Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2076/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh3, Cavabdeh4 nümayəndəsi Cavabdeh2, onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Bakı şəhər 15 saylı notariat kontoruna qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi cəlb edilməklə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab ediməsi, miras qalmış əmlak üzərində vərəsələrin paylarının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Bakı şəhər 15 saylı notariat kontoruna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi cəlb edilməklə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab ediməsi, miras qalmış əmlak üzərində vərəsələrin paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh6 və Cavabdeh5 Bakı şəhəri 15 saylı dövlət notariat kontoru tərəfindən ünvan 4ə dair, eləcə də Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 man 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pula dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, İddiaçı qeyd olunan mənzildə və bank hesablarında olan pulda 5/8 pay hüququnun tanınması, ünvan 2nin birgə nikah dövründə satın alınmış hesab edilməsi və Çimnaz Hacıyevaya aid edilən mənzilin 1\2 hissəsi üzrə vərəsələrin paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Naxçıvan şəhərində X7 ilə rəsmi qaydada nikaha daxil olaraq ailə qurmuşdur. Nikaha daxil olarkən Çimnaz Hacıyevanın birinci nikahdan X12 adlı oğlan övladı olmuşdur. Birgə nikahda 1983cü ildə Cavabdeh6 və 1985-ci ildə Cavabdeh5 adlı övladları olmuşdur. 1992-ci ildə iddiaçı arvadı və uşaqları ilə birgə Naxçıvan şəhərindən ünvan 1 ünvanda olan 3 otaqlı mənzili satın almış və 2003-cü ilə qədər iddiaçı həmin mənzildə yaşamışdır. Həmin mənzilə xx.xx.2000-ci ildə X4 mülkiyyət hüquqları rəsmi qaydada qeydiyyata alınmışdır. Həmin mənzillə yanaşı xx.xx.1994-cü ildə X8 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında iddiaçı ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 29.70 kv.m olan mənzili 300.000 (üç yüz min) manata almışdır. Həmin mənzil xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçərək iddiaçının adına rəsmiləşdirilmişdir. Bununla bağlı xx.xx.1995-ci ildə 108 nömrəli reystr kitabında 16222 saylı səhifədə qeydə alma 30, 1941 nömrəli qeydiyyat aparılmışdır. 1997-ci ildə Yüksəl Babayev Cavabdeh2 ilə rəsmi qaydada nikaha daxil olmuşdur. Həmin vaxt yaşayış yerləri olmadığı üçün iddiaçı ona məxsus ünvan 2-də Yüksəl Babayevə arvadı ilə birlikdə müvəqqəti olaraq yaşamağa icazə vermişdir. Birgə nikah dövründə onların Cavabdeh4 (xx.xx.1998-ci il) və Cavabdeh3 (xx.xx.1999-cu il) adlı övladları olmuşdur. 2002-ci ildə iddiaçının arvadı Çimnaz Hacıyeva, 2004-cü ildə isə sonuncunun birinci nikahdan olan oğlu Yüksəl Babayev vəfat etmişlər. Həmin vaxt iddiaçıya məxsus qeyd olunan mənzildə Yüksəl Babayevin arvadı cavadehlər Cavabdeh2 və 2 azyaşlı qız övladı Simarə və Cavabdeh3lər yaşadıqları üçün iddiaçı onların mənzildən çıxmalarını tələb etməmiş və müvəqqəti olaraq yaşamalarına da etiraz etməmişdir. Bir müddət sonra Yüksəl Babayevin arvadı Cavabdeh2 yenidən ailə qurmuş və X13 (xx.xx.2009-cu il təvəllüldlü) oğlu anadan olmuşdur. Hal-hazırda Cavabdeh2, X14, Cavabdeh3, Cavabdeh4 sözü gedən ünvanda yaşayırlar və iddiaçıya məxsus mənzilə qeydiyyata düşmüşlər. Bütün bu müddət ərzində iddiaçıya məxsus mənzildən hər hansı ödəniş etmədən istifadə etmişlər. Cavadehlər Cavabdeh2 və 2 qız övladı cavabdehlər Simarə və Cavabdeh3lərin iddiaçıya məxsus olan mənzildə yaşayaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsində maneçilik törətmələri, iddiaçıya mənsub olan əmlaka (əşyayа) istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və оnа dair sərəncam vermək hüquqlarını pozduğu üçün iddiaçı xx.xx.2021-ci il tarixli iddia tələbi ilə Bakı şəhəri Nizami rayonu Məhkəməsinə müraciət edərək cavabdehlərin yaşayış sahəsindən istifadə etmələrinin xitam edilməsini və mənzildən köçürmələrini xahiş etmişdir. İddia tələbinə məhkəmədə baxılarkən 10000 (on min) kompensasiyanın ödənilməsi də təklif edilmişdir. Lakin hakim Babək Qasımovun qəbul etdiyi xx.xx.2021-ci il tarixli 2(007)-3141/2021 saylı qətnaməyə əsasən iddia tələbi təmin edilməmiş, eyni zamanda Cavabdeh2 tərəfindən məhkəmə baxışında verilmiş “mənzilə istifadə hüququnun tanınmasına” dair qarşılıqlı iddia da rədd edilmişdir. Buna səbəb kimi mübahisəli mənzilin İddiaçıla arvadının birgə nikah dövründə satın alındığı üçün birgə mülkiyyət hesab edilməklə Çimnaz Hacıyevanın ölümündən sonra mənzildə ona aid hissəsi üzərində mülkiyyət hüquqlarının onun vərəsələri olan əri İddiaçı və övladlarına, o cümlədən oğlu Yüksəl Babayevə keçməsi göstərilmişdir. Yüksəl Babayev və onun ailəsi həmin dövrdə mübahisəli mənzildə yaşadığından sonuncu miras əmlakın ona aid hissəsini faktiki qəbul etmişdir. 2004-cü ildə Yüksəl Babayev vəfat etdikdən sonra onun mübahisəli mənzildə əmlak üzərində olan hüquqları arvadı cavabdeh Lalə Məmədovaya, övladları cavabdehlər Leyla və Cavabdeh4lərə keçmişdir. Nəticədə cavabdehlər Lalə Məmədova, övladları cavabdehlər Leyla və Cavabdeh4lər hazırki vaxtadək mübahisəli predmet olan mənzildə yaşamaqla miras əmlakı faktiki qəbul etmişlər və onların həmin əmlak üzərində mülkiyyət hüquqları olduğu üçün heç kim əmlak üzərində olan mülkiyyət hüquqlarından məhrum edilə bilməz. Ona görə də məhkəmə hər iki iddianı rədd etmişdir. Həmin qətnamədən apellyasiya şikayətləri verilmədiyi üçün qətnamə qüvvəyə minmişdir. Beləliklə də məhkəmə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda olan mənzilin birgə nikahda satın alınmış əmlak olduğu üçün birgə mülkiyyət hesab etmişdir. İddiaçının arvadı Çimnaz Hacıyevanın 2002-ci ildə vəfatından sonra mənzilin sonuncuya aid hissəsində mülkiyyət hüquqlarının vərəsələri əri- İddiaçı, övladları cavabdehlər Cavabdeh6, Cavabdeh5 və digər oğlu Yüksəl Babayevə keçmişdir. Yüksəl Babayev həmin mənzildə ölənədək yəni 2004-cü ilədək yaşadığı üçün fatiki olaraq mirası qəbul etmişdir. Belə olan Yüksəl Babayev mənzilin 1\8 hissəsinə miras qəbul etmişdir. Onun ölümündən sonra arvadı və qızları, yəni cavabdehlər Lalə Məmədova, Leyla və Cavabdeh4lər mübahisəli mənzildə faktiki olaraq yaşadıqları üçün Yüksəl Babayevin vərəsələri olaraq mənzilin ona aid 1\8 hissəsi üzrə mirası qəbul etmişlər. Lakin bütün bu müddət ərzində cavabdehlər Lalə Məmədova, Leyla və Cavabdeh4lər mənzilin onlara düşən 1\8 miras hissəsi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışlar. Belə olan halda iddiaçı mülkiyyətçi olaraq mənzildən istifadə edə bilmədiyi üçün iddiaçının Çimnaz Hacıyeva ilə birgə nikahda olduqları dövürdə satın aldıqları hər iki mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamlərin alınması zərurəti yaranmışdır. Bunun üçün Çimnaz Hacıyevanın mülkiyyət hüququ qeydiyyata alınmış mənzillə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmiş və alınmış xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 28 saylı evdə olan 61-ci mənzillə bağlı xx.xx.2003-cü il tarixdə Bakı şəhər 15 saylı notariat kontorunun 2V-131 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş və mənzil başqa şəxslərin adına qeydiyyata alınmışdır. Hazırda həmin mənzil iddiaçının qızı Cavabdeh6 və onun əri Cavabdeh7 adlarına qeydiyyata alınmış və mülkiyyətlərindədir. Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivindən təqdim edilmiş 2V-131 və 2V-132 saylı vərəsəlik işinin sürətindən məlum olmuşdur ki, xx.xx.2003-cü il tarixdə İddiaçı qızı Cavabdeh6 və oğlu Cavabdeh5 Bakı şəhəri 15 saylı dövlət notariat kontoruna ərizə ilə müraciət edərək ünvan 4-də yaşayan anaları Çimnaz Hacıyevanın xx.xx.2002-ci il tarixdə vəfat etməsi ilə bağlı həmin mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Hər ikisi ərizələrində özlərindən başqa MM-nin 1159-cu maddəsində nəzərdə tutulmuş başqa vərəsələrin olmadığını bildirmişlər. Eyni zamanda hər ikisi əlavə ərizə verərək ataları İddiaçı uzun müddət harada yaşamasından xəbərləri olmadığını, onlara hec bir maddi köməklik etmədiyini bildirmişlər. Ərizələrə baxan Bakı şəhəri 15 saylı dövlət notariat kontorunun notariusu Qurbanov E.H. xx.xx.2003-cü il tarixdə cavabdehlər Cavabdeh6 və Cavabdeh5 anaları Çimnaz Hacıyevanın qanun üzrə vərəsələri kimi tanıyaraq onlara ünvan 4-ə, eləcə də Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 man 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pula qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. Bununla da cavabdehlər Cavabdeh6 və Cavabdeh5 Cavabdeh1na yalan məlumat verərək ataları İddiaçı haqqında uzun müddət məlumatlarının olmadığını bildirmişlər. Halbu ki anaları Çimnaz Hacıyevə xx.xx.2002-ci ildə vəfat edəndən İddiaçı onlarla birlikdə mübahisəli mənzildə yaşamış, yalnız Çimnaz Hacıyevanın ölümünün 1 il dönümü yas mərasimindən sonra aralarında yaranmış mübahsədən sonra evdən çıxmışdır. Bundan cəmi 4-5 gün sonra, yəni xx.xx.2003-cü il tarixdə cavabdehlər qeyd olunan ərizə ilə notariusa müraciət etmişlər. İddiaçı 1998-ci ildən bu günə qədər hazırda istifadə etdiyi “050 677 3329” saylı mobil nömrəni işlədir, 1992-ci ildən 2018-ci ilə qədər Bakı şəhəri 3 saylı şəhər Klinik xəstəxanasında cərahiyyə şöbəsində cərrah kimi işləmişdir. Hər iki cavabdeh bunları bildikləri halda yalan məlumat verərək iddiaçının harada yaşaması barədə məlumatlı olmadıqlarını bildirmişlər. Bundan başqa ünvan 2-də (özlərinin yaşadıqları Naxçıvanski küçəsi, ev 28 yan yana olan binadır), yaşayan ögey qardaşları olan Yüksəl Babayevin mövcudluğunu da gizlətmişlər. Beləliklə cavabdehlər Cavabdeh6 və Cavabdeh5 birgə nikah dövründə satın alınmaqla birgə mülkiyyət hesab edilən Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, mənzil 61 İddiaçı mülkiyyət hüququnu pozmaqla yanaşı həm də mülkiyyətin digər yarısında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin alınmasında da saxtakarlığa yol vermişlər. Cavabdeh7 vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə yazılı etiraz ünvanlayaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 4 X5 məxsus olmuşdur. X3 xx.xx.1988-ci il tarixli ərizəsi və Nizami rayonu X9 xx.xx.1989-cu il tarixli 27/4222 nömrəli qərarı ilə qeyd olunan mənzil X3 qızı X4 mülkiyyətinə verilmişdir. Bundan sonra mənzilə dair X6 xx.xx.2000-ci il tarixli 047801 nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. xx.xx.2002-ci il tarixdə X7 vəfat etmişdir. Bakı şəhəri Nizami MKT-nın 26 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli 673 saylı arayışdan göründüyü kimi mənzildə X4 uşaqları Cavabdeh5 və Cavabdeh6 oğlu qeydiyyatda olaraq yaşamışdırlar. İddiaçı X4 vəfatından dərhal sonra ailəsini tərk etmiş və uşaqları ilə ümumiyyətlə maraqlanmamışdır. Göründüyü kimi, iddiaçı qeyd olunan mənzildə yaşamamışdır. X4 ölümündən sonra uşaqları Cavabdeh5 və Cavabdeh6 faktiki olaraq miras əmlakı qəbul etmişdirlər. Bu zaman iddiaçı qeyd olunan mənzildə yaşamadığı üçün mirasın qəbulundan söhbət gedə bilməz. Cavabdeh1 tərəfindən xx.xx.2003-cü il tarixdə ünvan 4-ə dair, eləcədə Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı Filiallında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 manat 36 qəpik və Naxçıvan Filialında olan 023 saylı kassada 0980 hesabda olan 2000 manat pula dair Cavabdeh6 və Cavabdeh5 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra mənzilə dair Cavabdeh5 və Cavabdeh6 xx.xx.2003- cü il tarixli 163647 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra xx.xx.2014-cü il tarixli Mənzil Bağışlama müqaviləsi əsasında Cavabdeh5 mənzili Cavabdeh7 bağışlamışdır. Göründüyü kimi mənzil Cavabdeh7 mülkiyyətinə tam qanuni əsaslarla keçmişdir. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Odur ki, müddət ötürüldüyü üçün iddiaçının iddia tələbi tamamilə qanunsuzdur. İddiaçı qeyd olunan mənzildə X7 vəfat etdikdən sonra yaşamamış və faktiki olaraq əmlakı qəbul etməmişdir. Hazırda iddiaçı əsassız olaraq göstərir ki, guya Cavabdeh6 və Cavabdeh5 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilərkən yalan məlumat vermişdirlər. Bu hal yalan olmaqla yanaşı hüquqi cəhətdən heç bir mahiyyəti yoxdur. Çünki iddiaçı X4 vəfatından məlumatlı olmuşdur və özü miras əmlakın qəbulu üçün vaxtında heç bir notariat qurumuna müraciət etməmişdir. Həmçinin, iddiaçı iddia müddətini də ötürmüşdür. Cavabdeh7 vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq iddia müddəti keçdiyi iddia ərizəsi üzrə iddia müddətini tətbiq edərək, iddiaya baxılmasından imtina edilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2002-ci il tarixdə X7 vəfat etmiş, iddiaçı isə təxminən 20 il sonra miras əmlakın qəbulu və vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi məsələsinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı X4 vəfatından məlumatlı olmuşdur və özü miras əmlakın qəbulu üçün vaxtında heç bir notariat qurumuna müraciət etməmişdir. Göründüyü kimi iddiaçı iddia müddətini də ötürmüşdür. Cavabdeh2 məhkəməyə yazılı etiraz və etiraza əlavə ünvanlayaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının özünün yazdıqlarından da görünür ki, mübahisəli ev formal olaraq onun adına rəsmiləşdirilmiş, o heç vaxt bir mülkiyyətçi olaraq söz sahibi olmamışdır. Belə ki, həmin ev, Naxçıvan şəhərində rəhmətlik qayınatasına məxsus ev satıldıqdan sonra əldə olunan vəsait hesabına alınmış, alındıqdan sonra dəfələrlə, əvvəl mərhum yoldaşı tərəfindən, sonra isə onun tərəfindən təmir olunmuşdur. İddaçı bir gün də olsun həmin evdə yaşamamış, nə də evlə maraqlanmamışdır. Çünki, o özü də yaxşı bilrdi ki, həmin ev, həyat yoldaşının doğma atasının Naxçıvan şəhərində olan mənzil satılanda sonra həmin evin satışından əldə edilmiş vəsaitin hesabına alınmış və müvəqqəti olaraq onun adına rəsmiləşdirilmişdir. X1 yoldaşının atasindan qalan, Naxçivan şəhəri İstiqlal küçəsi 129, mənzil 72 ünvanında yerləşən mənzili millət vəkili Eldar İbrahimova sataraq, hal-hazırda yaşadıqları mənzili almış, həmin müddət yoldaşı Naxçıvan şəhərində hərbi xidmətdə olduğundan, alınan bu mənzili müvəqqəti, formal olaraq qayınanası ikinci həyat yoldaşı, qayınanasının mənzilinə girən iddiaçi İddiaçı adina rəsmiləşdirmişdir. İddaçı İddiaçı heç vaxt öz evi olmamış, istər Naxçıvanda, istərsə də Bakıda həmişə rəhmətlik qayınanasının evində yaşamışdır. Onlar ailə qurduqdan sonra qayınanası mənzili yoldaşının adına rəsmiəşdirəcəkdi, lakin xx.xx.2002 ci ildə qəfil dunyasini dəyişdi. Daha sonra yoldaşı, İddiaçı mənzili onun adına keçirtməyini tələb etmiş, Tofiq isə ona, onsuz da ev onun olduğu, qanuni vərəsənin o olduğunu, hələ ki, qeydiyyata salmalarını demiş, bir müddət sonra isə mənzili onun adına keçirdəcəyinə söz vermişdir. Lakin xx.xx.2005 ci ildə yoldaşı qəfil rəhmətə getmiş və mənzil Tofiqin adında qalmışdır. Daha sonra Tofiq yoldaşının rəhmətə getməsindən istifadə edərək ondan mənzili adına keçirtmək üçün 1000 manat pul tələb istəmiş və bu məbləğ qarşılığında mənzili ona hədiyyə edəcəyini bildirmişdir. Lakin o zaman müıyyən səbəblərdən bu söhbət olduğu kimi qalmışdır. Bu illər ərzində o, həmin mənzili dəfələrlə təmir etdirmiş, bütün kommunal xərclərini özü ödəmiş, ev telefonunu öz adına çəkdirmiş, JEK-ə ərizələr onun adından yazilmışdır və s. Bunu 26 saylı Mənzil istismar idərəsinin (jekin) işçiləri, onun qonşuları, mənzilində təmir işləri aparan usta Arif də təsdiq edir. Məhkəmə işin obyektiv araşdırılmasını təmin etmək məqsədiylə adları sadalanan insanları məhkəmə prosesinə dəvət etməlidir. Bu yaxınlarda Tofiqlə əlaqə saxlamışlar ki, mənzil məsələsini həll etsinlər və evi Cavabdeh4 adına keçirilməsini həll etsinlər. Tofiq bunu yalnız ona odəniləcək 2000 manat məbləğ qarşılığında edəcəyini demiş, o da ondan pul istəməsinə çox sərt cavab verərək, bunun dələduzluq olduğunu bildirmişdir. O bundan sonra yenə qaçmağa başlamış və bir müddət sonra o, onu yenidən arayıb həmin məğləği düzəltdiyini bildirmişdir. Lakin kobud cavab verərək, vəkili ilə danışmalarını demişdir. Sonra kobudcasina bildirdi ki, onları məhkəməyə verib mənzili əllərindən alacaq, onu ovladları ilə mənzildən atacağanı bildirdi. O, ona, o və uşaqlarının vərəsə olduqlarını və vərəsəliyi qəbul etdiklərini demişdir. O, isə lazım gələrsə onların payına düşən hissənin pulunu məhkəmələrə xərcləyib onları məhkəmə qaydasında həmin mənzildən çıxaracağını bildirmişdir. O, da İddiaçı bildirmişdir ki, əgər onun doğrudan da hüquqları pozulmuşdursa o zaman niyə indiyə kimi heç yerə, o cümlədən də məhkəməyə müraciət etməmişdir. Üstündən 27 il vaxt keçəndən sonra məhkəməyə müraciət etmişdir, axı iddia müddəti də keçib və məhkəmə də qanunla iddianı rədd edəcək. Axı o mənzil rəhmətlik nənələrindən, atasından balalarına qalan mülkdür, necə o uşaqların sığındıqları yegənə mənzilə qanunsuz göz dikə bilə? Bir daha bildirdi ki, İddiaçı iddia müddətini üzrlü səbəbdən yox, həmin mənzilin ona məxsus olmadığına görə indiyə kimi tələblə çıxış etməmişdir. Yalnız 2021-ci ildə iddiaçı məhkəmədə onlara qarşı iddia irəli sürmüş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3141/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, “hazırda mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən mənzil ilkin iddiaçı tərəfindən xx.xx.1994-cü il tarixdə satın alınmış, yəni həmin əmlak ilkin iddia üzrə iddiaçı tərəfindən X7 ilə birgə nikahda olduqları dövrdə əldə edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mübahisə predmeti olan əmlak İddiaçı ilə X4 birgə mülkiyyəti hesab edilməlidir. 2002-ci il tarixdə X7 vəfat etdiyindən mübahisəli əmlakın ona məxsus hissəsi üzərində mülkiyyət hüququları onun vərəsələri olan əri İddiaçı və övladlarına, o cümlədən oğlu X2. X12 və onun ailəsi həmin dövrdə mübahisəli mənzildə yaşadığından məhkəmə hesab edir ki, o, miras əmlakın ona aid hissəsini faktiki qəbul etmişdir. 2004-cü ildə X12 vəfat etdikdən sonra isə onun əmlak üzərində olan hüquqları arvadı Cavabdeh2, övladları Cavabdeh3 və Cavabdeh4 keçmişdir. Nəticədə Cavabdeh2 və övladları Cavabdeh3, Cavabdeh4 hazırkı vaxtadək mübahisə predmeti olan mənzildə yaşamaqla miras əmlakı faktiki qəbul etmişlər və onların həmin əmlak üzərində mülkiyyət hüquqları vardır". Bütün bu illər ərzində bir dəfə də olsun onların evlə bağlı, cavabdehlə heç bir mübahisələri olmamışdır. Yalnız 24 ildən sonra cavabdeh birdən-birə onları mənzildən çıxarmaq fikrinə düşmüş, bu barədə iddia qaldırmış, lakin iddia tələbi təmin olunmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, qeyd olunan mənzil birgə nikahdan alındığı üçün, mənzilin yarısı Çimnaz xanıma aidir, Çimnaz xanım rəhmətə gedəndən sonra oğlu mirası faktiki qəbul etmiş, oğlu rəhmətə gedəndən sonra isə onun oğlunun arvadı və uşaqları mirası qəbul etmişdir. Tofiqin hər iki evdə yarı payı var və o, vərəsədir. Belə olan halda Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzildə Lalə xanıma 1/8 hissədə pay düşür. Naxçıvan MR-da olan ev balaca olmuşdur. Həmin ev 117 saylı mənzil ilə müqayisə edilə bilməz. Naxçıvan MR-da olan ev satılmış və Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzil alınmış, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzil də 1994-cü il tarixdə alınmışdır. Burada deyilir ki Naxçıvandakı ev satılıb bu ev alınmış, amma iddiaçının mübahisəli mənzili almaq üçün yetərincə gəliri olmuşdur və onun satılması ilə bağlı da sənəd yoxdur. Evlilik dövründə birgə təsərüfüt aparılmış və birgə nikah dövründə alınmışdır. Tofiq həkimdir və o, 1991-ci ildən 2018-ci ilə qədər 3 saylı xəstəxanada işləmişdir. Çimnaz xanım da tibb bacısı olmuş və onların ev alacaq imkanları da olmuşdur. Bu ailəyə də iddiaçı baxmışdır. Həmçinin, Naxıvandakı evin hər hansı bir sənədlə Yüksəlin atasının olduğu təsdiq olunmamışdır. Həmin ev necə satılıb bilinmir, ortada alqı-satqı müqaviləsi, ümumiyyətlə hər hansı bir sənəd yoxdur. Onlar 1992-ci ildə işlə bağlı Bakıya köçmüşlər. 1994-cü ildə rus vətəndaşı ilə alqı-satqı olmuş, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzil alınmış və Tofiq deyir ki, o mənizili özü almış və ona baxmışdır . Məhkəmə iclasında cavabdehlər Cavabdeh3, Cavabdeh4 nümayəndəsi və Cavabdeh2 yazılı etirazın məzmununa uyğun izahat verərək iddianı qəbul etmədiyini bildirdi və onun təmin edilməməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzil Tofiq həkimin adınadır, o, 1997-ci il tarixdə ora gəlin gəlmiş və gəlin gələndən yaşamış, övladları bu mənzildə dünyaya gəlmişdir. Mənzil ona heç bir şərt əsasında verilməmişdir. Ona elçi gələn dövrdən deyilmişdir ki, Yüksəlin atasının Naxçıvanda olan evini satıb bu evi almışlar. Heç vaxt o mənzilə qarşı Tofiq heç bir iddia sürməmiş və o mənzilə yaxın gəlməmiş, keçən ilə qədər mənzilin adını çəkməmişdir. Tofiqin ona yazığı gəldiyi üçün ona icazə verməsi, Tofiqin özü kirayədə yaşaması və mənzildə də onların yaşamaları absurd məsələdir. Tofiq çox gözəl bilirdi ki, həmin mənzil onun deyil. Tofiq vaxtı ilə qayınanası rəhmətə gedəndən sonra onların mənzilinin çıxarışını aparmış, yoldaşı çıxarışı ondan istəmiş, o da öz xoşluğu ilə vermiş və öz sənədlərinin içinə qarışıb gəldiyini bildirmişdir. Əgər o ev onun idisə evin çıxarışını niyə könüllü surətdə verirdi. Qayınanası rəhmətə gedəndən sonra evin digər bölgüsündə onların hər hansı bir iddiası ona görə olmamışdır ki, onlara qayınanasının sağlığında 61 saylı mənzilin Anar və Sevincə, bu mənzili də Yüksəlin atasının olduğu üçün onlara bağışlanıldığını demişlər. Onlar da qayınanası haqlarını böldüyü üçün arxayın olmuşlar. Qayınanası rəhmətə gedəndən sonra yoldaşı 2002-ci il tarixdə onun övladlarını ora qeydiyyata salmışdır. Tofiq qayınanası ilə ailə həyatı qurduqdan sonra qayınanasının Naxçıvandakı evinə köçüb onun qayınatasının evində yaşamışdır. Sonradan 1992-ci ildə onlar Bakıya köçəndə qayınanasının atasından qalmış evi dəyişərək 61 saylı mənzili almışlar. Bu ev Tofiqin vəsaiti ilə alınan ev deyil, keçən məhkəmə iclasında Tofiq özü də Naxçıvandakı evi 4 min dollara satıb gəlib bu bir otaqlı evi aldığını demişdir. Bundan başqa Naxıvandakı ev şəhərin mərkəzində olmuş, hazırda o evin qiyməti 60-65 min manatdır. Tofiq ona həmin mənzili 2000 manat vermək şərti ilə adına keçirtməyə razı olduğunu bildirmişdir. Onun hazırda 20 min manatı yoxdur ki, ona versin, həmçinin əgər ev Tofiqin idisə, niyə mənzili 1000 dollar vermək şərti ilə onun adına keçirirdi. Lakin, bu alınmamışdır. Belə ki, Tofiq Yüksəlin öz atası olmadığına görə bağışlama edə bilməmişdir. Ona görə də alqı-satqı olmalı, evin dəyəri qədər də banka pul qoyulmalı idi, amma onda o qədər pul olmadığına görə bu iş baş tutmamışdır. Həmin vaxt Tofiq ona 20 illik müddətinə etibarnamə verməsini demiş, o da Tofiqə güvənmədiyi üçün etibarnamə verməmişdir. Keçən il o, evi qızının adına keçirməyi düşünmüş, Tofiq də 2000 manat gətirib verməklə razılaşmışdır. Qızı da kredit götürərək həmin məbləği gətirmiş, lakin Tofiq artıq vəkil tutmuşdur. O mənzildə Tofiqin heç bir haqqı yoxdur. Ümumiyyətlə əmlaklar qayınanasının və qayınatasının olmuşdur. Tofiq həkim qayınanası rəhmətə getməmişdən əvvəl də başqa qadınla yaşayırdı. Onun həyat yoldaşı 2004-cü ildə rəhmətə getmişdir. İddiaçı 25 ildir ki, heç nə tələb etmədiyi halda indi gəlib tələb edir. Hazırda iddiaçı onu mübahisəli mənzildən atmaq fikirindədir. İddiaçı həmin evdə yaşamamışdır. Onlar neçə illərdir ki, həmin mənzildə yaşayırlar. Əgər ev Tofiqindirsə nə üçün onları qeydiyyata salmışdır? Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil2 iddianı qəbul etmədiklərini bildirdi və onun təmin edilməməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, Naxçıvandakı ev Yüksəlin atasından qalan ev olmuş, onu da 4000 ABŞ dolları məbləğinə satıb həmin vəsaitlə Bakıdan 117 saylı mənzili almışlar. 117 saylı mənzil alınanda Lalənin yoldaşının adına alınmalı idi, Çimnaz xanımın adına bir ev olduğu üçün Tofiqin adına bu ev rəsmiləşdirilmiş və mənzil hazırda Tofiq həkimin adınadır. 1994-cü ildə özəlləşdirmə olmadığı dövrdə Çimnaz xanım rəhmətə gedəndən sonra Tofiq həkim həmin mənzili özəlləşdirmişdir. Bu mənzilin Tofiqə aidiyatı yoxdur. Tofiq həkim söz sahibi olmamışdır. İddiaçı 24 il sonra iddia qaldırmışdır. İşin halarından da görünür ki ev Tofiqin olmamış, ən azından bu günə kimi Tofiq gəlib ev onun olduğu üçün evdən çıxmasını deyə bilərdi. Digər evlə ilə bağlı da əvvəlki proseslərdə vəkil sübut etmişdir ki, Çimnaz xanımın atasının bağışladığı evi ilə erməninin evi dəyişdirilmiş və bu zaman da pul verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Bakı şəhər 15 saylı notariat kontoru və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh7 vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, yetəri qədər sübutlar təqdim etdiklərini düşünərək verdikləri ifadələrinin çıxış kimi qiymətləndirilməsini və onların iştirakları olmadan iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, cavabdeh Bakı şəhər 15 saylı notariat kontoru işin çoxluğunun nəzərə alınması ilə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavadbeh Bakı şəhər 15 saylı notariat kontorunun nümayəndəsinin, digər cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, Naxçıvandakı ev Çimnazın əvvəlki həyat yoldaşının olmuş, o, Çimnaz və Yüksəl orada yaşamışlar, onun və Çimnazın 2 uşağı da orada anadan olmuşdur. Həmin vaxt sənəd elə qurulmuşdur ki, onların Naxçıvandan ev alması mümkün olmamışdır. Sonradan Çimnaz ev tapdığını demiş, həmin bu Naxçıvanda yerləşən mənzili 4000 ABŞ dollarına satmış, lakin alqı-satqı müqaviləsi bağışlamışlar. Həmin ev satıldıqdan sonra ünvan 4 ünvanını 16000 rubla almış və 1991-ci ildə ora köçmüşlər. Orada sənəd saxta düzəldilmiş, Çimnaz düzüb qoşmuşdur ki, guya onlar Sisiyandan Bakıya gəlmişlər. Halbuki, onlar Naxçıvanadan gəlmişdirlər. Onlar 1988-ci ildə artıq Bakıda idilər. Ermənistanın Sisiyan rayonunda Çimnaz xanımın ata evi olmuşdur. Çimnazın atası Sisiyandakı evi qızına bağışlanmasına dair sənədi o imzalamış, o vaxt Çimnazın atası artıq rəhmətə getmişdir, Bu sənədi o, ona görə yazmışdır ki, Çimnazın əlində qaynatasının evinə erməninin köçməsi, onların da bunun əsasında Bakıya köçməsi ilə bağlı sənəd olsun. Yəni, oradakı ev ilə Bakıdakı evi dəyişdirmək istəmişlər. Həmin evə nə olduğu bilinməmiş, deyəsən erməniyə qalmışdır. Çimnazın atası deyəsən 1988-1989cu ildə rəhmətə getmiş, Çimnazın atası rəhmətə gedəndə o, Sisiyandan onu gətirərək Naxçıvanda dəfn etmişdir. O, 61 saylı mənzilin pulunu orada yaşayan erməniyə vermiş, o da çıxıb getmişdir. O, boş ağ kağıza yazmışdır ki, guya erməni bura gəlir, onlar da oraya gedirlər. Naxçıvanda olan mənzilin satışından və onun işləyib qazandığı pula Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzilini 1995-ci il tarixdə 4000 manata rusa pulunu verib almışdır. Çimnaz tibb bacısı işələyirdi, amma Bakıya gələndən sonra pensiyaya çıxmışdır, o da həkim olduğu üçün qazancı çox olmuşdur. Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzilini Lalənin atası ondan Laləni qeydiyyata salmasını xahiş etmişdir. Belə ki, qeydiyyat Lalənin işləməsi üçün vacib olduğu üçün ona görə də o da onu qeydiyyata salmışdır. Laləgilin toyu olandan sonra evləri olmadığı üçün 117 saylı mənzili onlara vermişdir ki, orada qalsınlar. O, Lalə ilə həmin evlə bağlı razılaşmamış, sadəcə Lalənin atası ev üçün 10000 ABŞ dolları verəcəyini demiş, lakin sonra Lələnin atası öldüyü üçün bu iş qalmışdır. Əgər, ona 20000-25000 manat versələr həmin bir otaqlı evdən çıxa bilər. Onlar vaxtı ilə kompensasiya təklif etmişlər, lakin həmin mənzil vərəsəliklə keçdiyindən kompensasiya mümkün olmamışdır. Onun yoldaşı rəhmətə gedəndən sonra uşaqlar onu yola vermədikləri, ona baxmadıqları üçün yoldaşının ilini verdikdən sonra 61 saylı mənzildən 2003-cü ildə çıxmışdır. Onda olan məlumata əsasən yoldaşı rəhmətə gedəndən sonra mübahisəli mənzil onun adına keçəcək, lakin sonra vəkili maraqlandıqdan sonra ona məlum olmuşdur ki, ev bağışlanılmış və orada guya onun itdiyi, ananın da rəhmətə getdiyi yazılmışdır. Lakin o, 18 il həkim işləmiş və onun iş yeri hər kəsə məlum olmuşdur. O, həmçinin 19 ildir müraciət etməmə səbəbi olaraq bildirmişdir ki, bu günə kimi cavabdehlər övladları olduğu üçün müraciət etmək istəməmişdir. O, kirayədə əziyyət çəkir. Onu nəvəsini görməyə qoymurlar. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iddia tələbini qəbul etmədiklərini bildirmiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh7 vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etmədiyini bildirmiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. O, həmçinin qeyd etmişdir ki, 20 ildir iddiaçı məhkəməyə müraciət etməmişdir. İddiaçının həmin mənzildə 1 il belə yaşamasını heç kəs sübut edə bilməz. Cavabdeh5 atasını axtarmış, ata isə onun üçün uşaqlarının olmamasını demişdir. 20 il müddətdə iddiaçı ilə cavabdehlər arasında heç bir əlaqə olmamış, iddiaçı heç bir prosesdə, tədbirdə iştirak etməmişdir. İddiaçının 61 saylı evlə bağlı heç əlaqəsi yoxdur. Naxçıvan MR-da yerləşən ev 1992-ci il tarixdə satılmış, 61 saylı ev almışlar, Naxçıvan MR-dakı ev də Tofiqin evi olmamışdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X15 şahid qismində ifadə verərək göstərmişdir ki, hal-hazırda Bakı şəhəri, Qara-Çuxur qəsəbəsində yaşayır, əvvəl isə ünvan 5 ünvanında yaşamışdır. Onlar Tofiq həkimlə qonşu olmuşlar, Çimnaz xanım rəhmətə gedəndə, dəfn prosesində 3 və 7 veriləndə də iştirak etmişdir. Tofiq həkimin həyat yoldaşı rəhmətə gedəndən 1 il sonra yenidən evlənmiş və evlənəndən sonra Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzildən çıxmışdır. Bu barədə onu görməyə getdiyi zaman Tofiq həkim özü demişdir. O, köhnə qonşularını görmək üçün gedəndə görürdü, həkim olduğu üçün də işi düşürdü, qonşularla yığışıb söhbət edirdilər. Tofiq həkim yenidən evlənəndən sonra kirayədə qaldığını deyirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə X7 xx.xx.1983-cü il tarixdə Naxçıvan şəhərində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikaha daxil olarkən Çimnaz Hacıyevanın birinci nikahdan X12 adlı övladı olmuşdur. İddiaçı ilə X4 birgə nikahından Cavabdeh6 və Cavabdeh5 adlı övladları olmuşdur. xx.xx.1994-cü il tarixli alqısatqı müqaviləsinə əsasən 300.000 manat məbləğinə İddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzili əldə etmiş, daha sonra 1997-ci il tarixdə X12 ilə Cavabdeh2 rəsmi nikaha daxil olaraq ailə qurmuş, Cavabdeh2 həmin mənzilə gəlin köçmüş, 1997-ci il tarixdən hazırki vaxtadək həmin mənzildə yaşamış, tərəflərin övladları Cavabdeh3, Cavabdeh4 orada anadan olmuşdur. X7 xx.xx.2002-ci il tarixdə, X12 isə 2004-cü il tarixdə vəfat etmişdir. Bununla yanaşı, iddiaçı arvadı və uşaqları ilə birgə Naxçıvan şəhərindən ünvan 1 ünvanda olan 3 otaqlı mənzili satın almışlar. Həmin mənzil xx.xx.2000-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. xx.xx.2003-cü il tarixdə iddiaçının övladları Cavabdeh6 və Cavabdeh5 Bakı şəhəri 15 saylı dövlət notariat kontoruna ərizə ilə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzilində yaşayan anaları Çimnaz Hacıyevanın xx.xx.2002-ci il tarixdə vəfat etməsi ilə bağlı həmin mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Bakı şəhəri 15 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2003-cü il tarixdə cavabdehlər Cavabdeh6 və Cavabdeh5 anaları Çimnaz Hacıyevanın qanun üzrə vərəsələri kimi tanıyaraq onlara Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzilə, eləcə də Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 man 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pula qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. xx.xx.2014-cü il tarixli mənzil bağışlama müqaviləsi ilə Cavabdeh5 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzilinin özünə aid olan hissəsini Cavabdeh7 bağışlamış və xx.xx.2014-cü il tarixdə həmin mənzil onun adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hazırda Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 61 saylı mənzili ümumbirgə əsaslarla Cavabdeh6 və Cavabdeh7 adlarına qeydiyyata alınmış və onların mülkiyyətlərindədir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-3141/2022 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və cavabdehlərin mənzildən köçürülməsi” tələbinə dair və ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 Cavabdeh3, Cavabdeh4 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiaları rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının iddia tələbinin “Cavabdeh6 və Cavabdeh5 Bakı şəhəri 15 saylı dövlət notariat kontoru tərəfindən ünvan 4-ə dair, eləcə də Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 man 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pula dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin mənzildə və bank hesablarında olan pulda 5/8 pay hüququnun tanınması” hissəsinə münasibətdə mübahisənin müəyyən olunmuş hallarına qiymət verməklə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırki iş üzrə Cavabdeh7 vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlamışdır. Məhkəmə bununla bağlı ilk öncə bildirir ki, iddiaçı tərəfindən 10 illik ümumi iddia müddəti ötürülsə də, hazırki mübahisə üzrə əqdlərin etibarsızlığına dair bir illik kəsici müddət tətbiq edilməlidir. Belə ki, iddiaçı iddia tələbində mirasın qəbulu və şəhadətnamələrin etibarsızlığını mübahisələndirmişdir. Hansı ki, kəsici müddət məhkəmə tərəfindən tətbiq edilir və şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İddiaçı məlum miraslara dair cavabdehlər Cavabdeh6 və Cavabdeh5 adına xx.xx.2003-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini bilməli və bununla da həmin şəhadətnamənin onun maraqlarını pozduğunu güman etsə və ya güman etməli olsa da, həmin vaxtdan 1 ildən artıq müddətyəni təxminən 18 ilə yaxın müddət keçdikdən sonra hazırkı iddianı qaldırmışdır. İddiaçı bununla bağlı daha öncə məlumatı olmamasını, mənzilin onun adına qeydiyyata alınmasını ehtimal etməsini, 2022-ci ilin aprel ayından sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən cavab məktubu aldıqdan sonra məlumatı olduğunu bildirsə də, məhkəmə bu dəlilləri ağlabatan və inandırıcı hesab etməmişdir. Belə ki, Çimnaz Hacıyeva xx.xx.2002-ci il tarixdə vəfat etmiş və iddiaçının bildirdiyinə görə bundan sonra 1 il ərzində mübahisəli mənzildə yaşamış, eyni zamanda həmin ünvanda yaşayan qonşuları ilə də əlaqədə olmuşdur. Həmçinin, onun müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi barədə isə qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmiş, bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda iddiaçı miras qoyan X4 ölümü barədə məlumatlı olması ilə həmin şəxsin mirasını qəbul etmək üçün notariat orqanına qanunla müəyyən edilmiş 3 ay müddət çərçivəsində müraciət etməli olduğunu bilməli olmuşdur. Buna baxmayaraq, həmin şəxs indiyədək miras qoyan X4 mirasları ilə bağlı notariat orqanına müraciət etməmiş və 6 aylıq müddəti də ötürmüşdür. Hansı ki, Mülki Məcəllədə vərəsənin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilməsi, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilməməsi nəzərdə tutulmuşdur. Bundan əlavə iddiaçı həmin mənzilidə bir il ərzində yaşasa da mənzili faktiki cəhətdən ələ keçirməmiş və ona sahib durmamış, əksinə həmin vaxtdan tərk edib kirayədə yaşamağa başlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Məhkəmə eyni zamanda, iddia tələbinin “İddiaçı ünvan 2-nin Çimnaz Hacıyevaya aid edilən mənzilin 1\2 hissəsi üzrə vərəsələrin paylarının müəyyən edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 3141/2022 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzilin İddiaçıla arvadının birgə nikah dövründə satın alındığı üçün birgə mülkiyyət hesab edilməklə Çimnaz Hacıyevanın ölümündən sonra mənzildə ona aid hissəsi üzərində mülkiyyət hüquqlarının onun vərəsələri olan əri İddiaçı və övladlarına, o cümlədən oğlu Yüksəl Babayevə keçmişdir. Yüksəl Babayev və onun ailəsi həmin dövrdə mübahisəli mənzildə yaşadığından sonuncu miras əmlakın ona aid hissəsini faktiki qəbul etmişdir. 2004-cü ildə Yüksəl Babayev vəfat etdikdən sonra onun mübahisəli mənzildə əmlak üzərində olan hüquqları arvadı cavabdeh Lalə Məmədovaya, övladları cavabdehlər Cavabdeh3 və Cavabdeh4 keçmişdir. Nəticədə cavabdehlər Lalə Məmədova, övladları Cavabdeh3 və Cavabdeh4 hazırki vaxtadək mübahisəli predmet olan mənzildə yaşamaqla miras əmlakı faktiki qəbul etmişlər və onların həmin əmlak üzərində mülkiyyət hüquqları olduğu üçün heç kim əmlak üzərində olan mülkiyyət hüquqlarından məhrum edilə bilməz. Həmin qətnamədən tərəflər şikayət vermədikləri üçün qətnamə qanuni qüvvəsini almışdır. Bu qətnamədə iddiaçı vərəsə kimi qeyd edilsə də, o, həyat yoldaşı ilə birgə nikah dövründə əldə edilmiş əmlak, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzilinin vəfat etmiş həyat yoldaşı Çimnaz Hacıyevanın payı olan 1\2 hissəsindəki miras payının qəbul etməsinə dair notariat ofisinə qanunla müəyyən edilmiş müddət ərzində ərizə verməmiş, həmin əmlakı faktiki qəbul edərək ona sahiblik etməmişdir. Bu mənzil onun adına qeydiyyata alınmasına baxmayaraq mənzilin özünə aid hissəsini də istifadə etməmiş, onun saxlanma xərclərində iştirak etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin “ünvan 2-nin birgə nikah dövründə satın alınmış hesab edilməsi” hissəsi ilə bağlı bildirir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-3141/2022 saylı qətnaməsi nəticəsində iddiaçı Sadıqov Tofı̇ q Məmməd oğlunun Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzil birgə nikahda satın alınmış əmlak hesab olunmaqla onların birgə mülkiyyətləri olmuşdur. Belə ki, mənzilin iddiaçı ilə onun həyat yoldaşı X4 birgə nikahda olduqları dövrdə xx.xx.1994-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satın alındığı müəyyən edilmişdir. Belə olan təqdirdə iddia tələbi bu hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsində yerləşən 30 saylı evin 117 saylı mənzili iddiaçı Sadqov Tofı̇ q Məmməd oğlu ilə X4 birgə nikah dövründə satın alınmış əmlakı hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri Sadiqov Tofı̇ q Məmməd oğluna aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsində yerləşən 30 saylı evin 117 saylı mənzili iddiaçı Sadıqov Tofı̇ q Məmməd oğlu ilə X4 birgə nikah dövründə satın alınmış əmlakı hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri qismində Sadiqov Tofı̇ q Məmməd oğlu tərəfindən şəkilimiş 105 manat xərc ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-2076/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2076/2022
18.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver