Məhkəmə qərarları › İş №e-2(007)-2058/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2058/2025

29.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2058/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Dövlət reyestrindən adına verilmiş ********** qeydiyyat nömrəli, 07 yanvar 2025-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış binasının 16 saylı mənzilinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş, iş üzrə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. İddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 və X2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Dövlət reyestrindən adına verilmiş **********50-05101-093059 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış binasının 16 saylı mənzilinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. İddiaçı tərəfindən elektron qaydada xx.xx.2025-ci il tarixdə vəsatət verilərək bildirilmişdir ki, 2(007)-1175/2025 nömrəli mülki iş olaraq baxılması üçün bu məhkəmənin (hakim X3) icraatına götürülmüş, iddiaçı Cavabdeh2 cavabdehlər X5 və Cavabdeh1 qarşı, "mənzildən çıxarılma tələbi” nə dair iddia ərizəsinə bir icraatda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli qərarı üzrə hüquqi mövqeyi də belədir ki,....İddia tələblərinin bir icraatda birləşdirilməsi o halda mümkündür ki, tələblərin xarakterinə, qarşılıqlı əlaqəsinə, ümumi sübutların mövcudluğuna görə mübahisənin tez və düzgün həlli imkanı olsun. Bu halda tələblərin birləşdirilməsinin əsas şərtlərindən biri tələblərin mübahisənin predmetinə aid olmasıdır. Mübahisənin predmeti mübahisənin obyektindən daha geniş şərh olunaraq onun maddi obyekti ilə yanaşı, subyektiv tələbin xarakterini də əhatə edir. Deməli, tələblərin birləşdirilməsi predmetin subyektiv tərkibinə görə müvafiq məhkəmə yurisdiksiyası ilə məhdudlaşmalıdır. Tələblərin birləşdirilməsi müəyyən bir mübahisənin hərtərəfli və tez bir zamanda həlli üçün məqsədə müvafiq hesab edilir. Bundan başqa, bir-biri ilə bağlı olan tələblərə vahid icraatda birgə baxılması mübahisənin predmetinə dair ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınmasına xidmət edir. Nəzəriyyədə tələblərin birləşdirilməsinin müxtəlif formaları mövcuddur: tələblərin azad, mütləq və məhdud birləşdirilməsi. Azad birləşdirmə iddiaçıdan asılılığını, mütləq birləşdirmə qanunvericilikdə birbaşa göstərilməsini, məhdud birləşdirmə forması isə tələblərin məhkəmənin razılığı ilə birləşdirilməsini nəzərdə tutur. Mülki prosessual qanunvericilik bir yurisdiksiya daxilində birbiri ilə əlaqəli tələblərin mütləq birləşdirilməsini nəzərdə tutur. İddia ərizəsində də qeyd etdiyi kimi, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, **********5005101-093059 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 18 sentyabr 2024-cü il tarixli çıxarışa əsasən, Cavabdeh2 (maraqlı şəxs) adında olan ünvan 1 ünvanında yerləşən yaşayış binasının, ümumi ərazisi 58,9 kv.metr olan 16 saylı mənzili ona satılıb və bu barədə Bakı şəhəri 15 saylı notariat ofisində AN-İ, ******* №-li, 14 yanvar 2025- ci il tarixli alqı-satqı müqaviləsi bağlanıb. Həmin 14 yanvar 2025-ci il tarixli alğı-satqı müqaviləsi əsasında da mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində, ********** №-də adına qeydiyyata alınıb və buna dair 07 yanvar 2025-ci il tarixli çıxarış verilib. Ona mənzil alan şəxs olaraq ev axtarışında olarkən ev dəllalı tərəfindən hazırkı mübahisəli mənzil təklif olunub və o, mənzilə baxarkən mənzilin mənzildə olan mətbəx mebeli və sair əşyaları ilə birlikdə satıldığı bildirilib. Mənzildə olarkən mənzilə iddialı olan kimsəni görməmiş, lakin mənzilin ona təhvil verilməsi məsələsi ortaya gələndə mənzili ona satan İradə xanım bildirmişdir ki, mənzildə bir nəfər şəxsin (ona bildirildiyinə görə həmin şəxs mənzili ondan öncə almaq niyyətində olan şəxs olub və mənzilin əvvəlki mülkiyyətçisi ilə ilkin müqavilə də bağlayıb. Lakin sonradan pulu çatmadığı üçün mənzilə görə verdiyi pullarını da geri alıb və bağladığı ilkin müqaviləni də mübahisəsiz ləğv etdirib) müvəqqəti qaldığını və onun qısa müddətdə özünə mənzil tapıb çıxacağını bildirib. O, bir müddət gözlədikdən sonra həmin şəxsin çıxmasını tələb etmiş və həmin şəxs ona dilindən yazılı iltizam verərək 2025-ci ilin aprel ayının 17-nə kimi mənzildən çıxacağını bildirmişdir. Lakin o, bu vədinə əməl etmədiyi üçün tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. Ona qədər isə Cavabdeh2 bu məhkəməyə cavabdehlər X5 və Cavabdeh1 qarşı, "mənzildən çıxarılma tələbi” nə dair iddia ərizəsini verib və həmin iddia ərizəsinə hazırda 2(007)-1175/2025 nömrəli mülki iş olaraq məhkəmənin icraatında baxılır. O, hesab edir ki, mübahisəli məsələnin obyektiv həlli üçün bu iddialara birləşdirilməklə baxılması həm məhkəmələrim yüklənməsinin qarşısının alınması baxımından, həm də işin obyektiv həlli baxımından zəruridir. Məhkəmə iclasında iddiaçı X4 vəsatəti müdafiə edib onun məzmununa uyğun izahat verərək vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehlərin iştirakı olmadan iddiaçı X1 iddiasına dair e-2(007)- 2058/2025 saylı mülki iş və Cavabdeh2 iddiasına dair e-2(007)-1175/2025 saylı mülki işin bir-biri ilə əlaqəli olduğundan onların bir icraatda birləşdirilməsi məsələsinin müzakirə olunmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəsatətini və iş materiallarını araşdıraraq hesab edir ki, müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları olduğu, hazırki iş üzrə cavabdeh olan şəxsin digər iş üzrə iddiaçı olduğu və bu iddialar bir-biri ilə əlaqədar olduğu üçün onların bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə, MPM-nin 169.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair e-2(007)-2058/2025 saylı mülki iş, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 və X2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair e-2(007)- 1175/2025 saylı mülki işlə birləşdirilməli, e-2(007)-2058/2025 saylı mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair e-2(007)-2058/2025 saylı mülki iş, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 və X2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair e-2(007)- 1175/2025 saylı mülki işlə birləşdirilsin. e-2(007)-2058/2025 nömrəli mülki işin icraatına xitam verilsin. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar