Məhkəmə qərarları › İş №e-2(007)-2165/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2165/2025

15.07.2025 · Sair mülki iş - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2165/2025 15.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan borcu 156000 (yüz əlli altı min) manat pulun və işin məhkəmədə baxılması üçün ödədiyi 446 manat dövlət rüsumunun ondan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzaq qohumu Cavabdeh qısa müddətdə alver edərək qaytaracağı şərti ilə onun xahişinə görə borc müqaviləsi əsasında 21 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri 28 saylı notariat ofisində aralarında bağlanmış “Kredit Müqaviləsi”nə əsasən 21 dekabr 2023-cü il tarixə kimi ödəmək şərti ilə 94000 (doxsan dörd min) manat faizsiz pul borc vermişdir. Bundan başqa Cavabdeh yenə əlavə pul lazım olduğunu bildirdiyindən qısa müddətdə alver edərək qaytaracağı şərti ilə onun xahişinə görə 22 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri 54 saylı notariat ofisində bağlanmış “Kredit Müqaviləsi”nə əsasən 22 dekabr 2023-cü il tarixə kimi ödəmək şərti ilə 62000 (altmış iki min) manat faizsiz pul borc vermişdir. Beləliklə də Cavabdeh iki dəfəyə 156.000 manat pul borc vermişdir. 22 dekabr 2023-cü il tarixə kimi qaytarmalı olduğu 156.000 manat borc puldan bu günə kimi heç nə qaytarmamısdır. Dəfələrlə aralarında olan söhbət zamanı xaricdən qızıl-zinət əşyaları gətirdiyini aldığı malların tezliklə satılacağını və ona olan borcunu qaytaracağına vəd vermiş və hər dəfə müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Bununla əlaqədar İlhamla həm şifahi, həm də telefon danışıqları olmuşdur. İlhamın bağı, evi, pul ödəmək imkanı olmasına baxmayaraq borcunu ödəməkdən bilərəkdən yayınır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən Cavabdeh iki dəfə aralarında müqavilə bağlanaraq 156000 manat pul borc verilmiş, lakin həmin borc məbləğin qaytarılmamışdır. Müqavilə manatla, yəni 92000 dollar müqabilində 156000 manat məbləğə rəsmiləşdirilmişdir. Cavabdehin əmlakının olub-olmaması ilə bağlı Dövlət Reyestr Xidmətinə sorğu verilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, onun adına əmlak yoxdur. Birgə nikahda olduğu X1 adına Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 31, 815 saylı mənzil var və hazırda onların mülkiyyətindədir. Cavabdehin bağı, evi var. Lap bağını satsın pulu ödəsin. Tərəflər arasında bununla bağlı səs yazısı vardır və iddiaçı cavabdehin səsyazısını yazanda xəbərdarlıq etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini bildirərək əlavə olaraq qeyd etdi ki, borc 12 il bundan əvvəl olan köhnə borcdur, bu yaxınlarda onu notarial qaydada rəsmiləşdirmişlər. O, borcu götürmüşdür ki, işləyib o pulu qaytaracaqdır. O, 6 ayda 40000 ABŞ dolları ödəmiş, sonra işə görə yenidən pul lazım olduğu üçün pul götürmüş və ayda 2500 ABŞ dolları ödəmək şərtiləqaytarbası barədə razılaşmışdır, 3 il yarım hər ay pul ödəmiş, sonra da 15000 ABŞ dolları pul ödəmiş, ondan sonra xəstəliyi olduğu, işləri dağıldığı üçün vəsaiti ödəyə bilməmişdir. Ürəyində 3 qapaq dəyişdirmişlər, yeni özünə gəlmişdir. İddiaçı tərəf əmlakını satmağı bildirir, lakin o, 300-400 min manatlıq əmlakını 50000 manata necə satsın? Onun bağının yarısından çoxu aldığı şəxsin adında qalmışdır. Bağ sahəsini ölçmələri üçün Əmlak xidmətinə müraciət etmiş, hətta texniki pasport almaq üçün 200 manat da pul ödəmişdir. Lakin cavab məktubu gəlir ki, mümkün deyil. O, iddiaçı tərəfin dediyi hər şeyi qəbul edir. İddiaçı telefon danışığını yox, amma belə adi səsyazma qoyub demişdir ki, səsini yazır. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli krеdit müqaviləsinə əsasən borcverən İddiaçı borclu Cavabdeh 94000 manat məbləğində pul borc vermiş, Cavabdeh isə həmin məbləği xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli krеdit müqaviləsidə bağlanaraq borcverən İddiaçı borclu Cavabdeh 62000 manat məbləğində pul borc vermiş, Cavabdeh isə həmin məbləği xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə borc kimi verilmiş 156000,00 manat pulu 10 gün müddətində ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş cavabdeh iddia tələbini qəbul edərək 156000,00 manat borc pulu qaytarmadığını, iddiaçının iddia tələbində bildirdikləri ilə razı olduğnu bildirmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş iddiaçı və cavabdeh arasında olan səsyazısından məlum olur ki, cavabdeh iddiaçıya 92000 ABŞ dolları borcu olduğunu, 6 ay ərzində borcunu ödəyib bitirəcəyini, may və iyun aylarında 5000 ABŞ dolları, iyul ayında 15000 ABŞ dolları, avqust ayında 20000 ABŞ dolları, sentyabr ayında 15000 ABŞ dolları ödənişlər edəcəyini bildirmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 385.2-ci, 739.1-ci, 739.2-ci, 739.3-cü, 742.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü, 52.2-ci, 52.5-ci, 106.3-cü, 191.3-cü maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə, qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh İddiaçı ilə bağladığı müqavilə üzrə götürdüyü öhdəliyə əməl edib borc məbləğini ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və öhdəliyini icra etməyən borclu kimi qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırda qeyd olunan hallar tərəflərin izahatları, iş materiallarına əlavə edilmiş səsyazısı və müqavilələr öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün birgə məsuliyyət daşıdığından, yaranmış 156.000,00 (yüz əlli altı min) manat məbləğində borc cavabdehdən tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 446 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 156.000,00 (bir yüz əlli altı min) manat məbləğində borc və 446 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar