Məhkəmə qərarları › İş №e-2(007)-2132/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2132/2024

25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2132/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı “Bakı Fransız Liseyi” Təhsil Kompleksinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Bakı Fransız Liseyi” Təhsil Kompleksi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “Bakı Fransız Liseyi” Təhsil Kompleksi və Cavabdeh arasında bağlanmış 113 saylı, 20 iyun 2022-ci il tarixli “Təhsilin təşkili müqaviləsinə” əsasən 9650 (doqquz min altı yüz əlli) manat borcun, 300 (üç yüz) manat vəkil xərcinin və 116,50 (yüz on altı manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun, cəmi 10066,50 (on min altmış altı manat əlli qəpik) manatın birdəfəlik şəkildə Cavabdeh tutularaq iddiaçı “Bakı Fransız Liseyi” Təhsil Kompleksinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “Bakı Fransız Liseyi” Təhsil Kompleksi ilə Cavabdeh arasında 113 saylı, 20 iyun 2022-ci il tarixli “Təhsilin təşkili müqaviləsi” (bundan sonra Müqavilə) bağlanıb. Həmin Müqavilələrin 3.1-ci maddəsinə əsasən cavabdehin övladı X1 “Bakı Fransız Liseyi” Təhsil Kompleksində təhsil aldığına görə cavabdeh iddiaçıya 2022-2023 təhsil ilinə görə 14850 (on dörd min səkkiz yüz əlli) manat təhsil haqqı ödəməli idi. Cavabdehin övladı Melissa Kərimova 2022-2023 il tədris illəri ərzində “Bakı Fransız Liseyi” Təhsil Kompleksində tədris alsa da, Müqavilə üzrə iddiaçıya cəmi 3500 manat ödəniş edib, iyul 2023-də Fransa dövləti tərəfindən COVİD 19 pandemiyası ilə əlaqədar ödənişdə çətinlik çəkən valideynlərə dəstək proqramı çərçivəsində yardım edilib, 9650 manat borcu qalıb. Cavabdehlə dəfələrlə əlaqə saxlanılsa da, o, cümlədən ona xx.xx.2024 il tarixli pretenziya məktubu göndərilsə də, “Bakı Fransız Liseyi” Təhsil Kompleksinə olan borcunu ödəməkdən boyun qaçırıb və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri 116,50 manat ödənilmiş dövlət rüsumundan və 300 manat vəkilxərcindən ibarətdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştiralı olmadan keçirilməsini və iddia təlbinin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini, tələb olunan borcu ödəməyə hissəli şəkildə davam edəyəcəyini, 2023-2024-cü ilin yanvarından hazırkı vaxtadək 3500 manat ödədiyini qeyd etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Bakı Fransız Liseyi” Təhsil Kompleksi (BFL) ilə təhsil alacaq Melissa Kərimovanın valideyni Sevda Sükürova arasında bağlanmış xx.xx.2022-ci il tarixli 113 saylı “Təhsilin təşkili müqaviləsi”ni surətindən görünür ki, bu Müqavilə ilə BFL ibtidai təhsilin dövlət standartı və proqramı, həmin səviyyələr üzrə homoloqasiya verən Fransa Milli Təhsil Nazirliyinin tədris proqramlarına (Fransa milli kurikulumu) uyğun olaraq (liseyin kodu: n° UAİ/RNE 2530001B), Azərbaycan Respublikasının ümumtəhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, BFLin Daxili təlimatına uyğun şəkildə, dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək Təhsilalanın ümumi təhsil almasını həyata keçirir. Təhsilalanın valideyni isə bunun müqabilində BFL-ə lilüqavilən n qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqı ödəməyi öhdəsinə götürür. 3.1. Təhsilalanın cari tədris ili üçün illik təhsil haqquıın məbləği 14850 (on dörd min səkkiz yüz əlli) AZN təşkil edir. Təhsil haqqı tədris ili başlayanadək bir dəfəyə tam həcmdə və ya 3 dəfəyə aşağıdakı vaxtlarda və məbləğlərdə ödənilir: 01 iyul 2022-ci il tarixinədək depozit qismində illik təhsil haqqının 30%-ni təşkil edən 4455 AZN-nin ödənilməsi; 01 dekabr 2022-ci il tarixinədək 5940 AZNnin ödənilməsi; 01 mart 2023-cü il tarixinədək 4455 AZN-nin ödənilməsi. - “Bakı Fransız Liseyi” Təhsil Kompleksi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli A 204/23 saylı maliyyə arayışından görünür ki, X1, 2022/2023-cü tədris ilində “Bakı Fransız Liseyi" Təhsil Kompleksində fransız kurrikulumu üzrə CM2 (5-ci sinif) təhsil alıb. Məktəb və valideyn arasında bağlanmış təhsilin təşkili müqaviləsinə əsasən təhsil haqqı 14850 AZN və qeydiyyat haqqı 300 AZN-dən ibarət olub. Valideyn tərəfindən ödənilmiş təhsil haqqı məbləğləri aşağıda qeyd olunmuşdur. X2: 1. xx.xx.2023- 1500 AZN; 2. xx.xx.2023- 1500 AZN; 3. İyul 2023- 2000 AZN (Fransa dövləti tərəfindən COVİD pandemiyası ilə əlaqədar ödənişdə çətinlik çəkən valideynlərə dəstək proqramı çərçivəsində yardım). 4. xx.xx.2024- 500 AZN. Toplam: 5500 AZN. Qalıq borc: 9650 AZN. - xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün “Bakı Fransız Liseyi” Təhsil Kompleksi tərəfindən 116,50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən lisey şagirdə yüksək təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən illik təhsil haqqı 14850 manat müəyyən edilmiş, cavabdeh müqavilə üzrə 3500 manat ödəniş etmiş, həmçinin iddiaçı tərəfindən COVİD pandemiyası ilə əlaqədar ödənişdə çətinlik çəkən valideynlərə dəstək proqramı çərçivəsində 2000 manat güzəşt edilmişdir. Hazırda iddiaçı ödənilməmiş 9650 manat təhsil haqqı borcunun ödənilməsini tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Cavabdeh isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Bakı Fransız Liseyi” Təhsil Kompleksi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 113 saylı “Təhsilin təşkili müqaviləsi”nə əsasən Cavabdeh 9650 manat təhsil haqqı borcu tutularaq iddiaçı “Bakı Fransız Liseyi” Təhsil Kompleksinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Belə ki, iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 116,50 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Bundan başqa, iddiaçı həmçinin 300 manat vəkil xərcinin ödənilməsini xahiş etsə də, hüquqi yardım üçün həmin məbləğdə ödəniş edilməsinə dair məhkəməyə heç bir sübut (ödəniş qəbzi, müqavilə və s.) təqdim etməmişdir. Bu səbəbdən 300 manat vəkil xərci iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Bakı Fransız Liseyi” Təhsil Kompleksi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli 113 saylı “Təhsilin təşkili müqaviləsi”nə əsasən Cavabdeh 9650 manat təhsil haqqı borcu və ödənilmiş 116,50 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “Bakı Fransız Liseyi” Təhsil Kompleksinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar