Məhkəmə qərarları › İş №e-2(007)-204/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-204/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-204/2023 02.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, “Şəfa” stadionunun qarşısında X1 məxsus olan və xx.xx.2008-ci il tarixli etibarnamə ilə Cavabdeh2 istifadəsinə verilmiş "Hyundai Excel" markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 Əlibala oğlu tərəfindən idarəetmə hüququ olmadan idarə edilərkən “Bakı Sığorta" ASC-də (bundan sonra ASC) əmlak sığortası qaydasında sığortalanmış X7 idarə etdiyi "Kia Sorento” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulub. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Cavabdeh1 baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində təqsiri müəyyən edilib və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Qeyd olunan zərərin aradan qaldırılması üçün ASC tərəfindən 19224,40 (on doqquz min iki yüz iyirmi dörd manat, qırx qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilib. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2013-cü il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "xxxx" markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən əmlak sığortası qaydasında 30264 (otuz min iki yüz altmış dörd) manat məbləğində sığorta etdirilib. xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktına əsasən sığorta hadisəsi nəticəsində “Kia Sorento” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 27566 (iyirmi yeddi min beş yüz altmış altı) manat məbləğində müəyyən edilib. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının 33.2.2-ci bəndinə əsasən avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclər avtomobilin bazar dəyərinin 75%-i və ya daha çox hissəsini təşkil etdikdə sığorta ödənişi tam məhv qaydalarına əsasən hesablanır. Həmin Qaydaların 33.2.2.1.2-ci bəndinə əsasən sığortaçının istəyi ilə avtomobilin qalıq hissəsi onun mülkiyyətinə verilə bilər. Yəni sığorta ödənişi "tam məhv” qaydasında hesablananda sığorta müqaviləsi üzrə sığorta məbləğindən razılaşdırılmış azadolma məbləği və avtomobilin qalıq hissələri sığortalıda qaldıqda sonuncuların dəyəri çıxılmaqla hesablanır. Sığorta hadisəsi nəticəsində “Kia Sorento” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər həmin avtomobilin dəyərinin 75%-dən artıq olduğu üçün dəymiş zərər göstərilən qaydada hesablanıb. Belə ki, sığorta müqaviləsi üzrə sığorta məbləğindən tərəflər arasında razılaşdırılmış sığorta məbləğinin 15%-i miqdarında şərtsiz azadolma məbləği 4539 (dörd min beş yüz otuz doqquz) manat və xx.xx.2014-cü il tarixdə keçirilmiş baxış nəticəsində avtomobilin qalıq hissəsinin dəyəri (qalıqları sığortalıda qalır) 6500 (altı min beş yüz) manat çıxılmaqla, 19224,40 (on doqquz min iki yüz iyirmi dörd manat, qırx qəpik) manat məbləğində sığorta ödənişi xx.xx.2014-cü il tarxli, 590/14 saylı sığorta aktına və MİB-RNF-0241-0/13 sayh sığorta müqaviləsi üzrə faydalanan şəxs qismində çıxış etmiş “Bank Respublika'* ASC nin Neftçilər filialının xx.xx.2014-cü il tarixli, 4135 saylı məktubuna əsasən sığortalı X2 nağd şəkildə ödənilib. İddia ərizəsinə əlavə edilmiş 26 sentyabr 2014-cü il tarixli 001078 saylı kassa məxaric orderinin surətindən müəyyən olunur ki, zərərin aradan qaldırılması üçün ASC tərəfindən 19224,40 (on doqquz min iki yüz iyirmi dörd manat, qırx qəpik) manat sığorta ödənişi ödənilib. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-S-22/3752 saylı Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 19224,40 (on doqquz min iki yüz iyirmi dörd manat, qırx qəpik) manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilib. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 19224,40 (on doqquz min iki yüz iyirmi dörd manat, qırx qəpik) manat məbləğində sığorta ödənişinin məbləğini cavabdehlərdən müştərək qaydada tələb etmək hüququna sahib olub. Bundan başqa, hesab edirlər ki, iddianın qaldırılması ilə bağlı dövlət rüsumu və xidmət haqqı da cavabdehdən tutulmalıdır. Bununla bağlı bildirirlər ki, 147,67 (yüz qırx yeddi manat, altmış yeddi qəpik) məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) xidmət haqqının ödənilməsi haqqında qəbz iddia ərizəsinə əlavə edilmişdir. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1 Əlibala oğlu və Cavabdeh2 müştərək qaydada 19224,40 (on doqquz min iki yüz iyirmi dörd manat, qırx qəpik) manat məbləğində məbləğində sığorta ödənişinin, 147,67 (yüz qırx yeddi manat, altmış yeddi qəpik) məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) xidmət haqqının, cəmi 19372,47 (on doqquz min manat, qırx yeddi qəpik) məbləğində pulun cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmirlər. Məhkəmə hazırlıq iclasının və sonrakı məhkəmə iclarının iştirakları olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyib izahat verərək bildirmişdir ki, o, avtomobili etibarnamə ilə Hüseynov Nəsurulladan alıb və özünə qaytarıb. O, 2015-ci ildə həbs olunub və 4 il cəza çəkib. 2019-cu ildə cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra avtomobili kimin idarə etdiyini, kimdə olmasından xəbəri olmayıb. Nəsurulla olub yanında avtomobili etibarnamə ilə Şahin adlı şəxsə verib. Ona veilmiş etibarnamənin hansı müddətə verildiyini bilmir. Hər günü üçün 15 manat ödəməklə, avtomobili 5-6 ay idarə edib. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Fizki şəxslərin Sahibliyində olan minik avtomobillərin tam sığortası üzr sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Kia Cerato” markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il saat 24:00-dan xx.xx.2024-cü il saat 24:00-dək sığortalanmışdır. Əmlakın bazar zəyəri 30264 manat, sığorta məbləği 30264 manat, sığorta haqqı 817,13 manat, hər bir hadisə üzrə 200 manat nəzərdə tutulmuşdur; - xx.xx.2014-cü il tarixli qəzaya uğramış avtomobilin qalıq hissələrinin qiymətləndirilməsinə dair aktının surətindən görünür ki, “Kia Cerato” markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin və təmir xəclərinin ümumi məbləği 27566 manat, qalıq hissələrinin dəyəri isə 6500 manat müəyyən olunmuşdur; - xx.xx.2014-cü il tarixli avtomobilin qəza nətiəcsində tam zərərər uğramasına dair aktının surətindən görünür ki, xx.xx.2013-cü il tarixli MİB-RNF-0241-0/13 saylı nəqliyyat vasitələrinin Kasko sığorta şəhadətnaməsi ilə sığortalanmış X2 məxsus “Kia Sorento” markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirərkən müəyyən edilmişdir kİ, həqiqətən də xx.xx.2014-cü il tarixdə yol-nəqliyyat hadisəsinə uğrayan avtomobilə xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktına əsasən 27566 (iyirmi yeddi min beş yüz altmış altı manat) manat zərər dəymiş və həmin məbləğ sığorta dəyərinin 75 %-dən artıq hissəsini təşkil etdiyindən avtomobil tam məhv olmuş hesab edilir; - "xxxx" ASC-nin 590/14-CM608/14 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASCdə MİB-RNF-0241-0/13 nömrəli sığorta şəhadətnaməsi ilə xx.xx.2013-cü ildən xx.xx.2014cü ilədək sığortalanmış, “Kia Cerato” markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yol-nəqliyyat hadisəsinə uğramışdır. Dəymiş zərər 27566 manat məbləğində müəyyən edilmişdir. Sığorta hadisəsi zamanı hesablanmış 4539,60 manat razılaşdırılmış azadolma məbləği və avtomobilin qalıq hissələrinin dəyəri olan 6500 manat çıxılmaqla 19224,40 manat sığorta ödənişi edilmişdir; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-114/2015 saylı xx.xx.2015-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; - "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 19224,40 manat sığorta ödənişi X4 tərəfindən təhvil alınmışdır; - "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli BS- C-22/3808 saylı məktubundan görünür ki, həyata keçirilmiş sığorta ödənişi onlardan tələb edilmiş, ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə xərclərinin də ödənilməsi öhdəliyinin onların üzərinə düşəcəyi barədə xəbərdar olunmuşlar; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/170 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Kia Sorento” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 26334 manat müəyyən edilmişdir; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/5234 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Kia Sorento” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 26334 manat, avtomobilin normal vəziyyətdə qiyməti 30300 manat, təxmini qalıq dəyəri isə 3966 (30300-26334) manat müəyyən edilmişdir; - Ödəniş tapşırığlarından görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə 147,67 manat və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, “Şəfa” stadionunun qarşısında X1 məxsus olan və xx.xx.2008ci il tarixli etibarnamə ilə Cavabdeh2 istifadəsinə verilmiş "Hyundai Excel" markalı **-DN- *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 Əlibala oğlu tərəfindən idarəetmə hüququ olmadan idarə edilərkən “Bakı Sığorta" ASC-də (bundan sonra ASC) əmlak sığortası qaydasında sığortalanmış X7 idarə etdiyi "Kia Sorento” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulub. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Cavabdeh1 baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində təqsiri müəyyən edilib və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. "xxxx" markalı, **- ST-*** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən əmlak sığortası qaydasında 30264 (otuz min iki yüz altmış dörd) manat məbləğində sığorta etdirilib. xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktına əsasən sığorta hadisəsi nəticəsində “Kia Sorento” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 27566 (iyirmi yeddi min beş yüz altmış altı) manat məbləğində müəyyən edilib. Sığorta hadisəsi nəticəsində “Kia Sorento” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər həmin avtomobilin dəyərinin 75%-dən artıq olduğu üçün sığorta müqaviləsi üzrə sığorta məbləğindən tərəflər arasında razılaşdırılmış sığorta məbləğinin 15-i miqdarında şərtsiz azadolma məbləği 4539 (dörd min beş yüz otuz doqquz) manat və xx.xx.2014-cü il tarixdə keçirilmiş baxış nəticəsində avtomobilin qalıq hissəsinin dəyəri (qalıqları sığortalıda qalır) 6500 (altı min beş yüz) manat çıxılmaqla, 19224,40 (on doqquz min iki yüz iyirmi dörd manat, qırx qəpik) manat məbləğində sığorta ödənişi xx.xx.2014-cü il tarxli, 590/14 saylı sığorta aktına və MİB-RNF-0241-0/13 sayh sığorta müqaviləsi üzrə faydalanan şəxs qismində çıxış etmiş “Bank Respublika'* ASC nin Neftçilər filialının xx.xx.2014-cü il tarixli, 4135 saylı məktubuna əsasən sığortalı X2 nağd şəkildə ödənilib. İddiaçının həmin pulu cavabdehlərdən geri tələb etməklə bağlı subroqasiya hüququ yaranmışdır. İddiaçının xəbərdarlıqlarına baxmayaraq, cavabdehlər pulu ödəmədiklərindən, iddiaçı məhkəmədə iddia qaldırmalı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Qeyd olunanlarla müəyyən olundu ki, Cavabdeh1 X1 məxsus olan və etibarnamə ilə (xx.xx.2008-xx.xx.2038) Cavabdeh2 istifadəsinə verilmiş "Hyundai Excel" markalı **-DN- *** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə edilərkən “Bakı Sığorta" ASC-də (bundan sonra ASC) əmlak sığortası qaydasında sığortalanmış X7 idarə etdiyi "Kia Sorento” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə maddi ziyan vurulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsiri müəyyən edilib və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. "xxxx" markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən əmlak sığortası qaydasında 30264 manat məbləğində sığorta etdirilib. xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktına əsasən sığorta hadisəsi nəticəsində “avtomobilə dəymiş zərər 27566 manat məbləğində müəyyən edilib. Sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərər həmin avtomobilin dəyərinin 75%-dən artıq olduğu üçün sığorta müqaviləsi üzrə sığorta məbləğindən tərəflər arasında razılaşdırılmış sığorta məbləğinin 15 -i miqdarında şərtsiz azadolma məbləği 4539 manat və xx.xx.2014-cü il tarixdə keçirilmiş baxış nəticəsində avtomobilin qalıq hissəsinin dəyəri 6500 manat çıxılmaqla, 19224,40 manat məbləğində sığorta ödənişi sığortalı X2 nağd şəkildə ödənilib. Bununla da, iddiaçının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrində nəzərdə tutulan qaydada cavabdehlərdən avtomobilə dəymiş ziyanı tələb etmək hüququ yaranmışdır. Cavabdehlər isə sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini onlardan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifələrini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşlar. Göründüyü kimi, iddia tələbi əsaslıdır. Məhkəmə, avtomobilə dəymiş zərərin həcminin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünasılıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertizanın xx.xx.2023-cü il tarixli /5234 saylı rəyi ilə nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Kia Sorento” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 26334 manat, avtomobilin normal vəziyyətdə qiyməti 30300 manat, təxmini qalıq dəyəri isə 3966 (30300-26334) manat müəyyən edilmişdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyi ilə razılaşaraq bu qənaətə gəlir ki, hadisə nəticəsində avtomobilə dəymiş ziyanın avtomobilin dəyərinin 75%-dən artıq olduğu müəyyən edilir. Həmçinin, ekspert rəyi ilə avtomobilin qalıq hissələrinin dəyəri 6500 manatdan az, yəni 3966 manat müəyyən ediliyin iddia tələbinin əsaslılığına təsir etmir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının: 33.2.2. Sığortalanmış avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişi sığortaçının seçimi əsasında avtomobilin tam məhv olması (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi), yaxud oğurlanması və ya qaçırılması halında: 33.2.2.1. sığorta məbləğindən çox olmamaq şərtilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərinin pul şəklində ödənilməsi. Bu zaman sığortaçının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında aşağıdakı hüquqları var: 33.2.2.1.1. avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq. Bu zaman sığortaçı ilə sığortalı arasında qalıqların dəyəri barədə razılıq əldə oluna bilmədikdə sığortaçı 15 iş günü ərzində qalıqların müəyyən etdiyi qiymətə satılmasını təmin edir və ya onları özü alır; 33.2.2.1.2. həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək. 33.2.2.2. sığortalanmış avtomobilin eyni marka və modeldən olan, habelə eyni texniki vəziyyətdə olan digər avtomobillə əvəz edilməsi. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" ASC ilə cavabdehlər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidirlər. Məhkəmə hesab edir ki, sığorta müqaviləsi üzrə sığorta məbləğindən tərəflər arasında razılaşdırılmış sığorta məbləğinin 15%-i miqdarında şərtsiz azadolma məbləği 4539 manat və xx.xx.2014-cü il tarixdə keçirilmiş baxış nəticəsində avtomobilin qalıq hissəsinin dəyəri 6500 (altı min beş yüz) manat çıxılmaqla, 19224,40 manat məbləğində sığorta ödənişinin cavabdehdlərdən tutulmasına dair iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 147,67 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2023-cü il tarixli, 9/170 və xx.xx.2023-cü il tarixli, 9/5234 saylı ekspert rəylərindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və keçirilmiş məhkəmə ekspertizalarının dəyəri cavabdehlərdən müştərək tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 19224,40 manat sığorta ödənişi məbləği və ödənilmiş 147,67 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 200 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X3, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 19224,40 manat sığorta ödənişi məbləği və ödənilmiş 147,67 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 200 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X3, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar