Məhkəmə qərarları › İş №e-2(007)-1974/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1974/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1974/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan 125.94 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1974/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair e-2(007)-1759/2024 saylı sadələşdirilmiş icraat üzrə işə iddia icraatında baxılması qərara alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə olunmuş sənədləri və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Bеlə ki, “AZEMİS”dən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər; 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər; 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; 261.0.7-ci maddəsinə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki-Prosessual Məcəlləsində "cavabdeh" prosesin tərəfi kimi müəyyən edilmiş və "cavabdehin" ümumi qaydada anlayışı verilmiş, bu kateqoriyaya aid şəxslərin hüquq və vəzifələri təsbit edilmişdir. Hazırda iddiaçı ölmüş şəxsə qarşı iddia qaldıraraq cavabdehin vərəsələrinin müəyyən edilməsi üçün hərəkətlər etməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat (İddiaçı ASC, VÖEN: **********, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 14221102, tarix: xx.xx.2024, saat: 11:21:12) məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh məhkəmədə iddia qaldırıldıqdan əvvəl öldüyündən, həmçinin onun vəsərələri müəyyən edilmədiyindən hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat (İddiaçı ASC, VÖEN: **********, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 14221102, tarix: xx.xx.2024, saat: 11:21:12) məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusfiova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar