Məhkəmə qərarları › İş №e-2(007)-2013/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2013/2025

18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2013/2025 18.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı MMMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMMC-nin Cavabdeh qarşı “mənzilə göstərilən xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı MMMC Cavabdeh qarşı “mənzilə göstərilən xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilə göstərilmiş xidmətə görə ödənilməmiş 817 (səkkiz yüz on yeddi) manat məbləğində pulun, həmçinin ödənilmiş 35 manat dövlət rüsumunun və çəkilmiş 3 manat poçt xərcinin, ümumlikdə 855 (səkkiz yüz əlli beş) manat məbləğində pulun cavabdehdən tutulub İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının Bakı İH Başçısının xx.xx.2012-ci il tarixli, 504 nömrəli və xx.xx.2017-ci il tarixli, 448 nömrəli “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyasıaktının təsdiq olunması haqqında” Sərəncamları ilə istismara qəbul edildikdən sonra hər 2 binanın “Sahə Mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsərrüfat subyekti olmaqla İddiaçı” (İddiaçı MMMC) adlı qeyri-kommersiya təşkilatı yaradılmış və yaradılmış Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli, 1120- MM7-0180 saylı Qərarı ilə ”Nizami-11” MMMC adı altında dövlət qeydiyyatına alınmış vəbu Qərar ilə ünvan 2 ünvanda yerləşən hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri ”Nizami-11” MMMC-nin idarəçiliyinə keçmişdir. İddiaçı MMMC qeyd olunan qanunun tələbinə əsasən binanın əmlakının saxlanması üçün ödəniş haqları müəyyən edilməsi haqqında qərar qəbuletmişdir. Belə ki, İddiaçı MMMC “Ümumi Yığıncağı”nın həmin qərarına əsasən binaların saxlanması ilə bağlı çəkilən xərclərin (işçilərin əmək haqqı – 2910 manat, DSMF-na köçürmələr- 778 manat, İşsizlik fonduna köçürmə– 32 manat, su vurma motorlarının sərf etdiyi Elektrik enerjisi xərcləri – orta aylıq xərci - 1300 manat, liftlərin servis xidməti haqqı- 800 manat, Zibilin daşınması - 450 manat, telefon və ASAN imzanın saxlanması xərci 20 manat, bank xərcləri 20 manat, təsərrüfat (süpürgə, təmizlik bezləri, dəftərxana ləvazimatı və s.) 130 manat, su pulu və qrunt sulara dair xərc- 30 manat, vergi və sair hesabatların verilməsi - 100 manat, sair gözlənilməz xərclər ( zirzəmiyə dolan suların çəkilməsi, liftlərin xarab olmuş hissələrinin yenisi ilə əvəzlənməsi və s) -197, cəmi 6797 manat), binalarda mülkiyyəti olan hər bir mülkiyyətçinin mülkiyyətində olan əmlakın hər bir kv.m-nə görə 0, 22 (iyirmi iki qəpik) manat, binanın təmiri və sair xərclər üçün isə 0,08 (səkkiz qəpik) manat, cəmi isə hər 1 (bir) kv.m sahəyə görə 0,30 (otuz qəpik) manat müəyyən edilmişdir. Məlumat üçün qeyd etmək lazımdır ki, İddiaçı MMMC ilə Cavabdeh arasında “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair” xx.xx.2020-ci il tarixli, 89 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən “İdarəedici təşkilat” ünvan 3 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsini, çoxmənzilli binanın bu müqavilənin 1 nömrəliəlavəsində göstərilən ümumi əmlakın saxlanması və təmiri üzrə bu Müqavilənin 2 nömrəli əlavəsində qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürmüşdür. “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair” xx.xx.2020-ci il tarixli, 89 nömrəli müqavilənin Əlavə 2-i ilə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 143,4 kv.m olan 216 saylı mənzilin (sahə) mülkiyyətçisi Cavabdeh aşağıdakı tariflə yaşayışın/qeyri yaşayışın sahəsi 143,4 kv.m, məbləği 43 manat kommunal haqqını hər ay ödəməyi öhdəsinə götürmüşdür. Yuxarıda qeyd olunanlardan dolayı, ünvan 4 ünvanda yerləşən 216 saylı mənzilin (sahə) mülkiyyətçisi Cavabdeh binanın saxlanması üçün müəyyən olunan ödənişləri vaxtında ödəməməsi (ödənişlər 19 aydır ki, edilmir) nəticəsində, hazırda onun bu xərclərdən dolayı “Nizami-11" MMMC-yə 817 (səkkiz yüz on yeddi) AZN məbləğində borcu yaranmışdır. Eyni zamanda, iddia ərizəsində göstərilən cavabdehə qeyd olunan borc məbləğlərinin ödənilməsi barədə pretenziyanın göndərilməsi üçün tərəflərindən poçt xərcləri çəkilmişdir. Belə ki, cavabdehin hər iki ünvanına (həmin pretenziyalar həm cavabdehlərin faktiki yaşadığı ünvanlara, həm də, onların MAPS arayışları üzrə rəsmi qeydiyyatda olduğu ünvanlara göndərilmişdir) pretenziyalar göndərilərkən 3 AZN məbləğində poçt xərcləri çəkilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh proses gedişatında ödəniş etmiş və hazırda 817 manat məbləğində borcu qalmışdır. Bu təqdim etdikləri arayışda və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə də öz əksini tapmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan telefonoqramdan görünür ki, cavabdehin (051)-552-17-97 saylı mobil nömrəsi ilə əlaqə saxlanılmış, ona məhkəmə iclasının tarixi və yeri barədə məlumat verilmiş və cavabdeh mənzili dayısıoğluna verdiyini, bu barədə dayısıoğluna bildirəcəyini, onun məbləği ödəyəcəyini və bu barədə də məhəkməyə teleqram göndərəcəyini bildirmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 Dövlət Qeydiyyatı haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - “Yaşayış binasında mənzil tikintisi haqqında” xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə yerləşən "xxxx" MMC-nin tikilməkdə olan binasında 216 saylı mənzili alıcı Cavabdeh verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair xx.xx.2020-ci il tarixli, 89 nömrəli müqavilədən və müqaviləyə əlavə 2-dən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 8-də yerləşən ümumi sahəsi 143,4 kv.m olan 216 saylı mənzilin mülkiyyətçisi olaraq Cavabdeh müqavilədə qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, hər ay komunal haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin mənzil üzrə 43 manat kommunal haqqını hər ay ödəməyi razılaşmışdır. - İddiaçı MMMC tərəfindən Cavabdeh verilmiş xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı MMMC Cavabdeh üç gün ərzində komunal haqqını İddiaçı MMMC-nin bank hesabına və ya kassasına ödəniş təmin edilməsə, borcun alınmasının məhkəmə qaydasında tələb olunacağını və bütün bu proses üzrə çəkilən xərclərin məhkəmə qaydasında ondan tələb olunacağını bildirmişdir. - İddiaçı MMMC-nin xx.xx.2025-ci il tarixli arayışlarından görünür ki, cavabdehin binanın saxlama xərclərinə görə 2025-ci ilin iyul tarixinə 817 manat borcu vardır. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh və "xxxx" MMC arasında bağlanılmış “Yaşayış binasında mənzil tikintisi haqqında” xx.xx.2010-cu il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə yerləşən "xxxx" MMC-nin tikilməkdə olan binasında 216 saylı mənzili alıcı Cavabdeh verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra "xxxx" MTK-nın ünvan 1 ünvanda inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının Bakı İH Başçısının xx.xx.2012-ci il tarixli, 504 nömrəli və xx.xx.2017-ci il tarixli, 448 nömrəli “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” Sərəncamları ilə istismara qəbul edildikdən sonra hər 2 binanın “Sahə Mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsəttüfat subyekti olmaqla İddiaçı” (İddiaçı MMMC) adlı qeyri-kommersiya Hüquqi şəxsi yaradılmış və yaradılmış Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli, 1120-MM7-0180 saylı Qərarı ilə ”Nizami- 11” MMMC adı altında dövlət qeydiyyatına alınmış və bu Qərar ilə ünvan 2 ünvanda yerləşən hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri yaşayış sahələri ”Nizami-11” MMMC-nin idarəçiliyinə keçmişdir. Tərəflər arasında Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin üzvü olan/olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair xx.xx.2020-ci il tarixli, 89 nömrəli müqavilə bağlanılaraq Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 8-də yerləşən ümumi sahəsi 143,4 kv.m olan 216 saylı mənzilin mülkiyyətçisi olaraq Cavabdeh müqavilədə qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, hər ay komunal haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehin mənzilə göstərilmiş xidmətə görə ödənilməmiş 817 manat borcu vardır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2-ci maddəsinə əsasən, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. 38.1-ci və 38.2-ci maddələrinə əsasən, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 122.3-cü maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 122.4-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün- mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, yaşayış sahəsinin mülkiyyətçisi üçün- yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. 137.8-ci maddəsinə əsasən, yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik normalarına və cavabdehin müqavilə əsasında üzərinə götürdüyü öhdəlikləri, tərəfindən ödənişlərin edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək 817 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı MMMC-nin xeyrinə 817 manat xidmət haqqı və 30 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar