Məhkəmə qərarları › İş №e-2(007)-1950/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1950/2024

27.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1950/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 28 mart 2024-cü il tarixli T0639-24 nömrəli əmrinin iddiaçı X3 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilməsi, iddiaçı X1 Cavabdeh təchizat üzrə menecer vəzifəsinə bərpa edilməsi, iddiaçı X1 28 mart 2024-cü il tarixdən bərpa olunmasına dair müvafiq əmr verildiyi tarixədək məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq verilməsi, mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pulun və 10000 (on min) manat məbləğində mənəvi ziyanın Cavabdehndən tutularaq iddiaçı X2 ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş 14 may 2024-cü il tarixdə e-2(007)-1949/2024 nömrə ilə məhkəmənin hakimi Rauf Əhmədovun icraatına daxil olmuşdur. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 28 mart 2024-cü il tarixli T0639-24 nömrəli əmrinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilməsi, İddiaçı Cavabdeh təchizat üzrə baş mütəxəssis vəzifəsinə bərpa edilməsi, İddiaçı 28 mart 2024-cü il tarixdən bərpa olunmasına dair müvafiq əmr verildiyi tarixədək məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq verilməsi, mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pulun və 10000 (on min) manat məbləğində mənəvi ziyanın Cavabdehndən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan mülki iş 14 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və e-2(007)- 1950/2024 nömrə ilə qeydə alınaraq icraata qəbul olunmuşdur. Cavabdeh nümayəndəsi X4 vəsatət verərək e-2(007)-1950/2024 saylı mülki işin e- 2(007)-1949/2024 saylı mülki işə birləşdirilməsini xahiş etmişdir. Vəsatəti və işin materiallarını nəzərdən keçirərək, məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, işlər bir-biri ilə əlaqəli olduğundan, prosessual qənaət prinsipi baxımından qeyd edilən mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Eyni məhkəmənin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun icraatına daha əvvəl daxil olduğundan və cavabdehin nümayəndəsi mülki işlərin bir icraatda, e-2(007)-1950/2024 saylı mülki işin e-2(007)-1949/2024 nömrəli mülki işə birləşdirilməsini xahiş etdiyindən İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair e-2(007)-1950/2024 nömrəli mülki iş, iddiaçı X1 Cavabdeh MMCyə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair e-2(007)-1949/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilməli, mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş icraatda e-2(007)- 1949/2024 nömrə saxlanılmaqla e-2(007)-1950/2024 nömrəli mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-45, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair e- 2(007)-1950/2024 nömrəli mülki iş, iddiaçı X1 Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair e-2(007)- 1949/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Bir icraatda birləşdirilmiş e-2(007)-1949/2024 nömrəli mülki iş saxlanılmaqla e- 2(007)-1950/2024 nömrəli mülki işin icraatına xitam verilsin. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar