədar məhkəmənin çatdırırlar ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 28 mart 2024-cü ildə xitam verilmişdir. İddiaçı ilə bağlanılan əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 83-cü maddəsinə uyğun formada sənədləşdirilmiş, habelə xitam əmri Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə tam uyğun şəkildə tərtib edilmişdir. Xitam əmrində 15 mart 2024-cü il tarixli akta istinad edilmişdir ki, bu aktda da 2024-cü ilin mart ayı üzrə aparılmış araşdırmalar nəticəsində İddiaçı və Həsənov Cavidan tərəfindən Cəmiyyətə vurulmuş maddi ziyanın məbləği qeyd edilərək faktlarla əsaslandırılmışdır. İddia ərizəsinin 12-ci bəndinə münasibətdə: maddi ziyanın vurulması və səbəbli əlaqə: Bildirirlər ki, İddiaçı və Cavidan Həsənov öz fəaliyyəti dövründə təchizatçılardan məhsulların alınması zamanı ciddi uyğunsuzluqlara yol verərək tələb olunan markadakı məhsulu yox, daha baha qiymətə olan məhsul markasını sifariş etmişlər. Lakin bununla belə öz sifariş etdikləri markanı da yox, real bazar qiyməti ondan aşağı olan digər markadakı məhsulu bazar qiymətindən daha baha qiymətə satın almışlar. Belə ki, Cəmiyyət tərəfindən “Kale” markalı məhsulun sorğulanmasına baxmayaraq, İddiaçı və Həsənov Cavidan tərəfindən təchizatçıdan qiyməti yüksək olan “Assa Abloy” markalı məhsulun sifariş edilməsi, lakin bu marka əvəzinə yüksək qiymətli məhsulun ödənişini edərək bazarda dəfələrlə ucuz qiymətə satışda olan “Omni” markalı məhsulun alınmasını göstərmək olar. Təchizatçı tərəfindən göndərilən qiymət təkliflərində ucuz markaya (Omni) aid məhsulun adının qeyd edilməsi İddiaçı və Cavidan Həsənovun baha qiymətli məhsulun əvəzinə ucuz qiymətli məhsulun göndərilməsindən məlumatlı olduğunu və bu uyğunsuzluğa qəsdən yol verdiklərini təsdiq edir. Faktlardan göründüyü kimi, İddiaçı öz vəzifə səlahiyyətlərini pozaraq şəxsi mənafeyindən çıxış etmiş və Cəmiyyətə maddi ziyan vurmuşdur. Əlavə olaraq, İddiaçı və Həsənov Cavidan tərəfindən Cəmiyyətin standartlarından kənara çıxaraq müvafiq şöbələrlə razılaşdırmadan sorğulanan məhsulu dəyişdirib digər məhsulu sifariş etməsi, daha sonra isə bazarda dəfələrlə ucuz qiymətə satışda olan məhsulu alması nəticəsində Cəmiyyətə ümumilikdə 35.000,00 (otuz beş min) manat məbləğində maddi ziyan vurulmuşdur. Bu ziyan İddiaçının tenderdə süni şəkildə qalib gəlməsini təmin etdiyi və alışları həyata keçirdiyi "xxxx" şirkəti tərəfindən də etiraf edilmişdir. "xxxx" şirkəti Cəmiyyətə məktub ünvanlayaraq qeyd edilən əməlin Cəmiyyətin adıçəkilən işçilərinin təsdiqi ilə törədildiyini bildirmişdir. Bu isə öz növbəsində Cəmiyyətin işgüzar nüfuzunun ləkələnməsi və təchizatçılar arasında reputasiyasının zədələnməsi hesab olunur. törədilmiş əməlin qanuna zidd olması: Məhkəmənin nəzərinə çatdırırlar ki, İddiaçı tender qaydalarını pozaraq sənədləri saxtalaşdırmış və süni şəkildə "xxxx" adlı təchizatçının tenderdə qalib olmasına imkan yaratmışdır. Belə ki, İddiaçı bir sıra təchizatçılara digərlərinə nisbətdə fərqli şərtlər göstərərək həmin təchizatçıların tenderdə qalib gəlməsini təmin etmişdir. İddiaçının “Omni” markalı məhsulu aldığı "xxxx" adlı təchizatçının məhsulla bağlı verilmiş yeni qiymət təklifini, digər təchizatçıların isə 2023-cü il üçün verilmiş və 5 (beş) iş günü ərzində qüvvədə olması nəzərdə tutulan qiymət təkliflərini tenderə əlavə etmiş, nəticədə süni şəkildə "xxxx" adlı təchizatçının tenderin qalibi olmasını təmin etməsi buna misal olaraq göstərilə bilər. O cümlədən, İddiaçı Şirkət standartlarından kənara çıxaraq uyğun olmayan məhsulların alışını həyata keçirmiş və müvafiq olaraq bir sıra hallarda insan həyatının önəmi üçün yüksək keyfiyyət tələb edən məhsullarda fərqli məhsullar almaqla potensial risklər yaratmışdır. Buna nümunə olaraq qeyd edə bilərik ki, İddiaçının sonuncu sifarişi yanğın çıxışı qapılarının kilidi ilə əlaqədar olmuşdur. Belə ki, müvafiq komanda tərəfindən İddiaçıdan yanğın çıxışı qapıları üçün Şirkət standartlarına uyğunluğu yoxlanılmış “Kale” markalı kilidin alınması sorğulansa da, İddiaçı Cəmiyyətlə razılaşdırmadan sifarişi standartlara uyğunluğu yoxlanılmayan digər marka ilə dəyişmiş, hətta yekunda keyfiyyət baxımından daha aşağı olan və bazar qiyməti dəfələrlə ucuz olan üçüncü markanı baha qiymətlə almışdır. Nəticədə həm Cəmiyyətə maddi ziyan vurulmasına səbəb olmuş, həm də insan həyatının təhlükəsizliyi üçün mühüm əhəmiyyətə malik olan bir məsələdə risk faktoru yaratmışdır. İddiaçının vəzifə öhdəliklərində də qeyd edildiyi kimi, o, yalnız sorğulanan (zəruri) malların sifarişini təsdiqləməli, habelə Cəmiyyətin spesifikasiyası və gözləntilərinin dəqiqliyini təmin etmək üçün əsas şəxslərlə (Ofisdaxili müvafiq şöbələrin əməkdaşları nəzərdə tutulur, məsələn, SƏTƏM, Maliyyə şöbəsi və s.) əməkdaşlıq etməli, yəni Cəmiyyət tərəfindən sorğulanan markanın dəyişdirilməsinin, digər markanı sifariş verməyin uyğun olub-olmadığını müəyyənləşdirməli idi. Göründüyü kimi, İddiaçı fəaliyyəti dövründə öz vəzifə səlahiyyətlərindən şəxsi maraqlarından çıxış edərək sui-istifadə etmiş və Cəmiyyətin mənafeyinə xələl gətirərək müxtəlif üsullarla Cəmiyyətə maddi ziyan vurmuşdur. Əlavə olaraq bildirirlər ki, İddiaçı və Cavidan Həsənov vəzifə səlahiyyətlərindən kənara çıxaraq Cəmiyyət adından istifadə edib tender qaydalarını pozmuş, tender sənədlərini saxtalaşdırmış və iştirakçılar arasında ayrıseçkiliyə yol verərək müvafiq təchizatçının süni şəkildə qalib gəlməsini təmin etmişdir. O cümlədən, onlar Cəmiyyətin standartlarından kənara çıxaraq uyğun olmayan məhsulların alışını həyata keçirmişdir. Bu əməllər öz növbəsində Cəmiyyəti təchizatçılar arasında da nüfuzdan salmışdır. Habelə, tender sənədlərinin saxtalaşdırılaraq qalibin süni şəkildə seçilməsi Cəmiyyətə olan etimadı sarsıdaraq təchizatçıları Cəmiyyət adından keçirilən tenderlərdə iştirakdan çəkindirir və nəticədə Cəmiyyətin fəaliyyətinə və nüfuzuna xələl gətirir. Yuxanda qeyd edilənləri ümumiləşdirərək bildirmək istəyirlər ki, İddiaçı qanunvericilik və müqavilə üzrə öhdəliklərini pozmuş, vəzifə səlahiyyətlərindən kənara çıxaraq əməyin mühafizəsi qaydalarının pozulmasına, digər işçilərin və müştərilərin həyatlarının riskə atılmasına səbəb olmuş, o cümlədən Cəmiyyətə faktiki maddi ziyan vurmuşdur. Bu ziyanın məbləği müvafiq aktla rəsmiləşdirilmiş və əmək müqaviləsinə xitam əmrində həmin akta istinad edilmişdir. İddiaçı araşdırmanın aparıldığı dövrdə rəsmi formada əmr əsasında işdən kənarlaşdırılmış, araşdırma yekunlaşdıqdan sonra isə yoxlama nəticələri ilə tanış edilmiş və bununla bağlı izahatı alınmışdır. Nəticədə, Cəmiyyət tərəfindən bütün faktlar nəzərə alınmaqla əmək müqaviləsinin ləğv edilməsinin qanunvericiliklə tələb olunan bütün qaydalarına dəqiqliklə və obyektivliklə əməl olunmuşdur. Beləliklə, Əmək Məcəlləsinin əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri haqqında 300-cü maddəsində istinad edilən bütün hallar Cəmiyyət tərəfindən araşdırdmaqla bütün tələblərə dəqiq riayət edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq izahatlarında göstərmişdir ki, o, “Bravo” marketdə 4 il işləmişdir, istismar xidmətləri üzrə işləmiş, son pozisiyasında isə 1 ildir ki, işləmişdir. Ona hər il mükafat verilirdi. Onu bukletlər və kilid üçün işdən çıxarıblar. 17 ədəd kilid almışlar və ona 4 şirkətdən təklif gəlmişdir. Audit vaxtı müəyyən edilmişdir ki, 4 şirkətdən 3-ü bir marka üçün, digəri isə başqa marka üçün təklif vermişdir. Ona cavabdeh demişdir ki, “sən tender qaydalarını pozmusan”. 5.000 manata qədər olan sənədləri o, təsdiqləmişdir. Bundan artıq olan məbləğləri isə “head of department” yəni direktor təsdiqləmişdir. Bravoda bir şirkəti qeydə almaq üçün minimum bir ay vaxt lazımdır. Onlar mesajların yarısını oxuyur. Əgər mesajlar tam oxunarsa, bu zaman hər şey aydın olar. Bundan başqa onlar, qıfıl üçün quraşdırma pulu vermirdilər. Onları şirkətin özü quraşdırırdı. İşdən kənarlaşdırma ilə bağlı isə qeyd edir ki, ona şifahi demişdilər ki, işə gəlməsin. Daha sonra o, qızdırmalı halda xəstə yatırdı. Bu zaman işə gəlməməklə əlaqədar, dedilər ki, poliklinikadan rəsmi sənəd gətirsin. Ayın 6-ı ona zəng HR zəng etdi və dedi ki, “sizə maaş artımı edilib, bura yaxınlaşın”. Getmiş və həmin sənədi imzalamışdır. Sonra yenidən öz yerinə qayıtmışdır. Yenidən zəng gəlmişdir ki, “Cavidanla birlikdə gəlin”. Onlar getmişlər və şifahi formada deyilmişdir ki, “siz işdən kənarlaşdırılırsınız”. O, satınalma bölməsinə keçəndən sonra 3 dəfə audit tərəfindən yoxlanılmışdır. O, öz əziyyəti ilə bu yerə gəlmişdir. 10 illik təcrübəsi var. O özü Rəşad bəyə demişdir ki, “sizin şöbədə nəsə baş verir”. Demişdir ki, bilsin ki, şirkətlərdən nümunə gəlir, amma yalnız Prime Electro bəyənilir. Son istifadəçi digərlərinə deyirdi ki, istifadəyə uyğun deyil. Bundan başqa, başqa bir tender keçirilib, həmin şirkətdən 800.000 manat kompensasiya alınıb, lakin heç bir şəxsi işdən çıxarmayıblar. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib izahatlarında bildirmişdir ki, tərtib edilən qüsur aktı 23 aprel tarixədir. Təkərlər necə həmin tarixli qüsur aktına daxil edilə bilər? Onlar bu təqdim edilən məktubu konkert qıfıllar üçün yazıblar. Bu məktub, "xxxx" MMC-nin ziyan ilə bağlı yazdığı məktub açıq-aşkar diktə edilərək yazılıb. Həmçinin, bu 17 qıfıl bir dəfəyə alınmamışdır. 1 il ərzində bu qədər qıfıl alınıb və hər dəfə son istifadəçi deyib ki, “bu qıfıllardan olsun”. İsmayılov Nicat sorğu verir ki, “Assa Abloy” gəlsin, lakin “Omni” gəlir və o, imza atıb qəbul edir. Bundan başqa kənarlaşma barədə əmr 6 martda tərtib edilib və əmrdə 3 nəfərin adı çəkilib. Lakin onlar əmr ilə tanış edilməyiblər. Aktda isə cəmi iki nəfərin adı var, Nərmin və Cavidan. Birinci növbədə qeyd edilməlidir ki, iddiaçı onun əmək müqaviləsinə xitam verilməsini "sifarişli" və sadəcə digər, cavabdehdə formalaşmış qruplaşmaya "yaxın" şəxsin onun yerinə gətirilməsi məqsədilə həyata keçirilmiş hesab edir. İddiaçı 01 sentyabr 2022-ci il tarixdə Təchizat üzrə qrup rəhbəri, 01 mart 2023-cü il tarixdə Təchizat üzrə menecer vəzifələrinə keçirilmişdir. Yəni, əmək müqaviləsinə xitam verildiyi tarixədək iddiaçı təxminən 18,5 ay təchizat strukturunda çalışırdı. Həmin dövr ərzində (18,5 ay) cavabdehin daxili nəzarət strukturu onu üç dəfə yoxlamadan keçirmişdir. Bu cür yoxlamalardan biri də 2023-cü ilin fevral ayında baş vermişdir. Hətta, yoxlama baş verdiyi dövrdə həm "OMNİ" qıfılları alınmış, həm də ki, cavabdehin "xxxx" MMC ilə dövriyyəsi artmışdır. Lakin, yoxlama dövründə bu hallara neqativ hal kimi qiymət verilməmişdir. İddiaçının dövründə üç dəfə yoxlama keçirilsə də, cavabdehin məsul şəxsləri tərəfdən iddiaçının fəaliyyətində ümumiyyətlə hər hansı neqativ hal, habelə kotirovka və ya tenderlərin keçirilməsində pozuntulara yol verilməsi aşkar edilməmişdir. Əksinə, etiraza münasibətdə göstərdikləri kimi, 2022-ci ilin oktyabr ayından 2023-cü ilin sonuna qədər iddiaçı cavabdeh üçün təxminən 5 000 000 manat dəyərində mal və xidmətləri təchiz edərkən, təxminən 718 000 manat məbləğində (15 faiz) xərcləri azaltmışdır. Audit və digər yoxlamaların prinsipinə görə əvvəl yoxlanılmış dövr yenidən yoxlanılmır. Buradan təəccüb doğurur ki, 15 mart 2024-cü il tarixli aktda əvvəlki dövrə də qiymət verilmişdir. Ehtimal edirlər ki, bunun baş vermə səbəbi iddiaçının əmək fəaliyyətində hər hansı neqativ hal müəyyən edə bilmədiyinə görə cavabdeh məhz qıfıl məsələsindən "yapışmışdır" ki, "sifariş" olduğundan bu məsələni guya neqativ hal kimi qələmə versin. İddiaçının 18,5 aylıq əmək fəaliyyəti nəticəsində cavabdeh yalnız qıfıl alışını "aşkar" edərək, hər hansı digər neqativ halı üzə çıxara bilməmişdir. "xxxx" MMC ilə münasibətdə qeyd edilməlidir ki, cavabdehin təqdim etdiyi sənədlərdən göründüyü kimi "xxxx" MMC (əvvəlki adı "xxxx" MMC) cavabdehin təchizatçılar siyahısına 2016-cı ildən daxil edilmişdir və uzun illərdir ki, cavabdehlə əməkdaşlıq edir. Yəni, həmin şirkət təchizatçılar siyahısına daxil olunanda, iddiaçı ümumiyyətlə cavabdehdə işləmirdi. Cavabdeh məhkəmə iclasında qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC-nin "xxxx" MMC olduğunu bilirdi və onların faktiki sahiblərini tanıyırdı. İddiaçı təchizat strukturunda 01 sentyabr 2023-cü il tarixdən işləməyə başlamışdır. Cavabdehin təqdim etdiyi sənədlərdən isə məlum olur ki, "xxxx" MMC artıq 2023-cü ilin avqustunda cavabdehin siyahısında "xxxx" MMC kimi qeyd olunur. Hətta, İddiaçının öz əməkdaşı ilə yazışması da var ki, iddiaçı müəyyən dövrə qədər onların eyni şəxslərə məxsus olmasını heç bilmirdi də. Digər tərəfdən, cavabdeh qeyd etmişdir ki, iddiaçı vəzifəsinə gəldikdən sonra "xxxx" MMC ilə dövriyyə kəskin artmış və bununla da iddiaçı ilə "xxxx" MMC arasında olan münasibətlərini sübut etməyə çalışmışdır. Cavabdehin şəbəkəsi sürətlə artmış və mağazaların sayı aşağıdakı kimi olmuşdur: 2020-ci il - 60 mağaza, 2021-ci il - 87 mağaza, 2022-ci il - 123 mağaza, 2023-cü il - 148 mağaza. Yəni, mağazaların sayı artıqca, onlara alınan avadanlıq və ləvazimatların sayı da təbii surətdə artmış, habelə əvvəlki dövrdə açılmış və fəaliyyət göstərən mağazalarda da təmir-tikinti işləri aparılmışdır. Bu da o deməkdir ki, "xxxx" MMC-nin mallarının çeşidinə təlabat artış və bu halda onunla olan dövriyyənin artması təbii xarakter daşıyır. Əlavə olaraq bildirmək istəyir ki, Cavabdeh dövriyyənin artmasını göstərsə də, bu dövriyyənin hansı hissəsinin məhz İddiaçıya aid olmasını göstərməmişdir. Çünki, iş materiallarında təqdim etdiklərini yazışmalardan göründüyü kimi, "xxxx" MMC-dən alışlar yalnız İddiaçı tərəfindən aparılmamış və İddiaçıdan başqa Cavabdehin digər təchizat strukturları tərəfindən də həyata keçirilmişdir. Məsələn, Validə adlı xanım Cavabdeh tərəfindən təqdim edilmiş qüsur aktında göstərilən təkərlərin alışını həyata keçirmişdir. Yəni, "xxxx" MMC-dən alınan təkərlər İddiaçı tərəfindən deyil, digər təchizatçı tərəfindən alınmışdır. Bu halda, Cavabdehin yoxlama aparan strukturu özünə balaca "əziyyət" verib, İddiaçıya aid olan dövriyyəni müəyyən etməli və ümumi dövriyyədən ayırlmalı idi. Yalnız bu halda, Cavabdeh əminliklə qeyd edə bilərdi ki, dövriyyə məhz İddiaçının fəaliyyəti nəticəsində artmışdır. Yalnız məhkəmə baxışı iclasında (!) təqdim edilmiş "xxxx" MMC-nin məktubu ilə Cavabdeh "sübut" etməyə çalışmışdır ki, iddiaçı hansısa maraqlardan bu şirkətə üstünlük vermişdir. Lakin, həmin məktubda göstərilir ki, Cavabdehin əməkdaşları qıfılları baha qiymətə almış və bununla da 35000 manat məbləğində ziyan vurmuşlar. Hesab edir ki, bu məktub da mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, bu məktub yalnız məhkəmə baxışında təqdim edilmiş, həmin məktubda "xxxx" MMC ilə İddiaçının və ya hər hansı konkret əməkdaşların əlbirliyi qeyd edilməmiş və hətta dəymiş ziyan məbləği belə düzgün qeyd edilməmişdir. Buradan belə bir nəticəyə gəlmək olar ki, bu məktub cavabdehin diktəsi ilə tərtib edilmiş və ya Cavabdeh özü tərəfindən tərtib edilərək imza üçün "xxxx" MMC-yə təqdim edilmişdir. Bir sözlə, hesab edir ki, Cavabdeh İddiaçı ilə "xxxx" MMC arasında olan "münasibəti" birbaşa sübut edə bilməmiş, yalnız ehtimallara əsaslanmışdır. Hətta, "xxxx" MMC-ni birbaşa "dəstəkləyən" şəxsləri məsuliyyətdən yayındırmışdır. Maddi ziyan: Birinci növbədə qeyd etmək istəyir ki, Cavabdeh özü maddi ziyanı müəyyən etsə də, onun məbləğini konkret müəyyən edə bilməmişdir. Cavabdeh 15 mart 2024-cü il tarixli aktda, etirazında və digər materiallarda fərqli məbləğlər göstərmişdir və məhkəmə iclasında buna aydın izah verə bilməmişdir. Düzdür, Cavabdeh 35000 manat məbləğində dəymiş ziyan barədə sual verdikdə, Cavabdeh onu əsaslandırmağa çalışmış, lakin bu əsaslandırma özü də aydın olmamışdır. Cavabdeh gah qeyd etdi ki, bu məbləğ "xxxx" MMC-dən alınan malların ziyanıdır, gah qeyd etdi ki, bu qıfılların sökülməsi və yeni qıfılların alınması üçün sərf olunan xərclərdir (halbuki hər hansı sənəd təqdim etmədi). Əgər, 15 mart 2024-cü il tarixli akta istinad etsək, qıfılların alınması üçün sərf olunan məbləğ: xx.xx.2023-cü il tarixli alış - 468 manat (1 ədəd üçün ilk qiymət) - 3 ədəd alınıb - cəmi 1404 manat; xx.xx.2023-cü il tarixli alış - 409.50 manat (1 ədəd üçün endirimli qiymət) - 9 ədəd alınıb - cəmi 3685.50 manat; xx.xx.2024-cü il tarixli alış - 409.50 manat (1 ədəd üçün endirimli qiymət) - 3 ədəd alınıb - cəmi 1228.50 manat; Cəmi: 15 qıfıl üçün 6318 manat vəsait ödənilmişdir. Əgər, biz Cavabdehin göstərdiyi kimi, qıfılların əsl qiymətini 80 manat kimi nəzərə alsaq, bu halda qıfılların real dəyəri 15x80=1200 manat təşkil etməlidir. Yəni, dəymiş ziyan 5118 manat təşkil etməli idi. Lakin, dəymiş ziyanın bu məbləği də sübut edilmiş hesab oluna bilməz. Çünki, Cavabdeh 15 mart 2024-cü il tarixli aktı və Əmri tərtib etdiyi dövrdə həmin məbləği müəyyən etməmiş, bu barədə onun hər hansı sübutu olmamışdır. Yalnız məhkəmə prosesi zamanı (iyun ayında) Cavabdeh məlum olmayan təchizatçıdan məlum olmayan texniki xarakteristikası olan qıfılı guya ki əldə etmişdir. Əslində Cavabdeh yalnız 80 manat məbləğində qəbz təqdim etmiş, qıfıl barədə isə hər hansı məlumat təqdim etməmişdir. Bu halda da aydın deyil ki, söhbət hansı qıfıldan gedir. Əlavə olaraq onu qeyd etmək istərdik ki, İddiaçı və/və ya onun əməkdaşı malların pərakəndə bazardan nağd pula almırdı və yalnız təchizatçılar siyahısına daxil olan təchizatçılardan təqdim edilmiş malları ala bilərdi. Onu da qeyd etmək lazımdır ki, texniki xarakteristikaları "Omni" qıfıllarından fərqlənməyən "Assa Abloy" qıfılların alınması üçün ən azı 420 USD x 15 ədəd = 6300 USD = 10710 manat məbləğində vəsait xərclənməli idi. Yəni, "Omni" qıfılı sifariş olunmaqla, Cavabdeh əksinə 10710 6318 = 4392 manat məbləğində vəsaitə qənaət etmişdir. Hesab edək ki, Cavabdeh dəymiş ziyanın məbləğini düzgün müəyyən etmiş (maddi ziyan vurulubsa, onun məbləği əhəmiyyət kəsb etmir). Bu halda, Cavabdeh maddi ziyanın vurulması subyektini və maddi ziyanla subyekt arasında səbəbli əlaqəni müəyyən etməli idi. Subyekt aydındır və bu İddiaçıdır. Bəs səbəbli əlaqə? Burada İddiaçının məsuliyyət dairəsi müəyyən olunmalıdır. İddiaçı BİD adlandırılan müvafiq sənədlərə imza edir. Əgər İddiaçıya səhv sənədlər təqdim olunmuşdursa, İddiaçı həmin sənədlərin BİD-ə uyğun olub-olmamasını necə araşdırmalı idi? Təbii ki, heç cür. Çünki, İddiaçı yalnız təqdim olunmuş sənədlərə əsasən BİD-ə imza edir və onların kökünün araşdırılması, o cümlədən təchizatçının seçim prosesinə nəzarət etməsi onun məsuliyyətinə aid deyil. Digər tərəfdən, iş materiallarından göründüyü kimi qıfılların sifarişçisi Cavabdehin Nicat İsmayılov adında işçisi olmuşdur. Alınmış qıfılları da məhz o qəbul etmişdir. Əgər, Nicat İsmayılova onun sifariş etmədiyi qıfıllar təqdim edilmişdirsə, bu halda Nicat İsmayılov həmin qıfılları necə və hansı səbəbdən qəbul etmişdir? Yəni o, narazılıq edib həmin qıfılları qəbul etməməyi və "Assa Abloy" qıfıllarının alınmasını tələb edə bilərdi. Bu məsələyə Əlavə 3-də də aydınlıq gətirilir. Göründüyü kimi, Cavabdeh yalnız subyekti müəyyən etməyə çalışmış, maddi ziyanı, subyektin təqsirini və səbəbli əlaqəni isə ümumiyyətlə sübut edə bilməmişdir. Ehtimal edir ki, Cavabdeh kənar audit təşkilatına da məhz bu səbəbdən müraciət etməmişdir ki, kənar audit şirkəti mövcud olan sənədlərlə hər hansı maddi ziyanı və təqsiri təsdiq etməyəcəkdi. Əmrlər: Cavabdeh iş materiallarına 06 mart 2024-cü il tarixli 003-24/K nömrəli "İşçinin işdən kənar edilməsi barədə" əmri əlavə etmişdir. Lakin, İddiaçı həmin əmrlə tanış olmamışdır. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, İddiaçıya bu əmrlə bağlı xəbərdarlıq göndərilmişdir. Lakin, Cavabdeh yanlışlığa yol vermişdir. Çünki, xəbərdarlıq 18 mart 2024-cü il tarixdə İddiaçının işə gəlməməsi ilə bağlı göndərilmişdir. Sözügedən əmrlə bağlı isə İddiaçıya ümumiyyətlə məlumat verilməmiş, yalnız şifahi olaraq bildirilmişdir ki, o, işdən kənar edilmişdir. Lakin, maraqlıdır ki, İddiaçı işdən kənar edilsə də, iş materiallarında olan sənədlərdən məlum olur ki, İddiaçı işinə davam edirdi. Həmin əmr də pozuntularla verilmişdir. Çünki, kənar edilmənin qanunvericilikdə konkret əsasları var ki, həmin əsaslar mövcud deyildi. Mövcud olan əsaslar sənədlərlə təsdiq olunmalıdır ki, həmin sənədlər əmrə əlavə edilməmişdir. Maraqlısı odur ki, əmrdə Nicat İsmayılovun adı göstərilsə də, onun barəsində olan araşdırmanın nəticələri heç bir yerdə öz əksini tapmamışdır. Ən əsası isə, 28 mart 2024-cü il tarixli T0639-24 nömrəli əmrin pozuntularla verilməsidir. Əmrin tərtibatında hər hansı nöqsan yoxdur. Təbii ki, Cavabdeh əmrin formal əsaslara görə əsassız hesab olunmasını istəməzdi. Lakin, əmrin verilməsi üçün əsas olan 15 mart 2024-cü il tarixli aktın mövcudluğu şübhə doğurur. Əks halda, həmin akt İddiaçıya təqdim edilməli və İddiaçı aktla tanış olaraq ona münasibət bildirməli idi. Çünki, qüvvədə olan qanunvericiliyə əsasən əgər işçi barədə araşdırma aparılıbsa, işçi mütləq qaydada araşdırmanın nəticələri ilə tanış olmalıdır. Ən maraqlı məqam isə odur ki, İddiaçının əmək müqaviləsinin müddəti 12 mart 2024-cü il tarixdə bitirdi və əgər onun fəaliyyəti qənaətbəxş deyildisə, Cavabdeh onunla əmək müqaviləsini uzatmaya bilərdi. Lakin, məsələ "sifarişli" olduğundan, Cavabdeh bu məsələni ümumiyyətlə yaddan çıxarmış və bütün səylərini İddiaçıya zərbə vurmaq üçün yönəltmişdir. Hesab edirik ki, Cavabdeh 28 mart 2024-cü il tarixli T0639-24 nömrəli əmrin verilməsi üçün əsaslarını sübut edə bilməmiş və iddia ərizəsində qeyd olunan tələblər əsaslıdır. İddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X9 iddia tələbini qəbul etməyib və etirazın dəlillərini müdafiə edib, izahatında bildirmişdir ki, iddiaçının izahatına münasibətdə qeyd edir ki, son istifadəçi görmür ki, tenderdə kim qalib gəlib. O, malı qəbul edərkən sadəcə malın adını yəni “qıfıl” sözünü və sayını görür, imza ataraq qəbul edir. Təsərrüfat şöbəsi “Assa Abloy” üçün sorğu verib. Lakin tenderdə sorğuya “Omni” verilib. Nicat bəy isə görür ki, məsələn “iki ədəd qıfıl” qəbul edir. Digər yandan, Nərmin xanımın digər xərcləri azaltması, şirkətə xeyir verməsi və.s onun icra etdiyi vəzifə öhdəlikləridir və bu onun şirkətə ziyan vurması faktını aradan qaldırmır. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyib və etirazın dəlillərini müdafiə edib, izahatında bildirmişdir ki, Nərmin xanım işəgötürənə maddi ziyan vurmaqla kobud pozuntuya yol vermiş və 70-ci maddənin “ç” bəndi ilə işdən azad edilmişdir. Polad müəllim deyir ki, Prime Electro ziyan barədə məktubu diktə ilə yazıb. Bu hal yolverilməzdir. Onlar, Bravo olaraq, həmin şirkətlə artıq işləməyəcəklər. Onlar sırf araşdırma zamanı maneələr yaradılmasın deyə, həmin işçiləri əmək haqqıları saxlanılmaqla, işdən kənarlaşdırmışdırlar. Bəli, düzdür, kənarlaşdırma barədə əmrdə üç nəfər olub, Cavidan, Nərmin və İsmayılov Nicat. Xanım əmr ilə tanış olub, lakin imza atmaqdan imtina edib və onlar da evinə rəsmi olaraq göndərmişlər. İddianın əsaslılığı heç bir norma ilə sübuta yetirilməmişdir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X19 izahatında bildirmişdir ki, araşdırma materialına əsasən onlar ucuz məhsulu baha qiymətə almışlar. Nərmin xanımın işlədiyi dövr üçün "xxxx" şirkətinə fərqli münasibət olmuşdur. Nərmin xanım uzun müddət onlarla işləmişdir. Amma təchizat şöbəsində 2022-ci ildən bəri çalışırdı. Nərmin xanım sorğular üçün cavabdehlik daşıyırdı, əgər sorğu doğrudursa, imzalayıb təsdiq edirdi. Nərmin xanımın rəhbəri Salman Arslan idi, o da uyğunsuzluq səbəbi ilə işdən çıxarıldı. Bir şöbənin araşdırılması 2-3 ay çəkir və bir şöbədə yoxlama təxminən 2-3 ildən bir keçirilir. Bu kilitlər alınarkən, onlar digər şirkətlərin alternativ təklif vermələrinə icazə verməmişlər. X22 şirkətindən alternativ təklif verilməsinə icazə vermişlər. Lakin bununla bağlı sənədlər tender materiallarına tikilməyib. Onlar bu halı Nərmin xanımın “mail”-i vasitəsi ilə öyrənmişlər. Onlar 80 manatlıq kilidi, 468 manata almışlar. Ümumi dəymiş ziyan 35000 manatdır. Çünki onlar bu kilitlərin quraşdırılmasına və sökülməsinə xərc çəkmişlər. Onların daxili qaydalarına əsasən, bir şirkətin onlarla işləməsi üçün üç illik fəaliyyəti barədə məlumat olmalıdır. X20 şirkəti yeni yaradılmış şirkətdir. Bu özü bir pozuntudur. Onlarla əməkdaşlıq edən bu şirkətlərin siyahısını Nərmin xanım və rəhbəri təyin edir. Onlar "xxxx" MMC ilə 2016-cı ildən əməkdaşlıq etmişdir. Sonra bu şirkət bağlandı, yəni yenidən təşkil edildi. Prime Electro adı ilə. Lakin bu artıq yeni şirkətdir. Rəhbərliyi və.s başqadır. Bravo 2022-ci ildən bu yana 10 dükan açmışdır. Prime Electronun dövriyyəsi ona görə qalxıb ki, onlar bütün digər məhsulları da, məhz bu şirkət vasitəsi ilə almışlar. Nərmin xanım bütün şirkətlərə yazmışdır ki, yalnız “Assa Abloy” qəbul ediləcək, alternativ qəbul edilmir. X21 alternativ təklif alınıb. O, Prime Electronun rəhbəri ilə görüşmüşdür və o, özü şifahi olaraq bildirdi ki, “qıfılları 100 manata alıblar”. İddianın rədd edilməsini xahiş etmişdir Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli ASL885 nömrəli Əmək Müqaviləsinin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında həmin tarixdə əmək müqaviləsi bağlanmış və sonuncu İstismar xidmətləri üzrə böyük mütəxəssis vəzifəsinə 12 ay müddətinə işə qəbul edilmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC (İşəgötürən) ilə İddiaçı (İşçi) arasında xx.xx.2020ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, İstismar xidmətləri üzrə böyük mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir; - AS885 nömrəli “Əmək müqaviləsi”nin: 2.1-ci bəndinə əsasən Bu Müqavilə «12» mart 2020-ci il tarixdə qüvvəyə minir və aşağıda verilmiş 2.2 bəndində təsvir edilmiş sınaq müddətini müvəffəqiyyətlə başa vurulmasına yaxud bu Müqavilənin qüvvəsinə onun özünün yaxud Məcəllənin müddəalarına müvafiq olaraq xitam verilməsi hallarına müvafiq olaraq 12 (on iki) ay müddətə bağlanır. 2.2-ci bəndinə əsasən, bu Müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 3 (üç) ay sınaq müddəti hesab edilir və sınaq müddəti ərzində İşəgötürən, İşçinin özünü doğrultmadığına görə, ən azı 1 (bir) gün əvvəl yazılı şəkildə xəbərdarlıq etməklə bu Müqaviləyə xitam verə bilər. Eyni zamanda, İşçi də sınaq müddəti ərzində ən azı 3 (üç) gün əvvəl yazılı şəkildə xəbərdarlıq etməklə bu Müqaviləyə xitam vermək hüququndan istifadə edə bilər. 5.3-cü maddəsinə əsasən, Bu Müqavilənin qüvvədə olduğu müddət ərzində İşçi xəstəlik, zədə yaxud qəza nəticəsində öz vəzifələrini yerinə yetirmək iqtidarında deyilsə, o, müvafiq müddət ərzində (iş yerində olmamağının birinci günündən etibarən iki gündən gec olmayaraq) birbaşa müdirini və ya meneceri işə çıxmamağı barədə xəbərdar etməli və İşəğötürəni işləyə bilməyəcəyi təxmini müddət barədə ona məlumat verməlidir, işçi bu cür xəstəlik, zədə və yaxud qəza ilə əlaqədar verilmiş xəstəlik vərəqəsini işə başladığı birinci günündə İşəgötürənə təqdim etməlidir. Belə bir sübutun təqdim edilməsi şərti ilə, İşçiyə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar hər bir dövr üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müavinat ödənilir. 8.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər; - ASL885 nömrəli “Əmək müqaviləsi”nə əlavənin surətindən görünür ki, Hacıyeva X7 üzrə menecer vəzifəsinə qəbul edilmiş və əmək haqqı məbləği 3100 manat məbləğində təyin edilmişdir. Əlavə xx.xx.2023-cü il tarixdən qüvvəyə minmişdir. Təchizat üzrə menecer vəzifə öhdəliklərinə daxildir: Zəruri malların və xidmətlərin sifarişlərini təsdiqləmək, mövcud müqavilələrin şərtlərini nəzərdən keçirmək və test etmək, satınalma xərcləri üzrə uzunmüddətli qənaətedici məqsədlər irəli sürür, xərcləri azaltmaq və effektivliyi artırmaq və.s. - Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 003-24/K nömrəli “İşçinin işdən azad edilməsi barədə” əmrinin surətindən görünür ki, İşəgötürən tərəfindən ƏM-nin 62-ci maddəsi rəhbər tutulmaqla, mülkiyyətçilərin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə, xx.xx.2024-cü il tarixdən əmək haqqının saxlanılması şərti ilə Nəzarət və Araşdırma şöbəsi araşdırmanı yekunlaşdırana qədər Təchizat üzrə menecer İddiaçı, Təchizat üzrə baş mütəxəssis X10 və istismar xidmətləri üzrə qrup rəhbəri X11 işdən kənarlaşdırılmışlar. - xx.xx.2024-cü il tarixli “Təchizat şöbəsinin meneceri İddiaçı və həmin şöbənin böyük mütəxəssisi Cavidan Həsənov tərəfindən törədilən uyğunsuzluq və saxtakarlıq halları” barədə aktın surətindən görünür ki, Cavabdeh MMC-nin Nəzarət və Araşdırma şöbəsinin böyük mütəxəssisi Emil Əhmədli, daxili auditi Qalib Abdallı, Nəzarət və Araşdırma şöbəsinin müdiri Rəşad İmanov bu aktı tərtib etdik ondan ötrü ki, həqiqətən 1 təchizat şöbəsində menecer vəzifəsində çalışan Nərmin Hacıycva və həmin şöbədə böyük mütəxəssis vəzifəsində çalışan Cavidan Həsənov tərəfindən aşağıda qeyd olunan uyğunsuzluq və saxtakarlıqlar edilmişdir: 1) Cavidan Həsənovun və İddiaçı iştirakı ilə təchizatçıdan bazar qiyməti daha baha olan brend markalı məhsul sifarişi ilə daha ucuz, fərqli marka məhsul alışı olmuşdur. Təchizatçı bahalı məhsul tələbi olan alışlarda qalib seçilmişdir, lakin faktiki olaraq daha ucuz olan məhsulu şirkətə təhvil vermişdir (Assa Abloy). İddiaçı və Cavidan Həsənov ilə görüş keçirildi, adları qeyd olunan əməkdaşlar təchizatçının onlara fərqli brendin (bazar qiyməti çox ucuz olan "Omni" markası) məhsulunu verməsi barəsində məlumatsız olduqlarını bildirdilər. Araşdırma zamanı isə məlum olmuşdur ki, təchizatçı ucuz brend markasını təklif etməsini göndərdiyi qiymət təkliflərində qeyd etmişdir, bu isə öz növbəsində İddiaçı və Cavidan Həsənovun qeyd olunan baha alışdan məlumatlı olmasını təsdiq edir. İddiaçı və Cavidan Həsənov digər şirkətlərin tələbə uyğun olan fərqli brendli məhsullarının təklifini uyğunsuzluq kimi görmüş və onlardan alış etməmişlər. "xxxx" təchizatçısından alış zamanı isə fərqli brendin məhsullarının alınmasına şərait yaratmışdırlar. İddiaçı və Cavidan Həsənov təsisat şöbəsi tərəfindən "Kale" markalı məhsul alınması üçün sorğunu qəbul etmişlər. Təchizatçılardan "Kale’" markası əvəzinə "Assa Abloy" markalı (bazar qiy məti ən bahalı olan) brendin məhsulun tələbi üçün qiymət sorğusu istənilmişdir. Ən ucuz qiymət təklifi etmiş "xxxx" təchizatçısı isə “Assa Abloy" brendinin əvəzinə "Omni” brendinə məxsus məhsulu göndərmişdir. Yuxarıda qeyd olunan səbəblərdən təchizatçıya, şirkət tərəfindən alınan məhsullara görə bazar dəyərindən 8 323 (səkkiz mim üç yüz iyirmi üç) manat artıq ödəniş olunmuşdur. "Prime Electro” təchizatçısı iştirak edən BİD-lərdə uduzan hallarda yenidən daha ucuz qiymət təklifi göndərir (sonuncu təklif) və məhsul alışı təchizatçılar arasında bölünərək qalib olur. Digər təchizatçılar uduzan BİD-lərdə isə məhsul bölgüsü aparılmır və bu səbəbdən şirkət tərəfindən alınan həmin məhsulları görə ümumi 4 4830 (dörd min səkkiz yüz otuz) manat artıq ödəniş olunmuşdur. "Prime Electro təchizatçısı qalib olduğu BİD-də yenidən qiymətləri qaldırarar) təklifi göndərmiş və qalib olmuşdur. Prime Electro təchizatçısı məğlub olduğu olduğu BİD-lərdə alışın son günü dicər təchizatçılar qiymət təklifi göndərdikdən uzun müddət sonra, yenidən qiymət təkfliti atmış və cüzi fərq ilə qalib olmuşdur. Qeyd olunan alış zamanı Nərmin Hacıycva və Cavidan Həsənov digər təchizatçılardan qiymət sorğusunu istəməmişdirlər. Nərmin Hacıycva və Cavidan Həsənov tərəfindən "xxxx" təchizatçısı iştirak edən BİD-lərdə digər təchizatçılardan qiymət sorğusu alınmır. BİD sənədində digər təchizatçıların qüvvədə olmayan qiymət təkliflərini "Prime Electro təchizatçısından aldığı yeni qiymət təklifi ilə müqayisə edərək “Prime Electro təchizatçısını qalib etdirmişdir. Bu uyğunsuzluq daha çox Alüminium lövhələrin (Chekenboard) alışı zamanı olmuşdur. Aliminium lövhələri Google-da axtarış edilən zaman ilk çıxan sayt olan "Caspinox" təchizatçısı ilə əlaqə saxlanıldı, şirkətin 250 (iki yüz əlli) manat məbləğində aldığı məhsula 170 (yüz yelmiş) manat məbləğində təklifi alınmışdır. Qeyd olunan məhsul birbaşa istehsalçı ilə əlaqə saxlanılıb endirim istənilməklə 7 118 (yeddi min yüz on səkkiz) manat daha ucuz almaq mümkündür. İddiaçı və Cavidan Həsənov tərəfindən mağazalarda olan müştəri arabaları üçün təkərlərin alışı zamanı qiymət fərqi aşkarlanmışdır. Satınalınan təkərlər Türkiyənin "Kama" brendinə məxsusdur və "Kama” şirkəti özü də BİD-də iştirak etmişdir lakin baha qiymət təklifinə görə qalib olmamışdır. "Kama" şirkətinin təchizat komandası və araşdırma komandasına təklif etdiyi qiymətlərdə ciddi fərq mövcud olmuşdur. Qeyd olunan məhsuldan 73425 (yetmiş üç min dörd yüz iyirmi beş) manat dəyərində alış olunmuşdur, birbaşa istehsalçı ilə əlaqə saxlanılıb endirim istənilməklə 12 925 (on iki min doqquz yüz iyirmi beş) manat daha ucuz almaq mümkündür. İddiaçı və Cavidan Həsənov qeyd olunan məhsulu “Prime Electro" təchizatçısından 13.50 (on üç manat 50 qəpiyə) almışlar, hal-hazırda isə Nərmin Rəcəbli tərəfindən Prime Electro təchizatçısından 12.83 (on iki manat səksən üç qəpiyə) alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə teams proqramında X2 köçürmə ilə verməyəcəyi məhsulu "xxxx" təchizatçısına bildirməsi və o məhsulu “Prime Electro" təchizatçısından alması barəsində göstəriş vermişdir və nəticədə yazışmada qeyd olunan məhsul "xxxx" təchizatçısından alınmışdır. Bu da öz növbəsində "xxxx" ilə Nərmin Hacıycva arasında münasibətin olmasının təsdiqidir. İddiaçı xx.xx.2023-ci tarixdə teams proqramında Cavidan Həsənova sorğu məbləğinin 5000 (beş min) manata qədər azaltmasını və yalnız özünün imzalamasını bildirmişdir, əlavə olaraq sorğunu açan əməkdaşlara sayının azaltmasını, lazım olarsa sonra yenidən alınması üçün xahiş etməsini bildirmişdir. Yuxarıda yazılanları nəzərə alaraq yekunda bildirmək istəyilər ki: Tərtib olunmuş sənədin 1-ci və 2-ci bəndində İddiaçı və Cavidan Həsənov tərəfindən "xxxx" təchizatçıdan "ASSA ABLOY" brendinə məxsus yanğın çıxış qapısının kilidlərinin alınması zamanı şirkətə 8323 (səkkiz min üç yüz iyirini üç) manat ziyan vurulması sübut olundu. Həmçinin tərtib olunmuş sənədin 3-cü bəndində İddiaçı və Cavidan Həsənov tərəfindən öz səlahiyyətlərindən sui-istifadə edərək təchizatçılara fərqli yanaşmışlar və bu səbəbdən şirkətə 4830 (dörd min səkkiz у üz otuz) manat ziyan dəyməsi sübut olundu. Tərtib olunmuş sənədin 6-cı bəndində "xxxx" təchizatçısı barəsində İddiaçı və Cavidan Həsənov arasında yazışmada qeyd olunan məhsul alışının həmin təchizatçıdan alınması adları çəkilən işçilərin "xxxx" təchizatçısına prioritet yanaşması sübut olundu. Tərtib olunmuş 8-ci bəndində İddiaçı və Cavidan Həsənov tərəfindən keçirilən BİD-lərdə qüvvədə olmayan qiymət təkliflərinin salınması sübut olundu. "xxxx" Təchizatçısının barəsində aparılmış araşdırma nəticələri öz növbəsində sübuta yetirir ki, həmin təchizatçının tanıdılması da şirkət maraqlarına cavab vermirdi. Bu təchizatçı ila bağlı aparılan araşdırma nəticələri sübut edir ki, adları araşdırma detallarında qeyd olunan məsul şəxslərin öz şəxsi maraqları ön plandadır. Təchizatçı "Prime Electro” fərqli brendə məxsus məhsul verməsini təsdiq etmişdir və bu səbəbdən şirkətə ziyan vurmasını şifahi olaraq qəbul etmişdir. - xx.xx.2024-cü il tarixli Xəbərdarlıq məktubundan görünür kki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdən işə gəlməməsi barədə İddiaçı xəbərdar olunmuş və ona bunun səbəbləri barədə sənədləri təqdim etməsi bildirilmişdir. - 5 saylı Poliklinika tərəfindən verilmiş Əmək qabiliyyətinin olmaması barədə vərəqədən görünür ki, İddiaçı xx.xx.2024-cü il- xx.xx.2024-cü il tarixlərədək yataq rejimində müalicə olunması qeydə alınmışdır. - Məhkəməyə sübut qismində whatsapp yazışmaları, fotoşəkil və cədvəllər təqdim olunmuşdur. - xx.xx.2024-cü il tarixli Qüsur aktından görünür ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli EBDY 083105 nömrəli və xx.xx.2024-cü il tarixli EBEA 252605 nömrəli elektron qaimə fakturalar barədə aşağıdakı razılığa gəlinmişdir: 1. "xxxx" MMC təsdiq edir ki, yuxarıda qeyd edilmiş qaimə fakturalar vasitəsi ilə Azərbaycan Supermarket MMC-yə təqdim edilmiş Metal təkərlər istifadə üçün kifayət qədər yararlı deyil. Buna görə də həmin elektron qaimə fakturalarda qeyd edilmiş ƏDV daxil qiymətin yalnız müəyyən hissəsi Azərbaycan Supermarket MMC tərəfindən Prime Elektro MMC-yə ödəniləcəkdir. 2. Azərbaycan Supermarket MMC tərəfindən EBDY 083105 nömrəli elektron qaimə faktura üzrə 1054,45 AZN (ƏDV daxil) və EBEA 252605 nömrəli elektron qaimə faktura üzrə isə 1058.46 (ƏDV daxil) olmaqla, cəmi 2116.91 (ƏDV daxil) ödəniş ödəniləcəkdir (Metal təkərlər üçün). Qiymət azalması EBDY 083105- QD 2404 00680119; EBEA 252605- QD 2404 ********. - "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli 024 nömrəli məktubun surətindən görünür ki, müxtəlif tarixlərdə Cəmiyyətin əməkdaşları şirkətlərindən “Assa Abloy” markalı qapı kilidlərinin qiymətini sorğulamışdır. Şirkət tərəfindən göndərilən qiymət təkliflərində məhsul adı bilərəkdən dəyişdirilərək “Omni” markasının adı qeyd edilmiş, lakin qiymət olaraq “Assa Abloy” markalı kilidlərin qiyməti yazılmışdır. Bu təkliflər Cəmiyyətin əməkdaşları tərəfindən təsdiqlənmiş və nəticədə bazar qiyməti daha aşağı olan “Omni” markalı kilidlər “Assa Abloy” markalı kilidlərin qiymətinə Cəmiyyətə satılmışdır. Qeyd edirlər ki, törədilmiş əməl nəticəsində Cəmiyyətə maddi ziyan vurulmuş və şirkət 35,000.00 (otuz beş min) manat qazanc əldə etmişdir. Gələcəkdə bu halların qarşısını almaq üçün şirkətləri daxilində müvafiq qabaqlayıcı tədbirlərin görüldüyünü və əməkdaşlıqlarındakı etimadı bərpa etməyə çalışacaqları bildirilmişdir. - xx.xx.2024-cü il tarixi T0639-24 nömrəli əmrin surətindən görünür ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin c) bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmaq işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. “Azərbaycan Supermarket" MMC-də təchizat üzrə menecer vəzifəsində çalışan X12 və təchizat üzrə baş mütəxəssis vəzifəsində çalışan X10 təchizatçılardan məhsulların alınması zamanı ciddi uyğunsuzluqlara yol verərək bazar qiyməti baha olan markaya aid məhsullar sifariş etmiş, lakin fərqli markalı ucuz məhsullar almışlar. Təchizatçı tərəfindən göndərilən qiymət təkliflərində ucuz markaya aid məhsulun qeyd edilməsi Nərmin Hacıyevə və Cavidan Həsənovun baha qiymətli məhsul əvəzinə ucuz qiymətli məhsul göndərilməsindən məlumatlı olduğunu və bu uyğunsuzluğa qəsdən yol verdiyini təsdiq edir. Buna misal olaraq təchizatçının qiyməti yüksək olan “Assa Abloy” markalı məhsul əvəzinə qiyməti ucuz olan “Omni” markalı məhsulu göndərməsini göstərmək olar. Alınan bu məhsullara görə təchizatçıya məhsulların real dəyərinin bir neçə misli qədər artıq ödəniş olunmuş və nəticədə işəgötürənə maddi ziyan vurulmuşdur. Bununla yanaşı, Cavabdeh MMC bu və ya digər malların alınması üçün keçirilən tenderlər zamanı təchizatçılara bərabər imkanlar yaratmaqla onlar arasında şəffaf rəqabətin təmin edilməsini əsas prinsiplərindən hesab edir. Lakin İddiaçı və Cavidan Həsənov "xxxx" adlı təchizatçıya digər təchizatçılarla müqayisədə haqsız üstünlük vermişdir. Belə ki, onlar digər təchizatçıların sifariş olunan markadan fərqli markaya məxsus məhsul təkliflərini uyğunsuzluq kimi qiymətləndirərək Cəmiyyətə məhsullar vermələrinə maneə yaratmışlar. Buna baxmayaraq "xxxx" sifariş edilən markadan fərqli markalı məhsul göndərsə də, bu hala göz yummuş və onlardan məhsul alınmasını davam etdirmişlər. Bununla da İddiaçı və Cavidan Həsənov Cəmiyyətin yuxarıda qeyd edilən şəffaf rəqabət və bərabərlik prinsiplərini pozmuşlar. Cəmiyyətin tapşırığı ilə hər iki işçinin əmək münasibətləri dövrü yoxlanılmış və məlum olmuşdur ki, onlar bütün dövrlərdə öz hərəkətləri (hərəkətsizlikləri) nəticəsində işəgötürənə maddi ziyan vurmuşlar. Bununla bağlı aidiyyəti işçilərdən izahat alınmışdır. Yuxarıda qeyd edilənləri və Əmək Məcəlləsinin 72-ci maddəsinin c) bəndini rəhbər tutaraq, “Azərbaycan Supermarket’ MMC-də təchizat üzrə menecer vəzifəsində çalışan İddiaçı və təchizat üzrə baş mütəxəssis vəzifəsində çalışan X5 əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xx.xx.2024-cü il tarixindən xitam verilmiş, Cəmiyyətin baş mühasibinə tapşırılmışdır ki, işçilərin əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) onlara son haqq-hesabının ödənilməsini (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçilərə ödənilməli əmək haqqı və digər ödəmələr) təmin etsin, bu əmrin birinci bəndi ilə əmək müqavilələrinə xitam verilməsi barədə bildirişlər “Əmək müqaviləsi bildirişi" X3 daxil edilməsi əmr edilmişdir. Əmrə əsas verən sənədlər: işçilərin izahatları və xx.xx.2024-cü il tarixli akt. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixi T0639-24 nömrəli əmrə müvafiq olaraq “Azərbaycan Supermarket" MMC-də təchizat üzrə menecer vəzifəsində çalışan X12 ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. - “Kadr işlərinin aparılması haqqında” xx.xx.2023-cü il tarixli 23/06 nömrəli müqavilədən görünür ki, Sifarişçi Cavabdeh MMC ilə İcraçı "xxxx" MMC arasında bağlanılmış müqaviləyə əsasən, İcraçı, Cavabdeh MMC-də əmək qanunvericiliyinin tələbinə əmək olunması, əmək qanunvericiliyi sisteminə daxil olan normativ-hüquqi aktların tələblərinin yerinə yetirilməsi, məcburi dövlət sosial sığorta və əmək haqqı sahəsində vergi ödənişlərinin düzgün aparılması vəziyyətini araşdırmağı və qanunauyğunsuzluqları aşkar etməyi, habelə aşkar edilmiş qanuna uyğunsuzluqları aradan qaldırmağı (bundan sonra “Xidmətlər” adlanacaq), Sifarişçi isə “İcraçı” tərəfindən göstərilən xidmətləri qəbul etməyi və bu müqavilədə müəyyən edilmiş qaydada və şərtlərlə onları ödəməyi öhdəsinə götürür. İcraçı Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən kadr işlərinin aparılması üzrə konsaltinq xidmətlərini göstərməyi öhdəsinə götürür. - Məhkəməyə İddiaçı məxsus əmək kitabçasının surəti təqdim edilmişdir. - Məhkəməyə satış çekləri və qaimə-faktura surətləri təqdim edilmişdir. - MŞB/MT015/2024-0134/02 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İddiaçının nümayəndəsi tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli ASL885 nömrəli “Əmək müqaviləsi”nə əsasən İddiaçı istismar xidmətləri üzrə böyük mütəxəssis vəzifəsinə qəbul edilmişdir. xx.xx.2023-cü ildə təchizat üzrə menecer vəzifəsinə keçirilmişdir. Təchizat şöbəsində menecer vəzifəsində çalışan İddiaçı və həmin şöbədə böyük mütəxəssis vəzifəsində çalışan Cavidan Həsənov tərəfindən aşağıda qeyd olunan uyğunsuzluq və saxtakarlıqlar edilmişdir: 1) Cavidan Həsənovun və İddiaçı iştirakı ilə təchizatçıdan bazar qiyməti daha baha olan brend markalı məhsul sifarişi ilə daha ucuz, fərqli marka məhsul alışı olmuşdur. Təchizatçı bahalı məhsul tələbi olan alışlarda qalib seçilmişdir, lakin faktiki olaraq daha ucuz olan məhsulu şirkətə təhvil vermişdir (Assa Abloy). İddiaçı və Cavidan Həsənov ilə görüş keçirildi, adları qeyd olunan əməkdaşlar təchizatçının onlara fərqli brendin (bazar qiyməti çox ucuz olan "Omni" markası) məhsulunu verməsi barəsində məlumatsız olduqlarını bildirmişlər. Araşdırma zamanı isə məlum olmuşdur ki, təchizatçı ucuz brend markasını təklif etməsini göndərdiyi qiymət təkliflərində qeyd etmişdir, bu isə öz növbəsində İddiaçı və Cavidan Həsənovun qeyd olunan baha alışdan məlumatlı olmasını təsdiq edir. İddiaçı və Cavidan Həsənov digər şirkətlərin tələbə uyğun olan fərqli brendli məhsullarının təklifini uyğunsuzluq kimi görmüş və onlardan alış etməmişlər. "xxxx" təchizatçısından alış zamanı isə fərqli brendin məhsullarının alınmasına şərait yaratmışdırlar. İddiaçı və Cavidan Həsənov təsisat şöbəsi tərəfindən "Kale" markalı məhsul alınması üçün sorğunu qəbul etmişlər. Təchizatçılardan "Kale’" markası əvəzinə "Assa Abloy" markalı (bazar qiyməti ən bahalı olan) brendin məhsulun tələbi üçün qiymət sorğusu istənilmişdir. Ən ucuz qiymət təklifi etmiş "xxxx" təchizatçısı isə “Assa Abloy" brendinin əvəzinə "Omni” brendinə məxsus məhsulu göndərmişdir. Yuxarıda qeyd olunan səbəblərdən təchizatçıya, şirkət tərəfindən alınan məhsullara görə bazar dəyərindən 8 323 (səkkiz mim üç yüz iyirmi üç) manat artıq ödəniş olunmuşdur. İddiaçı və Cavidan Həsənov tərəfindən mağazalarda olan müştəri arabaları üçün təkərlərin alışı zamanı qiymət fərqi aşkarlanmışdır. "Kama" şirkətinin təchizat komandası və araşdırma komandasına təklif etdiyi qiymətlərdə ciddi fərq mövcud olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə teams proqramında X2 köçürmə ilə verməyəcəyi məhsulu "xxxx" təchizatçısına bildirməsi və o məhsulu “Prime Electro" təchizatçısından alması barəsində göstəriş vermişdir və nəticədə yazışmada qeyd olunan məhsul "xxxx" təchizatçısından alınmışdır. Bu da öz növbəsində "xxxx" ilə Nərmin Hacıycva arasında münasibətin olmasının təsdiqidir. Yekunda, İddiaçı və Cavidan Həsənov tərəfindən "xxxx" təchizatçıdan "ASSA ABLOY" brendinə məxsus yanğın çıxış qapısının kilidlərinin alınması zamanı şirkətə 8323 (səkkiz min üç yüz iyirini üç) manat ziyan vurulması sübut olunmuş, İddiaçı və Cavidan Həsənov tərəfindən öz səlahiyyətlərindən sui-istifadə edərək təchizatçılara fərqli yanaşmışlar və bu səbəbdən şirkətə 4830 (dörd min səkkiz у üz otuz) manat ziyan dəyməsi, İddiaçı və Cavidan Həsənov arasında yazışmada qeyd olunan məhsul alışının həmin təchizatçıdan alınması adları çəkilən işçilərin "xxxx" təchizatçısına prioritet yanaşması sübut olunmuş, bu barədə müvafiq akt qəbul edilmişdir. Nəticədə, Cavabdeh MMC-də təchizat üzrə menecer vəzifəsində çalışan işçisi ilə bağlanmış ASL885 saylı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi rəhbər tutularaq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı işdən azad olunması barədə əmrin ona dair hissədə ləğv edilməsi və digər tələblərlə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətlərin dairəsi başa düşülür. Əmək Məcəlləsinin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulması işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsas yaradır. Qeyd olunan maddədə isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüquqları vardır; 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır; 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək intizam tənbeh növünü tətbiq edə bilər; 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə mübahisələndirilən əmrin verilməsi üçün əsas olmuş sənədlərə, işin faktiki hallarına diqqət çəkərək qeyd edir ki, ümumilikdə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, müvafiq hüquq münasibətlərini Azərbaycan Respublikasının Əmək Məcəlləsi tənzimlədiyi kimi, hazırkı işdə tərəf olan Cavabdeh MMC (İşəgötürən) ilə İddiaçı (İşçi) arasında olan əmək və hüquq münasibətləri də həmin Məcəllə ilə tənzimlənmiş, onlar arasındakı əmək münasibətlərinin əsas şərtləri, hüquq və vəzifələri yazılı müqavilədə öz əksini tapmışdır. Hansı ki, əmək müqaviləsində tərəflər razılaşmışlar ki, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75 maddələrində nəzərdə tutulan hallara əmək edilməklə xitam verilə bilər. Göründüyü kimi, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi müqavilədə öz əksini tapmaqla mübahisə edilməyən, izahı aydın olan şərtlərdəndir, hansı ki, İddiaçı təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmuş və işçinin əmək haqqı saxlanılmaqla o, müvəqqəti olaraq işdən kənarlaşdırılmış, bu zaman kəsiyində işəgötürən tərəfindən müvafiq araşdırma aparılmış, izahatlar alınmış və yol verilmiş pozuntularla bağlı akt tərtib edilmişdir. İddiaçı tərəf əsassız olaraq işdən azad edildiyini qeyd etsə də, qeyd edilən hal öz təsdiqini məhkəmə araşdırması zamanı tapmamışdır, sübut etmə yükü üzərinə düşmüş işəgötürən isə işçinin işdən azad olunmasına əsas olmuş sübutlarını məhkəməyə təqdim etmiş və məhkəmə araşdırması zamanı həmin sübutlar tədqiq edilmişdir. Məhz sözügedən kobud pozuntularla bağlı tərtib edilmiş aktda qeyd olunan və iddiaçı tərəfindən əksi sübuta yetirilə bilməyən səbəblərdən, cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək münasibətlərinə xitam vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilə bilməz. Eyni zamandan, iddiaçı kimi cəmiyyətə maddi ziyan vuran digər işçilər barəsində görülmüş tədbirlərə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir və təqdim edilsə belə hazırkı iş üzrə əhəmiyyət kəsb etmir. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi kollektiv deyil, fərdi əmək müqaviləsidir və əmək müqaviləsinin bağlanması və xitamı əsası məhz müqavilə tərəfləri üçün nəzərdə tutulmuşdur. Digər işçilərlə əmək müqaviləsinə xitam verilməsi, hazırkı iddianın təmin olunması qənaətinə gəlinməsi üçün əsas ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, işəgötürən işçi (iddiaçı) ilə əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin özündə ehtiva etdiyi yuxarıda göstərilən qanunvericiliyin müəyyən etdiyi qaydalara riayət etmiş və işəgötürən tərəfindən Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsini ləğv edilərkən bu Məcəllənin 71, 80, 84, 187 və 189-cu maddəsinin tələblərinə ciddi əməl edildiyindən, həmçinin iddiaçı barəsində görülən tədbirlər və qəbul edilmiş əmr və qərarların ləğv edilməsi üçün əsasların olmaması iddia tələbinin rədd edilməsinə əsasdır. Çünki işəgötürən tərəfindən iddiaçının konkret hansı öhdəliklərini yerinə yetirməməsi müəyyən edilmiş və bu lazımi sənədlərlə təsdiq olunmuşdur. Məhkəmə iddia tələbinin “əmrin iddiaçıya dair hissədə ləğv olunması” hissəsində rədd olunmasını nəzərə alaraq hesab edir ki, iddia tələbinin “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” hissələrinə münasibətdə qeyd edilməlidir ki, həmin tələblər ilkin (əsas) tələbdən törəmə tələblərdir və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsinə əsaslar müəyyən edilmədiyi halda, iddiaçının sözügedən tələblərinin təmin edilməsi üçün əsaslar yoxdur, iddia tələbləri həmin hissələrdə də əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edən kimi üzərinə düşmüş Cavabdeh MMC qəbul etdiyi mübahisələndirilən əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin iddiaçıya münasibətdə ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi, çəkilmiş xərclərin və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunduğu kimi, iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin iddiaçıya münasibətdə ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi, çəkilmiş xərclərin və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar