Məhkəmə qərarları › İş №e-2(007)-209/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-209/2025

17.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-209/2025 17.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmrin ləğvi, işə bərpa, əmək haqqı və mənəvi zərər” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehinə qarşı olan “əmrin ləğvi, işə bərpa, əmək haqqı və mənəvi zərər” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdehinə qarşı olan “əmrin ləğvi, işə bərpa, əmək haqqı və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddiaçıya töhmət verilməsinə dair cavabdehin xx.xx.2024-cü il tarixli “415-k” saylı əmrinin ləğv edilməsi haqqında; iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair cavabdehin xx.xx.2024-cü il tarixli “511-k” saylı əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi haqqında; məcburi işburaxma dövrü üzrə əmək haqqı, digər ödənclər və hər gecikdirilmiş gün üçün 1 faiz ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında; mənəvi zərərə görə 640 manat pul vəsaitinin, mediasiya xərclərinə görə 60 manat pul vəsaitinin, hüquqi xidmətə görə 300 manat haqqın, 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddiaçıya töhmət verilməsinə dair Cavabdehinin direktoru X19 imzaladığı xx.xx.2024-cü il tarixli “415-k” saylı əmrinin ləğv edilməsi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair Cavabdehinin direktoru X19 imzaladığı xx.xx.2024cü il tarixli “511-k” saylı əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi, məcburi işburaxma dövrü üzrə əmək haqqı və hər gecikdirilmiş gün üçün 1 faiz ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, mənəvi zərərə görə 3000 manat pul vəsaitinin, mediasiya xərclərinə görə 60 manat pul vəsaitinin, hüquqi xidmətə görə 300 manat haqqın, 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdehnda xx.xx.2006-cı il tarixindən “Anesteziologiya, reanimasiya və intensiv terapiya” şöbəsinin həkimanestezioloq-reanimatoloqu vəzifəsində 17 il 08 ay müddətində işləmişdir. Cavabdeh müəssisədə baş verən qanun pozuntularını və korrupsiya hallarını görmüş iddiaçı bu barədə əvvəlcə müəssisə rəhbərliyinə dəfələrlə məlumat vermiş, nəticə olmadığı səbəbindən həmin məlumatları dövlətin əlaqədar təşkilatlarına bildirməyə məcbur qalmışdır. Bundan sonra iddiaçıya qarşı təzyiqlər başlamış və onun əmək hüquqlarının pozulması ilə əlaqədar iddiaçı X51 də müraciət etmişdir. Bundan sonra işəgötürən barəsində qanuni tədbirlər görülmüşdür. İddia ərizəsinə əlavə edilmiş X37 Bakı şəhər İdarəsininin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının şikayəti əsasında Cavabdehin direktoru X45 AR İXM-nin 192.4-cü və 198.1.5-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, tərtib edilmiş MN ******* nömrəli xx.xx.2023-cü il tarixli və MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarlar məhz iddiaçının şikayəti əsasında qəbul olunmuşlar. Buna görə də müəssisə rəhbərliyi tərəfindən iddiaçıya daha da qərəzli münasibət başlamış, barəsində əsassız və formal xarakterli intizam tədbirləri görülmüşdür. Belə ki, cərimələnəndən bir neçə gün sonra, xx.xx.2024-cü il tarixində 15-k nömrəli əmrlə iddiaçıya formal səbəbdən qisas məqsədi ilə töhmət verilmişdir. Həmin əmri iddiaçı məhkəmə qaydasında mübahisələndirməmişdir. Bundan sonra qisas məqsədi ilə iddiaçının barəsində ard-arda iki intizam tənbehi tətbiq olunmuşdur: xx.xx.2024-cü il tarixli 415-k saylı əmrlə iddiaçıya ikinci dəfə töhmət verilmişdir (həmin əmri iddiaçı hazırki iddia tələbi ilə mübahisələndirir). xx.xx.2024-cü il tarixli 511-k saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir (həmin əmri iddiaçı hazırki iddia tələbi ilə mübahisələndirir). Hər iki əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin (sonrakı mətndə “AR ƏM”), Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə Təlimatı”nın (sonrakı mətndə “vəzifə təlimatı”) tələbləri baxımından əsassız hesab edirlər. Məlumat üçün həmçinin qeyd olunmalıdır ki, iddiaçının əri silahlı qüvvələrin mayoru Nümayəndə1 Vətən Müharibəsinin veteranı və qazisi olmaqla göstərdiyi xüsusi şücaiətlərə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli sərəncamı ilə “Fizulinin azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə”, Azərbaycan Respublikası Müdafiə nazirinin 2021-ci il 25 dekabr tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Veteranı” medalları ilə təltif olunmuş nümunəvi bir zabitdir. xx.xx.2024-cü il tarixli "415-k" saylı töhmət vermə barədə əmr qanunsuz və əsassızdır. Əmrin əsaslandırıcı hissəsində göstərilir ki, “...iddia olunan halları araşdıran Komissiyanın xx.xx.2024 tarixli iclas Protokoluna əsasən xəstənin dəyərləndirilməsində və müalicə tədbirlərində bir sıra nöqsanların və hətta kobud səhvlərin olduğunu nəzərə alaraq Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Fikrət Məmmədovun, həkim-anestezioloq-reanimatoloqlar İddiaçı, Osmanov Məhəmmədalı, Poliklinika şöbəsinin həkim-infeksionisti Muradova Roza, İİ Ağciyər vərəm şöbəsinin həkim-ftiziatrı Osmanova Romella, həkim təyinatının icrasında qüsurlara yol vermiş tibb bacıları barədə tədbir görülməsini xahiş etmişdir”. Əmrin nəticə hissəsində yazılır ki, “X4 İnstitutu PHŞ-nin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkim-anestezioloq-reanimatoloqu İddiaçı iş növbəsində olduğu xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində xəstəlik tarixində heç bir qeydiyyat aparmadığına, xəstənin vəziyyətini qiymətləndirmədiyinə, xəstəlik tarixində yazılı təyinat olmadan xəstəyə tibb bacısı tərəfindən “Natrium bikarbonal” (soda) köçürülməsinin qarşısını almadığına, xəstənin qan qazları nəzərə alınaraq respirator dəstəyi korreksiya etmədiyinə və müalicə müddəti ərzində oksigenin verilmə qaydalarına riayət etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən “TÖHMƏT” verilsin”. Əvvəla xx.xx.2024-cü il tarixində aşkar edildiyi iddia edilən "nöqsan"a görə intizam tənbehi 33 gün sonra (xx.xx.2024-cü il tarixində) verilə bilməzdi. Qərarı aşağıdakı əsaslara görə mahiyyəti üzrə də əsassız və qanunsuz hesab edirik: Mərhum xəstənin vəfat etməsi iddiaçının növbəsində baş verməyib. xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində iddiaçı xəstəlik tarixində yazılı təyinatlar vermişdir. Xəstəlik tarixində qeyd olunan tarixlər üzrə yazılı təyinatlar iddiaçı tərəfindən verilmişdir. Bu da onu göstərir ki, əmrin nəticə hissəsində “heç bir qeydiyyat aparmama” həqiqətə uyğun deyil. Xüsusilə qeyd edilməlidir ki, göstərilən tarixlərdə xəstənin müalicəsi üçün gərəkli olan reanimatoloji təyinatlar ya iddiaçı tərəfindən, ya da şöbə müdürü tərəfindən yazılmışdır. Əgər növbədə olan digər reanimatoloq və ya şöbə müdiri Fikrət Məmmədov xəstəlik tarixində xəstə vəziyyətinin qiymətləndirilməsi barədə yazılı qeyd veribsə, iddiaçının onları təkrarlamağına zərurət olmur. Xəstənin huşu aydın və vəziyyəti dəyişməzdirsə, bir qayda olaraq xəstə vəziyyətinin qiymətləndirilməsi qrafasında hər gün eyni qeydlərin verilməsi vacib hesab olunmur. Xəstənin vəziyyətinin qiymətləndirilməsi qrafasının doldurulmaması özü-özlüyündə xəstənin müalicəsində heç bir rola malik deyil. Növbə dəyişən zaman hər bir xəstə barədə sonrakı növbətçi həkimə şifahi məlumat hər halda verilir. Bu səbəbdən də xəstənin vəziyyətinin qiymətləndirilməsi qrafasının doldurulmaması intizam tənbehinin verilməsinə əsas ola bilməz. Buna dair vəzifə təlimatında da xüsusi göstəriş yoxdur. Belə ki, “yazılı təyinatlar” bölməsi xəstənin müalicə prosesini əks etdirdiyindən həkimin əsas öhdəliyi həmin hissədə müvafiq qeydləri aparmaqdır ki, buna da vəzifə təlimatının 8-ci bəndində xüsusi göstəriş mövcuddur. İddiaçı da bunu etmişdir. Xəstəyə tibb bacısı tərəfindən “Natrium bikarbonal” (soda) köçürülməsinin qarşısını almamaqla bağlı hissədə də əmr qanunsuz və əsassızdır. Əvvəla, vəzifə təlimatına əsasən iddiaçının tibb-bacılarının nöqsanlarına görə cavabdehlik daşımaq öhdəliyi yoxdur. Digər tərəfdən iddiaçı xəstəlik tarixində “Natrium bikarbonal” (soda) köçürülməsi barədə təyinat vermədiyi halda tibb bacısının bunu etməsi onun şəxsi məsuliyyət məsələsidir və bu yalnız onun özünə qarşı irad kimi bildirilə bilər. Xəstənin qan qazları nəzərə alınaraq respirator dəstəyi korreksiya etmədiyinə və müalicə müddəti ərzində oksigenin verilmə qaydalarına riayət etməmə ilə bağlı hissədə də əmri qanunsuz və əsassız hesab edirik. Belə ki, xəstə iddiaçının növbəsində komaya düşməyib, vəfat etməyib, ayığ olub, vəziyyəti stabil, huşu aydın olub. Bununla belə, xəstənin vəfat etdiyi vaxt növbədə olmuş reanilatoloq-həkimin də xəstəni süni tənəffüz aparatına qoşmaması əsaslı olmuşdur. Belə ki, xəstənin əvvəllər çoxsaylı beyin əməliyyatları keçirməsi səbəbindən süni tənəffüz aparatına qoşulması üçün birbaşa əks göstəriş olmuşdur. 2) xx.xx.2024-cü il tarixli 511-k saylı xitam əmri qanunsuz və əsassızdır. Əmrin əsaslandırıcı hissəsində göstərilir ki, “ETCXİ-nin direktor müavini G. Əliyeva xx.xx.2024-cü il tarixdə daxil olmuş Təqdimatla müraciət edərək, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində 2024-cü ilin aprel-may ayları ərzində stasionar müalicədə olan xəstənin xəstəlik tarixlərinə baxış keçirilən zaman qrafik üzrə müxtəlif vaxtlarda iş növbəsində olan həkimanestezioloq-reanimatoloq İddiaçı xəstəlik tarixləri üzrə 27 həkim gündəliyi yazmadığı, 1 xəstənin diaqnozunun əsaslandırmasını aparmadığını, 1 xəstədə müalicə təyinatlarının tarixini qeyd etmədiyini, digər bir xəstənin isə ilkin baxışını qeyd etmədiyini bildirmiş, əmək vəzifələrinin yerinə yetirilməsində kobud səhvlərə yol verdiyi üçün barəsində ciddi tədbir görülməsini xahiş etmişdir”. Əmrin əsaslandırıcı hissəsində həmçinin göstərilir ki, “N.D.X17 blokunda aparılan əməliyyat zamanı infeksion nəzarət qaydalarını pozması haqqında xx.xx.2024-cü il tarixində daxil olmuş digər təqdimatla isə onun infeksion və daxili rejim qaydalarını pozduğuna görə barəsində müvafiq tədbirin görülməsi xahiş olunmuşdur”. İddiaçı əmrlə razı deyil və hər-hansı intizam pozuntusu törətmədiyini bildirir. “27 həkim gündəliyinin yazılmaması” reanimatoloq həkimlərin sayının azlığı və iş yükünün çoxluğu səbəbindən, xəstələrin müalicəsində daha prioritet məsələlərin həllinə daha çox vaxt sərf olunmasına görədir. Həkimlik təcrübəsində belə hallara tez-tez rast gəlinir və gündəliklərin hamısının yazılmaması tibbi sənədlərin keyfiyyətsiz tərtib edilməsi kimi qiymətləndirilmir. Belə ki, xəstəlik tarixində ən vacib amil müalicə təyinatının verilməsidir. Pasient gündəliyinin yazılması müalicə prosesində vacib hesab olunmur. Bundan başqa “1 xəstənin diaqnozunun əsaslandırılmasının aparılmaması” hissəsində də əmr əsassızdır. Belə ki, xəstələrin diaqnozunun əsaslandırılması ixtisas həkimin vəzifəsidir, reanimatoloqun deyil. Reanimatoloq həkim xəstənin həyati vacib orqanlarının sağlamlığını təmin etməyə borcludur. Bundan başqa “1 xəstənin ilkin baxışının qeyd etməməsi” hissəsində də əmr əsassızdır. Belə ki, xəstənin ilkin baxışını reanimatoloq həkim deyil, klinikaya qəbul olunanda müalicə həkimi yazmalıdır. Əmrdə pozuntu kimi qeyd olunmuş “1 xəstədə müalicə təyinatlarının tarixini qeyd etməmə” ümumiyyətlə pozuntu hesab oluna bilməz. Belə ki, xəstənin reanimasiya şöbəsinə daxil olma vaxtı məlum olduğundan müalicə təyinatının tarixi də məlumdur. Əmrdə pozuntu kimi göstərilən həmin hallar vəzifə təlimatında yoxdur. Əmrdə “infeksion və daxili rejim qaydalarını pozulması” barədə qeyd olunanlar da ümumi sözlərlə ifadə olunmuş, bunun konkret hansı hərəkətlərlə ifadə olunması qeyd olunmamış, əmr həmin hissədə əsaslandırılmamış, böhtan məlumatdan ibarətdir. Bundan başqa sözü gedən xəstəlik tarixləri aprel-may aylarında baş həkim tərəfindən yoxlanılaraq və imzalanaraq arxivə verilmiş, hətta hər-hansı vəzifə pozuntusu olmuş olsaydı belə, arxivə verildiyi gündən 1 aylıq müddət ötmüş və AR ƏM-nin 187-ci maddəsinin 2-ci bəndinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Bundan başqa Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixli 5 saylı protokolu da keçirilmiş iclasda aparılmış söhbətlərin real məzmununu əks etdirmir. Bütün iclas iddiaçı tərəfindən telefonun səsyazanı vasitəsilə tam qeydə alınmışdır: Həmin səs yazısı Cavabdehin binasında, xx.xx.2024-cü il tarixində iddiaçının özü tərəfindən HK-nin iclası keçirilən şəraitdə yazılmışdır. Həmin səs yazısının 08:32-09:14 saniyələrindən eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) təsdiq edir ki, xəstə gündəliklərinin yazılmamasını qüsur kimi qəbul etmir (həmin sözlər, eləcə də iddiaçının xeyrinə deyilmiş bir çox fikirlər protokola qərəzli şəkildə yazılmamışdır). Bundan başqa həmin səs yazısının 08:32-09:14 saniyələrindən həmçinin eşidilir ki, İddiaçı deyir: “tibb bacısı tərəfindən xəstəyə “Natriumbikarbonal” (soda) köçürülməsi üçün təyinat verməmişəm, tibb bacısının yanlış hərəkətinə görə məsuliyyət daşımıram”. İddiaçının həmin dəlilinə qarşı məclis üzvləri əsaslı arqument irəli sürə bilmirlər, əksinə səs yazısının 29:37-29:58 saniyələrindən eşidilir ki, hüquqşünas Nümayəndə2 bildirir ki, “biz onsuzda sodanın vurulmasını tibb bacısının günahı kimi nəzərə aldıq, Nuridə xanımla əlaqələndirmədik...” Bundan başqa həmin səs yazısının 10:00-11:20 saniyələrindən eşidilir ki, hüquqşünas Nümayəndə2 bildirir ki, “...xəstə gündəlikləri yazılmamış, 1 xəstənin ilkin baxışı yazılmamış, 1 diaqnozun əsaslandırılması aparılmamışdır”. Həmin səs yazısının 10:00-11:20 saniyələrindən eşidilir ki, İddiaçı deyir: “ilkin baxışı qəbul həkimi yazmalıdır, diaqnozun əsaslandırılmasını da terapevt-pulmanoloq yazmalıdır. Onların heç birini reanimatoloq yazmalı deyil”. İddiaçının həmin dəlilinə qarşı məclis üzvləri heç bir əsaslı arqument irəli sürə bilmirlər. Həmin səs yazısının 30:31-30:37 saniyələrindən eşidilir ki, məclis üzvü Qəmər Əhmədzadə (laboratoriya müdürü) deyir: “həmin medsestralar töhmət alıb işdən çıxsın, nəinki həkim...”. Həmin səs yazısının 32:10-32:24 saniyələrindən eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “adamın iki dənə töhməti olanda biraz gözləyirlər, üçüncü töhməti verirlər, işdən çıxarırlar. Bu artıq üçüncü töhmətdir. İndi verəcək məhkəməyə. Belə mühitdə işləmək axı dəhşətlidir...”. Həmin səs yazısının 33:00-33:39 saniyələrindən eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “…axtarışa veriləndə, bunlar hamısı “povod”dır. Sən məktublar yazanda ora-bura, sən bilmirdin ki, “povod” tapılacaq. Sənin də işini yoxlasalar nəsə çıxacaq da. Mənə olunanlar səndən də artıq olunub. Mənim ağlıma da gələ bilməzdi ki, kimdənsə şikayət edim. Ya gərək mən pencəyimi qoyum burada çıxım gedim evimə-eşiyimə özümə iş axtarım... O qədər özəllərdə iş var. Ya da oturam, nə deyir müdriyyət... 5-ci direktordur... İndi İradədir nədir. “Kaşşeybessmetnıy” deyil ki, uzağı 5 il işləyəcək çıxıb gedəcək də. Gora qədər işləməyəcək ki...». Həmin səs yazısının 34:25-34:35 saniyələrindən eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “…gəmidə oturub gəmiçi ilə dava edirsənsə belə də olacaq. Belə də xəstəlik tarixləri yoxlanılacaq. Bunlar hamısı “povod”dır”. Həmin səs yazısının 36:10-37:50 saniyələrindən eşidilir ki, məclis üzvü Vəfa Şaxtaxtinskaya (sığorta işləri üzrə əməkdaş) deyir: “bəlkə öz ərizəsində yazıb çıxasınız... onsuzda öz xoşunla çıxmırsansa, deməli səni çıxarırlar... bu sizin üçün bir zərbə olacaq karyeranızda... əgər bir qərar verilsə siz işinizə davam etsəniz, yenə mi eyni olacaq... hamı eyni qalacaq siz də eyni qalacaqsınız... sizdə toqquşmalar olur və bu davam edəcək...məncə siz özünüz öz xoşunuzla İnstitutdan gedib digər müəssisədə rahat iş tapacaqsınız... professional həkimsiniz...”. Həmin səs yazısının 37:59-38:06 saniyələrindən eşidilir ki, HK sədri Rafiq Abuzərov deyir: “…sizi işdən çıxaran başqası olacaq... biz nə işə götürmürük nə işdən çıxarmırıq...”. Həmin səs yazısının 38:07-37:50 saniyələrindən eşidilir ki, məclis üzvü Vəfa Şaxtaxtinskaya (Tibbi sığorta şöbəsinin müdüri) deyir: “…sizin əmək kitabçanıza maddə yazılmasın deyirik...”. Həmin səs yazısının 39:32- 39:50 saniyələrindən eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “…xəstə (mərhum X46) sənin qüsuruna görə ölməyib, xəstənin valideynləri də səndən razıdırlar...”. Həmin səs yazısının 41:17-41:21 saniyələrindən eşidilir ki, HK sədri Rafiq Abuzərov deyir: “…işdən azad olunur, özü də maddə ilə...”. Həmin səs yazısının 41:19-41:26 saniyələrindən eşidilir ki, məclis üzvü Təranə Hacıyeva (kitabxanaçı) deyir: “…70-ci maddənin "Ç" bəndinə əsasən çıxarılsın...”. Həmin səs yazısının 42:43-42:55 saniyələrindən eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “…bir dəfə tutdum səni soruşdumki, niyə konfliktə gedirsən? Demişdim sənə, deməmişdim?! Eləmə də... Necə lazımdır get işlə, başını sal aşağı get işlə də...”. Həmin səs yazısının 01:00:35:-01:01:32 saniyələrində eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “...məktublar yazırsan da, "zaraza"... belə istənilən adamı başlasalar güdməyə, o qədər şey çıxacaq ki... bəlkə şans verək ona? görək 1 aya 2 aya özünü necə aparır?”. Həmin səs yazısının 01:01:31-01:01:35 saniyələrindən eşidilir ki, HK sədri Rafiq Abuzərov deyir: “o artıq müdriyyətdən asılıdır, müdriyyət razılaşacaq ya razılaşmayacaq, olmayacaq işdən çıxmalıdır...”. Həmin səs yazısının 01:10:56-01:11:00 saniyələrindən eşidilir ki, HK sədri Rafiq Abuzərov deyir: “Yaxşı, bu qərarla kim razıdır kim razı deyil?...”. Həmin səs yazısının 01:11:01:-01:11:30 saniyələrindən eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “Mən tərəddüd edirəm... istəyirəm biraz da vaxt verək ona... o xasiyyətini dəyişən deyil... amma heç olmazsa biraz fərqli olsun”. Həmin səs yazısının 01:11:32-01:12:45 saniyələrindən eşidilir ki, HK sədri Rafiq Abuzərov deyir: “Bir dənə də şey var ki, biz bu dəfə tutaq ki vaxt verdik, tutalım 1 ay... bu müddət ərzində konfliktə getsə avtomatik... İndiki vəziyyətdə biz ancaq xahiş edə bilərik. Müdriyyət qəbul edəcək ya etməyəcək. Ancaq, bir aydan sonra nə bilirsən həmin şey olmayacaq?! ... Biz deyə bilərik "razıyıq", ya da müdriyyət tərəfindən Əmək Məcəlləsi pozulursa "olmaz". Burada əmək məcəlləsini pozmayıblar...”. Həmin səs yazısının 01:18:55-01:19:04 saniyələrindən eşidilir ki, HK sədri Rafiq Abuzərov deyir: “söhbət ondan gedir ki, səhvi olanda da (baş həkim Gülzar Əliyevanın səhvi) elə qaydada demək lazımdır ki, xətrinə dəyməsin...”. Həmin səs yazısının 01:27:01-01:28:02 saniyələrində məclis üzvü Vəfa Şaxtaxtinskaya ilə iddiaçının dialoqunda qeyd edirlər ki: “Vəfa Ş.: neqativ hallarla bağlı müəssisə rəhbərliyinə məlumat verdikdən sonra bəlkə o da araşdırır, qeydə alıb, siz həmin dəqiqə nəticə görmədən başlayırsınız yuxarı yazmağa. Yazılan nə varsa, buna görə bilavasitə İradə xanım (direktor) cavab verir. Siz onların adlarını çəkməsəniz belə, bu onlara birbaşa zərbədir. Pərvanəni (baş tibb bacısı) də işdən kənarlaşdırdılar. Nuridə İ.: 100000 dəfə təqdimat yazandan sonar”. Həmin səs yazısının 01:50:49-01:51:20 saniyələrindən eşidilir ki, HK sədri Rafiq Abuzərov deyir: “Qurtardı məsələ. Dalşe özün bilərsən. Əmri görəcəksən. Sənə çatdırılacaq, qol çəkəcəksən...”. Səs yazısı həm tam şəkildə, həm də yuxarıda qeyd olunmuş epizodlara ayrılmaqla təqdim edilir. Sözü gedən HK-nin xx.xx.2024-cü il tarixli 5 saylı protokolunda yer alan “Birinci töhmətlə əlaqədar təqsirli olduğunu, 2-ci töhmətlə qismən razı olduğunu bildirmiş, axırıncı təqdimatın tam düzgün olduğunu, yalnız gündəliyi yazmağa vaxtının olmadığını bildirdi” abzası yalan informasiyadır. İddiaçı belə sözlər deməmişdir. Əksinə, audio-yazının 10:00-11:20 saniyələrindən eşidilir ki, İddiaçı deyir: “ilkin baxışı qəbul həkimi yazmalıdır, diaqnozun əsaslandırılmasını da terapevt pulmanoloq yazmalıdır. Onların heç birini reanimatoloq yazmalı deyil”. Bundan başqa iddiaçı dəfələrlə ona qarşı qərəzli münasibətin olduğunu bildirməklə ona münasibətdə əsassız intizam tədbirlərinin görüldüyünü vurğulayır. Beləliklə, iddia ərizəsinə əlavə edilmiş HK-nin xx.xx.2024-cü il tarixli 5 saylı protokolu ilə səs yazısı müqayisə olunduqda məlum olur ki, protokol saxtalaşdırılmış, ora əmri əsaslandırmaq və müdafiə etmək üçün yalan məlumatlar daxil edilmiş, müəssisə müdiriyyətinin mənafeyinə uyğun olmayan bir sıra məlumatlar qəsdən daxil edilməmişdir. AR KM-nin Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarı vardır. Həmin qərarda göstərilir: Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İşçilərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edən həmkarlar ittifaqı təşkilatı ən ağır intizam tənbehinin tətbiq edilməsindən başqa seçim imkanının olmadığı, işçinin işdə saxlanılmasının qeyri-mümkün olduğu hallarda onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verir. Lakin səs-yazısından eşidilir ki, məclis üzvləri iddiaçının "yolverilməz və bağışlanmaz nöqsanlarını" deyil, onun cavabdeh müəssisədə gələcək karyerasının müdiriyyətdən dövlət orqanlarına göndərdiyi şikayətlərə görə mümkünsüz olması müzakirə olunur. Belə ki, təqdim edilən səs yazısından eşidilən odur ki, sədrlik edən və məclis üzvləri iddiaçıya işəgötürən tərəfindən yaradılmış qərəzli mühiti iddiaçının şikayət ərizələri ilə dövlət qurumlarına etdiyi haqlı müraciətlərlə əlaqələndirirlər və ona öz arzusu ilə tutduğu vəzifədən azad olunma barədə ərizə verməyi, başqa yerdə işə düzəlməyi və ya X53 üzr istəməklə bir daha şikayət etməməyi ona söz verməyi tövsiyyə edirlər, əks halda AR ƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən çıxarılacağı ilə hədələyirlər. Bu təklif bir neçə məclis üzvündən gəlir və əsl səbəbin təqdimatdaki formal qeydlər yox, müdriyyətin iddiaçı ilə məlum səbəbdən işləmək-istəməməsi olduğu, təqdimlatlarda yazılanların formal xarakterli bəhanələr olduğu açıqca ifadə olunur. AR ƏMnin 187-ci maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 415-k saylı əmrdən isə görünür ki, komissiyanın xx.xx.2024-cü il tarixli protokolu ilə “intizam pozuntusu” guya aşkar edilmiş, lakin intizam məsuliyyəti 33 gün sonra, xx.xx.2024-cü il tarixində verilmişdir. Bununla yanaşı 511-k saylı xx.xx.2024-cü il tarixli əmrdə də qeyd olunur ki, aprel-may aylarında gündəliklərin yazılmaması və digər çatışmazlıqlar xx.xx.2024-cü il tarixli təqdimatla aşkar olunmuşdur. Halbuki, aprel-may aylarında tərtib edilmiş həmin xəstəlik tarixləri elə həmin aylarda baş həkimin imzası ilə arxivə təhvil verilmişlər. Bunu sübut etmək üçün sözü gedən xəstəlik tarixlərinə baxış keçirmək kifayətdir. Həmin xəstəlik tarixlərində gündəliklərin yazılmaması intizam tənbehinə səbəb ola bilməz. Buna baxmayaraq baş həkimin imzası (təsdiqi) ilə arxivə təhvil verilmiş sənədlər 1 ay sonra baş həkim tərəfindən yenidən qaldırılaraq intizam tənbehinin predmeti ola bilməz. Bu AR ƏM-nin 186-cı maddəsinin 3-cü bəndinə ziddir. AR ƏM-nin 189-cu maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Halbuki, iddia ərizəsinə əlavə edilmiş iyun ayı üzrə reanimatoloqların növbətçilik cədvəlindən görünür ki, 12 iyun 2024-cü il tarixində (415-k saylı əmr verilən gün) iddiaçı növbədə (iş yerində) olmamışdır. İddia ərizəsinə həmçinin əlavə edilmiş iyul ayı üzrə reanimatoloqların növbətçilik cədvəlindən görünür ki, 01 iyul 2024-cü il tarixində (511-k saylı əmr verilən gün) iddiaçı növbədə (iş yerində) olmamışdır. HK-nin iclasının səs yazısını tam dinləyəndə məlum olur ki, 511-k saylı xx.xx.2024-cü l tarixli əmrdə göstərilən xüsusatlar deyil, cavabdeh müəssisədə olan çatışmazlıqlar barədə iddiaçının əvvəlcə müəssisə rəhbərliyinə təqdimatlar verməsi, bundan nəticə hasil olmadıqda müxtəlif dövlət qurumlarına şikayət etməsi, bu şikayətlərin müəssisə rəhbərliyi tərəfindən bəyənilməməsi, xəstəlik tarixlərində gündəliklərin yazılmamasının ciddi qüsur olmaması, ilkin baxışın və diaqnozun əsaslandırmasının reanimatoloq-həkimin vəzifəsi olmaması, mərhum xəstə X20 vəfat etməsində iddiaçının hər-hansı nöqsanının olmaması, əksinə mərhumun valideynlərinin iddiaçıdan razılıq etməsi müzakirə olunmuş, lakin 511-k saylı xx.xx.2024-cü l tarixli əmrdə iddiaçının nöqsanları kimi qələmə verilmiş formal əsasların işin, istehsalın, əmək və icra intizamının normal ahəngini necə pozması, iddiaçının həmin əsaslara görə işdən çıxarılmasının mütləq zərurəti barədə müzakirə aparılmamışdır. Əksində, HK sədri R. Abuzərov və digər məclis üzvləri bildirir ki, hər şey müdriyyətin iradəsindən asılıdır. Bununla da sədrlik edən və digər məclis üzvləri açıqca bildirirlər ki, HK iclası formal xərakter daşıyır, onlar hamısı direktor və baş həkimin iradəsi qarşısında acizdirlər və qərar öncədən verilmişdir. Məclis üzvləri iddiaçıya var gücü ilə öz ərizəsi ilə işdən çıxması (halbuki, öz xahişi ilə işdən azad etmək səlaiyyətləri yalnız direktordadır, onlar isə yalnız təqdimata münasibət bildirə bilər) və ya X53 üzr istəməsi üçün təzyiqlər göstərirlər, iddiaçı isə bununla razılaşmır və üzr istəmək üçün əsas olmadığını deyir. Bütün bu hərəkətlər AR ƏM-nin 80-ci maddəsinin tələblərinə və həmkarlar ittifaqı təşkilatının məqsəd və təyinatına ziddir. İclasın audio-yazısından eşidilir ki, iddiaçının iştirakı ilə iclasda müzakirə aparılır, lakin təqdimatın lehinə və əlehinə səs verməli olan üzvlərin və sədrin yekun fikri öyrənilmir (məclis üzvləri Təranə Hacıyeva və Nailə Mahmudova istisna olmaqla), qərar iddiaçının iştirakı ilə elan olunmur, ona tövsiyyə olunur ki, öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə ailə üzvləri ilə məsləhətləşsin. Həmkarlar Komitəsinin üzvləri İddiaçı hüquqlarını müdafiə etmək əvəzinə müdriyyət (direktor və baş həkim) ilə iddiaçı arasında guya konflikt olmasını, iddiaçının şikayətlər yazmasını, professional həkim olmaqla başqa yerdə işləyə biləcəyini, onun haqlı irad və şikayətlərindən sonra Pərvanə Atakişiyeva adlı işçiyə töhmət verməklə işdən kənarlaşdırıldığını, hər şeyin müdriyyətdən asılı olduğunu bildirirlər, lakin "511-k" saylı xx.xx.2024-cü il tarixli əmrdə göstərilən formal əsasları ağırlığını va ya yüngüllüyünü ümumiyytlə müzakirə etmirlər (bəzi gündəliklərin yazılmaması, ilkin baxışın və diaqnoz əsaslandırmasının yazılmaması və s.). 1 saat 51 dəqiqənin əksər hissəsi iddiaçı ilə rəhbərliyin arasında olan soyuq münasibətin səbəbləri, İddiaçı şikayəti əsasında reanimasiyadan uzaqlaşdırılmış Pərvanə Atakişiyevanın hərəkətləri və iddiaçının hansı səbəbdən rəhbərliyin qanunsuz hərəkətlərinə dözməməsi müzakirə olunub. HK-nin məclis üzvləri səs çoxluğu ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ARƏM-nin 70-ci maddəsinin "Ç" bəndinə əsasən xitam verilməsi barədə direktor tərəfindən verilmiş təqdimata müsbət cavab verməmişdir. Buna baxmayaraq, HK sədri R. Adıgözəlovun səs yazısının 01:50:49-01:51:20-ci saniyələrində "Qurtardı məsələ. Dalşe özün bilərsən. Əmri görəcəksən. Sənə çatdırılacaq, qol çəkəcəksən..." deməsi onu göstərir ki, HK sədri məclis üzvlərinin qəti fikrini soruşmadan, səsvermə keçirmədən təkbaşına qərar vermişdir. Xüsusilə qeyd olunmalıdır ki, audioyazıda məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “Mən tərəddüd edirəm... istəyirəmbiraz da vaxt verək ona... o xasiyyətini dəyişən deyil... amma heçolmazsa biraz fərqli olsun» sözləri, eləcə də hüquqşünas Nümayəndə2 deyir: “biz onsuzda sodanın vurulmasını tibb bacısının günahı kimi nəzərə aldıq, Nuridə xanımla əlaqələndirmədik...”, eləcə də məclis üzvü Qəmər Əhmədzadə (laboratoriya müdürü) deyir: “həmin medsestralar töhmət alıb işdən çıxsın, nəinki həkim...”. Beləliklə, HK üzvləri arasında yekdil fikir olmamış, fikir ayrılıqları olmuşdur. Qeyd edilən sözlər və yuxarıda əks edilmiş fikirlər xx.xx.2024-cü il tarixli 5 saylı protokola daxil edilməmiş, məclis üzvü Nailə Mahmudovanın tərəddüd etməsi (təqdimatın əlehinə səs verməsi) və Təranı Hacıyevanın iddiaçının işdən çıxarılmasına razı olması (təqdimatın lehinə səs verməsi) eşidilsə də, digər məclis üzvlərinin yekun fikri iclasın sonuna qədər səslənməmişdir. Bundan başqa HK-nin xx.xx.2024-cü il tarixli 5 saylı protkolunda guya iddiaçının özünü təqsirli bilməsi barədə yazılanlar da həqiqəti əks etdirməməklə təqdim edilən audio-yazı ilə ziddiyyət təşkil edir. Bundan başqa təqimatda nöqsan kimi yazılmış halların vəzifə təlimatı ilə iddiaçının üzərinə qoyulmuş vəzifələr arasında olub-olmaması məsələsi, eləcə də iddiaçının işdən çıxarılmasının AR ƏM-nin tələblərinə nə dərəcədə münasib olması araşdırılmamış, protokolda buna münasibət bildirilməmişdir. Digər tərəfdən iddiaçıya istinad edilən pozuntular həqiqətən mövcud olsaydı belə, həmin hərəkətlərin AR ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəticələrə səbəb olması, iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulub-pozulmaması, işəgötürənin və ya əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyanın vurulub-vurulmaması, habelə tətbiq edilən intizam tənbehinin işçinin şəxsiyyətinə, kollektivdə nüfuzuna, peşəkarlıq səviyyəsinə mütənasib olub-olmaması əsaslandırılmalıdı idi. Buna baxmayaraq nə “511-k” saylı xx.xx.2024-cü il tarixli əmrdə, nə də HK-nin 5 saylı protokolunda belə əsaslandırma yoxdur. Bununla da “511- k” saylı xx.xx.2024-cü il tarixli əmr digər pozuntularla yanaşı, həmçinin AR ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsinin və 186-cı maddəsinin 3-cü hissəsinin tələbləri ilə də uzlaşmır.

4. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “X4 İnstitutunda xx.xx.2006-cı il tarixindən "Anesteziologiya, reanimasiya və intensiv terapiya” şöbəsinin həkim-anestezioloq- reanimatoloqu vəzifəsində 17 il 08 ay müddətində işləmişdir. Cavabdeh müəssisədə baş verən qanun pozuntularını və korrupsiya hüquqpozmaları hallarını görmüş iddiaçı bu barədə əvvəlcə müəssisə rəhbərliyinə dəfələrlə şifahi məlumatlar vermiş, nəticə olmadığı səbəbindən həmin məlumatları dövlətin əlaqədar təşkilatlarına bildirməyə məcbur qalmışdır. Belə ki, iddiaçı "Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 11-1.1-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə edərək 2023-cü ilin oktyabr ayında korrupsiya hüquqpozmaları ilə bağlı şikayət ərizəsi ilə Baş Prokurorluq, Səhiyyət Nazirliyi və TƏBİB-ə müraciət etmişdir. Bundan sonra iddiaçıya qarşı təzyiqlər başlamış, ilk dəfə 15 yanvar 2024-cü il tarixində, ikinci dəfə xx.xx.2024-cü il tarixində və sonuncu dəfə xx.xx.2024-cü il tarixində iddiaçı qanunsuz və əsassız olaraq intizam məsuliyyətinə cəlb edilmişdir. Bundan başqa, X37 Bakı şəhər İdarəsininin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının şikayəti əsasında Cavabdehin direktoru X45 AR İXM-nin 192.4-cü və 198.1.5-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, tərtib edilmiş MN ******* nömrəli xx.xx.2023-cü il tarixli və MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarlar məhz iddiaçının şikayəti əsasında qəbul olunmuşlar (i.v. 20). Buna görə də müəssisə rəhbərliyi tərəfindən iddiaçıya daha da qərəzli münasibət başlamış, barəsində əsassız və formal xarakterli intizam tədbirləri görülmüşdür. Belə ki, cərimələnəndən bir neçə gün sonra, xx.xx.2024-cü il tarixində 15-k nömrəli əmrlə iddiaçıya formal səbəbdən qisas məqsədi ilə töhmət verilmişdir (i.v. 64). Həmin əmri iddiaçı məhkəmə qaydasında mübahisələndirməmişdir. Buna baxmayaraq həmin əmrin qanuniliyi hazırki icraatda yoxlanıla bilər. Belə ki, həmin əmr korrupsiya hüquqpozmaları barədə məlumat verildikdən və araşdırma aparılan dövrdə verilmiş, buna baxmayaraq əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 4-cü bəndində tələb olunan əsaslandırma aparılmamışdır. Bundan sonra qisas məqsədi ilə iddiaçının barəsində ard-arda iki intizam tənbehi tətbiq olunmuşdur: xx.xx.2024-cü il tarixli 415-k saylı əmrlə iddiaçıya ikinci dəfə töhmət verilmişdir (həmin əmri iddiaçı hazırki iddia tələbi ilə mübahisələndirir) (i.v. 19). xx.xx.2024-cü il tarixli 511-k saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir (həmin əmri iddiaçı hazırki iddia tələbi ilə mübahisələndirir) (i.v. 76). Mübahisələndirilən əmrlərdən heç biri Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş "Həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə Təlimatı”nın (sonrakı mətndə "vəzifə təlimatı”) müəyyən etdiyi hansı vəzifə öhdəliklərinin iddiaçı tərəfindən pozulması əsaslandırılmamışdır (i.v. 20). Məlumat üçün həmçinin qeyd olunmalıdır ki, iddiaçının əri silahlı qüvvələrin ehtiyyatda olan mayoru Nümayəndə1 Vətən Müharivəsinin veteranı və qazisi olmaqla göstərdiyi xüsusi şücaətlərə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli sərəncamı ilə "Fizulinin azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli sərəncamı ilə "Xocavəndin azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli sərəncamı ilə "Hərbi xidmətlərə görə”, Azərbaycan Respublikası Müdafiə nazirinin 2021-ci il 25 dekabr tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Veteranı” medalları ilə təltif olunmuş nümunəvi bir zabitdir. İddiaçının əri müharibədən qayıtdıqdan sonra işlərmir. İddiaçı ailədə işləyən yeganə şəxs olmuş və himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmamış uşaq var. Cavabdehin vəkili məhkəmə iclasında qeyd edir ki, iddiaçıya töhmət verilməmişdən öncə şifahi xəbərdarlıq edilmişdir, irad bildirilmiş, fəaliyyətindəki nöqsanların aradan qaldırılması tələb olunmuşdur, iddiaçı buna məhəl qoymamış, müəssisədən şikayətlər vermiş, şikayətlərin heç bir əsası olmamış, buna görə də ona 2024-cü ilin yanvar ayında töhmət verilmişdir... (i.v. 162) Cavabdeh özü də etiraf edir ki, intizam tənbehləri şikayətlər yazdığına görə, yəni qərəzli verilmişdir. Bununla belə nəzərə alınmalıdır ki, şikayətlər əsaslı olmuş, buna görə də cavabdeh müəssisənin direktoru 4 dəfə inzibati qaydada cərimə edilmişdir (i.v. 20, 214). 1) xx.xx.2024-cü il tarixli "415-k" saylı töhmət vermə barədə əmr qanunsuz və əsassızdır. Əmrin əsaslandırıcı hissəsində göstərilir ki, "... iddia olunan halları araşdıran Komissiyanın xx.xx.2024 tarixli iclas Protokoluna əsasən xəstənin dəyərləndirilməsində və müalicə tədbirlərində bir sıra nöqsanların və hətta kobud səhvlərin olduğunu nəzərə alaraq Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Fikrət Məmmədovun, həkim-anestezioloq-reanimatoloqlar İddiaçı, Osmanov Məhəmmədalı, Poliklinika şöbəsinin həkim-infeksionisti Muradova Roza, İİ Ağciyər vərəm şöbəsinin həkim-ftiziatrı Osmanova Romella, həkim təyinatının icrasında qüsurlara yol vermiş tibb bacıları barədə tədbir görülməsini xahiş etmişdir. Əmrin nəticə hissəsində yazılır ki, “X4 İnstitutu PHŞ-nin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkim-anestezioloq-reanimatoloqu İddiaçı iş növbəsində olduğu xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində xəstəlik tarixində heç bir qeydiyyat aparmadığına, xəstənin vəziyyətini qiymətləndirmədiyinə, xəstəlik tarixində yazılı təyinat olmadan xəstəyə tibb bacısı tərəfindən “Natrium bikarbonal” (soda) köçürülməsinin qarşısını almadığına, xəstənin qan qazları nəzərə alınaraq respirator dəstəyi korreksiya etmədiyinə və müalicə müddəti ərzində oksigenin verilmə qaydalarına riayət etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən “TÖHMƏT” verilsin’’. Öncə qeyd edək ki, xx.xx.2024-cü il tarixində aşkar edildiyi iddia edilən "nöqsan"a görə intizam tənbehi 01 ay 01 gün sonra (xx.xx.2024cü il tarixində) verilə bilməz. İşdən görünür ki, direktor müavini (baş həkim) Gülzar Əliyeva xx.xx.2024-cü il tarixli təqdimatında (i.v. 83) qeyd edir ki, “intizam pozuntusu” müvafiq komissiya tərəfindən xx.xx.2024-cü il tarixində müəyyən edilmişdir. “Müəyyən etmə” ifadəsi hüquqi əhəmiyyətinə görə “aşkar etmə” ifadəsi ilə eyni mənanı daşıyır. AR ƏM-nin 187-ci maddəsinin 2-ci bəndinə əsasən işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Bu AR ƏM-nin imperativ şərtidir və aşkar olunmuş pozuntuların rəhbər şəxsə nə vaxt çatmasından asılı edilməmişdir. xx.xx.2024-cü il tarixində aşkar edilmiş “intizam pozuntusu”na görə xx.xx.2024-cü il tarixində tənbeh tətbiq edilməsi intizam tənbehinin tətbiqi şərtlərinin pozulması kimi başa düşülməlidir. Həmçinin işəgötürənə məlum idi ki, iddiaçı korrupsiya hüquqpozmaları barədə məlumat vermişdir və buna görə də əmr AR ƏM-nin 187-ci maddəsinin 4-cü bəndinə uyğun şəkildə əsaslandırmalı idi. Bundan başqa əmr iddiaçının iş günü olmayan xx.xx.2024-cü il tarixində verilmişdir ki, bu da AR ƏM-nin 189-cu maddəsinin 1-ci bəndində təsbit edilmiş intizam tənbehinin verilməsi şərtlərinə ziddir. Əmri aşağıdakı əsaslara görə mahiyyəti üzrə də əsassız və qanunsuz hesab edirlər: mərhum xəstənin vəfat etməsi iddiaçının növbəsində baş verməyib. xx.xx.2024-cü il tarixində iddiaçı xəstəlik tarixində yazılı müalicə təyinatları vermiş və şöbə müdiri Fikrət Məmmədovla birgə qeydlər yazmış, həmin qeydləri hər iki həkim imzaları ilə təsdiq etmişlər. xx.xx.2024-cü il tarixində reanimatoloq-anestezioloq həkim Osmanov, xx.xx.2024-cü il tarixlərində isə reanimatoloqanestezioloq həkim Məmmədov tərəfindən xəstənin vəziyyəti dəyərləndirilmiş, iddiaçının buna əlavəsi olmamışdır. Bu da onu göstərir ki, əmrin nəticə hissəsində “xəstənin vəziyyətini dəyərlənirməmə’’ və “heç bir qeydiyyat aparmama’’ həqiqətə uyğun deyil. İddiaçı tərəfindən qeydiyyat aparılıb (i.v. 121, 123). Vəzifə təlimatının 9-cu bəndində stasionarda xəstəyə gündəlik baxış keçirmək reanimatoloqun öhdəliyi kimi qeyd olunsa da, baxış barədə qeydlərin xəstəlik tarixinə mütləq yazılması, eyni gündə növbədə olmuş bütün reanimatoloqların xəstənin vəziyyətinə dair eyni məlumatları (xəstənin durumu eyni olduğu halda) qeyd etməsi barədə xüsusi göstəriş yoxdur. Xəstəyə tibb bacısı tərəfindən “Natrium bikarbonal” (soda) köçürülməsinin qarşısını almamaqla bağlı hissədə də əmr qanunsuz və əsassızdır. Vəzifə təlimatına əsasən iddiaçının tibb-bacılarının nöqsanlarına görə məsuliyyət daşımaq öhdəliyi yoxdur. Digər tərəfdən iddiaçı xəstəlik tarixində “Natrium bikarbonal” (soda) köçürülməsi barədə təyinat vermədiyi halda tibb bacısının həmin maddəni özbaşına köçürməsi onun şəxsi məsuliyyət məsələsidir və bu yalnız onun özünə qarşı irad kimi bildirilə bilər. Halbuki, cavabdehin təqdim etdiyi sənədlərdən görünür ki, tibb bacılarının heç birinə buna görə intizam tənbehi verilməmişdir. Xəstənin qan qazları nəzərə alınaraq respirator dəstəyi korreksiya etmədiyinə və müalicə müddəti ərzində oksigenin verilmə qaydalarına riayət etməmə ilə bağlı hissədə də əmri qanunsuz və əsassız hesab edirlər. Belə ki, xəstə iddiaçının növbəsində komaya düşməyib, vəfat etməyib, ayıq olub, vəziyyəti stabil, huşu aydın olub. Bununla belə, xəstənin vəfat etdiyi vaxt növbədə olmuş reanilatoloq-həkimin də xəstəni sünii tənəffüz aparatına qoşmaması əsaslı olmuşdur. Belə ki, xəstənin əvvəllər çoxsaylı beyin əməliyyatları keçirməsi səbəbindən süni tənəffüz aparatına qoşulması üçün birbaşa əks-göstəriş olmuş, baş həkim özü də xəstəlik tarixində buna dair qeyd yazmışdır (i.v. 146). xx.xx.2024-cü il tarixli komissiya iclasında bütün reanimatoloqlar bunu demiş, komissiya sədri və üzvləri respirator dəstək və oksigen məsələsinə xəstə yaxınlarının etirazının olması faktının xəstəlik tarixində qeyd olunmamasını nöqsan kimi qiymətləndirmişlər. Bundan başqa, xx.xx.2024-cü il tarixli protokolun (i.v. 95) məzmununa əsasən mərhum Zöhrab Rüstəmovun yaşamaq şansı olmamışdır, belə xəstələr 20 yaşı keçmirlər. Həmçinin xx.xx.2024-cü il tarixli protokolda (i.v. 98) qeyd olunur ki, ölümün əsl səbəblərini müəyyən etmək mümkün olmamışdır. 2) xx.xx.2024-cü il tarixli 511-k saylı xitam əmri qanunsuz və əsassızdır. Əmrin əsaslandırıcı hissəsində göstərilir ki, “ETCXl-nin direktor müavini G.Əliyeva xx.xx.2024-cü il tarixdə daxil olmuş təqdimatla müraciət edərək, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində 2024-cü ilin aprel-may ayları ərzində stasionar müalicədə olan xəstənin xəstəlik tarixlərinə baxış keçirilən zaman qrafik üzrə müxtəlif vaxtlarda iş növbəsində olan həkim-anestezioloq-reanimatoloq İddiaçı xəstəlik tarixləri üzrə 27 həkim gündəliyi yazmadığı, 1 xəstənin diaqnozunun əsaslandırmasını aparmadığını, 1 xəstədə müalicə təyinatlarının tarixini qeyd etmədiyini, digər bir xəstənin isə ilkin baxışını qeyd etmədiyini bildirmiş, əmək vəzifələrinin yerinə yetirilməsində kobud səhvlərə yol verdiyi üçün barəsində ciddi tədbir görülməsini xahiş etmişdir”. - "27 həkim gündəliyinin yazılmaması” (düzgün saymayıblar, əslində 26-dır) reanimatoloq həkimlərin sayının azlığı, iş yükünün çoxluğu və istirahət (nahar) hüququnun pozulması səbəbi ilə izah olunur. Cavabdehin Məhkəməyə təqdim etdiyi həkim izahatlarından (iş vərəqləri 194-197) görünür ki, bütün reanimatoloqlar izahatlarında iş yükünü və xəstə sayının çoxluğuna əsas səbəb kimi göstərirlər. Belə ki, xəstəlik tarixində ən vacib qeyd müalicə təyinatıdır, xəstənin həyatda qalması ondan asılıdır. Qeyd olunmalıdır ki, İnstitutda 2 müxtəlif binalarda İ saylı və İİ saylı reanimasiya şöbələri var. Həkim reaimatoloqlar hər iki binada yerləşən ağır xəstələrə xidmət göstərirlər. - "1 xəstənin diaqnozunun əsaslandırılmasının aparılmaması” hissəsində də əmr əsassızdır. Belə ki, xəstələrin diaqnozunun əsaslandırılması ixtisas həkimin vəzifəsidir, reanimatoloqun deyil. Reanimatoloq həkim xəstənin həyati vacib orqanlarının sağlamlığını təmin etməyə borcludur. Vəzifə təlimatında da bu vəzifə reanimatoloqa aid edilməyib. Buna baxmayaraq xəstə gündəlikləri iddiaçı tərəfindən əsasən müntəzəm yazılmışdır:

1. 23/04/2024 tarixində iddiaçı 24 xəstəyə xidmət göstərmiş və cəmi 1 xəstənin gündəliyini yazmamışdır.

2. 24/04/2024 tarixində iddiaçı 25 xəstəyə xidmət göstərmiş və bütün gündəlikləri yazmışdır.

3. 25/04/2024 tarixində iddiaçı 25 xəstəyə xidmət göstərmiş və cəmi 1 xəstənin gündəliyini yazmamışdır.

4. 26/04/2024 tarixində iddiaçı 23 xəstəyə xidmət göstərmiş və cəmi 2 xəstənin gündəliyini yazmamışdır.

5. 29/04/2024 tarixində iddiaçı 18 xəstəyə xidmət göstərmiş və bütün gündəlikləri yazmışdır.

6. 01/04/2024 tarixində iddiaçı 25 xəstəyə xidmət göstərmiş və bütün gündəlikləri yazmışdır.

7. 02/05/2024 tarixində iddiaçı 25 xəstəyə xidmət göstərmiş və cəmi 1 xəstənin gündəliyini yazmamışdır.

8. 03/04/2024 tarixində iddiaçı 21 xəstəyə xəstəyə xidmət göstərmiş və bütün gündəlikləri yazmışdır.

9. 06/05/2024 tarixində iddiaçı 18 xəstəyə xidmət göstərmiş və cəmi 2 xəstənin gündəliyini yazmamışdır. 10.07/05/2024 tarixində iddiaçı 21 xəstəyə xidmət göstərmiş və cəmi 1 xəstənin gündəliyini yazmamışdır.

11. 08/05/2024 tarixində iddiaçı 26 xəstəyə xidmət göstərmiş və cəmi 2 xəstənin gündəliyini yazmamışdır. 12.10/05/2024 tarixində iddiaçı 26 xəstəyə xidmət göstərmiş və bütün gündəlikləri yazmışdır. 13.13/05/2024 tarixində iddiaçı 24 xəstəyə xidmət göstərmiş və bütün gündəlikləri yazmışdır. 14.gündəliyini yazmamışdır. 15.21/05/2024 tarixində iddiaçı 25 xəstəyə xidmət göstərmiş və bütün gündəlikləri yazmışdır. 16.22/05/2024 tarixində iddiaçı 31 xəstəyə xidmət göstərmiş və cəmi 1 xəstənin gündəliyini yazmamışdır. 17.24/05/2024 tarixində iddiaçı 26 xəstəyə xidmət göstərmiş və bütün gündəlikləri yazmışdır. 18.30/05/2024 tarixində iddiaçı 18 xəstəyə xidmət göstərmiş və bütün gündəlikləri yazmışdır. 19.31/05/2024 tarixində iddiaçı 18 xəstəyə xidmət göstərmiş və cəmi 3 xəstənin gündəliyini yazmamışdır. -Bundan başqa "1 xəstənin ilkin baxışının qeyd etməməsi” hissəsində də əmr əsassızdır. Belə ki, xəstənin ilkin baxışını reanimatoloq həkim deyil, klinikaya qəbul olunanda müalicə həkimi yazmalıdır. Belə ki, reanimatoloq reanimasiyanı tərk edib, ən ağır xəstələri nəzarətsiz qoyub yeni xəstənin qəbulu ilə məşğul ola bilməz. Bunun üçün növbətçi qəbul həkimi var. Misal üçün, iş materiallarında olan "ölüm hallarının araşdırılması” komissiyasının xx.xx.2024-cü il tarixli protokolunun nəticəsi hissəsinin 1-ci bəndində qeyd olunur ki, “xəstəlik tarixində ilkin baxış qəbul edən həkim Muradova R. tərəfindən zəif yazılıb”. Bununla da sübut olunur ki, ilkin baxış reanimatoloqun işi deyil və cavabdeh bunu yaxşı bilir. Vəzifə təlimatında da belə öhdəliklər mövcud deyil. -Əmrdə pozuntu kimi qeyd olunmuş “1 xəstədə müalicə təyinatlarının tarixini qeyd etməmə” ümumiyyətlə pozuntu hesab oluna bilməz. Belə ki, xəstənin reanimasiya şöbəsinə daxil olma vaxtı məlum olduğundan müalicə təyinatının tarixi də məlumdur. Təyin edilmiş dərmanların xəstəyə köçürülmə tarixləri isə xüsusi əhəmiyyət daşıyır və tibb-bacısı tərəfindən xəstəlik tarixində mütləq qeyd olunur. Əmrin əsaslandırıcı hissəsində həmçinin göstərilir ki, “N.D.X17 blokunda aparılan əməliyyat zamanı infeksion nəzarət qaydalarını pozması haqqında xx.xx.2024-cü il tarixində daxil olmuş digər təqdimatla isə onun infeksion və daxili rejim qaydalarını pozduğuna görə barəsində müvafiq tədbirin görülməsi xahiş olunmuşdur”. Qeyd olunan abzas əmrdə şərh olunsa da, istinad olunan xx.xx.2024-cü il tarixli təqdimat intizam tənbehinə əsas olmuş sənədlərin siyahısına daxil edilməmişdir. Halbuki, AR ƏM-nin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər əmrdə göstərilməlidir. Əlavə qeyd edilir ki, mübahisələndirilən əmrlərdə AR ƏM-nin 84-cü maddəsinin imperativ tələbi pozulmuş, işəgötürənin faktiki fəaliyyət göstərdiyi ünvan qeyd olunmamışdır. Əmrdə həmçinin göstərilir ki, "...ölüm hallarının araşdırılması komissiyasının xx.xx.2024-cü il tarixli protokoluna əsasən İddiaçı vəzifə öhdəliklərinə səhlənkar yanaşmasının xəstə ölümünün səbəblərdən biri olduğu məlum olmuşdur”. Qeyd edilir ki, əmr bu hissədə iddiaçının şərəf və layaqətini alçaldır, mənəvi hissələrini gözdən salır, ondan qisas almaq motivini ifadə edir. Sözü gedən xx.xx.2024-cü il tarixli protokolda (i.v. 89-98) İddiaçı ünvanına "səhlənkar yanaşma” ifadəsi istifadə olunmamış, onun hər hansı hərəkəti və ya hərəkətsizliyinin xəstə ölümünün səbəblərindən biri olduğu qeyd olunmamışdır. Əmrin həmin hissəsi iddiaçının cinayət əməli törətməsi barədə böhtan kimi nəzərə alınmalıdır. Bu da onu göstərir ki, işəgötürən iddiaçıya qarşı qərəzli olmuş, əmək hüquqlarının pozulması və korrupsiya hüquqpozmaları ilə bağlı yazdığı şikayətlərə görə ondan qisas almaq niyyətində olmuşdur. Göründüyü kimi, əmr formal mülahizələrlə əsaslandırılmışdır. Beləliklə, yoxlamanı əhatə edən xx.xx.2024-cü il tarixindən xx.xx.2024cü il tarixinə qədər olan dövrdə (38 gün ərzində) iddiaçı tərəfindən 513 xəstə gündəliyinin cəmi 26-sı yazılmamışdır. Bu o deməkdir ki, iddiaçı xəstə gündəliklərinin 5 faizini yazmamışdır. Oxşar sayda yazılmamış gündəliklər digər reanimatoloq-həkimlərdə də var. İstirahət hüququnu pozan və iş vaxtından artıq müddətə iddiaçını qanunsuz işlədən cavabdeh buna görə 4 dəfə inzibati tənbeh alsa da, bu ağır şəraitdə işlətdiyi həkimlərdən son dərəcə ideal iş tələb edərək ən xırda və formal bəhanəni əsas gətirmiş və onlardan yalnız birini (iddiaçını) buna görə ən ağır tənbehlə cəzalandırmışdır. Bundan başqa Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixli 5 saylı protokolu (i.v. 13-15) da keçirilmiş iclasda aparılmış söhbətlərin real məzmununu əks etdirmir. Bütün iclas iddiaçı tərəfindən telefonun səsyazanı vasitəsilə tam qeydə alınmışdır (i.v. 43-də yerləşən DVD-disk). Həmin səs yazısı "X4 İnstitutu” X93 binasında,xx.xx.2024-cü il tarixində iddiaçının özü tərəfindən HK-nin iclası keçirilən şəraitdə yazılmışdır. Həmin səs yazısının 08:32-09:14 saniyələrindən eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) təsdiq edir ki, xəstə gündəliklərinin yazılmamasını qüsur kimi qəbul etmir (həmin sözlər, eləcə də iddiaçının xeyrinə deyilmiş bir çox fikirlər protokola qərəzli şəkildə yazılmamışdır). Bundan başqa həmin səs yazısının 08:32- 09:14 saniyələrindən həmçinin eşidilir ki, İddiaçı deyir: “tibb bacısı tərəfindən xəstəyə “Natrium bikarbonal” (soda) köçürülməsi üçün təyinat verməmişəm, tibb bacısının yanlış hərəkətinə görə məsuliyyət daşımıram”. İddiaçının həmin dəlilinə qarşı məclis üzvləri əsaslı arqument irəli sürə bilmirlər, əksinə səs yazısının 29:37-29:58 saniyələrindən eşidilir ki, hüquqşünas Nümayəndə2 bildirir ki, “biz onsuzda sodanın vurulmasını tibb bacısının günahı kimi nəzərə aldıq, Nuridə xanımla əlaqələndirmədik...”.. Bundan başqa həmin səs yazısının 10:00-11:20 saniyələrindən eşidilir ki, hüquqşünas Nümayəndə2 bildirir ki, “...xəstə gündəlikləri yazılmamış, 1 xəstənin ilkin baxışı yazılmamış, 1 diaqnozun əsaslandırılması aparılmamışdır”. Həmin səs yazısının 10:00-11:20 saniyələrindən eşidilir ki, İddiaçı deyir: “ilkin baxışı qəbul həkimi yazmalıdır, diaqnozun əsaslandırılmasını da terapevt pulmanoloq yazmalıdır. Onların heç birini reanimatoloq yazmalı deyil”. İddiaçının həmin dəlilinə qarşı məclis üzvləri heç bir əsaslı arqument irəli sürə bilmirlər. Həmin səs yazısının 30:31-30:37 saniyələrindən eşidilir ki, məclis üzvü Qəmər Əhmədzadə (laboratoriya müdürü) deyir: “həmin medsestralar töhmət alıb işdən çıxsın, nəinki həkim...”. Həmin səs yazısının 32:10-32:24 saniyələrindən eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “adamın iki dənə töhməti olanda biraz gözləyirlər, üçüncü töhməti verirlər, işdən çıxarırlar. Bu artıq üçüncü töhmətdir. İndi verəcək məhkəməyə. Belə mühitdə işləmək axı dəhşətlidir...”. Həmin səs yazısının 33:00- 33:39 saniyələrindən eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “...axtarışa veriləndə, bunlar hamısı “povod”dır. Sən məktublar yazanda ora-bura, sən bilmirdin ki, “povod” tapılacaq. Sənin də işini yoxlasalar nəsə çıxacaq da. Mənə olunanlar səndən də artıq olunub. Mənim ağlıma da gələ bilməzdi ki, kimdənsə şikayət edim. Ya gərək mən pencəyimi qoyum burada çıxım gedim eviməeşiyimə özümə iş axtarım... O qədər özəllərdə iş var. Ya da oturam, nə deyir müdriyyət... 5-ci direktordur... İndi İradədir nədir. “Kaşşey bessmetnıy” deyil ki, uzağı 5 il işləyəcək çıxıb gedəcək də. Gora qədər işləməyəcək ki...”. Həmin səs yazısının 34:25-34:35 saniyələrindən eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “...gəmidə oturub gəmiçi ilə dava edirsənsə belə də olacaq. Belə də xəstəlik tarixləri yoxlanılacaq. Bunlar hamısı “povod”dır”. Həmin səs yazısının 36:10-37:50 saniyələrindən eşidilir ki, məclis üzvü Vəfa Şaxtaxtinskaya (sığorta işləri üzrə əməkdaş) deyir: “bəlkə öz ərizəində yazıb çıxasınız... onsuzda öz xoşunla çıxmırsansa, deməli səni çıxarırlar... bu sizin üçün bir zərbə olacaq karyeranızda... əgər bir qərar verilsə siz işinizə davam etsəniz, yenə mi eyni olacaq... hamı eyni qalacaq siz də eyni qalacaqsınız... sizdə toqquşmalar olur və bu davam edəcək...məncə siz özünüz öz xoşunuzla İnstitutdan gedib digər müəssisədə rahat iş tapacaqsınız... professional həkimsiniz...”. Həmin səs yazısının 37:59-38:06 saniyələrindən eşidilir ki, HK sədri Rafiq Abuzərov deyir: “...sizi işdən çıxaran başqası olacaq... biz nə işə götürmürük nə işdən çıxarmırıq...”. Həmin səs yazısının 38:07- 37:50 saniyələrindən eşidilir ki, məclis üzvü Vəfa Şaxtaxtinskaya (Tibbi sığorta şöbəsinin müdüri) deyir: “...sizin əmək kitabçanıza maddə yazılmasın deyirik...”. Həmin səs yazısının 39:32-39:50 saniyələrindən eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “...xəstə (mərhum X46) sənin qüsuruna görə ölməyib, xəstənin valideynləri də səndən razıdırlar...”. Həmin səs yazısının 41:17-41:21 saniyələrindən eşidilir ki, HK sədri Rafiq Abuzərov deyir: “...işdən azad olunur, özü də maddə ilə...”. Həmin səs yazısının 41:19-41:26 saniyələrindən eşidilir ki, məclis üzvü Təranə Hacıyeva (kitabxanaçı) deyir: “...70-ci maddənin "Ç" bəndinə əsasən çıxırılsın...”. Həmin səs yazısının 42:43-42:55 saniyələrindən eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “...bir dəfə tutdum səni soruşdum ki, niyə konfliktə gedirsən? Demişdim sənə, deməmişdim?! Elemə də... Necə lazımdır ged işlə, başını sal aşağı ged işlə də...”. Həmin səs yazısının 01:00:35:- 01:01:32 saniyələrindən eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “...məktublar yazırsan da, "zaraza"... belə istənilən adamı başlasalar güdməyə, o qədər şey çıxacaq ki... bəlkə şans verək ona? görək 1 aya 2 aya özünü necə aparır?». Həmin səs yazısının 01:01:31-01:01:35 saniyələrindən eşidilir ki, HK sədri Rafiq Abuzərov deyir: “o artıq müdriyyətdən asılıdır, müdriyyət razılaşacaq ya razılaşmayacaq, olmayacaq işdən çıxmalıdır...”. Həmin səs yazısının 01:10:56-01:11:00 saniyələrindən eşidilir ki, HK sədri Rafiq Abuzərov deyir: “Yaxşı, bu qərarla kim razıdır kim razı deyil?...”. Həmin səs yazısının 01:11:01: -01:11:30 saniyələrindən eşidilir ki, məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “Mən tərəddüd edirəm... istəyirəm biraz da vaxt verək ona... o xasiyyətini dəyişən deyil... amma heçolmazsa biraz fərqli olsun”. Həmin səs yazısının 01:11:32-01:12:45 saniyələrindən eşidilir ki, HK sədri Rafiq Abuzərov deyir: “Bir dənə də şey var ki, biz bu dəfə tutaq ki vaxt verdik, tutalım 1 ay... bu müddət ərzində konfliktə getsə avtomatik... İndiki vəziyyətdə biz ancaq xahiş edə bilərik. Müdriyyət qəbul edəcək ya etməyəcək. Ancaq, bir aydan sonra nə bilirsən həmin şey olmayacaq?! ... Biz deyə bilərik "razıyıq", ya da müdriyyət tərəfindən Əmək Məcəlləsi pozulursa "olmaz". Burada əmək məcəlləsini pozmayıblar...”. Həmin səs yazısının 01:18:55-01:19:04 saniyələrindən eşidilir ki, HK sədri Rafiq Abuzərov deyir: “söhbət ondan gedir ki, səhvi olanda da (baş həkim Gülzar Əliyevanın səhvi) elə qaydada demək lazımdır ki, xətrinə dəyməsin...”. Həmin səs yazısının 01:27:01-01:28:02 saniyələrində məclis üzvü Vəfa Şaxtaxtinskaya ilə iddiaçının dialoqunda qeyd edirlər ki: “Vəfa Ş.: neqativ hallarla bağlı müəssisə rəhbərliyinə məlumat verdikdən sonra bəlkə o da araşdırır, qeydə alıb, siz həmin dəqiqə nəticə görmədən başlayırsınız yuxarı yazmağa. Yazılan nə varsa, buna görə bilavasitə İradə xanım (direktor) cavab verir. Siz onların adlarını çəkməsəniz belə, bu onlara birbaşa zərbədir. Pərvanəni (baş tibb bacısı) də işdən kənarlaşdırdılar. Nuridə İ.: 100000 dəfə təqdimat yazandan sonra”. Həmin səs yazısının 01:50:49-01:51:20 saniyələrindən eşidilir ki, HK sədri Rafiq Abuzərov deyir: “Qurtardı məsələ. Dalşe özün bilərsən. Əmri görəcəksən. Sənə çatdırılacaq, qol çəkəcəksən...”. Səs yazısı həm tam şəkildə, həm də yuxarıda qeyd olunmuş epizodlara ayrılmaqla təqdim edilir. Sözü gedən HK-nin xx.xx.2024-cü il tarixli 5 saylı protokolunda yer alan “Birinci töhmətlə əlaqədar təqsirli olduğunu, 2-ci töhmətlə qismən razı olduğunu bildirmiş, axırıncı təqdimatın tam düzgün olduğunu, yalnız gündəliyi yazmağa vaxtının olmadığını bildirdi” abzası yalan informasiyadır. İddiaçı belə sözlər deməmişdir. Əksinə, audio- yazının 10:00-11:20 saniyələrindən eşidilir ki, İddiaçı deyir: “ilkin baxışı qəbul həkimi yazmalıdır, diaqnozun əsaslandırılmasını da terapevt pulmanoloq yazmalıdır. Onların heç birini reanimatoloq yazmalı deyil”. Bundan başqa iddiaçı dəfələrlə ona qarşı qərəzli münasibətin olduğunu bildirməklə ona münasibətdə əsassız intizam tədbirlərinin görüldüyünü vurğulayır. Beləliklə, iddia ərizəsinə əlavə edilmiş HK-nin xx.xx.2024-cü il tarixli 5 saylı protokolu ilə səs yazısı müqayisə olunduqda məlum olur ki, protokol saxtalaşdırılmış, ora əmri əsaslandırmaq və müdafiə etmək üçün yalan məlumatlar daxil edilmiş, müəssisə müdriyyətinin mənafeyinə uyğun olmayan bir sıra məlumatlar qəsdən daxil edilməmişdir. AR KM-nin Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarı vardır. Həmin qərarda göstərilir: Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İşçilərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edən həmkarlar ittifaqı təşkilatı ən ağır intizam tənbehinin tətbiq edilməsindən başqa seçim imkanının olmadığı, işçinin işdə saxlanılmasının qeyri mümkün olduğu hallarda onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verir. Lakin səs-yazısından eşidilir ki, məclis üzvləri iddiaçının "yolverilməz və bağışlanmaz nöqsanlarını” deyil, onun cavabdeh müəssisədə gələcək karyerasının müdriyyətdən dövlət orqanlarına göndərdiyi şikayətlərə görə mümükünsüz olması müzakirə olunur. Belə ki, təqdim edilən səs yazısından eşidilən odur ki, sədrlik edən və məclis üzvləri iddiaçıya işəgötürən tərəfindən yaradılmış qərəzli mühiti iddiaçının şikayət ərizələri ilə dövlət qurumlarına etdiyi haqlı müraciətlərlə əlaqələndirirlər və onu öz arzusu ilə işdən çıxmasına dilə tuturlar, başqa yerdə işə düzəlməyi və ya X53 üzr istəməklə bir daha konfliktə getməməyi (başqa sözlər şikayət etməməyi) ona söz verməyi tövsiyyə edirlər, əks halda ARƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən çıxarılacağı ilə hədələyirlər. Bu təklif birneçə məclis üzvündən gəlir və əsl səbəbin təqdimatdakı formal qeydlər yox, müdriyyətin iddiaçı ilə məlum səbəbdən işləmək istəməməsi olduğu, təqdimlatlarda yazılanların formal xarakterli bəhanələr olduğu açıqca ifadə olunur. AR ƏM-nin 187-ci maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 415-k saylı əmrdən isə görünür ki, komissiyanın xx.xx.2024-cü il tarixli protokolu ilə “intizam pozuntusu” guya aşkar edilmiş, lakin intizam məsuliyyəti 33 gün sonra, xx.xx.2024-cü il tarixində verilmişdir. Bununla yanaşı 511-k saylı xx.xx.2024-cü il tarixli əmrdə də qeyd olunur ki, aprel-may aylarında gündəliklərin yazılmaması və digər çatışmazlıqlar xx.xx.2024-cü il tarixli təqdimatla aşkar olunmuşdur. Halbuki, aprel-may aylarında tərtib edilmiş həmin xəstəlik tarixləri elə həmin aylarda baş həkimin imzası ilə arxivə təhvil verilmişlər. Bunu sübut etmək üçün sözü gedən xəstəlik tarixlərinə baxış keçirmək kifayətdir. Həmin xəstəlik tarixlərində gündəliklərin yazılmamaı intizam tənbehinə səbəb ola bilməz. Buna baxmayaraq baş həkimin imzası (təsdiqi) ilə arxivə təhvil verilmiş sənədlər 1 ay sonra baş həkim tərəfindən yenidən qaldırılaraq intizam tənbehinin predmeti ola bilməz. Bu AR ƏM-nin 186-cı maddəsinin 3-cü bəndinə ziddir. AR ƏM-nin 189-cu maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Halbuki, iddia ərizəsinə əlavə edilmiş iyun ayı üzrə reanimatoloqların növbətçilik cədvəlindən görünür ki, 12 iyun 2024-cü il tarixində (415-k saylı əmr verilən gün) iddiaçı növbədə (iş verində) olmamışdır. İddia ərizəsinə həmçinin əlavə edilmiş iyul ayı üzrə reanimatoloqların növbətçilik cədvəlindən görünür ki, 01 ivul 2024-cü il tarixində (511-k saylı əmr verilən gün) iddiaçı növbədə (iş yerində) olmamışdır. "Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həmkarlar ittifaqları istehsal və ya qeyriistehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Həmin Qanunun 11-ci maddəsinə əsasən həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərin həyata keçirilməsində iştirak edirlər. İş materiallarında olan (i.v. 13-15) HK-nin protokolunda isə iddiaçının hüquqlarının qorunmasına cəhd olunduğu müəyyən olunmur. AR ƏM-nin 80-ci maddəsinin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. HK-nin iclasının səs yazısını tam dinləyəndə məlum olur ki, 511-k saylı xx.xx.2024-cü il tarixli əmrdə göstərilən xüsusatlar deyil, cavabdeh müəssisədə olan çatışmazlıqlar barədə iddiaçının əvvəlcə müəssisə rəhbərliyinə təqdimatlar verməsi, bundan nəticə hasil olmadıqda müxtəlif dövlət qurumlarına şikayət etməsi, bu şikayətlərin müəssisə rəhbərliyi tərəfindən bəyənilməməsi, xəstəlik tarixlərində gündəliklərin yazılmamasının ciddi qüsur olmaması, ilkin baxışın və diaqnozun əsaslandırmasının reanimatoloq-həkimin vəzifəsi olmaması, mərhum xəstə X20 vəfat etməsində iddiaçının hər-hansı nöqsanının olmaması, əksinə mərhumun valideynlərinin iddiaçıdan razılıq etməsi müzakirə olunmuş, lakin 511-k saylı xx.xx.2024-cü l tarixli əmrdə iddiaçının nöqsanları kimi qələmə verilmiş formal əsasların işin, istehsalın, əmək və icra intizamının normal ahəngini necə pozması, iddiaçının həmin əsaslara görə işdən çıxarılmasının mütləq zərurəti barədə müzakirə aparılmamışdır. Əksində, HK sədri R. Abuzərov və digər məclis üzvləri bildirir ki, hər şey müdriyyətin iradəsindən asılıdır. Bununla da sədrlik edən və digər məclis üzvləri açıqca bildirirlər ki, HK iclası formal xərakter daşıyır, onlar hamısı direktor və baş həkimin iradəsi qarşısında acizdirlər və qərar öncədən verilmişdir. Məclis üzvləri iddiaçıya var gücü ilə öz ərizəsi ilə işdən çıxması (halbuki, öz xahişi ilə işdən azad etmək səlaiyyətləri yalnız direktordadır, onlar isə yalnız təqdimata münasibət bildirə bilər) və ya X53 üzr istəməsi üçün təzyiqlər göstərirlər, iddiaçı isə bununla razılaşmır və üzr istəmək üçün əsas olmadığını deyir. Bütün bu hərəkətlər ARƏM-nin 80-ci maddəsinin tələblərinə və həmkarlar ittifaqı təşkilatının məqsəd və təyinatına ziddir. İclasın audio-yazısından eşidilir ki, iddiaçının iştirakı ilə iclasda müzakirə aparılır, lakin təqdimatın lehinə və əlehinə səs verməli olan üzvlərin və sədrin yekun fikri öyrənilmir (məclis üzvləri Təranə Hacıyeva və Nailə Mahmudova istisna olmaqla), qərar iddiaçının iştirakı ilə elan olunmur, ona tövsiyyə olunur ki, öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə ailə üzvləri ilə məsləhətləşsin. Həmkarlar Komitəsinin üzvləri İddiaçı hüquqlarını müdafiə etmək əvəzinə müdriyyət (direktor və baş həkim) ilə iddiaçı arasında guya konflikt olmasını, iddiaçının şikayətlər yazmasını, professional həkim olmaqla başqa yerdə işləyə biləcəyini, onun haqlı irad və şikayətlərindən sonra Pərvanə Atakişiyeva adlı işçiyə töhmət verməklə işdən kənarlaşdırıldığını, hər şeyin müdriyyətdən asılı olduğunu bildirirlər, lakin "511- k" saylı xx.xx.2024-cü il tarixli əmrdə göstərilən formal əsasları ağırlığını va ya yüngüllüyünü ümumiyytlə müzakirə etmirlər (bəzi gündəliklərin yazılmaması, ilkin baxışın və diaqnoz əsaslandırmasının yazılmaması və s.). 1 saat 51 dəqiqənin əksər hissəsi iddiaçı ilə rəhbərliyin arasında olan soyuq münasibətin səbəbləri, İddiaçı şikayəti əsasında reanimasiyadan uzaqlaşdırılmış Pərvanə Atakişiyevanın hərəkətləri və iddiaçının hansı səbəbdən rəhbərliyin qanunsuz hərəkətlərinə dözməməsi müzakirə olunub. HK-nin məclis üzvləri səs çoxluğu ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ARƏM-nin 70-ci maddəsinin "Ç" bəndinə əsasən xitam verilməsi barədə direktor tərəfindən verilmiş təqdimata müsbət cavab verməmişdir. Buna baxmayaraq, HK sədri R. Adıgözəlovun səs yazısının 01:50:49-01:51:20-ci saniyələrində "Qurtardı məsələ. Dalşe özün bilərsən. Əmri görəcəksən. Sənə çatdırılacaq, qol çəkəcəksən..." deməsi onu göstərir ki, HK sədri məclis üzvlərinin qəti fikrini soruşmadan, səsvermə keçirmədən təkbaşına qərar vermişdir. Xüsusilə qeyd olunmalıdır ki, audioyazıda məclis üzvü Nailə Mahmudova (qəbul şöbəsinin müdiri) deyir: “Mən tərəddüd edirəm... istəyirəm biraz da vaxt verək ona... o xasiyyətini dəyişən deyil... amma heçolmazsa biraz fərqli olsun” sözləri, eləcə də hüquqşünas Nümayəndə2 deyir: “biz onsuzda sodanın vurulmasını tibb bacısının günahı kimi nəzərə aldıq, Nuridə xanımla əlaqələndirmədik...”, eləcə də məclis üzvü Qəmər Əhmədzadə (laboratoriya müdürü) deyir: «həmin medsestralar töhmət alıb işdən çıxsın, nəinki həkim...”. Beləliklə, HK üzvləri arasında yekdil fikir olmamış. fikir ayrılıqları olmuşdur. Qeyd edilən sözlər və yuxarıda əks edilmiş fikirlər xx.xx.2024-cü il tarixli 5 saylı protokola daxil edilməmiş, məclis üzvü Nailə Mahmudovanın tərəddüd etməsi (təqdimatın əlehinə səs verməsi) və Təranı Hacıyevanın iddiaçının işdən çıxarılmasına razı olması (təqdimatın lehinə səs verməsi) eşidilsə də, digər məclis üzvlərinin yekun fikri iclasın sonuna qədər səslənməmişdir. Bundan başqa HK-nin xx.xx.2024-cü il tarixli 5 saylı protkolunda guya iddiaçının özünü təqsirli bilməsi barədə yazılanlar da həqiqəti əks etdirməməklə təqdim edilən audio-yazı ilə ziddiyyət təşkil edir. Bundan başqa təqdimatda nöqsan kimi yazılmış halların vəzifə təlimatı ilə iddiaçının üzərinə qoyulmuş vəzifələr arasında olub-olmaması, iş vaxtından artıq əməyə cəlb edilmə və istirahət hüququnun pozulması məsələsi, eləcə də iddiaçının işdən çıxarılmasının AR ƏM-nin 71- ci maddəsinin 2-ci bəndinin, 186-cı maddəsinin 3-cü bəndinin, 187-ci maddəsinin 2-ci və 4cü bəndlərinin, 189-cu maddəsinin 2-ci və 4-cü bəndlərinin tələblərinə uyğun olub-olması araşdırılmamış, protokolda buna münasibət bildirilməmişdir. HK-nin protokolu belə əsaslandırılıb: “N.D. İslamzadənin əmək fəaliyyətində çoxsaylı qanun pozuntularına yol verdiyi təsdiqini tapmış”, “bizim aşqa çıxış yolumuz qalmadığı üçün”. Bu halda Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri baxımından həmkarlar təşkilatının iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verməsi barədə qərarı əsaslandırılmış yazılı qərar hesab edilə bilməz. AR ƏM-nin 187-ci maddəsinin 4-cü bəndinə əsasən idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. İddiaçı cavabdeh müəssisədə korrupsiya ilə əlaqədar hüquqpozmalar bağlı şikayət vermiş və həmin şikayətlər bağlı araşdırma aparılmışdır. Həmin araşdırma hələ də davam edir. Buna baxmayaraq mübahisələndirilən əmrlərin heçbirində intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsi və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığı əsaslandırılmamışdır. Halbuki, iddiaçıya münasibətdə belə əsaslandırmanın aparılması qanunun imperativ tələbidir, həmin tələbə riayət edilməməsi əmrin ləğvi üçün birbaşa əsasdır. HK iclasının audioyazısından isə açıqca eşidilir ki, intizam tənbehləri məhz həmin şikayətlərdən irəli gəlmişdir. Digər tərəfdən iddiaçıya istinad edilən pozuntular həqiqətən mövcud olsaydı belə, - həmin hərəkətlərin iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulub- pozulmaması, işəgötürənin və ya əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyanın vurulub-vurulmaması (ARƏM-nin 71 -ci maddəsinin 2-ci bəndi); - tətbiq edilən intizam tənbehinin iddiaçının növbətçilik cədvəli üzrə istirahət gününə təsadüf etməsinin səbəbləri (ARƏM-nin 189-ci maddəsinin 2-ci bəndi); - tətbiq edilən intizam tənbehinin işçinin şəxsiyyətinə, kollektivdə nüfuzuna, peşəkarlıq səviyyəsinə mütənasib olub-olmaması (ARƏM-nin 186-cı maddəsinin 3-cü bəndi); - tətbiq edilən intizam tənbehinin intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını cavabdeh əsaslandırılmalıdı idi (ARƏM-nin 187-ci maddəsinin 4-cü bəndi və "Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 11-2.4-cü maddəsi). Xüsusilə qeyd edirlər ki, iddiaçının şikayətləri əsasında cavabdeh X19 barəsində X37 Bakı şəhər İdarəsi tərəfindən ARİXM-nin 192.4-cü maddəsi ilə iki dəfə və 198.1.5-ci maddəsi ilə 4 dəfə inzibati tənbeh tətbiq edilmişdir (i.v. 21 və 214).

Cavabdehin etirazı:

5. Cavabdeh X4 İnstitutu” X77 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı əmək fəaliyyətində yol verdiyi çoxsaylı intizam pozuntularını əsas tutaraq barəsində tətbiq edilmiş xx.xx.2024-cü il tarixli, 415-k saylı və xx.xx.2024-cü il tarixli, 511-k saylı əmrlərin qüvvədə saxlanılması məqsədi ilə iddia tələbinin rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Etiraz ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdehinə qarşı “əmrlərin ləğv edilməsi, işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəlillərini onunla əsaslandırmağa çalışmışdır ki, guya cavabdeh müəssisədə baş verən qanun pozuntuları və korrupsiya halları barədə əvvəlcə müəssisə rəhbərliyinə etdiyi müraciətlər nəticəsiz qalmış və daha sonra müvafiq dövlət qurumlarına ərizə ilə müraciət edərək məlumat verdiyinə görə ona qarşı qərəzli münasibət yaranmış və bu səbəbdən qisas məqsədi ilə iddiaçı barəsində intizam tənbehi tədbirləri tətbiq edilmişdir. Həmçinin iddia ərizəsində iddiaçının şikayəti əsasında Cavabdehin direktoru X19 X37 Bakı şəhər İdarəsi tərəfindən AR İXM-nin 192.4 və 198.1.5-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildiyinin qeyd olunması əslində əmək intizamını kobud şəkildə pozmuş iddiaçının öz hərəkətlərinə görə hüquqi baxımdan az qala heç bir məsuliyyət daşımadığını şərtləndirən hal kimi təqdim edilmişdir. Əvvəla, iddia ərizəsinin yuxarıda qeyd olunan dəlilləri ilə bağlı bildirilir ki, İnstitutun keçmiş əməkdaşları İddiaçı və X.M.Məsimov tərəfindən iddia olunan qanun pozuntuları və korrupsiya halları barədə İnstitutun rəhbərliyinə heç bir rəsmi məlumat daxil olmamış və bununla bağlı heç bir rəsmi yazışma qeydiyyatdan keçirilməmişdir. İnstitut rəhbərliyinin korrupsiya əməlində ittiham edilməsinə dair xx.xx.2023-cü il tarixli şikayət ərizəsi birbaşa müxtəlif dövlət orqanlarına, o cümlədən Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış və ərizədə göstərilən faktların Səhiyyə Nazirliyinin göstərişi əsasında araşdırılması ilə bağlı X52 xx.xx.2023-cü il tarixli iclası çağırılmış və Tibbi Şuranın iclas protokolunun gündəliyində duran məsələlər ətrafında çıxışlar dinlənilərək iddia olunan qanun pozuntuları və korrupsiya hallarının mövcud olub-olmamasını müəyyən etmək məqsədi ilə araşdırma komissiyasının yaradılması tövsiyə edilmişdir. xx.xx.2023-cü il tarixli əmr əsasında yaradılmış komissiya şikayət ərizəsində göstərilənləri faktlar nöqteyinəzərindən hərtərəfli araşdırmış və irəli sürülən iddiaların heç bir sübut növü ilə təsdiqini tapmadığına görə əsassız hesab edilərək komissiyanın rəyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və X64 Xidmətinə göndərilmişdir. Araşdırmanın nəticələri ilə razılaşmayan şikayətçilər yenidən eyni məzmunlu şikayət ərizəsi ilə AR Baş Prokurorluğuna müraciət edərək işin prokurorluq tərəfindən araşdırılmasını və əllərində olan sübutlara hüquqi qiymət verilməsini xahiş etmişlər. Baş prokurorluq tərəfindən şikayət ərizəsində istinad olunan halların yenidən araşdırılması məqsədi ilə icraata başlanılmış və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon Prokurorluğuna göndərilmişdir. Rayon prokurorluğunda aparılan araşdırmanın nəticələrinə görə şikayətçilərin irəli sürdüyü ittihamlar əsassız hesab edilmiş və iş üzrə “cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2024-cü il tarixli Qərar qəbul edilmişdir. Araşdırmanın nəticələrindən də məlum olduğu kimi iddiaçıya qarşı intizam tənbehlərinin tətbiq edilməsi “qisas" məqsədi ilə deyil, əksinə əmək fəaliyyətində yol verdiyi çoxsaylı qanun pozuntuları ilə bağlı olmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, əgər həqiqətən də iddiaçı barəsində tətbiq olunan intizam tənbehlərinin əsasında qisas motivi dayansa idi, bu zaman digər əməkdaşların da barəsində aparılan araşdırma zamanı aşkar olunan nöqsanlara görə həmin tədbirlər tətbiq olunmasına ehtiyac qalmazdı. Həm iddiaçı, həm də digər əməkdaşlar barəsində tətbiq olunan tənbeh xarakterli tədbirlər bu mənada həqiqətən onlar tərəfindən yol verilən pozuntularla bağlı olmuşdur. İddiaçı dəfələrlə müəssisədə intizam pozuntularına yol verdiyinə görə şifahi formada ona iradlar bildirilmiş, o da bu iradlardan nəticə çıxarmaq əvəzinə özü qisas motivi ilə müəssisə barəsində müraciətlər ünvanlamışdır. İddiaçının "qisas" məqsədilə formal olaraq barəsində tətbiq olunduğunu bildirdiyi xx.xx.2024-cü il tarixində 15-k nömrəli əmrlə verilən töhmət xx.xx.2023-cü il tarixindəki iş növbəsinə 1 saat gecikməsi ilə bağlı olmuşdur (qeyd edək ki, məhz bu 1 saat ərzində xəstə ölümü baş vermişdir). Bu hadisədən 10 gün sonra İddiaçı xx.xx.2023-cü il tarixində bir daha iş növbəsinə 3 saatdan çox gecikmiş, səbəbini isə törətdiyi avtomobil qəzası ilə əlaqədar olmasını bildirmişdir. Hətta DYP xidmətindən hadisənin vaxtının saxtalaşdırdığı sənəd təqdim etmişdir. Belə ki, hadisə 21:55-də baş verdiyi halda hadisənin 20:20-də baş verilməsi qeyd edilmişdir. Halbuki, həkim artıq 21:00-da növbədə iş başında olmalı idi. Saxtalaşdırma 1 aydan sonra aşkarlandığı üçün həkimə qarşı inzibati tədbir görülməmişdir. Lakin bu qanun pozuntusuna görə müvafiq hüquq orqanlarına institut tərəfindən müraciət edilmişdir. Hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2024-cü il tarixli, 415-k saylı Töhmət əmrinin və xx.xx.2024-cü il tarixli, 511-k saylı xitam əmrinin verilməsinin əsasında dayanan həkimin peşə fəaliyyəti ilə bağlı üzərinə düşən öhdəlikləri bilərəkdən yerinə yetirməməsi sübutlarla öz təsdiqini tapmışdır. İddiaçının xx.xx.2024-cü il tarixində aşkar edilən nöqsanlara görə “intizam tənbehinin 33 gündən sonra ”yəni xx.xx.2024-cü il tarixində verilməsinin qanunla müəyyən edilmiş müddətinin buraxılması kimi izah etməyə çalışmasına münasibətdə bildiririk ki, xx.xx.2024-cü il tarixi şənbə gününə (inzibati heyət üçün qeyri-iş gününə) təsadüf etmişdir. Buna görə də baş həkim baş vermiş pozuntu barəsində yalnız növbəti həftənin birinci günü- 13 may 2024-cü il tarixində məlumatlandırılmışdır. Odur ki, təqdimat da məhz həmin tarixdən sonra hazırlanmağa başlanıldığından, eləcə də, 11 may 2024-cü il tarixi inzibati heyət üçün qeyri-iş gününə təsadüf etdiyindən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş bir aylıq müddətin axımı da elə məhz 13 may 2024-cü il tarixindən hesablanmalıdır. İddiaçının mübahisələndirilən töhmət əmrini mahiyyəti üzrə də qanunsuz və əsassız hesab etməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, qarşı tərəf xüsusi biliyə malik olan komissiya üzvlərinin qərarını şübhə altında qoyaraq xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində xəstəlik tarixində yazılı təyinatların iddiaçı tərəfindən verildiyi və bu səbəbdən xəstəlik tarixində həkim gündəliyinin yazılmasına ehtiyac olmadığına və ya digər reanimotoloq həkimlərin öz iş növbələri zamanı xəstənin vəziyyətinin qiymətləndirilməsi barədə yazılı qeydi verilibsə, iddiaçının iş növbəsi zamanı həmin qeydləri təkrarlamağına zərurətin olmadığı barədə absurd fikir irəli sürmüş və əmrin nəticəsi hissəsində “heç bir qeydiyyatın aparılmaması” fikrini həqiqətə uyğun hesab etməmişdir. Halbuki həkim gündəliyinin yazılması ilə bağlı xəstəlik tarixinə baxış keçirilərkən həqiqətən də, həkim gündəliyi barədə heç bir qeydin olmadığı aşkar edilmiş və bu hal araşdırma komissiyasının qərarında da öz təsdiqini tapmışdır. Məlum olduğu kimi reanimasiya şəraitində müalicədə olan ağır xəstələrə həkim təyinatı əsasında köçürülmüş dərman preparatlarının xəstənin səhhətində hansı fəsadlaşmaya və ya yaxşılaşmaya səbəb ola biləcəyini nəzarətdə saxlamaq xəstənin səhhətində həyati təhlükəyə səbəb olan halların izlənməsi və zərurət yarandığı təqdirdə müvafiq reanimasion tədbirlərin həyata keçirilməsi üçün iş növbəsi ərzində hər bir həkim-reanimotoloqun həkim gündəliyi yazması iş prosesinin ən vacib şərtlərindən biri hesab edilir. Qarşı tərəfin mülahizələrinə görə isə xəstənin vəziyyətinin qiymətləndirilməsi qrafasının doldurulmasının xəstənin müalicəsində heç bir rola malik olmadığı iddiası irəli sürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş ”Həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə Təlimatı"nın ümumi müddəalarının 5-ci bəndinin, yəni həkimanestezioloq-reanimatoloqun nəyi bilməsinə dair 5.6 yarımbəndində "tibbi sənədlərin rəsmiləşdirilməsi" qeyd edilib. X80 öhdəlikləri bölməsində, 15-ci bənddə həkimanestezioloq-reanimatoloq "Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir", Məsuliyyət bölməsinin 24.4cü yarımbəndinə əsasən "qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə" görə həkimanestezioloq-reanimatoloq məsuliyyət daşıyır. Bu səbəbdən hər bir həkim xəstəyə gündəlik baxış keçirərkən onun vəziyyətini qiymətləndirməli, bunu gündəliklərdə rəsmiləşdirməlidir. Sonra həkim "pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir" (Vəzifə öhdəlikləri, 9-cu bənd). Hər hansı bir pasiyentin təxirə salınmaz yardıma ehtiyacı varsa ona müvafiq təcili yardım göstəriləndən sonra bütün addımlar xəstəlik tarixində rəsmiləşdirilir (məsələn, xəstə şok verirsə dərhal adrenalin və s. dərmanlar istifadə edilir, sonra xəstəlik tarixində müvafiq qeydlər aparılır). Hətta Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu, ATUnun dosenti İsrail Məhərrəmbəyli tövsiyə edir ki, reanimasiyada yatan xəstənin gündəliyi 2 saatdan bir yazılsın, çünki reanimasiyada yatan xəstənin vəziyyəti stabil olsa da, hər an dəyişə bilər. Onların klinikada işin gərginliyini nəzərə alaraq yalnız hər növbə zamanı gündəlik yazılması tələb olunur, əgər xəstənin vəziyyəti olduqca kritikdirsə, gündəliyin hər saat, bəzən dəqiqələrlə yazılması vacibdir. İddiaçı bu qaydalara riayət etməyib, xəstənin vəziyyəti barədə heç bir məlumat qeyd etməyib, yazılı təyinatları nəyə əsasən verdiyi bəlli deyil, onları rəsmi əsaslandırmayıb. Tibb Universitetində təhsil alan hər bir tələbəyə xəstəlik tarixinin düzgün doldurulması qaydaları öyrədilir və dəfələrlə əhəmiyyəti vurğulanır. İşin çoxluğu xəstəlik tarixində gündəlikləri yazmamağa bəraət qazandırmır. Müalicə həkimi İddiaçı ölüm riski olan pasiyentin vəziyyəti ilə bağlı xəstəlik tarixində ümumiyyətlə heç bir qeydiyyat aparmayıb. Bu isə həkimin işinə səhlənkar və məsuliyyətsiz yanaşmasının əsas göstəricilərindən biridir. Nəzərə çatdırılır ki, iddiaçı barəsində daha əvvəllər də yol verdiyi oxşar nöqsanlarla bağlı inzibati tənbehlər tətbiq olunmuşdur ki, bunları təsdiq edən əmrlərin surətini iş materiallarına əlavə edirlər. Qarşı tərəfin digər arqumentlərindən biri də, həkim təyinatı üzrə dərman preparatlarının köçürülməsi işini icra edən tibb bacılarına görə cavabdehlik daşımaq öhdəliyinin olmadığını israr etməsidir. Halbuki həkim anestezioloq-reanimotoloqun nümunəvi vəzifə təlimatının 11-ci bəndinə əsasən həkim-reanimatoloq ona tabe olan orta və kiçik tibb heyətinin işinə birbaşa rəhbərlik edir və öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara köməklik göstərir, eləcə də həmin təlimatın Hüquqlar bölməsinin 22.7 yarımbəndinə əsasən orta və kiçik tibb heyətinin işinə nəzarət etməlidir. Tibb bacısının ağır xəstəyə həkimin yazılı təyinatı olmadan hər hansı bir dərmanın vurulması yol verilməzdir. İddiaçı vəzifə öhdəliklərinə əsasən buna nəzarət etməli idi. Digər tərəfdən İddiaçı işlədiyi müddət ərzində tez-tez tibb bacılarına şifahi və ya telefonla təyinatlar verdiyinə görə baş həkimdən dəfələrlə şifahi xəbərdarlıqlar alıb, hətta bəzi tibb bacıları şifahi təyinatlara öz narazıçılıqlarını bildirmişlər. Belə nəticəyə gəlmək olar ki, ya İddiaçı tibb bacısının xəstəyə Natrium bikarbonatın (sodanın) köçürülməsinə özü göstəriş verib (halbuki xəstə o anda respirator asidozda olduğu üçün soda əksgöstəriş idi) və ya tibb bacısının dərmanı köçürməsinə nəzarət etməyib. Natrium bikarbonatın köçürülməsi üçün təxmini 30-50 dəqiqə vaxt tələb olunur. Demək, həkim xəstəyə hansı dərmanın köçürülməsinə bu müddət ərzində heç nəzarət də etməyib. Həmçinin, növbədə olan tibb bacısı Xumar Eyubova tərəfindən “Natrium bikarbonat” (soda) köçürülməsi ilə bağlı araşdırma aparılarkən o, öz izahatında İddiaçı təyin etdiyi dərmanları xəstəyə köçürdüyünü və bu barədə həkimə məlumat verərkən əlavə təyinat olaraq soda məhlulunun köçürülməsi barədə İddiaçı tapşırıq verdiyini və bundan sonra "Natrium bikarbonat" (soda) məhlulunun xəstəyə köçürülərək təyinat vərəqəsinə qeyd etdiyini bildirmişdir Xəstənin "qan qazları nəzərə alınaraq respirator dəstəyi korreksiya etmədiyinə” və "oksigen vermə qaydalarına riayət etməməsi” ilə bağlı hissədə də töhmət əmrinin qanunsuz və əsassız hesab edən iddiaçı ciddi səhvlərə yol verib. "Xəstə ölümü hallarının araşdırılması” Komissiyası protokolunun İddiaçı fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı hissəsində sual-cavab formasında aparılan araşdırmanın nəticələrinə əsasən məlum olmuşdur ki, iddiaçının iş növbəsində olduğu zaman xəstənin qan qazı analizində karbon qazı çox yüksək olması ilə bağlı hansı tədbirlərin görülməsi sualına sadəcə olaraq oksigen terapiyası verdiyini bildirmiş, lakin oksigen terapiyasının qaydaları və modullarına riayət etmədiyi barədə iradlar tutulmuş, bu cür qan qazları ilə heç bir tədbir görülmədiyi diqqətə çatdırılaraq xəstəyə qeyri-invaziv ventilyasiya edilmə, CPAPa qoşma (qeyri-invaziv mexaniki ventilyasiya - QİMV) imkanlarından istifadə edilmədiyi qeyd edilmişdir. Bundan başqa xəstənin süni tənəffüs aparatına qoşulması üçün göstəriş və ya əks göstəriş olması qiymətləndirilməyib, xəstəlik tarixində bu barədə heç bir məlumat yoxdur. Xəstə anamnezində beyin əməliyyatı keçirdiyi üçün mütləq qaydada nevroloq konsultasiyası olunmalı idi, amma bunu nə müalicə həkimi İddiaçı, nə də şöbə müdiri F.Məmmədov təşkil etmişdir. Bu qeyd olunanları nəzərə alaraq iddia tələbi ilə mübahisələndirilən xx.xx.2024-cü il tarixli, 415-k saylı Töhmət əmrinin ləğv edilməsinə dair dəlillərin yuxarıda sadalanan hallara və rəsmi sənədlərə əsasən əsassızolduğu üçün iddia Töhmət əmrinə aid olan hissədə rədd edilməlidir. İddia tələbinin xx.xx.2024-cü il tarixli, 511-k saylı xitam əmrinin qanunsuz və əsassız olmasına dair dəlilləri də, formal mülahizələrə əsaslandığı üçün istər işin faktiki halları baxımından, istərsə də hüquqi əsaslandırma nöqteyi-nəzərindən iş üzrə təqdim edilmiş sübutlarla təkzib edilir. Məhkəmənin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 511-k saylı əmrin surətindən göründüyü kimi baş həkim G.Əliyeva tərəfindən xx.xx.2024-cü il tarixdə daxil olmuş təqdimata əsasən 2024-cü il aprel-may ayları ərzində Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində stasionar müalicədə olan xəstələrin xəstəlik tarixlərinə 1 və 3 iyun 2024-cü il tarixlərində baxış keçirilən zaman İddiaçı müxtəlif xəstəlik tarixləri üzrə 27 həkim gündəliyi yazmadığı, 1 xəstənin diaqnozunun əsaslandırılmasını aparmadığı, xəstədə müalicə təyinatlarının tarixini qeyd etmədiyi, digər bir xəstənin isə ilkin baxışını qeyd etmədiyi aşkar olunmuşdur. İddiaçı əmrlə razı olmadığını onunla əsaslandırmağa çalışır ki, xəstəlik tarixlərində 27 həkim gündəliyinin yazılması müalicə prosessində vacib hesab olunmur. İddiaçının bu mövqeyi ilə AR Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə Təlimatının 15-ci bəndinin tələblərinə əsasən tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsi stasionarda xəstələrin müalicəsi ilə məşğul olan həkim-reanimatoloqun ən ümdə vəzifələrindən biri olduğu üçün qəti şəkildə razı olmadıqlarını bildirir və icrası qanunla müəyyən edilmiş qaydada vacib olan vəzifələrin yerinə yetirilməsində məsuliyyətdən yayınmaq məqsədilə şəxsi maraq xatirinə faktların danılmasını qəbul edilməz hal hesab edirlər. Yuxarıda qeyd edilən kimi, həkim azlığı, işin çox olması xəstəlik tarixlərində müvafiq qeydlərin aparılmaması üçün səbəb kimi qəbul edilmir. Əgər həkim şöbədə vaxtını səmərəli istifadə etsə, bütün sənədləşməni vaxtında edər. İstisna hallarda şöbədə süni tənəffüs aparatında xəstə varsa və ya digər bir kritik durum yaranırsa sənədləşməni vaxtında çatdırmaq çətin olur, belə halda adətən digər həkimlər və ya şöbə müdiri yardım edir. Anesteziologiya, Reanimasiya və İntensiv terapiya şöbəsində (ARİTŞ) may ayında müalicədə olmuş xəstələrdən təsadüfi seçim əsasında həkim gündəliklərinin növbətçilik qrafikləri üzrə yazılması ilə bağlı cəmi 18-nin xəstəlik tarixi yoxlanılmışdır, onlardan 8-i aprelin son günləri ARİTŞ-ə daxil olmuş və may ayında müalicələrini davam etdirmişlər. Bildiririk ki, may ayında şöbəyə 72 xəstə daxil olmuşdur, üstünə də bu 8 xəstəni əlavə etsək 80 xəstə edir. Əgər bir həkim 18 xəstəlik tarixində 27 gündəlik yazmırsa, deməli o, səhlənkar və məsuliyyətsiz olaraq bəlkə də o, xəstələrə heç baxış da keçirməmişdir. Təsəvvür edin, bütün xəstəlik tarixləri yoxlanılanda neçə rəqəm alınardı. ”Həkim-anestezioloqreanimatoloqun nümunəvi vəzifə Təlimatı"nın ümumi müddəalarının 5-ci bəndinin, yəni həkim-anestezioloq-reanimatoloqun nəyi bilməsinə dair 5.9 yarımbəndində "Tibbi sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin fəaliyyətinin təşkilati-iqtisadi əsasları" qeyd edilmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tələblərindən biri də məhz xəstənin vəziyyətini əks etdirən, müalicə tədbirlərinə əsas verən həkim gündəliklərinin yazılmasıdır. “1 xəstənin diaqnozunun əsaslandırılmasının aparılmaması” və “1 xəstənin ilkin baxışının aparılması” hissəsində əmrin əsasız olması iddiası ilə bağlı bir mənalı şəkildə bildirirlər ki, Vəzifə Təlimatının 7-ci bəndinə əsasən həkim-reanimotoloq müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, kliniki-laborator tədqiqatların, müayinə və müalicəsinin aparılması) və diaqnozunu müəyyən edir. Bu onu göstərir ki, xəstə reanimasiya şöbəsinə daxil olursa onun ilkin baxışı (şikayətləri, anamnez, obyektiv müayinə, vital göstəricilər) və diaqnozunun əsaslandırılması reanimatoloq tərəfindən aparılmalıdır və rəsmiləşdirilərək xəstəlik tarixində yazılmalıdır. İddiaçı sadə bir məntiqi qəbul etmək istəmir ki, reanimasiya şöbəsinə qəbul edilən xəstənin ümumi vəziyyətiilə bağlı ilkin baxış keçirilməsi və bu barədə baxışın təfərrüfatları gələcəkdə müalicə işinin düzgün qurulması üçün qeyd edilməlidir. Əgər xəstəyə baxış keçirilmirsə və ya diaqnoz yoxdursa hansı müalicədən söhbət gedə bilər? Simptomatik yardımı hər bir həkim göstərə bilər. Onların institutda diaqnozun qoyulmasında çətinliklər olduqda müvafiq mütəxəssislər cəlb edilir, patologiyadan asılı olaraq xəstə ya reanimatoloq, ya pulmonoloq, ya ftiziatr, ya da cərrah tərəfindən konsiliuma təqdim edilir. Qəbul həkimi isə xəstənin ambulator kartasına müvafiq qeydlərini edir, xəstəlik tarixini açır və xəstəni şöbəyə təhvil verir. "1 xəstədə müalicə təyinatlarının tarixi qeyd etməmə”ni isə ümumiyyətlə pozuntu hesab etməyən iddiaçı bilməlidir ki, həkim təyinatı üzrə müalicə kursunun hansı tarixdən başlanıb hansı tarixdə başa çatmasını müalicənin effektiv aparılmasında xüsusi əhəmiyyəti vardır. Stasionarda müalicə alan xəstələrə dərman təyinatı verilərkən mütləq qaydada dərmanların təyinat və kəsilmə tarixləri xəstənin hansı tarixdə daxil olmasından asılı olmayaraq qeyd edilməlidir, çünki dərman vasitələrinin dozaları, vurulma tezliyi və özləri xəstənin vəziyyətindən asılı olaraq dəyişir. Bəzi dərmanlar təyin edildikdə hətta onların vurulma saatları da qeyd edilməlidir (məsələn, antibiotiklər, steroidlər və s.) ki, tibb bacıları da təyinatları düzgün yerinə yetirə bilsinlər. Bu tibbin mübahisə olunmayan bir aksiomasıdır. Digər tərəfdən "Həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə Təlimatı"nın Vəzifə öhdəlikləri bölməsində 12-ci bəndində dərman preparatlarının səmərəli istifadəsi də qeyd edilib. Dərman təyinatlarının tarixinin qeyd edilməsi dərman sərfiyyatının hesabatını aparmağa imkan verir. Bildirilir ki, təyinat tarixinin yazılması problemi dəfələrlə rəhbərlik tərəfindən tələb olunsa da, iclaslarda müzakirə edilsə də, vacibliyi izah edilsə də, xəbərdarlıqlar edilsə də, buna yalnız İddiaçı əməl etməmişdi. xx.xx.2024-cü il tarixində daxil olmuş digər təqdimatda isə İddiaçı Əməliyyat blokunda aparılan əməliyyat zamanı infeksion daxili rejim qaydalarını pozaraq əməliyyat prosessində maskasız, bonesiz və çirkli çəkmələrlə iştirak etdiyi müşahidə olunmuş və şifahi xəbərdarlıqlara baxmayaraq bu cür halların dəfələrlə tərkar olunduğu qeyd edilmişdir. İddia tələbinin əsassız dəlillərindən biri də əmrdə "infeksion və daxili rejim qaydalarının pozulması” barədə qeyd olunanların konkret hansı hərəkətlərlə ifadə olunduğunu göstərilməməsi ilə bağlıdır. Əmrin həmin hissədə hətta böhtan məlumatlardan ibarət olduğu vurğulanmışdır. Cərrahi əməliyyatxananın steril olmasının vacibliyini hamı bilir. İddiaçı dəfələrlə infeksion nəzarət və sanitarıya qaydalarını pozaraq əməliyyat gedən zaman Cərrahiyyə blokuna ev paltarında, küçə ayaqqabısı və s. ilə daxil olurdu, hətta buna görə cərrahlarla və tibb bacıları ilə mübahisələri olub. Dəfələrə edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq İddiaçı növbəti dəfə xx.xx.2024-cü il tarixində Cərrahiyyə blokuna cərrah Məmmədov F. tərəfindən aparılan kiçik cərrahi müdaxilə prossesində bütün infeksion nəzarət qaydalarını pozaraq maskasız, bonesiz açıq uzun saçları sallayaraq, baxilsiz çirkli çəkmələrlə iştirak edirdi (Şəkil əlavə edilir). Bu isə "Həkimanestezioloq- reanimatoloqun nümunəvi vəzifə Təlimatı"nın Vəzifə öhdəlikləri bölməsinin 21 bəndinin (Daxili intizam sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, ... və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür.) kobud şəkildə pozulması deməkdir. Sanitariya qaydalarının pozulması, pasiyentlərə təhlükə yaradan vəziyyəti (bu halda əməliyyat yarasının infeksiyalaşması) həkim özü yaradırsa, necə onu aradan qaldıra bilər? Qeyd edək ki, infeksion nəzarət qaydaları sanitariya və epidemioloji qaydalara aiddir. Təlimatın Vəzifə öhdəlikləri bölməsinin 16 bəndinə əsasən həkim anestezioloqreanimatoloq sanitar-maarifləndirmə işini də aparmalıdır (həm işçiləri, həm xəstələri arasında). Amma İddiaçı öz davranışı ilə necə nümunə ola bilər işçilərinə və ya xəstələrinə? Digər tərəfdən bu həkim tərəfindən "Həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatı"nın ümumi müddəalarının 5.14 yarımbəndində nəzərdə tutulmuş əməyin mühafizəsi (xəstədə vərəm ola bilərdi), təhlükəsizlik texnikası (xəstədə vərəm ola bilərdi), istehsalat sanitariyası (Cərrahi blokun təmizliyi və sterilliyi) kimi bilməli olduğu qayda və normaları da pozub. İddiaçı həmçinin İnstitutun Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixli, 5 saylı protokolunu da mübahisələndirərək guya protokolun yazılı tərtibatı ilə telefon səsyazanı vasitəsi ilə qeydə alınmış danışıqlar arasında uyğunsuzluq olduğunu və bu halın həmkarların müzakirəsinə verilmiş təqdimatın müzakirəsində iddiaçının hüquqlarını pozduğunu bildirmişdir. Əslində Həmkarlar Komitəsinin iclasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə münasibət bildirilməsi ilə bağlı müzakirələrdə həmkarlar komitəsinin üzvləri ayrı-ayrılıqda subyektiv hüquqa malik olduqları üçün əmək müqaviləsinə xitam verilib-verilməməsi baxımından istənilən fikri ifadə edə bilərlər. Bu mənada əlbəttə ki, müstəqil fikir irəli sürən şəxslərin şifahi formada danışığı ilə protokolun mətn tərtibatında müəyyən fərqlərin olması mümkün haldır və bu hər hansı qanun pozuntusu hesab edilə bilməz. Hər hansı bir iclasın protokolu onun stenoqrafiyası deyil, əsas mahiyyətini əks etdirir. Qeyri-etik sözlər protokolda qeyd edilmir, qeyri-ədəbi ifadələr isə tənzimlənir. Müvafiq iclasda iştirak etmiş şəxslərin hər biri sonda protokolu öz imzaları ilə təsdiq etmişlər ki, bu zaman onların hər biri öz iradələri ilə həmin protokolda qeyd olunan mətnlərin doğruluğunu təsdiq etmişlər. Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixli Protokolunun tərtibatı hər hansı hüquq normasının tələblərinə zidd olmadığından şifahi fikir mübadiləsinin protokolun mətni ilə uyğun gəlməməsi qanun pozuntusu kimi qiymətləndirilə bilməz.

İş materialları :

7. Bakı 12 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00202 saylı “likin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, mediasiya sessiyasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 iştirak etsə də, Cavabdehinin nümayəndəsi iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat İMS və 10 manat poçt kargüzarlıq xərcləri ödənilmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehinin xx.xx.2024-cü il tarixli, 511-k nömrəli əmrindən görünür ki, əvvəllər də işəgötürən tərəfindən verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq, 6 ay ərzində təkrar əmək funksiyasını pozduğuna görə Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkim-anestezioloqreanimatoloq İddiaçı ilə bağlanmış xxxxxxx000107 saylı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi, ƏM-nin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 20 təqvim günü ödənilməsi və işçi ilə son haqq-hesab aparılması əmr edilmişdir. Əsas: Təqdimat, izahat və xəstəlik tarixləri, HK-nin xx.xx.2024-cü il tarixli 5№li Protokolu olmuşdur.

9. Nizami rayon Prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”dan görünür ki, toplanmış 24-3-2- 2/316-0257 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

10. İş materiallarına Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehinin Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixində keçirilən iclasının 5 nömrəli protokolu əlavə edilmişdir. Protokoldan görünür ki, müzakirə olunan məsələ ilə bağlı HK-si Administrasiya ilə Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkimanestezioloq-reanimatoloq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz etmədiyini bildirmişdir.

11. İş materiallarına Cavabdehinin direktoru.İ.M.Axundova tərəfindən təsdiq edilmiş aprel, iyun, iyul aylarına dair reanimatoloqların növbətçilik cədvəlləri əlavə olunmuşdur.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehinin xx.xx.2024-cü il tarixli, 415-k nömrəli əmrindən görünür ki, Cavabdeh PHŞ-nin həkim-anestezioloq-reanimatoloq İddiaçı iş növbəsində olduğu xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərində xəstəlik tarixində heç bir qeydiyyat aparmadığına, xəstənin vəziyyətini qiymətləndirmədiyinə, xəstəlik tarixində yazılı təyinatı olmadan xəstənin xəstəyə tibb bacısı tərəfindən “Natrium bikarbonat (soda)” köçürülməsinin qarşısını almadığına, xəstənin qan qazları nəzərə alınaraq respirator dəstəyi edilmədiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən “Töhmət” verilməsi əmr edilmişdir.

13. İş materiallarına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatı” əlavə edilmişdir.

14. İş materiallarına X67 və İddiaçı X64 Xidməti Bakı şəhər İdarəsinə etdikləri müraciətə İdarə tərəfindən verilən cavab məktubu əlavə edilmişdir.

15. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus kart hesabına dair xx.xx.2024xx.xx.2024 dövrü əhatə edən çıxarış əlavə edilmişdir.

16. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2006-cı il tarixində ET X108. İnstitu ARİT şöbəsinə həkim-anestezioloq-reanimatoloq vəzifəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə isə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

17. İş materiallarına 4 ədəd disk əlavə edilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-1505/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X64 Xidmətinin Hüquq İdarəsi tərəfindən apelyasiya qaydasında verilmiş şikayət təmin edilməsi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(007)-1550/2024 saylı qərarın ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X64 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehin direktrou X45 barəsində qəbul edilmiş inzibati təneh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X64 Xidmətinin rəis müavini Nərmin Mirzəyeva tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17/1-890/2024 nömrəli qərar dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

19. İş materiallarına İddiaçı ilə X4 İnstitutu arasında bağlanmış xx.xx.2006-cı il tarixli əmək müqaviləsi əlavə edilmişdir.

20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehinin xx.xx.2024-cü il tarixli, 15-k nömrəli əmrindən görünür ki, Cavabdeh PHŞ-nin həkim-anestezioloq-reanimatoloq İddiaçı işə vaxtında gəlmədiyinə və iş növbəsi zamanı vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən “Töhmət” verilməsi əmr edilmişdir.

21. Cavabdehinin direktoru X38 direktor müavini baş həkim G.R.Əliyeva tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində xx.xx.2024-xx.xx.2024-cü il tarixində “Sağ tərəfli pnevmoniya, ağır gedişli, tənəffüs çatışmazlığı, döş qəfəsinin anadangəlmə deformasiyası. Endemik zob" diaqnozu ilə müalicədə olmuş 1996-cı il təvəllüdlü X46 xx.xx.2024-cü il tarixində saat 2150- də vəfat etmişdir. Xəstənin valideynləri tərəfindən daxil olmuş şikayət xarakterli müraciətdə tibb personalının vəzifə öhdəliklərinə səhlənkar münasibət göstərdikləri iddia edilmiş və hətta xx.xx.2024-cü il tarixində xəstənin axşam saatlarında ölümündən bir qədər əvvəl 3 saat ərzində koma vəziyyətində olmasının gizlədildiyi, xəstənin yatdığı barədə valideynlərinə qəsdən səhv məlumat verildiyi bildirilmişdir. Ölüm faktının baş verməsində tibb personalının günahlandırılmasına dair iddia olunan halların mövcud olubolmamasını araşdırmaq məqsədi ilə xəstə ölümü hallarının araşdırılması Komissiyasının xx.xx.2024-cü il tarixli iclası keçirilmiş və xəstəlik tarixində əks olunan gündəlik qeydlərə və təyinatlara müfəssəl baxış keçirilmişdir. Xəstə ölümü hallarının araşdırılması Komissiyasının iclas protokolunda Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Fikrət Məmmədovun, həkim-reanimatoloqlar İddiaçı, Osmanov Məhəmmədalı, Poliklinika şöbəsinin həkim-infeksionisti Muradova Roza, İİ Ağciyər vərəm şöbəsinin həkim-ftiziatrı Osmanova Romella və digərlərinin iş növbəsi zamanı xəstənin vəziyyətinin dəyərləndirilməsində və həyata keçirdikləri müalicə tədbirlərində bir sıra nöqsanların bəzi hallarda kobud səhvlərin o cümlədən həmin şöbədə müxtəlif vaxtlarda iş növbəsində oJan tibb bacıları tərəfindən həkim təyinatının icra edilməsində qüsurların olduğu aşkar edilmiş, ölüm riskinin azaldılması üçün üzərlərinə düşən vəzifə öhdəliklərinin yerinə yetirilməsində səhlənkarlığa yol verdikləri müəyyən edilmişdir.Xəstə ölümü hallarının araşdırılması Komissiyasının xx.xx.2024-cü il tarixli iclas protokoluna əsasən fəaliyyətində nöqsanlar, qüsurlar bu və ya digər kobud səhvlər aşkar edilmiş əməkdaşlar barəsində ciddi tədbir görülməsini xahiş etmişdir.

22. İş materiallarına xx.xx.2024-cü il tarixli təqdimat üzrə İ.Nuridə, Osmanova Romella, Muradova Roza tərəfindən verilmiş izahatlar əlavə edilmişdir.

23. Cavabdehinin direktoru X59 direktor müavini baş həkim G.R.Əliyeva tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, Anesteziologiya, İntensiv Terapiya və Reanimasiya şöbəsində 2024-cü ilin əsasən may ayında müalicə almış pasiyentlərin təsadüfi seçim əsasında 18 xəstəlik tarixinə baxış keçirərkən məlum olmuşdur ki, növbədə olan həkim reanimotoloqlar lazımi tibbi qeyd və gündəlikləri aparmamışlar. Təqdimatda qeyd olunmuşdur ki, xx.xx.2024-31.05.24-cü il tarixlər dövrünə təsadüf edilən 18 xəstəlik tarixində Məmmədov F. 3, Qasımova V. 9, Osmanov M. 14 və İddiaçı 27 həkim gündəliyi yazmamışlar. İddiaçı tərəfindən 1 xəstənin ilkin baxışı yazılmamışdır, 1 xəstənin diaqnozunun əsaslandırılması aparılmamışdır və 1 xəstədə müalicə təyinatlarının tarixi qeyd edilməmişdir. Anesteziologiya, İntensiv Terapiya və Reanimasiya şöbəsində müalicə alan xəstələrin vəziyyətlərini əks etdirən müvafiq qeydiyyatların aparılmasına səhlənkar yanaşan, vəzifə öhdəliklərini yerinə yetirməyən həkimlərə qarşı qanunvericiliyə uyğun muvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

24. İş materiallarına həmin xx.xx.2024-cü il tarixli təqdimat üzrə İ.Nuridə, Osmanov Məhəmmədalı, Məmmədov Fikrət, Osmanova Vəfa tərəfindən verilmiş izahatlar əlavə edilmişdir.

25. İş materiallarına Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehinin “Xəstə ölümü hallarını araşdırma” Komissiyasının xx.xx.2024-cü il tarixində keçirilən iclasının protokolu əlavə edilmişdir. Protokoldan görünür ki, komissiya qərar almışdır :1. Xəstəlik tarixində ilkin baxış qəbul edən həkim Muradova R. tərəfindən zəif yazılıb. Xəstənin əvvəlki xəstəxanalarda müalicə alması barədə epikrizlər tələb edilməyibdir. 2. Həkim reanimatoloq, xəstənin müalicə həkimi İddiaçı xəstəlik tarixində heç bir qeydi yoxdur. Hətta növbədə olduğu 05.04.24., 08.04.24., 12.04.24 tarixlərində də qeydiyyat aparmayıb. Xəstənin vəziyyəti qiymətləndirilməyib, olunsa da bu barədə heç bir məlumat yoxdur. 3. İddiaçı xx.xx.2024-cü il tarixində axşam saat 21.00 başlayaraq iş növbəsində olduğu zaman xəstəlik tarixində onun yazılı təyinatı olmadan ARİTŞ-in təyinat vərəqində xəstəyə tibb bacısı tərəfindən Natrium bikarbonat (Soda) köçürülməsi qeyd edilib. İddiaçı təyinatda göstərilməyən preparatın xəstəyə köçürülməsinin qarşısını almayıb. 4. Şöbə müdiri Məmmədov Fikrət tərəfindən xəstə ətraflı dəyərləndirilməyib, rəhbərlik etdiyi şöbədə daxili nizam-intizam qaydası pozularaq tibb bacıları səlahiyyətlərindən kənar çıxaraq xəstə yaxınına dəqiqləşdirilməmiş məlumat vennişlər. 5. Reanimatoloqlar tərəfindən xəstənin qan qazları nəzərə alınaraq respirator dəstək korreksiya olunmayıb. QİMV və ya STA əks göstərişlərinin olub- olmaması barədə heç bir qeyd aparılmayıb. Oksigenin verilmə qaydalarına riayət edilməyib və ümumiyyətlə buna müalicə müddəti ərzində reanimatoloqlar tərəfindən nəzarət olunmayıb. 6.Xəstənin anamnezində hidrosefaliyaya görə əməliyyat olunması həmçinin qıcığa reaksiyasının zəif olduğu göstərilən, hətta 06.04.24 tarixində ARİTŞin şöbə müdiri, reanimatoloq Məmmədov Fikrət tərəfindən huşunun alaqaranlıq qiymətləndirilməsini nəzərə alaraq nevroloq baxışı olunmalı idi, lakin olunmayıb. Xəstənin nevroloji statusu qiymətləndirilməyib və müvafiq tədbirlər görülməyib.

7. Pulmonoloq tərəfindən bronxoskopiya məsləhət bilinmişdir, lakin bunun mümkün olubolmaması reanimatoloqlar tərəfindən ümumiyətlə müzakirə edilməyib. 8. 13.04.24 tarixində xəstənin vəziyyətinin hansı saatda kritikləşməyə başlaması məlum deyil. Həmin gün 15:00-21:00 da növbədə olan reanimatoloq Osmanov Məhəmmədalı standart gündəlik yazaraq xəstənin vəziyyətini stabil qiymətləndirib, heç bir tədbir görməyib (öncəki qan qazları göstəriciləri pisləşdiyinə görə yenidən qan qazları qiymətləndirilməyib, müalicə/oksigenterapiya korreksiya edilməyib), xəstə barəsində digər növbətçi həkimə R. Osmanovaya heç bir məlumat verməyib, xəstəni təhvil verməyib. 9. Xəstənin anadangəlmə qüsurlu olması, hidrosefaliya və onurğa sütununda kobud skolioza görə əməliyyat olunması, əzələ distrofıyası, kaxeksiya fonunda ağır pnevmoniya olması ölüm riskini xeyli artırır. Lakin yuxarıda qeyd edilən nöqsanlar olmasa idi ölüm riski azala bilərdi.

10. Dəqiq ölüm səbəbini təyin etmək üçün meyidin təşrih olunması vacib idi, təəssüf ki, valideyinləri bundan qəti imtina etmişlər və yazılı iltizamnamə vermişlər.” qərara alınmışdır.

26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehinin xx.xx.2024-cü il tarixli, 419-k nömrəli əmrindən görünür ki, Cavabdeh PHŞ-nin Anestezilogiya, reanimasiya və intensiv terapiya şöbəsinin tibb bacısı X58 Xəstənin vəziyyəti ilə bağlı valideynlərinə vəzifə səlahiyyətlərinə aid olmayan qeyri-dəqiq məlumat verdiyinə görə, AR ƏM-nin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq edilməsi əmr edilmişdir.

27. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehinin xx.xx.2024-cü il tarixli, 418-k nömrəli əmrindən görünür ki, Cavabdeh PHŞ-nin Anestezilogiya, reanimasiya və intensiv terapiya şöbəsinin tibb bacısı X16 Xəstənin vəziyyəti ilə bağlı valideynlərinə vəzifə səlahiyyətlərinə aid olmayan qeyri-dəqiq məlumat verdiyinə görə, AR ƏM-nin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq edilməsi əmr edilmişdir.

28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehinin xx.xx.2024-cü il tarixli, 416-k nömrəli əmrindən görünür ki, Cavabdeh PHŞ-nin Anestezilogiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkim-anestezioloq-reanimatoloqu X3 xx.xx.2024-cü il tarixində (saat 15:00-21:00) iş növbəsində olduğu zaman xəstənin vəziyyətinin kritikləşməsinə baxmayaraq standart gündəlik yazaraq xəstənin vəziyyətini stabil dəyərləndirdiyinə, qan qazı göstəricilərinin pisləşməsinə baxmayaraq korreksiya etmədiyinə və həmçinin xəstəni digər növbətçi həkimə təhvil vermədən iş növbəsindən çıxıb getdiyinə görə, AR ƏMnin186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən töhmət verilməsi əmr edilmişdir.

29. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məktubda qeyd edilmişdir ki, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə xəstəxananın digər şöbələrindən (Təcili Və X40 və ya hər hansı stasionar şöbələrdən) xəstə daxil olduqda ilkin baxışı həmin şöbələrin həkimləri aparır və xəstəlik tarixində müvafiq qeydlər edirlər. Sadalanan şöbələrdə anestezioloqreanimatoloqun ilkin baxış yazmaq və klini diaqnozu əsaslandırmaq kimi vəzifə öhdəliyi yoxdur. Bir çox belə hallarda xəstələr əvvəlcədən təyin edilmiş diaqnozla Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə köçürülürlər. Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə birbaşa daxil olmuş qeyri-cərrahi profilli ağır xəstəyə anestezioloq-reanimatoloq tərəfindən pasiyentin şikayətləri, anamnezi, lkini statusu həmin həkim tərəfindən qiymətləndirilərək ilkin baxış kimi xəstəlik tarixində qeyd olunur. Anestezioloq-reanimatoloq xəstənin vəziyyətinə uyğun olan müayinəplanını hazırlayır, lazımi digər ixtisaslı həkimlərin konsultasiyalarını təşkil edir və əldə edilmiş müayinə nəticələrinə, müvafiq mütəxəssis əsaslanaraq klinik diaqnozu xəstəlik tarixinə yazır.

30. Cavabdehnun direktoru İ.M.Axundovaya İnstitun direktor müavini-baş həkim G.R.Əliyeva tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, xx.xx.2024cü il tarixində Cərrahiyyə blokuna baxış zamanı cərrah Məmmədov F. Tərəfindən aparılan kiçik cərrahi müdaxilə prosesində Anesteziologiya, İntensiv Terapiya və Reanimasiya şöbəsinin həlim anestizioloq, reanimotoloqu İddiaçı bütün infeksion nəzarət qaydalarını pozaraq maskasız, bonesiz, açıq uzun saçları sallayaraq baxilsiz çirkli çəkmələrlə iştirak etmişdir. Vəzifə öhdəliyini, infeksion nəzarət qaydalarını şifahi xəbərdarlıqlara baxmayaraq dəfələrlə pozan İslamzadə N barəsində, eləcə də Cərrahiyyə blokunun təmizliyi və sterilliyinə nəzarət edən və cavabdeh tibb işçiləri barəsində müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir.

31. İş materiallarına xx.xx.2024-cü il tarixli təqdimat üzrə İ.Nuridə və A.Hüseynova tərəfindən verilmiş izahatlar və icra olunan əməliyyata dair 1 ədəd fotoşəkil əlavə edilmişdir.

32. Azərbaycan Respublikası ƏƏSMN X64 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Azərbaycan Respublikası ƏM-nin 80-ci maddəsinə uyğun olaraq Həmkarlar Komitəsinin qərarı nəzərə alınmış olsa da, xitam əmrində əsas kimi göstərilmiş digər müvafiq sənədlər araşdırmaya təqdim olunmadığından bununla bağlı məsələyə münasibət bildirmək mümkün olmamışdır.

33. İş materiallarına X5 xx.xx.2024-xx.xx.2024 tarixləri əhatə edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 000031 nömrəli xəstəlik tarixi əlavə edilmişdir.

34. İş materiallarına X23 xx.xx.2024-xx.xx.2024 tarixləri əhatə edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 00001639 nömrəli xəstəlik tarixi əlavə edilmişdir.

35. İş materiallarına X13 xx.xx.2024-xx.xx.2024 tarixləri əhatə edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 00004957 nömrəli xəstəlik tarixi əlavə edilmişdir.

36. İş materiallarına X14 xx.xx.2024-xx.xx.2024 tarixləri əhatə edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 000220 nömrəli xəstəlik tarixi əlavə edilmişdir.

37. İş materiallarına X29 xx.xx.2024-xx.xx.2024 tarixləri əhatə edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 000374 nömrəli xəstəlik tarixi əlavə edilmişdir

38. İş materiallarına X15 xx.xx.2024-xx.xx.2024 tarixləri əhatə edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 000182 nömrəli xəstəlik tarixi əlavə edilmişdir.

39. İş materiallarına X2 xx.xx.2024-xx.xx.2024 tarixləri əhatə edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 000013 nömrəli xəstəlik tarixi əlavə edilmişdir.

40. İş materiallarına X24 xx.xx.2024-xx.xx.2024 tarixləri əhatə edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* nömrəli xəstəlik tarixi əlavə edilmişdir.

41. İş materiallarına X6 xx.xx.2024-xx.xx.2024 tarixləri əhatə edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 000193 nömrəli xəstəlik tarixi əlavə edilmişdir.

42. İş materiallarına X20 xx.xx.2024-xx.xx.2024 tarixləri əhatə edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 000646 nömrəli xəstəlik tarixi əlavə edilmişdir.

43. İş materiallarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 08 nömrəli, “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X21”nın təsdiq edilməsi barədə qərarı əlavə olunmuşdur.

44. İş materiallarına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları” əlavə edilmişdir.

45. İş materiallarına X25 xx.xx.2024-xx.xx.2024 tarixləri əhatə edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* nömrəli xəstəlik tarixi əlavə edilmişdir.

46. İş materiallarına X30 xx.xx.2024-xx.xx.2024 tarixləri əhatə edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* nömrəli xəstəlik tarixi əlavə edilmişdir.

47. Cavabdeh PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 908 nömrəli əmrdən görünür ki, X67 ilə bağlanılmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilmişdir.

48. İş materiallarına X31 xx.xx.2024-xx.xx.2024 tarixləri əhatə edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 000144 nömrəli xəstəlik tarixi əlavə edilmişdir.

49. İş materiallarına X32 xx.xx.2024-xx.xx.2024 tarixləri əhatə edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 000325 nömrəli xəstəlik tarixi əlavə edilmişdir.

50. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 000308 nömrəli xəstəlik tarixindən görünür ki, X54 xx.xx.2024-də daxil olmuş, xx.xx.2024cü il tarixdə başqa şöbəyə köçürülmüş, xx.xx.2024-cü il tarixdə çıxmışdır.

51. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xəstəlik tarixindən görünür ki, X68 xx.xx.2024-cü il tarixdə xəstəxanaya daxil olmuş, xx.xx.2024 tarixdə xəstəxanadan çıxmışdır.

52. İş materiallarına X7 xx.xx.2024-xx.xx.2024 tarixləri əhatə edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 000277 nömrəli xəstəlik tarixi əlavə edilmişdir.

53. İş materiallarına X26 xx.xx.2024-xx.xx.2024 tarixləri əhatə edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 000498 nömrəli xəstəlik tarixi əlavə edilmişdir.

54. Cavabdeh PHŞ-nin həkim-anestezioloq-reanimatoloqları X67 və İddiaçı tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli şikayət ərizəsi ilə bağlı xx.xx.2023-cü il tarixli 88-ü №-li əmrlə yaradılmış araşdırma komissiyasının rəyindən görünür ki, komissiyanın araşdırmaları ilə əlaqədar əldə edilmiş nəticələrə əsasən şikayət ərizəsində irəli sürülən iddialar heç bir sübut növü ilə təsdiqini tapmadığına görə əsassız hesab edilməsi qərara alınmışdır.

55. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi X4 İnstitutunun xx.xx.2021-cü il tarixli 451 nömrəli əmrindən görünür ki, X4 İnstitutunun həkim-anestezioloq-reanimatoloqu İddiaçı xəstəlik tarixlərinin doldurulmasında yol verdiyi nöqsanların aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən “xəbərdarlıq” edilməsi əmr edilmişdir.

56. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi X4 İnstitutunun xx.xx.2021-cü il tarixli 477 nömrəli əmrindən görünür ki, X4 İnstitutunun Anestiziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri əvəzi həkim-anestezioloq-reanimatoloqu İddiaçı şöbədaxili iş prosesini düzgün qura bilmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186cı maddəsinin 3-cü bəndinə əsasən “xəbərdarlıq” edilməsi əmr edilmişdir.

57. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 4981/2024 nömrəli qərardadından görünür ki, Suraxanı rayon Məhkəməsinin icraatında iddiaçılar X63 və X19 cavabdehlər X55 və İddiaçı qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş var.

58. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, anestezioloq-reanimatoloqun ilkin baxış yazmaq kimi vəzifə öhdəliyi yoxdur. İlkin baxışı təcili hallarda Təcili və X40 Şöbəsinin növbətçi həkimi yerinə yetirir. Yalnız təcili həyati təhlükə zamanı anestezioloqreanimatoloq konsultasiyaya dəvət olunduğu təqdirdə xəstəyə baxış edə bilər. Həçinin bildiririk ki, diaqnozun əsaslandırılması anestezioloq-reanimatoloqun öhdəlilərinə daxil deyil, real vəziyyəti qiymətləndirilməklə və funksional müayinə metodlarına əsaslanaraq diaqnoz təyin edə bilər.

59. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, həkim anestezioloq-reanimatoloq xəstənin vəziyyətini düzgün qiymətləndirmək üçün anamnez toplamaq, müvafiq klinik laborator müayinələr aparmaq, əlavə instrumental diaqnostik üsullardan istifadə etmək, diaqnozun əsaslandırlması istiqamətində əlavə ixtisas həkimlərini dəvət etmək, reanimasiyaya daxil olan hər bir xəstənin həmin anda vəziyyətini qiymətləndirmək, onun qeydiyyatını aparmaq, müvafiq qaydada müalicəsini təmin etmək, lazım gəldikdə qəbul şöbəsinə və digər şöbələrə çağırışa gedərək yardımlar etmək öhdəliyi var.

60. Cavabdeh PHŞ-in 397-k saylı xx.xx.2022-ci il tarixli “praktik tibb fəaliyyətinə buraxılmama haqqında” əmrdən görünür ki, AR ƏM-nin 67-1-ci maddəsinin 4-cü bəndinə əsasən, İddiaçı praktik tibb fəaliyyətinə buraxılmaması, 6 ay ərzində iş yeri saxlanılmaqla peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün Sertifikasiya şöbəsinə müraciət edilməsi barədə əmr verilmişdir.

61. Cavabdeh PHŞ-in 656-k saylı xx.xx.2022-ci il tarixli “praktik tibb fəaliyyətinə buraxılma haqqında” əmrdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən praktik tibb fəaliyyətinə buraxılması barədə əmr verilmişdir.

62. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehinin xx.xx.2024-cü il tarixli, 233-k nömrəli əmrindən görünür ki, Cavabdeh PHŞ-nin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkim-anestezioloq-reanimatoloq İddiaçı dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara məhəl qoymayaraq, təkrarən işə gecikdiyinə və işə davamiyyət jurnalına imza etmədiyinə görə, Azərbaycan Respublikası ƏM-nin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq edilməsi əmr edilmişdir.

63. İş materiallarına Cavabdeh PHŞ-nin Əməliyyat Blokunda “X74” əlavə edilmişdir.

64. İş materiallarına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli, 100 saylı “Tibbi Statistika sahəsində işin təkmilləşdirilməsi barədə əmr”dən müvafiq çıxarışlar əlavə edilmişdir.

65. İş materiallarına Azərbaycan respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş “Xəstəlik tarixi TQS №003-tibbi qeydiyyat sənədi üçün Təlimat” əlavə edilmişdir.

66. İş materiallarına Azərbaycan respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş Reanimasiya şöbəsində pasiyentin vəziyyətinin əsas göstəricilərinin qeydiyyat vərəqi “TQS №012-tibbi qeydiyyat sənədi üçün Təlimat” əlavə edilmişdir.

67. İş materiallarına Azərbaycan respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş Təyinat Vərəqi “TQS №011-tibbi qeydiyyat sənədi üçün Təlimat” əlavə edilmişdir.

68. İş materiallarına Azərbaycan respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş Ambulator kitabçadan çıxarış “TQS №027-tibbi qeydiyyat sənədi üçün Təlimat” əlavə edilmişdir.

69. İş materiallarına Azərbaycan respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş vərəmli pasiyentin xəstəlik tarixindən çıxarış “TQS №0027/2-tibbi qeydiyyat sənədi üçün Təlimat” əlavə edilmişdir.

70. İş materiallarına Cavabdeh PHŞ-n direktoru İ.Axundova tərəfindən təsdiq edilmiş xx.xx.2024-xx.xx.2024-cü il tarixləri əhatə edən növbətçilik və xəstə saylarını əks etdirən cədvəli əlavə edilmişdir.

71. İş materiallarına X33 xx.xx.2024-xx.xx.2024 tarixləri əhatə edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xəstəlik tarixi əlavə edilmişdir.

72. İş materiallarına X27 xx.xx.2024-xx.xx.2024 tarixləri əhatə edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xəstəlik tarixi əlavə edilmişdir.

73. İş materiallarına X56 xx.xx.2024-xx.xx.2024 tarixləri əhatə edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xəstəlik tarixi əlavə edilmişdir.

74. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

75. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

76. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, onun qüsursuz həkim olduğunu Ağciyər İnstitutunda hamı bilir. Bugünkü gündə Ağciyər İnstitutunda iki meyid yola salınr, lakin onun kimi həkim kənarda qalmışdır.

77. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəmə iclaslarında izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixli 415-k saylı əmrin qanunsuz və əsassız olmasının sübutu kimi göstərə bilər ki, “xəstəlik tarixində heç bir qeydiyyat aparmadığına görə” hissəsində əmr əsassızdır. İşin mübahisəsiz halıdır ki, Nuridə xanım İslamzadə xəstəyə müalicə təyinatı verib. Bunu baş həkim Əliyeva Gülzar da məhkəmə iclasında təsdiq etmişdir. X11, eləcə də bütün şahid reanimatoloqlar təsdiq etmişlər ki, müalicə təyinatı xəstəlik tarixində “qeydiyyat” anlayışı ilə əhatə olunur. Əliyeva Gülzar da bunu inkar etməmiş, lakin təqdimatında başqa qeydiyyatı nəzərdə tutduğunu demişdir. Şahid kimi protokola düşən ifadəsində Əliyevanın bu əsassız mövqeyinə diqqət edək: “Nuridə xanım necə sübut edə bilər ki, müalicə təyinatını həmin gün verib, sonradan yazmayıb?!”. Başqa sözlə, müalicə təyinatı veribsə, “heç bir qeydiyyat aparmamışdır” kimi ittihamla həkimin cəzalandırılması yolverilməzdir. - “xəstənin vəziyyətinin qiymətləndirmədiyinə görə” hissəsində əmr əsassızdır. İşin mübahisəsiz halıdır ki, Nuridə xanım İslamzadə xəstəyə müalicə təyinatı verib. Məhkəmə iclasında dindirilmiş şahid reanimatoloqların hər biri təsdiq etmişlər ki, xəstənin vəziyyətini qiymətləndirmədən ona müalicə təyinatı verilə bilməz. İş materiallarında olan mərhum Zöhrab Rüstəmovun xəstəlik tarixindəki xx.xx.2024-cü il tarixli qan qazı analizlərinin mövcudluğu onu sübut edir ki, Nuridə xanım növbədə olan zaman xəstənin vəziyyətini müvafiq analizlərin götürülməsi ilə nəinki qiymətləndirilmiş, hətta pCO2 (karbon dioksid qazının təzyiqi) xəstədə nisbətən aşağı düşmüş, müalicə müsbət effekt vermişdir. X11 məhkəmə iclasında demişdir: “Xəstənin vəziyyətini qiymətləndirməsəm, müalicə apara bilmərəm”. - “xəstəlik tarixində yazılı təyinat olmadan xəstəyə tibb bacısı tərəfindən “Natrium bikarbonat” (soda) köçürülməsinin qarşısını almadığına görə” hissəsində əmr əsassızdır. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb bacısının nümunəvi vəzifə təlimatı”nın 12-ci bəndinə əsasən həkim təyinatının yerinə yetirilməsini təmin etmək tibb bacısının vəzifəsidir. Həmin təlimatın 24.1-ci bəndinə əsasən isə ona həvalə olunmuş vəzifə öhdəliklərinin həyata keçirilməsinə görə tibb bacısı məsuliyyət daşıyır. İşin mübahisəsiz halıdır ki, cavabdeh müəssisədə fərqli binalarda yerləşən iki reanimasiya şöbələri var və gecə növbəsində təxminən 25 xəstənin üzərində cəmi bir reanimatoloq, lakin hər reanimasiya şöbəsində bir ayrıca tibb bacısı olur. Nuridə xanım İslamzadənin bir reanimasiya şöbəsində olan zaman digər reanimasiya şöbəsindəki tibb bacısı səhvən və ya qəsdən “Natrium-bikarbonat”ı xəstəyə köçürə bilərdi. Bunun həkim tərəfindən qarşısının alınması fiziki şəkildə mümkün olmur və həkimin belə bir vəzifəsinin olması real deyil. Bu arqument şahid qismində məhkəmədə dindirilmiş baş həkim Əliyeva tərəfindən adekvat cavablandırılmamış, müvafiq suallarıma “mən bu həkimdənsə (Nuridə xanım İslamzadəyə işarə edərək) tibb bacısına inanıram”, “Nuridə xanım necə sübut edə bilər ki, həmin vaxt digər reanimasiya şöbəsində olub?”, “Nuridə xanımın səhər dediyi söz axşamkı ilə düz gəlmir” kimi mücərrəd cavablar vermişdir. Halbuki, intizam tənbehinin (əmrin) əsaslı olmasını sübut etmək yükü işəgötürənin (cavabdehin) vəzifəsidir. Qeyd edək ki, mütəxəssis İsrail Məhərəmbəyli Məhkəmədə demişdir: Səhvi kim edibsə, cəzanı da o almalıdır. X41 (reanimatoloq) məhkəmədə verdiyi ifadədən məlum oldu ki, “Natriumbikarbonat” adlı dərmanın mərhum xəstə Zöhrab Rüstəmova köçürülməsi faktının mövcudluğu kifayət qədər şübhəlidir. İş materiallarında olan xəstəlik tarixindən görünür ki, 05 aprel 2024-cü il tarixində saat 21:53-də (Nuridə xanım İslamzadənin növbəsi saat 21:00da başlayıb) X75 qan qazları analizi Nuridə xanım tərəfindən əldə olunmuş və qanda olan pCO2 (karbon dioksid qazının təzyiqi) göstəricisi cihazın ölçülə bilən diapazonundan yüksək olduğuna görə yuxarı istiqamətlənmiş üç ədəd ox işarəsi göstərilməklə boş qalmışdır. Bununla belə, həmin gün Nuridə xanım İslamzadə tərəfindən bir qədər sonra (22:29-da) xəstənin növbəti qan qazı analizi əldə olunmuş və bu dəfə pCO2 göstəricisi ölçülə bilən diapazona düşərək “104” olmuş, ertəsi gün səhər (10:23-də) isə həmin göstərici ölçülə bilən diapazonu tərk etmədən “107” olmuş, 11 apreldə “99.5”-ə düşmüş və 12 apreldə bir qədər də azalaraq “88.9” olmuşdur. Bu da ondan xəbər verir ki, “Natriumbikarbonat” ümumiyyətlə xəstəyə köçürülməmişdir. Xəstəyə natrium bikarbonat köçürüldükdə qan qazı analizində pCO2 göstəricisi artır. Bundan əlavə, pCO2-dəki artım respirator kompensasiya tələb edə bilər, yəni xəstənin tənəffüsü sürətlənərək artıq CO2-nin xaric olunmasına çalışacaqdır. Amma ağır hallarda xəstənin kompensasiya qabiliyyəti məhdud ola bilər, bu da daha ciddi problemlərə səbəb ola bilər. “xəstənin qan qazları nəzərə alınaraq respirator dəstəyin edilmədiyinə görə” hissəsində əmr əsassızdır. Mütəxəssis kimi mülki işə cəlb edilmiş İsrail Məhərrəmbəyli iclasda bildirmişdir ki: “...amma mütləq qan qazına görə respirator dəstəyə qoşulmalıdır, belə bir şey yoxdur”. Mütəxəssis bunu deməklə sübut olunmuşdur ki, nə Nuridə xanım İslamzadənin, nə də digər reanimatoloqların xəstənin təkcə qan qazları göstəriciləri nəzərə alınaraq respirator dəstəyə qoşulmaması nöqsan kimi qiymətləndirilə bilməz. Bunun elmi izahını da təqdim edirlər. Xəstənin qan qazları göstəriciləri respirator dəstəyin korreksiyası üçün çox vacib bir meyardır, lakin bu, tək yeganə meyar deyil. Respirator dəstəyin qiymətləndirilməsi və korreksiyası üçün bir neçə digər amillər də nəzərə alınmalıdır: Klinik vəziyyət: Xəstənin ümumi vəziyyəti, tənəffüz çətinliyi, sianoz və digər tənəffüz çatışmazlığı əlamətləri. Monitorinq göstəriciləri: Saturasiya (SpO2) və tənəffüs tezliyi kimi göstəricilər respirator dəstəyin effektivliyini qiymətləndirmək üçün istifadə olunur. Ventilyator parametrləri: Ventilyatorun təyin etdiyi parametrlər, məsələn, tidal həcm, PEEP (Positive End-Expiratory Pressure), tənəffüs tezliyi və inspirator oksigen fraksiyasi (Fi02). Kəskin va ya xroniki vəziyyət: Kəskin tənəffüs çatışmazlığı ilə xroniki tənəffüs xəstəliklərinin müalicəsində yanaşma fərqli ola bilər. Məsələn, xroniki hiperkapniyası olan xəstələrdə daha yüksək CO2 səviyyəsi qəbuledilə bilər. Qaz mübadilasinin dinamikası: Qan qazlarının dayişmə sürəti və istiqamati də qərar qabulunda rol oynayır. Xəstənin hemodinamik vəziyyati: Hipotoniya və ya hipervolemiya kimi vəziyyətlər də respirator dəstayin parametrlərinə təsir göstərə bilər. Qısacası, qan qazları göstəriciləri əsas məlumat mənbəyidir, lakin klinik vəziyyəti və digər göstəriciləri də nəzərə almaq lazımdır. Bu, optimal müalicə qərarları qəbul etmək üçün multidissiplinar yanaşma tələb edir. - Əmrə əsas olmuş təqdimatın tarixi xx.xx.2024-cü ildir. Direktor təqdimatın üzərinə dərkənarı xx.xx.2024-cü il tarixində qoymuşdur. Təqdimatın üzərində olan daxilolma ştampı isə xx.xx.2024-cü il tarixi əks etdirir. Göstərilən hal Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat”ın 90-cı bəndinə əsasən daxil olmuş sənədlər qeydə alındıqdan və qeydiyyat ştampında nömrə qoyulduqdan sonra baxılmaq üçün təşkilatın və ya struktur bölməsinin rəhbərliyinə verilir. Qeyd etdiyim təlimata zidd halların mövcudluğu əmrin və ona əsas kimi göstərilmiş sənədlərin arxa tarixlə sonradan tərtib edilməsi şübhəsini yaratmaqla sağlam məntiqlə izah oluna bilmir. xx.xx.2024-cü il tarixli 415-k saylı əmr əsassız olması ilə yanaşı, həm də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş məsuliyyətə cəlbetmə müddəti ötürülməklə verilmişdir: - xx.xx.2024-cü il tarixli 415-k saylı əmrin verilməsinə əsas olmuş mərhum X75 xəstəlik tarixi xx.xx.2024-cü il tarixində açılmış və xx.xx.2024-cü il tarixində onun vəfatı səbəbindən yekunlaşdırılmışdır. Məhkəmədə şahid kimi dindirilmiş bütün reanimatoloq həkimlər, eləcə də baş kəkim Gülzar Əliyeva qeyd etdilər ki, epikriz xəstə çıxandan ən geci iki gün sonra yazılır və imzalanır. Gülzar Əliyeva özü şəxsən mənim sualımın cavabında bildirdi ki, mərhum Zöhrab Rüstəmovun vəfatından iki gün sonra onun epikrizini imzalamış, bunu etməzdən öncə xəstəlik tarixini tam yoxlamış və Nuridə xanım İslamzadənin “nöqsanlarını” aşkar etmişdir. Belə olan halda hətta 415-k saylı əmrdə qeyd olunan hallar real nöqsan olmuş olsaydı belə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər” kimi imperativ tələbin cavabdeh tərəfindən pozulduğu aşkar olunardı və əmrin qanunsuzluğu ortaya çıxardı. - xx.xx.2024-cü il tarixində xəstə vəfat etmiş (şənbə günü), xx.xx.2024-cü il tarixində (sonrakı ilk iş günü) xəstəlik tarixi baş həkim tərəfindən yoxlanılmaqla “pozuntular” aşkar edilmiş, lakin məsuliyyət tədbiri xx.xx.2024-cü il tarixində, yəni 58 gün sonra görülmüşdür. Şahid Əliyeva və cavabdehin nümayəndələri bu gecikməni “Ölüm hallarının araşdırılması komissiyası”nın müvafiq rəyinin 11 may 2024-cü il tarixində verilməsi ilə əlaqələndirirlər. Halbuki, şahid Əliyeva Məhkəmədə qeyd etdi ki, “nöqsanları” müəyyən edib, lakin bütün nöqsanları qabardsa, müəssisədə işləyən qalmaz, biz işçilərin nöqsanlarını izah edib vaxt veririk ki, düzəltsin. Mən həmin dəqiqə bunu etməyi lazım bilməmişəm! Düşündüm ki, həkimdir, hər işini görüblər, çalışıblar, vuruşublar, xəstə ilə azdançoxdan məşğul olublar. Bu sözləri deyən şahid Əliyeva açıq şəkildə etiraf etmişdir ki, nöqsan hesab etdiyi halları aprel ayında müəyyən edib, lakin bilərəkdən bu barədə heç bir tədbir görməmiş, xeyli müddətdən sonra komissiyanın rəyi əsasında təqdimat vermişdir. Sözü gedən komissiyanın da yaranması və tərkibinin müəyyən edilməsi barədə Məhkəmə sübutlar təqdim olunmayıb. xx.xx.2024-cü il tarixli 511-k saylı əmrin qanunsuz və əsassız olmasının sübutu kimi göstərir: - Əmrə əsas olmuş xx.xx.2024-cü il tarixli G.Əliyevanın təqdimatının sonunda “...vəzifə öhdəliklərini yerinə yetirməyən həkimlərə qarşı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsini Sizdən xahiş edirəm” yazıldığı halda əmrin özündə həmin təqdimat şişirdilərək “...əmək vəzifələrinin yerinə yetirilməsində kobud səhvlərə yol verdiyi üçün barəsində ciddi tədbirlər görülməsini xahiş etmişdir” kimi qələmə verilmişdir. Göründüyü kimi direktor İradə Axundova əmrə yalan məlumatları yazmaqla Nuridə xanım İslamzadəyə qarşı qisas motivinin olduğunu ifadə etmişdir. Bu da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsinin 4-cü hissəsinə zidd olmaqla yanaşı (işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi), həm də həmin Məcəllənin 83-cü maddəsinin 1-ci bəndində tələb olunan “işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməlidir” tələbinin mahiyyətinə ziddir (əmr yalan məlumatla əsaslandırıla bilməz). - Əmrin 4-cü abzasında göstərilir: “...Ölüm hallarının araşdırılması komissiyasının xx.xx.2024-cü il tarixli Protokoluna əsasən İddiaçı vəzifə öhdəliklərinə səhlənkar yanaşmasının xəstə ölümünün səbəblərindən biri olduğu məlum olmuşdur”. Bu yalan informasiya əmrə daxil edilmiş, lakin Məhkəmə araşdırması nəticəsində heç bir sübut növü ilə öz təsdiqini tapmamışdır. Bu da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsinin 4-cü hissəsinə zidd olmaqla yanaşı (işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi), həm də həmin Məcəllənin 83-cü maddəsinin 1-ci bəndində tələb olunan “işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməlidir” tələbinin mahiyyətinə ziddir (əmr yalan məlumatla əsaslandırıla bilməz). - “Əvvəllər də işəgötürən tərəfindən verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq...” hissəsində əmr əsassızdır. X53 X51 şikayət etməsi nəticəsində sonuncunun cərimələnməsi və kollektivin əmək hüquqlarını pozmasının xeyli insana məlum olması səbəbindən Nuridə xanım İslamzadəyə karyerası ərzində ilk töhməti vermiş, xx.xx.2024-cü il tarixli 15-k saylı əmrlə işə gecikməsini əsas tutmuşdur. İkinci töhməti də cavabdeh Nuridə xanıma 2024-cü ilin aprel ayında guya yol verdiyi nöqsanlara görə 12 iyun 2024-cü il tarixində vermişdir. 511-k saylı əmrin əsaslandırıcı hissəsinə diqqət etdikdə görünür ki, orada yazılır ki, guya Nuridə xanım 2024-cü ilin aprel və may aylarında ciddi nöqsanlara yol vermiş, eyni zamanda ona əvvəllər verilmiş intizam tənbehlərindən nəticə çıxarmamışdır. Beləliklə, 511-k saylı əmrə aprel və may aylarında bəzi xəstəlik tarixlərini doldurmaması əsas olubsa, aprel və may aylarında 12 iyununda alacağı töhmətdən nəticə çıxarmalı idi?! Məgər Nuridə xanım aprel və may aylarında münəccim olub? - “Bir xəstənin diaqnozunun əsaslandırılmasının aparılmaması” hissəsində əmr əsassızdır. Mütəxəssis kimi mülki işə cəlb edilmiş İsrail Məhərrəmbəyli izah etmişdir ki, Nuridə xanım xəstənin diaqnozunu əsaslandırmağa yox, bunun üçün təşkilatçılıq edib mütəxəssisləri cəlb etməli olmuşdur və öz işini görmüşdür (protokolda qeyd olunub). Bundan başqa TƏBİB-dən əldə olunmuş xx.xx.2024-cü il tarixli vəkil sorğusuna cavab məktubunda da yazılmışdır ki, diaqnozun əsaslandırılması anestezioloqreanimatoloqun öhdəliklərinə daxil deyil. ARSN-nin məktubunda da reanimatoloqun vəzifələri sırasında diaqnozun əsaslandırılması istiqamətində mütəxəssisləri cəlb etmək vəzifəsi müəyyən edilmişdir. “Bir xəstənin ilkin baxışının qeyd edilməməsi” hissəsində əmr əsassızdır. Mütəxəssis kimi mülki işə cəlb edilmiş İsrail Məhərrəmbəyli müvafiq xəstəlik tarixinə (Həcər Abbasova) baxış keçirməklə izah etmişdir ki, xəstə reanimasiyaya daxil olandan dərhal sonra Nuridə xanım İslamzadə öz öhdəliyinə aid olan yazını yazmışdır. Bundan başqa TƏBİB-dən əldə olunmuş xx.xx.2024-cü il tarixli vəkil sorğusuna cavab məktubunda da yazılmışdır ki, ilkin baxışın yazılması anestezioloq-reanimatoloqun öhdəliklərinə daxil deyil. AR SN-nin məktubunda da reanimatoloqun vəzifələri sırasında ilkin baxışı yazmaq vəzifəsi müəyyən edilməmişdir. -“Bir xəstədə müalicə təyinatının tarixini qeyd etməməsi” hissəsində əmr əsassızdır. Həmin xəstə X47r: xx.xx.2024-cü il tarixində saat 14:30-da klinikaya daxil olub, xx.xx.2024-cü il tarixində 23:00-da öz ərizəsi ilə evə buraxılmışdır. Heç bir normativ sənəddə həkimin müalicə təyinatında tarixi mütləq şəkildə yazması tələb olunmur. Belə ki, xəstənin klinikaya daxil olduğu tarix xəstəlik tarixinin üz vərəqindən, Nuridə xanım İslamzadənin də növbədə olduğu tarix isə aprel ayının qrafiki ilə müəyyən olunur, hər ikisinin xx.xx.2024-cü il olduğu aydın olur. Bundan başqa verilmiş müalicə təyinatını icra etmiş tibb bacıları təyinatın icra tarixlərini dəqiq göstəriblər. Bu da dərman sərfiyyatının intizamı üçün əsas meyardır. Belə ki, dərman sərfiyyatı təyinatın verilməsi (dərmanın yazılması) ilə deyil, dərmanın istifadə olunması ilə hesablanır. Misal üçün, həkimin yazdığı dərman dərman deposunda olmaya da bilər. Olmayan dərmanın həkim tərəfindən yazılması sərfiyyatın hesablanmasında istifadə olunan məlumat ola bilməz. - “Xəstəlik tarixləri üzrə 27 həkim gündəliyini yazmaması” hissəsində də əmr əsassızdır. Gülzar Əliyevanın xx.xx.2024-cü il tarixli təqdimatında şöbə müdiri Fikrət Məmmədovun 3, anestezioloq-reanimatoloq Vəfa Qasımovanın 9, anestezioloqreanimatoloq Məhəmmədalı Osmanovun 14, Nuridə xanım İslamzadənin isə 27 həkim gündəliyi yazmaması qeyd olunmuşdur. Adları çəkilən bütün həkimlərin öz izahatlarında göstərirlər ki, işin ağır olması səbəbindən bütün sənədləşmə işlərini icra etməyi çatdıra bilməyiblər. Məhkəmədə şahid qismində dindirilmiş baş həkim Əliyeva Gülzar özü də bildirmişdir ki, reanimatoloqların sayı az, xəstələrin isə sayı çoxdur (təxminən 25), reanimasiya şöbəsi müxtəlif binalarda yerləşən iki məkandan ibarət olmuşdur. Cavabdeh öz etirazında yazır ki, “...həkim azlığı, işin çox olması xəstəlik tarixlərində müvafiq qeydlərin aparılmaması üçün səbəb kimi qəbul edilmir. Əgər həkim şöbədə vaxtını səmərəli istifadə etsə, bütün sənədləşməni vaxtında edər. İstisna hallarda şöbədə süni tənəffüs aparatında xəstə varsa və ya digər bir kritik durum yaranırsa sənədləşməni vaxtında çatdırmaq çətin olur, belə halda adətən digər həkimlər və ya şöbə müdiri yardım edir”. Göründüyü kimi, cavabdeh özü də yazılı şəkildə etiraf edir ki, həkimlərin sayı az, xəstələrin sayı isə çox olub, şöbədə süni tənəffüz aparatında və ya sair kritik durumda olan xəstələr olub və belə hallarda həqiqətən də sənədləşməni vaxtında çatdırmaq çətin olub. Cavabdeh aprel və may aylarında istinad etdiyi kritik durumlarda olan xəstələrin sayı barədə heç bir sübut təqdim etməmişdir. İşin ağırlığını və xəstələrin çoxluğunu imkar etməyən cavabdehin 511-k saylı əmri hansı obyektiv səbəbdən verdiyi Məhkəmə tədqiqatı boyunca izah edilməmişdir. Digər tərəfdən bir azyaşlı və bir yetkinlik yaşına çatmamış uşaqlar böyüdən xanımı, Vətən müharibəsində qazi olan və ayda cəmi 80 manat veteran müavinəti alan şəxsin həyat yoldaşını ARƏM-nin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad edib digər həkimlərə yüngül intizam tənbehlərinin verilməsi məntiqini də anlamaq asan deyil. Xüsusilə qeyd edilməlidir ki, 2024-cü ilin aprel ayının 20-dən may ayının 24-nə qədər şöbə müdiri Fikrət Məmmədov əmək məzuniyyətində olmuşdur. Bu halda şöbə müdirinin sənədləşməni icra etməkdə çətinlik çəkən reanimatoloqlara virtual köməyi necə baş verməsi, eləcə də reanimatoloq ixtisasından olmayan “digər həkimlər”in köməyinin mümkün mexanizmi etirazda açıqlanmamışdır. Nəzərə alınmalıdır ki, cavabdehin özünün təqdim etdiyi xəstə sayları hesabatlarında 2024-cü ilin aprel ayı üzrə Nuridə xanım 323, həmin ilin may ayı üzrə isə 378 xəstəyə xidmət göstərmişdir. Beləliklə, cavabdeh Nuridə xanımı 701 müşahidə gündəliyinin 26-sını yazmamağa görə işdən azad etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş əmrində göstərilir ki, xəstəlik tarixinin 4-6-cı səhifələrində həkim tərəfindən aparılan gündəlik müşahidələri qeyd edilir. Nuridə xanımın gündəlik müşahidə səhifələrində qeyd yazmadığı günlərdə digər reanimatoloq həkimlər qeydiyyat aparıblar. Eyni gündə gündəlik müşahidələrin təkrarən yazılı şəkildə həkim İddiaçı tərəfindən də aparılmasının mütləqliyi heç bir normativ sənəddə tələb kimi nəzərdə tutulmamışdır. Əksinə, reanimasiya şöbəsindəki intensivlik və ağır iş rejimi nəzərə alınmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş “Reanimasiya (intensiv terapiya) şöbəsində (palatada) pasiyentin vəziyyətinin əsas göstəricilərinin qeydiyyat vərəqi” adlanan, pasiyentin vəziyyəti qənaətbəxş olduqda “Q”, orta ağırlıqda “OA”, ağır halda “A” hərfləri ilə qeyd edilən xüsusi operativ sənədin tətbiqi nəzərdə tutulmuş, lakin cavabdeh müəssisə tərəfindən həmin sənəd forması bu günə qədər tətbiq olunmamış, əvəzinə reanimatoloq həkimlər müşahidə gündəliyi yazmağa məcbur edilmişlər. Vurulmuş mənəvi ziyan da belə əsaslandırılır: - Əmrdə yalan informasiyanın yer alması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürənin əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyətini müəyyən edir. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. - Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. - Cavabdehin Nuridə xanım barəsində “vəzifə öhdəliklərinə səhlənkar yanaşmasının xəstə ölümünün səbəblərindən biri olduğu məlum olmuşdur” kimi həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması 511-k saylı əmri imzalaması üsulu ilə baş vermişdir. Həmçinin “tibb bacısına nəzarət etməməsi”, “xəstəlik tarixində heç bir qeydiyyat aparmaması”, “xəstənin vəziyyətini qiymətləndirməməsi”, “qan qazları nəzərə alınmaqla respirator dəstəyi korreksoya etməməsi”, “diaqnozu əsaslandırmaması”, “ilkin baxışı yazmaması”, “müalicə təyinatına tarix yazmaması” kimi qondarma vəzifə pozuntularını əmrlərə yazmaqla cavabdeh Nuridə xanımı kollektivin gözündən salmağa cəhd etmişdir. Bundan başqa Məhkəmədə dindirilmiş reanimatoloq şahidlərin 511-k saylı əmrdə “vəzifə öhdəliklərinə səhlənkar yanaşmasının xəstə ölümünün səbəblərindən biri olduğu məlum olmuşdur” cümləsinin olması səbəbindən Nuridə xanımın digər tibb müəssisələri tərəfindən işə qəbul edilməsinin mümkün olmaması barədə ifadə vermişlər. Halbuki, ölkədən kəskin reanimatoloq çatışmamazlığı aşkar faktdır. Buna görə də hesab edirik ki, iddia tələbimiz mənəvi ziyanın tutulması hissəsində də əsaslıdır. 5. xx.xx.2024-cü il tarixli 511-k saylı əmr əsassız olması ilə yanaşı, həm də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş məsuliyyətə cəlbetmə müddəti ötürülməklə verilmişdir: - Şahid qismində Məhkəməyə ifadə vermiş baş həkim Əliyeva Gülzar mənim suallarıma cavab olaraq bildirmişdir ki, xəstələr klinikanı tərk edən gündən ən geci 2 gün ərzində xəstəlik tarixini yoxlayıb epikrizi imzalayır. Belə olan halda xx.xx.2024-cü il tarixli təqdimatında sadaladığı xəstələrin böyük əksəriyyəti onun yoxlamasından 2024-cü ilin may ayının müxtəlif günlərində keçmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş imperativ tələb pozulmuş, intizam tənbehlərini tətbiq edən cavabdeh onların qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmamışdır. İşin mübahisəsiz halıdır ki, Nuridə xanım İslamzadə cavabdeh qurum tərəfindən hüquqlarının pozulması ilə əlaqədar müxtəlif dövlət qurumlarına, o cümlədən Azərbaycan Respublikası Baş Prokuroruna 2023-cü ilin oktyabr ayında şikayət etmişdir. Cavabdehin nümayəndəsi Rəsulov tərəfindən bu hal etiraf edilmiş, şikayətlərlə bağlı qərarın 2024-cü ilin sentyabr ayında cavabdehə rəsmi qaydada daxil olduğu bildirilmiş, bu qərar iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin tələbinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Bu əmrdə əsaslandırılmayıb, buna dair sübutlar təqdim edilməyib. 8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 5.5.3-cü bəndinə əsasən müəssisə rəhbəri müəssisənin strukturuna daxil olan qurumların vəzifə təlimatlarını təsdiq edir, onların fəaliyyətinə nəzarəti təşkil edir və işinin əlaqələndirilməsini təmin edir, müvafiq yoxlamalar təyin edir. 511-k saylı əmrin verilməsinə əsas olmuş yoxlamanın direktor tərəfindən təyin olunmadığı şahid Gülzar Əliyeva tərəfindən Məhkəmə iclasında etiraf edilmişdir. Baş həkim hakimin və mənim suallarımı cavablandıran zaman açıqaşkar şəkildə etiraf etmişdir ki, 511-k saylı əmrə əsas olmuş xəstəlik tarixlərini bir dəfə may ayının müxtəlif günlərində yoxlamış, sonradan yoxlamanı konkret qanuni əsas olmadan yenidən özbaşına təyin etmiş və keçirmişdir. Nizamnaməyə əsasən onun belə səlahiyyəti olmamışdır. Nazirlər Kabinetinin 125 saylı qərarı bu günə qədər qüvvədədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. - xx.xx.2024-cü il tarixli əmrə əsas olmuş sənədlərdən biri də xx.xx.2024-cü il tarixli HK-nin protokoludur. Lakin həmin protokolun üzərində olan daxilolma ştampında «xx.xx.2024» yazılmışdır. Göstərilən hal Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimatın 90-cı bəndinin Daxil olmuş sənədlər qeydə alındıqdan və qeydiyyat ştampında nömrə qoyulduqdan sonra baxılmaq üçün təşkilatın və ya struktur bölməsinin rəhbərliyinə verilir. Qeyd etdiyim təlimata zidd halın mövcudluğu HK qərarının əmrdən sonra tərtib edilməsi və direktora təqdim edilməsi şübhəsini yaratmaqla heç bir məntiqi izahla əsaslandırıla bilmir. Cavabdeh həmkarlar ittifaqı təşkilatına göndərdiyi əsaslandırılmış yazılı təqdimatını Məhkəməyə təqdim etməmişdir. Bu da həmin təqdimatın əsaslandırılmış olub-olmamasını şübhə altında qoyur. - Cavabdeh müəssisənin həmkarlar komitəsinin qəbul etdiyi qərarın məzmunu tamamilə təhrif edilmiş və saxtalaşdırılmışdır. Protokolda yazılıb: “HK-nin sədri R. Abuzərov İddiaçı söz verdi. Birinci töhmətlə əlaqədar təqsirli olduğunu, 2-ci töhmətlə isə qismən (mənim xəstənin ölümündə birbaşa təqsirim olmadığı üçün məhkəməyə müraciət etmişəm) razı olduğunu bildirmişdir. Axırıncı təqdimatın tam düzgün olduğunu, yalnız gündəliyi yazmağa vaxtının olmadığını bildirdi”. Bu yazılanlar yalandır, Nuridə xanım belə sözlər deməyib. İş materiallarında olan və Məhkəmə baxışında tədqiq edilmiş səs yazısından isə eşidilir ki, HK-nin iclasında Nümayəndə2 təqdimatı elan edən zaman Nuridə xanım diaqnozun əsaslandırılmasının və ilkin baxışın yazılmasının reanimatoloqun vəzifə öhdəliklərinə aid olmadığını bildirərək etiraz etmiş, onun etirazına qarşı heç kim əks fikir bildirilməmişdir. Bundan başqa protokolda yazılıb: “Q.A.Əhmədzadə: ETAXİ-də mən yeni əməkdaş olsam da, qəbul edə bilmirəm ki, tibb bacısı həkimin xəbəri olmadan xəstəyə soda vurur və s. Bir həkim olaraq bilirəm ki, işiniz çox olsa da, o biri korpusa getsəniz belə növbə zamanı cavabdeh və məsul şəxs Siz olursunuz. Siz necə qıraqda durursunuz ki, mənim xəbərim olmayıb. Heç bir tibb bacısı Sizin göstərişiniz olmadan xəstəyə təyinat edə bilməz. Belə çıxır ki, təyinat vərəqinə tibb bacısı özbaşına dərmanı yazır?”. Bunlar yalandır, Qəmər xanım belə sözlər deməyib. İş materiallarında olan və Məhkəmə baxışında tədqiq edilmiş səs yazısından eşidilir ki, Qəmər Əhmədov demişdir: “həmin medsestralar töhmət alıb çıxsınlar işdən, nəinki həkim”. Bundan başqa səs yazısında Nümayəndə2 açıq şəkildə deyir: “sodanın medsestra tərəfindən vurulmasını Nuridə xanımla əlaqələndirmədik, yəni bunu medsestranın günahı kimi qərar verdik”. Həmin cümlələr protokola daxil edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş R. Abuzərov etiraf etmişdir ki, iş materiallarında olan səs yazısı ona məxsusdur. O, həmçinin Qəmər Əhmədzadənin “həmin medsestralar töhmət alıb çıxsınlar işdən, nəinki həkim” sözlərini deməyə ixtiyarının olmadığını bildirərək onun sözlərinin protokolda tamamilə əks məzmunda ifadə olunmasına bəraət qazandırmağa çalışmış, bir növ saxtakar əməlinə haqq qazandırmışdır. Bundan başqa səs yazısının 01.11.32-01.12.45 saniyələrində R. Abuzərovun “Bir dənə də şey var ki, biz bu dəfə tutaq ki vaxt verdik, tutalım 1 ay... bu müddət ərzində konfliktə getsə avtomatik... İndiki vəziyyətdə biz ancaq xahiş edə bilərik. Müdriyyət qəbul edəcək ya etməyəcək. Ancaq, bir aydan sonra nə bilirsən həmin şey olmayacaq?! ... Biz deyə bilərik "razıyıq", ya da müdriyyət tərəfindən Əmək Məcəlləsi pozulursa "olmaz". Burada əmək məcəlləsini pozmayıblar...” deməsi Məhkəmədə səsləndirildi və sonuncu həmin sözləri həqiqətən dediyini etiraf etdi, “konfliktə getsə...” deyərkən guya Nuridə xanımın işə gecikməni nəzərdə tutduğunu bildirdi. Bundan başqa məclis üzrə Nailə Mahmudovanın “...məktublar yazırsan da... belə istənilən adamı başlasalar güdməyə, o qədər şey çıxacaq ki... bəlkə şans verək ona? görək 1 aya 2 aya özünü necə aparır?” sözləri, eləcə də “…axtarışa veriləndə, bunlar hamısı “povod”dır. Sən məktublar yazanda ora-bura, sən bilmirdin ki, “povod” tapılacaq. Sənin də işini yoxlasalar nəsə çıxacaq da. Mənə olunanlar səndən də artıq olunub. Mənim ağlıma da gələ bilməzdi ki, kimdənsə şikayət edim. Ya gərək mən pencəyimi qoyum burada çıxım gedim eviməeşiyimə özümə iş axtarım... O qədər özəllərdə iş var. Ya da oturam, nə deyir müdriyyət... 5ci direktordur... İndi İradədir nədir. “Kaşşey bessmetnıy” deyil ki, uzağı 5 il işləyəcək çıxıb gedəcək də. Gora qədər işləməyəcək ki...” sözləri protokola daxil edilməyib, çünki bu sözlərdən məlum olur ki, Nuridə xanımın intizam məsuliyyətinə cəlb edilməsi rəbərliyin qərəzli münasibətindən irəli gəlir və HK iclası formal xarakterlidir. Məhkəmədə ifadə vermiş R. Abuzərov bir daha təsdiq etmişdir ki, cavabdeh müəssisənin rəhbərliyi Əmək Məcəlləsinin tələblərini pozmamışdır və Nuridə xanım İslamzadə işə gecikməklə işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozmuşdur. Görünən odur ki, HK sədri nəqinki əsaslandırmış qərar verməyə hazır olmayıb, onun işdən xəbəri olmamışdır. Əmək Məcəlləsini bu qədər bilən adamdan necə əsaslandırılmış qərar gözləmək olar?! - HK-nin qərarı belə əsaslandırılır: “Nəticə olaraq iclasın sonunda R.M.Abuzərov çıxış edərək bildirdi ki, iş üzrə təqdim olunmuş rəsmi sənədlərə əsasən İddiaçı əmək fəaliyyətində çoxsaylı qanun pozuntularına yol verməsi təsdiqini tapmış, sonra R.M.Abuzərov bu təqdimatdan sonra bizim başqa çıxış yolumuz qalmadığı üçün Əmək Məcəlləsinin qaydalarına uyğun olaraq müdriyyətin Təqdimatına etiraz olunmadığını bildirdi. Müzakirə olunan məsələ ilə bağlı HK-si qərara aldı: HK-si Administrasiya ilə Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkim anestezioloq-reanimatoloqu İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz etmir“. Bu qərar heç bir halda əsaslandırılmış hesab oluna bilməz. Əvvəla protokolda yazılan sözlər reallıqda deyilməyib, iclasın səs yazısında onlar yoxdur. Qərarda göstərilmir ki, İddiaçı konkret hansı qanunları pozub, vəzifə təlimatının hansı bəndini pozub, hansı hərəkəti ilə pozub, bunlar nə vaxt aşkar edilib, işin normal ahəngi necə pozulub, məsuliyyətə cəlbetmə müddəti keçibmi, hansı səbəbdən başqa tədbir deyil, məhz ən ağır cəza tətbiq olunmalıdır, lehinə neçə nəfər səs verir, əlehinə neçə nəfər səs verir, onun hüquqlarının müdafiə edilməsi üçün HK tərəfindən hansı tədbirlər görülüb və s. HK qərarının məzmunu tamamilə yalan və qeyri-real informasiyadan ibarətdir, səs yazısından olanlarla qətiyyən uyğun gəlmir, yazılanlar tamamilə uydurmadır. Səs yazısından təqdimatın məclis üzvləri tərəfindən dəstəklənməsi eşidilmir, protokolda da onların təqdimatın lehinə səs vermələri, yükdilliklə və ya səs çoxluğu ilə qərarın verilməsi barədə heçnə yazılmayıb. Cavabdeh müəssisənin direktoru Axundova Nuridə xanım İslamzadənin əmək hüquqlarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilmiş, bundan sonra onun işdən azad edilməsi üçün əlindən gələn bütün qanunsuzluqları etmişdir: - İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)- 1505/2024 saylı qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X64 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli, 3(007)-1550/2024 nömrəli qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehin direktoru X45 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X64 Xidmətinin rəis müavini Nərmin Mirzəyeva tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17/1-890/2024 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin inzibati tənbeh qərarları Nuridə xanım İslamzadənin şikayətləri əsasında qəbul olunmuş, bu barədə qərarın əsaslandırıcı hissəsində yazılmışdır. - İş materiallarında olan X37 Bakı şəhər İdarəsinin 27 sentyabr 2024-cü il tarixli və 14 oktyabr 2024-cü il tarixli məktublarından görünür ki, X45 barəsində ARİXM-nin 192.4 və 198.1.5-ci maddəsinə əsasən tərtib olunmuş MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola uyğun olaraq bu Məcəllənin 192.4-cü maddəsinə əsasən MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Həmçinin on gün müddətində Nuridə xanım İslamzadənin artıq iş saatlarında işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə əmək haqqına əlavələrin ödənilməsi cavabdehdən tələb edilmişdir. Bununla yanaşı məktubda qeyd olunur ki, əmək müqaviləsinə xitam verilməsi haqqında 511-k saylı xx.xx.2024-cü il tarixli əmrə əsas kimi göstərilmiş sənədlər müəssisənin rəhbərliyi tərəfindən araşdırmaya təqdim edilmədiyindən məsələyə münasibət bildirmək mümkün olmamışdır. Göründüyü kimi 511-k saylı əmrə əsas olmuş sənədlər cavabdeh tərəfindən yeni inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə təqdil edilməmişdir. Cavabdehin son haqqhesabı 1 aydan artıq gecikməsi Nuridə xanıma qarşı qərəz olmasından xəbər verir. Göstərilən dəlillərin hər biri öz növbəsində sübut edir ki, cavabdehin hər iki əmri qanunsuz və əsassızdır, ləğv edilməlidir.

78. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

79. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinin rədd edilməsini xahiş edərək əlavə olaraq izahatında bildirmişdir ki, iş materiallarında xəstə Zöhrabın xəstəlik tarixinə əsasən, 05 aprel, 08 aprel 12 aprel 2024cü il tarixlərində iş növbəsində olan iddiaçı xəstənin vəziyyətinin qiymətləndirilməsi üçün heç bir qeydiyyatını aparmamışdır. Həkim yazdığı təyinatın olmayan, sodanın əks göstəriş olmasına baxmayaraq tibb bacısının hərəkətinin qarşısını almamışdır. Xəstənin qan qazlarını nəzərə alaraq respirator dəstəyi korreksiya etməmişdir. İş növbəsində olduğu zaman oksigenin verilmə qaydarına riayət etməmişdir. Xəstə ölümü hallarının araşdırılması komissiyasının qərarında da müalicə həkimi iddiaçı tərəfindən xəstəlik tarixində həkim gündəliyinin yazılmaması, xəstənin vəziyyətinin qiymətlədirilməsi barədə heç bir yazının olmaması qeyd edilmişdir. Həkimin yazılı təyinatında olmayan sodanın xəstəyə köçürülməsinə iddiaçı tərəfindən nəzarət edilməli olduğu halda edilmədiyi məlum olmuşdur. Qan qazları alınaraq xəstəyə qeyri-invazit mexaniki-vintilyasiya imkanından istifadə edilməmişdir. Bu cür qan qazları ilə bağlı heç bir tədbir görülməmiş, oksigen terapiyasının necə verilməsi, hansı modular əsasında qeyd olunmamışdır. İddiaçı vəzifə öhdəliklərini yerinnə yetirərərkən yol verdiyi nöqsanlar komissiyanın protokolunda qeyd edilmişdir. xx.xx.2024-cü il tarixində aşkar edilən nöqsanlara görə 33 gün sonar intizam tənbehinin verilməsinə münasibətdə bildirir ki, xx.xx.2024-cü il inzibati heyətin qeyri-iş günü olmuş, buna görə də baş həkim növbəti həftənin birinci günü 13 may 2024-cü il tarixində məlumatlandırılmış, 14 mayda təqdimat verilmişdir. 511-k saylı əmrin qanunsuz olmasına dair dəlillər formal mülahizələrinə əsaslanadığı üçün iş üzrə təqdim edilmiş sənədlərlə təkzib edilir. Baş həkim G.Əliyeva 07 iyun 2024-cü il tairxli təqdimatına əsasən, 2024-cü ilin aprel və may ayları ərzində müalicə alan xəstələrin xəstəlik tarixlərinə 1 və 3 iyun tarixlərində baxış keçirilərkən iddiaçının 18 xəstəlik tarixi üzrə 27 xəstə gündəliyinin yazmadığı, bir xəstənin diaqnozunu əsaslandırmadığı, xəstədə müalicə təyinatının tarixini qeyd etmədiyi, digər bir xəstənin ilkin baxışını yazmadığı aşkar edilmişdir. İddiaçı bu əmrlə razı olmadığını onunla əsaslandırmağa çalışır ki, 27 həkim gündəliyinin yazılmaması müalicə prosesində vacib hesab olunmur. İddiaçının bu mövqeyi vəzifə təlimatının 15-ci bəndində birbaşa zidd olduğu üçün tamamilə əsassızdır. Bir xəstənin diaqnozunun əsaslandırılmaması, digər bir xəstənin ilkin baxışını yazılmaması əmrin əsassız olması ilə bağlı hissədə iddia tələbini qəbul etməyərək, Vəzifə təlimatının 7-ci bəndinə əsasən, həkim-reanimotoloq xəstənin anamnezin toplanmalı, kliniki-laborator tədqiqatların, müayinə və müalicəsinin aparılmalı, aparılmış müainələrin nəticələrinə uyğun olaraq diaqnozun əsaslandırılmasını rəsmiləşdirərək xəstəlik tarixində yazılmasını həyata keçirməlidir və xəstənin ümumi vəziyyəti ilə bağlı ilkin baxış təfərrüatları və gələcəkdə müalicə işinin düzgün qurulması üçün qeyd etməlidir. Əks halda effektiv müalicədən söhbət gedə bilməz. Xəstədə müalicə təyinatının tarixini qeyd edilməsini ümumiyyətlə pozuntu hesab etməyən iddiaçı bilməlidir ki, stasionarda müalicə alan xəstələrə dərman təyinatı verilərkən dərmanların verilmə və kəsilmə tarixləri göstərilməlidir. Çünki dərman vasitələrinin verilməsi, vurulma saatları dəyişir. Bəzən saatla dərmanlar vurulur. Dərman təyinatlarının qeyd edilməsi dərman sərfiyyatının hesabatının aparılmasına əsas hesab olunur. Vəzifə təlimatının 21 bəndinə əsasən, infeksiona nəzarət qaydalarına əməl edilməməsi kobud pozuntudur. İddiaçı tərəfindən infeksion nəzarət qaydalarının pozulması faktı iş materiallarına əlavə edilmişdir.

80. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin rədd edilməsini xahiş edərək əlavə olaraq izahatında bildirmişdir ki, 12 iyun tarixli əmrin ləğv edilməsi üçün əsas mövcud deyil. Əmrdə qeyd edilən pozuntular öz əksini tapmış pozuntulardır. Əmrdə konkret günlər qeyd edilib ki, həmin günlərdə iddiaçı xəstəlik tarixində qeydiyyat aparmamışdır. 1 iyul tarixli əmrdə qeyd edilir ki, əvvəlki intizam tədbirlərindən nəticə çıxarmayaraq yenidən əmək funksiyalarını pozduğuna görə verilmişdir. İddiaçı barəsində dəfələrlə tədbir görülmüş, həm yanvar ayında, həm də iyun ayında verilmiş əmrlər 1 iyul tarixli əmrin əsasını təşkil edir. İddiaçıya verilmiş xəbərdarlıqları da məhkəməyə təqdim etmişlər. 12 iyundan sonra da iddiaçının pozuntuları olmuşdur. Səhiyyə Nazirliyinin 100 nömrəli əmri ilə təsdiq edilmiş Təlimatlarda məhkəmənin araşdırdığı məsələlər ətraflı izah edilmişdir. Gündəliklərin yazılması ilə bağlı qeyd edilmişdir ki, gündəliklərin pasiyentin vəziyyətinə uyğun dinamik müşahidənin nəticələrinə uyğun yazılması üçün cədvəldə qeydiyyatın aparılma tezliyi minimum 2 saatdan bir müəyyən edilmişdir. Xəstəlik tarixi ilə bağlı təlimatda qeyd edilmişdir ki, xəstənin qəbul şöbəsinə necə gəlməsi, qəbul şöbəsi tərəfindən hansı məlumatların yazılması, titul vərəqi doldurulduqdan sonra yazılması, növbəti sahədə pasientin müalicəsi ilə məşğul olan digər məsul işçilər tərəfindən doldurulur. Klinik diaqnozla bağlı qeyd edilmişdir ki, klinik, labarator diaqnostik müayinələr zamanı müəyyən olunmuş diaqnozlar, XBT T10 kodları bu sahədə müalicə həkimi tərəfindən qeyd olunur. Reanimasiya da yatan həkimlərin müalicə həkimləri reanimataloqlar hesab olunur. Xəstəlik tarixinin 3-cü səhifəsində həkimin gündəlik müainələri və təyinatları yazılır. Xəstəlik tarixinin 4-və 6-ci səhifəsində isə həkim tərəfindən aparılan gündəlik müşahidələr qeyd edilir. 12 iyun tarixli əmrdə iddiaçı tərəfindən heç bir qeydiyyat aparılmaması deyil, konkret tarixlərdə qeydiyyat aparılmaması qeyd edilir. 1 iyul tarixli əmrdə də 18 xəstəlik tarixi üzrə 27 xəstəlik gündəliyinin yazılmaması qeyd olunmuşdur. Xəstəlik tarixlərində həkim gündəliklərinin yazılmaması uzanan bir pozuntudur. İddiaçıya qarşı qərəzli mövqe yoxdur. Pozuntularla bağlı təkcə iddiaçı yox, digər həkimlərə də töhmət verilmişdir. İddiaçıya daha ağır cəza verilməsinin səbəbi isə, iddiaçı tərəfindən davamlı şəkildə pozuntunu edilməsidir. Ümumiyyətlə iddiaçının müraciəti korrupsiya hüquq pozmaları ilə bağlı deyildi. Bu müraciət öz təsdiqini tapmamışdır. Buna görə də, korrupsiya hüquq pozması ilə bağlı hər hansı əsaslandırma öz əksini əmrdə tapmamışdır. Diaqnozun əsaslandırması ilə bağlı təlimatda qeyd edilmişdir. 511-k saylı əmrin digər bir əsası da cərrahi blokda iddiaçının sanitargigyenik qaydalara əməl etməməsidir. Bununla bağlı fotoşəkil sistemə əlavə etmişlər. Həmin fotoşəkildən görünür ki, iddiaçı tərəfindən infeksion nəzarət qaydaları pozulmuşdur. İddiaçı bildirir ki, bu kiçik əməliyyatdır, bu əməliyyata şəkildə qeyd edilən formada daxil ola bilərdi. Onlar hesab edirlər ki, daxil ola bilməzdi. Buna görə də, intizam tənbehi tətbiq etmişlər. İşin ahəngi belə pozulur ki, digər işçilər görürlər ki, iddiaçı işə gec gəlir, digər işçilər hesab edirlər ki, işə gec gəlmək olar. Baxırlar ki, iddiaçı əməliyyata fotoşəkildə qeyd edilən formada daxil olur, digər işçilərdə deyirlər ki, onlar da əməliyyata bu formada daxil ola bilərlər. Nizam-intizam pozulur, xəstəlik gündəlikləri yazılmır, digərlərinə pis nümunə olur. Düşünülür ki, xəstəlik gündəliklərini yazmamaq olar. Cəzasızlıq mühiti formalaşa bilər deyə cəza tədbirləri görülmüşdür. Əliyeva Gülzar öz şahid ifadəsində bildirir ki, xəstəlik tarixlərini yoxlayır, epikrizi imzalayır. 511-k saylı əmrin verilməsinə əsas olmuş xəstəlik tarixləri may ayının müxtəlif günlərində bağlanıb, imzalanılmışdır. Təkrar yoxlamağa əsas o olmuşdur ki, bütün xəstələr xəstəxanadan çıxarkən onlara epikriz verilir. Epikriz xəstənin xəstəlik tarixinin qısa xülasəsidir. Xəstə nə zaman gəlib, hansı diaqnoz qoyulub, hansı tədbirllər görülüb. Epikrizin verilməsinə əsas olan hissəni baş həkim yoxlayır. Onun güngün, saat-saat yoxlanılıb-yoxlanılmaması, 320 çarpayı var, bir gün də 50-60 xəstə çıxır. Onun hamsını bir-bir tək baş həkimin oturub nöqtə-nöqtə yoxlaması da mümkün deyil. Bununla bağlı xəstəlik tarixlərini araşdıran komissiya var. Yoxlamanı rəhbərlik təyin etmişdir. Gülzar Əliyeva və İradə Axundova rəhbərlikdir. 511- k saylı əmrə 2 təqdimat əsas olmuşdur. Əmrdə bir təqdimatın qeyd edilməsi texniki səhvdir. Həkim gündəliyinin yazılması iddiaçının vəzifə təlimatında yazılmışdır. Həmçinin Səhiyyə Nazirliyinin 100 nömrəli əmri ilə təsdiq edilmiş xəstə gündəliklərinin doldurulması barədə təlimatda qeyd olunub. Əsaslandırma da qeyd edilib ki, 18 xəstəlik tarixi üzrə 27 xəstəlik gündəliyi yazılmayıbsa, bu o deməkdir ki, həkim səhlənkar və məsuliyyətsiz yanaşıb. Bəlkə iddiaçı heç xəstələrə baxış keçirtməmişdir. Həkimin azlığı, xəstə saylarının çoxluğu xəstəlik tarixlərinə müvafiq qeydlərinə edilməməsinə əsas ola bilməz. Bu ancaq bəhanə ola bilər. Həmçinin qeyd etmişdir ki, G.Əliyeva yoxlayıb, aşkar etməyibsə, bu müəssisənin hər hansı səhvi deyil. Bu pozuntuları komissiya aşkar eləyib. Komissiya məlumatı ayın 13-də G.Əliyevaya verib. G.Əliyeva da ayın 14-də təqdimatını verib. Ölüm hallarının araşdırılması kommissiyasının hansı əmrlə yaradılması barədə məlumatı yoxdur. Komissiya İ.Axundova tərəfindən yaradılıb. Həmin komissiyanın protokolunda yazılır ki, xəstə R.Zöhrabın valideynlərinin şikayəti əsasında bu komissiya yoxlama aparır. Həmçinin qeyd etmişdir ki, iddiaçının vəzifə təlimatında qeyd edilir ki, tibb bacılarının işinə nəzarət etməlidir. Həkim-reanimataloqun vəzifə təlimatında 8-ci bəndində qeyd edilir ki, həkim xəstəyə müalicə təyin edir və nəzarət edir. Müalicəni təyin etdi getdi, tibb bacısı xəstəyə nə vurdu, getdi. Belə bir şey yoxdur. Reanimataloq növbədə olduğu zaman reanimasiya şöbəsində cavabdehlik daşıyır. Həmçinin təlimatın 11-ci bəndinə əsasən, həkimreanimataloq ona tabe olan orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir. Öz vəzifə öhdəliklərinin yerinə yetirilməsinə onlara köməklik edir. Xəstəlik tarixinin doldurulması barədə təlimatda yazılır ki, Sənədin 7-ci səhifəsində xəstə evə yazıldıqda və ya vəfat etdikdə müalicə həkimi epikriz tərtib edir. Epikrizdə qısa olaraq, pasiyentin daxil olduğu və çıxdığı (evə yazılan və ya köçürülən) zaman vəziyyəti haqqında məlumatlar, diaqnozun əsaslandırılması, müalicə tədbirləri və onların səmərəliliyi, göstəriş olduğu hallarda pasiyentin gələcək müalicəsi və rejimi ilə əlaqədar tövsiyyələr qeyd edilir. Göründüyü kimi təlimatda yazılıb ki, diaqnozun əsaslandırılmasını müalicə həkimi edir. Xəstəlik tarixlərində tarix qeyd edilməlidir. Bununla müəyyən olunmalıdır ki, xəstəlik tarixində hansı gün hansı dərmanlar vurulub. Bütün bunların məqsədi odur ki, xəstənin soradan izləmək mümkün olsun. Təkcə dərman sərfiyyatı deyil, həmçinin xəstəyə nə kimi dərmanların vurulması müəyyən olunsun. Həmçinin bu təşkilat büdcədən maliyyələşən təşkilatdır. Sabahısı gün məsələn, 100 ədəd parastemol dərmanı hara istifadə olunub. Bundan başqa bəlkə xəstinin başına pis hadisə gəlib. Xəstəlik tarixinə baxılır, görək bu xəstəyə nə kimi dərmanlar vurulub, müayinələrinin nəticəsi nə olub. İşəgötürən işçini işdən çıxarılması ilə bağlı bütün qanunvericilik normalarına əməl etmişdir. Həmkarlar İttifaqının iclası da keçirilmişdir. İşçinin hüquqlarının qorunması üçün işəgötürən tərəfindən bütün hərəkətlər edilmişdir. Təqdim edilmiş səs yazısının məhz həmkarların iclasında yazılmasını qəbul etmirlər. O səs yazısı həmkarların iclasından əvvəl də ola bilərdi.

Mütəxəssis izahatı:

81. Məhkəmə iclasında iştirak edən (xx.xx.2024-cü il tarixli) mütəxəssis X9 izahatında bildirmişdir ki, xəstəlik tarixlərinin qeydiyyatını həkim anesteziolq mütləq aparmalı, bu onun vəzifəsidir. Anestezioloq xəstənin vəziyyətini qiymətləndirməlidir, diaqnozu dəqiqləşdirmək üçün əlavə həkimlər çağırmalıdır. Hər bir həkim şöbəyə daxil oldu, şöbəyə daxil olmuş hər bir yeni xəstənin vəziyyətini dəyərləndirib, qiymətləndirməlidir. Əlavə müayinələr aparılmalı olduğunu lazım bilirsə də, aparmalıdır. Diaqnozu dəqiqləşdirmək üçün əlavə mütəxəssislər çağırmalıdır. 3 formada diaqnoz var: Girişdə verilən diaqnoz, klinik diaqnoz, son klinik diaqnoz. Son klinik diaqnozu müalicə həkimi dəyərləndirir. Klinik diaqnozu isə xəstə reanimasiya şöbəsinə daxil olur. Qəbul şöbəsinin diaqnozuna baxır, həkim anestezioloq nədənsə şübhələnirsə, əlavə mütəxəssis dəvət edir. İlk öncə klinik situasiyanı dəyərləndirir, xəstə xəstəxanaya necə daxil olub, məsələn, nevroloji, fizioterapevt lazımdırsa, dəvət edirəm, onları dəvət etmək mənim hüququmdur. Təyinat da verilməlidir. Hər bir xəstənin gündəliyi yazılmalıdır. Xəstə necə daxil olub, xəstəni necə təhvil verir. Çünki xəstəni təhvil alan həkim bilməlidir ki, xəstənin vəziyyəti necədir. Vəziyyətin dəyərləndirilməsi iki formada olur. Məsələn, xəstədə tənəffüs çatışmazlığı var, bir də var, diaqnozu əsaslandırmaq. Əlbəttə ki, vəziyyəti dəyərləndirməsə, müalicəni necə aparsın. Elə situasiya var ki, şöbədə xəstə çox olur, həmin vaxt qeydiyyat aparmaq çətin olur. Şöbə müdürü çağırır ki, xəstənin qeydiyyatını apar, onlar da yazırlar. Tibb bacısının ixtiyarı yoxdur ki, həkimin icazəsi olmadan nə isə xəstəyə vursun. Növbə ərzində məsuliyyət növbətçi həkimindir. Həkim təyinat verməyib, lakin tibb bacısı xəstəyə bikarbonat köçürdüb bu halda məsuliyyət kimindir dedikdə isə, tibb bacısı səhvən köçürdübsə, bu hallarla bağlı subyektiv fikirlər var. Bu halda tibb bacısının da məsuliyyəti də var. Səhvi eləyib, kim səhv edirsə, cəzasını da almalıdır. Bir növbətçi həkimə neçə xəstə çarpayısı düşür sualına cavab olaraq bildirir ki, son illərin normativlərini bilmir, lakin sovet dövründə bir növbətçi anestezioloqa 6 xəstə düşürdü. Xəstəxanalar fərqlidir. Xəstəxanada iki şöbədə 15 və 11 çarpayı var, bu halda bir anesteziolaq varsa, xəstə gündəliklərinin yazılmaması halı ola bilirmi?, bu həkimə əsas vermir ki, xəstə gündəliklərini yazmayasan. Xəstə çoxdu, əlavə anestezioloq verilməlidir. Xəstə gündəliyi yazılmadığı halda rəhbərlik həkimə xəbərdarlıq da edə bilər, töhmət də verə bilər, subyektiv yanaşmadan asılıdır. Respirator dəstəyi verilməyib, valideyn deyib ki, xəstəni süni tənəffüs aparatına qoşmayın, belə olan halda xəstə süni tənəffüs aparatına qoşulmalı idi ya yox, sualına cavab olaraq bildirdi ki, göstəriş varsa, aparata qoşulmalıdır. Situasiya burada qarışıqdır, bununla bağlı bir şey deyə bilmir. Əgər valideynlər icazə verməmişdilərsə, bununla bağlı qeyd aparılmalı idi ki, icazə verilmədiyi üçün aparata qoşulmayıb. Həkim xəstəni dəyərləndirib hesab edib ki, süni tənəffüs aparatı lazım deyil. Həkim bunu düzmü dəyərləndirib yoxsa səhvmi dəyərləndirib, bu artıq həkim işində bilinir. Soda həyat üçün təhlükə yaradan dərman deyil. Əvvəlcədən xəstə təzə gəldiyi zaman həkim ilk növbədə xəstəni süni tənəffüs aparatına qoşmağa can atmır. Onun bir çox fəsədları olur. Süni tənəffüs aparatı son həddir. Qan qazları hər zaman onu göstərmir ki, xəstəni süni tənəffüs aparatına keçirilsin. Bəlkə elə xəstədə elə patologiya var ki, onu süni tənəffüs aparatına qoşulsa, xəstənin ağciyərləri partlaya bilər. Elə ağciyər var ki, tam inkişaf etməyib. Xəstə var ki, bir ağciyəri var. Həkim anestezioloq digər sahə həkimlər ilə məsləhətləşməlidir. Hər hansı narahatlıq olarsa, həkim deyə bilsin ki, digər həkimləri mən dəvət etmişəm. Mənim xəstə ilə bağlı qeydim var. Hüquqi baxımdan xəstə gündəliklərinin yazılması həkim anestezioloqun vəzifəsidir. Xəstə ölümü halı isə ayrıca olaraq araşdırma aparılır, qeydlər verilir. Bu həkim işinə daxildir. Xəstənin vəziyyətinin qiymətləndirilməsi, təyinat verilməsidə qeydiyyatdırmı, bəli qeydiyyatdır. Diaqnozun əsaslanırması həkim anestizoloqun vəzifəsidirmi ya yox sualına cavab olaraq bildirdi ki, klinik situasiyanı dəyərləndirir, o, təkcə diaqnozu əsaslandıra bilməz, o, sahəvi mütəxəssisləri dəvət edir. Əsas xəstəlik var, yanaşı xəstəliklər də var. Diaqnozu əsaslandırmaq üçün təşkilatçılıq edib, lazimi həkimlər çağırmalıdır. Ehtiyac varsa da, şübhələnirsə, o mütəxəssisləri dəvət edir. Sırf diaqnozu tam əsaslandırmaq, belə qabiliyyəti yoxdur, anestizioloqun. Şübhələndiyi əlamətlər olduqda o, mütəxəssis dəvət edir, yəni o onu özüm əsaslandıra bilməz. Diaqnozun əsaslandırmasında o, bilavasitə iştirak edir. Reanimatoloqun diaqnozu əsaslandırmasının vəzifəsi olub-olmamasına münasibətdə mütəxəssis bildirdi ki, o, onun səlahiyyətində deyil, lakin əsaslandırmaq üçün əlavə mütəxəssis dəvət edilməsi səlahiyyətindədir. Belə ki, təşkil edib onların qeyd etdikləri əsasında anestezioloq həkim tərəfindən müvafiq qeydlər aparılmalı və həmin yazılan elə diaqnozu əsaslandırmasıdır. Diaqnoz 3 hissədən ibarətdir: əsas patologiya, yanaşı və onun ağırlaşmaları. Mütləq diaqnozu təkcə həkim anestezioloq edə bilməz. Əsaslandırma odur ki, sahəvi həkim rəyini verir, diaqnoz yazılır, yekunda klinik diaqnoz yazılır. Məsələn, xəstənin qarnında kəskin ağrılar var. Xəstə reanimasiyaya daxil olduqdan sonra xəstəyə klinik diaqnoz qoyulur. Klinik diaqnoz qoymaq üçün təşkilatçılıq etməlidir. Xəstə reanimasiya şöbəsində 15 gün yatırsa da, qeyd edir ki, xəstə üçün müvafiq mütəxəssilər dəvət edildi. Müvafiq mütəxəssis rəyinə uyğun olaraq internatunal labarotor müayinələrə uyğun olaraq tibbi klinik diaqnozunu qurur. Biri var ki, söhbət reanimasiya şöbəsindən gedir. Onun vəzifəsi deyil ki, qəbul şöbəsinə düşə, xəstəyə ilkin baxış edə. İlkin baxışı qəbul şöbəsi yazır. İlkin baxış deyəndə, söhbət reanimasiya şöbəsinə daxil olan xəstədən gedir. Xəstə qəbul şöbəsində olanda xəstənin təzyiqi 120-nin 40-a olub, qarnında ağrılar var, qəbul şöbəsi lazım bilsə, həmin şöbədə xəstəni komputerə salır. Saat 18:00-da xəstə reanimasiyaya daxil olur, gələndə təzyiqini ölçür ki, 60-ın 40-dır. Sualı “həmin diaqnozu niyə əsaslandırmamısan?” kimi qoyduqda, elə çıxır ki guya bunu o etməlidir. Birdə var ki, “həmin bu diaqnozu əsaslandırmaq üçün niyə mütəxəssislər dəvət eləməmisən?” İkinci sualda isə o etməlidir. Reanimasiyada yatan xəstələrlə bağlı anestezioloq həkim özünə aid olanlarla bağlı mütəxəssis dəvət etmək, təşkilatçılıq etmək, məsələn o hesab edir ki, xəstə rentgen olunmalıdır. O, bunu edə bilər. Diaqnozun əsaslandırılması üçün isə məsələn, o nevroloq, ginikoloq dəvət etməlidir. Çünki xəstə daxil olub məsələn, 4 aylıq hamilədir, o nə etməli olduğunu bilmir, ginekoloq çağırır. O, bütün təşkilatçılıq edir. Mütəxəssis öz qeydini yazır, yekundadaki hər xəstəxananın öz qaydası var, məsələn özəllərdə rast gəlməmişdir, Semaşka xəstəxanasında isə o yazır ki, bütün mütəxəssislər dəvət olundu. Xəstəyə klinik diaqnozu yazır, xəstədə nələr olub, məsələn travma var. İddiaçı pulmanoloq çağırıbsa, onda dəvət eliyib, bu halda hərə gəlib bir söz deyib getdisə, xəstəlik tarixində qeydlər öz əksini tapmalıdır. Həmin gün diaqnozun əsaslandırılması tələb olunmur, köhnə əsasnamələrinə əsasən, 3 gün müddətinə son klinik diaqnoz qoyulmalıdır. İddiaçı plumanoloq çağırıb, gəlib, axı pulmonoloq da diaqnozun əsaslandırmasını yaza bilməz. Yanaşı xəstəliklər ola bilər. Yazılan yekun rəylərə uyğun olaraq anestezioloq bir yerə qeydiyyatını edir. Məsələn nevroloq dəvət edib, öz qeydini edir. Əsaslandırmanı aparmaqla bağlı iki yanaşma var, biri var sualı belə qoyursan ki, “niyə əsaslandırmamısan?”, bu artıq tələbdir. Biri də var sual qoyursan ki, “diaqnozu əsaslandırmaq üçün niyə mütəxəssislər dəvət etməmisən?" Nuridə xanım plumanoloq çağırmaqla öz işini görüb. Öz şöbəsində təyinatı verməli, tibb bacısının, sanitarkanın işinə nəzarət etməlidir. Bunların hamısı onun öhdəliklərinə daxildir. İndiki situasiya fərqlidir, xəstə birbaşa reanimasiyaya daxil olur, bu zaman ilkin baxışı o, yazır. Qəbul şöbəsinə gəlmiş xəstənin ilkin baxışını qəbul həkimi yazır. O, reanimasiyaya gələn xəstənin ilkin vəziyyətini dəyərləndirməlidir. Bəlkə elə xəstə olur ki, qəbul şöbəsi onu şöbəyə qoyacaq. Beləliklə, xəstə xəstəxanaya girirsə, ilkin baxışını qəbul şöbəsi yazır. Reanimasiyaya girirsə, ona ilkin baxışı reanimasiyaya məsələn 6-da gəlib, onun qeydiyyatını edirəm. Xəstəni qəbul şöbəsi qəbul edibsə, qəbul şöbəsi öz qeydini yazır, qəbul həkimi nələri etdiyini yazır, xəstənin vəziyyətinin ağırlığını dəyərləndirərək reanimasiyaya göndərir. Həkim anestezioloqun aşağı qəbul şöbəsinə düşmək kimi vəzifəsi yoxdur. İlkin baxışı qəbul şöbəsi yazır. İlkin baxış hansı ki, xəstə reanimasiyaya daxil olur. Məsələn qəbul şöbəsinə daxil olan xəstənin təzyiqi fərqli olmuş, reanimasiyaya daxil olanda fərqli olmuşdur. Həkim anestezioloq xəstənin reanimasiyaya necə daxil olması, xəstəni necə təhvil almasını qeyd edərək ilkin baxışını yazmalıdır. Elə hal olur ki, xəstə birbaşa reanimasiya şöbəsinə daxil olur. Həkim anestezioloq ilkin baxışını bu halda özü yazır. Nuridə xanım, xəstə Abbasova Həcərin reanimasiyaya daxil olduğu zaman olan necə qəbul etdiyini yazmışdır. Epikriz xəstə xəstəxanadan çıxanda yazılır. İlk öncə baxılmalıdır ki, xəstə necə daxil olub, hansı müayinələr aparılıb, baxıb yazılmalıdır. Gündəliklərə baxılmalıdır.

Şahid ifadələri :

82. Məhkəmə baxış iclasında (xx.xx.2024-cü il tarixli) şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, o, Ağciyər İnistitunda həkim-reanimatoloq kimi covid dövründən etibarən, xx.xx.2020-ci il tarixdən çalışmış, ondan əvvəldə Yeni Klinikada, Fövqalada Hallar Nazirliyində, lap əvvəl Sabunçu xəstəxanasında çalışmışdır. Nuridə xanımı da Ağciyər İnistitundan, covid dövründən etibarən tanıyır. Xəstəxanada ən ağır covid xəstələrini İddiaçı qəbul və müalicə edib, ümumiyyətlə ən ağır xəstələrlə o məşğul olmuşdur. Professional həkimdir. Nuridə xanım kollektivdə də hamı ilə normal münasibətdə olmuşdur. Onlar xəstəxanada keçirilən iclaslarda, 5 dəqiqəliklərdə iştirak etmişlər. Onlar iclaslarda xəstələrdən, növbədə baş verənlərdən, işin ağırlığından, çox vaxt iki korpus arasında qaçdıqlarını üçün işi çatdırmadıqlarından, həmçinin reanimasiyanın 3-cü, 4-cü mərtəbədə olduğu və liftin işləmədiyi üçün düşüb-çıxmağın vaxt aldığından, bonusların ödənilməməsindən danışmışlar. Hər gün işə başlamamışdan əvvəl gecə növbəsi və səhər növbədə olanlar yığışmış, birinci günlər isə bütün həkimlər iclaslarda iştirak etmişdir. Onların su içməyə belə vaxtları olmamış, hətta orada kuşetkanı belə yığışdırmışlar. Onlara bonusları vermirdilər. Onlarda Vəfa adlı doktor olmuşdur. O həm də başqa yerdə işlədiyi üçün ona digər iş yerindən bonuslar verildiyini bildirmişdir. Bundan sonra onlar da onlara nə üçün bonus verilmədiyini sorğulamışlar. Vəfanı onların xəstəxanasına Nuridə həkim gətirmişdir. Vəfa həkim Nuridə doktora həkimə dedikdən sonra Nuridə həkim direktora, baş həkimə bonusların verilməsi barədə deməyə başlamışdır. Onlar direktora bonuslar üçün müraciət etsə də nəticəsi olmamışdır. Buna görə onlar da şikayət etmişlər. Bir neçə şikayətdən sonra, onlara bonuslar verilməyə başlanılmışdır. Bonusları 3-4 dəfəyə vermişlər. Bundan sonra baş həkimlə, direktor Nuridə xanımın düşmanı olmuşlar. Ona 2 töhmət verilmişdir. Onun özünə də birbaşa xəstə gündəliyini yaza bilmədiyinə görə töhmət verilib, yəni onlar da heç kəs yazıb çatdırmır, ona görədə hamıya töhmət verilmişdir. Onlar iki korpus arasında qaçmış, hər korpusda ən azı bir ağır xəstə olmuş, növbə ərzində xəstənin biri rəhmətə gedir, xəstənin biri aparata qoşulurdu, yəni yazıb çatdırmaq olmurdu. Bütün həkimlər xəstə gündəliyini yazıb çatdıra bilməmiş, ona görədə bütün həkimlərə xəstə gündəliyi yazılmadığı üçün töhmət verilmişdir. Buna görə də iclaslarda onlar reanimasiyaların ayrılması, ya da onlara əlavə həkim verilməsi barədə təklif vermişlər. Onun bildiyinə görə ştatda 8 həkim olmalı idi. O, Vəfa həkim, Nuridə həkim, birdə Fikrət həkim. Fikrət həkim də şöbə müdiri olduğu üçün növbəyə qalmamış, yəni 3 nəfər həkim işləmişlər. İndi o Sumqayıtda xəstəxanada işləyir. Ordada 8 nəfərdi, amma Ağciyər inistitunda onlar iki reanimasiyada da işləmişlər, biri 15 nəfərlik biri 12 nəfərlik yəni 2 reanimasiyasinın işini görmüşlər. X75 ölümündə onların hamısı təqsirli hesab edilib, onlar da ölüm komisiyası yaradılmışdır. Orada onların hamısında günah olduğu deyilmişdir. Belə də, Zöhrab əvvəlcədən inkşaf qüsurlu uşaq olmuş, onun valideynlərinə həkimlər demişlər ki, o heç 18 yaşına çatmayacaq öləcək. Valideyinləri onunla tam razı idilər. Zöhrab onlara gələndə ağır idi. Onu vəziyyətdən çıxartmışlar və bundan sonra düzəlmişdir. Amma buna baxmayaraq rəhmətə getdi. Komissiya onu Zöhrabın ölümündə niyə qan qazını yoxlamamısan deyə günahlandırmışdır. Birinci o, çatdırmırmış, ikincidə o stabil olmuşdur. Buna görə ona töhmət verilmişdir Töhmət əmrində də niyə aparata qoşmadıqları, niyə qan qazı götürmədikləri qeyd edilib. Ona ümumiyyətlə 2 töhmət verilmişdir. Qeyd etmişdir ki, onlar Zöhraba oksigen dəstəyi vermişlər, o da respirator dəstəkdir. Ölüm komissiyasında reanimatoloq yoxdur. Onlar-reanimatoloqlar hamısı Zöhrabın növbəsində olmuş, onların heç biri onu aparata qoşmamışdır. Ölüm komissiyası qan qazını irad tutmuşdur. O, biri xəstələrində qan qazı Zöhrabdan çox fərqlənməmişdir, onda gərək hamısına aparat qoşmalı idilər. Onlar qoşmağın mümkünsüzlüyünü bildirsələr də, töhmət vermək üçün onlara fikir verməmişlər. Xəstə gələndə onlar anamnez toplayanda onlara valideyinləri “beynindən əməliyyat keçirib əməliyyat edən həkim deyib aparata qoşmaq olmaz”-deyə bildirmişlər. Lakin onlar valideynlərinin dediklərinə görə yox, ehtiyac olmadığı üçün Zöhrabı aparata qoşmamışlar. Xəstənin aparata qoşulub-qoşulmamasına reanimataloq qərar verir. Ölüm kommisiyasında reanimatoloq olmadığına görə, onlar aparatı nə vaxt qoşulmalı olduğunu başa düşməmişlər. Epikriz hadiəsinin səhəri günü, ya biri gün maksimum 2 günə yazılmışdır. Baş həkim xəstəlik tarixçəsini oxuyur, yoxlayır, məsələn elə olub ki, orada diaqnozun əsaslandırması olmadığından xsətəlik tarixçəsi geri göndərilib. Əslində diaqnozun əsaslandırmasını profil üzrə həkim etməlidir. Məsələn, onlar da plumoniloq həkim deməlidir ki, X108əliyini əsaslandırıram. Profil üzrə həkim əsaslandırmalıdır. O, izahatında bildirmişdir ki, soda Zöhrahın müalicəsində yoxdur. Nuridə də yazmayıb. Onlar bilirlər ki, hansı xəstələr nə ilə müalicə olunur. Zöhrabın xəstəliyinin müalicəsində natrium karbanat yoxdu, Nuridə yazmayıb və mümkün deyil. Onlarda müalicə yazılır, tibb bacıları ona uyğun hərəkət edir, orada işləyən tibb bacıları 20 ilə yaxın iş tərübələri olan tibb bacılarıdır, inanmır ki, onlar belə hərəkət edə. Onlar da lövhə var. Tibb bacıları ora müalicəni yazırlar, onu doldururlar və ona uyğun hərəkət edirlər, onlar səhv eləməmək üçün bütün tədbirləri öz aralarında görürlər. O, heç cür izah edə bilməz. Ola bilməz vursun. Onlarda şifahi şəkildə deyilmir, həkimlər əvvəlcə xəstəlik tarixlərinin qırağına yazır, tibb bacıları onu lövhəyə köçürüb ordan sonra edirlər, bundan başqa natrium bikarbonat elə bir dərman deyil ki, şifahi deyilsin. Məsələn xəstə ağırdırsa, şifahi demək olar adrenalin vur, amma deyə bilməz ki, natrium bikarbonat vur. O, xəstə gəldikdən sonra təyinatı yazır və tibb bacısına təhvil verirmiş, tibb bacısı da dərmanları da götrürüb vururdu. Əgər özbaşına vurubsa, məsuliyyəti tibb bacısının özü daşıyır. Orada soda yazılıb, onlar soda yazmır, natrum karbonat yazırlar, yəni dərmanını üzərində necə yazılırsa, onlar elə yaza bilərlər, ya da bir başa dərmanın tərkibini yazırlar. Əgər o, “soda” yazısını görsəydi, irad bildirərdir. Əgər xəstədə CO2 qanda qalxıbsa demək vurulmuşdur. Xəstə mayın 5 daxil olub, sənədlərdə də görünür ki, xəstə daxil olanda qanda CO2 çox olub, yəni 3 dənə uçbucaqdır, amma sonra azalıb 107-dir. CO2 qanda azalıbsa, demək soda vurulmayıb. Yəni vurulsa idi dahada qalxardı, gələndə CO2 o qədər çox olub ki uje görünmür dərəcə. Nuridə xanımın nöbəsində soda vurulmayıb. Müalicə təyinatı qeydiyyatdır. Nuridə xanım Zöhraba müalicə təyinatı yazmışdır, müalicə yazmazsa etməzlər. Şifahi təyinat verilmir və veriləndə də tibb bacısı icra etmir. Onları çox sıxmışdılar, yəni hədsiz və mənasız sıxırdılar və Nuridə də işdən çıxmışdı, bir çox xəstəni birbaşa o müalicə edirdi, yəni əsas müalicə edən həkim o idi, vəziyyətin daha da pisliyə doğru getdiyini və onlara töhmət verdiklərini gördükdə o da ərizəni yazıb çıxmışdır. O, işdən çıxan kimi həmin vaxt özünə iş tapmışdır. O, özünə iş tapdığı yerə Nuriyə xanımı iş üçün desə də, onun əlində xəsdə öldüyü üçün ondan çəkindilər və işə götürmədilər. İlk öncə götürmək istəsələr də, sonra o yazılan o sözə görə götürməmişdilər. O bildirdi ki, Zöhrab onun növbəsində ölüb. Zöhrab onun növbəsində ölsə də, əmrində belə bir şey yazılmayıb, onun əmrində yazılıb ki, öz xahişi ilə işdən azad olub. Amma Nuridə də əmirdə yazılıb deyə dedilər ki, “biz çəkinirik işə götürək”. Onlar sistem qoşanda təmzimləyən şestionka var, yəni onunla 1-2 dəqiqəyə də köçürmək olar, 1-2 saatada köçürmək olar. Həmçinin qeyd etmişdir ki, onlarda qan qazı aparatı bir ədəddir, xəstəxanada qan qazı aparatı işləyəndə deyirdilər bu ən böyük meyardı. Xəstəyə aparatın qoşulması lazım deyildi. Ona görə qoşulmamışdır. komissiyada reanimatoloq olmayıb, məsələ bundadır ki nə o, nə Vəfa, nə Fikrət doktor heç kəs qoşmamışdır. Çunki lazım deyildi. Reanimatoloqlar qərara gəlirki qoşmaq olmaz. Amma reanimatoloq olmayan ölüm komissiyası başlayıb ki, siz qoşmalıydınız. O onların işidir. Hər hansı xəstə gələndə qiymətləndirmə aparılır. Reanimatoloqlar deyir ki, əsas meyar qan qazı deyil, əsas meyar olsa onda gərək hamısı aparatlara qoşulsun. Reanimasiyaya gələnlərin hamısı xroniki xəstədir, karbon qazları hədsiz çox olur, oksigen hədsiz az, bunların hamısını aparata qoşmaq düzgün deyil. Nuridə xanım gecə növbələrinə çıxır, xəstələri o götürürdü, müalicələri o təyin edirdi, onlarda ən güclü Fikrət, həkim idi, bir də Nuridə xanım idi, orada sonra o, Xəyal, Pakizə, Vəfa, Şöyü onların hamısını işdən çıxarıblar, Fikrət, Nuridə müalicə həkimi onlar isə növbətçi həkim olmuşlar. Əgər qan qazı qoşmaq lazım idisə, Nizami Tibb mərkəzində özləri qoşardılar. Xəstəyə soda vurulmayıb, orada CO2 düşüb, əgər vurulsaydı CO2 qalxardı. İlkin baxışı qəbul edən həkimi yazır, reanimatoloqun vəzifə borcu deyil, qəbul həkimi yazmalıdır. Töhmətlərin verilməsinin tarixi dəqiq yadında deyil, amma bir ay ərzində verilmişdir. Biri xəstəlik gündəliyi yazılmadığı üçün digəri isə Zöhraba görə verilmişdir. Əgər xəstənin vəziyyəti stabildirsə, xəstədə yəni heç bir göstərici dəyişmirsə, bir dəfə yazmaq bəhs edir. Əgər xəstənin vəziyyəti dəyişirsə, gündə 3-4 dəfə də yazıla bilər. Əgər xəstənin vəziyyəti onun növbəsində dəyişməyibsə, ondan əvvəl yazıya uyğun aparılır. Belə ki, növbəyə gəldikdə baxır ki, bu gün üçün bu yazılanlar bəs edir?, yəni xəstənin vəziyyəti dəyişməyib. Məsələn, o gəlir, görür ki, bugünki tarixdə yazılıb və o da çatdırmır, vəziyyət dəyişməyib yazmır. Onlar çatdırmadıqlarını gördükdə stabilləri yazmır, qeyri-stabiləri yazmışlar. Stabiləri yazmırdılar, çünki onsuzda vəziyyət dəyişməyib. Müdriyyət buna görə irad tutduğunu rəsmi bildirməsə də, ancaq töhmət verilən zaman storiyaları yığmışdılar, onda yoxlayıb töhmət verdilər ki yazılmamışdır. Orada kuşetqanı yığışdırıb, “reanimatoloq yatmamalıdır, uzanmamalıdır” demişlər, su belə içməyə vaxtları olmamışdır, nəinki istirahət edib yemək yeməyə. Onlar heç liftə girə bilməmişlər, ya lift işləməmiş, ya da icazə verməmişlər. Ayaq üstə qalmaqdan, o tərəf bu tərəfə qaçmaqdan fiziki gücləri qalmırdı. Nuridə xanımın şikayəti nəticəsində əmək müfətişliyinin xəstəxananı cərimə etməsini bilmir. Xəstə də ayın 5-i CO2 o qədər çoxdur ki, ayın 6-sı artıq 107-ə düşmüşdür. Bu o deməkdir ki buna natrium karbonat vurulmamışdır. Əgər vurulsa idi, ayın 5-i köçürülsə idi, sonrakı gün ayın 5-də olduğu kimi olardı. Bəlkədə daha çox. Xəstə gələndə yoxlanır, Zöhrab ağır vəziyyətdə gəlmişdi. Əgər vurulsa idi, bəlkə də ölmüş olardı. Əgər vurulsa idi, onun təsiri 1-2 gün, bəlkədə daha çox çəkərdi, yəni qanında görsənərdi. Zöhrab gələn gün təyinatı Nuridə həkim vermişdir.

83. Məhkəmə baxış iclasında (xx.xx.2024-cü il tarixli) şahid qismində dindirilmiş X67 izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilə qədər Ağciyər İnstitunda işləmiş və Nuridə xanımı Ağciyər İnistitunda işləyən vaxtdan tanıyır. Qeyd etmişdir ki əmək müqaviləsinə təhdid formasında xitam verilmişdir. Onu dəfələrlə təhdid etmişlər və o da özü çıxmışdır. Yəni dərmanların olmaması, işdə artıq işləməsi, bonusların verilməmisindən, iş ağırlığından, reanimatoluqların olmamasından, pullarının kəsilməsindən dedikdən sonra ona onu maddə ilə çıxaracaqlarını demişlər. O da ərizə yazıb çıxmışdır. Nuridə xanım insan kimi yaxşı insandır, nümunəvi işçidir, dəfələrlə baş həkimin yaxınlarının xəstələrini, yuxarıdan tapşırılmış xəstələr sırf Nuridə xanıma tapşırılıb ki, Nuridə xanım müalicə etsin, xəstə vəziyyətdən çıxarılsın, direktor müavini burada şahiddir, özləri yaxşı bilirlər. İclaslarda iştirak etmiş, işin ağılrlığını, reanimatoloqun olmamasını, bonusların verilməməsini, istirahətsiz işlədiklərini demişlər. Bonuslarla bağlı onlara bildirmişdilər ki, reanimatoloqlara bonusları təbib vermir. Halbuki Nuridə xanım araşdırdı gəldi, iclas oldu və dedi ki, verilir. 6 aydan sonra verildi. Onların 2022-ci ilin aprelində alacaqları bonuslar 2023-cü ilin iyununda verilmişdir. Bundan sonra münasibət qəti qərəzli olmuşdur. Onu çıxartdıqdan sonra da Nuridə xanımı çıxartmışlar. Xəstəxanada ağır xəstələr çox idi. Ağır xəstə çox olduğu üçün ilk növbədə xəstələrlə məşğul olurdular. Ağır xəstələr qeyd olunurdu, yazdıqlarını yazır, çatdırmadıqlarını yaza bilmirdilər. Xəstə gündəliyini 3-5 gün sonra yazmaq olmaz, qeyri-qanunidir, həmin gün yazılmalıdır. Bir reanimatoloq yazıbsa, o biri yazmalı deyil, xəstənin vəziyyəti dəyişən vaxtı qeyd olunur yazılır. Növbə ərzində bir reanimatoloqa maksimum 3-4 xəstə düşür. İstirahət vaxtları yox idi, nə istirahət, nə nahar vermirdilər.Onlar çatdıra bilmirdilər, həmin vaxt xəstənin həyatı daha önəmli idi. O, işdən çıxdıqdan sonra özünə iş tapmışdır və dövlət müəssisəsində işləyir. O, Nuridə xanımı işə düzəltmək istəsə də, amma sənədlərini istədikdə və sənədlərində səhlənkarlıq, ölüm ilə xaric olunmanı gördükdə dövlət müəssisəsi qorxub götürmür. O, hal-hazırda Respublika Diaqnostika Mərkəzində reanimasiya şöbəsində işləyir. 100 ml mayeni xəstəyə 2 dəqiqəyədə köçürmək olar, 24 saatada köçürə bilərlər. O baxır xəstənin vəziyyətinə, dəqiq vaxtı kitab yazmır. Nuridə xanıma şifahi xəbərdarlıq olunmasını eşitməmişdir. Həmişə tənqid ediblər ki, “səni işdən çıxardarıq, ailə söhbəti ailədə qalsın. Burada olan söhbətləri başqa qurulmalara yazmaq olmaz”. Nuridə xanım istirahətsiz işləyirdi, yorğun olurdu, reanimatoloq yox idi, dərmanlar yox idi. Xəstəxanada ən ağır xəstələri Nuridə xanım müalicə edir, Nuridə xanıma tapşırılırdı. Reanimatoloqların tibb bacısına şifahi göstəriş verməsi ola bilməz. Həkim xəstəlik tarixçəsinə qeyd edir, ondan sonra tibb bacısı həkimin xəstəlik tarixinə yazdığını icra edir. Tibb bacısı xəstəlik tarixindən təyinatı lövhəyə köçürür, sonra başlayır həmin lövhədən onu icra edir. Müalicə təyinatı xəstəlik tarixinə yazılırsa, bəli təyinat qeydiyyat sayılır. Reanimataloq xəstəyə baxır, dəyərləndirir sonra təyinat yazır. İlk növbədə baxıb dəyərləndirir, sonra təyinat verir. Növbədə olan və ya xəstəni qəbul edən reanimatoloq baxır xəstənin qan qazlarına ona uyğun təyinat tərtib edir. Qan qazı yeganə təyinat meyarı deyil, digər meyarlarda var.

84. Məhkəmə baxış iclasında (xx.xx.2024-cü il tarixli) şahid qismində dindirilmiş X69 izahatında bildirmişdir ki, o reanimatoloqdur, iddiaçını iş yerindən tanıyır. O, Cavabdehində 2022-2023-cü il tarixlərində işləmişdir. Bir illik əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra əmək müqaviləsinə xitam verilmişdir. O, İddiaçı xanımı peşəkar, savadlı reanimatoloq kimi tanıyır. O, öz işini, peşəsini bilən adamdır. Şöbədə də kifayət qədər nüfuzlu həkimdir. O, xəstxanada keçirilən icaslarda iştirak etmişdir. İddiaçı şöbənin işinın ağır olması, şöbənin işinin düzgün bölünməməsi məsələlərini iclasda qaldırmışdır. Cavabdehində iki reanimasiya şöbəsi var, 10 və 15 çarpayılı reanimasiyalar idi. Üst-üstə 25 xəstə olurdu. Cəmi bir nəfər reanimatoloq həkim olurdu. Qaldırılan bu məsələlərə düzələr-düzələr deyilirdi. Nahar etməyə otaq yox idi. İşlədikləri stolda çay içə bilirdilər. Əvvəl istirahət üçün kuşetka olsa da, sonra isə həmin kuşetkaları götürdülər. Bonusları kifayət qədər gec almışlar. Bir neçə dəfə bu məsələ qalxdıqda, vərəm dövlət proqramına daxil deyil deyilmişdir. Nuridə xanım “reanimatoloqun bonusu verilməlidir”- dedikdən sonra verilməyə başlamışdır. Şikyətlərdən sonra narazıçılıq əlbəttə olmuşdur. Şikayətlərdən sonra bonusları ödənildi. 27 xəstə varsa, həm ağır xəstələr var, həm gecə ərzində, növbə ərzində vəziyyəti müxtəlif vaxtlarda dəyişən, ağırlaşan xəstələr olurdu ki onlara birdən artıq gündəlik yazılırdı, lakin çalışırdılar ki, heç olmasa xəstəyə bir gündəlik yazılsın. Növbə ərzində çalışırmışlar ki, heç olmasa bir gündəlik yazılsın. Bir növbə müddəti, gecə növbəsində 12 saat, gündüz isə 6 saat olurdu. Növbəni qəbul edəndə ümumi xəstələri gəzmiş, çalışıblar ki, gündəlik yazsın. Məsələn 27 xəstə varsa, ağır xəstələrə üstünlük verir, xəstənin vəziyyəti stabildirsə, bir gündəlik yazmışlar. hər növbənin növbətçisi var, hər növbətçi özü yazır. Gündəlik yazmağı çatdırmadığı vaxt olmuşdur. Çatdırıb yazmadıqda 3-5 gün sonra gəlib yazmamışdır. Çünki onu yazmaqda düz deyil. 3-5 gün sonra xəstə həmin xəstə deyil. Xəstənin analizləri, heç olmasa, analizləri, hemodinamikası dəyişir. Əslində epikriz reanimasiya şöbəsində yazılmamalıdır. Xəstə çıxdıqdan sonra yazılır. Tutaq ki, vərəmə epikriz bir həftə sonra verilir. Aydın məsələdir ki, epikriz sənəd kimi çıxırsa, baş həkim imzalamalıdır. Baş həkim epikrizi yəqin ki, yoxlamalıdır. İlkin baxış və diaqnozun əsaslandırılması reanimatoloqun fəaliyyəti deyil. Reanimasiya şöbəsinə hazır diaqnozlu xəstələr qoyulmalıdır. Başqa xəstəxanalarda işlədikləri müddətdə orada istirahətlə, naharla bağlı narazıçılıqlar olmamışdır. İnstitutda bir tərəfdə, 4-cü mərtəbədə 15 xəstə var, digər tərəfdə 12 xəstə var. Həkim bir mərtəbədən düşüb, gedib o biri tərəfdəki xəstələrə baxmalıdır, əlbəttə ki, bu çətindir. Tibb bacılarına şifahi göstəriş vermək düzgün deyil. Onlarda A4 formalı kağızlar olur. Bir tərəfdə təyinatlar olur, digər tərəfində gündəliklər olur. Kifayət qədər yer olur. Göstərişləri şifahi şəkildə deyildə, yazılı şəkildə verirlər. Şifahi göstərişləri icra etmək tibb bacısının vəzifəsi deyil. O, çox yerdə işləmişdir. Tibb bacıları “yaz, sonra mən edim” deyə bildirir. Qan qazlarının göstəriciləri oksigen aparatına qoşmaq üçün yeganə meyar deyil. Süni tənəffüs aparatına qoşmaq qərarını reanimataloq-anestizioloq verir, başqa heç kim verə bilməz. Həmçinin qeyd etmişdir ki, Nuridə xanıma onun fəaliyyəti dövründə şifahi xəbərdarlıq olunmamışdır. 100 ml mayeni 2 dəqiqəyə də, bir saata qədər də köçürmək olar. Ola bilər ki, çox olsun. Bu xəstənin xəstəliyinin gedişindən, verdikləri dərmanın məqsədindən asılıdır. Müalicə təyinatının qeydiyyat hesab olunmasına hansı aspektdən yanaşılmasından asılıdır. O da qeydiyyatın bir növü hesab olunur. Bəzi preparatlar var ki, onun altından həkim imza edir ki, məsələn bu preparatı Fərəcov təyin edib. Son vaxtlarda bir dəfə töhmət almışdır. Rəhbərlik bilirdi ki, o, bir neçə yerdə işləmiş, İnstitutda isə onu yarımaklata götürmüşdülər. TƏBİB əvvəl icazə verməsədə, sonra direktor danışmış və onu onu işə götürmüşlər. Broxonskopiya prosesi olanda o, orada narkozu təmin edirmiş. O, xəstəxanada qalmaq istəməmişdir. Tibb bacıları var ki, müasir dövürdə gedib evdə sistem vururlar. İnstitutdakı tibb bacıları barədə təəssüratı odur ki, onlar zəif idilər. Onunda çox səbəbləri var. Şöbənin darısqal olması, şəraitsizlik səbəblərdəndir. Natrium bikarbonat vurulandan sonra CO2 qalxmalıdır. Əgər vurulubsa, karbon qazı da, hidro karbonatda qalxmış olar. CO2 nə qədər çox olsa da, o rəqəmlə göstərməlidir. Məsələn şəkər aparatı deyil ki, “high level” yazsın. Əgər vurulsa idi, qalxardı. Xroniki xəstələrdə bir neçə günə qədər təsiri ola bilər. CO2 üçün norma göstərici 45-ə qədərdir, 107 göstərici çoxdur, lap çoxdur. Onlar da aparatlar köhnə aparat olduğuna görə şəkər aparatındakı kimi high level göstərə bilir. “CO2-nin qabağında 3 ədəd yuxarıya doğru istiqamətlənmiş işarə nə deməkdir?”-sualına, “CO2 bu halda çox yüksəkdir”-deyə bildirmişdir. CO2-nin göstəricisi 45-ə qədərdir. Soda vurulsa idi, göstərici lap yuxarı olardı. İlk öncə mütəxəssis baxıb deyir ki, xəstənin diaqnozu budur. Reanimatoloq isə həyati vacib sistemlərin bərpası ilə məşğul olur. Reanimasiya şöbəsinə diaqnozu qoyulmuş xəstələr gəlməlidir.

85. Məhkəmə baxış iclasında (xx.xx.2024-cü il tarixli) şahid qismində dindirilən X63 izahatında bildirmişdir ki, o, Cavabdehində 1999-cu il tarixindən həkim kimi fəaliyyətə başlamış, 2009-2022-ci il tarixindən elmi katib kimi, 2022-ci il tarixindən indiyə kimi baş həkim vəzifəsində işləyir. Heç kimin iddiaçıya qarşı qərəzli mövqeyi olmamışdır. Hətta yadındadır ki, əvvəllər Nuridə xanım işə gələndə sakit xanım idi, onu mühüm işlərə cəlb etmirdilər. Kənarda qalırdı, növbələrə çıxırdı və.s. Ardıcıl olaraq analıq məzuniyyətlərinə getmişdir. Onun geri dönüşü Covid 19 pandemiyası dövrünə təsadüf etdi. Onların xəstəxanada yeganə reanimataloq var idi, o ürək əməliyyatı olduğu üçün işə çıxmamış, əvvəlki direktorları olan Həqiqət Qədirova ondan xahiş etmişdir ki, reanimasiyanın işini aparmaq lazımdır. Hardasa Covid başlamazdan 5-6 ay əvvəl ondan xahiş etdilər, idarəçiliyi öz üzərinə götürsün. Sonra Covid pandemiyası başladı, reanimasiyada gərgin iş rejimi idi. O, reanimasiyada tək işləyir, həm reanimatoloq vəzifəsini, həm elmi katib vəzifəsini icra edirdi. Onlar TƏBİB-dən, Səhiyyə Nazirliyindən xahiş etdilər ki, onlara həkim- reanimataloq versinlər. Onlara bir neçə reanimatoloq cəlb etdilər. Onlar gecə növbələrinə gəlirdilər. Lazım olanda xüsusi reanimasyon tədbirlər görmək üçün məsələn, intubasiya. Nuridə xanım qayıtdıqdan sonra o, sevinmişdir ki, o, reanimasiyadakı işlərdən uzaqlaşıb pulmanologiya ilə məşğul olacaq. Həqiqət Qədirovadan xahiş etmişdir ki, şöbə müdirliyi vəzifəsini Nuridə xanıma həvalə etsin. Xəstəxanada ikinci şöbə açıldı. Reanimasiyada Nuridə xanım və digər reanimataloq işləməyə başladı. Onların xəstəxanada iki reanimasiya şöbəsi var idi, vərəm və qeyri-vərəm, birinci korpusdakı 15 çarpayılı reanimasiya, ikinci korpusda 10 çarpayılı reanimasiya şöbəsi var idi. Onlar Covid vaxtı qərara aldılar ki, onları birləşdirsinlər. Reanimasiya şöbəsi cərrahiyə şöbəsinə köçürüldü, bundan sonra reanimataloqlar ikinci mərtəbədə işləməyə düşdülər. Sonra reanimasiya şöbəsində xoşa gəlməz hallar baş verirdi. Xəstələrdən pul oğurlanırdı. Xəstələrin əşyaları itirdi. Bu kimi hadisələr Nuridə xanımın dövründə çox baş verirdi. Nuridə xanımla tibb bacıları, tibb işçiləri arasında münaqişlər baş verirdi. Nuridə xanımın dediklərini etmirdilər. Nuridə xanım bəzən xəstələrə səhv təyinatlar verir, tibb bacıları narazılıq edirdilər. Ona kobud cavab verirdilər. Nuridə xanım baş tibb bacısına iş tapışırdıqda, tibb bacısı isə iddiaçıya “işim var, başqası etsin”-deyə cavab vermişdir. Kobud şəkildə cavab vermişdir. Direktor ona tapşırdı ki, reanimasiyadan nəzərini çəkməsin. Etik davranış qaydalarına əməl etmirdilər. Onlar hətta bütün tibb işçilərini yığıb demişdilər ki, “həkim Sizə nə deyirsə, ona əməl edin, demək ki, həkimin bir bildiyi var”. Bundan sonra münaqişələr kəsildi. Əsas kökü ondan irəli gəlirdi ki, həkimlər xəstələrdən pul alırdılar, tibb işçilərinə vermirdilər. Tibb işçiləri də xəstələrdən oğurluq etməyə başlamışdılar. Onlar belə qərara gəldilər ki, xəstə gələndə tam şəkildə yoxlansın. Üzərindəki əşyalar götürülsün, qızıl-zinyət əşyaları, pul götürülüb seyfə qoyulsun. Bir müddət sakitləşsələr də, sonra yenə münaqişələri başladı. Münaqişlər azalsın deyə, onlar orta tibb işçilərini reanimasiya şöbəsindən çıxardıb başqa şöbələrə verdilər. Yaxşı işləyən tibb bacılarını reanimasiya şöbəsinə yerləşdirdilər ki, problem olmasın. Bir müddət problem aradan qaldırıldı. Hətta keçmiş direktorları Nuridə xanıma demişdi ki, “Nuridə sən utanmayacaqsan ki, səni çıxardıb yerinə təzə işləməyə başlamış Məhəmmədəli həkimi qoyum”. Qeydiyyatla bağlı, xəstə gündəliklərinin yazılması ilə bağlı problemlər olurdu. Gah yazılırdı, gah yazılmırdı. Onlar tapşırmışdılar ki, həkimin yazılı təyinatı yoxdursa, xəstəyə nə isə vurula bilməz. Həkimin şifahi təyinatı yolverilməzdir. Nuridə xanım telefonla zəng edib, xəstəyə filan şey vurulmalıdır deyirdi, səhərisi gün təyinat verdiyi dərmanı qeyd etməyi unudurdu. Covid 19 pandemiyası dövründə yoxlamalar tez-tez olurdu. Xəstəlik tarixləri bir-bir yoxlanırdı. Nuridə xanım həmin dövürdə xəstəlik tarixlərinin doldurulmasında qüsurlara görə 21 avqut 2021-ci il tarixdə hətta bir dənə xəbərdarlıq da almışdır. Sonra sentyabr ayında növbəti xəbərdarlıq verildi. Bu zaman tibb bacısı və Nuridə xanım şöbədə işin düzgün qurulmamasına görə xəbərdarlıq almışdılar. Sonra Nuridə xanımdan həvalə götürüldü. Covid-19 pandemiyası bitdi. Əvvəlki şöbə müdiri öz vəzifəsinə qayıtdı. İddiaçı reanimasiyada öz işini davam etməyə başladı. Reanimasiya şöbəsində xəstələr aylarla qalırdılar. Eyni təyinatların nəyin əsasında aparıldığı bilinmirdi, qeydiyyatlar əksər hallarda düzgün aparılırmırdı, xəstəlik tarixləri yazılmamış aylarla qalırdı. O da çalışırdı ki, kömək etsin. O, özü xəstəlik tarixlərini qabağına qoyub, birlikdə bir-bir yoxlayırdılar. Nuridə xanıma “bax bu yoxdu, yazın. Sən bu diaqnozu yaz ki, özünü sığortala. Yaz sən bu analizlərin nəticəsində bu diaqnozu qoymusan” deyə demişdir. Aydındır ki, reanimasiyada həyatı kritik olan xəstələr yerləşdirilir. Bir orqan zədələnir və s. Belə olan halda müxtəlif mütəxəssislərin rəyinə ehtiyac yaranır. Onlar işi asanlaşdırmaq üçün hər şöbəyə, vərəm xəstələri ilə məşğul olan şöbəyə bir ftiziator təyin etmiş, plumanoloqiya şöbəsinə pulmanaloqları təhkim etmişlər. Kənardan da müxtəlif mütəxəssislər dəvət olunurdu. Kənardan dəvəl olunan mütəxəssislər öz rəylərini yazırdılar. Tibb işçiləri gəlib “Nuridə xanım filan şeyi elədi”-dedikdə, o “əcəb elədi” demişdir. Sonra Nuridə xanımı çağırıb “sən burada səhv eləmisən, belə etməməlisən. Reanimasiya ağır xəstələrin olduğu yerdə, xəstələrin yanında tibb işçilərinə qışqırmamalısan”-deyə bildirmişdir. O isə belə hesab edirdi ki, onların ona qarşı nə isə qərəzi var, onun o qədər əyri-əksik işi var idi. Əgər Nuridə xanıma qarşı qərəzləri olsa idi, onları qabardardılar. Onlar ona şərait yaradıb, o qədər şans vermişdilər ki, o işləsin. O, reanimasiya şöbəsinə gəldikdə görmüşdür ki, Nuridə xanım ambulator xəstələrin qəbulunu edir, xəstə qohumları şöbəyə daxil olur, xəstənin yanına xəstə qohumları daxil olur, bütün günü xəstə qohumları ilə danışır. Vərəm şöbəsinə Nuridə xanım saçı açıq, maska taxmadan daxil olur. Sanitar gigiyenik normalara riayət etmirdi. Ev paltarının üstündən xalat geyinirdi. Reanimasiyanın yaxşı işləməsi üçün əlavə reanimatoloqlar gəldi. Nuridə xanım Covid dövründən sonra belə fəaliyyət göstərirdi. Çünki əvəllər çox işlərə cəlb edilmirdi. Digər həkimlərdə də səhv təyinat ilə bağlı, tibb bacıları ilə əlaqədar problemlər olurdu. Onlara irad bildirdikdə isə onlar baş üstə deyir, öyrənib eyni səhvi etmirdilər. Ancaq Nuridə eyni səhvləri dedikcə, təkrar-təkrar edirdi. Onlar daha sonra rostasiya etdilər ki, Nuridə xanım bu tərəfə gələrək biraz xəstələr ilə məşğul olsun. Bura gələndən sonra özü üçün təhqir hesab etdi ki, nəyə görə digər şöbəyə köçürülsün. Digər həkimlərdə deyirdilər ki, onları niyə bura köçürüblər. Ancaq burda iş daha da asanlaşmış, artıq xəstəlik tarixləri vaxtlı-vaxtında yazılırdı. Çünki digər həkimlər yardım edirdilər. Pulmanoloqlarda təhkim etmişdilər ki, onlar gəlib pulmanoloji təyinatlarını versinlər ki, reanimataloqlar da öz işləri ilə məşğul ola bilsinlər. İV aparatları var. Oksigen nöqtələri var, qan analizlərini vermək olar. Gecə-gündüz heç olmaya xəstənin qan qazlarının tərkibinə, şəkərinə baxmaq olar və buna uyğun lazimi tədbir görmək olar. Amma təəssüf ki, soruşsaz ki, qeyri-cərrahi profilli neçə xəstəyə intubasiya etmisən, cavab verə bilməyəcəkdir. Çünki heç kəsə eləməmişdir. Bəlkə bir- iki xəstəyə edib. Və yaxud da 7 dənə balaca tibb aparatı var idi, xüsusi tənəffüs yollarında problem olan xəstələrə istifadə olunur ki, ağciyərlərdə respirator çatışmazlıq aradan qaldırılsın. Söz deyəndəki bu xəstə artıq düzəlib köçürdün şöbəyə deyirdilər ki, “yox o xəstə getmək istəmir, o, xəstənin qohumu gələcək.” Nuridə demişdir ki, “yox ancaq mən gəlim mən köçürə bilərəm, xəstə evə gedə bilər ya yox”. Daimi reanimasiya gəzən xəstələrlə dolu idi, amma ağır xəstələr gəlib kənarda qalırdılar. Onlar başladılar müdaxilə etməyə ki, bir-bir xəstələri 5 dəqiqəliyə çıxarın. Bir-bir soruşur, bir-bir özləri qiymətləndirirdilər ki, bu xəstə şöbəyə gedə bilər. Həmçinin qeyd etmişdir ki, 11 may tarixli həmin iclasın protokolunu 13 may tarixində görmüşdür. Onlar 6-cı gün işləyirlər. Bildiyi qədəri ilə bu iclas günün sonuna doğru keçirilib. İnzibati bölmələr 5 gün işləyirlər, klinika isə 6 gün işləyir. 13-ü gəlib, o da 14-ü təqdimat yazmışdır. Həkim-anestezioloqun nümunəvi vəzifə təlimatı var. Vəzifə öhdəliklərinin 7-ci bölməsində qeyd edilir ki, müvafiq qaydalara, təlimatlara uyun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanılmasını, klinik müainə və müalicə aparılmasını) və diaqnozunu müəyyən edir. Diaqnozu müəyyən etmək diaqnozun qoyulması deməkdir, yəni yazmaq ki, bu xəstənin diaqnozu nədir. Diaqnoz nəinsə əsasında müəyyən edilir. Özbaşına, havadan diaqnoz yazılmır. Bu əsas aparılan klinik labarator müainələrinin, anamnezlərin, xəstənin şikayətləri, xəstənin labarator instrumental, fibraloji müayinələri əsasında və eyni ilə də hər xəstəyə uyğun müxtəlif konsultantların rəyinə əsasən aparılır. Tutaq ki, vərəm şöbəsinə ağır xəstə daxil olub, vərəmdən xəstə reanimasiyaya düşəsi deyil axı, deməli, bu ağırlaşma digər yanaşı xəstəliklərdən yaranmışdır. Tutaq ki, şəkəri var, böyrək xətəliyi var, ağciyər xəstəliyi var, qan axması var və.s. Xəstə gəlib düşüb reanimasiyaya. Reanimasiya şöbəsində çalışan həkim o xəstəni müayinə edir, şikayəti, anamnezini və.s toplayır və müayinə planı qurur. Müayinə planına hansı əlavə mütəxəssislər cəlb olunmalıdırsa, həmin mütəxəssislər xəstənin konsultasiyasına cəlb olunur. Vərəm xəstəsidirsə, ilk öncə xəstəyə ftiziatr baxır, tutalım ki, xəstənin bronxial asmadır, həmçinin xəstənin yanaşı xəstəliyi şəkəri var. Buna artıq ftizatr baxa bilməz, dəvət olunur endokrinoloq. O gəlir, xəstəni müayinə edir, analizlərini yoxlayır. Tutaq ki, yazır ki, şəkərli diabet, insulin ikinci dərəcəli insulin. Baxırlar, ki, xəstədə ürək xəstəliyi var. Dəvət olunur kardioloq. Xəstəni yoxlayır məsələn deyir ki, xroniki xəstədir. Ürək çatışmazlığı var, ağ ciyər patalogiyasına bağlı. Yekunda həkim reanimatoloq şöbədə məsul həkimi bu diaqnozların hamısını toplayır, öz diaqnozunu da əlavə edir. Məsələn, xəstədə ağır ağ ciyər ürək çatışmazlığı var, onların hamısını ardıcıllıqla düzür, əsas diaqnozu yazır. Onun ağırlaşmasını yazır və yanaşı xəstəlikləri yazır. Bunu şöbədə bu xəstəni müalicə edən həkim eləyir və buna diaqnozun əsaslandırılması deyilir. Xəstəlik tarixində diaqnozun əsaslandırması bölməsi olur. Həkim yazır ki, xəstə filan vaxta filan şöbəyə, filan vəziyyətdə daxil olmuşdur. Xəstənin şikayətlərinə, anamnezinə və anamnezində diaqnoza təsir edəcək məqam varsa, mötərizədə qeyd edilir (tutalım ki, ailəsində xəstənin vərəm xəstəsi var, xəstə deyir ki, başqa problem olub) labarator instrumental müayinələrin nəticələrinə əsasən, mötərizədə diaqnostik əhəmiyyət kəsb edən məlumatların müayinələrin nəticələrin mötərizədə yazır. Tutaq ki, rentgendə ağciyərdə boşluqda ocaqlar, fibroz boşluqlar və s. yazılmışdır. Labarator müayinələrdə tutaq ki, bəlğəmində vərəm çöpləri aşkar edilmişdir, həssasdır. Davamlıdır, davamlılığın hansı formasıdı və sair qeyd edilir. Xəstənin şəkəri var, mütləq şəkər analizini də göstərməlidir. Və yaxud ürək çatışmazlığı varsa, exonun nəticələrini qeyd edir. Müayinələrin və müvafiq mütəxəssislərin rəyinə əsaslanaraq xəstəyə kliniki diaqnoz qoyulur. Kliniki diaqnozu da yazılır. Əsas diaqnoz, ağırlaşması və yanaşı diaqnozlar. Altdanda həmin müalicə həkimi qol çəkir. Yarım səhifəlik yazıdır. Buna da deyirlər, diaqnozun əsaslandırılması. Vəzifə öhdəliklərinin 7-ci bölməsində mötərizədə qeyd edilənlər əsasında diaqnozun əsaslandırılması yazılır. İlkin baxış hər hansı bir xəstənin hər hansı bir stasionar şöbəyə daxil olduqda aparılan xəstənin ilkin müayinəsi hesab olunur. Əgər xəstə fərqi yoxdu, hansı şöbəyə daxil olub, söhbət stasionar şöbələrdən gedir. Əgər xəstə acil şöbəsinə və ya reanimasiya şöbəsinə daxil olmasının fərqi yoxdur. Hər hansı bir şöbəyə daxil olursa, həkim o xəstəni sorğu-sual edir və onun ilkin baxışı bir neçə hissədən ibarətdir; Xəstənin şikayətləri, onun anamnezi. Anamnez xəstəlik tarixçəsidir, o, özü iki hissədən ibarət olur. Xəstəliyin tarixçəsi, anamnez svita, yəni insanın həyatı boyunca tibbi problemi olursa, qeyd olunur. Məsələn, 20 il qabaq hansı əməliyyat keçirmişdir. Xəstənin zərərli vərdişləri, yəni diaqnoza təsir edə biləcək hallar qeyd olunur. Status prezens-yəni xəstənin hal-hazır ki vəziyyəti, məsələn, yəni xəstənin rəngi nədi, selikli qişaları, dilin üstündə ağ ərp var ya yox. Xəstədə nə eşidilir, qarın boşluğu sərtdir, ya yumşaqdır, xəstənin fizikal göstəriciləri onun nəbzi, təzyiqi, saturasiyası qeyd olunur. Bu ilik baxışın bir hissəsidir. Aşağısında müayinə planı yazılır. Müayinələr ediləcəksə, yazılır. Buna deyillər ilkin baxış və əgər xəstə birbaşa qəbul şöbəsindən daxil olursa, reanimasiya şöbəsinə onda ilkin baxışı həmən şöbənin həkimi yazır. Əgər xəstə tutaq ki, əvvəl pulmanologiya şöbəsinə daxil olub, pulmanologiya şöbəsinin həkimi ilkin baxışı yazır, xəstə bir neçə gün orada qalır. Müayinə olunur. Artıq onlar onun 3-5 gün ərzində diaqnozun əsaslandırmasını yazmalıdırlar. Ola bilər ki, bir neçə gün sonra xəstənin vəziyyəti ağırlaşdı, ola bilər ki, qərar verdilər ki, xəstə reanimasiya şöbəsinə köçürülsün. Xəstə reanimasiya şöbəsinə köçürüldükdə, belə halda ilkin baxışı yazmağa ehtiyac yoxdur. Çünki xəstə bu stasionara daxil olanda, digər stasionara daxil olanda yazılmalıdır, ancaq bu stasionara daxil olanda artıq yazılıbdı. Reanimasiya şöbəsinin həkimi həmin xəstənin vəziyyətini qiymətləndirməlidir. Onun qiymətləndirilməsi xəstəlik tarixində rəsmiləşdirməlidir. Tutaq ki, 11-də xəstə reanimasiya şöbəsinə köçürülüb, bu zaman yazılmalıdır ki, “11:00 xəstənin vəziyyəti budur, budur, buna əsasən xəsətəyə filan yardımlar göstərilib”. Zöhrabın xəstəlik tarixini araşdıranda o, komissiyaya öz iradını bildirmişdir. Rəsmi protokollar var. Qan qazlarını yoxlayarkən, bütün hər yerdə yazılır ki, xəstənin respirator açidoz olanda natrium bi karbonat köçürülməsi əks göstəricidir. Həmin xəstə daxil olanda onlar böyük qayıdışla bağlı ezam olunmuşdular. Ona zəng edib dedilər ki, belə bir xəstə gələcək xəstə üçün yer eləsinlər. Əvvəl xəstəni gənc, təcrübəli infeksioniztləri qəbul etmişdir. Sonra onu reanimasiya şöbəsinə yerləşdirmişlər. Onlar sevinmişlər ki, axşam reanimatoloq gələcək, xəstə ilə məşğul olacaq. Amma təəssüf ki, bir neçə saat sonra onlar digər pulmanoloqlarları ilə əlaqə saxlamış, Roza xanımdan xəstə şöbəyə daxil olanda direktor xahiş etmişdir ki, xəstənin qan qazlarını yoxlasın. Həkimin heç ağlına da gəlməyib ki, qan qazlarını yoxlasın. Elə demişdir ki, oksigen qoşulub. Qohumu zəng edib ki, onlar həkimi üzbəüz görməlidirlər. Xəstə kənarda qalıb, onlar həkimlə görüşməlidirlər. Onun davası gedir. Həkim xəstə ilə məğul olmaq əvəzinə, xəstə qohumları ilə görüşməklə məşğuldur. Xəstənin qohumları ilə üzbəüz görüşmək sözü də Nuridə xanıma məxsus sözdür. Dəfələrlə ona demişlər ki, xəstə qohumları ilə çox danışmasın. Xəstə qohumları ilə çox danışır. Qan qazları yoxlanıldı, onlar gördülər ki, çox ciddi respirtor açidoz var. Tövsiyə etmişlər ki, karbon qazı artıqdır, buna respirator dəstək lazımdır. Respirator dəstəyi həm də Nizami TM-nin reanimatoloqu demişdi. Lakin intubasiya etməyi riskli hesab etdilər. Onların da acığı tutdu ki, “əgər siz də respirator dəstək var idisə, bizə niyə göndərirdiz?”. Arada xəsətinin vəziyyəti yenə də pis olmuş, xəstənin oksigeni aşağı olsa belə, bu o demək deyil ki, oksigeni sürətlə verməlidirlər. Oksigenin nə qədər xeyri varsa, ziyanı da var. Sırf qan qazlarına əsaslanaraq olmalıdır. Respirator açıdozu gördükdə, onlar oksigenin surətini azaltmağı demişlər. Günay xanım xəbər elədi ki, “Gülzar xanım siz təsəvvür edin ki, Nuridə xanım xəstəyə indi soda köçürtdürür. Nə isə onu tənzimliyin, oksigeni azaldın və.s” Okey demişlər ki, müalicə həkimi budur, buna görə də bir şey deməmişlər. Səhərisi günü pulmanoloq Sevda xanım işdə olandan ondan xahiş etmişlər ki, xəstənin vəziyyəti ilə yaxından maraqlansın. Respirator açidozu olan xəstələrdə natrium bi karbonat köçürülməsi paradoksal beyin sistemində açidoz verə bilər. Qısa müddət ərzində bu da qan qazlarında özünü göstərməyə bilər. Xəstə daxil olub, növbətçi həkim xəstəni qəbul etmişdir. Xəstəyə deksimitazol, riboksin, vitamin c təyin etmişdir. Xəstə 17:50-də qəbul edilib, Nuridə xanım isə işə saat 9-da gəlmişdir. Bir reanimatoloq kimi xəstəyə nə təyin edib, heç bir şey. Reanimasiyaya uyğun eyni şey natrium, riboksin vitamin c verib. Halbuki riboksin bir neçə saat əvvəl vurulub, nəyin əsasında vurulub o xəstəyə. Heç deksimitazon da xəstəyə yazmayıb, deksimitazonu səhərisi xəstəyə Fikrət həkim yazıb. Başqa nə respirator dəstək verib, nə oksigeni tənzimləyib. Okey intubasiya etmək istəyirdisə, deyir ki, invazit respirator dəstəyi lazımdır. Respirator açidozun müalicəsi mexaniki vintilyasiyasıdır, istər invazit, istərsə də, qeyri-invazit. Həkim gündəliyi çox vacib bir məqamlardan biridir. Hər bir həkimin vəzifə öhdəliklərində tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmləşdirilməsini təmin edir. Vəzifə öhdəliklərinin 9-cu bəndində belə bir qeydiyyat var stasionarda xəstəyə gündəlik baxış keçirilir və bu gündəlik keçirilirsə, gündəlik baxış haqqında xəstəlik tarixində qeydiyyat aparılmalı və rəsmiləşdirilməlidir və həmin bu baxışı da özündə gündəliklər əks etdirir. Terepevtik şöbədə gündəliklər hər gün yazılır. Amma reanimasiya şöbəsində xəstənin vəziyyəti kritik ağır olduğu üçün, saatbasaat dəyişir. Monitorinq gələndə onlara demişdilər ki, “sizin reanimatoloqlar gərək 2 saatdan bir gündəlik yazsın”. Onlarda xəstənin çox və ağır olmasını reanimotoloqların az olduğu üçün onların gücü çatmaz. Ancaq onların tələbləri belədir ki, hər bir həkim növbəsi zamanı ən azından bir gündəlik yazsın, əvvəl xəstənin vəziyyəti kritik ağırdısa, gündəliklər xəstənin vəziyyətinə uyğun yazılır, hər saatdan bir hətta dəqiqələrlə yazıla bilər. Yəni bu o deməkdir ki, həkim xəstə ilə məşğul olubdu, xəstənin vəziyyətini qimətləndirib və həmin bu qiymətləndirmənin nəticəsinə görə müvafiq tədbirlər görülüb, yəni həmin gündəlikdə həkim qeyd edir ki, xəstənin analizində bu olduğu üçün xəstə oksigenə qoşuldu və ya oksigen azaldıldı, çoxaldıldı və ya xəstə mexaniki vintiliasiyaya qoşuldu və s. və buna müfafiq olaraq təyinat vərəqində lazımı qeydiyyatlar aparılır. Bu günkü gündə gündəliyin əhəmiyyəti nədir sualına cavab olaraq bildirdi ki, bəlkə də əvvələr əhəmiyyət verməsələrdə, amma bu günkü gün sığorta sisteminə qoşulandan sonra reanimotoloqlar hər növbə ərzində xəstə sayına görə bonus alırlar və bir bonusun verilməsi üçün intees yoxlaması gəlir və intees yoxlaması deyir ki, reanimotoloqun nə ilə sübut edə bilər ki o xəstəyə baxıb, yəni sübut bu gündəlikdir, əgər növbə ərzində həmin gündəlik yoxdursa, o da deməkdir ki, həkim bu xəstəyə baxmamışdır. Digər tərəfdən həmişə tibb üniversitetində deyilirdi ki, “xəstəlik tarixində hər bir addımınızı, hər bir baxışınızı qeyd edin, bunu siz özünüz axırda isə xəstə üçün yazırsınız”. Yəni belə bir vaciblik var. Həm də tutaq ki, xəstə ağırdır. Həkim gəldi, xəstəni müayinə etdi, onu etdi, bunu etdi yardım göstərdi amma xəstə gündəliyində qeyd etmədi, sonrada xəstə rəhmətə getdi. Ekspertizaya gedəndə deyəcəklərki xəstəlik tarixində heç nə qeyd edilməmişdir. Yəni xəstə baxımsızlıqdan rəhmətə gedib deyəcəklər. Sonra həkim qeydiyyat olmasa nə ilə sübut edəcək ki, xəstəyə filan dərmanı vurub nəyin əsasında vurub necə bilinəcək bəlkə bu dərman bu xəstəyə ziyandı necə sübut edəcək. Həkim gündəliyini yazmaq çox əhəmiyyətlidir. Gündəlikləri yoxlayanda baxırlar ki, xəstəlik tarixi yoxdur, qaytarıb bitirməsini deyirlər. Belə bir yoxlama əsasında, elə son zamanlarda, elə həmin dövrdən xüsusi bir qrup ayrılıb, onlar bir-bir baxırlar. Bu barədə də sığorta sisteminə məlumat verirlər, ya da həkimə məlumat verirlər ki, yazın. Belə bir baxış zamanı gördülər ki, təkcə Nuridə xanımın yox digər həkimlərində yazılmayan gündəliyi var. Vəzifə təlimatının 12 bəndində qeyd edilir ki, dərman preparatlarının diaqnostik və müalicə prosedurlarının aparılması, dərman preperatlarının, avadanlıqların səmərəli istifadəsinə həkim nəzarət edir. Dərmanlar dövlət tərəfindən verilir, hamısıda bahalı dərmanlarıdır, onları hər kəs istədiyi kimi istifadə edə bilməz. Onların hamısı kimyəvi dərmanlardır və onların dozalarıda düzgün aparılmalıdır, təyinat tarixi və kəsilmə tarixi də doğru düzgün aparılmalıdır. Məsələn, antibiotik təyin olunursa, xəstənin çəkisinə uyğun, yəni ağciyərində olan və digər orqanına, patologiyasına uyğun dozası seçilməlidir və antibiotikin başlanma tarixi yazılmalıdır. Çünki bilinməlidir ki, antibiotik xəstəyə neçə gün gedibdir. Aylarla verilə bilməz ki, məsələn elə antibiotik var ki, 5 gündən artıq verilsə xəstəyə ciddi fəsadlar olar, əks təsir ola bilər, allergik reaksiya verə bilər. Məsələn kleksan qan durulaşdırıcı dərmandır, mütləq qaydada bu dərmanı təyin edəndə mütləq ki, analizlər verilməlidir və orada qanın həddən artıq duruluğu varsa, onlar dərmanı dayandırmalıdırlar, belə halda onlar yazırlar ki, filan tarixdən analizə əsasən bu dərman 2 dəfə gedirdi, indi bir dəfə gedir. Onların Nuridə xanımla belə bir çox ciddi problemləri olmuş, onlar xəstəni analizini yoxlayaraq görmüşlər ki, kleksan 1 dəfə lazım olduğu halda, Nuriyə xanım 2 dəfə yazmış, sonra ağardıb 1 dəfə etmişdir. Belə çıxır ki, 5 gün 2 dəfə veilib, 10 flakon kleksan gedibdi. 6-cı günə keçib, belə çıxır ki, gündə 1 dəfə kleksan vurulub, amma necə sübut edəcəklər ki, 5 dənə kleksanı satmamısız. Ona görə də dərmanların başlanma tarixi və dayandırılması qeyd edilməlidir. Zöhrab adlı xəstə daxil olanda reanimatoloq şöbədə olmadığına görə növbətçi həkim Roza xanım baxmışdır. Xəstənin qan qazları əslində reanimatoloq gələndə yoxlamalı idi, ancaq Roza xanım da yoxlaya bilərdi. Reanimatoloq gəlməsə idi, Roza xanım yoxlamalı idi. Onlar fikirləşmişlər ki, reanimatoloq gələn kimi yoxlanılacaq, təəssüf ki, onlar özləri müdaxilə etdilər ki, xəstənin qan qazları yoxlanılsın. Xəstənin qan qazını reanimataloq və ya plumanoloq yoxlayır. Onlar da reanimatoloq az olduğu üçünm növbəli şəkildə işləyirlər. Həmin vaxt onlara reanimatoloq verilmədiyinə və reanimatoloq olmadığına görə, şöbələrə Roza xanım baxırdı. Əgər xəstə saat 3-ə qədər gəlsə idi, bu zaman növbədə reanimatoloq həkim var idi, o yoxlayacaq idi. Onlarda reanimatoloqların sayı az olub həmişə, növbətçi həkim nəzarət edib, yəni saat 3-dən 9-a qədər bir həkim bütün korpuslara cavabdehlik daşıyır və ya gecə vaxtı olanda hər korpus üzrə bir həkim cavabdehlik daşıyır. Gecə növbəsində reanimotoloq varsa, reanimotoloq yalnız reanimasiya şöbəsinə cavabdehlik daşıyır. Həmin gün növbədə Roza xanım olmuş, həmin gün xəstə daxil olması çox olmuş, o da qəbul edib və ilk yardım göstərmişdir. Həmçinin qeyd etmişdir ki, xəstəlik tarixlərinin yazılmaması əvvəllər də olmuş, alkin bu dərəcədə olmamışdır. Onun tərəfindən iyun ayında may ayının gündəlikləri yoxlanılmışdır. Yoxlama zamanı bir ayda 4 həkimdə kütləvi xəstəlik tarixlərinin yazılmaması ilə bağlı qeyd etmişdir ki, səbəbi səhlənkarlıq, arxayınlıq olmuşdur. Təyinatın verilməsi ayrı, gündəliyin yazılması ayrıdır. Həkim xəstənin vəziyyətini qiymətləndirmədən əsaslandırmadan təyinat verməyə ixtiyarı yoxdur. Həmçinin qeyd etmişdir niyə qeyd etməyib, yəni gündəlikdə niyə qeyd etməyib ki, xəstənin vəziyyəti budur və təyinat verib. Belə olduğu halda o təyinat deyil simptamatik yardımdır. Sübut etsin ki baxıb, bəlkə heç baxmayıb xəstəyə. Durduğu yerdə təyinat yazıb. Həmçinin qeyd etmişdir ki, o epikrizləri tam xəstəlik tarixləri hazır olanda imzalayır. O, epikrizləri imzalamamışdan öncə yoxlayır. Zöhrabın epikrizini, ölüm kağızı hazır olduqdan sonra, yəni təxmini 2-3 gündən sonra, təxmini öldükdən 3 gün sonra imzalamışdır. Adətən ölüm halları olduqda o, xəstəlik tarixinə ilkin baxış keçirir, nöqsanları çıxarır, ondan sonra komissiyaya göndərir. Bundan sonra imzalayır. Xəstəlik tarixini hər müalicədə yoxlamır. Buna şöbə müdiri qol çəkir. Zöhrabın xəstəlik tarixini onun ölümündən 2-3 gün sonra yoxlamış və gündəlik yazmadığını həmin dəqiqə görmüşdür. Həmin gün qeydiyyat var idi, gündəlik isə yox idi. İddiaçının Zöhraba verdiyi təyinat ilə bağlı qeyd etmişdir ki, nə müalicə yazıb ki, bir dənə sitem yazıb. Həmçinin qeyd etmişdir ki, Nuridə xanım nə ilə sübut edə bilər ki, təyinatı həmin gün yazmışdır. Qeyd etmişdir ki, qan qazlarının göstəricləri süni tənəffüs aparatına qoşmaq üçün yeganə meyar olmayada bilər. Süni tənəffüs aparatına qoşmaq qərarını reanimasiyadırsa da, pulmanoloq da, reanimatoloq da verə bilər. Onlar İnvazit vintilyasiyanı riskli hesab ediblər. Qeyri-invaziti nəzərdə tutmayıblar. Onlar intubasiyanı deyirlər. Qan qazlarının göstəricləri süni tənəffüs aparatına qoşmaq üçün yeganə meyar deyil, amma əsas meyarlardan biridir. O, texniki cəhətdən gündəliyi yoxlayır, daha sonra komissiya verir ki, araşdırsın. Bəzi səhvləri aprel ayında aşkar etmişdir. Təqdimatı yazmaq üçün ölüm komissiyasının rəyi lazımdır. Ölüm xəstəlik tarixləri mütləq ölüm komissiyasına getməlidir. Ölüm komissiyasının rəyindən sonra təqdimat yazırlar. Şikayət olmasa da ölüm komissiyası olur, amma bu dərəcə dərinlikdə olmur. İşləyən insanın hər nöqsanını qabartsalar, o zaman müəssisədə işləyən qalmaz. Onlar hər bir işçiyə nöqsanını göstərib, ona vaxt verirlər ki, o öz nöqsanını düzəltsin. Kimin ki, tabeliyində olan rəhbərlərinə xəbər verirlər ki, nöqsanlar budur, budur. İndisə o, yazılı surətdə xəsətlik tarixinin arasında xəsətlik tarixlərində nöqsanları müəyyən edib həkimlərə verir. Bildirir ki, hələ ki, onların müalicə işlərinə qarışmır. Üzdən baxır. Nə isə problem çıxsa, bunu komissiyaya araşdırır, verir. O, yəni həmin dəqiqə bunu etməyi lazım bilməmişdir. Yəni o, belə düşünmüş və inanmışdır ki, həkimdir. Hər işini görüb, çalışıb, vuruşub, xəstə ilə azdan, çoxdan məşğul olub. Amma artıq dərin kommissiyaya verəndə bəlkə, o qərəzlidir, bəlkə o tərəf saxlayır. Qoy komissiya qərar versin. Onlarda yoxlama planlı və qeyri-planlı olur. O xəstəlik tarixlərindən bəzilərini artıq xəstə xəstəxandan çıxandan sonra yoxlamışdır. Bəzilərini xəstəxanada xəstə yata-yata yoxlamışdır. Pərakəndə yoxlamışdır. Adi baxanda xəstəlik tarixində həmin halda ayın tarixləri ilə bir-bir yoxlayırlar, qaydasındadırsa, qol çəkirlər. Əvvəllər buna önəm verilirdi. Sonra nə isə bir ara səntidi. Onlara qədər dövrə aiddir. Onlar gələndən sonra nöqsan tapmışlar, oldu, hər nöqsana görə töhmət vermək də düz deyil. İnsan öz nöqsanlarından ibrət alırsa, öz nöqsanlarını düzəltməyə çalışırsa, o qalıb işləməyə davam edir. Lakin mütəmadi bunu eliyirsə. Həmin nöqsanları yoxlamadan sonra aşkar etmişdir. Həmçinin qeyd etmişdir ki, yoxlanılmış xəstəlik tarixləri üzrə xəstələrin epikrizləri həmin xəstələr çıxan kimi verilməmişdir. Epikrizin verilmə müddəti həkimlərdən aslıdır. Epikriz ən çoxu 1 həftəyə hazır olmalıdır. Bəzən olur ki, xəstə xəstəxanadan çıxdığı zaman tələsdiyi üçün epikrizi sonra hazırlayıb verirlər. O, yenədə şans verir. Epikrizləri bəlkə də bir həftə ərzində veriblər. Xəstəlik tarixi isə ona yoxlama zamanı gəlib çıxmışdır. Bəzən olur ki, xəstəlik tarixlərini özündə saxlayıb, sonra yoxlayır ki, qərar çıxarır. Onlar əvvəl strukturuna baxır ki, diaqnoz, təyinat və müayinələr yerindədir. Nöqsanları yoxlama aşkar etməyib, həmin nöqsanları o aşkar etmiş, sadəcə komissiya təzədən yoxlamışdır. Dərman sərfiyyatı çox vacib məsələdir, Teymurov Rüfətin müalicə təyinatında tarix qoymadığına görə hesab ediblər ki, bu kobud pozuntudur. Dərmanların təyinat tarixi, kəsilmə tarixi mütləq qeyd olunmalıdır. Bu qaydadır. Tibb bacısı icra edib bu təyinatı, bəlkə elə həkim fikrində tutub ki, təyinatı dayandırsın. Hardan biləcək ki, təyinat dayandırılsın ya yox. Dayandırmada ayrı qeyddir. Nuridə xanım bəlkə bu təyinatı yazıb ancaq sabahdan bəlkə nəzərdə tutub. Və yaxud da tibb bacısı bu təyinatı gecikdirib. Zöhrabın ölüm səbəbini ekspertiza rəyindən sonra müəyyən etmək olar. Amma onun qohumları bundan imtina ediblər. Zöhrabın ilkin baxışını Roza yazıb, ancaq reanimatoloq şöbədədirsə, növbətçi reanimatoloq yazmalıdır. Amma həmin vaxtı xəstəxanada başqa həkim olmamışdır. Buna görə də Roza xanım yazmışdır. Həmçinin qeyd etmişdir ki. Zöhraba soda vurularkən Nuridə xanım həmin korpusda olub. Sodanın xəstəyə köçürülməsi üçün ən azı 40-50 dq vaxt lazımdır. Qeyd etmişdir ki, o düşünür ki, bu təyinatı Nuridə xanım verib. Bununla bağlı tibb bacısı ifadə verib. O tibb bacısının sözünü həkimin sözündən üstün tutduğunu bildirmişdir. Çünki Nuridə xanımı bir sözü ilə səhər dediyi söz üst-üstə düşmür. Onun ona qarşı şəxsi qərəzliyi yoxdur. Onun ona qarşı qərəzliliyi olsa idi, onun hər hərəkətinə qarşı töhmətlər yazılardı. O ona həmişə şans vermiş, keçmişdir. Demişdir ki, düzələr. Onlar da Babayev İsa adlı xəstə var idi. 17 martda daxil olmuşdu, reanimasiya şöbəsində Nuridə xanımın növbəsində 03 may tarixində onun yazısı var ki, 21:09:00-da daxil olub. Danışan xəstə yeriyən xəstə axşam saatlarında birdən birə pisləşib komaya düşür. Növbətçi tibb bacısı zəng edir Nuridə xanıma. O tibb bacısına deyir ki, sən ona filan dərman elə düzələcək. Gəlmir, 2-3-cü dəfə zəng edir gəlir. Saat 3-də xəstə rəhmətə getdi. Lakin 09:00-dan saat 3-ə kimi vaxtın heçmi olmadı ki, xəstəyə gəlib yardım edəsən. O, şöbəyə 09:05-də şöbəyə daxil olur. Xəstənin şəkərini ölçür, qan qazlarını yoxlayır. Sonra iddiaçının xəbəri olur, ona zəng edib “mənə heç yer qoymamısız. Sizin nə ixtiyarınız var orada yazı yazmağa”-deyə bildirmişdir. O da “Nuridə xanım mən sizin növbə vaxtınızda yazmamışam. Xəstə komadadı, sən gəlməmisən. Tibb bacısına dedim ki, yaz ki, mən zəng elədim, həkim gəlmədi. Sonra mənə zəng edib deyir ki, Siz icazə verirsizmi ki, biz o vərəqi dəyişək. Mən orada yazımı yazım” Bir qədər onların mübahisəsi olmuşdur. Qərəzli olsa idi, o bunu da üzə çıxardardı. O, reanimasiyada tək 25-27 xəstə ilə işləmiş, bütün gündəliklər yazmışdır. Bütün təyinatları da yazmışdır. Bütün reanimatoloqlar da olmayıb. Həkimlərin heç bir əmək hüquqları pozulmamışdır. Onlara nahar və istirahət vaxtları da verilmişdir. Sırf sadəcə olaraq tənzimlənməsi yox idi. Çünki xəstələr ağır idi. Deyilmışdir ki, biriniz işləyəndə biriniz gedib çay içə bilər, nahar edə bilərsiniz. Bunlar isə istəyirdilər ki, birlikdə yığışıb söhbət etsinlər, xəstələrdə bir qıraqda qalsın. Təzə-təzə İTS sisteminə qoşulanda bonuslarla bağlı problem olurdu. Özləri də müraciət etdilər. Təzə-təzə xəstə sayları İTS sisteminə daxil edilmiş xəstə sayı ilə aparılırdı. Əvvəl xəstə gündəlikləri yazmağa ciddi yanaşmırdılar, sonra isə onlara hər xəstə üçün 5 manat veriləcək deyiləndə başladılar, yazmağa.

86. Məhkəmə baxış iclasında (xx.xx.2024-cü il tarixdə) şahid qismində dindirilən X57 izahatında bildirmişdir ki, 1991-ci il iyun ayının 1-dən X12 işləyir. 1995-ci il tarixdən Həmkarlar Komitəsinin sədri vəzifəsində işləyir. Nuridə xanımı lap əvvəldən tanıyır. O işləməyə başlayanda cavan qız idi. O vaxtlar işə gecikməsi yox idi, amma ailə qurandan sonra görünür uşağının olması ilə bağlı işə gecikirdi. Hələ o vaxtlar əvvəlki direktor Həqiqət xanımın vaxtında işə gecikdiyinə görə 2 dəfə tapşırıq almışdır. Həmçinin qeyd etmişdir ki, onlara təqdimat daxil olduqda mütləq araşdırılma aparılır. Çünki iddiaçı birinci töhmətin vaxtı bitməmiş yenə töhmət almışdır. Yoxlama aparıldıqdan sonra məlum olmuşdur ki, iddiaçıya tam hüquqlu, düzgün töhmətlər verilmişdir. İddiaçı Əmək Məcəlləsinə uyğun işdən çıxarılmışdır. Həmçinin qeyd etmişdir ki, Korrupsiya ilə bağlı Nuridə xanımın şikayət etməsindən məlumatı yox idi. Onu bilir ki, Nuridə xanım üçüncü töhməti alana yaxın ikinci töhməti ilə bağlı şikayət etməyə hazırlaşırmış. O, təqdimatla tanış olduqdan sonra “etiraz etmirəm” yazmışdır. Belə ki, Nuridə xanım, 6 ay keçməmiş ikinci tənbehi almış, sonrada üçüncünü almışdır. Həmçinin səs yazısına münasibətdə qeyd etmişdir ki, protokolda bütün deyilənlər yazılmalı deyil. Onun işə gecikməsi işin ahəngini pozmaqdır. Həmçinin qeyd etmişdir ki, protokol onun yadında deyil, iclas çoxdan olub, ola bilər bəzi məsələlər yaddan çıxıb yazılmayıb. İşin faktiki halı :

87. İddiaçı xx.xx.2006-cı il tarixində Cavabdehnda həkim-anestezioloq-reanimatoloq vəzifəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə isə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

88. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Cavabdehnun xx.xx.2021-cü il tarixli 451 nömrəli əmri ilə İddiaçı xəstəlik tarixlərinin doldurulmasında yol verdiyi nöqsanların aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən “xəbərdarlıq” edilmişdir.

89. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Cavabdehnun xx.xx.2021-ci il tarixli 477 nömrəli əmri ilə İddiaçı şöbədaxili iş prosesini düzgün qura bilmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən “xəbərdarlıq” edilmişdir.

90. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdehnda baş verən korrupsiya halları ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Səhiyyə Nazirliyi və digər orqanlara müraciət etmişdir.

91. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli əmri ilə yaradılmış araşdırma komissiyasının rəyi ilə şikayət ərizəsində irəli sürülən iddialar heç bir sübut növü ilə təsdiqini tapmadığı üçün əsassız hesab edilmişdir.

92. Bakı şəhəri Nizami rayon prokurorluğu tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

93. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X64 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ilə Cavabdeh inzibati cərimə növündə inzibati tənbeh edilmiş. Həmin qərar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X64 Xidmətinin rəis müavini Nərmin Mirzəyeva tərəfindən dəyişdirilmədən saxlanılmış. Həmin qərarlarCavabdeh tərəfindən verilmiş şikayət Bakı şəhəri Nizami rayon Məhkəməsi tərəfindən təmin edilmiş, lakin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmişdir.

94. Cavabdehnun direktoru və baş həkimi tərəfindən İddiaçı və Məsimov Xəyala qarşı “dəymiş mənəvi zərəin ödənilməsi”nə dair iddia tələbi irəli sürülmüşdür.

95. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehinin xx.xx.2024-cü il tarixli, 15-k nömrəli əmri ilə Cavabdeh PHŞ-nin həkim-anestezioloq-reanimatoloq İddiaçı işə vaxtında gəlmədiyinə və iş növbəsi zamanı vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən “Töhmət” verilmişdir.

96. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehinin xx.xx.2024-cü il tarixli, 415-k nömrəli əmri ilə Cavabdeh PHŞ-nin həkim-anestezioloq-reanimatoloq İddiaçı iş növbəsində olduğu xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərində xəstəlik tarixində heç bir qeydiyyat aparmadığına, xəstənin vəziyyətini qiymətləndirmədiyinə, xəstəlik tarixində yazılı təyinatı olmadan xəstənin xəstəyə tibb bacısı tərəfindən “Natrium bikarbonat (soda)” köçürülməsinin qarşısını almadığına, xəstənin qan qazları nəzərə alınaraq respirator dəstəyi edilmədiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən “Töhmət” verilmişdir.

97. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehinin xx.xx.2024-cü il tarixli, 511-k nömrəli əmri ilə əvvəllər də işəgötürən tərəfindən verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq, 6 ay ərzində təkrar əmək funksiyasını pozduğuna görə Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkim-anestezioloqreanimatoloq İddiaçı ilə bağlanmış xxxxxxx000107 saylı əmək müqaviləsinə AR əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir.

Məhkəmə Baxışının Hədləri :

98. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

99. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

100. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar; 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr.

101. Azərbaycan Respublikası Əmək Məcəlləsinin :

2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

2. 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: 9.q. əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq.

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır:

10. a. əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

10. b. əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;

12. a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək.

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

71. 2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması. 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

172. 5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

172. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 187.1.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 187.4. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. 189.4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. 190.3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

299. Fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz.

300. 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

102. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

103. Avropa İnsan Hüquqları Məhkəməsinin Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il tarixli Qərarı: “Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir.”

104. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il Qərarı.

105. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarı.

Məhkəmənin mövqeyi :

106. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

107. İddiaçı Cavabdehə qarşı olan “əmrin ləğvi, işə bərpa, əmək haqqı və mənəvi zərər” tələbini Cavabdehi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 415-K nömrəli “intizam tənbehinə cəlb edilmə barədə” əmrin və xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrin qanunsuz və əsassız olması, bunun nəticəsində ona həm maddi ziyan, həmçinin mənəvi zərər dəyməsi ilə əsaslandırmışdır.

108. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbi şərti olaraq aşağıdakı hissələrdən ibarətdir:

1. xx.xx.2024-cü il tarixli, 415-K nömrəli “intizam tənbehinə cəlb edilmə barədə” əmrin ləğv edilməsi.

2. xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrin ləğv edilməsi.

3. İşə bərpa və məcburi iş buraxma dövrü üzrə əmək haqqı.

4. Hər gecikdirilmiş gün üçün bir faiz ödəncin cavabdehdən tutulması.

5. Mənəvi zərər vəmaddi ziyanın tutulması.

109. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək münasibətləri tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

110. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f)əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

111. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməklə bağlı intizam tənbehlərindən birini verə bilər.

112. Əmək qanunvericiliyinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. İşəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

113. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi isə digər pozuntularla yanaşı, həm də əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq işçinin altı ay ərzində təkrarən əmək funksiyasını pozması kimi, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində təsbit olunmuş əmək vəzifələrinin kobud pozulmasını da nəzərdə tutur. 114 Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz.

115. Hazırki mülki işn faktiki hallarından görünür ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə əvvəllər də işəgötürnə tərəfindən verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrar əmək funksiyasını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.

116. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması üçün əsas kimi, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin nəzərə alınması və əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması qeyd edilməklə, ona əvvəllər töhmət intizam tənbehinin verilməsi üçün əsas olmuş hala istinad edildiyindən, bu halda məhkəmə tərəfindən mübahisələndirilən əmrlə yanaşı iddiaçıya töhmət intizam tənbehinin verilməsi barədə əmrlərin qanuniliyinə də hüquqi qiymət verilməlidir.

117. İşin müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, İddiaçı xx.xx.2006-cı il tarixdən Cavabdehdə işləmişdir. Əmək fəaliyyətinə başladığı 2006-cı ildən 2024-cü ilin yanvar ayının 15-dək (töhmət verilməsinə dair əmr) iddiaçı barəsində cavabdeh tərəfindən 2021ci ilin 27 avqust tarixində və sentyabr 22 sentyabr tarixində xəbərdarlıq edilmişdir. Lakin 2024-cü ilin yanvar ayından başlayaraq cavabdeh tərəfindən iddiaçı barəsində 2 (iki) töhmət verilməsinə dair əmr, bir xəbərdarlıq edilməsinə dair əmr və son olaraq əmək müqaviləsinə xitam verilməsinə dair əmr verilmişdir.

118. İşin müəyyən edilmiş digər faktiki halı isə ondan ibarətdir ki, tərəflər arasında münasibətlər 2023-cü ildən pozulmağa başlamışdır. Tərələr arasında münasibətlərin pisləşməsinin səbəbi isə iddiaçının cavabdehə qarşı iş rejminin, iş şəraitinin yaxşılaşdırılması ilə bağlı tələblər irəli sürməsi, bonusların ödənilməsi ilə bağlı tələblər irəli sürməsi və 2023-cü ildə əmək hüquqlarının pozulması ilə bağlı X64 xidmətinə, cavabdeh müəssisənin direktoru və baş həkimi tərəfindən qanunsuz hərəkətlərin törədilməsi, korrupsiya hallarına yol verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə prokurorluğa müraciətlərin edilməsi olmuşdur.

119. Belə ki, məhkəmə tərəfindən tədqiq edilən iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının müraciəti əsasında cavabdeh müəssisə barəsində 2023-cü ilin dekabrında X64 xidməti tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə isə Nizami rayon prokurorluğu tərəfindən isə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

120. Göründüyü kimi İddiaçı tərəfindən Cavabdeh barəsində edilən müraciətlər, əmək hüquqlarının pozulması, bonusların ödənilməməsi ilə bağlı irəli sürülən tələblər nəticəsində tərəflər arasında olan münasibətlər 2023-cü ildən pisləşmişdir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, tərələr arasında olan münasibətlər pisləşdikdən sonra Cavabdehi tərəfindən iddiaçı barəsində əmək funksiyalarının pozulması əsası ilə intizam tənbehləri tərbiq edilmişdir.

121. Həmin tənbehlərdən ilki 15 yanvar 2024-cü il tarixli “intizam tənbehinə cəlb edilmə barədə” 15-k nömrəli əmrdir. Həmin əmrdən görünür ki, İddiaçı işə vaxtında gəlmədiyinə və iş növbəsi zamanı vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əssən töhmət verilmişdir.

122. Hazırki əmrin əsaslandırılmasından aydın olur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə işə bir saat yarım gecikdiyi və işə gecikdiyi üçün üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün barəsində töhmət verilmişdir.

123. Həmin gecikmə ilə bağlı iddiaçı tərəfindən verilən izahatdan görünür ki, iddiaçı yolda baş vermiş avto qəza ilə bağlı yaranmış hərəkət məhdudiyyəti ilə əlaqədar işə gecikdiyini bildirmişdir. İşin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən həmin hal (yol-nəqliyyat hadisəsi) ilə bağlı cavabdehə arayış təqdim edilmişdir. Töhmət əmrinin ikinci hissəsi olan iş növbəsi zamanı üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı isə əmrdə konkret hansı vəzifə öhdəliyinin yerinə yetirilmədiyi göstərilməmişdir. Bu təbiidir ki, işçi işə gecikmişdirsə, işdə olduğu zaman etməli olan hərəkətləri etməsi mümkün deyildir. Yəni işə gecikmə ilə səbəbli əlaqəlidir.

124. Cavabdeh tərəfindən etiraz ərizəsində iddiaçı tərəfindən təqdim edilmiş arayışın saxta olduğu (DYP xidmətindən hadisənin vaxtının saxtalaşdırdığı-hadisə 21:55-də baş verdiyi halda, hadisənin 20:20-də baş verilməsi barədə sənəd) qeyd edilsədə, cavabdeh etirazının əsası kimi istinad etdiyi halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

125. Əmrin əsaslandırılmasından belə aydın olur ki, iddiaçının iş növbəsi zamanı üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi dedikə, xəstənin ölümü ilə bağlı edilməli olan sənədləşmə işləri nəzərdə tutulmuşdur. Hansıki işə gecikməsi ilə əlaqədar, yəni işdə olmadığı üçün başqa işçi tərəfindən edilmişdir.

126. Belə olan halda məhkəmədə sual yaranır ki, bütün məhkəmə prosesi dövründə Cavabdeh tərəfindən xəstəlik tarixinin yazılmasının əhəmiyyəti xüsusilə vurğulanmasına baxmayaraq xəstəlik tarixinin yazılmamasına görə 2021-ci il tarixdə iddiaçı xəbərdarlıq edilmişdirsə, işə bir saat gecikməsinə görə (həmin tarixədək iş materiallarında işə gecikməni təsdiq edən sübut müəyyən edilməmişdir) iddiaçı barəsində intizam tənbehinin tətbiqi iddiaçı tərəfindən edilmiş müraciətlər ilə əlaqəlimi olmuşdurmu.

127. Belə ki, işin tədqiq edilən halları onu deməyə əsas verir ki, iddiaçı barəsində ilk dəfə işə bir saat yarım gecikməsinə görə intizam tənbehinin tətbiq edilməsi pozuntunun xarakterinə mütənasib olmamışdır.

128. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının işə gecikdiyi zaman ölmüş xəstənin ölümü İddiaçı işə gecikməsi ilə səbəbli əlaqəsi olmamış, əmrdə də qeyd edilən hal öz əksini tapmamışdır.

129. Əmrdə tətbiq olunmuş intizam tənbehinin Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq işçinin şəxsiyyətinə uyğun, habelə yol verilən pozuntuya mütənasib olub-olmaması, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması əsaslandırılmamışdır.

İddia tələbinin Cavabdehi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 415-K nömrəli “intizam tənbehinə cəlb edilmə barədə” əmrin ləğv edilməsinə dair hissəsi ilə bağlı:

130. xx.xx.2024-cü il tarixli, 415-K nömrəli “intizam tənbehinə cəlb edilmə barədə” əmrdən görünür ki, Cavabdehin baş həkimi Gülzar Əliyevanın xx.xx.2024-cü il tarixli təqdimatla müraciət edərək xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində xəstəxanada müalicədə olmuş X46 adlı xəstənin xx.xx.2024-cü il tarixində 21:50-də vəfat etməsi ilə bağlı ölüm faktının baş verməsində tibb personalının günahlandırılmasına dair xəstənin valideynləri tərəfindən iddia olunan halları araşdıran Komissiyanın xx.xx.2024-cü il tarixli iclas Protokoluna əsasən xəstənin dəyərləndirilməsində və müalicə tədbirlərində bir sıra nöqsanların və hətta kobud səhvlərin oldması nəzərə alınaraq şöbə müdiri Fikrət Məmmədov, həkim-anestezioloq İddiaçı, Osmanov Məhəmmədəli, həkim-infeksionist Muradova Roza, həkim-ftiziatr Osmanova Romella, həmçinin həkim təyinatının icrasında qüsurlara yol vermiş tibb bacıları barəsində tədbirlər görülməsini xahiş etmiş və təqdimat, Komissiyanın xx.xx.2024-cü il tarixli protokolu, izahat nəzərə alınaraq İddiaçı barəsində iş növbəsində olduğu xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərində xəstəlik tarixində heç bir qeydiyyat aparmadığına, xəstənin vəziyyətini qiymətləndirmədiyinə, xəstəlik tarixində yazılı təyinat olmadan xəstəyə tibb bacısı tərəfindən “natrium bikarbonat” (soda) köçürülməsinin qarşısını almadığına, xəstənin qan qazları nəzərə alınaraq respirator dəstəyi korreksiya etmədiyinə görə ƏM-nin 186.2-ci bəndinin “a” yarımbəndinə əsasən töhmət verilmişdir.

131. Göründüyü kimi iddiaçı barəsində töhmət əmrinin verilməsi əsaslarından biri xəstəlik tarixində qeydiyyat aparılmaması və xəstənin vəziyyətinin qiymətləndirilməməsi olmuşdur.

132. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən xəstə Zöhrabın növbəsində olduğu müddətdə xəstəyə təyinat verilmişdir (bunun qeydiyyatı aparılmışdır), lakin xəstəlik gündəlikləri yazılmamışdır.

133. Məhkəmə qeyd edir ki, əmrdə iddiaçı tərəfindən xəstənin vəziyyətinin qiymətləndirilməməsi qeyd edilməsinə baxmayaraq işin mübahisəsiz halı odur ki iddiaçı tərəfindən xəstəyə təyinat verilmiş, yəni müalicə təyin edilmişdir. Bu onu göstərir ki, iddiaçı tərəfindən xəstənin vəziyyəti qiymətləndirilmişdir, əks halda necə müalicə təyin edilə bilərdi. Həmçinin tədqiq edilən iş materiallarından görünür ki, iddiaçı tərəfindən növbədə olduğu müddətdə xəstə Zöhrabın qan qazları yoxlanılmış, həmçinin A/T, P\S, temperatur, SpO2, Diurez yoxlanılaraq müvafiq qeydiyyatlar aparılmışdır.

134. Xəstəlik tarixlərində həkim gündəliklərinin yazılmaması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

135. İlk növbədə qeyd edək ki, həm xx.xx.2024-cü il tarixli, 415-K nömrəli “intizam tənbehinə cəlb edilmə barədə” əmr, həmçinin xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrin verilməsi üçün əsaslardan biri olmuş xəstəlik tarixlərində həkim gündəliklərinin yazılmaması işin araşdırılan halları ilə öz təsdiqini tapmışdır.

136. Hazırki halda qiymət verilməli olan məsələ isə cavabdeh tərəfindən iddiaçı barəsində xəstəlik tarixlərində həkim gündəliklərinin yazılmaması əsası ilə verilən əmrlər işçinin peşəkarlıq səviyyəsinə, yol verilən pozuntuya mütənasib olmuşdurmu, işçinin əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuşdurmu, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymişdirmi.

137. Həmçinin məhkəmə qeyd edir ki, qeyd edilən hala qiymət verilərkən hüququn təməl prinsiplərindən olan vicdanlılıq prinsipinin tələblərinə, o cümlədən əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə qorunması prinsipinə riayət edilibedilmədiyi araşdırılaraq qiymət verilməldir.

138. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan suiistifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı).

139. Vicdanlılıq prinsipi tələb edir ki, işçi ilə yanaşı, həmçinin işəgötürən tərəfindən də əmək qanunvericiliyi ilə müəyyən edilmiş vəzifə öhdəliklərinin yerinə yetirilibyetirilməməsinə, əmək müqaviləsinin şərtlərinə əməl edilib-edilməməsinə qiymət verilsin.

140. Nəzərə alınmalıdır ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur.

141. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı).

142. Əmək Məcəlləsində müəyyən edilmiş işəgötürənin vəzifələrindən biri işçilərin əmək...şəraitinin,....yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək (maddə 12 “ə” bəndi), işçilərin ərizə və şikayətlərinə qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaqdır (maddə 12 “e” bəndi).

143. Əmək qanunvericiliyinə əsasən əmək şəraiti – işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları bu Məcəllədə nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusudur (maddə 3). Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır (maddə 46). İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini (maddə 54).

144. İşin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, işəgötürən tərəfindən işçilərin öz vəzifə funksiyalarını yerinə yetirmələri üçün lazımi şərait yaradılmamışdır.

145. İşin müəyyən edilmiş, mübahisəsiz faktiki halı odur ki, Cavabdehində iki reanimasiya şöbəsi var, hər şöbə ayrı binada, 3-4-cü mərtəbədə yerləşir, şöbələrdən biri 15, digəri 10-12 nəfərlik olub, çarpayılar boş olmamış və hər iki şöbəyə bir anestezioloq həkim baxmışdır.

146. İşin digər müəyyən edilmiş halı odur ki, xəstəxanada tez-tez “5 dəqiqəlik” adlanan iclaslar olmuş, həmin iclaslarda həkim-anestezioloqlar tərəfindən işin ağırlığı, reanimatoloqların azlığı, iki korpus arasında gedib-gəlməyin çətinliyi, bonusların verilməməsi və d. məsələlərlə bağlı şikayətlər edilmiş, lakin həkim reanimatoloq çatışmazlığı ilə bağlı məsələ aradan qaldırılmamış, hər iki şöbəyə, azı 20 xəstəyə bir həkim tərəfindən baxılmalı olmuşdur.

147. Qeyd edilən əmək şəraiti-həkim reanimatoloqların azlığı, iki şöbəyə bir həkim tərəfindən baxılmalı olması, işin ağırlığı vəd. məhkəmə baxış iclaslarında dindirilmiş həm iddiaçı, həm cavabdeh tərəfindən təqdim edilən şahidlərin izahatları ilə öz təsdiqini tapmışdır.

148. Xəstəlik tarixlərində gündəliklərin yazılmaması ilə bağlı həm şahidlərin verdiyi izahata, həmçinin məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən müəyyən edilmişdir ki, səbəb gərgin iş günü, iş yükünün ağırlığı, xəstə sayının çoxluğu, həkim çatışmazlığı olmuşdur.

149. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilimiş baş həkim Gülzar Əliyevanın, həm də digər şahidlərin izahatına əsasən müəyyən edilmişdir ki, xəstəxanada xəstəlik tarixlərində həkim gündəliklərinin yazılmaması ümumi yaranmış bir problem olmaqla əvvələrdə olmuşdur.

150. Göründüyü kimi işəgötürən olan Cavabdehi işəgötürən olaraq öz üzərinə düşən vəzifə öhdəliyini-işçilər üçün öz əmək funksiyalarını iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini təmin edən əmək şəraitini təmin etməmişdir.

151. Cavabdehi xəstəlik tarixlərində həkim gündəliklərinin yazılmasının vacibliyini bildirməsinə baxmayaraq, xəstəxanada işçilərin-həkimlərin müraciətlərini nəzərə almayaraq, xəstəxanada mövcud olan şəraitin yaxşılaşdırılması, həkimlərin öz vəzifə funksiyalarını yerinə yetirmələri üçün əmək şəraitini yaxşılaşdırmamış, tədbirlər görməmiş, yəni vəzifə öhdəliyini vicdanlı yerinə yetirməmiş, lakin demək olar ki, özünün şərait yaratdığı pozuntuya görə həkim-anestezioloqlara töhmət vermişdir.

152. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, xəstə Zöhrabın növbəsində olduğu müddətdə xəstə sayı xx.xx.2024-cü il tarxidə 23, xx.xx.2024-cü il tarixdə 27, xx.xx.2024-cü il tarixdə isə 18 olmuşdur.

153. Nəzərə alınmalıdır ki, məhkəmə iclasında mütəxəssis qismində iştirak edən X10 izahatında bildirmişdir ki, bir növbətçi həkimə neçə xəstə çarpayısı düşməsi ilə bağlı son illərin normativlərini bilmir, lakin sovet dövründə bir növbətçi anestezioloqa 6 xəstə düşmüşdür.

154. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən xəstəlik tarixlərində həkim gündəliklərinin yazılmaması əsası ilə İddiaçı barəsində verilmiş intizam tənbehləri pozuntunun xarakteri ilə mütənasib olmamışdır.

155. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən xəstəlik tarixlərində həkim gündəliklərinin yazılmamasına görə digər həkim-reanimatoloq, məhkəmə iclasında şahid qismində dindirilmiş Osmanov Məhəmmədalıya əvvəl töhmət verilməsinə baxmayaraq, həmçinin xx.xx.2024-cü il tarixli əmr ilə töhmət verilməsinə baxmayaraq, Osmanov Məhəmmədalı ilə cavabdeh arasında olan əmək münasibətlərinə həkimin ərizəsi əsasında, öz xahişi ilə xitam verilmiş, lakin İddiaçı barəsində isə əmək müqaviləsinə Əmək Məxəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. X1 barəsində verilmiş xx.xx.2024-cü il tarixli 416-k saylı “intizam tənbehinə cəlb edilmə barədə” əmrə nəzər saldıqda görünür ki, onun barəsində əmrin verilməsi üçün əsaslar xx.xx.2024-cü tarixində saat 15:00-21:00 (xəstə Zöhrabın öldüyü gün) iş növbəsində olduğu zaman xəstənin vəziyyətinin kritikləşməsinə baxmayaraq standart gündəlik yazaraq xəstənin vəziyyətini stabil dəyərləndirdiyinə, qan qazı göstəricilərinin pisləşməsinə baxmayaraq, korreksiya etmədiyinə və həmçinin xəstəni digər növbətçi həkimə təhvil vermədən iş növbəsindən çıxıb getdiyinə görə barəsində töhmət əmri verilmişdir.

156. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş, iddiaçı barəsində əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, X8 tərəfindən də 14 həkim gündəliyi yazılmamışdır.

157. Yəni görünür ki, iddiaçının etdiyi şikayətlər, müraciətlər, irəli sürdüyü tələblər cavabdeh tərəfindən iddiaçıya müvafiq əmrlərin verilməsində təsiri olmuşdur.

158. xx.xx.2024-cü il tarixli “intizam tənbehinə cəlb edilmə barədə” əmrlərin verilməsi üçün əsas olmuş xx.xx.2024-cü il tarixli təqdimatda barələrində tədbir görülməsi üçün müraciət edilmiş digər həkimlər-Fikrət Məmmədov, Osmanova Romella, Muradova Roza barəsində hansı tədbirlərin görülməsi iş materialları ilə müəyyən edilməmişdir.

159. İddiaçı barəsində xx.xx.2024-cü il tarixli “intizam tənbehinə cəlb edilmə barədə” əmrlərin verilməsi əsaslarından biri olaraq “xəstəlik tarixində təyinatı olmadan xəstəyə tibb bacısı tərəfindən “Natrium bikarbonat” (soda) köçürülməsinin qarşısını almadığı” qeyd edilmişdir.

160. Qeyd edilən hal ilə bağlı işin mübahisəsiz halı odur ki, iddiaçı tərəfindən belə bir təyinat verilməmişdir. İddiaçının növbədə olduğu gün iddiaçı tərəfindən belə bir təyinat verilmədən tibb bacısı (Xumar Eyubova) tərəfindən xəstə Zöhraba soda köçürüldüyü üçün iddiaçı təqsirli hesab edilmişdir.

161. İlk növbədə, həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatının 11-ci bəndinə nəzər saldıqda görünür ki, həkim-anestezioloq-reanimatoloqun vəzifə öhdəliklərinə “ona tabe olan orta və kiçik tibb heyətinin işinə rəhbərlik edtmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara köməklik etmək”, hüquqlarına isə 22.7-ci bəndə əsasən “öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət etmək, sərəncamlar vermək və onların həvəsləndirilməsi və tənbeh edilməsi üçün rəhbərliyə təkliflər vermək” daxildir. Təlimatın 24.6-cı bəndinə əsasən “ona tabe olan işçilərin nizamintizam qaydalarına və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə” görə məsuliyyət daşıyır.

162. Göründüyü kimi həkim-anestezioloq-reanimatoloqun orta və kiçik tibb heyətinin işinə nəzarət etmək hüququ olaraq müəyyən edilmiş, məsuliyyəti isə onların vəzifə öhdəliklərini yerinə yetirməməsinə görə müəyyən edilmişdir.

163. Belə olan halda tibb bacısının vəzifə öhdəliklərinin nədən ibarət olması, həkim təyinatı olmadan xəstəyə dərman köçürülməsinin onların vəzifə öhdəliklərinə daxil olubolmaması müəyyən edilməlidir.

164. “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi” vəzifə təlimatları “Tibb bacısının nümunəvi” vəzifə təlimatının 12-ci bəndində nəzər saldıqda görünür ki, tibb bacısının vəzifə öhdəliklərinə “həkim təyinatının yerinə yetirilməsini təmin etmək” daxildir.

165. Həkim təyinatı dedikdə isə təbiidir ki, yazılı təyinat nəzərdə tutulur.

166. Həmçinin məhkəmə iclasında (xx.xx.2024) şahid qismində dindirilmiş baş həkim Gülzar Əliyeva izahatında bildirmişdir ki, “biz tapşırmışdıq ki, həkimin yazılı təyinatı yoxdursa, xəstəyə nə isə vurula bilməz. Həkimin şifahi təyinatı yolverilməzdir”.

167. “Tibb Bacısının nümunəvi vəzifə təlimatı”nın 4-cü bəndinə nəzər salqıda görünür ki, “tibb bacısı biləvasitə öz struktur bölməsinin rəhbərinə olmaqla, müəssisə rəhbərinə və ya onun müavininə tabe olur”.

168. Belə olan halda rəhbər şəxs olan baş həkim tərəfindən tibb bacılarına verilmiş tapşırığa baxmayaraq xəstəyə həkim təyinatı olmadan dərman köçürülbsə, bu tibb bacısının müəssisə rəhbərinin verdiyi tapşırığı yerinə yetirmədiyinə görə məsuliyyəti üçün əsas olmalıdır.

169. Həmçinin qeyd edək ki, tibb bacısı tərəfindən xəstə Zöhraba iddiaçının şifahi təyinatı əsasında (halbuki həkim təyinatı olmadan, şifahi təyinat ilə xəstəyə tibb bacısı tərəfindən iynə vurulması qadağan edilmişdir) soda köçürüməsini sübut etmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən qeyd edilən halı təsdiq etmək üçün tibb bacısının verdiyi izahata istinad edilmişdir ki, tibb bacısı izahatında iddiaçının ona şifahi təyinat verdiyini bildirmişdir. İddiaçı isə belə bir təyinat vermədiyini bildirmişdir.

170. Məhkəmə qeyd edir ki, tibb bacısının, hansı ki əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəfdir, verdiyi izahat iddiaçı tərəfindən xəstəyə müvafiq dərmanın köçürülməsi ilə bağlı şifahi təyinat verdiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Həmçinin iddiaçı tərəfindən yazılı təyinat verildiyi zaman, əgər sodanın köçürülməsi ilə bağlı təyinat verilmişdirsə, nə üçün yazılı şəkildə qeyd edilmiş olmasın.

171. Həmçinin məhkəmə iclasında Gülzar Əliyeva izahatında tibb bacısının verdiyi izahatı, İddiaçı verdiyi izahatdan daha üstün tutduğunu bildirməsi iddiaçıya olan münasibətində qərəzli olduğu nəticəsinə gəlməyə əsas verir.

172. Cavabdeh tərəfindən soda xəstəyə 40 dəqiqə ərzində köçürüldüyü üçün iddiaçının tibb bacısı tərəfindən xəstəyə soda köçürülməsinin qarşısını almaq imkanı olduğu bildirilmiş, lakin sodanın xəstəyə köçürüldüyü, 40 dəqiqə ərzində köçürüldüyü, köçürülməsi zamanı iddiaçının bunun şahidi olduğu sübuta yetirilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlərin izahatına əsasən isə müəyyən edilmişdir ki, 100 ml mayenin xəstəyə 1-2 dəqiqə ərzində və ya 1 saat ərzində köçürülməsi mümkündür.

173. Həmçinin məhkəmə iclasında mübahisələndirilən digər hal isə o olmuşdur ki, ola bilsin ki tibb bacısı tərəfindən heç xəstəyə soda köçürülməmiş olsun. Belə ki, şahid qismində məhkəmə iclasında dindirilmiş həkim-anestezioloq-reanimatoloqlar X69 və X8 izahatlarında bildirmişlər (iş materiallarına baxaraq) ki, xəstə Zöhrab daxil olduğu zaman saat 09:53-də edilən yoxlamanın nəticəsindən görünür ki, CO2 çox olmuşdur, hətta o qədər çox olmuşdur ki, aparatda rəqəm görünməyib, lakin növbəti yoxlamaların nəticəsindən görünür ki, CO2 aşağı düşmüşdür. Qeyd etmişlər ki, əgər xəstəyə soda vurulsa idi, CO2 nəinki aşağı düşərdi, hətta xəstənin ölümünə də səbəb ola bilərdi.

174. Həmçinin diqqət edilməli məqam odur ki, xəstəyə həkim təyinatı olmadan soda köçürdüyü qeyd edilən tibb bacısı barəsində heç bir tədbir görülməmişdir. Cavabdehin nümayəndəsi və vəkili tədbir görüldüyünü bildirsədə, qeyd edilən halı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki həmin tibb bacısının səhvinə görə iddiaçıya töhmət verilmişdir.

175. İddiaçı barəsində xx.xx.2024-cü il tarixli “intizam tənbehinə cəlb edilmə barədə” əmrlərin verilməsi əsaslarından biri olaraq “xəstənin qan qazları nəzərə alınaraq respirator dəstəyi korreksiya etmədiyi və müalicə müddəti ərzində oksigenin verilmə qaydalarına riayət edilmədiyi” qeyd edilmişdir.

176. Məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, burada mübahisəli vəziyyət xəstənin CPAP və ya süni tənəffüs aparatına (STA) qoşulmaması ilə bağlı yaranmışdır.

177. Cavabdeh tərəfindən xəstə Zöhrabın qan qazı göstəriciləri nəzərə alınaraq xəstəyə respirator dəstək verilməli olduğu, yəni xəstənin CPAP və ya STA-ya qoşulmalı olduğu bildirilməklə, həmin xəstənin növbəsində olan həkim-anestezioloq-reanimatoloqlar tərəfindən qeyd edilənlərin edilməməsi əmək funksiyalarının pozuntusu kimi qiymətləndirilmişdir.

178. “Elmi tədqiqat X18” PHŞ-in Xəstə ölümü hallarının araşdırma Komissiyasının xx.xx.2024-cü il tarixində keçirilən iclas protokolundan görünür ki, həkim-anestezioloqreanimatoloqlar tərəfindən xəstəyə oksigen terapiya verilmiş, sadəcə xəstəni CPAP və STA-ya qoşmamışlar. İclas protokolundan görünür ki, xəstənin CPAP və STA-ya qoşulmamasının səbəbi qismində xəstənin əqli geriliyi olduğu, özünü qeyri adekvat aparması səbəbindən CPAP-a qoşulmasının qeyri-mümkün olduğu, STA-ya qoşulmasına əks göstəriş olduğu, valideynləri tərəfindən icazə verilmədiyi, hətta digər xəstəxanadan da riskə getməyib xəstəni STA-ya qoşmadıqlarını bildirmişlər.

179. Gülzar Əliyeva da izahatında bildirmişdir ki, “respirator dəstəyi X83 reanimatoloqu da demişdi, lakin intubasiya etməyi riskli hesab etmişdilər. Bizim də acığımız tutdu ki, siz də respirator dəstək var idisə, bizə niyə göndərirdiniz”.

180. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş həkim-anestezioloqreanimatoloqlar X8 və X69 izahatlarında bildirmişlər ki, xəstəni suni tənəffüs aparatına qoşulması ilə bağlı qərar reanimatoloqlar tərəfindən verilməlidir və qan qazı göstəriciləri xəstənin süni tənəffüs aparatına qoşulması üçün yeganə meyar deyildir.

181. Qeyd edilənlər Gülzar Əliyevanın da məhkəmə iclasında verdiyi izahat ilə öz təsdiqini tapmışdır. Belə ki, o izahatında bildirmişdir ki, qan qazlarının göstəricləri xəstənin süni tənəffüs aparatına qoşmaq üçün yeganə meyar deyil, amma əsas meyarlardan biridir. Həmçinin qeyd etmişdir ki, suni tənəffüs aparatına qoşmaq barədə qərarı pulmanoloq da, reanimatoloq da verə bilər.

182. Komissiyanın iclas protokolundan isə görünür ki, respirator dəstəyin reanimatoloqların qərarı əsasında həyəta keçirilməli olduğu qeyd edilmişdir. Belə olan halda sual yaranır ki, xəstəyə respirator dəstəyin verilməli olub-olmaması ilə bağlı qərar həkimanestezioloq-reanimatoloqlar tərəfindən qəbul edilməlidirsə, xəstə Zöhrabın növbəsində olmuş həkim-anestezioloq-reanimatoloqlar Vəfa həkim, Osmanov Məhəmmədalı, Fikrət Məmmədov (şöbə müdiri), İddiaçı tərəfindən isə əks götəriş olduğu üçün xəstəyə respirator dəstəyin verilməsi ilə bağlı qərar qəbul edilməmişdirsə, tərkibində həkim-anestezioloqreanimatoloqun olmadığı Komissiya tərəfindən yeganə meyar olmayan qan qazı göstəricilərinə əsaslanmaqla reanimatoloqların vəzifə öhdəliklərini düzgün yerinə yetirmədikləri barədə nəticəyə gəlməsi nə qədər əsaslı, obyektiv olmuşdur.

183. Həmçinin nəzərə almaq lazımdır ki, xəstə X46 “sağ tərəfli pnevmoniya, ağır gedişli, Tənəffüs çatışmazlığı, Döş qəfəsinin anadangəlmə deformasiyası. Endemik zob” diaqnozu ilə müalicə almış, xəstə inkişafdan qalmış, həm onurğa skoliozu, həm əzələ hipotrofiyası olmuşdur.

184. Həmçinin Komissiyanın iclas protokolundan da görünür ki, komissiyanın üzvi olan Aslanova Aysel tərəfindən belə problemli doğulan uşaqların adətən 20 yaşından çox yaşamadığı qeyd edilmişdir. Həmçinin xəstənin anadangəlmə qüsurlu olması, hidrosefaliya və onurğa sütununda kobud skolioza görə əməliyyat olunması, əzələ distrofiyası, kaxeksiya fonunda ağır pnevmoniya olması ölüm riskini xeyli artırdığı qeyd edilmiş, lakin uşağın valideynləri tərəfindən meyidin təşrih olunmasından imtina edildiyi üçün dəqiq ölüm səbəbinin müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir.

185. Göründüyü ki, xəstə Rüstəmov Zöhrabın ağır xəstə olması, ölüm riskinin çox olmasına və dəqiq ölüm səbəbinin müəyyən edilməsinin mümkün olmamasına baxmayaraq Komissiyanın qərarından belə görünür ki, xəstəxanada fəaliyyət göstərən və həmin xəstənin müalicəsində iştirak etmiş bütün həkimlər - həm reanimatoloqlar (F.Məmmədov, İ.Nuridə, O.Məhəmmədalı), həm ftiziatr Osmanova Romella, infeksionist Muradova Roza, həmçinin tibb bacılarının fəaliyyəti qüsurlu olmuş, öz vəzifə öhdəliklərini lazımi qaydada həyəta keçirməmişlər və bununla da xəstənin ölümünə səbəb olmuşlar.

186. Belə olan halda, həqiqətən də həmin həkimlərin fəaliyyəti qüsurlu olmuş idisə, xəstənin ölüm riskinin artmasına səbəb olmuşdursa, nə üçün həmin həkimlər barəsində qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülməmiş, yalnız bir-iki həkimə töhmət verilməklə kifayətlənilmişdir. Digər məsələ də odur ki, cavabdeh müəssisədə nə üçün uzun müddətdir ki, belə həkimlərin fəaliyyətinə şərait yaradılır. Bununla da həmin xəstəxanada müalicə alan xəstələrin həyatı təhlükə altına alınır.

187. Həmçinin sual yaranır ki, əgər bütün həkimlərin fəaliyyəti qüsurlu olmuşdursa, həqiqətən də onların öz vəzifə öhdəliklərini lazımi qaydada icra etməmələri ölüm riskinin artmasına səbəb olmuşdursa, nə üçün həmin həkimlərdən yalnız iddiaçının əmək müqaviləsinə xitam verilmiş, digər-fəaliyyəti qüsurlu olan həkimlərin fəaliyyəti davam etdirilmişdir.

188. Yuxarıda qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı barəsində Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 415-K nömrəli “intizam tənbehinə cəlb edilmə barədə” əmr əsassız və qanunsuzdur.

189. Həmçinin əmək qanunvericiliyinə əsasən idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır.

190. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində intizam tənbehinin tətbiq edilməsinin iddiaçının hüquq mühafizə orqanlarına korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciət etməsi ilə bağlı olmadığı əsaslandırılmamış, əksinə işin müyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən müvafiq müraciətlər edildikdən sonra iddiaçı barəsində araşdırılma aparılmağa başlanılmışdır.

İddia tələbinin Cavabdehi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrin ləğv edilməsinə dair hissəsi ilə bağlı:

191. Qeyd etdiyimiz kimi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi isə digər pozuntularla yanaşı, həm də əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq işçinin altı ay ərzində təkrarən əmək funksiyasını pozması kimi, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində təsbit olunmuş əmək vəzifələrinin kobud pozulmasını da nəzərdə tutur.

192. xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrdən görünür ki, Cavabdehin baş həkimi Gülzar Əliyevanın xx.xx.2024-cü tarixli təqdimatla müraciət edərək Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində 2024-cü ilin aprel-may ayları ərzində stasionar müalicədə olan xəstənin xəstəlik tarixlərinə baxış keçirilən zaman qrafik üzrə müxtəlif vaxtlarda iş növbəsində olan həkim-anestezioloq-reanimatoloq İddiaçı xəstəlik tarixləri üzrə 27 həkim gündəliyi yazmadığını, 1 xəstənin diaqnozunun əsaslandırılmasını aparmadığını, 1 xəstədə müalicə təyinatlarının tarixini qeyd etmədiyini, digər bir xəstənin isə ilkin baxışını qeyd etmədiyini bildirmiş, əmək vəzifələrinin yerinə yetirilməsində kobud səhvlərə yol verdiyi üçün barəsində ciddi tədbir görülməsini xahiç etmiş, həmçinin xx.xx.2024-cü il tarixli təqdimatla müraciət edərək İddiaçı İnstitutun Əməliyyat blokunda aparılan əməliyyat zamanı infeksion və daxili rejim qaydalarını pozduğuna görə barəsində müvafiq tədbir görülməsini xahiş etmiş və təqdimat, izahat və xəstəlik tarixləri, HK-nin xx.xx.2024-cü il tarixli 5 nömrəli protokolu nəzərə alınaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə əvvəllər də işəgötürən tərəfindən verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq, 6 ay ərzində təkrar əmək funksiyasını pozduğuna görə, (AR Əmək Məcəlləsi 72-ci maddənin “ə” bəndi) ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir.

193. Həmçinin əmrin əsaslandırılmasında qeyd edilmişdir ki, əvvəllər də, əmək intizamının pozulmasına görə ona xx.xx.2024-cü il tarixli, 15-k nömrəli əmrlə işə vaxtında gəlmədiyinə və iş növbəsi zamanı şöbədə xəstənin bioloji ölümü ilə bağlı müvafiq sənədləşmə işi aparmadığına və vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə Töhmət verilmiş və həmin əmrin qüvvədə olma müddəti başa çatmamış “ölüm hallarının araşdırılması” komissiyasının xx.xx.20224-cü il tarixli prookoluna əsasən İddiaçı vəzifə öhdəliklərinə səhlənkar yanaşmasının xəstə ölümünün səbəblərindən biri olduğu məlum olmuşdur. Bununla bağlı xx.xx.2024-cü il tarixli, 415-k nömrəli əmrlə ona yenidən intizam tənbehi növündə töhmət verilmişdir.

194. İlk növbədə qeyd edək ki, işin faktiki halları ondan ibarətdir ki, iddiaçı barəsində xx.xx.2024-cü il tarixdə ikinci töhmət əmri verilmiş, həmin töhmət əmrinin verilməsi üçün əsas olaraq xəstəxanada xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində müalicədə olmuş xəstə Rüstəmov Zöhrabın müalicəsi zamanı digər həkimlər ilə yanaşı iddiaçının da öz vəzifə öhdəliklərini yerinə yetirməməsi qeyd edilmişdir.

195. Həmçinin həmin əmrin verilməsindən əvvəl iddiaçı barəsində xx.xx.2024-cü il tarixində xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən infeksion nəzarət qaydasının pozulmasına görə və xx.xx.2024-cü il tarixində isə aprel-may aylarının xəstəlik tarixlərinin yoxlanılması zamanı aşkar edilmiş pozuntulara görə müvafiq tədbirlərin görülməsi ilə bağlı təqdimat verilmişdir.

196. Göründüyü kimi iddiaçı barəsində apel-iyun ayları ərzində cavabdeh tərəfindən kobud pozuntu hesab edilmiş hərəkətlərə görə 2 intizam tənbehi verilmişdir.

197. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən əmrin əsaslandırılmasına baxdıqda elə düşünmək olar ki, iddiaçı tərəfindən həqiqətən əmək funksiyalarının yerinə yetirilməsində nöqsanlar olmuşdur. Lakin iş şəraiti, işin müəyyən edilmiş faktiki halları birlikdə araşdırıldıqda görünür ki, iddiaçı tərəfindən onun barəsində belə qısa müddət ərzində 2 töhmət əmrinin və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola biləcək əmək funksiyasının kobud pozuntularına yol verilməmişdir.

198. Əgər məqsəd işçini işdən çıxarmağa yönəlmişdirsə, bu təbiidir ki, hər bir işçinin əmək fəaliyyətində nöqsanlar tapıla bilər. Bu zaman baxmaq lazımdır ki, həmin nöqsanlara səbəb nə olmuşdur, həmin nöqsanlar işçinin ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması üçün əsas ola biləcək nöqsanlardırmı, həmçinin işəgötürən tərəfindən işçinin əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılmışdırmı, o cümlədən işəgötürən tərəfindən ayrı-seçkilik edilmişdirmi.

199. Hazırda iddiaçı barəsində verilmiş əmrdə qeyd edilmiş nöqsanlara baxdıqda isə işin araşdırılan halları ilə belə nəticəyə gəlinir ki, cavabdeh müəssisə iddiaçını işdən çıxarmaq üçün onun yol verdiyi hər bir xırda pozuntunu qeydə alaraq onu işdən kənarlaşdırmağa çalışmışdır.

200. Hətta məhkəmənin diqqətini çəkən əsas məqamlardan biri o olmuşdur ki, cavabdeh iddiaçını işdən kənarlaşdırmaqla yanaşı, əmrdə onun sonrakı əmək fəaliyyətini davam etdirməsinə mane olacaq belə bir işdən çıxarılması əsasını qeyd etmişdir: “ölüm hallarının araşdırılması” komissiyasının xx.xx.2024-cü il tarixli Protokoluna əsasən İddiaçı vəzifə öhdəliklərinə səhlənkar yanaşmasının xəstə ölümünün səbəblərindən biri olduğu məlum olmuşdur”.

201. Halbuki ümumiyyətlə həmin komissiyanın qərarından görünür ki, xəstə Rüstəm Zöhrabovun ölümünün səbəbləri dəqiq müəyyən edilməmiş, həmçinin ağır xəstə olmuş, komissiyanın üzvü tərəfindən həmin xəstələrin 20 yaşdan yuxarı yaşamadığı qeyd edilmişdir.

202. Məhkəmə qeyd edir ki, iddiaçının xəstənin ölümünün səbəbi olduğu müəyyən edilmədiyi bir halda iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə verilmiş əmrdə belə bir əsasın qeyd edilməsi cavabdehin iddiaçıya münasibətdə qərəzli yanaşmasının nəticəsi olmuş, həmçinin ədalətsiz olmuşdur.

203. Ən azı ona görə ədalətsiz olmuşdur ki, 2006-cı ildən cavabdeh xəstəxanada əmək fəaliyyəti ilə məşğul olmuş, həmçinin Covid 19 pandemiyası dövründə öz həyatını da təhlükəyə ataraq ağır xəstələrə qulluq etmiş, fəaliyyəti dövründə ciddi nöqsanlara yol verməmiş bir həkimin əmək müaviləsinə belə bir əsas ilə xitam verilməsi onun sonrakı əmək fəaliyyəti ilə məşğul olmasına maneçilik törətməklə yanaşı, o cümlədən onun karyerasına son qoyulmasına səbəb ola bilər. Halbuki nəzərə alınmalıdır ki, tibbi təhsil almaq çətin olmaqla, ölkəmizdə təcrübəli həkimlərə daim ehtiyac vardır.

204. Məhkəmə iclasında müəyyən edilmişdir ki, əmrdə qeyd edilmiş həmin əsas – xəstə ölümünün səbəblərindən biri olması iddiaçının başqa xəstəxanada iş tapmasına, əmək fəaliyyətini davam etdirməsinə mane olmuşdur.

205. Halbuki, xəstə Zöhrabın müalicəsində nöqsanlara yol verdiyi əsası ilə barəsində töhmət əmri verilmiş, həmçinin iddiaçı kimi aprel-may ayının xəstəlik tarixlərinin yoxlanılması zamanı həkim gündəliklərini yazmadığı aşkar edilmiş Osmanov Məhəmmədalı xəxtəxanadan ayrıldıqdan sonra yenidən başqa müəssisədə öz vəzifəsi üzrə əmək fəaliyyətinə başlamışdır.

206. xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrin verilməsi üçün əsaslardan biri qismində iddiaçı tərəfindən 27 həkim gündəliyinin yazılmaması qeyd edilmişdir.

207. İşin tədqiq edilmiş halları ilə iddiaçı tərəfindən 26 həkim gündəliyinin yazılmaması aşkar edilmişdir. Xəstəlik tarixlərində həkim gündəliklərinin yazılması ilə bağlı məhkəmənin mövqeyi iddia tələbinin xx.xx.2024-cü il tarixli əmrlə bağlı hissəsində qeyd edilmişdir.

208. Məhkəmə təkrarən nəzərə çatdırmağı zəruri hesab edir ki, işin tədqiq edilən halları ilə cavabdeh müəssisədə həkim gündəliklərinin yazılmaması hallarının tək həmin yoxlama zamanı deyil, əvvəllər də olduğu Gülzar Əliyevanın izahatına əsasən müəyyən edilmişdir. Cavabdeh tərəfindən həkim gündəliklərinin yazılmasının əhəmiyyəti bildirilməsinə baxmayaraq, əvvəllər xəstəlik tarixlərində həkim gündəliklərinin yazılmamasına görə hər hansı həkimə töhmət verilməsinə dair əmr təqdim edilməmişdir.

209. Həmçinin iş şəraitinin ağır olması cavabdehin etirazı, Gülzar Əliyevanın məhkəmə iclasında verdiyi izahat ilə də öz təsdiqini tapmışdır. Lakin cavabdeh tərəfindən həkimlərin iş şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülməli (reanimatoloqların bildirdikləri kimi ən azı hər şöbəyə bir reanimatoloq vermək) olduğu halda, işçilərin əmək şəraiti yaxşılaşdırılmamış, əksinə həkimlərə qeyd edilən hallar ilə bağlı töhmət verilmişdir.

210. İşin müəyyən edilmiş halı odur ki, cavabdeh qeyd etiyimiz kimi işçilərin əmək şəraitini yaxşılaşdırmaq əvəzinə həkim gündəliklərinin yazılmamasına görə töhmət verməklə, əksinə onların işdən çıxmasına səbəb olmuş, bununla da əmək şəraitinin daha da ağırlaşmasına səbəb olmuşdur.

211. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8, X48 izahatından aydın olmuşdur ki, onlar izahatlarında işdən çıxma səbəbi qismində onların ağır şəraitdə işləməkləri nəzərə alınmayaraq əksinə töhmət verilməsini bildirmişlər.

212. xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrin verilməsi üçün əsaslardan biri qismində iddiaçı tərəfindən “1 xəstənin diaqnozunun əsaslandırılmasının aparmadığı” qeyd edilmişdir.

213. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, həmin xəstə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə xəstəxanda müalicə almış X49r.

214. Hazırki əsasla bağlı işin mübahisələndirilən halı odur ki, iddiaçı diaqnozunun əsaslandırılmasının həkim-reanimatoloqun vəzifə öhdəliyi olmadığı bidirilmiş, cavabdeh isə əksinə həkim-reanimatoloq tərəfindən həyata keçirilməli olduğunu bildirmişdir.

215. İlk növbədə, məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, xəstə Aslanov Ağaşahın diaqnozunun əsaslandırılması həkim-pulmonoloq Mustafayev İlqar tərəfindən aparılmışdır.

216. Diaqnozun əsaslandırılmasının kimin vəzifə öhdəliyi olduğu məsələsi ilə bağlı isə işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə diaqnozun əsaslandırılmasının həkim anestezioloq-reanimatoloqun vəzifə öhdəliyinə daxil olmaması müəyyən edilmişdir.

217. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarxli məktubdan görünür ki, məktubda qeyd edilmişdir ki, diaqnozun əsaslandırılması anestezioloqreanimatoloqun öhdəliklərinə daxil deyil, real vəziyyəti qiymətləndirməklə və funksional müayinə metodlarına əsaslanaraq diaqnoz təyin edə bilər. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məktubda qeyd edilmişdir ki, həkim anestezioloq-reanimatoloq xəstənin vəziyyətini düzgün qiymətləndirmək üçün anamnez toplamaq, müvafiq klinik laborator müayinələr aparmaq, əlavə instrumental diaqnostik üsullardan istifadə etmək, diaqnozun əsaslandırılması istiqamətində əlavə ixtisas həkimlərini dəvət etmək, reanimasiyaya daxil olan hər bir xəstənin həmin anda vəziyyətini qiymətləndirmək, onun qeydiyyatını aparmaq, müvafiq qaydada müalicəsini təmin etmək, lazım gəldikdə qəbul şöbəsinə və digər şöbələrə çağırışa gedərək yardımlar etmək öhdəliyi vardır.

218. Məhkəmə iclasında iştirak edən mütəxəssis X10 izahatında bildirmişdir ki, “həkim anestezioloq-reanimatoloq təkcə diaqnozu əsaslandıra bilməz, o sahəvi mütəxəssisləri dəvət etməlidir. Belə ki, əsas xəstəlik və yanaşı xəstəliklər var. Diaqnozu əsaslandırmaq üçün təşkilatçılıq edib, lazımi həkimləri çağırmalıdır. Amma bu tək reanimatoloqun üzərindədirmi?, Əsaslandırmaq üçün səlahiyyətindədir ki, əlavə mütəxəssis dəvət etsin. Bəzən sualı belə qoyurlar, reanimatoloq diaqnozu əsaslandırmayıb. O reanimatoloqun səlahiyyətində deyil. Birdə var ki, həmin bu diaqnozu əsaslandırmaq üçün niyə mütəxəssislər dəvət etməmisən. Birinci sualda guya ki, mən etməliyəm. İkinci sualda isə mən etməliyəm. Mütəxəssis bildirmişdir ki, həkim anestezioloq-reanimatoloqun vəzifəsidir ki, ixtisas həkimlərini çağırsın, onlar tərəfindən verilən rəydən sonra klinik diaqnoz qoyulsun”. Belə olan halda məhkəmə tərəfindən müətəxəssisə verilən suala (iş materiallarında Aslanov Ağaşahın xəstəlik tarixində Nuridə xanım pulmonoloqu çağırıbsa, deməli öz işini görüb?) cavabdeh mütəxəssis iddiaçının öz işini gördüyünü bildirmişdir.

219. Aslanov Ağaşahın xəstəlik tarixindən görünür ki, müalicə həkimi olan İddiaçı tərəfindən xəstənin klinik diaqnozu yazılmış, müayinə planı yazılmış, müayinə planında pulmonoloqun baxışı yazılmış və pulmonoloq Mustafayev İlqar tərəfindən diaqnozun əsaslandırılması aparılmışdır.

220. xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrin verilməsi üçün əsaslardan biri qismində iddiaçı tərəfindən “1 xəstənin ilkin baxışının qeyd edilmədiyi” qeyd edilmişdir.

221. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, həmin xəstə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə xəstəxanda müalicə almış X50r.

222. Hazırki əsasla bağlı işin mübahisələndirilən halı odur ki, iddiaçı ilkin baxışın yazılmasının həkim-reanimatoloqun vəzifə öhdəliyi olmadığı bidirilmiş, cavabdeh isə əksinə həkim-reanimatoloq tərəfindən həyata keçirilməli olduğunu bildirmişdir.

223. İlk növbədə, məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, xəstə X32 ilkin baxışı həkim-pulmonoloq Mustafayev İlqar tərəfindən yazılmışdır.

224. İlkin baxışın yazılmasının kimin vəzifə öhdəliyi olduğu məsələsi ilə bağlı isə işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə diaqnozun əsaslandırılmasının həkim anestezioloq-reanimatoloqun vəzifə öhdəliyinə daxil olmaması müəyyən edilmişdir

225. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məktubda qeyd edilmişdir ki, anestezioloq-reanimatoloqun ilkin baxış yazmaq kimi vəzifə öhdəliyi yoxdur. İlkin baxışı təcili hallarda Təcili və X40 şöbəsinin növbətçi həkimi yerinə yetirir. Yalnız təcili həyati təhlükə zamanı anestezioloq-reanimatoloq konsultasiyaya dəvət olunduğu təqdirdə öhdəliklərinə daxil deyil, real vəziyyəti qiymətləndirməklə və funksional müayinə metodlarına əsaslanaraq diaqnoz təyin edə bilər. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məktubda qeyd edilmişdir ki, həkim anestezioloqreanimatoloq xəstənin vəziyyətini düzgün qiymətləndirmək üçün anamnez toplamaq, müvafiq klinik laborator müayinələr aparmaq, əlavə instrumental diaqnostik üsullardan istifadə etmək, diaqnozun əsaslandırılması istiqamətində əlavə ixtisas həkimlərini dəvət etmək, reanimasiyaya daxil olan hər bir xəstənin həmin anda vəziyyətini qiymətləndirmək, onun qeydiyyatını aparmaq, müvafiq qaydada müalicəsini təmin etmək, lazım gəldikdə qəbul şöbəsinə və digər şöbələrə çağırışa gedərək yardımlar etmək öhdəliyi vardır.

226. Həmçinin Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məktubda qeyd edilmişdir ki, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə xəstəxananın digər şöbələrindən (Təcili Və X40 və ya hər hansı stasionar şöbələrdən) xəstə daxil olduqda ilkin baxışı həmin şöbələrin həkimləri aparır və xəstəlik tarixində müvafiq qeydlər edirlər. Sadalanan şöbələrdə anestezioloq-reanimatoloqun ilkin baxış yazmaq və klini diaqnozu əsaslandırmaq kimi vəzifə öhdəliyi yoxdur. Bir çox belə hallarda xəstələr əvvəlcədən təyin edilmiş diaqnozla Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə köçürülürlər. Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə birbaşa daxil olmuş qeyri-cərrahi profilli ağır xəstəyə anestezioloq-reanimatoloq tərəfindən pasiyentin şikayətləri, anamnezi, ilkin statusu həmin həkim tərəfindən qiymətləndirilərək ilkin baxış kimi xəstəlik tarixində qeyd olunur. Anestezioloq-reanimatoloq xəstənin vəziyyətinə uyğun olan müayinə planını hazırlayır, lazımi digər ixtisaslı həkimlərin konsultasiyalarını təşkil edir və əldə edilmiş müayinə nəticələrinə, müvafiq mütəxəssis əsaslanaraq klinik diaqnozu xəstəlik tarixinə yazır.

227. Məhkəmə iclasında iştirak edən mütəxəssis X10 izahatında bildirmişdir ki, elə xəstələr var ki, birbaşa reanimasiyaya daxil olur, xəstə birbaşa reanimasiyaya daxil olmuşdursa, həkim anestezioloq-reanimatoloq ilkin baxışı yazmalıdır. Çünki bu halda xəstəni ilk mən görmüşəm deyə, ilkin baxışı mən yazıram. Qəbul şöbəsinə gəlmiş xəstənin ilkin baxışını isə qəbul həkimi yazmalıdır. Anestezioloq-reanimatoloqun vəzifəsi deyil ki, qəbul şöbəsinə düşüb xəstəyə ilkin baxış etsin. İlkin baxışı qəbul şöbəsi yazmalıdır.

228. Məhkəmə iclasında tədqiq edilmiş X32 xəstəlik tarixinə nəzər saldıqda ayın olur ki, xəstə ilk öncə qəbul şöbəsinə gəlmiş, ilk diaqnoz qəbul şöbəsi tərəfindən qoyulmuşdur. Həmin xəstənin müalicə həkimi olan həkim-pulmonoloq Mustafayev İlqar tərəfindən ilkin baxışı, klinik diaqnozu, diaqnozun əsaslandırılması yazılmışdır.

229. xx.xx.2024-cü il tarixli 511-K nömrəli əmrdə iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün əsaslardan olmuş, xəstə X34 ilkin baxışı, o cümlədən xəstə X35 diaqnozunun əsaslandırılmasının həkim-pulmonoloq Mustafayev İlqar tərəfindən həyəta keçirildiyi halda, nə üçün iddiaçıdan tələb edilməsi sualına cavabda cavabdehin nümayəndasi və vəkili bunun iddiaçının vəzifə öhdəliklərinə daxil olduğunu bildirmiş, lakin həkim anestezioloqun vəzifə öhdəliklərinə daxil olması sübuta yetirilməmişdir.

230. Həmçinin vəzifə öhdəliklərinə daxil olduğu hesab edilsə belə, ilkin baxış və diaqnozun əsaslandırılmasının Mustafayev İlqar tərəfindən həyəta keçirildiyi halda iddiaçı tərəfindən hansı hərəkətin edilməli olduğu, yəni əlavə hansı hərəkəti etməli olduğu, hansı hərəkəti ilə pozuntuya yol verdiyi nə məhkəmə iclasında cavabdehin nümayəndələrinin izahatına əsasən, nə də iş materiallarına əsasən müəyyən edilməmiş, cavabdehin nümayəndələri tərəfindən aydınlaşdırılmamışdır. Sadəcə iddiaçı tərəfindən edilməli olduğu bildirilmişdir.

231. Belə olduğu halda iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün əsaslardan olmuş xəstə Aslanov Ağaşahın diaqnozunun əsaslandırıldığı və xəstə Abbasova Həcərin ilkin baxışının yazıldığı halda, iddiaçının hansı hərəkəti ilə əmək funksiyalarının kobud pozuntusuna yol verdiyi məhkəmə tərəfindən müəyyən edilməmişdir.

232. xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrin verilməsi üçün əsaslardan biri qismində iddiaçı tərəfindən “xəstədə müalicə təyinatlarının tarixinin qeyd edilmədiyi” qeyd edilmişdir.

233. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, həmin xəstə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə xəstəxanada müalicə almış X36r.

234. Məhkəmə tərəfindən işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, X26 daxil olduğu gün İddiaçı növbədə olmuş və onun tərəfindən təyinat verilmiş, lakin təyinat tarixi isə qeyd edilməmişdir. İddiaçı növbəti gün isə növbədə olmamış, növbəti təyinat isə xx.xx.2024-cü il tarixdə Osmanov Məhəmmədalı tərəfindən verilmişdir. Yəni iddiaçının növbədə olduğu tarix məlum olduğu, təyinatın icrası tarixini xəstəlik tarixi ilə müəyyən edilməsinin mümkün olduğu bir halda, cavabdeh tərəfindən iddiaçının xəstəlik tarixində müalicə təyinatını qeyd etməməsinin işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

235. Həmçinin müəyyən edilmişdir ki (şahid Gülzar Əliyevanın izahatına əsasən), xx.xx.2024-cü il tarixli təqdimatla müraciət edilməsi üçün əsas olmuş, 2024-cü ilin aprel-may ayları ərzində stasionar müalicədə olan xəstənin xəstəlik tarixlərinə baxış keçirilən zaman aşkar edilmiş - 27 həkim gündəliyi yazılmaması, 1 xəstənin diaqnozunun əsaslandırılmaması, 1 xəstədə müalicə təyinatlarının tarixinin qeyd edilməməsi, digər bir xəstənin isə ilkin baxışının qeyd edilməməsi baş həkim Gülzar Əliyeva tərəfindən may ayında artıq epikrizlərin imzalanması zamanı xəstəlik tarixləri yoxlanılarkən aşkar edilmiş, lakin iddiaçıya həmin əsaslarla əmək müqaviləsinə xitam verilməsi barədə əmr xx.xx.2024cü il tarixdə verilmişdir.

236. Belə ki, Gülzar Əliyeva izahatında bildirmişdir ki, “onlarda yoxlama planlı və qeyriplanlı olur. O xəstəlik tarixlərindən bəzilərini artıq xəstə xəstəxandan çıxandan sonra yoxlamış, bəzilərini xəstə xəstəxanada yata-yata yoxlamış, pərakəndə yoxlamışdır. Xəstəlik tarixləri epikrizlər imzalalan zaman yoxlanılır, epikrizlər isə ən çoxu bir həftəyə hazır olmalıdır. Adi qaydada həmin halda xəstəlik tarixləri ayın tarixləri ilə bir-bir yoxlanılır, qaydasındadırsa, qol çəkilir”. Belə olan halda məhkəmə şahidə “onda Siz yoxlayıb nöqsanları aşkar edibsiniz? sualı ilə müraciət etdikdə şahid cavabında bildirmişdir ki, “Epikrizləri bəlkə də bir həftə ərzində veriblər. Xəstəlik tarixi isə mənə gəlib çıxıbdı, həmin vaxtı yoxlama zamanı. Bəzən olur ki, xəstəlik tarixlərini özümdə saxlayıb, sonra yoxlayıram. Sonra qərar çıxaram”.

237. Şahidin verdiyi izahatı işin faktiki halları ilə birlikdə tədqiq etdikdə görünür ki, xx.xx.2024-cü il tarixdə “ölüm hallarının araşdırılması” Komissiyası tərəfindən iddiaçı və digər həkimlərdə nöqsanlar aşkar edilmiş, həmin nöqsanlara görə iddiaçıya xx.xx.2024-cü il tarixdə töhmət verilmiş, may ayının sonunda, epikrizlər imzalanan zaman artıq cavabdehə xx.xx.2024-cü il tarixli əmrin verilməsi üçün əsas olmuş hallar məlum olmuş, lakin həmin halların onun barəsində yeni bir intizami tənbehi verilməsi üçün sənədləşdirmək üçün yoxlama həyəta keçirilmiş, yəni eyni vaxtda aşkar edilmiş cavabdehin iddia etdiyi kobud nöqsanlarla iddiaçıya iki intizam tənbehi verilmişdir.

238. Həmçinin şahid Gülzar Əliyevanın izahatı əsasında müəyyən edilmiş digər hal isə ondan ibarətdir ki, xəstə Rüstəmov Zöhrabın xəstəlik tarixində aşkar edilmiş iddiaçı tərəfindən həkim gündəliklərinin yazılmaması halı, xəstəyə soda köçürülməsi halı artıq aprel ayında xəstənin epikrizi imzalanan zaman məlum olmuş (həmçinin izahatında qeyd etmişdir ki, xəstəyə iddiaçının göstərişi ilə sodanın köçürülməsi barədə ona həmin gün tibb bacısı tərəfindən bildirilmiş, lakin müalicə həkimi odur deyə heçnə deməmişlər), lakin iddiaçı barəsində qeyd edilən təqdimatla ölüm komissiyasının qərarından sonra müraciət edilmiş və həmin əsaslarla iddiaçıya xx.xx.2024-cü il tarixdə intizam tənbehi verilmişdir.

239. Məhkəmə qeyd edir ki, qeyd edilən əsaslar əmək müqaviləsinə xitam verilməsi üçün kobud pozuntu hesab edilsə idi belə, cavabdeh həmin faktların aşkar edildiyi vaxtdan bir ay keçənədək iddiaçı barəsində intizam tənbehi tətbiq etmək səlahiyyətində olmuşdur.

240. xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrin verilməsi üçün əsaslardan biri qismində iddiaçı tərəfindən İnstitutun əməliyyat blokunda aparılan əməliyyat zamanı infeksion nəzarət qaydalarını pozması“ olduğu qeyd edilmişdir.

241. İşin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cərrah F.Məmmədov tərəfindən aparılan kiçik cərrahi müdaxilə prosesində bonesiz, baxlsız və maskasız iştirak etmişdir.

242. İddiaçı izahatında bildirmişdir ki, kiçik cərrahi proses zamanı cərrah tərəfindən çağırılaraq xəstəyə yüngül ağır kəsici vurması xahiş edilmiş, xəstə şəhid anası olduğu üçün yalnız yerli keyləşdirmə ilə kifayətlənməyərək əl daxili xəstəyə ağrıkəsici vurmuşdur. Həmçinin belə kiçik prosesin sarğı otağındada icra edilməsinin mümkünlüyü, belə olan halda heç bir bone və maskaya ehtiyac olmadığını bildirmişdir. Həmçinin tibbi forma, üzərində birdəfəlik xələt, xəstəxana daxilində geyindiyi ayaqqabı üzərində olduğunu bildirmişdir.

243. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən kiçik prosesin icrası zamanı üzərində maska, bonenin olmamasının qarşlığı, bunun ciddi bir nəticəsi olmadığı halda (belə bir nəticənin olması iş materialları ilə müəyyən edilməmişdir) iddiaçının 2006-cı ildən fəaliyyət göstərdiyi, əvvəllər belə nöqsanlara yol verməsinə dair iş materiallarında hər hansı bir sübut olmadığı, əksinə şahid ifadələri ilə kollektivdə həm yaxşı həkim, həm də insan kimi hörməti olduğu müəyyən edilmiş iddiaçı barəsində əmək müqaviləsinə xitam verilməsi olmamalı idi.

244. xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrə iddiaçı tərəfindən yol verilmiş nöqsanlara nəzər saldıqda-1 saat yarım işə gecikmə (dekabrda 2023), həkim gündəliklərinin yazılmaması, 1 xəstənin diaqnozunun əsaslandırılmaması, 1 xəstənin ilkin baxışının qeyd edilməməsi (aprel-may aylarında), maskasız, bonesiz kiçik cərrahi müdaxilə prosesində iştirak etməsi (xx.xx.2024) belə təsəvvür yaradır ki, cavabdeh iddiaçının 2023-cü ilin sonlarından etdiyi bütün hərəkətləri izləmiş və onun xəstəxanadan kənarlaşdırılması istiqamətində hər birini sənədləşdimişdir.

245. Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd olunmalıdır ki, əmək qanunvericiliyində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin şərtləri müəyyən olunmuşdur.

246. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş ona irad tutulan xəstəlik tarixləri üzrə 27 həkim gündəliyinin yazılmaması, 1 xəstənin diaqnozunun əsaslandırılmasının aparılmaması, 1 xəstədə müalicə təyinatlarının tarixinin qeyd edilməməsi, digər bir xəstənin isə ilkin baxışının qeyd edilməməsi, İnstitutun Əməliyyat blokunda aparılan əməliyyat zamanı bone və maskasız olması nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi müəyyən olunmur.

247. Həmçinin qeyd edək ki, iddiaçı barəsində xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrin verilməsi üçün əsas təqdimat, izahat, xəstəlik tarixləri ilə Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixli protokolu olmuşdur.

248. Həmin iclas protokolu iddiaçı tərəfindən aparılmış səs yazısı ilə birlikdə tədqiq edildikdə aydın olmşdur ki, protokolda iclasda qeyd edilən məsələlər tam şəkildə öz əksini tapmamışdır.

249. Həmkarlar Komitəsinin iclasında İddiaçı professional həkim olduğu qeyd edilməsinə, üzvlərdən ona vaxt verilməsini təklif edən üzvlər olmasına baxmayaraq, həmin hallar protokolda öz əksini tapmamışdır. Həmçinin iclasın səs yazısından görünür ki, müzakirə işdə olan nöqsanlardan, cavabdehin iddia etdiyi iddiaçının əmək funksiyalarının “kobud” pozuntularından daha çox iddiaçı ilə rəhbərlik arasında yaranmış konflikdən getmiş, tərəflər arasında barışıq əldə edilməsi məsələsi müzakirə edilmişdir. Komitənin sədri tərəfindən hazırki vəziyyətdə rəhbərlik tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edildiyi üçün rəhbərliyə xahişlə müraciət edə biləcəkləri bildirilmiş, habelə ancaq yenidən konflikdə getsə avtomatik işdən azad olunacağı bildirlimişdir. Qeyd edilən izahat göstərir ki, iddiaçı tərəfindən yenidən cavabdehin iddia etdiyi kobud pozuntulara yol verməsi deyil, rəhbərlikdə “dil tapması”, “mübahisə etməməsi” onun bundan sonra əmək fəaliyyətini davam etdirməsinin əsas şərti olmuşdur. Yəni iddiaçı rəhbərlikdən üzr istədiyi, “konfliktə getmədiyi” halda, xəstəlik tarixlərində həkim gündəliklərini yazmasa da öz əmək fəaliyyətinə davam edə bilərdi.

250. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin etirazına (səs yazısının qanunsuz yolla qeydə alındığı üçün sübut qismində istinad edilməsinin yolverilməzliyi) münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında ifadə etdiyi mövqeyi nəzərə çatdırmağı zəruri hesab edir.

251. Həmin Qərarda qeyd edilir ki, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

252. Qeyd etdiyimiz kimi işin məhkəmə tərəfindən tədqiq edilən faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdehi arasında münasibətlər 2023-cü ildən pisləşmiş, iddiaçı cavabdehə qarşı bonusların ödənilməməsi, əmək hüquqlarının pozulması, ağır iş şəraitində işləmələri ilə bağlı müraciətlər etmiş, həmçinin X64 Xidmətinə əmək hüquqlarının pozulması ilə bağlı və direktor və baş həkim barəsində xəstələrə pulsuz verilən dərman preperatlarının mənimsənilməsi və sair qanunsuz hərəkətlər barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan respublikası Baş Prokurorluğuna, Səhiyyə Nazirliyinə müraciətlər etmişdir.

253. Həmin müraciətlərdən sonra cavabdeh müəssisədə bonuslar verilməyə başlamış, X64 Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdehi inzibati cərimə növündə inzibati tənbeh edilmiş və Bakı şəhəri Nizami rayon Prokurorluğu tərəfindən xx.xx.2024-cü il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir. Səhiyyə Nazirliyi tərəfindən isə xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli şikayət əsasında araşdırma komissiyası yaradılaraq araşdırma aparılmış və cavabdeh barəsində iddiaçı tərəfindən irəli sürülən iddiaların öz təsdiqini tapmadığına dair rəy verilmişdir.

254. Həmçinin iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdehinin direktoru Axundova İradə və baş həkim Əliyeva Gülzar tərəfindən İddiaçı və X55 qarşı mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir.

255. İşin faktiki hallarından görünür ki, tərəflər arasında olan münasibətlər pozulduqdan sonra cavabdeh tərəfindən də iddiaçının etdiyi şikayətlərə qarşılıq olaraq onun hərəkətləri sənədləşdirilərək iddiaçı barəsində intizam tənbehləri verilməyə başlamışdır. Yəni, cavabdeh tərəfindən iddiaçı barəsində görülmüş intizam tədbirləri məhz bu şikayətlərdən sonra baş vermişdir.

256. Qeyd etmək lazımdır ki, əmək qanunvericiliyinin tələbinə əsasən idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Bu Əmək Məcəlləsinin imperativ tələbidir. Lakin cavabdeh tərəfindən verilmiş iddiaçı barəsində intizam tənbehlərinin tətbiq edilməsinə dair əmrlər əmək qanunvericiliyinin tələbinə uyğun olaraq intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsi və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığı əsaslandırılmamışdır.

257. Cavabdeh etiraz ərizəsində iddiaçıya qarşı intizam tənbehlərinin tətbiq edilməsi “qisas" məqsədi ilə deyil, əksinə əmək fəaliyyətində yol verdiyi çoxsaylı qanun pozuntuları ilə bağlı olduğunu qeyd etsdə, məhkəmə tərəfindən işin tədqiq edəln halları o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı barəsində tətbiq edilən intizam tənbehləri məhz onun etdiyi müraciətlərin nəticəsidir.

258. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş, Cavabdehin Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun iddiaçı tərəfindən qeydə alınmış səs yazısından görünür ki, iclasda iştirak edənlərdən biri iddiaçıya münasibətdə qeyd edir ki, “sən orabura məktublar yazırsan, sən bilmirdin ki, “povod” tapılacaq”, “əgər sən gəmidə oturub gəmiçi ilə dava edirsənsə, belədə olacaq, belə də xəstəlikləein yoxlanacaq, a eta “povod””, “belə məktublar yazırsan, belə istənilən adamı başlasalar güdməyə, o qədər şey çıxacaq ki”.

259. Ümumiyyətlə səs yazısına qulaq asdıqda aydın olur ki, təqdimatın verilməsi üçün əsas olan hallarla birlikdə (daha çox) iddiaçının rəhbərliklə konfliktə getməsi, iddiaçı tərəfindən edilən müraciətlər, edilən müraciətlərin nəticəsi müzakirə edilmişdir.

260. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdeh iddiaçı barəsində intizam tənbehinin tətbiq edilməsinin iddiaçının hüquq mühafizə orqanlarına korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciət etməsi ilə bağlı olmadığını əsaslandıra biləməmiş, əksinə yuxarıda qeyd edilmiş iş materiallarından da görünür ki, iddiaçı barəsində araşdırmaların aparılması, intizam tənbehlərinin tətbiqinə əsas olan hallardan olmuşdur.

261. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı ilə bağlanmış müvafiq əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verərkən həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsini nəzərə almamışdır. Belə ki, cavabdeh işçinin törətmiş olduğunu iddia etdiyi pozuntunun işin, istehsalın, əmək və icra intizamının normal ahənginin necə pozulduğunu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan dəymiş olduğunu sübut edə bilməmişdir.

262. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, Cavabdehin Cavabdehi tərəfindən İddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 415-K nömrəli “intizam tənbehinə cəlb edilmə barədə” və xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” barədə əmrlər əsassız və qanunsuz olduğundan, ləğv edilməli və İddiaçı işə bərpa edilməlidir.

Məcburi İş buraxmaya görə Əmək Haqqı tələbi:

263. İddiaçı Cavabdeh PHŞ-dən məcburi iş buraxmaya görə əmək haqqı tutulması tələbini irəli sürmüşdür.

264. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

265. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

266. İddiaçı “məcburi iş buraxmaya görə əmək haqqı tutulması” tələbini Cavabdehi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilməsi ilə əsaslandırılmışdır.

267. Belə olan halda, məhkəmə qeyd edir ki, İddiaçı məcburi işburaxmaya görə əmək haqqı tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir.

268. Həmin normaya əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

269. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır.

270. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyindən və iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi olduğundan Cavabdeh PHŞ tərəfindən qəbul edilmiş əmr ləğv edilməli, İddiaçı işə bərpa ediməli və xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

İddia tələbinin “hər gecikdirilmiş gün üçün bir faiz ödəncin cavabdehdən tutulması”na dair hissəsi :

271. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqıya görə hər gecikdirilmiş gün üçün 1 faiz ödəncin cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

272. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.

273. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuşdur ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

274. Həmin maddənin qeyd hissəsindən görünür ki, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

275. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır.

276. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir.

277. Məhkəmə hazırki işin faktiki hallarına əsasən qeyd edir ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh PHŞ tərəfindən İddiaçı barəsində verilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunsuz hesab edildiyindən, cavabdeh tərəfindən iddiaçının əmək haqqının verilməsinin gecikdirilməsi işin mübahisəsiz halıdır.

278. Bu gecikdirmənin işəgötürənin təqsiri üzündən baş verməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məxəlləsinin 172-ci maddəsinin 5-ci bəndinin məcburi iş buraxma üçün əmək haqqı ilə bağlı tələblərə tətbiqi həmin normanın mahiyyətindən irəli gəlmir.

279. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Qərarında da fərdi əmək mübahisəsinin yarandığı hallarda da həmin normanın tətbiqi ilə bağlı ifadə etdiyi mövqe məcburi iş buraxma üçün əmək haqqı tələblərinə deyil, işçinin işlədiyi dövr üçün ödənilməli olan, yəni işçinin gördüyü işə görə ödənilməli olan, lakin işəgötürənin təqsiri üzündən ödənilməyən əmək haqqının ödənilməsi ilə bağlı mübahisələrə tətbiq edilməlidir.

280. Nəzərə alınmalıdır ki, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

281. Əmək Məcəlləsinin 172-ci maddəsinin qeyd hissəsindən görünür ki, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

282. Qeyd edilən normanın mahiyyətindən göründüyü kimi işəgötürənin təqsiri dedikdə, işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallar ilə bağlı işçinin əmək haqqının ödənilməsinin gecikdirildiyi hallar nəzərdə tutulmuşdur. Həmçinin işəgötürənin özündən asılı olmayan səbəblərə görə işçiyə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə işəgötürənin məsuliyyəti istisna edilmişdir.

283. Məhkəmə qeyd edir ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərkən, xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verərəkən, yəni işdən çıxarılmasında özünü haqlı, işçinin isə kobud pozuntulara yol verdiyini hesab edərkən işəgötürən tərəfindən işçiyə əmək haqqının ödənilməsindən söhbət gedə bilməz. Yəni belə bir şəraitdə İddiaçı Cavabdeh PHŞ tərəfindən əmək haqqının verilməsinin gecikdirilməsinin cavabdehin iradəsindən və imkanlarından asılı olan hal kimi qiymətləndirilə bilməz.

284. Nəzərə alınmalıdır ki, Cavabdeh PHŞ tərəfindən verilmiş İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmr məhkəmə tərəfindən qanunsuz hesab edildiyindən və məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qərar məhkəmə tərəfindən qəbul edildiyindən məcburi iş buraxmaya görə əmək haqqının gecikdirilməsində cavabdeh təqsirli hesab edilə bilməz.

İddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsi :

285. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

286. Həmin qərarda qeyd edilmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

287. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

288. Həmin qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir.

289. Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.

290. Həmin maddənin qeyd hissəsində qeyd edilmişdir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.

291. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.

292. “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X84 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir.

293. Yuxarıda qeyd edilənləri və mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsini, işin faktik hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki qətnamə ilə iddiaçının pozulmuş hüquqlarını bərpa edərək Cavabdeh PHŞ-nin xx.xx.2024-cü il tarixli, 415-K nömrəli “intizam tənbehinə cəlb edilmə barədə” və xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrlərinin ləğv edilməsi mənəvi zərərin ödənilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə xərcləri :

294. İddiaçı məhkəmədən ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 60.00 (altmış) manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir.

295. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün 50 manat məbləğində pul vəsaiti və 10 manat kargüzarlıq xərci ödənilmişdir.

296. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36.5.-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

297. Məhkəmə qeyd edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və iddiaçı müvafiq tələb irəli sürdüyündən ilkin mediasiya sessiyasında iştirak üçün iddiaçının çəkdiyi 60 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

298. Həmçinin iddiaçı tərəfindən hüquqi xidmətə görə ödənilmiş 300 manat məbləğində vəsaitin cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

299. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə vəsaitin ödənilməsi (ən azı orderə görə xərcin) işin mübahisəsiz hal olsa, iddiaçı tərəfindən həmin xərcin məbləğini təsdiq edən sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz.

Nəticə :

300. Beləliklə, Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdehi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 415-K nömrəli “intizam tənbehinə cəlb edilmə barədə” əmr və xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmr ləğv edilməli, İddiaçı işə bərpa ediməli və xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı, 60 manat mediasiya xərci cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

301. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdehi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 415-K nömrəli “intizam tənbehinə cəlb edilmə barədə” əmr və xx.xx.2024-cü il tarixli 511-K nömrəli “vəzifədən azad etmə, əmək müqaviləsinə xitam verilmə barədə” əmrlər ləğv edilsin. İddiaçı işə bərpa edilsin və xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 60 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar