Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2142/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclas katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Əlı̇ yev Zaur Əlı̇ oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Rəhı̇ mova Xəzəngül Oruc qızının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə cavabdehlər Əlı̇ yeva Şövkət Şükür qızına və Əlı̇ yev Zaur Əlı̇ oğluna qarşı “cavabdehlərin qeyri-yaşayış sahəsindən çıxarılması, cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Rəhı̇ mova Xəzəngül Oruc qızı cavabdehlər Əlı̇ yeva Şövkət Şükür qızına və Əlı̇ yev Zaur Əlı̇ oğluna qarşı “cavabdehlərin qeyri-yaşayış sahəsindən çıxarılması, cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanda inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajdan (qeyri-yaşayış sahəsindən) çıxarılması, onun sözügedən qarajdan sərbəst istifadə etməyinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və cavabdehlər tərəfindən ona 3800 (üç min səkkiz) yüz manat məbləğində pul məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış 497 saylı, xx.xx.2015-ci il tarixli X6-Yaşayış sahəsinin Tikintisi üçün müqaviləyə əsasən o, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanda inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajı alıb. Həmçinin, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 520 saylı, xx.xx.2016-cı il tarixli X6-Yaşayış sahəsinin Tikintisi üçün müqaviləyə əsasən Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanda inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində 1 maşınlıq qarajı alıb. Lakin cavabdehlərin özlərinə məxsus qaraj olmasına baxmayaraq cavabdehlər ona məxsus qeyri-yaşayış sahəsini (qarajı) də 2017-ci il tarixdən zəbt ediblər və sözügedən qarajdan onun istifadə etməyinə maneələr yaradıbar. O, cavabdehlərə ona məxsus qarajdan çıxmalarını tələb etsə də, cavabdehlər ona məxsus qarajdan çıxmamış, ona sözügedən qarajı nə istifadə etməyinə, nə də ki kirayə verməyinə və yaxud satmağına imkan verməyiblər. Bu səbəbdən o, sözügedən qarajdan istifadə edə bilmədiyindən və yaxud kirayə verə bilmədiyindən müəyyən gəlirlərindən məhrum olub. Belə ki, sözügedən qarajın aylıq kirayə haqqı 50 manat təşkil edir və keçən müddət ərzində o, öz əmlakından cavabdehlərə görə 3800 manat (2017-ci ildən bəri 76 ay ərzində hər ay 50 manat olmaqla) məbləğində gəlirindən məhrum olub. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh onaməxsus qeyri-yaşayış sahəsindən çıxarılmalı, cavabdehlər tərəfindən öz qeyri-yaşayış sahəmdəm istifadəsinə yaradılmış maneələr aradan qaldırılmalı, həmçinin cavabdehlərə görə itirdiyi 3800 manat məbləğində pul vəsaiti cavabdehlərdən alınaraq ona ödənilməlidir. Məhkəmə araşdırması zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajdan (qeyri-yaşayış sahəsindən) çıxarılması, iddiaçının sözügedən qarajdan sərbəst istifadə etməyinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və cavabdehlər tərəfindən 2017-ci ilin yanvar ayından 2023-cü ilin may ayına qədər hebablanmış (76 ay) ayda 50 manat olmaqla 3800 (üç min səkkiz) yüz manat məbləğində əldən çıxmış fayda məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, "xxxx" MTK-nın direktoru Nümayəndə2 məhkəmə iclasında layihəyə əsasən həmin yerin iddiaçıya məxsus olduğunu təsdiq etdi. Ekspertizanın keçirilməsi mərhələsi isə artıq ötmüşdür. Həmçinin, Cavabdeh2 bir qaraj almış, iki qarajın ona məxsus olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi müqavilədə isə əl yazısı ilə kimsə iki qarajın cavabdehə verildiyini yazıb, həmin əl yazısını isə istənilən bir şəxs yaza bilər. Yəni iş materiallarında iki qarajın cavabdeh tərəfə məxsus olduğunu təsdiq edən heç bir sübut yoxdur. Nümayəndə2 məhkəmə iclasında bir maşınlıq qaraja dair müqavilədən başqa heç bir sənədə möhür vurmadığını, Cavabdeh2 də digər bir qaraj satmadığını, komendant Şahid1 səlahiyyəti olmadan qarajı satdığını bildirdi. "xxxx" MTK-nın direktoru Nümayəndə2 Cavabdeh2 bir maşınlıq qaraj satıb, müqaviləyə möhür vurub, əl yazısı isə sonradan müqavilədə yazılıb. İddiaçı tərəf bir qarajın Cavabdeh2 satıldığını mübahisələndirmir. Mübahisəli qarajın iddiaçıya məxsus olduğunu təsdiq edən sübutu təqdim etmişlər. Mübahisəli qaraj kirayədə olmayıb. Cavabdeh2 qarajı zəbt edib, istifadə edib. Əgər cavabdeh hesab edirsə ki, ona iki qarajlıq ərazi satılıb, bununla bağlı MTK-ya qarşı müvafiq iddia qaldırıb mübahisələndirə bilər. Məhkəmə iclasında cavabdeh Əlı̇ yev Zaur Əlı̇ oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh2 mübahisəli qarajı 2016-cı ildə almış və həmin vaxtdan da mübahisəsiz qaydada və maneəsiz istifadə etmişdir. Həmin qarajların Cavabdeh2 məxsus olmasını təsdiq etmək üçün şahidlər də dəvət etmişlər. İddiaçı tərəf həmin qarajın ona məxsus olmasını təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir. Yalnız "xxxx" MTK-nın direktoru Nümayəndə2 eskiz təqdim etmiş və həmin eskiz əsasında mübahisəli qarajın iddiaçıya məxsus olmasını təsdiq etmişdir. Lakin həmin şəxsin bildirdikləri sübut kimi qəbul oluna bilməz. Təqdim olunmuş eksiz əsasında ekspertiza keçirilməli və həmin eskizə əsasən mübahisəli qarajın kimə məxsus olmasını ekspertiza müəyyən etməlidir. İddiaçı müqavilədə olan əl yazısının istənilən şəxs tərəfindən yazıldığını bildirir, həmin yazını komendant yazmışdır. Bildirmək istəyir ki, komendant MTK-nın rəhbərliyinin razılığı olmadan bu yazını yaza bilməzdi. Bina bir neçə şəxsin paylı mülkiyyətində olub. Paylı mülkiyyətçilərdən biri Koroğlu adlı şəxs olub, həmin şəxs artıq vəfat edib. Cavabdeh2 qarajı Koroğlu adlı şəxsdən alıb. Həmin vaxt o, komendanta məhsullarının gömrükdə qaldığına və ona təcili pul lazım olduğuna görə iki qaraja münasibətdə 11000 manat pul istəmiş və həmin məbləğ Cavabdeh2 tərəfindən şəxsən ödənilmişdir. Bu faktı MTK-nın mühasibi və komendantları da təsdiq edə bilərlər. Cavabdeh 2015-ci ildə bir qaraja görə 11000 manat pul verə bilməzdi. Qarajda həm Cavabdeh2 öz avtomobilini, həm də qardaşı avtomobil saxlayırdı. Məhkmə iclasında şahid kimi dindirilmiş şəxslər də təsdiq etmişlər ki, mübahisə predmeti olan əmlak binanın sahibi Nümayəndə2 tərəfindən bir qaraj adı altında iki qaraj kimi satılmışdır. Məhkəmə iclasında dindirilmiş Nümayəndə2 binanın komendantı olan Şahid1 qarajın satışı ilə bağlı heç bir səlahiyyət vermədiyini qeyd etmişdir. Onların izahatlarında ziddiyyətli məqamlar olduğundan onları üzləşməsi həyata keçirilməlidir. Çünki Şahid1 demişdir ki, o, Cavabdeh1 ilə olan müqaviləni tərtib edib, müqavilənin sonundakı qeydləri edib, bundan sonra müqaviləni təsdiq edilməsi üçün Nümayəndə2 vermişdir. Müqavilənin kötüyü MTKdan götürülməlidir. 7 ildir ki, Cavabdeh2 qarajdan mübahisəsiz qaydada istifadə edir. 7 ildən sonra iddiaçı indi qarajı mübahisələndirir. İddiaçının müqaviləsində isə qarajın nömrəsi göstərilməmiş, mücərrəd şəkildə binanın 3-cü girişinin zirzəmisində olan qarajın satıldığı göstərilmişdir. Həmin ərazidə isə müxtəlif qarajlar var. İddiaya cavabdeh verməli olan şəxs niyə Cavabdeh2 və Cavabdeh1 olması məlum deyil. Kifayət qədər məhkəmə araşdırması aparılmışdır. Hesab edir ki, verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Cavabdeh Əlı̇ yeva Şövkət Şükür qızına məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş cavabdeh Əlı̇ yev Zaur Əlı̇ oğlu iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, "xxxx" MTK-nın hazırki mühasibi Esmira xanım və komendantı ona bir sütundan digər sütuna qədər olan yeri göstərmişlər və həmin iki avtomobil üçün nəzərdə tutulan yeri bir qaraj kimi satmışlar. O, qarajı alanda onlardan yerin iki maşınlıq olduğunu, lakin müqavilədə isə bir maşınlıq yer yazıldığını, gələcəkdə onun üçün hər hansı bir problemin yaranıbyaranmayacağını soruşmuş, onlar isə heç bir problem yaranmayacağını bildirmişlər və müqavilənin aşağı hissəsinə əl yazısı ilə “iki maşınlıq yeri bir qaraj kimi satdılar” qeydini yazmışlar. Həmin vaxt Esmira xanım Koroğlu adlı şəxslə də danışmışdır. Koroğlu da ona məhsullarının gömrükdə qaldığını, təcili pul lazım olduğunu bildirmiş və iki maşınlıq yeri bir qaraj kimi satmışlar. O, Çiçək xanımla birinci dəfə 2020-ci ildə, ikinci dəfə isə 2022-ci ildə rastlaşmışdır. Binada 4 nəfər şərik olub, şəriklərdən biri də iddiaçının əri olub. Binada olan 30-50 ədəd qarajdan, hər birinə 8-10 ədəd qaraj olmaqla, həmin şəriklər arasında bölüşdürülüb. Onlar binada yaşamırlar. Sonra Çiçək xanım qarajları satmışdır. O, iddiaçını dörd il ərzində birdədə də olsun görməmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, o, "xxxx" MMC-nin direktorudur. Dörd sütunun arası iki avtomobil üçün nəzərdə tutulur, yəni iki qarajdır. Onlar bütün müqavilələrdə bir maşınlıq yer yazırlar. Çünki qarajların ölçüsü fərqlidir, qarajlar arasında 1-2 kv.m fərq olur. O, Cavabdeh2 əvvəldən də ona bir maşınlıq qarajı satdığını, İddiaçı ilə razılaşdıqları halda, ikinci qarajın satılması ilə bağlı müqavilə bağlaya biləcəyini demişdir. Bu məsələnin səbəbkarı Bakir adlı şəxsdir. Özünə aid olmayan, rəsmi müqavilənin aşağı hissəsinə əl yazısı ilə yazaraq ikinci qarajı da Cavabdeh2 satdığını qeyd etmişdir. Müqavilə onun tərəfindən imzalanıb təsdiq edildikdən sonra komendant onun xəbəri olmadan müqaviləyə əlavə qeydlər etmişdir. Həmçinin, bu məsələdə qiymət uyğunsuzluğu da var. Həmin vaxtda bir qaraj 12000-13000 manat dəyərində olub. Hətta mübahisəli qarajın yanındakı iki qarajı 27000 manata satmışdır. 27000 manatlıq qarajı tələsərək 22000-24000 manata satmaq olar, 11000 manata satmaq absurddur. Komendantın qaraj satmaq səlahiyyəti yoxdur. MMC-nin təsisçilərinin birinin payına 8 ədəd qaraj düşür. O, qarajın birini İddiaçı verib. O, Cavabdeh2 bir maşınlıq qaraj satmışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X5 ifadəsində göstərmişdir ki, iddiaçı onun bacısıdır. Mübahisəli qarajın yerləşdiyi binada bacısının və qardaşının evi var. Bacısı və qardaşı hal-hazırda bir evdə qalırlar, evə gedib-gəlirlər. Bacısının 66 yaşı var, xəstədir. Bacısının uşağı olmayıb, qardaşının həmin binada mənzili olduğu üçün qaraj alaraq qardaşına hədiyyə etmişdir. Sonra bacısı xəstə olanda həkimə getmək üçün qarajı satmaq istəyəndə, qarajın zəbt edildiyi məlum olmuşdur. Mübahisəli qarajın iddiaçıya məxsus olduğunu, hal-hazırda isə Cavabdeh2 tərəfindən zəbt edildiyini təsdiq edir. O, qarajın olduğu binada qalmır. Qardaşı təxminən 2015-2016-cı ildən həmin binadan mənzil alıb, həmin vaxtdan da hal-hazıra qədər mütəmadi olaraq mənzilinə gedibgəlir. Qardaşımın hansı müddətdə mənzildə qaldığını bilmir. Qardaşının avtomobili var. O, dəfələrlə Cavabdeh2lə, MTK-nın mühasibi Esmira xanımla da görüşmüşdür. Cavabdeh2 bir müqavilə göstərərək qarajların ona məxsus olduğunu bildirirdi. Onlar əvvəllər qarajın başqa şəxs tərəfindən zəbt edildiyini bilməmişlər. Qardaşı və bacı daha çox onun evinə gəlirdilər, qardaşı öz evinə nəzər salıb gedirdi. Qardaşı gah öz mənzilində qalırdı, gah da qalmırdı, çox vaxt avtomobilini onun evində saxlayaraq öz mənzilinə taksi ilə gedib-gəlirdi. Onlar zirzəmiyə düşərək qaraja baxmışlar, amma qarajın başqa şəxs tərəfindən zəbt edildiyini bilməmişlər. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Çiçək xanım onun qohumudur. Çiçək xanım ona iki ədəd qarajları olduğunu demiş, o da qaraj almaq istəyirdi. Onlar qaraja baxmaq üçün binaya getmiş, o, iki maşınlıq bir qaraj görmüşdür. Çiçək xanım ona qarajlardan birinin satıldığını, digərinin isə qaldığını, lakin həmin qarajı da Zaur adlı şəxsin zəbt etdiyini və onlara maneəçilik törətdiyini bildirdi. O da Çiçək xanıma həmin şəxslə danışmağı və məsələni aydınlaşdırmaq üçün gəlməsini bildirdi. Zaur həmin qarajı komendantdan aldığını bildirdi. Onun yeni tikililərdə bir neçə mənzili var, amma mənzilləri komendantdan deyil, binanın direktorundan alırlar. O, sənədə baxanda Cavabdeh2 bir maşınlıq yer aldığını, ikinci maşınlıq yer üçün isə başqa şəxs tərəfindən yazılmış əlyazmanın olduğunu gördü. Cavabdeh2 həmin yerin ona məxsus olduğunu bildirsə də, halbuki həmin yer Çiçək xanımgilə məxsusdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar. Çiçək xanım onların həm ailəvi dostu, həm də qohumudur. O, 2023-cü ildə binadan qaraj almaq istəyirdi. Onun qeydiyyatda olduğu və yaşadığı yer Nərimanov rayonudur. O, istədiyi yerdən qaraj və digər daşınmaz əmlak ala bilər, bunun üçün qanunla heç bir məhdudiyyət yoxdur. O, qarajda olmuş, qaraj binanın altında, zirzəmi kimi yerdə idi, Zaur bəy də orada idi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildə həmin binada komendant işləyirdi. Koroğlu adlı şəxs həmin binada təsisçilərdən biri idi. Koroğlu adlı şəxs ona məhsullarının gəldiyini, ona təcili pul lazım olduğunu, ona görə də qarajını satmaq istədiyini bildirdi. O, Koroğlu adlı şəxsə qarajın yerini bilmədiyini deyəndə, ona Esmira xanımın qarajın yerini bildiyini qeyd etdi. Bir neçə gün sonra binanın sakini olan Cavabdeh2 qaraj almaq istədiyini bildirdi, Esmira xanım onlara sütundan sütuna qədər olan qarajın yerini göstərdi. Koroğlu adlı şəxs orada iki qarajının olduğunu, ona təcili pul lazım olduğunu, iki qarajı bir qarajın yerinə satmağını bildirdi. Cavabdeh2 də həmin qarajı aldı. Həmin vaxtdan 7 il keçdikdən sonra isə bu mübahisə ortalığa çıxdı. Nümayəndə2 orada təsisçilərdən biri idi. Nümayəndə2 orada qarajlarının olub-olmadığını deyə bilməz. Nümayəndə2 qarajların satılmasında bu və ya digər formada qətiyyən iştirak etməyib. O, 2016-cı ildə binada komendant işləyən vaxt və ondan əvvəl də Cavabdeh2 həmin binada yaşayıb. Müqavilədə olan əl yazısı ona məxsusdur. O, əl yazısını yazandan sonra müqaviləni ofisə apardılar, bir gün sonra müqaviləni gətirdilər, yəni əl yazısından sonra müqaviləyə möhür vuruldu. O, müqaviləyə əl yazısını Koroğlu adlı şəxsin və mühasib Esmira xanımın razılığı ilə yazmışdır. Müqaviləyə Nümayəndə2 möhür vurub, möhür ancaq Nümayəndə2 olub, onun möhürü olmayıb. Cavabdeh2 iki qarajlıq yer alıb. Cavabdeh2 hər iki qarajda özü avtomobil saxlayırdı, başqa heç kim avtomobil saxlamırdı. O, 2017-ci ilə qədər həmin binada komendant işləmişdir. İşlədiyi bir il müddətində qarajla bağlı heç kəs ona yaxınlaşmamışdır. Cavabdeh2 qaraj satılanda bir qarajın orta-bazar qiyməti 5000-6000 manat idi. Bir qaraja görə 11000 manat pul ödənilə bilməzdi. Onun yazını yazmaqda heç bir maddi marağı olmamışdır, qarajın sahibi bir qarajın yerinə iki qarajı satmaqla bağlı yazını yazmağını demişdir. Bu yazı yazılandan sonra möhür vurulmuşdur. Nümayəndə2 müqaviləyə bu yazını yazdığını görmüşdür. Binada qarajların nömrələri yox idi. Binada olan qarajlar nömrəsiz olduğundan mübahisəli qarajın kimə məxsus olduğunun necə müəyyən olunması onda sual doğurur. Onun qarajı satmaq səlahiyyəti var idi, Koroğlu adlı şəxs komendant kimi onu göstərmişdir. Bir qarajın müqaviləsi verilirdi. İki qaraj üçün müqavilə verilmirdi. Onlar iki qarajlıq yeri bir qaraj kimi satmışlar. Ona görə də, əl yazısı ilə yazmışlar. Qarajı satmağı qarajın sahibi ona deyib. O qarajın başqa şəxsə məxsus olduğundan heç kimin məlumatı yox idi. Esmira xanım qarajların Koroğlu adlı şəxsə məxsus olduğunu bildirdi. Yazılı müqavilə var. Şirkətin rəhbəri də müqaviləyə möhür vurub. Onlar cavabdehə 2 qaraj satmışlar. Komendant işlədiyi bir il müddətində onun vasitəsi ilə bu tipli alqı-satqı müqavilələri olmayıb. Ona ancaq bu qarajı satmaq səlahiyyəti verilmişdir. Qarajın sahibi deyəndən sonra o, alqı-satqı etmişdir. Başqa qarajların bu formada satıldığını görməyib, onun məlumatı yoxdur. Digər qarajların başqa sakinlərə satılmasını və ya alqı-satqı müqavilələrini görməmişdir. Qaraj satılanda müqavilə yazılıb verilir. Digər qarajların alqı-satqısında iştirak etməmişidir. Cavabdehdə məxsus müqavilədəki yazı və imza ona məxsusdur. O, binada bir il komendant işləmişdir. İşlədiyi müddətdə Cavabdeh2 neçə avtomobilinin olmasını bilmirdi. Cavabdeh2 iki qarajlıq yerdə neçə avtomobil saxladığını deyə bilməz. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, binada Çiçək xanımın qarajlarını satmışdır. Çiçək xanımın çox qarajı onun iştirakımla satılıb. O, Zaur Əlı̇ yevi tanıyır. Cavabdeh2 onun yaşadığı binada yaşayır. O, 2016-cı ildə binada komendant köməkçisi işləmişdir. Cavabdeh2 də həmin vaxt həmin binada yaşayırdı. İki qaraj bir qaraj yerinə Cavabdeh2 satılıb. O, Şahid1 və Esmira xanım Cavabdeh2 qarajı göstərmişlər. 2016-cı ildə qarajların qiyməti 5000 manat idi. Həmin vaxt binanın direktoru Nümayəndə2 idi. Həmin binada Nümayəndə2 qarajları var idi və başqa şəxslərə də qaraj satmışdır. Qarajların satılmasını rəhbərlik birbaşa onlara həvalə edə bilirdi, onlara deyilmişdir ki, qarajı istəyən olsa, satsınlar. Müqaviləni Nümayəndə2 tərtib etmişdir. Cavabdeh2 qaraj istəmiş, iki qarajın bir qarajın yerinə satıldığını soruşmuş, o, mühasib Esmira xanım, Şahid1 iki qarajın bir qaraj yerinə satıldığını demişlər. Bir müqavilə tərtib olunmuş, müqavilədə olan yazı isə Şahid1 məxsusdur. Bu yazı yazılandan sonra müqavilə təsdiq olunmuşdur. Nümayəndə2 bir qaraj adı altında iki qarajın satılması barədə yazını görmüşdür. Nümayəndə2 bu məsələdən xəbəri var idi, xəbəri olmasaydı, müqaviləni təsdiqləməzdi. Onlar Cavabdeh2 11000 manat pul almışlar. Qəbz də həmin MTK-ya məxsusdur. Həmin binada 3 il komendant köməkçisi işləyib. İşlədiyi 3 il müddətində heç bir şəxs ona məxsus qarajın Cavabdeh2 tərəfindən zəbt olunması ilə bağlı heç nə deməmiş, heç vaxt belə bir mübahisə olmamışdır. O, komendant işlədiyi müddətdə qaraj satmamış, sadəcə deyiləndə qarajı göstərmişdir. Qarajı əlyazma ilə satmamışdır. Müqavilə gəlirdi, qarajın satılmasını Nümayəndə2 bilirdi, o necə deyirdi, o qaydada satılırdı. Başqa qarajların bu qaydada satılması halı olmayıb. İki qarajın bir qaraj əvəzinə verilməsi halı ilə rastlaşmamışdır. Burada Cavabdeh2 təkrar olaraq iki qarajın bir qaraj yerinə satılmasını soruşmuş, ona satışın bu şəkildə həyata keçirilməsinə dair məlumat verilmişdir. Qarajların başqa şəxslərə necə satılmasına dair onda məlumat yoxdur. 2016-cı ildə qarajların qiyməti 5000-6000 manat idi, indi qarajlar hər qiymətə, yəni 10000, 15000 manata satılır. O vaxt qarajların qiyməti stabil idi. 2 maşınlıq qarajları olan şəxslər də var idi. Bir şəxs digər şəxsə qarajını satanda onların məlumatları olmurdu, bu barədə onlara məlumat verilmirdi. Çiçək xanım 5 qarajının olduğunu bildirmiş və qarajları satmaq barədə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, O, Cavabdeh2 qardaşıdır. O, mübahisəli qarajda öz avtomobilini də saxlamışdır. O, əvvəllər qarajın olduğu binada yaşayırdı, iki ildir ki, oradan çıxmışdır. Əvvəllər də onun öz qarajı var idi. Həmin qarajı qaytarmış, mübahisəli qarajı almışlar, həmin qarajda da avtomobilinin nömrəsi qalıb. O, qardaşı ilə birlikdə yaşamışdır. Onun öz avtomobili var, qeydiyyat nömrəsinin sonu 417 idi. Hazırda mübahisələndirilən iki maşınlıq qarajı qardaşı 2016-cı ildə bir qaraj adı ilə almışdır. İki il ərzində o qarajla bağlı heç bir mübahisə olmamışdır. O, qarajın alınması prosesində iştirak etmişdir. Anası və qardaşı da orada olmuşdur. Müqavilənin yazılmasını anası tələb etmişdir. Qarajı 11000 manata almışlar. Həmin vaxt orada olan qarajların bazar qiyməti 5000 manat idi. Qaraj satılanda Şahid1 orada idi, əl yazısını da o yazmışdır. İki maşınlıq qarajı bir qaraj adı ilə satılması bina sahibinin göstərişi idi. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə İddiaçı Oruz qızı arasında bağlanmış 497 saylı xx.xx.2015-ci il tarixli X6-yaşayış sahəsinin tikintisi üçün müqavilənin surətindən görünür ki, cəmiyyət Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilən binanın zirzəmi hissəsində bir maşınlıq qarajı payçıya verməyi, payçı isə həmin qeyri-yaşayış sahəsini pay haqqını əvvəlcədən ödəməyi və son nəticədə həmin sahəni qəbul etməyi öz üzərinə götürür. Müqavilənin 1-ci bəndində göstərilən qeyri-yaşayış sahəsinin dəyəri 20000 ABŞ dolları təşkil edir. - "xxxx" Mənzil Tikinti Kooperativinin 265 saylı xx.xx.2015-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı "Yeni Ev” Mənzil Tikinti Kooperativinə məxsus yaşayış binasında 3 girişin zirzəmi hissəsində yerləşən bir maşınlıq qeyri-yaşayış sahəsinin tikintisi üçün tələb olunan pay haqqını tam ödəmişdir və tikintiyə borcu yoxdur. - "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 520 saylı xx.xx.2016-cı il tarixli X6yaşayış sahəsinin tikintisi üçün müqavilənin surətindən görünür ki, cəmiyyət Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilən binanın 3-cü girişin zirzəmi hissəsində bir maşınlıq qarajı payçıya verməyi, payçı isə həmin qeyri-yaşayış sahəsini pay haqqını əvvəlcədən ödəməyi və son nəticədə həmin sahən qəbul etməyi öz üzərinə götürür. Müqavilənin 1-ci bəndində göstərilən qeyri-yaşayış sahəsinin dəyəri 11000 manat, 6286 ABŞ dolları təşkil edir. Müqavilənin sonuna aşağıdakı məzmunda qeyd edilmişdir: “İki maşınlıq qarajı bir qaraj kimi mən, Şahid1 zirzəmidən qarajı satdım, əvəzində 11000 manat pul aldım”. - "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli kassa mədaxil orderininin qəbzinin surətindən görünür ki, Cavabdeh1 520 saylı müqaviləyə əsasən 11000 manat ödəniş etmişdir. - Məhkəməyə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəs 1-də yüksək mərtəbəli binanın yeraltı avtomobil dayanacağının planı təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli X6-yaşayış sahəsinin tikintisi üçün müqavilə ilə MMC Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilən binanın zirzəmi hissəsində bir maşınlıq qarajı iddiaçıya 20000 ABŞ dolları ödənilməklə satmışdır. Həmçinin, Cavabdeh1 ilə MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli X6-yaşayış sahəsinin tikintisi üçün müqavilə ilə adıçəkilən binanın 3-cü girişin zirzəmi hissəsində bir maşınlıq qarajı Cavabdeh1 11000 manat ödənilməklə satılmışdır. Hazırda cavabdeh həmin qarajın binanın təsisçilərindən olmuş Koroğlu adlı şəxsə məxsus olduğunu və onun razılığı ilə binanın komendantı Şahid1 tərəfindən iki maşınlıq qarajın bir qaraj kimi ona satıldığını, binanın direktoru tərəfindən müqavilənin və ona aid olan qeydin təsdiq edildiyini qeyd etmişdir. İddiaçı isə ona məxsus qarajın 2017-ci ilin yanvar ayından cavabdehlər tərəfindən zəbt edildiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin “cavabdehlərin iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajdan (qeyri-yaşayış sahəsindən) çıxarılması, iddiaçının sözügedən qarajdan sərbəst istifadə etməyinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” hissəsində münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir; 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir; 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə ilə həmçinin "xxxx" MMC ilə Cavabdeh1 Şükü qızı bağlanmış xx.xx.2016-cı tarixli müqavilə ilə onlar MMC-dən Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilən binanın 3-cü girişinin zirzəmi hissəsində yerləşən bir maşınlıq qarajı almışlar. Qeyd edilənlər işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı isə Cavabdeh1 tərəfindən bir qaraj deyil, iki maşınlıq qarajın alınmasıdır. Belə ki, Cavabdeh1 və onun oğlu olan Cavabdeh2 hazırda iki maşınlıq qaraja sahiblik edirlər. İddiaçı tərəf isə həmin qarajlardan birinin ona məxsus olduğunu iddia edir. Binadan yerləşən qarajlar nömrəsiz olduğundan və müqavilədə konkret göstərilmədiyindən qeyd edilənlər mübahisə yaratmışdır. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə baxış keçirilmişdir. Baxış zamanı iddiaçının nümayəndəsi və vəkili Sahilə Abbasova, Cavabdeh2, "xxxx" MMC-nin direkoru X3, komendant X2 iştirak etmişlər. Baxış keçirilən ünvanda, sütunun yuxarı hissəsində **-LV-*** və **-UH-*** nömrələri yerləşdirilmiş, iki maşınlıq sahənin olduğu müəyyən edilmiş, baxış keçirilən vaxt mübahisələndirilən ünvanda avtomobil olmasa da, cavabdeh iki maşınlıq sahənin onun istifadəsində olduğunu bildirmişdir. Belə ki, MMC tərəfindən qarajların satışı bir maşınlıq qaraj kimi həyata keçirildiyindən binanın zirzəmi hissəsində eyni sütundan sütuna olan, lakin ayrı-ayrı şəxslərin də istifadəsində olan bir maşınlıq qarajların olduğu müəyyən edilmişdir. Məhkəmə iş materialları tətqiq edib hesab edir ki, iki maşınlıq qaraj (qeyri-yaşayış sahəsi) 2017-ci ildən cavabdehlərin istifadəsində olsa da, məhkəmə araşdırması zamanı qarajlardan birinin iddiaçıya məxsus olduğu təsdiq olunur. Belə ki, cavabdeh tərəf xx.xx.2016-cı il tarixli müqavilə ilə iki maşınlıq qarajı aldıqlarını, müqavilənin sonunda bununla bağlı qeydlər edildikdən sonra müqavilənin MMC tərəfindən möhürlə təsdiq edildiyini qeyd etsə də, xx.xx.2016-cı il tarixli müqavilədə MMC Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilən binanın 3-cü girişin zirzəmi hissəsində bir maşınlıq qarajı Cavabdeh1 satıldığı və buna dair müqavilənin tərəflər arasında bağlanaraq təsdiq edildiyi, müqavilənin sonunda Şahid1 tərəfindən edilmiş qeydlərin isə təsdiq edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş "xxxx" MMC-nin direktoru Nümayəndə2 bildirmişdir ki, o, qarajın satılması ilə bağlı bütün müqavilələrdə bir maşınlıq yer yazıldığını, mübahisəli ərazidə dörd sütunun arasında iki avtomobil üçün qarajın olduğunu, tərəfindən cavabdehlərə bir maşınlıq bir ədəd qaraj satıldığını, Cavabdeh2 İddiaçı ilə razılaşdıqları halda, ikinci qarajın satılması ilə bağlı müqavilə bağlaya biləcəyini demişdir. Əlavə olaraq müqavilələr bağlanan vaxtda bir qarajın qiymətinin 12000-13000 manat olduğunu, cavabdehlərə iki maşınlıq yerin 11000 manata sata bilməyəcəyini, müqavilə onun tərəfindən imzalanıb təsdiq edildikdən sonra komendant Şahid1 onun xəbəri olmadan müqaviləyə əlavə qeydlər etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə binanın komendantı Şahid1 arasında iki maşınlıq qarajın cavabdehə satılması ilə bağlı razılıq ola bilər, lakin "xxxx" MMC ilə Cavabdeh1 arasında buna dair müqavilə tərtib edilməmiş, binanın komendantının isə qarajların satışının şəxsən həyata keçirməsində səlahiyyətli olması müəyyən edilməmişdir. Həmçinin, məhkəmə iclasında iştirak etmiş şahidlər də daha əvvəl iki maşınlıq qarajın bir qaraj kimi satılması və ya binanın komendantının cavabdehlə olduğu kimi digər şəxslərə də qaraj satılmasına şahid olmadıqlarını bildirmişlər. Məhkəmə araşdırması zamanı iddiaçı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajın ona məxsus olduğunu sübut etsə də, cavabdeh tərəf MMC tərəfindən onlara iki maşınlıq qarajın satılması halını sübut edə bilməmiş və iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə "xxxx" MMC bağlanmış 497 saylı xx.xx.2015-ci il tarixli X6-yaşayış sahəsinin tikintisi üçün müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qaraj (qeyri-yaşayış sahəsi) iddiaçıya məxsus olmaqla hazırda cavabdehlərin istifadəsində olduğundan iddiaçı öz əmlakına sahiblik etmək hüququndan məhrum olmuşdur. Bu səbəbdən məhkəmə iddianı mübahisələndirilən hissədə əsaslı olması qənaətinə gəlir və hesab edir ki, cavabdehlər iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajdan (qeyri-yaşayış sahəsindən) çıxarılmalı, iddiaçının sözügedən qarajdan sərbəst istifadə etməyinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılmalıdır. Məhkəmə iddia tələbinin əldən çıxmış faydanın tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tələbini həmin hissədə onunla əsaslandırmışdır ki, 2017ci ilin yanvar ayından mübahisə predmeti olan qarajın cavabdehin sahibliyində olması nəticəsində əmlakından istifadə edə bilməməsi və bununla da əmlakı hesabına əldə edə biləcəyi gəlirlərin əldən çıxmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddiaçı 2017-ci ilin yanvar ayından mübahisə predmeti olan qarajın cavabdehin sahibliyində olması nəticəsində əmlakından istifadə edə bilməməsi və bununla da əmlakı hesabına əldə edə biləcəyi gəlirlərin əldən çıxmasını qeyd etsə də, əks halda əldə edəcəyi gəlirlər, bu gəlirin həcmi barədə məhkəməyə sübut təqdim etməmişdir. Ona görə məhkəmə hesab edir ki, müvafiq sübutlar olmadığından, iddia tələbi əldən çıxmış faydanın tutulması ilə bağlı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Əlı̇ yeva Şövkət Şükür qızı və Əlı̇ yev Zaur Əlı̇ oğlu iddiaçı Rəhı̇ mova Xəzəngül Oruc qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajdan (qeyri-yaşayış sahəsindən) çıxarılmalı, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajdan (qeyri-yaşayış sahəsindən) iddiaçı Rəhı̇ mova Xəzəngül Oruc qızı tərəfindən sərbəst istifadə olunmasına cavabdehlər Əlı̇ yeva Şövkət Şükür qızı və Əlı̇ yev Zaur Əlı̇ oğlu tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Əlı̇ yeva Şövkət Şükür qızı və Əlı̇ yev Zaur Əlı̇ oğlu iddiaçı Rəhı̇ mova Xəzəngül Oruc qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajdan (qeyri-yaşayış sahəsindən) çıxarılsınlar. Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi-1 ünvanında inşa edilmiş binanın 3-cü girişinin zirzəmi hissəsində bir maşınlıq qarajdan (qeyri-yaşayış sahəsindən) iddiaçı Rəhı̇ mova Xəzəngül Oruc qızı tərəfindən sərbəst istifadə olunmasına cavabdehlər Əlı̇ yeva Şövkət Şükür qızı və Əlı̇ yev Zaur Əlı̇ oğlu tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2142/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2142/2023
30.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver