Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1290/2025 20.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X4 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 12.500 ABŞ dolları məbləğində pulun və 154 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə qohum olduqlarından sonuncu 2011–ci ilin iyul ayında iş qurmaq üçün ondan maddi köməklik istəmişdir. Belə ki, cavabdeh kənd ərazisində istilikxana düzəltmək üçün ondan 30.000 ABŞ dolları borc pul istəmişdir. Cavabdeh qohumu olduğu üçün digər qohumu X1 vasitəsilə əvvəl 20.000 ABŞ dolları, sonra isə 10.000 ABŞ dolları məbləğində pulu Raqifə göndərmişdir. Raqif də istilikxana qurduqdan sonra pulu hissə–hissə qaytaracağını bildirmişdir. Bir müddət sonra cavabdeh hissə–hissə olmaqla, ümumilikdə 17.500 ABŞ dollarını qaytarmış, lakin 2024–cü ilin iyul ayında sonuncu dəfə 500 ABŞ dollarını qaytardıqdan sonra qalan 12.500 ABŞ dollarını qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulunu tələb etsə də, o, ABŞ dolları məzənnəsinin manata olan dəyərinin qalxması səbəbindən pulu qaytara bilmədiyini demişdir. Bundan sonra Şəmkir RPŞ_yə müraciət etmiş, lakin xx.xx.2024–cü il tarixli qərarla tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilərək, cavabdehdən 12.500 ABŞ dolları məbləğində pulun və 154 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh təmsil etdiyi şəxsin qardaşı oğludur. Təxminən 2011–ci ilin iyul ayında cavabdeh iş qurmaq üçün iddiaçıdan maddi köməklik istəmiş, iddiaçı da cavabdehə digər qohumu X1 vasitəsilə əvvəl 20.000 ABŞ dolları, sonra isə 10.000 ABŞ dolları olmaqla, ümumilikdə 30.000 ABŞ dolları məbləğində pul göndərmişdir. Cavabdeh istilikxana qurduqdan sonra pulu qaytaracağını vəd etsə də, vədinə əməl etməmiş, aldığı borc pulun 17.500 ABŞ dollarını qaytarmış, lakin 12.500 ABŞ dollarını bugünədək qaytarmamışdır. Təmsil etdiyi şəxsin müraciəti əsasında Şəmkir RPŞ–də araşdırma da aparılmış və xx.xx.2024–cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Şəmkir RPŞ–də izahatı alınan zaman cavabdeh iddiaçıdan 30.000 ABŞ dolları məbləğində pul almasını, həmin pulun 17.500 ABŞ dollarını qaytarmasını, lakin dolların məzənnəsi qalxdığı üçün qalan pulu qaytara bilmədiyini etiraf etmişdir. Bundan sonra təmsil etdiyi şəxs dəfələrlə borcunu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan boyun qaçırmışdır. Bu hal da onu göstərir ki, cavabdeh iddiaçının etibarından sui–istifadə edərək, onu əlverişsiz vəziyyətə salmış, pulunu mənimsəyərək qaytarmamışdır. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, Cavabdeh 12.500 ABŞ dolları məbləğində pulun və 154 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı onun əmisidir. Təxminən 2011–ci il tarixdə RF–da olan əmisi Abdulla Azərbaycana gəlmiş və ona “pul versəm istilikxana əkərsənmi?”–demişdir. O da əkə biləcəyini demişdir. Bundan sonra əmisi RF–na qayıtmış və Nüsrət adlı şəxs vasitəsilə ona borc olaraq 30.000 ABŞ dolları məbləğində pul göndərmişdir. Həmin pulu əmisi şəxsən onun özünə verməmiş, Nüsrətin vasitəsilə göndərmişdir. Pulu verən zaman dolların məzənnəsi 0,78 manat olmuş, bu səbəbdən dolların manata məzənnəsi üzrə Nüsrət onun əlinə 23.400 manat pul vermişdir. Bundan sonra 2014–cü il tarixdən 2017–ci il tarixədək hiss–hissə olmaqla iddiaçıya 17.500 ABŞ dolları məbləğində pul qaytarmışdır. Bununla da o, iddiaçıya olan borcunu artıqlaması ilə qaytarmışdır. Lakin 2024–cü il tarixdə əmisi ona 12.500 ABŞ dolları borcu qalmasını bildirmiş və pulunu tələb etmişdir. Hazırda iddianı qəbul etmir. Belə ki, Nüsrət ona pulu manat olaraq vermiş, o da daha artıq şəkildə geri qaytarmışdır. Eləcə də, iddiaçı 2017–ci il tarixdən 2024–cü il tarixədək susmuş və heç bir pul istəməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı əsassız şəkildə ondan pul tələb edir. Əlavə olaraq qeyd edir ki, polis şöbəsində izahat verərkən əmisi onu təhdid etmiş, bu səbəbdən borcu qalmasını demişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, iddiaçı əmisi, cavabdeh Raqif onun doğma qardaşıdır. Təxminən 2024–cü il tarixdə Şəmkir RPŞ–nin Rəşad adlı əməkdaşı ona zəng edərək şahid kimi şöbəyə çağırmışdır. Həmin vaxt qardaşı Raqif ona bildirmişdir ki, şöbədə onun əmisinə olan borcundan 17.500 ABŞ dolları qaytardığını, 12.500 ABŞ dolları məbləğində borclu qalmasını desin. Əmisi isə Raqifin 13.500 ABŞ dolları məbləğində borclu qalmasını demişdir. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, iddiaçı ilə yaxın münasibətləri vardır. Təxminən bir müddət əvvəl Abdulla RF–dan ona zəng edərək qardaşı oğluna borc pul verməsini və onu almaqda köməklik etməsini bildirmişdir. Bundan sonra Abdulla ona etibarnamə vermiş və o, iddiaçının əvəzindən Şəmkir RPŞ–yə ərizə ilə müraciət etmişdir. Polis Şöbəsində araşdırma zamanı cavabdeh borcundan 17.500 ABŞ dolları məbləğində pul qaytarmasını, 12.500 ABŞ dolları məbləğində borcunun qalmasını etiraf etmişdir. Əlavə olaraq qeyd edir ki, polis şöbəsindən çıxdıqdan sonra cavabdehə borcunu hissə–hissə ödəməsini təklif etmiş, o da razılaşmışdır. Lakin sonradan pulu düzəldə bilmədiyini bildirmişdir. İşdə olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024–cü il tarixli qərardan görünür ki, X3 ərizə ilə Şəmkir RPŞ–yə müraciət edərək, nümayəndəsi olduğu İddiaçı 17.000 manat pulunun Cavabdeh tərəfindən mənimsənildiyini bildirmiş, araşdırma zamanı Cavabdeh əmisi Abdullanın Nüsrət vasitəsilə ilk əvvəl 20.000 ABŞ dolları, sonra isə 10.000 ABŞ dolları məbləğində ona pul göndərməsini, həmin vaxt dolların məzənnəsinin 0,78 manat olmasını, hissə–hissə borcundan 17.500 ABŞ dolları qaytarmasını, sonradan dolların məzənnəsi yüksəldiyi üçün qalan pulu qaytara bilmədiyini bildirmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı 2011–ci il tarixdə Cavabdeh ilk əvvəl 20.000 ABŞ dolları, sonra isə 10.000 ABŞ dolları olmaqla, ümumilikdə 30.000 ABŞ dolları borc pul vermişdir. Cavabdeh həmin pulun 17.500 ABŞ dollarını qaytarsa da, qalan 12.500 ABŞ dollarını qaytarmamışdır. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə, ilk öncə məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər keçmişdə baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilmiş, mübahisə barədə dəqiq ifadələr verərək, cavabdehin iddiaçının pulunu qaytarmamasını konkret olaraq göstərmişlər. Ona görə də məhkəmə, həmin şahid ifadələrini sübut növü kimi qəbul edilməsini əsaslı hesab edir və mübahisənin düzgün həlli zamanı nəzərə alır. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 30.000 ABŞ dolları borc pul verilməsini, həmin puldan 17.500 ABŞ dollarının qaytarılsa da, qalan 12.500 ABŞ dollarının qaytarılmamasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 217.2–ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, tərəflər arasında borc pul verilməsi ilə bağlı münasibət 2011–ci il tarixdə yarandığından həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, köhnə redaksiyalı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitini və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdrada olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (köhnə redaksiyalı) Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (köhnə redaksiyalı) Həmin Məcəllənin 740–cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə oluna bilər. (köhnə redaksiyalı) Həmin Məcəllənin 742.1–ci maddəsində göstərilmişdir ki, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən ləğv edilərkən qaytarılmalıdır. (köhnə redaksiyalı) Məhkəmə, məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə, yəni 12.500 ABŞ dollarının ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi məbləğində təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qəbul etməsə də, Şəmkir RPŞ–də sərbəst izahatını verən zaman əmisi Abdullanın Nüsrət vasitəsilə ilk əvvəl 20.000 ABŞ dolları, sonra isə 10.000 ABŞ dolları məbləğində ona pul göndərməsini, hissə–hissə borcundan 17.500 ABŞ dolları qaytarmasını, sonradan dolların məzənnəsi yüksəldiyi üçün qalan pulu qaytara bilmədiyini etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsinin 217.4–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki–Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı 30.000 ABŞ dolları məbləğində borc pul alması, lakin həmin pulun 17.500 ABŞ dollarını qaytarsa da, qalan 12.500 ABŞ dollarını qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası əsaslı hesab edilərək təmin edilməli və Cavabdeh 12.500 ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınaraq İddiaçı verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki–Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki–Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 12.500 (on iki min beş yüz) ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 154 (bir yüz əlli dörd) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №e-2(076)-1290/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1290/2025
20.05.2025 · Sair mülki iş - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver