Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2064/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun tutulması” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 979,08 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş olunmuşdur.
2. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra “Cavabdeh”) İddiaçı ASC-yə (bundan sonra “İddiaçı” və ya “Bank”) məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilib. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə edib. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) xx.xx.2024 tarixində “onlayn” ödəniş əməliyyatları aparıb (çıxarış əlavə edilir). Nəticədə Cavabdeh banka cəmi 979,08 (doqquz yüz yetmiş doqquz manat, 8 qəpik) ziyan vurub. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci maddəsinə əsasən hesaba yanlış daxilolma olduqda, müştəri bu barədə 3 iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akseptsiz qaydada müştərinin hesabından silinə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 7.2.4-cü maddəsinə əsasən şəxs onun kart hesabına artıq və ya səhvən mədaxil edilmiş pul vəsaitlərindən istifadə edə bilməz və həmin məbləği dərhal banka qaytarmalıdır. Kart hesabından çıxarışın sonuna nəzər yetirilsə oradan da xüsusi bilik tələb olunmadan müəyyən edilir ki, müştərinin kartına 260 manat mədaxil edilib, 1360,43 manat isə məxaric edilib. İlkin qalıq da 121,35 manat olduğundan buradan tam aydın olur ki, cavabdeh banka 979,08 manat ziyan vurub. Pulun qaytarılması barədə bank tərəfindən şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən heç bir tədbir görülməyib. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kart müqaviləsi, kart üzrə çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladıqları bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Cavabdeh “Texniki Overdraft” yaranması nəticəsində banka məxsus pul vəsaitindən istifadə edib, buna görə də o, qanunsuz əldə etdiyi pul vəsaitini bankın tələbi ilə ona geri qaytarmalıdır. “Texniki Overdraft” nədir? Bankla razilaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borсudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Hesab edirlər ki, cavabdehin əldə etdiklərinin bankın tələbi ilə geri qaytarılması norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.8-ci maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən olan “pozulmuş hüquqların bərpasının təmin edilməsi” prinsipindən qaynaqlanır. Cavabdeh bankın əmlakını heç bir əsas olmadan əldə etməklə, əldə etdiklərini məhrum olana onun tələbi ilə qaytarmadığı halda, sonuncunun mülkiyyət hüquqlarını pozmuş olur. Bu isə həm dövlətdaxili hüquqi aktlar, həm də beynəlxalq konvensiyalarla qadağan olunur. Qeyd olunanlara əsasən cavabdeh bankın hesabına əldə etdiklərini geri qaytarmaqla mülki hüquqi vəzifəsini yerinə yetirməlidir. Bunun nəticəsi olaraq cavabdeh hüquqa zidd yolla əldə etdiklərindən məhrum olmalı, onlardan əsassız olaraq məhrum olmuş bank isə itirdiklərini əldə etmiş olmalı və qanunçuluq bərpa edilməlidir.
İş materialları:
4. İddiaçı ASC-nin ödəniş kartı üzrə çıxarışından görünür ki, Cavabdeh istifadəsində olan palstik kart üzrə xx.xx.2024-xx.xx.2025-cü il tarixləri ərzində son qalıq -979,08 manatdır.
5. İddiaçı ASC-nin ödəniş kartı üzrə çıxarışından görünür ki, Cavabdeh istifadəsində olan palstik kart üzrə xx.xx.2023-xx.xx.2025-cü il tarixləri ərzində son qalıq -979,08 manatdır.
6. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB4016382B113 saylı “X1 Kart” müqaviləsinin surətindən görünür ki, Bank Müştəriyə “X1” ödəniş kartı verir, Müştərinin müraciəti əsasında bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır, həmin Karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, Müştəri isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. Müqavilənin 7.2.4-cü bəndinə əsasən müştəri kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etmir, dərhal Banka geri qaytarır.
7. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, Cavabdeh Banka 979,08 manat borcun 5 təqvim günü ərzində ödənilməsi tələb olunmuşdur, əks təqdirdə İddiaçı ASC tərəfindən həmin vəsaitinin qaytarılması ilə bağlı məhkəməyə müqaciət olunacağı barədə xəbərdar olunmuşdur.
8. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları:
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlə İddiaçı ASC arasında 05 oktyabr 2023-cü il tarixdə debet kart müqaviləsi bağlanıb. Həmin vaxtdan cavabdeh tərəfindən kartdan mütəmadi olaraq istifadə edilib. Təqdim etdiyi ödəniş kartı üzrə çıxarışdan da görünür ki, cavabdehin sistemə əlavə etdiyi məbləğ xx.xx.2024-cü il tarixdə saat 16:26-da mədaxil olunub və 37 dəqiqə ərzində, yəni saat 17:03-də həmin məbləğ geri çəkilib. Həmin müddətdə cavabdeh tərəfindən həmin kartdan vəsait digər kartlara köçürülüb. İyun ayının 11-də cavabdehin kartında özünə məxsus 28 manat 96 qəpik vəsait olub. İyun ayının 12-də həmin vəsait göndərilib və saat 17:03-də geri çəkilib. Qaydalara əsasən vəsait 5 iş günü ərzində kartda öz əksini tapır, vəsaitdən istifadə edə, çıxara bilər, amma haradan ki, göndərilib, o, 5 gün ərzində mədaxil olur. Ona görə də, iyun ayının 12-də bir dəfə 358 manat 4 qəpik və sonuncu ödəniş 650 manat köçürülüb. Həmin gün saat 17:03-də həmin məbləğ geri çəkilib. Ona görə də, kart hesabından çıxarışda cavabdehin təqdim etdiyi qəbzdə olan 1000 manat məbləğ görünmür. Hesab edirlər ki, cavabdeh tərəfindən verilmiş etiraz əsassızdır. Həmin məbləğ İddiaçı ASC-yə aiddir. Ona görə də, 979 manat 8 qəpik mənfi yaranıb. Kartdan 1000 manat pul göndərilib. Həmin pul məbləği göndəriləndən sonra həmin kartdan digər kartlara iki dəfə, 358 manat 4 qəpik və 650 manat məbləğində köçürülmə olub. Həmin məbləğlər göndəriləndən sonra göndərən şəxs tərəfindən saat 17:03-də həmin məbləğ geri çəkilib, imtina verib. Həmin pul İddiaçı ASC-yə daxil olmayıb, digər karta köçürüldüyünə görə mənfi yaranıb. Bir şəxsin kartından digər şəxsin kartına pul köçürüləndə pul köçürülən şəxsin kartında həmin məbləğ əksini tapır, pul köçürülən şəxs həmin məbləğdən istifadə edə bilir, amma o pul banka daxil olmur. Göndərilən məbləğ kart hesabına yüklənməyib. Bankda belə hallar çox olub, bu overdraft hesab olunur.
10. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
11. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, iddiaçı onun qardaşıdır. Qardaşı İtaliya Respublikasında revolut hesabından İddiaçı ASC-də olan öz debet kartına 1000 manat pul yükləyib. Bu məhkəməyə təqdim etdiyi qəbzdə də əks olunub. Qardaşı öz debet kartından həmin məbləği onun Azərbaycan Respublikasında olan kartına yönləndirmə edib. Pul onun kartına yüklənib, qardaşının kartında mənfi yaranıb. Bank sistemində göndərilən məbləğin geri çəkilməsi olmur. Qəbz var ki, hesabda pul var.
İşin faktiki halı:
12. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “X1 Kart” müqaviləsinə əsasən cavabdeh bankdan plastik kart əldə etmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışa əsasən cavabdeh nağdsız ödəniş əməliyyatları aparmaqla banka cəmi 979,08 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh istifadəsində olan plastik kartdan ona məxsus olmayan vəsait üzrə əməliyyatlar aparmış, 979,08 manat vəsaiti istifadə edərək, əsassız varlanmışdır. İddiaçının təkliflərinə baxmayaraq, cavabdeh əsassız olaraq əldə etdiyi pul vəsaitini iddiaçıya qaytarmamışdır. Bununla da, cavabdeh əsassız varlanmışdır. Məhkəmə iclasında cavabdeh onun istifadəsində olan plastik karta ona məxsus olmayan vəsaitinin daxil olduğunu qəbul etmişdir.
Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır; 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır; 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
16. Belə ki, cavabdeh kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etməyərək, dərhal banka geri qaytarmalı olduğu halda, heç bir əsas olmadan banka məxsus vəsaiti məxaric edərək və məxaric etdiyi pulu geri qaytarmayaraq iddiaçını əmlakından məhrum etməklə əsassız varlanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı əsassız varlanma qaydaların uyğun olaraq pulu tələb etməkdə haqlı olduğundan, iddia təmin edilməli və cavabdehdən əsassız varlanma nəticəsində əldə etdiyi 979,08 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
17. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, cavabdehin ona məxsus debet kart hesabına xx.xx.2024-cü il tarixdə 1000 manat məbləğində vəsait daxil etmiş, lakin həmin məbləğ onun hesabında əks olunmadan o, xx.xx.2024-cü il tarixdə hesabından 358,04 manat və 650 manat məxaric etmişdir. Məhkəməyə təqdim edilmiş hesabdan çıxarışlan da görünür ki, cavabdehin mədaxil etdiyi 1000 manat onun hesabında görünmür, iddiaçının nümayəndəsinin izahatına əsasən buna səbəb isə cavabdehin həmin məbləği geri çəkməsi olub. Məhkəməyə təqdim edilmiş ödəniş kartı üzrə çıxarışdan da görünür ki, cavabdehin kartdan istifadə etdiyi müddət ərzində cəmi 24141,27 manat mədaxil olmasına baxmayaraq, o, hesabından 25120,35 manat məbləğində məxaric əməliyyatını icra edib.
Məhkəmə xərcləri:
18. İddiaçı ASC ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması tələbini irəli sürmüşdür.
19. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
20. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə:
21. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 979,08 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulub, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 979,08 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulub, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva